Məhkəmə qərarları › İş №2-1(102)-2997/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2997/2025

12.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2997/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Apellyasiya şikayətinin mümkünlüyü 12.02.2026 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinə dair plan-cizginin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyun 2025-ci il tarixli, 2-1(103)-1965/2025 nömrəli qərardadından Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən i şə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin 1994-cü il tarixli sərəncamına əsasən anası X1 adına ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 488 saylı 875 kv.m torpaq sahəsinə dair plan-cizginin verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin (hakim: H.A.Ağalarov) 05 noyabr 2024-cü il tarixli, 21(112)-4893/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X3” MMC üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişlər.

3. Bakı İnzibati Məhkəməsinin (hakim: H.A.Ağalarov) 22 yanvar 2025-ci il tarixli, 21(112)-646/2025 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 480/3 nömrəli sərəncamına əsasən X2 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 488 saylı, 875 kv.m torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.

4. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və O.N.İsmayılov) 24 iyun 2025-ci il tarixli, 21(103)-1965/2025 nömrəli q ərardadı ilə üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayətinin mümkün sayılması barədə Bakı Apellyasiya Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2-1(103)-1965/2025 nömrəli qərardadı ləğv edilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və “X3” MMC-nin hazırkı iş üzrə üçüncü şəxs statusu ləğv edilmiş, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2-1(112)-646/2025 nömrəli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamışdır.

6. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 6.1. Hazırkı mübahisə üzrə apellyasiya baxışı zamanı işin hallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X3” MMC mübahisə üzrə qanunla qorunan hüquq və maraqların a toxunan şəxslər hesab edilə bilməz. Belə ki, Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 480/3 nörməli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 488 saylı, 875 kv.metr torpaq sahəsi X1 (iddiaçının mərhum anası) adına ayrılmışdır. 6.2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 875 kv.m təşkil edir. Sahə üzərində tikililər mövcuddur. Vahid elektron kadastr baza məlumatına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (H.Z.Tağıyev adına NQÇİ). Sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Sahədən 53-55-67 metr məsafələrdə ləğv edilmiş neft quyusu olması barədə məlumatlar mövcuddur. Sahə qonşu sahə ilə bir hasar daxilindədir. Bundan əlavə, sahənin qeydiyyatı barədə bazada məlumat aşkar olunmamışdır. 6.3. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının plan-cizginin verilməsini xahiş etdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X3” MMC-nin istifadəsinə verilmiş torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşmir, üçüncü şəxslər tərəfindən məhkəməyə bunun əksini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X3” MMC mübahisə üzrə qanunla qorunan hüquq və maraqlarına toxunan şəxslər dey il və onların üçüncü şəxs statusu ləğv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X3” MMC-ni üçüncü şəxs qismində zəruri qaydada cəlb edərkən, icraatın nəticəsində qəbul ediləcək qərarın onların maraqlarına toxunma halını müəyyən etməmiş, bu məqsədlə mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verməmişdir.

7. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi SOCAR-ın dai mi istifadəsində olan ərazilərin (Azneft İB, Abşeronneft NQÇİ) hüdudları daxilində yerləşir. Eyni zamanda torpaq sahəsinin 44 və 50 metrlik məsafəsində müvafiq olaraq 228 və 878 nömrəli ləğv olunmuş neft-qaz quyuları mövcuddur. Dövlətin elektron kadastr uçotu informasiya sistemində torpaqların sənaye təyinatlı olması, SOCAR-ın daimi istifadəsinə verilməsi barədə məlumat vardırsa, bu hal SOCAR-ın qanunla qorunan maraqlarına toxunma ehtimalının mövcudluğuna dəlalət edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

81. Apellyasiya şikayəti vermək hüququ Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.... Maddə

83. Şikayətin mümkünlüyü Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasın ın hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

11. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

14. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 81.2-ci maddəsinin müəyyən etdiyi qaydaya görə, birinci instansiya məhkəməsinin qərarından inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

16. Nəzərə alınmalıdır ki, şikayət vermək hüququna malik olmaq üçün məhkəm ə qərarı ilə şəxsin tələbi təmin edilməmiş və bunun nəticəsində onun hüququ pozulmuş olmalıdır. Başqa sözlə, məhkəmə icraatının iştirakçısı, yalnız məhkəmə qərarının onun üçün əlverişsiz vəziyyət və ya şərait yaratdığı, bunun nəticəsində onun məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı yarandığı hallarda şikayət vermə səlahiyyətinə malik olur. Əlverişsiz vəziyyət və ya şərait şəxsin hüquqi vəziyyətinin olduğundan fərqli vəziyyətə dəyişməsində, daha doğrusu onun hüquqi vəziyyətinin pisləşməsində ifadə olunur.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının plan-cizginin verilməsini xahiş etdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X3” MMC-nin istifadəsinə verilmiş torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşmir, üçüncü şəxslər tərəfindən mə hkəməyə bunun əksini (iddiaçının plan-cizginin verilməsini xahiş etdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X3” MMC-nin istifadəsinə verilmiş torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşməsini) təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti mübahisə üzrə qanunla qorunan hüquq və maraqlarına toxunan şəxs deyil və onun üçüncü şəxs statusu ləğv edilməlidir.

18. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti mübahisə üzrə qanunla qorunan hüquq və maraqlarına toxunan şəxs olmadığından və ona görə də onun üçüncü şəxs statusu ləğv olunduğundan, Azərbaycan Respublikası İnzibati P rosessual Məcəllənin 81.2-ci maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2-1(112)-646/2025 nömrəli qərarından verdiyi apellyasiya şikayətinin mümkün sayılmaması barədə qərardad qəbul etmişdir.

19. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarilə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iy un 2025-ci il tarixli, 21(103)-1965/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar