Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2998/2025 12.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanmasının əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə T əyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 may 2025-ci il tarixli, 2-1(103)-2063/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya 01 iyun 2017-ci il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir.
2. Daha sonra hazırkı iş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-3-2051/2024 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən i nventarizasiya ilə əlaqədar iddiaçının pensiya məbləği 2472,61 manatdan 2301,91 manata endirilmişdir. 3. “Pensiya təyinatı” altsistemindən çıxarışdan görünür ki, iddiaçının pensiyasından bugünədək aparlmış tutulmanın məbləği 146,03 manat olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-2051/2024 saylı qərarın ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 iyun 2017-ci il tarixdən iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının miqdarı hazırkı tarixdə 2223,57 manat miqdarındadır. İddiaçı pensiya məbləğindən 146,03 manat çıxılması barədə bildiriş almışdır. Həmin məbləğin hansı səbəbdən geri çıxılmasını öyrənmək üçün Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə müraciət edərkən məlum olmuşdur ki, həmin şöbə ona məktub göndərərək, əmək pensiyasının artıq hesablanmasını əsas gətirməklə həmin məbləğin çıxılacağı barədə ona xəbərdarlıq məktubu göndərmişdir.
6. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddiaçının əmək pensiyası 1 iyun 2017-ci il tarixdə Qanunun 20.11-ci və 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddələrinə əsasən 11 il 1 ay 14 gün qulluq stajına uyğun olaraq vaxt ilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının – 2048,11 manatın (əmək haqqı barədə arayışa uyğun olaraq, son 24 ay üzrə ödənilmiş 49154,71 manatın 24-ə olan nisbəti) 60 faizi – 1228,87 manat məbləğində hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan R espublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 11 il 1 ay 14 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 36,94 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1160,00 manat, qulluq stajına görə əlavəsi 178,87 manat, ixtisas dərəcəsinə görə əlavəsi 130,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 592,81 manat, d igər növ əlavəsi 135,42 manat olmaqla orta aylıq əmək haqqı 2197,10 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (2048,11 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (2197,10 manat) arasındakı fərq məbləğinin (148,99 manat) 36,94 faizi – 55,04 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (1228,87 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1283,91 manat məbləğində hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzi fə maaşı 1740,00 manat, qulluq stajına görə əlavəsi 268,31 manat, ixtisas dərəcəsinə görə əlavəsi 130,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 889,21 manat, digər növ əlavəsi 135,42 manat olmaqla orta aylıq əmək haqqı 3162,94 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (2197,10 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (3162,94 manat) arasındakı fərq məbləğinin (965,84 manat) 36,94 faizi - 356,78 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (1283,91 manat) üzərinə əlavə olunmaqla pensiyası 1640,69 manat məbləğində hesablanmalı olduğu halda, x x.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1762,36 manat məbləğində köçürülmüşdür. Buna görə də həmin dövr üzrə ona 2798,41 manat artıq pul vəsaiti ödənilmişdir. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 2070,06 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2223,57 manat məbləğində köçürülmüşdür. Bu səbəbdən də həmin dövr üzrə ona 1842,12 manat artıq pul vəsaiti ödənilmişdir. Eyni zamanda, 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla əmək pensiyalarının indeksləşdirilməsi ilə iddiaçının pensiyası cari ayda 2301,91 manata artırılmışdır. Qeyd olunanlara əsasən cari ilin yanvar ayı üzrə ona 2301,91 manat əmək pensiyası ödənilməli olduğu halda, 2223,57 manat ödənilmişdir. Bu səbəbdən də həmin ay üzrə ona ödənilməli olan 78,34 manat fərq məbləği hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaq la əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya son üç il üzrə ümumilikdə 4562,19 (2798,41+1842,12-78,34) manat artıq pul vəsaiti ödənilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2-1(112)-950/2025 nömrəli qərarı ilə (hakim H.Ağalarov) iddia qismən – tutulmuş məbləğin geri qaytarılması hissəsində təmin edilmiş, cavabdehin İddiaçı pensiya məbləğindən tutulma aparması qanunsuz hesab edilmiş və tutulmuş 146,03 manat pensiya məbləğinin geri qaytarılması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cav abdehin mövqeyinə görə iddiaçıya təyin edilmiş əlilliyə görə dövlət qulluqçusu kimi əmək pensiyasından inventarizasiyası nəticəsində artıq ödəmə aşkarlanmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2017-ci ildə təyinat zamanı məzuniyyətə görə alınan pul məbləği mükafata görə verilən pul məbləği ilə birlikdə faiz şəklində göstərilərək nəzərə alınmışdır. İnventarizasiya nəticəsində düzəlişlər edilərək mükafatlar qrafasında yazılan məbləğlər faiz şəklində, məzuniyyətlər qrafasında yazılan məbləğlər isə hesablama qaydasına uyğun olaraq cəm şəklində nəzərə alınıb 24 aya bölünərək qeyd olunmuşdur. Nəticədə qeyd olunan düzəlişlər edildikdən sonra pensiya məbləği azalaraq 2472,61 manatdan 2301,91 manata endirilmişdir. Qeyd olunanları nəzərə alaraq, 3 -17-1/3-3-2051/2024 nömrəli qərara əsasən xx.xx.2021xx.xx.2024-cü il tarixləri aralıqda pensiyadan 4562,19 manat artıq ödəmə yaranmışdır və xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında maddi yardımdan 146,03 manat artıq ödəmə tutulmuşdur. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının pensiyasının yenidən hesablanması zamanı yol verilmiş səhv davam etdirilə bilməzdi və cavabdeh məbləğin yenidən hesablanaraq azaldılmasında haqlı olmuşdur. Qeyd edilənlərə əsasən mübahisələndirilən qərarla iddiaçının pensiyasının 2301,91 manat müəyyən edilməsi qanuni və əsaslıdır.
9. Birinci instansiya məhkəməsi iddia tələbinin tutulmuş məbləğin geri qaytarılması hissəsi ilə bağlı bildirmişdir ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pe nsiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Göründüyü kimi cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə riayət etməmiş, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılması barədə nə iddiaçının razılığını almadan, nə də məhkəmədə müvafiq iddia qaldırmadan iddiaçının pensiyasından faktiki olaraq tutulma həyata keçirilmişdir. Cavabdehin tutulma aparılmasına dair hərəkəti qanunsuz hesab olunduğundan onun nəticələri də aradan qaldırılmalı iddiaçıya ödənilən pensiyasından tutulan məbləğ geri qaytarılmalıdır.
10. İddiaçı həmin qərarın iddianın təmin edilməyən hissəsi ndən apellyasiya şikayəti verərək, qərarın həmin hissədə ləğv edilməsini və iddianın həmin hissədə təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 may 2025-ci il tarixli, 2-1(103)-2063/2025 nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov – məruzəçi, M.Tağızadə və N.Nəbizadə) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2-1(112)-950/2025 nömrəli qərarı qismən – iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat ü zrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-2051/2024 saylı qərarı ləğv edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, faktiki olaraq cavabdeh tərəfindən qəbul edilmiş əlverişsiz inzibati akt “İnzibati icraat haqqında” Qanunun tələbləri (maraqlı şəxsi icraata cəlb etmək, onun dinlənilmə hüququnu təmin etmək və s.) riayət edilmədən qəbul edildiyi işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarından da göründüyü kimi cavabdeh tərəfindən “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul edilməmişdən öncə iddiaçıya bildiriş göndərilməsi, şəxsin inzibati icraata dəvət edilməsi və dinlənilmə hüququnun təmin edilməsi müəyyən edilmir. Göründüyü kimi işin hallarına əsasən İddiaçı dinlənilmə hüququnu istisna edən qanuni m üddəa olmamışdır. Əlavə olaraq, iddiaçının əmək pensiyasının yenidən hesablanması üçün əsas vətəndaşın təqsiri ucbatından baş verməyən “əmək pensiyasının məbləğinin düzgün hesablanmadığının” aşkar edilməsi olmuşdur. Hazırda mübahisələndirilən qərardan görünür ki, yenidən hesablanmanın yaranma səbəbi “inventarizasiya”dır. Bununla belə, həmin hüquq digər vəzifələrlə əlaqəli şəkildə tətbiq edilməli, inventarizasiya nəticəsində müəyyən olunan halların inzibati orqana əvvəllər məlum olmasının və ya aşkar olunmasının mümkünlüyü ilə birlikdə qiymətləndirilməlidir. Əks yanaşma hüquqi dövlət, hüquq müəyyənliyi və etimad hüququnun qorunması prinsiplərinə uyğun hesab edilə bilməz.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və o na qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin mümkün sayılmamasını və şikayətin qəbulundan imtina edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Re spublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə gö rə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla);... 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ild ən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.... 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra haki miyyəti orqanı tərəfindən müəyyən edilir....
17. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” (xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür):
2. İndeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanma... 2.2. Qanunun 20-ci maddəsində göstərilən şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı qaydada yenidən hesablanır:... 2.2.3. Qanunun 20.1.4-cü, 20.1.5-ci, 20.1.5-1-ci, 20.1.7-ci, 20.1.9-cu, 20.1.14-cü, 20.1.18-ci və 20.1.20-ci maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi (FD x 50% / 15) orta aylıq əməkhaqqının artım məbləğinə vurulur.... 2.3. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əməkhaqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə – orta aylıq əməkhaqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. 2.4. Qanunun 20.1.2-ci, 20.1.4-1-ci, 20.1.5-2-ci, 20.1.8-ci, 20.1.10-cu, 20.1.15-ci, 20.1.17-ci, 20.1.19-cu və 20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavələr aidiyyəti üzrə bu Qa ydanın 2.2-ci və 2.3-cü bəndlərində nəzərdə tutulmuş qaydada yenidən hesablanır. 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qan unları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan i stifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələ ri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə ə sasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
19. Azərbaycan Respu blikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelly asiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
20. Kassasiy a şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
22. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarından iddianın təmin edilməyən hissəsindən (cavabdehin xx.xx.2024-cü il tarixli, 317-1/3-3-2051/2024 saylı qərarın ləğv edilməsi hissəsindən) sadəcə iddiaçı apellyasiya şikayəti verdiyindən apellyasiyanın predmetini məhz cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-2051/2024 saylı qərarın ləğv edilməsi ilə bağlı tələb təşkil etmişdir.
23. Ona görə də, hazırkı iş üzrə cavabdehin apellyasiya instansiyası məhkəməsinin qərarından verilən kassasiya şikayətinə baxılarkən cavabdehin xx.xx.2024-cü il tarixli, 317-1/3-3-2051/2024 saylı qərarın ləğv edilməsi ilə bağlı gəlinən nəticənin əsaslı olubolmaması yoxlanılacaqdır.
24. İddia tələbinin ikinci hissəsi – tutulmuş məbləğin geri qaytarılması ilə bağlı tələb birinci instansiya məhkəməsi tərəfindən təmin edildiyindən və cavabdeh həmin hissədən apellyasiya şikayəti vermədiyindən məhkəmə kollegiyası qeyd edir ki, tutulmuş məbləğin geri qaytarılması ilə məsələləri araşdırmağa zərurət yoxdur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Ape llyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
27. Hazırkı mübahisədə iddia çının hüquqi marağı və məqsədi cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-2051/2024 saylı qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir.
28. Cavabdehin mübahisələndirilən xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-2051/2024 saylı qərarına və işin müəyyən edilmiş hallarına görə: - iddiaçının əmək pensiyası 1 iyun 2017-ci il tarixdə Qanunun 20.11-ci və 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddələrinə əsasən 11 il 1 ay 14 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının – 2048,11 manatın 60 faizi – 1228,87 manat məbləğində hesablanmışdır. - Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1- dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən iddiaçının 11 il 1 ay 14 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 36,94 faiz təşkil edir. - Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən iddiaçının orta aylıq əmək haqqı 2197,10 manat təşkil etmişdir. Bu zaman artan orta aylıq əmək haqqının fərq məbləğinin (148,99 manat) 36,94 faizi – 55,04 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (1228,87 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1283,91 manat məbləğində hesablanmışdır. - Dövlət qulluqçularının vəzifə maaşlarının a rtırılması ilə əlaqədar 1 sentyabr 2019cu il tarixindən iddiaçının orta aylıq əmək haqqı 3162,94 manat təşkil etmişdir. Bu zaman artan orta aylıq əmək haqqının fərq məbləğinin (965,84 manat) 36,94 faizi – 356,78 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (1283,91 manat) üzərinə əlavə olunmaqla pensiyası 1640,69 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1762,36 manat məbləğində köçürülmüşdür. Buna görə də həmin dövr üzrə ona 2798,41 manat artıq pul vəsaiti ödənilmişdir. - Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 2070,06 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.202 3-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2223,57 manat məbləğində köçürülmüşdür. Bu səbəbdən də həmin dövr üzrə ona 1842,12 manat artıq pul vəsaiti ödənilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-2051/2024 saylı qərarın “İnzibati icraat haqqında” Qanunun tələblərinə (maraqlı şəxsi icraata cəlb etmək, onun dinlənilmə hüququnu təmin etmək və s.) riayət edilmədən qəbul edildiyi qənaətinə gələrək cavabdehin mövqeyini qanunsuz hesab etmiş olsa da, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin bu hissədəki mövqeyi “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin müddəalarına uyğun olduğundan əsaslıdır.
30. Məhkəmə kollegiyası göstərir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilmə yən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi v ə ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.
31. Eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-2051/2024 saylı qərarı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun qəbul edildiyindən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.
33. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmamalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 may 2025-ci il tarixli, 21(103)-2063/2025 nömrəli qərarı ləğv edilsi n. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbi “cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-2051/2024 saylı qərarının ləğv edilməsi” hissədə təmin edilməsin. Qərar qətidir.