Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2999/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əvəzləşdirmə barədə qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu pu blik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əvəzləşdirmə barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-2460/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3838/2021 saylı qərarı ilə İ dərəcə əlilliyi yenidən təyin olunmuşdur. Həmin qərar Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə 2-(102)-846/2023 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. Ona İ qrup əlil kimi cavabdeh tərəfindən 429,79 manat məbləğində pensiya hesablanmışdır.
2. C avabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmiş xx.xx.2024cü il tarixli məktubunda bildirilmişdir ki, “sizə Fondun keçmiş Yasamal rayon şöbəsi tərəfindən dövlət qulluqçusu kimi İ dərəcə əlilliyə görə xx.xx.2017-ci il tarixindən əmək pensiyası təyin edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən xx.xx.2017-ci il tarixdən müəyyən edilmiş İ dərəcə əlilliyiniz xx.xx.2019-cu il tarixində etibarsız edildiyindən sizə ödənilmiş əmək pensiyası üzrə xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək artıq ödəmə müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-3838/2021 nömrəli Qərarına əsasən xx.xx.2020-ci il tarixindən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilli yiniz müəyyən edildiyindən sizə həmin tarixdən ümumi əsaslarla 200 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 337,77 manata çatdırılmış və hazırda ödənişi davam etdirilir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən bildiririk ki, 2022-ci ilin may və iyun aylarında sizə sistem tərəfindən 472,71 manat (hər ay) məbləğində əmək pensiyası ödənilib. Nəticədə əmək pensiyası üzrə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək artıq ödəmə müəyyən edilib. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş halla r əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Bildirilir ki, sizə xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək və xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək artıq ödənilmiş vəsaitin bir hissəsi xx.xx.2020-ci il tarixindən hesablanmış ötən dövr məbləği ilə, həmçinin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyanızın indeksləşdirilməsi nəticəsində ötən dövr üzrə (xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək) yaranmış fərq məbləği ilə əvəzləşdirilmişdir. Eyni zamanda bildiririk ki, hazırda əmək pensiyanızdan hər hansı tutulma aparılmır”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək “artıq ödənilmiş vəsaitin əvəzləşdirilməsinə yönəlmiş hərəkətlər qanunsuz hesab edilməklə, həmin əvəzləşdirmə barədə qəbul edilmiş cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/1-O-235441/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarın “Qeyd” adlanan qrafasının ləğv edilməsi və iddiaçıya ödənilməli olan pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xəstəliyi ilə əlaqədar olaraq 20 17-ci ilin yanvar ayından İ qrup əlillik pensiyası təyin olunmuşdur. Nazirlik tərəfindən 2019-cu ilin iyun ayında heç bir əsas olmadan qanunsuz olaraq pensiyası dayandırılmışdır və bu günə qədər həmin dayandırılmış pensiya bərpa olunmamışdır. Cavabdehə göndərdiyi çoxsaylı müraciətlərinin heç bir nəticəsi olmamışdır. Belə ki, axırıncı dəfə 17 yanvar 2024-cü il tarixində müraciət etmişdir və bu günə qədər pensiyası bərpa olunmamış və heç bir rəsmi cavab verilməmişdir. Ona görə də Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir və Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)3838/2021 saylı qərarı ilə İ dərəcə əlilliyi yenidən təyin olunmuşdur. Həmin qərar Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə 2-(102)- 846/2023 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. Ona İ qrup əlil kimi cavabdeh tərəfindən 429,79 manat məbləğində pensiya hesablanmışdır və bu faktı təsdiq edən xx.xx.2022-ci il tarixli, **********0 saylı cavabdehin arayışında da öz təsdiqini tapmışdır. Lakin məhkəmə qərarlarından sonra cavabdehin tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-17-7/2-0- 48180/202 saylı arayışında isə guya 303,75 manat məbləğində əmək pensiyası təyin olunması göstərilmişdir. Beləliklə, cavabdeh qanunsuz olaraq pensiyasının 126 manatını kəsmişdir. Dəfələrlə cavabdehə müraciət etsə də, o, bu qanunsuzluğu davam etdirir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehə göndərdiyi rəsmi məktuba xx.xx.2024-cü il tarixdə cavabdeh məntiqə sığmayan cavab yazmışdır.
5. Cavabdehin etirazı onunla əsaslandırılmışdır k i, orqanizmin funksiyalarının 81100 faiz pozulmasına görə xx.xx.2017-ci il tarixdə ilkin əlillik təyin edilmiş, lakin xx.xx.2019cu il tarixdə həmin əlillik etibarsız hesab edildiyindən ona xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 12138,60 manat məbləğində artıq ödənilmiş pensiya məbləği vəsaiti müəyyən edilmişdir. Bundan əlavə, iddiaçının əlilliyə görə əmək pensiyası xx.xx.2022-ci il tarixdən yenidən bərpa edilmiş və 2022-ci ilin may və iyun aylarında aylıq 248,16 manat həddində təyin edilmiş pensiya məbləğini almalı olduğu halda, aylıq 472,71 manat almışdır. Beləliklə də 2x472,71 - 2x248,16 = 449,10 manat məbləğində vəsaitin yenidən artıq ödənildiyi müəyyən edilmişdir. Bu baxımdan, iddiaçıya ümumilikdə artıq ödənilmiş vəsait 12587,70 manat (449,10 + 12138,60 = 12587,70) təşkil etmişdir. Daha sonra Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-3838/2021 nömrəli qərarına (qərarda İddiaçı 1-ci dərəcə əlilliyin təyinat tarixinin xx.xx.2020-ci il tarixdən olmasının nəzərə alınması qeyd olunmuşdur) və vətəndaşın pensiya işində olan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən olunması meyarlarına və Əsasnamə”yə uyğun olaraq, ona xx.xx.2020-ci il tarixdən 200 manat məbləğində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçının əlil liyinin bərpa edildiyi dövrlər üzrə, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək alınmamış 3912,90 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək keçmiş dövr üzrə 4830,24 manat, həmçinin maddi yardım 200,00 manat və 2024-cü ilin indeksasiya məbləği olan 34,02 manat məbləği 12587,70 manat məbləğində artıq ödənilmiş vəsaitlə əvəzləşdirilmişdir. Dövlət Xəzinədarlığından əldə edilmiş çıxarışa əsasən 945,42 manat məbləğində vəsait vətəndaş tərəfindən xx.xx.2022-ci il tarixində nağd qaydada bərpa edilmişdir. Beləliklə, iddiaçının hazırda xx.xx.2024-cü il tarixinə Fonda qalıq borcu 2665,12 manat təşkil etmişdir. İddiaçının pensiya işində olan sənədlərin surətlərinə əsasən onun əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək təhsil aldığınız illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 27 il 11 ay 6 gün sığorta stajı və xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 6858,51 manat pensiya kapitalı əsasında ona 200 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olara q müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 222,80 manata çatdırılıb. Əmək pensiyasının məbləği (222,80 manat) əmək pensiyasının minimum məbləğindən (240 manat) aşağı olduğu üçün əmək pensiyası minimum məbləğə və eyni zamanda xx.xx.2022-ci il tarixdən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar 248,16 manata çatdırılmışdır. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Həmin Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən Qanunun 29.1-ci maddəsinə əsasən 303,75 manata çatdırılıb. İddiaçıya 2024-cü il tarixdən hər ay 337.77 manat məbləğində əlilliyə görə əmək pensiyası ödənilir.
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2504/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – L.Musayeva).
7. Məhkəmə hesab etmişdir ki, şəxsin razılığı olmadığı təqdirdə inzibati orqanın öz təşəbbüsü ilə artıq ödənilmiş məbləğin əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Müvafiq artıq ödəmənin əvəzləşdirilməsi pensiyaçının razılığı olmadığı təqdirdə məhkəmə qərarı əsasında həyata keçirilə bilər. İş materiallarına əlavə edilən sənədlərdən müəyyən olunur ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulmasına iddiaçının razılığı ifadə olunmamış, artıq alınmış pensiya məbləğ inin iddiaçıdan cavabdehə qaytarılması barədə məhkəmə qərarı da mövcud deyil.
8. Məhkəmə qeyd etmişdir ki, pensiyanın hesablanması zamanı riyazi səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyi aydın ifadə olunub. Buna baxmayaraq, inzibati orqan tərəfindən birtərəfli qaydada ödənilməli olan məbləğ ilə artıq ödənilmiş pensiya məbləği əvəzləşdirmişdir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-2460/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2504/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – M.Tağızadə, hakimlər – K.Əkbərov, N.Nəbizadə).
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə xx.xx.2017-ci il tarixdə ilkin əl illik təyin edilmiş, lakin xx.xx.2019-cu il tarixdə həmin əlillik etibarsız hesab edildiyindən ona xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 12138,60 manat məbləğində artıq ödənilmiş pensiya məbləği vəsaiti müəyyən edilmişdir. Bundan əlavə, iddiaçının əmək pensiyası xx.xx.2022-ci il tarixdən yenidən bərpa edilmiş və 2022-ci ilin may və iyun aylarında aylıq 248,16 manat həddində təyin edilmiş pensiya məbləğini almalı olduğu halda, aylıq 472,71 manat almışdır. Beləliklə də 449,10 manat məbləğində vəsaitin yenidən artıq ödənildiyi müəyyən edilmişdir. Bu baxımdan, iddiaçıya ümumilikdə artıq ödənilmiş vəsait 12587,70 manat təşkil etmişdir. Daha sonra Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-3838/2021 nömrəli qərarına (qərarda iddiaçıya 1-ci dərəcə əlilliyin təyina t tarixinin xx.xx.2020-ci il tarixdən olmasının nəzərə alınması qeyd olunmuşdur) və vətəndaşın pensiya işində olan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən olunması meyarlarına və Əsasnamə”yə uyğun olaraq, ona xx.xx.2020-ci il tarixdən 200 manat məbləğində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçının əlilliyinin bərpa edildiyi dövrlər üzrə, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək alınmamış 3912,90 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.202 3-cü il tarixədək keçmiş dövr üzrə 4830,24 manat, həmçinin maddi yardım 200,00 manat və 2024-cü ilin indeksasiya məbləği olan 34,02 manat məbləği 12587,70 manat məbləğində artıq ödənilmiş vəsaitlə əvəzləşdirilmişdir. Dövlət Xəzinədarlığından əldə edilmiş çıxarışa əsasən 945,42 manat məbləğində vəsait vətəndaş tərəfindən xx.xx.2022-ci il tarixində nağd qaydada bərpa edilmişdir. Beləliklə, həmin tarixdən iddiaçının xx.xx.2024-cü il tarixinə Fonda qalıq borcu 2665,12 manat təşkil etmişdir. İddiaçının pensiya işində olan sənədlərin surətlərinə əsasən onun əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 27 il 11 ay 6 gün sığorta stajı və xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 6858,51 manat pensiya kapitalı əsasında ona 200 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin olunmuşdur.
14. Həm birinci, həm apellyasiya instansiyası məhkəməsi inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-17-1/1-O-235441/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarın “Qeyd” adlanan qrafasının ləğv edilməli olduğunu qeyd edərək, qərarın mahiyyətinə toxunmuşdur. Həmçinin məhkəmə qərarında əsaslandıralaraq qeyd etmişdir ki, cavabdeh qurumun hərəkətləri iddiaçının hüquqlarını pozur, ona görə də artıq ödənilmiş pul vəsaitinin əvəzləşdirilməsinə yönəlmiş hərəkətlər qanunsuz hesab edilməklə həmin əvəzləşdirmə barədə qəbul edilmiş əmək pe nsiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi və iddiaçıya ödənilməli olan pul vəsaitinin ödənilməsi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır. Buna münasibətdə qeyd edilməlidir ki, işin faktiki hallarına əsasən sözügedən qərarının qeyd hissəsində inzibati orqanın iddiaçıya ödədiyi artıq ödənilmiş pul vəsaitinin müəyyən edildiyi barədə məlumat qeyd olunmuş və qeyd hissəsində artıqödənilmiş vəsaitin iddiaçıdan tutulması barədə heç bir göstəriş nəzərdə tutulmamışdır.
15. Bundan başqa, qərarın qeyd adlanan qrafasında iddiaçının ilkin əlilliyinin (xx.xx.2017) ləğv edildiyi və yenidən məhkəmə qərarı əsasında xx.xx.2020-ci il tarixdən ilkin əlillik təyinatı aparıldığı və bu səbəbdən də xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi artıqödəmənin müəyyən edildiyi göstərilmişdir. Belə ki iddiaçıya məhkəmə qərarı əsasında xx.xx.2020-ci il tarixdən ilkin əlillik təyinatının aparıldığını nəzərə alaraq, ona münasibətdə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi yaranmış artıqödəmənin əsaslı olduğunu görülür. Bildirilir ki, qərarın qeyd adlanan qrafasında iddiaçının ilkin əlilliyinin (xx.xx.2017) ləğv edildiyi və yenidən məhkəmə qərarı əsasında xx.xx.2020-ci il tarixdən ilkin əlillik təyinatı aparıldığı və bu səbəbdən də xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi artıqödəmənin müəyyən edildiyi göstərilmişdir. Belə ki, iddiaçıya məhkəmə qərarı əsasında xx.xx.2020-ci il tarixdən ilkin əlillik təyinatının aparıldığını nəzərə alaraq, ona münasibətdə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi yaranmış artıqödəmənin əsaslı o lduğunu görünür. Lakin birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi “İnzibati icraat haqqında” Qanunun müddəalarına istinad edərək sözügedən qərarın qeyd hissəsini ləğv etmiş və həmin artıqödəmənin yaranma səbəblərini araşdırmadan onun əsassız hesab edilməsini özündə ehtiva edərək qərarın müvafiq qeyd hissəsini ləğv etmişdir. İddiaçıya ilkin olaraq xx.xx.2017-ci il tarixdə təyin edilmiş əlillik xx.xx.2019-cu il tarixdə etibarsız hesab edildiyindən və əlilliyin etibarsız hesab edilməsi barədə həmin qərar hazırda qüvvədə olduğundan, müvafiq dövr üzrə iddiaçı əlilliyi olan şəxs hesab edilmir. Aydındır ki, əlilliyi olmayan şəxsə cavabdeh inzibati orqan tərəfindən əlilliyə görə əmək pensiyasının ödənilməsi qanuni və əsaslı deyil. Həmçinin nəzərə alınm alıdır ki, məhkəmə qərarına əsasən iddiaçının əlilliyi xx.xx.2020-ci il tarixdən təyin edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
18. AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 6.6. Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə gör ə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsind ə şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zə ruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdeh tərəfindən artıq ödəmə adı ilə tutulmuş (əvəzləşdirilmiş) məbləğin geri qaytarılmasına nail olmaqdan ibarətdir.
27. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə olaraq bildirir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhk əməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-3/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-112/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)- 768/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1088/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)1560/2024 nömrəli qərarlar) formalaşmış məhkəmə təcrübəsinə görə, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması ilə bağlı qaydanı tənzimləyən “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tələbinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
28. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyas ına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur – könüllü və ya məcburi.
29. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə, belə razılığın olub-olmamasından asılı olmayaraq tətbiq edilir. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitləri könüllü olaraq geri qaytarmağa razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etməklə həmin vəsaiti geri almaq səlahiyyəti verir.
30. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, yaxud əmək pensiyaçısının bununla bağlı aşkar ifa də olunan razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək və pensiyadan tutulmalar aparmaq səlahiyyətinə malik olmayacaqdır.
31. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir.
32. Hazırkı iş üzrə apellyasiya məhkəməsi əsaslı olaraq bildirmişdir ki, iddiaçının razılığı olmadığı təqdirdə inzibati orqanın öz təşəbbüsü ilə artıq ödənilmiş məbləğin əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Müvafiq artıq ödəmənin əvəzləşdirilməsi pensiyaçının razılığı olmadığı təqdirdə məhkəmə qərarı əsasında həyata ke çirilə bilər.
33. Məhkəmə kollegiyası kassasiya şikayətinin “əlilliyin xx.xx.2019-cu il tarixdə etibarsız hesab edilməsi barədə qərar hazırda qüvvədə olduğundan iddianın təmin edilməli olmaması barədə” dəlili üzrə qeyd edir ki, həmin qərarın ləğv edilibedilməməsindən aslı olmayaraq cavabdeh tərəfindən artıq ödəmənin əvəzləşdirilməsi pensiyaçının razılığı olmadan həyata keçirildiyindən iddiaçının tələbi əsaslı olmuşdur.
34. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)2460/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.