Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3000/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar müəyyən edilmədən inzibati aktın ləğv edilməsinin yolverilməzliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlilliyin bərpa edilməsi" tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2024-cü il tarixli 2-1(104)-135/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1996-cı il tarixdə İddiaçı əlilliyi qiymətləndirilmiş, və ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.
2. İddiaçı əlilliyi 11 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında yenidən qiymətləndirilmiş, diaqnoz: sol tərəfli kor torakovdinal qəlpə yaralanmasına görə (12.02.94) olunmuş sol yan torakotomiya sol ağ ciyərin aşağı payının, diafraqmanı tikilməsi operasiyalarından. İmtina səbəb tam reabilitasiya olması. Ətraflı: tam reabilitasiya barədə qərar qəbul edilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27 avqust 2021-ci il tarixli, **********3 nömrəli protokol-qərarına əsasən 28 nəfərin, habelə İddiaçı əlilliyi qiymətləndirilmiş, “tam reabilitasiya barədə” qərar qəbul edilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 13 yanvar 2022-ci il tarixli, 13 may 2022-ci il tarixli məktublarında qeyd etmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətlənd irilməsinə Agentlikdə əyani müayinə olunaraq baxılmış, təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “tam reabilitasiya olunması” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə “əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş sol tərəfli kor torakovdinal qəlpə yaralanmasına görə (12.02.94) olunmuş sol yan torakotomiya sol ağ ciyərin aşağı payının, diafraqmanı tikilməsi operasiyalarından (xx.xx.1994) yayılmış plevra-diafraqma bitişmə, orta dərəcə tənəffüs pozğunluqları ilə, odlu silah yaralanmasında sonra zəif funksional xroniki hepatit, sağrı sindromu ilə gedən bitişmə xəstəliyi” diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək Azərbaycan Respublikasının Naz irlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2021-ci ildən “Tam reabilitasiya olunması” qərarı verilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Tovuz rayon şöbəsi tərəfindən tərtib edilən 040012 nömrəli pensiyaçının uçot vərəqəsindən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı xx.xx.1995-ci ildən əlilliyə görə pensiya almışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə mü raciət edərək, 11 avqust 2021-ci il tarixdən dayandırılmış İİ qrup əlillik pensiya ödənişlərinin bərpa edilməsi, ödənilməmiş müddətlər üzrə yığılmış pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ildə İ Qarabağ müharibəsində Tovuz rayonu Əlibəyli kəndində gedən döyüşlərdə iştirak etmişdir. O və əlavə doqquz nəfər könüllü olaraq Ağdərə rayonunda gedən ağır döyüşlərə qatılmışdır. Döyüş zamanı o, sağ budundan yaralanmış, yarası ağır olduğu üçün Göyçay xəstəxanasına yerləşdirilmişdir. Bir müddət orada müalicə alandan sonra yenidən Tovuz rayonu Əlibəyli kəndində gedən döyüşlərə qatılmış, ağır döyüşlər vaxtı 1994-cü ildə mərmi qəlpəsindən döş qəfəsindən ağır ya ra almışdır. Bundan sonra döyüşlərdə iştirak edə bilməmişdir. 1995- ci ildə həkim komissiyası tərəfindən İİ dərəcə əlillik pensiyası təyin olunmuşdur. 1996-cı ildə təkrarən həkim komissiyasından keçmiş və ömürlük İİ dərəcə əlillik pensiyası təyin olunmuşdur. Həmin dövrdən 2021-ci ilin avqust ayına kimi əlillik pensiyası almışdır. Ancaq 2021-ci ilin avqust ayında ona təyin olunmuş pensiya dayandırılmışdır. İddiaçı əlilliyinin bərpa edilməsilə bağlı cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir.
7. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Tovuz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.1996-cı il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T15-T19 Təbii dəliklərdən yad cisim daxil olmasının nəticələri => T17 - Tənəffüs yollarında yad cisim =...; Diaqnozun mətni: Sol tərəfli kor torakovdinal qəlpə yaralanmasına görə (12.02.94), olunmuş sol yan torakotomiya sol ağ ciyərin aşağı payının, diafraqmanı laporotomiya, qara ciyərin sol payının yaralanmasının tikilməsi operasiyalarından (12.02.94) yayılmış plavra - diafraqma bitişmə orta dərəcə gedən tənəffüs pozğunluqları ilə, odlu silah yaralanmasından sonra zəif funksional xroniki hepatit sağrı sindromu ilə gedən bitişmə xəstəliyi; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol tərəfli kor torakovdinal qəlpə yaralanmasına görə (12.02.94 ), olunmuş sol yan torakotomiya sol ağ ciyərin aşağı payının, diafraqmanı laporotomiya, qaraci...;” səbəbi ilə müddətsiz əlillik verilmişdir. Tovuz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.1996-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T15-T19 - Təbii dəliklərdən yad cisim daxil olmasının nəticələri => T17 - Tənəffüs yollarında yad cisim =...; Diaqnozun mətni: Sol tərəfli kor torakovdinal qəlpə yaralanmasına görə (12.02.94), olunmuş sol yan torakotomiya sol ağ ciyərin aşağı payının, diafraqmanı laporotomiya, qara ciyərin sol payının yaralanmasının tikilməsi operasiyalar ından (12.02.94); Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabiltasiya barədə qərar qəbul edilmişdir.;” səbəbi ilə imtina verilmişdir. İddiaçı xx.xx.1996-cı il tarixdə TibbiSosial Ekspert Komissiyasında təkrar əyani müayinə olunmuş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı verilmişdir. Lakin Əlillik AS-nə daxil edilməmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1995-ci il tarixli, 1235 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol tərəfli kor torakovdinal qəlpə yaralanmasına görə (12.02.94), olunmuş so l yan torakotomiya, sol ağ ciyərin aşağı payının, diafraqmanı laparotomiya, qara ciyərin sol payının yaralanmasının tikilməsi operasiyalarından (12.02.94) yayılmış plavra - diafraqma bitişmə orta dərəcə gedən tənəffüs pozğunluqları ilə, odlu silah yaralanmasından sonra zəif funksional xroniki hepatit sağrı sindromu ilə gedən bitişmə xəstəliyi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qarnı palpasiyada yumşaq və ağrısız, boyu 169 sm, çəkisi 76 kq-dır. Saturasiya 96-dır. Həzm və tənəffüs orqanlarının əlillik təyinatına əsas verən funksional pozuntuları müəyyən edilmir. Nəticədə diaqnoz Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq tam reabilitasiya barədə qərar qəbul edilmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur.
8. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1536/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2-1(114)-65/2023 nömrəli qərarı (hakim X7) ilə iddia tələ bi təmin edilməmişdir.
11. Məhkəmə iş materiallarında olan 19 yanvar 2023-cü il tarixli, T 25/2023 nömrəli ekspert rəyində əsaslanaraq qeyd etmişdir ki, həmin rəydə iddiaçının səhhətində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkarlanmadığı göstərilmişdir. Odur ki, iddiaçının əlillik dərəcəsinin bərpa edilməsi ilə bağlı tələbi əsaslı sayıla bilməz.
12. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia tələbinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin t ibbi sosial ekspert komissiyası tərəfindən qəbul edilmiş onun ikinci dərəcə əlilliyin ləğv edilməsi barədə “tam reabilitasiya” haqqında xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və 2-ci dərəcəli əlilllyin ləğv olunduğu tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-135/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2024-cü il tarixli, 2-1(104)-135/2024 nömrəli qərarı (hakimlər X2 (məruzəçi), X3 və X6) ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)2004/2023 nömrəli qərarı ləğv edi lmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 11 avqust 2021-ci il tarixli, xxxxxxx0002 qərarı ləğv edilmiş, İddiaçı təyin edilmiş müddətsiz ikinci dərəcəli əlilliyinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmuşdur.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
17. Bundan başqa, iddiaçının barəsində qəbul edilmiş 11 avqust 2021-ci il tarixli qərarın qanuniliyi və əsaslılığı yoxlanılan zaman müəyyən edilmişdir ki, İddiaçı Ser TSE№047965 nömrəli, xx.xx.1995-ci il və Ser TSE6№029279 nömrəli, xx.xx.1996-cı il tarixli müayinə aktlarına əsasən İddiaçı 1 il müddətinə, Ser TSE-8№019194 nbmrəli, xx.xx.1997-ci il tarixli müayinə aktına əsasən ömürlük ikinci dərəcə əlillik təyin edilmişdir. Hazırki halda iddiaçını n əlilliyinin təkrar qiymətləndirilməsinin hüquqi və faktiki əsası olmamışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Şikayətdə apellyasiya instansiya məhkəməsinin mövqeyi mübahisələndirilərək qeyd edilir ki, İddiaçı xx.xx.1996-cı il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasında təkrar əyani müayinə olunmuş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı verilmişdir. Lakin Əlillik AS-nə daxil edilməmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbay can Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1995-ci il tarixli 1235 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol tərəfli kor torakovdinal qəlpə yaralanmasına görə (12.02.94), olunmuş sol yan torakotomiya sol ağ ciyərin aşağı payının, diafraqmanı laporotomiya, qara ciyərin sol payının yaralanmasının tikilməsioperasiyalarından (12.02.94) yayılmış plavradiafraqma bitişmə orta dərəcə gedən tənəffüs pozğunluqları ilə, odlu silah yaralanmasından sonra zəif funksional xroniki hepatit sağrı sindromu ilə gedən bitişmə xəstəliyi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qarnı palpasiyada yumşaq və a ğrısız, boyu 169 sm, çəkisi 76 kq-dır. Saturasiya 96-dır. Həzm və tənəffüs orqanlarının əlillik təyinatına əsas verən funksional pozuntuları müəyən edilmir. Nəticədə diaqnoz Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Tam reabiltasiya barədə qərar qəbul edilmişdir.
19. Aydın olmuşdur ki, iddiaçı barəsində diaqnozlar əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır. Belə olan halda, iddiaçıda olan xəstəliklər qanunvericiliklə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati or qanın qərarı qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mə rkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyə tinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:
1. Ümumi müddəalar... 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.
2. Əlilliyin müəyyən olunması meyarları 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3. 1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixind ən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqd a qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayi nəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 g ün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzr ə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya müddətsiz əlilliyin bərpa edilməsi ilə bağlı apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış, bununla bağlı iş materiallarında olan sənədlər nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirilməsi ilə də razılaşır.
24. Bununla belə, cavabdehin kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
31. Kassasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh orqan iddiaçının əlilliyinin ləğv edilmə əsası kimi tam reabilitasiya olması göstərilmişdir. Belə qənaətə gələrkən cavabdeh inzibati orqan əyani müayinənin nəticələrinə əsaslanmışdır.
32. Məhkəmə k ollegiyası cavabdehin kassasiya şikayətində əks edilmiş arqumentləri ilə razılaşmayaraq öz mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir. 33. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə Tibbi-Sosial Ekspert Komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən komissiyanın qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
34. Beləliklə göründüyü kimi qanunverici Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi və ya ləğvi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalı, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır.
35. Şəxsin əyani müayinəyə cəlb edilməsi üçün ən əvvəl inzibati orqan əvvəlki qərarının düzgünlüyünü şübhə altına olan əsasların mövcudluğunu sübut etməlidir.
36. Qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etd iyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir.
37. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, Ali Məhkəmənin bir sıra qərarlarında “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” müddəasının mahiyyəti açıqlanaraq vurğulanmışdır ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yən i, daxili audit yoxlaması iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, qurum ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, onun əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır.
38. Lakin hazırkı iş üzrə cavabdeh orqan əvvəlki qərarının düzgünlüyünü şübhə altına olan əsasların mövcudluğunu təsdiq edən sübut təqdim etməmişdir.
39. Kassasiya şikayətində cavabdeh həmçinin qeyd etmişdir ki, ekspertiza rəyi ilə iddiaçının tam reabilitasiya olunduğu müəyyən edildiyindən inzibati orqanın qərarı qanuni olmuşdur.
40. Cavabdehi bu dəlili ilə razılaşmayan m əhkəmə kollegiyası bildirir ki, iş materiallarından olan 19 yanvar 2023-cü il tarixli, T 25/2023 nömrəli ekspert rəyində İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasının 0452003AAKSN nömrəli göndərişində qeyd edilən “Sol tərəfli kor torakoabdominal qəlpə yaralanmasına görə (12.02.94) olunmuş sol yan torakotomiya, sol ağciyərin aşağı payının, diafraqmanın, qaraciyərin sol payını yaralanmasının tikilməsi, laporatomiya operasiyalarından sonrakı vəziyyət” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş və aparılmış müalicə tədbirləri ilə əlaqədar xəstəliyin dinamikası, klinik proqnozu qənaətbəxş olduğu qeyd edilmişdir.
41. B aşqa sözlə ekspertiza rəyində iddiaçının tam reabilitasiya olunması ilə əlaqədar hər hansı nəticə mövcud deyildir.
42. Beləliklə, yuxarıda qeyd edilən xüsusatlar cavabdehin kassasiya şikayətində əks etdirdiyi mövqeyin qanuni olmadığını və iş materialları, qanunvericiliyin normaları ilə ziddiyyət təşkil etdiyini sübut edir.
43. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2024-cü il ta rixli 21(104)-135/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.