Məhkəmə qərarları › İş №2-1(102)-2996/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2996/2019

26.11.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2996/2019 26.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR Açar sözlər: mənfəət vergisi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin nümayəndəsi X1, vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə (bundan sonra cavabdeh) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1493/2019 saylı, 4 iyul 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 26 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı ümumi orta və tam orta təhsil bazasında müxtəlif sənətlər və kütləvi peşələr üzrə ixtisaslı kadrların hazırlanması ilə məşğuldur. İddiaçının 2017-ci ilin illik mənfəətindən vergi bəyannaməsi 29.03.2018-ci il tarixində cavabdeh vergi orqanına təqdim edilmişdir. Cavabdeh onun elektron poçtuna 30.03.2018-ci il və 06.04.2018-ci il tarixlərdə məktub göndərərək, təqdim olunan he sabatlarla səyyar vergi yoxlamasının nəticələri arasında uyğunsuzluq aşkar edildiyi bildirilərək bununla bağlı izahat və dəqiqləşdirilmiş bəyannamələr tələb etmiş ona vergi ödəyicisi tərəfindən izahat və dəqiqləşdirilmiş bəyannamə təqdim olunsa da, yekunda cavabdeh kameral yoxlamanın aparılması tələb olunan sənədlərin təqdim edilmədiyi göstərilərək, 14 may 2018-ci il tarixdə qəbul etdiyi “Vergilərin hesablanması barədə” qərarı ilə Mərkəzə 16.535,69 manat mənfəət vergisi hesablamışdır. Həmin qərarda verginin hesablanmasına əsas kimi mənfəət vergisi bəyannaməsinin 239-cu (keçmiş illərin çıxılası zərəri) sətrindəki 82.678,46 manat məbləğin keçmiş zərərlə əvəzləşdirilməsi göstərilmişdir. İddiaçı 6 iyul 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsi nə müraciət edərək cavabdehin “Vergilərin hesablanması barədə 14.05.2018-ci il tarixli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, qərar əsassızdır. Belə ki, vergi orqanına təqdim edilmiş bəyannamə məlumatları əsasında cavabdehin zərəri 01.01.2015-ci il tarixə 73730,24 manat, 01.01.2016-cı il tarixə 304185,73 manat təşkil etmişdir. 2016-cı ilin mənfəət vergisi bəyannaməsi təqdim edilən zaman 101.513,85 manat mənfəət 73740,24 manatı, 2014-cü il üzrə tam, 27.773,61 manatı isə 2015-ci il üzrə bir hissəsi Vergi Məcəlləsinin 121-ci maddəsinin tələbinə əsasən kompensasiya edilmişdir. 01.01.2017-ci il tarixinə zərər azalaraq 26.4276,35 manat təşkil etmişdir. Həmin hesabat vergi orqanı tərəfindən qəbul edilmişdir. Eyni proses 2017-ci i ldə baş vermişdir. Belə ki, 2017-ci ilin illik mənfəət vergisi bəyannaməsi üzrə 82.678,46 manat Məcəllənin 121-ci maddəsinə uyğun olaraq kompensasiya edilmişdir. Buna baxmayaraq heç bir əsas olmadan cavabdeh “Vergilərin hesablanması barədə” qərarı ilə iddiaçıya 16.535,69 manat məbləğində vergi borcu hesablamışdır. Vergi Məcəlləsində vergi ödəyicisinin mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixinədək yaranmış zərəri növbəti ilin hesabına kompensasiya edilməsinin mümkünsüzlüyünü nəzərdə tutan müddəa mövcud deyil. Cavabdeh iddia ərizəsinə qarşı etirazında iddianı qəbul etməmiş, kameral vergi yoxlamasının nəticələrinə dair qəbul etdiyi qərarı ilə hesablanmış mənfəət vergisinin vergi qanunvericiliyinə uyğun olduğunu mübahisələndirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. C avabdeh hesab edir ki, sadələşdirilmiş vergi mükəlləfiyyətində olan iddiaçı 2017-ci ildə əldə etdiyi 82.678,46 manat mənfəəti həmin il üçün vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsinin 239-cu (keçmiş illərin çıxılası zərəri) sətrində 2015-ci ilin zərəri kimi əks etdirərək, Vergi Məcəlləsinin 121-ci maddəsinə əsasən kompensasiya etməsi vergi qanunvericiliyinə ziddir. Belə ki, bu cür əməliyyatı yalnız mənfəət vergisinin ödəyiciləri həyata keçirə bilər. İddiaçı 2015-ci ildə mənfəət vergisinin tədiyyəçisi olmamış, ona görə də kameral yoxlamanın nəticələrinə görə ona Vergi Məcəlləsinin 104.1, 108, və 121.1-ci maddələrinin tələbləri əsas tutularaq iddiaçıya həmin məbləğin 20 faiz məbləğində 16.535,69 manat əlavə mənfəət vergisi hesablanmışdır. 2 saylı Bakı İnzibati İqtisadi Məhk əməsinin (hakim X7, 2-1(82)-160/2019 saylı iş) 20 fevral 2019-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin vergilərin hesablanması barədə 14.05.2018-ci il tarixli qərarı ləğv edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, verginin digər (o cümlədən, sadələşdirilmiş) növü üzrə tədiyyəçisi olan vergi ödəyicisinin mənfəət vergisinin tədiyyəçisinə çevrildiyi halda, keçmiş dövr üzrə yaranmış zərərinin cari ildə əldə etdiyi mənfəəti hesabına kompensasiya edilməsini nəzərdə tutan hər hansı bir müddəa olmasa da, belə kompensasiyanın qadağan edilməsini nəzərdə tutan bir müddəa da mövcud deyil. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 fevral 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiya sı (hakimlər X3məruzəçi, X6 və X4, 2-1(103)-1493/19 saylı iş) 4 iyul 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 23 iyul 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçı 2017-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində qanunla nəzərdə tutulmadığı halda Vergilər Məcəlləsinin tələblərinə zidd olaraq sadələşdirilmiş vergi ödəyicisi olduğu 2015-ci il üzrə 82.678.46 manat keçmiş illərin çıxılası zərərini bəyan etmişdir. Buna görə kameral vergi yoxlaması ilə 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsinin “hesabat dövrü üçün verginin hesablanmas ı” bölməsinin 2015-ci il üzrə zərərin məbləği sətrindəki 82.678,46 manat təsdiq edilməyərək ona həmin il üzrə 16.535,69 manat əlavə mənfəət vergisi hesablanmışdır. İddiaçı tərəfindən aparılan hesablama vergi qanunvericiliyinin tələbləri pozulmaqla həyata keçirildiyindən, vergi orqanı haqlı olaraq kameral vergi yoxlaması apararaq, həmin dövr üzrə “Vergilərin hesablanması barədə” 14.05.2018-ci il tarixli qərar qəbul etmişdir. Vergi Məcəlləsinin “Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr” adlanan 10-cu fəslində yer almış 121.1-ci maddəsinə əsasən gəlirlərdən çıxılmasına yol verilən xərclərini gəlirdən artıq 5 ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Vergi q anunvericiliyi keçmiş illərin zərərini növbəti illərin mənfəəti hesabına kompensasiya edilməsi ilə bağlı norma Vergi Məcəlləsinin gəlir və mənfəət aid olan normaları arasında yer almaqla adıçəkilən vergilərin ödəyicilərinə şamil edilir. Gəlir və mənfəət vergisi ödəyicilərindən fərqli olaraq vergi qanunvericiliyində sadələşdirilmiş vergi ödəyicisinə münasibətdə gəlirlərin əldə edilməsi ilə bağlı “xərc”, eyni zamanda “zərər” anlayışı nəzərdə tutulmuşdur. 2015-ci il üzrə vergi ödəyicisinin mənfəət vergisinin ödəyicisi olmadığını və sadələşdirilmiş verginin xərclər çıxılmadan ümumi hasilatdan, habelə satışdankənar gəlirlərdən hesablanmadığını nəzərə alaraq, qeyd edilir ki, iddiaçının 2015-ci il üzrə növbəti illərin hesabına kompensasiya ediləcək zərəri yarana bilməzdi. Məhkəmə sübut kimi Məhkə mə Ekspertizası Mərkəzinin 17.12.2018-ci il tarixli 29856 saylı ekspert rəyinə istinad etmiş, lakin həmin rəyin mötəbərliyini araşdırmamışdır. Belə ki, rəydə vergi bəyannaməsinin 1.10-cu sətrində 264.276,35 manat məbləğin qeyd edilməsinin keçmiş illərin zərəri ilə heç bir əlaqəsi mövcud deyil. Həmin sətirdə vergi ödəyicisinin digər aktivləri öz əksini tapmışdır. Həmin sətirdə qeyd edilən 82.678,46 manat məbləğin əvvəlki illərdəki zərəri əks etdirməsi barədə mövqeyi həqiqəti əks etdirmir. Vergi ödəyicisi tərəfindən təqdim edilən 2017-ci ilin mənfəət vergisi bəyannaməsindəki məlumatların fakt kimi qəbul olunaraq, onlara istinad olunması əsaslı deyil. Belə ki, bəyannamədə vergi orqanı tərəfindən uyğunsuzluqlar aşkar olunduğundan həmin bəyannamə qəbul olunmamış, qeyd edilən dövr üzrə kameral qərar qəbul edilmişdir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırıcı hissə: İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikay ətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı ona mənfəət vergisi hesablanması barədə cavabdehin 14 may 2018-ci il tarixdə qəbul etdiyi qərarı mübahisələndirir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İşin hallarına görə iddiaçı ümumi orta və tam orta təhsil bazasında müxtəlif sənətlər və kütləvi peşələr üzrə ixtisaslı kadrların hazırlanması ilə məşğuldur. İddiaçı 2017-ci ilin illik mənfəətindən vergi bəyannaməsini 29.03.2018-ci il tarixdə cavabdehə təq dim etmişdir. Cavabdeh 30.03.2018-ci il və 06.04.2018-ci il tarixlərdə iddiaçının elektron poçtuna məktub göndərərək, təqdim olunan hesabatlarla səyyar vergi yoxlamasının nəticələri arasında uyğunsuzluq aşkar edildiyini bildirib bununla bağlı izahat və dəqiqləşdirilmiş bəyannamələr istəmiş, iddiaçı izahat və dəqiqləşdirilmiş bəyannaməni təqdim etmiş, bundan sonra cavabdeh kameral yoxlamanın nəticəsi olaraq 14 may 2018-ci il tarixdə qəbul etdiyi “Vergilərin hesablanması barədə” qərarı ilə iddiaçıya 16.535,69 manat mənfəət vergisi hesablamışdır. Həmin qərarda verginin hesablanmasına əsas kimi mənfəət vergisi bəyannaməsinin 239-cu (keçmiş illərin çıxılası zərəri) sətrindəki 82.678,46 manat məbləğin keçmiş zərərlə əvəzləşdirilməsi göstərilmişdir. İddiaçı hesab edir ki, vergi orqanına təqdim ed ilmiş bəyannamə məlumatları əsasında onun zərəri 01.01.2015-ci il tarixə 73.730,24 manat, 01.01.2016-cı il tarixə 304.185,73 manat təşkil etmişdir. 2016-cı ilin mənfəət vergisi bəyannaməsi təqdim edilən zaman 101.513,85 manat mənfəət 73.740,24 manatı, 2014-cü il üzrə tam, 27.773,61 manatı isə 2015-ci il üzrə bir hissəsi Vergi Məcəlləsinin 121-ci maddəsinin tələbinə əsasən kompensasiya edilmişdir. 01.01.2017-ci il tarixə zərər azalaraq 26.4276,35 manat təşkil etmişdir. Həmin hesabat vergi orqanı tərəfindən qəbul edilmişdir. Eyni proses 2017ci ildə baş vermişdir. Belə ki, 2017-ci ilin illik mənfəət vergisi bəyannaməsi üzrə 82.678,46 manat Məcəllənin 121-ci maddəsinə uyğun olaraq kompensasiya edilmişdir. Buna baxmayaraq heç bir əsas olmadan cavabdeh iddiaçıya 16.535,69 manat məbləğində vergi borcu hesablamışdır. Cavabdehin mövqeyinə görə iddiaçı 2014, 2015 və 2016-cı ildə sadələşdirilmiş verginin ödəyicisi olmuşdur, mənfəət verginin ödəyicisi olmamış, bu səbəbdən də 2014, 2015 və 2016-cı illər üçün mənfəət vergisi ödəməmiş və bu barədə bəyannamə təqdim etməmişdir. İddiaçı mənfəət vergisinin ödəyicisi olmadığından təqdim etdiyi mənfəət vergisi bəyannaməsi üzrə 82.678,46 manat Vergi Məcəlləsinin 121-ci maddəsinə uyğun olaraq kompensasiya edilməsi qanunsuz olmuş, bu səbəbdən də həmin məbləğə 16.535,69 manat vergi borcu hesablamışdır. Mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qərarını aşağıdakı qaydada əsaslandırmışdır. Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərcl ərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Məcəllənin qeyd olunan normalarının məzmunundan göründüyü kimi, verginin digər (o cümlədən, sadələşdirilmiş) növü üzrə tədiyyəçisi olan vergi ödəyicisinin mənfəət vergisinin tədiyyəçisinə çevrildiyi halda, keçmiş dövr üzrə yaranmış zərərinin cari ildə əldə etdiyi mənfəəti hesabına kompensasiya edilməsini nəzərdə tutan hər hansı bir müddəa olmasa da, belə kompensasiyanın qadağan edilməsini nəzə rdə tutan bir müddəa da mövcud deyil. Digər tərəfdən, 2017-ci ildə 2016-cı il üçün təqdim edilən mənfəət vergisi bəyannaməsində keçmiş illərin zərəri əldə olunmuş mənfəət hesabına kompensasiya edildiyi və cavabdeh tərəfindən həmin bəyannamə qəbul olunduğu halda, sonuncunun əvvəlki praktikasına zidd şəkildə 2017-ci il üç üçün mənfəət vergisi bəyannaməsi qəbul edilərkən, onun 239-cu sətrində əks olunan göstəriciyə irad tutulması əsassız hesab olunmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmçinin, Məhkəmə E kspertiza Mərkəzinin 17 dekabr 2018-ci il tarixli rəyində vergi orqanına təqdim edilmiş mənfəətdən vergi bəyannamələrində və onların əlavələrində göstərilən kompensasiya edilməli olan keçmiş illərin zərərinin məbləğinin 82.678,46 manat məbləğində bir hissəsi nəzərə alınmalı olduğu halda nəzərə alınmamış və cavabdeh tərəfindən 14 may 2018-ci il tarixli qərar əsasında iddiaçıya 2017-ci il üzrə 16.535,69 manat mənfəət vergisi düzgün hesablanmamışdır. İddiaçıya 2017-ci il üzrə mənfəət vergisindən yayınma halları mövcud olmadığından, hesablanmış vergi məbləği müəyyən edilmir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orq anında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş d əqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. İddiaçı mənfəət vergisinin bəyannaməsini 29 mart 2018-ci il tarixdə cavabdehə təqdim etmişdir. Cavabdeh 30 mart 2018-ci il və 6 aprel 2018-ci il tarixlərdə iddiaçının elektron poçtuna məktub göndərərək, təqdim olunan hesabatlarla səyyar vergi yoxlamasının nəticələri arasında uyğunsuzluq aşkar edildiyini bildirib bununla bağlı izahat və dəqiqləşdirilmiş bəyannamələr istəmiş, iddiaçı izahat və dəqiqləşdirilmiş bəyannaməni təqdim etmiş, bundan sonra cavabdeh kameral yoxlamanın nəticəsi olaraq 14 may 2018-ci il tarixdə qəbul etdiyi “Vergilərin hesablanması barədə” qərarı ilə iddiaçıya 16.535,69 manat mənfəət vergisi hesablamışdır. Göründüyü kimi, cavabdeh vergi bəyannaməsinin ona təqdim edildiyi vaxtdan 30 iş günü keçdikdən sonra iddiaçının vergi məsuliyyətinə cəlb edilməsinə dair qərar qəbul etmişdir. Odur ki, cavabdehin qəbul etdiyi qərar qanuna müvafiq olmamışdır. İPM-in 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 96.7-ci maddəsinə əsasən, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Apellyasiya instansiyası məhkəməsinin qərarı digər əsaslara görə düzgün olduğundan, cavabdehin qəbul etdiyi inzibati akt qanuna zidd olduğundan və bunun nəticəsində iddiaçının hüquqları pozulduğundan, məhkəmə haqlı olaraq inzibati aktın ləğv edilməsi barədə qərar qəbul etmişdir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1493/2019 saylı, 4 iyul 2019-cu il tarixli qər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar