Məhkəmə qərarları › İş №2-1(102)-3004/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3004/2025

18.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3004/2025 18.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (növbəti səyyar vergi yoxlaması, qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və vergi borc larının silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il 04 iyun tarixli, 2-1(103)-413/2025 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2022-ci il tarixli **********163040 nömrəli Qərarı ilə "Fayton LTD” MMC-də Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən (yoxlanılan dövr: xx.xx.2018xx.xx.2021) növbəti səyyar vergi yoxlaması keçirilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə 05 avqust 2022-cü il tarixli “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********163040 nömrəli vergi ödəyicisinin məsuliyyətə cəlb ediməsi haqqında Qərarına əsasən id diaçıya 629.578,67 manat əsas vergi borcunun və 454448.82 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. Belə ki, Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən İddiaçı MMM 2018-2021-ci illər üzrə mənfəət vergisi, əlavə dəyər vergisi, ödəmə mənbəyində vergini ödəməkdən yayınmağa görə məsuliyyətə cəlb edilmişdir. -Mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən şərti rentabellik tətbiq edilməklə 2018-ci il üzrə 162.273,89 manat əlavə hesablama aparılmaqla 81.136,95 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2019-cu il üzrə 225.124,88 manat əlavə hesablama aparılmaqla 112.562,44 manat maliyyə s anksiyası tətbiq edilmiş, 2020-ci il üzrə 128.391,65 manat əlavə hesablama aparılmaqla 64.195,83 manat maliyyə sanksiyası tətbiq edilmişdir. -Əlavə dəyər vergisi üzrə Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən aylar üzrə dövriyyənin düzgün göstərilməməsi səbəbindən 2018-ci il üzrə 37.076,63 manat əlavə hesablama aparılmaqla 18.538,32 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2019-cu il üzrə 63.930,61 manat əlavə hesablama aparılmaqla azaldılmış məbləğə uyğun (318.829,86 manat) 159.414,93 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2020-ci il üzrə azaldılmış məbləğə uyğun (216 manat) 108 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2021-ci il üzrə 24826,99 manat əlavə hesablama aparılmaqla 12.413,50 manat maliyyə sanksiyası tətbiq edilmişdir.-Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məc buri dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə 2018-ci il üzrə 2.90 manat azaldılma müəyyən edilərək 1.45 manat maliyyə sanksiyası tətbiq edilmişdir. -Ödəmə mənbəyində tutulan vergi üzrə 2018-ci il üçün 4140.96 manat azaldılma müəyyən edilərək 2070.48 manat maliyyə sanksiyası olmaqla, 2019-cu il üçün 2557.29 manat azaldılma müəyyən edilərək 1278.65 manat maliyyə sanksiyası olmaqla, 2020-ci il üçün 3205.14 manat azaldılma müəyyən edilərək 1602.57 manat maliyyə sanksiyası olmaqla, 2021-ci il üçün 2252.39 manat azaldılma müəyyən edilərək 1125.70 manat maliyyə sanksiyası olmaqla, cəmi 6077.40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə mür aciət edərək İddiaçı barəsində "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 04 oktyabr 2022-ci il tarixli, **********163040 nömrəli qərarın ləğv edilməsi və vergi borclarının silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı üzrə səyyar vergi yoxlaması aparılmışdır. Həmin səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2022-ci il tarixli **********149566 nömrəli akt və xx.xx.2022-ci il tarixli, **********659100 nömrəli sənəd tərtib olunm uşdur. Həmin aktlar əsasında İddiaçı barəsində "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli, **********163040 nömrəli qərar qəbul edilmişdir. Həmin Qərarla müəssisə tərəfindən mənfəət vergisinin 2018-ci il üzrə 162273.89 manat (yüz altmış iki min iki yüz yetmiş üç manat səksən doqquz qəpik), 2019- cu il üzrə 225.124,88 manat (iki yüz iyirmi beş min vüz iyirmi dörd manat səksən səkkiz qəpik), 2020-ci il üzrə 128391.65 manat (yüz iyirmi səkkiz min üç yüz doxsan bir manat altmış beş qəpik) olmaqla, cəmi 515790.42 (beş yüz on beş inin yeddi yüz doxsan manat qırx iki qəpik) azaldılması müəyyən edilmişdir. Belə ki, yoxlama zamanı müəssi sənin mənfəəti Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülərək hesablanmışdır. Beləliklə də, müəssisəyə Azərbaycan Respublikası vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətdə azaldılmış 515790.42 manatın (beş yüz on beş min yeddi yüz doxsan manat qırx iki qəpik) 50%-i miqdarında, yəni 257895.22 manat (iki yüz əlli yeddi min səkkiz yüz doxsan beş manat iyirmi iki qəpik) maliyyə sanksiyası tətbiq edilmişdir. Baxmayaraq ki, müəssisə tərəfindən gəlir və xərc sənədləri tam şəkildə səyyar vergi yoxlayıcılarma təqdim olunmuşdur. Lakin səyyar ve rgi yoxlayıcıları tərəfindən tərəfimizdən təqdim olunmuş gəlir və xərc sənədləri nəzərə alınmamışdır. Belə ki, qərarda göstərilmişdir ki, müəssisə tərəfindən "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunun tələbləri cavabdehin həmçinin xidməti müqavilələrini guya əmək münasibətlərini pərdələmək məqsədi ilə yalan əqd hesab etməsi bununla da iddiaçıya əlavə vergi, faiz və cərimələri tətbiq etməsi qanunaziddir. Bundan əlavə, yoxlama aktından görünür ki, vergi aktı ilə təsisçinin müəssisəyə borc verməsi və həmin borc məbləğinin təsisçiyə qaytarılması, bununla əlaqədar ƏDV-nin azaldılması müəyyən edilmişdir. Bu hissədə də yoxlamanı qanunsuz hesab etmişdir. Hesab edilmişdir ki, bu hissədə də müəssisə tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Qərarda göstərilir ki, poz ulmuş, yoxlanılan dövrdə əmtəəmaterial ehtiyatlarının uçotu aparılmamış və yoxlama üçün digər zəruri sənədlər təqdim edilməmişdir. Lakin məhkəmənin nəzərinə çatdırırıq ki, göstərilən bu xüsusatlar həqiqətə uyğun deyildir. Həmçinin, qərarda göstərilir ki, analoji vergi ödəyicisinin müəyyən edilməsi barədə xx.xx.2022-ci il tarixli **********833600 nömrəli xidməti məruzə ilə müvafiq struktura müraciət olunmuş və analoji fəaliyyətlə məşğul olan oxşar vergi ödəyicisinin müəyyən edilməməsi barədə xx.xx.2022-ci il tarixli **********096000 nömrəli xidməti məruzə ilə cavablandırılmışdır. Beləliklə, yoxlayıcı bu qərara gəlmişdir ki, səyyar vergi yoxlaması üçün naməlum olan xərclərin Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatlar əsasında müəyyən edilməsi mümkün olmamışdır. Bu səb əbdən səyyar vergi yoxlayıcısı Vergi Məcəlləsinin 67.17-ci maddəsini rəhbər tutaraq həmin Məcəllənin 67-ci maddəsində əsasən vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən normaları tətbiq etmişdir və Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən müəssisənin gəlirləri banklardan alınmış məlumatlar, Elektron qaimə-faktura məlumatları və ƏDV-nin depozit hesabı məlumatları əsasında vergiləri müəyyən etmişdir. Müəssisə tərəfindən gəlir və xərc sənədləri tam şəkildə vergi yoxlayıcısına təqdim edilmişdir və halhazırda həmin sənədləri iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim edilmişdir. Lakin buna baxmayaraq vergi yoxlayıcısı: 1) Gəlir və xərc sənədlərinin təqdim edilməsinə baxmayaraq bu sənədlərdən istifadə etməmişdir; 2) Gəlir və xərc sənədləri təqdim olunmadığ ı halda Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən əlaqəli məlumatlara əsasən vergitutma obyektini müəyyən edə bildiyi halda bunu etməmişdir və tam qanunsuz olaraq hesab etmişdir ki, nə gəlir və xərc sənədləri əsasında, nə də əlaqəli məlumatlar əsasında vergitutma obyektini müəyyən etmək mümkün deyildir və buna görə də vergini qanunsuz olaraq Nazirlər Kabinetinin müəyyən etdiyi xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülərək hesablamışdır. Eyni zamanda səyyar vergi yoxlaması haqqında qərarla əlavə dəyər vergisi (ƏDV) yoxlanılmışdır. Əlavə dəyər vergisi üzrə yoxlama xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə etmişdir. Vergi yoxlayıcısı tərəfindən müəssisə tərəfindən təqdim edilmiş hesabatlara əsasən yoxlanılan verg i dövrü üzrə Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən aylar üzrə dövriyyənin düzgün göstərilməməsi səbəbindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 190474.75 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda yoxlama aktı ilə ödəmə mənbəyindən tutulan vergi üzrə hesabatda göstərilən məbləğin hesabatda göstərilməli olan məbləğə nisbətən 12154.78 manat azaldıldığı müəyyən edilmiş, eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50%-i, yəni 6077.39 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən vergi üzrə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə səyyar vergi yoxlaması aktında Qaimə-fakturalara əsasən müəssisə tərəfindən fiziki şəxslərdən xidmətlər (ştamplayıcı, sürücü, xadimə və s.) alındığı, həmin fiziki şəxslərin müəssisənin fəaliyyətinə uyğun olaraq işləri həyata keçirdikləri, müəssisənin vergi üstünlüyü əldə etmək məqsədilə ayrı-ayrı fiziki şəxslərlə xidmət müqaviləsi bağlayaraq vergidənyayınma sxemi yaratdığı qeyd edilmiş və həmin qaimələr üzrə köçürülmüş məbləğlər əməkhaqqı kimi qiymətləndiriləcək 2018-2021-ci illər üzrə əlavə hesablamalar aparılmışdır. Qeyd edilir ki, əlavə dəyər vergisi üzrə, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə və ödəmə mənbəyində tutulan vergi üzrə maliyyə sanksiyaları müəssisəyə ona görə tətbiq edilmişdir ki, müəssisə həmin dövrlərdə xidmət müqaviləsi əsasında xid mətlər satın almışdır və vergi yoxlayıcısı belə hesab etmişdir ki, həmin xidmətlərin müəssisə tərəfindən satın alınması müəssisənin vergidən yayınmaq məqsədilə həvata keçirilmişdir. Lakin Mülki qanunvericiliyin tələblərinə əsasən hüquq şəxs olaraq iddiaçının xidmət satın almaq, tapşırıq müqaviləsi bağlamaq hüquq var. Bu əqdlər etibarlı əqdlərdir, bu və va digər qaydada etibarsız hesab edilməmişdir. Qanunverciliyin tələbinə əsasən göstərilən xidmət müqavilələri yalnız məhkəmə qərarı ilə etibarsız hesab edilə bilər. Cavabdehin iddiaçının bağladığı əqdləri etibarsız, yalan əqd hesab etmək səlahiyyəti yoxdur. Ona görə də, hesab edilmişdir ki, Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Az ərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Cavabdehin etirazı:

4. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubunda qoşma şəklində olan iddiaçının ərizəsində qeyd etdiyi gəlir və xərc sənədlərinin tam təqdim olunması və buna baxmayaraq, vergi orqanı tərəfindən haqsız olaraq nəzərə alınmaması və NK-nin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına əsasən şərti rentabellik səviyyəsinin 20% götürülərək qanunsuz hesablanma iddiaları ilə razılaşm ır, belə ki, yoxlama zamanı Baş İdarənin xx.xx.2021-ci il tarixli **********149184 nömrəli "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" Tələbnaməsi çıxarılaraq xx.xx.2021-ci il tarixində əlbəəl qaydada təqdim olunmuşdur. Tələbnamədə qeyd olunan sənədlərin xx.xx.2021-ci il tarixinə kimi təqdim olunmalı olduğu bildirilmiş, lakin müəssisə tərəfindən sənədlər təqdim olunmadığı üçün xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli sənədlərin qismən təqdim olunması barədə Aktlarla rəsmiləşdirilərək vergi ödəyicisinə təqdim edilmişdir. Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********975600 nömrəli və xx.xx.2021-ci il tarixli **********056200 nömrəli “Səyyar vergi yoxlaması haqqında” məktubla müəssisəyə müraciət olunmuş və Tələbnamədə nəzərdə tutulan məlumatların dərhal təqdim edilməsi xahiş olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək vergi ödəyicisinə və Xətai rayon Məhkəməsinə təqdim edilmişdir. Xətai rayon Məhkəməsi tərəfindən 1000 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə xx.xx.2022-ci il tarixli Qərar çıxarılmışdır. NK-nin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına əsasən şərti rentabellik səviyyəsinin 20% götürülərək hesablanmasının izahı isə isə səyyar vergi yoxlamasının mənfəət vergisi üzrə açıqlamasında verilmişdir. İddiaçının ərizəsində göstərdiyi xidmət müqaviləsi üzrə xidmətlər satın almasının vergi orqanı tərəfindən vergidən yayınma məqsədi kimi qəbu l edilməsinin haqsız olması və bunun Mülki Məcəlləyə əsasən sərbəst əqd bağlamaq azadlığı ilə göstərməsi tamamilə əsassızdır. Belə ki, yoxlanılan dövrdə müəssisə daimi olaraq alış qaimələri əsasında fiziki şəxslərdən ştamplayıcı, sürücü, xadimə və s. kimi xidmətlər aldığı müəyyən olunmuşdur. Həmin fiziki şəxslərin müəssisənin fəaliyyətinə uyğun olaraq işləri həyata keçirdiyi və hər hansı digər vergi ödəyicilərinə xidmət göstərmədiyi, həm də müəyyən dövrlərdə müəssisə ilə əmək müqavilələrinin bağlandığı müəyyən olunmuşdur. Vergi ödəyicisi vergi üstünlüyü əldə etmək üçün ayrı-ayrı fiziki şəxslərlə xidmət müqavilələri bağlayaraq, vergidən yayınma sxemi yaratmışdır. Halbuki, qeyd edilən ayrı-ayrı fiziki şəxslər vergi ödəyicisinin əsas faəlıyyət sahəsinə aid işləri(xidmətləri) yerinə yetirmişdi r. AR Əmək Məcəlləsinin 7.23.4-cü bəndinə əsasən, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan belə münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Vergi Məcəlləsinin 23.1.6-1 maddəsində səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək və aşkar edilmiş vergidən yayınma sxemlərini dərc etmək vergi orqanının hüquqlarına aid edilmişdir. İddiaçının təsisçidən borc alması və bu borcun qaytarılmasının vergi orq anı tərəfindən ƏDVnin azaldılması kimi arqumenti anlaşılan deyildir və bu barədə iddiaçı tərəfindən dəqiqləşmə verilə bilər. Bu hissədə bildirilmişdir ki, yoxlama zamanı təsisçi tərəfindən borc müqavilələrinə əsasən, müəssisəyə verilən borc məbləğlərinə ödəmə mənbəyində vergilərin hesablanmadığı müəyyən olunmuşdur. Yoxlanılan dövr ərzində təsisçiyə qaytarılan məbləğlər nəzərə alınmaqla dövrün əvvəlinə yəni xx.xx.2018-ci il tarixə təsisçinin borc məbləği 231 679,00 manat olmuşdur. VM-nin 110 və 123-cü maddələrinə müvafiq olaraq, təsisçinin borc məbləğlərinin dövrlər üzrə qalıq hissəsinə eyni dövrdə, eyni valyuta ilə, oxşar müddətdə verilmiş banklar arası orta kredit faizləri tətbiq etməklə yaranacaq gəlirlərindən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. Yoxlamanın nəticəsi olaraq, təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalıqlarına ümumilikdə 9480,03 manat ödəmə mənbəyində vergi hesablanmışdır. Bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********149174 nömrəli Qərarına əsasən "xxxx" МММ-də (VÖEN: **********) növbəti səyyar vergi yoxlaması təyin edilmişdir (yoxlanılan dövr: xx.xx.2018xx.xx.2021). Yoxlama xx.xx.2022-ci il tarixli **********149566 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Yoxlama aktında yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən vergilərin 629 578.67 manat (mənfəət vergisi 515 790.42 manat, ƏDV 125 834.23 manat, ödəmə mənbəyində tutulan vergi 12 157.68 ma nat) az hesablanması, 24 201.01 manat (ƏDV üzrə) və 2.65 manat (muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə) artıq hesablandığı qeyd edilmişdir (cəmi hesablama 629 578.67 manat vergi məbləği, 454 448.82 manat maliyyə sanksiyası). Səyyar vergi yoxlaması zamanı hesablamanın açıqlaması: Mənfəət vergisi üzrə: Müəssisənin təqdim etdiyi mənfəət vergisi bəyannamələrində göstərilmiş gəlir və xərclərin tərkibi araşdırılarkən gəlir və xərclərin tərkibində kənarlaşmalar müəyyən olunmuşdur. Belə ki, 2018-ci ildə müəssisənin ümumi gəlirləri 4 615 756.37 manat, gəlirdən çıxılan xərcləri 5 955 915.74 (o cümlədən: əmək haqqı 336 206.9 manat, sosial siğorta haqları 75 646.55 manat, malın dəyəri 3 177 739.32 man at, enerji xərci 60 165.78 manat, yanacaq xərci 45 207.22 manat, rabitə xərci 26 027.89 manat, bank xidmətləri üzrə xərclər 12 605.74 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) 147 846.42 manat, borca görə faizlər 139 100.06 amortizasiya xərci 1 829 852.73 manat, nəqliyyat xərci 4 001.89 manat, siğorta üzrə xərclər 5 838.25 manat, gəlirdən çıxılan vergilər və yığımlar 95 676.99 manat) manat olmaqla hesabat dövünü 1340159.37 manat zərələ başa vurmuşdur. 2019-cu ildə ildə müəssisənin ümumi gəlirləri 6 103 420.54 manat, gəlirdən çıxılan xərcləri 7 131 896.14 (o cümlədən: əmək haqqı 721 842.47 manat, sosial siğorta haqları 98 343.01 manat, malın dəyəri 4 150 325.97 manat, icarə haqqı 3400.0 manat, enerji xərci 70 735.1 manat, qaz xərci 3500.86 mana t, yanacaq xərci 51 478.87 manat, su və kanalizasiya xərcləri 3 896.61, rabitə xərci 25 720.16 manat, bank xidmətləri üzrə xərclər 28 429.73 manat, reklam xərcləri 42 658.16 manat, bilavasitə malların təqdim edilməsi(işlərin görülməsi, xidmətlərin göstərilməsi) 483 406.77 manat, borcə görə ödənilən faiz üzrə xərclər 206 507.79 manat, ümidsiz borclar 44 199.1 manat, amortizasiya xərci 1 257 240.96 manat, təmir xərci 8442.02 nəqliyyat xərci 2842.09 manat, siğorta üzrə xərclər 6 040.54 manat, digər xərclər 74 601.19 manat, gəlirdən çıxılan vergilər və yığımlar 17 198 manat) manat olmaqla hesabat dövrünü 1 028 475.6 manat zərərlə başa vurmuşdur. 2020-ci ildə ildə müəssisənin ümumi gəlirləri 3 964 533.9 manat, gəlirdən çıxılan xərcləri 4 242 079.99 (o cümlədən: əmək haqqı 721 842.47 manat, sosi al siğorta haqları 125 734 15 manat, malın dəyəri 2 602 261.06 manat, icarə haqqı 3400,enerji xərci 64 823.44 manat, qaz xərci 4217.14 manat, yanacaq xərci 51945.83 manat, su və kanalizasiya xərcləri 3101.67, rabitə xərci 23745.74 manat, bank xidmətləri üzrə xərclər 38489.01 manat,reklam xərci 13 511.86, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 455 262.93 manat, borcə görə ödənilən faiz üzrə xərclər 78553.38 manat, nəqliyyat xərci 374.02 manat, siğorta üzrə xərclər 6340.24 manat, digər xərclər 47296.15 gəlirdən çıxılan vergilər və yığımlar 1180.9 manat) manat olmaqla hesabat dövrünü 277 546.09 manat zərərlə başa vurmuşdur. Hazırki yoxlama ilə mənfəət vergisi aşağıdakı qaydada hesablanmışdır: Yoxlama ilə Lokal Gəlirlər Baş idarəsi tərəfindən mənfəət vergisi bəyannamələri ü zrə yoxlamaya sənədlər tam təqdim edilmədiyindən gəlirin əldə edilməsi ilə bağlı xərclərin müəyyən edilməsi mümkün olmamışdır.Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Müəssisəyə xx.xx.2021-ci il tarixli **********149184 nömrəli Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə təqdim edilmişdir. Sənədlər qismən təqdim edildiyi üçün "Sənədlərin qismən təqdim edilməsi barədə" aktlar tərtib edilərək vergi ödəyicisinə təqdim edilmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərin) uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı- vaxtında dəqiq uçotunu aparmağa borcludur. Vergi Məcəlləsinin 130.1.1-ci maddəsinə əsasən İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyy ən edilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydalarına əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Müəssisə tərəfindən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasını n Qanunun tələbri pozulmuşdur. Yoxlanılan dövrdə əmtəəmaterial ehtiyatlarının uçotu aparılmamış və yoxlama üçün digər zəruri sənədlər təqdim edilməmişdir. Anoloji vergi ödəyicisinin müəyyən edilməsi barədə xx.xx.2022-ci il tarixli **********833600 nömrəli xidməti məruzə ilə müvafiq struktura müraciət olnumuş və anoloji fəaliyyətlə məşğul olan oxşar vergi ödəyicisi müəyyən edilməməsi barədə xx.xx.2022-ci il tarixli **********096000 nömrəli xidməti məruzə ilə cavablandırılmışdır. Səyyar vergi yoxlaması üçün naməlum olan xərclərin Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatlardan tapılması mümkün olmadı. Vergi Məcəlləsinin 67.17-ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddəl ər bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Müəssisənin dövriyyəsi Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən müəyyən edildi. Göstərilənləri nəzərə alaraq, müəssisənin 2018-ci il üzrə mənfəəti Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı: Burada: M1 - vergi ödəyicisinin mənfəəti, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır: Göründüyü kimi, yoxlama ilə müəssisənin 2018-ci il üzrə vergiyə cəlb edilən mənfəət 811 369.45 manat məbləğində hesablanmışdır. Yoxlama ilə müəssisənin ümumi gəlirləri 4 868 216.69 manat (Nazirlər Kabinetinin 2001-ci il 1 m art tarixli 55 nömrəli qərarına əsasən), vergiyə cəlb olunan mənfəəti 811 369.45 manat olmaqla 162 273.89 manat mənfəət vergisi hesablanmışdır. Müəssisənin 2019-cu il üzrə mənfəəti Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı: Burada: M1 - vergi ödəyicisinin mənfəəti, G1 vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır:: Göründüyü kimi, yoxlama ilə müəssisənin 2019-cu il üzrə vergiyə cəlb edilən mənfəəti 1 125 624.38 manat məbləğində hesablanmışdır. Yoxlama ilə müəssisənin ümumi gəlirləri 6 753 746.29 manat (Nazirlər Kabinetinin 2001- ci il 1 mart tarixli 55 nömrəli qərar ına əsasən), vergiyə cəlb olunan mənfəəti 1 125 624.38 manat olmaqla 225 124.88 manat mənfəət vergisi hesablanmışdır. Müəssisənin 2020-ci il üzrə mənfəəti Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı:. Burada: M1 - vergi ödəyicisinin mənfəəti, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır: Göründüyü kimi, yoxlama ilə müəssisənin 2020-ci il üzrə vergiyə cəlb edilən mənfəəti 641 958.27 manat məbləğində hesablanmışdır. Yoxlama ilə müəssisənin ümumi gəlirləri 3 851 749.61 manat və pandemiya ilə bağlı vergi ödəyicisinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı gəlir 113808.97 manat * olmuşdur. Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən, vergiyə cəlb olunan mənfəəti 641 958.27 manat olmaqla 128 391.65 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə, yoxlama ilə müəssisə tərəfindən mənfəət vergisinin 2018-ci il üzrə 162 273.89 manat, 2019-cu il üzrə 225 124.88 manat, 2020-ci il üzrə 128 391.65 manat, cəmi 515 790.42 manat azaldılması müəyyən edilmişdir. ƏDV üzrə: “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" Qərarla yoxlanılan dövr xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrü əhatə etmişdir. Müəssisə xx.xx.2014-cü ildə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni aidiyyəti vergi orqanına təqdim etmiş və ƏDV ödəyicisinin qeydiyyat bildirişi almışdır. Bildiriş xx.xx.2001-ci ildən qüvvəyə minmişdir. Y oxlanılan dövr ərzində aşağıdakı hallar ödəyicinin fəaliyyətində aşkar olunmadı: - Malların haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə əməkhaqqı və digər ödənişlər əvəzinə verilməsi; - Barter əməliyyatları; - ƏDV ödəməklə əldə edilmiş və müvafiq əvəzləşdirmə aparılmış malların iş və xidmətlərin qeyri-kommersiya məqsədləri üçün, Vergi Məcəlləsinin 10-cu fəslində nəzərdə tutulmuş qaydada gəlirdən çıxılmayan xərclər və gəlirdən çıxılması məhdudlaşdırılan xərclərin normadan artıq hissəsi üçün habelə ƏDV-dən azad olan əməliyyatların həyata keçirilməsi üçün istifadə edilməsi; - Girov qoyulmuş əmlakın sahiblik hüququnun girovgötürənə keçməsi; Borc öhdəliyi müqabilində əmlakın müsadirə edilməsi; - Hər hansı borc öhdəliyi əvəzinə malların təqdim edilməsi; - Vergi Məcə lləsinin 164.1.7-ci və 165.1. 2-ci maddələrinə əsasən ƏDV-nə cəlb edilməyən və ya sıfır (0) dərəcə ilə vergi tutulan əməlliyatlar çərçivəsində əldə edilən malların müəyyən olunmuş şərtləri pozmaqla digər məqsədlər üçün istifadə edilməsi; Dəqiqləşdirilmiş vergi hesabfakturalarının alınması və təqdim edilməsi; - Qeyri-rezidentlərə ƏDV tutulmalı vəsaitin ödənilməsi; - Ödəyiciyə büdcədən ƏDV məbləğinin qaytarılması; Digər şəxsin (vəkalət verən) agenti (vəkalət alan) olan şəxs tərəfindən malların göndərilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi; - Qanunvericiliyə müvafiq olaraq vergitutma obyekti hesab edilməyən əməliyyatların aparılması; Bəyannamələr vergi orqanına vaxtında təqdim edilmişdir. Müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində ƏDV ödəyicisi olmuş, təqdim edilmiş bəyan namələrə görə ƏDV hesablanmasında Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, əlavə dəyər vergisinə cəlb edilən dövriyyə düzgün göstəriməməsı nəticəsində yoxlama dövrü üzrə ƏDV bəyannamələri üzrə 101.633.3 manat kənarlaşma müəyyən edilmişdir. ÖVM üzrə: Müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuş, təqdim edilmiş bəyannamələrə görə 2018-ci ilin 3-cü rübü üzrə bank hesabından beynəlxalq daşımalara görə əlavə 44579 manat ödəniş etmiş, lakin Ödəmə mənbəyində tutulan vergini hesablamamışdır. Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələrindən 6 faiz ÖMV tutulur. Beləliklə əlavə olaraq 44579*6%=2674.74 manat ödəmə mənbəyində tutulan vergi hesablandı. Yoxlama zamanı təsisçi tərəfindən borc müqavilələrinə əsasən müəssisəyə verilən borc məbləğlərinə ödəmə mənbəyində tutulan vergilərin hesablanmadığı müəyən edilmişdir. Eyni zamanda yoxlanılan dövr ərzində təsisçiyə qaytarılan məbləğlər nəzərə alınmaqla dövrün əvvəlinə, yəni xx.xx.2018- ci il tarixə təsisçinin borc məbləği 231 679,00 manat olmuşdur. Vergi Məcəlləsinin 110-cu və 123-cü maddələrinə əsasən təsisçinin borc məbləğlərinin dövrlər üzrə qalıq hissələrinə eyni dövrdə, eyni valyuta ilə oxşar müddətə verilmiş banklar arası orta kredit faizləri tətbiq etməklə yaranacaq gəlirlərindən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. Yoxlamanın nəticəsi olaraq təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalıqlarına ümumilikdə 9480.03 manat ÖMV hesablanmışdır. Əlavə olaraq, bildirilmişdir ki, iddiaçı barəsində xx.xx.2022-ci il tarixli **********870800 nömrəli “Səyyar vergi yoxlamasının nəticələrinin göndərilməsi barədə” sənədlə Cinayət Məcəlləsinin 213-cü maddəsilə (Vergi ödəməkdən yayınma) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsində material icraata qəbul olunmuş və araşdırılma aparılır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin (hakim: G.A.Sevdimalıyeva) 2024-cü il 16 iyul tarixli, 2-1(112)-537/2024 nömrəli, qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsini n “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 04 oktyabr 2022-ci il tarixli **********163040 nömrəli qərarı mənfəət vergisi və ona hesablanmış maliyyə sanksiyası; 2018-ci il üzrə ƏDV və ona hesablanmış maliyyə sanksiyası; ödəmə mənbəyində vergi və ona hesablanmış maliyyə sanksiyası hissəsində ləğv edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı MMM üzrə (növbəti) səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əsasən yoxlama ilə əhatə olunan vergi dövrü xx.xx.2018-xx.xx.2021-ci illərdir. Vergi məsuliyyətinə cəlb edilmə haqqında qərar 2022-ci il tarixlidir, odur ki, əlavə araşdırma aparmadan məhkəmə qeyd edir ki, vergi orqanı 2018-ci il üçün (3 ildən əvvəlki dövr) əlavə hesablama apara və həmin məbləğə maliyyə sanksiyası tətbiq edə bilməz.

8. Mənfəət vergisinin və ona maliyyə sanksiyasının hesablanmasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh hazırkı mübahisəyə münasibətdə şərti rentabellik norması tətbiq edərək özünün yuxarıda qeyd edilən şəkildə təyin etdiyi xərc məbləğinə istinadən vergiyə cəlb olunmalı dövriyyəni və mənfəəti müəyyən etmiş və bunun üzərindən birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Bu zaman cavabdeh həmin qaydanın tətbiqini vergi qanunvericiliyinin (VM-nin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndi rməsinə söykənmişdir. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad etməklə hesablamaq hüququ vardır. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. İnzibati orqan Vergi Məcəlləsinin 67.17-ci maddəsinə istinad edərək həmin Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq etmək hüququna əsaslanmışdır. Belə ki, 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə yeni məzmunda 67.17-ci maddə əla və edilmişdir. Lakin məhkəmə qeyd edir ki, qeyd edilən normanın əlavə edilməsi inzibati orqanı 67.1-ci maddəsində göstərilən halları, yəni vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmamasını əsaslandırmaq vəzifəsinin olmadığı demək deyildir, yəni vergi orqanı hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Belə ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.Vergi Məcəlləsinin istinad olunan 67.1-ci maddəsinin yoxlama aparılan dövrdə qüvvədə olan redaksiyasının məzmunundan göründüyü kimi, vergi ödəyicisinin ödəməli olduğu v erginin məbləği ilk əvvəl əlaqəli məlumatlardan istifadə edilməklə müəyyən olunmalıdır. Lakin cavabdeh iddiaçının sənədlərlə təsdiqini tapmayan xərclərin müəyyən olunmasına səy göstərməmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, təqdim edilmiş ekspert rəyinə əsasən qeyd edilmişdir ki, hazırkı tədqiqatla təqdim olunmuş iş materiallarında İddiaçı MMM-nin (VÖEN-**********) xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəaliyyət dövrünə aid elektron vergi hesab-fakturaları, elektron-qaimə, yük gömrük bəyannamələri, invoys sənədləri, uçot məlumatları və s. öz əksini tapmışdır. Həmin sənədlər qanunvericiliklə qoyulan tələblərə, o cümlədən, ciddi hesabat sənədlərinin forması və rekvizitləri baxımından tam cavab verir. Bu səbəbdən iddiaçının gəlirin əldə edilməsi ilə bağlı xərci iş materi allarında olan sənədlərlə öz təsdiqini tapır və həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi hesablama metodunun tələblərinə uyğundur.

9. Bundan başqa, Vergi Məcəlləsinin 67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinin yoxlama dövründə qüvvədə olan redaksiyasına görə, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; fəaliyyət göstərilən əraz i. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Vergi Məcəlləsinin istinad edilən həmin normalarından (67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinin 2020-ci ildə qüvvədə olan redaksiyasından) göründüyü kimi, vergi ödəyicisi barədə əlaqəli məlumatların mövcud olmadığı halda belə, vergi orqanı ödənilməli verginin məbləğini şərti rentabellik norması əsasında deyil, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında müəyyən etməlidir. Qanunverici yuxarıda qeyd edilən qaydalar əsasında verginin müəyyən edilməsinin mümkün olmadığı hallarda, son zəruri tədbir qismində şərti rentabellik normasının tətbiqini, yəni şərti vergi məbləğinin (20 faiz ticarət əlavəsi) hesablanması qaydasını nəzərdə tutmuşdur.-VM-nin 67-ci maddəsi bu məqsədlər baxımından təfsir olunmalıdır. İstinad edilən normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail o lmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Hazırkı mübahisəyə münasibətdə VM-in 67-ci maddəsinin tam şəkildə tətbiqinin mümkünlüyünü, o cümlədən həmin maddənin təblərinə riayət olunmaqla ödənilməli vergi məbləğinin hesablanma qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, yoxlama zamanı ümumiyyətlə həmin istiqamətdə hər hansı araşdırma aparılmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır. Odur ki, qeyd edilən hissədə məhkəmə təkrarən inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmənin inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımadığını qeyd edir. Beləliklə, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Halbuki, istinad olunan normaların tətbiqinə dair Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi vardır.-Qeyd edilənlər mənfəət vergisi vergisinin hesablanmasının (eləcə də ona tətbiq edilmiş maliyyə sanksiyası) əsassız olmasını hesab etmək üçün yetərlidir.

10. ƏDV üzrə vergi hesablanmasının əsası vergi tutulan əməliyyatın vaxtının ödəyici tərəfindən (aylar üzrə) düzgün müəyyən edilməməsi ilə bağlı olmuşdur. Məhkəmə ƏDV dövriyyəsi ilə bağlı ekspert rəyi ilə müəyyən edilmiş qənaətə tənqidi yanaşaraq qeyd etmişdir ki, ƏDV tutulan dövriyyəsi 3 illik dövr üzrə cəm olaraq nəzərə alınmış, bu isə Vergi Məcəlləsinin 166-cı, 170 və 175-ci maddərərinin məqsədlərinə uyğun deyildir (dövriyyə (vergi tutulan əməliyyatın vaxtı) aylar üzrə düzgün göstərilməli və ƏDV-nin əvəzləşdirmə ona müvafiq qaydada aparılmalıdır). İddiaçı hesabatlarında əməliyyatın vaxtı i lə bağlı yol verilmiş yanlışlığı təkzib etməyərək bildirir ki, vergi orqanı ödəyici tərəfindən təqdim edilmiş aylıq ƏDV hesabatları üzrə kameral vergi yoxlaması aparmaq imkanı olduğu halda müvafiq yoxlamanı aparmadığı səyyar vergi yoxlaması ilə əlavə vergi hesablaması apara bilməz. Məhkəmə hesab edir ki, vergi orqanı yoxlama aparılan dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən vergi tutulan əməliyyatın vaxtı ilə bağlı ödəyici tərəfindən yol verilmiş pozuntu nəticəsində (dövriyyənin aylar üzrə düzgün göstərilməməsi) əlavə vergi hesablamaqda və azaldılmış məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% maliyyə sanksiyası tətbiq etməkdə haqlı olmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən mə bləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Odur ki, 166.1-ci maddənin xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır.

11. Cavabdeh tərəfindən 2018-2019-cu illər üzrə (xx.xx.2018-xx.xx.2019) detallı şəkildə malın, işin və xidmətin alınmasını (satılmasını) təsdiq edən sənədin tarixi, malın dəyəri, ƏDV-si, elektron vergi hesab fakturasının tarixi, malın dəyəri, ƏDV-si, ödəniş sənədinin tarixi, məbləği, ƏDV-nin depozit hesabı üzrə əməliyyatların (mədaxil və məxaric) tarixi, məbləği və səyyar vergi yoxlaması nəticəsində vergi tutulan əməliyyatın müəyyən edilən tarixi barədə izahlı cədvəl təqdim edilmişdir. Cavabdeh 2018-ci il üzrə hesablamanı aparmağa səlahiyyətli olmamışdır (yuxarıda qeyd edildiyi kimi 3 ildən əvvəlki dövrü əhatə etdiyi üçün) Qeyd edilən normanın cavabdeh tərəfindən tətbiqi nəticəsində iddiaçının hüquq məsuliyyətinin yaranması şübhəsizdir (dövriyyənin (vergi tutulan əməliyyatın vaxtını) aylar üzrə düzgün göstərilməməsi). Lakin 2019-cu il üzrə aparılmış hesablama əsaslı olmaqla Vergi Məcəlləsinin 166.1-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına uyğun tətbiq edilmişdir. 31.2020-2021-ci illərə münasibətdə də hesablamanın əsası ödəyici tərəfindən idxal olunan mallar üzrə ƏDV dövriyyəsinin (vergi tutulan əməliyyatın vaxtının) Vergi Məcəlləsinin 170 və 175-ci maddələrinə uyğun olaraq düzgün göstərilməməsi ilə bağlı olmuşdur. Belə ki, malların idxal edilməsi vaxtı gömrük rüsumları tutulduğu vaxt kimi nəzərə alınmalı və əvəzləşdirilən ƏDV-nin vaxtı gömrük rüsumunun ödənildiyi tarixdən hesablanmalıdır. Vergi Məcəlləsinin 170-ci maddəsinə əsasən, gömrük qanunvericiliyinə uyğun olaraq mallara gömrük rüsumları tutulduğu vaxt malların idxal edilməsi vaxtı sayılır. Əgər idxal olunan mallar gömrük rüsumlarından azad edilirsə, malların idxal edilməsi vaxtı onların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt sayılır.

12. Vergi Məcəlləsinin 175.1-ci maddənin xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyasıya əsasən: 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesa bı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir:...175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə- bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq.Məhkəmə bununla bağlı iddiaçının dəlillərini əsaslı hesab etməyərək bildirmişdir ki (belə ki, ödəyici bildirir ki, kameral vergi yoxlaması zamanı həmin uyğunsuzluq müəyyən edilmədiyindən səyyar vergi yoxlaması zamanı əlavə hesablama aparıla və azaldılmış məbləğə maliyyə sanksiyası tətbiq edilə bilməz), vergi yoxlaması növünü və vergi nəzarət tədbirini seçm ək vergi orqanının hüququdur. Ödəyici tərəfindən təqdim edilmiş ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması zamanı ödəyicinin məsuliyyətə cəlb edilməməsi səyyar vergi yoxlaması zamanı vergi orqanının həmin tədiyyə üzrə yoxlama aparmasını və pozuntu müəyyən etdiyi zaman (konkret halda dövriyyənin (vergi tutulan əməliyyatın vaxrının) aylar üzrə düzgün göstərilməməsi) ödəyicinin məsuliyyətə cəlb etməsini istisna etmir. Bu hüququ istisna edən maddi hüquq norması yoxdur. Odur ki, 2019, 2020, 2021-ci illərin ƏDV hesablaması və azaldılmış məbləğə uyğun olaraq 50% maliyyə sanksiyası hissəsində qərar əsaslıdır, həmin hissədə iddia tələbi təmin edilməməlidir.

13. Ödəmə mənbəyində tutulan vergiyə və ona hesablanan maliyyə sanksiyasına münasibətdə məhkəmə etmişdir edir ki, cavabdeh 2018-ci il üzrə hesablamanı aparmağa səlahiyyətli olmamışdır (yuxarıda qeyd edildiyi kimi 3 ildən əvvəlki dövrü əhatə etdiyi üçün). Digər illərə (2019, 2020 və 2021-ci illər) münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh nəzərə almamışdır ki, şəxsin təsisçisi oluğu hüquqi şəxsə investisiya qoyuluşu etdikdə (o cümlədən faizssiz borc verdikdə) bu əməliyyatdan birbaşa gəlir əldə etmir, yalnız biznesin nəticəsindən asılı olaraq əldə edəcəyi dividenddən ödəmə mənbəyində vergi ödəyir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçının mənfəətini müəyyən etməmişdir.

14. Cavabdeh qeyd etmişdir ki, yoxlanılan dövr ərzində təsisçiyə qaytarılan məbləğlər nəzərə alınmaqla dövrün əvvəlinə, yəni xx.xx.2018-ci il tarixə təsisçinin borc məbləği 231 679,00 manat olmuşdur. Vergi Məcəlləsinin 110-cu və 123-cü maddələrinə əsasən təs isçinin borc məbləğlərinin dövrlər üzrə qalıq hissələrinə eyni dövrdə, eyni valyuta ilə oxşar müddətə verilmiş banklar arası orta kredit faizləri tətbiq etməklə yaranacaq gəlirlərindən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. Yoxlamanın nəticəsi olaraq təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalıqlarına ÖMV hesablanmışdır. Belə ki, vergi orqanı iddiaçının və ya onun təsisçisinin müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxs olmasını müəyyən etmədən təsisçisi olduğu hüquqi şəxslə arasında olan borc (kredit) münasibətlərində ehtimallara əsaslanmaqla Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsinə əsasən mənfəətinin olduğu qənaətinə gəlmişdir. Lakin nəzərə almamışdır ki, faizsiz borc özlüyündə vergitutma məqsədləri üçün mal (iş, xidmə t) hesab edilə bilməz.

15. İş materiallarından da görünür ki, borc müqaviləsinin tərəfləri qarşılıqlı surətdə asılı olan şəxslər olduğu üçün cavabdeh vergi orqanı bazar qiyməti tətbiq edilərək faiz gəlirlərindən ödəmə mənbəyində vergi hesablanan zaman Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə istinad etmişdir. İş materialları araşdırılaraq məhkəmə hesab edir ki, bazar qiyməti tətbiq edilərək vergi məbləği hesablanan zaman Vergi Məcəlləsinin 14.5-ci maddəsinə uyğun olaraq şəxslərin qarşılıqlı surətdə asılılığı əməliyyatın nəticəsinə təsir göstərməmişdir və ya borc faizlə verilmiş olsaydı, bu zaman hesablanmalı olan faiz xərcləri ödəyicinin gəlirindən çıxılmalı idi. Başqa sözlə ifadə etsək, borc faizlə verilmiş olsaydı, ödənilməli faiz xərcləri mənfəətin azalmasına xidmət edəcəkdi ki, bu da ağl abatan görünmür. Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə sasən sahibkarlıq fəaliyyəti- şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Məhz bu səbəbdən “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarının əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, “əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür.” İş mate rialları araşdırılaraq məhkəmə hesab edir ki, şəxslərin qarşılıqlı surətdə asılılığı əməliyyatın nəticəsinə təsir göstərmir. Eyni zamanda vergi məbləği hesablanan zaman Vergi Məcəlləsinin 134, 135 və 136-cı maddələrinə əsasən hesablama metodundan istifadə olunarkən gəlirin və xərclərin uçotu qaydaları, həmçinin gəlirin əldə edilməsi (xərcin çəkilməsi) vaxtı ilə bağlı tələblər nəzərə alınmalı idi. Məhkəmə hesab edir ki, faiz gəlirinə bazar qiyməti tətbiq edilərək vergi məbləği hesablanırsa, həmin faiz gəliri (müəssisəyə münasibətdə faiz xərcləri) müəssisənin mənfəətini azaltmalı idi ki, cavabdeh vergi orqanı bu məqamları da nəzərə almamışdır.

16. Həmçinin cavabdeh vergi orqanı iddiaçı vergi ödəyicisinə bazar qiyməti tətbiq edilməklə vergi məbləği hesablanan zaman həm səyyar vergi yoxlaması aktında həm də mübahisələndiriən Qərarda hansı faiz dərəcəsinin tətbiq edilməsi qeyd edilməməklə yanaşı, Vergi Məcəlləsinin 14.6.1-cı maddəsinin müddəaları nəzərə almadığı üçün aparılmış hesablama əsassızdır və mübahisələndirilən qərar bu hissədə də ləğv olunmalıdır.

17. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-537/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qərarının iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

18. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-537/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qərarının iddianın təmin edilən hissəsində ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qəra r qəbul edilməsi xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və E.Ə.Əliyev) 2025-ci il 03 iyun tarixli, 21(107)-296/2025 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Şəki İnzibati Məhkəməsinin 2025-ci il 04 iyun tarixli, 2-1(103)-413/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. E kspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdı ğı inandırıcı surətdə şərh edilməlidir. Yoxlama dövründə ƏDV üzrə əlavə hesablama və tətbiq edilən maliyyə sanksiyası ödəyici tərəfindən təqdim edilən hesabatlarda həmin dövrlərdə Vergi Məcəlləsinin 166.1-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən vergi tutulan əməliyyatın vaxtı ilə bağlı yanlışlığa yol verilməsi olmuşdur. İddiaçı hesabatlarında əməliyyatın vaxtı ilə bağlı yol verilmiş yanlışlığı təkzib etməyərək bildirir ki, vergi orqanı ödəyici tərəfindən təqdim edilmiş aylıq ƏDV hesabatları üzrə kameral vergi yoxlaması aparmaq imkanı olduğu halda müvafiq yoxlamanı aparmadığı səyyar vergi yoxlaması ilə əlavə vergi hesablaması apara bilməz. Odur ki, 166.1-ci maddənin xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəm ə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Cavabdeh tərəfindən 2018-2019-cu illər üzrə (xx.xx.2018-xx.xx.2019) detallı şəkildə malın, işin və xidmətin alınmasını (satılmasını) təsdiq edən sənədin tarixi, malın dəyəri, ƏDV-si, elektron vergi hesab fakturasının tarixi, malın dəyəri, ƏDV-si, ödəniş sənədinin tarixi, məbləği, ƏDV-nin depozit hesabı üzrə əməliyyatların (mədaxil və məxaric) tarixi, məbləği və səyyar vergi yoxlaması nəticəsində vergi tutulan əməliyyatın müəyyən edilən tarixi barədə izahlı cədvəl təqdim edilmişdir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdeh 2018-ci il üzrə hesablamanı aparmağa səlahiyyətli olmamışdır (yuxarıda qeyd ed ildiyi kimi 3 ildən əvvəlki dövrü əhatə etdiyi üçün) Qeyd edilən normanın cavabdeh tərəfindən tətbiqi nəticəsində iddiaçının hüquq məsuliyyətinin yaranması şübhəsizdir (dövriyyənin (vergi tutulan əməliyyatın vaxtını) aylar üzrə düzgün göstərilməməsi). Lakin 2019-cu il üzrə aparılmış hesablama əsaslı olmaqla Vergi Məcəlləsinin 166.1-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına uyğun tətbiq edilmişdir. 2020-2021-ci illərə münasibətdə də hesablamanın əsası ödəyici tərəfindən idxal olunan mallar üzrə ƏDV dövriyyəsinin (vergi tutulan əməliyyatın vaxtının) Vergi Məcəlləsinin 170 və 175-ci maddələrinə uyğun olaraq düzgün göstərilməməsi ilə bağlı olmuşdur. Belə ki, malların idxal edilməsi vaxtı gömrük rüsumları tutulduğu vaxt kimi nəzərə alınmalı və əvəzləşdirilən ƏDV-nin vaxtı gömrük rüs umunun ödənildiyi tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175-ci maddəsində, yəni büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV barədə qeyd olunanlarla bağlı onu da diqqətə çatdırır ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Vergi orqanı tərəfindən 2020-ci il, 2021-ci il və 2022-ciil üzrə alışların təqdimedilməsi ilə bağlı sənədlərin (təhvil-təslim aktı, forma 2, forma 3, elektron qaimə faktura və s.) yoxlamaya təqdim edilmədiyi əsas gətirilərək alınmış iş və xidmətlərə görə ƏDV əvəzləşdirilməsininın ləğv edilməsi qeyd edilən VM tə ləblərində nəzərdə tutulmamışdır. Məcəllənin tələblərinə əsasən vergi ödəyicisinin əvəzləşdirilməsinin ləğvi onun təqdim etdiyi malların dəyəri tam ödənilmədikdə deyil, alınmış elektron qaimə faktura üzrə malların (iş, xidmətlərin) dəyərinin və onlara mütənasib ƏDV məbləğinin tam ödənilmədiyi hallarda olur. Lakin iş üzrə araşdırma zamanı müəyyən edilir ki, vergi orqanı tərəfindən 2019,2020,2021-ci illər üzrə alışların təqdim edilməsi ilə bağlı sənədlərin yoxlamaya təqdim edilməməsi əsas gətirilərək alınmış iş və xidmətlərə görə ƏDV əvəzləşdirilmələri ləğv edilmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticə i şin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin və iddiaçının apellyasiya şikayətlərində irəli sürdüyü dəlillər formal xarakterli olmaqla qərarın ləğvi üçün əsas vermir. Bu səbəbdən şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

23. İddiaçı tə rəfindən verilmiş kassasiya şikayətinin məzmunu iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun şəkildə əsaslandırılmışdır.

24. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti iddia ərizəsinə qarşı etirazın və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

38. Səyyar vergi yoxlaması, vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Maddə 67.1. bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşa yış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin a lınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Maddə 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdiri lməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəy yənləşdirilir. Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 67.14. bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 175.1. bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. B u maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyər inin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. 27. “İnzibati icraat haqqın da” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəx slər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zər uri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar gös tərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəməl əri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı həm təmin edilən həm də təmin edilməyən hissələrdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hü quq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdehin onun barəsində qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 04 oktyabr 2022-ci il tarixli **********163040 nömrəli qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir.

34. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində mübahisələndirilən qərarla mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən şərti rentabellik tətbiq edilməklə 2018-ci il üzrə 162.273,89 manat əlavə hesablama aparılmaqla 81.136,95 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2019-cu il üzrə 225.124,88 manat əlavə hesablama aparılmaqla 112.562,44 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2020-ci il üzrə 128.391,65 manat əlavə hesablama aparılmaqla 64.195,83 mana t maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisi üzrə Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən aylar üzrə dövriyyənin düzgün göstərilməməsi səbəbindən 2018-ci il üzrə 37.076,63 manat əlavə hesablama aparılmaqla 18.538,32 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2019-cu il üzrə 63.930,61 manat əlavə hesablama aparılmaqla azaldılmış məbləğə uyğun (318.829,86 manat) 159.414,93 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2020-ci il üzrə azaldılmış məbləğə uyğun (216 manat) 108 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2021-ci il üzrə 24826,99 manat əlavə hesablama aparılmaqla 12.413,50 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə 2018-ci il üzrə 2.90 manat azaldılma müəyyən edilərək 1.45 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində tutulan vergi üzrə 2018-ci il üçün 4140.96 manat azaldılma müəyyən edilərək 2070.48 manat maliyyə sanksiyası olmaqla, 2019-cu il üçün 2557.29 manat azaldılma müəyyən edilərək 1278.65 manat maliyyə sanksiyası olmaqla, 2020-ci il üçün 3205.14 manat azaldılma müəyyən edilərək 1602.57 manat maliyyə sanksiyası olmaqla, 2021-ci il üçün 2252.39 manat azaldılma müəyyən edilərək 1125.70 manat maliyyə sanksiyası olmaqla, cəmi 6077.40 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə apellyasiya şikayətlərinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zər uri olan həddə, eləcə də apellyasiya şikayətlərinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

36. Əlavə olaraq cavabdehin kassasiya şikayətlərinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.

37. İş materiallarından müəyyən edilir ki, cavabdeh vergi ödəyicisi tərəfindən xərc sənədlərinin (o cümlədən mal- materialın hərəkət cədvəli, malmaterialların sərfiyyatı cədvəlləri, mal-materialların daxili hərəkət qaimələri, smeta sənədləri və s.) yoxlamaya təqdim edilməməsini əsas gətirərək vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli (əlavə və dəyişi kliklər 4 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti hesablanmışdır.

38. Kollegiya qeyd edir ki, mübahisələndirilən inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin sistemli təhlili o nəticəyə gəlməyə əsas verir ki, yalnız vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olmadığı halda, Nazirlər Kabinetinin 55 saylı Qərarı ilə müəyyən edilmiş şərti rentabellik norması tətbiq olunur. Yəni, ödənilməli olan verginin məbləğini şərti rentabellik əsasında hesablamış vergi organı, 67.1.1-67.1.9-cu maddələrində sadalanmış əlaqəli məlumatlardan istifadə etməklə vergini hesablamaq mümkün olmadığını süb ut etməlidir. Lakin cavabdeh iddiaçı barəsində hesablamanın məhz şərti rentabellik normasının tətbiq edilməli olma zərurliyini əsaslandıra bilməmişdir.

39. Nəzərə alınmalıdır ki, qanunvericilik vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəbdən mümkün olmadığı halda ilkin olaraq VM-nin 67.1-ci maddəsində qeyd olunan əlaqəli məlumatlar əsasında, bu mümkün olmadıqda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot və hesabat məlumatları əsasında, bu da mümkün olmadığı halda isə VM-nin 67.14-cü maddəsinə əsasən şərti rentabellik normasını tətbiq etməklə vergilərin hesablanmasını təsbit etmişdir.

40. Formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə məhkəmə kollegiyası birdaha xatırladır ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəs ində müəyyən edilmiş ardıcıllığı gözləmədən, birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi hesablaması qanuni sayıla bilməz.

41. Kollegiya onu da qeyd edir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il 406-VİQD nömrəli Qanuna əsasən Vergi Məcəlləsinə edilən və xx.xx.2022-ci il tarixdən qüvvəyə minən dəyişikliklərdən biri də, məhz bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələrin bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilməsi olmuşdur ki, bu hal da bir daha əvvəlki, yəni xx.xx.2022-ci il tarixəd ək olan vergi qanunvericiliyinin tələblərinə görə VM-nin 67 maddəsinin normalarının sıra ardıcılığı ilə tətbiq edilməli olmasını təsdiq etmişdir. Lakin qanuna yeni dəyişiklik 1 yanvar 2022-ci il tarixindən qüvvəyə mindiyindən və hazırda yoxlama ilə yoxlanılan dövr 2018-2021-ci illəri əhatə etdiyi üçün əvvəlki dövrlərə, yəni mübahisələndirilən məsələyə tətbiq edilə bilməz.

42. Ödəmə mənbəyində tutulan vergiyə və ona hesablanan maliyyə sanksiyasına dair münasibətdə isə Kollegiya bildirir ki, Vergi Məcəlləsinin 123.1-ci maddəsində təsbit edilmişdir ki, rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyrirezidentə re zident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

43. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsaəsn borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcver ənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən anunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Məcəllənin 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

44. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının təsisçisi iddiaçıya borc verərkən həmin borcun qaytarılmasını hər hansı faizlə şərtləndirməmiş, borcu iddiaçıya maddi dəstək üçün vermiş və verdiyi borclara görə iddiaçı ümumiyyətlə hər hansı məbləğdə faizlər ödəməmişdir. Yoxlama zamanı cavabdeh vergi orqanı iddiaçının təsisçisinin verdiyi borca görə iddiaçı tərəfindən hər hansı məbləğdə faizlərin ödənilməsi faktı öz təsdiqini tapmamış, vergi orqanın faiz ödənişləri ilə bağlı hər hansı sübut və dəlilləri mövcud olmamış və həmin ödənişlərin olması yalnız formal mülahizələrə və ehtimallara əsaslanmışdır.

45. İddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil etdiyindən, appellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddiaçının apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin halları tam və hərtərəfli araşdırıldığından, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

46. Qeyd olunmalıdır ki, qanun vericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisə predmeti ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kass asiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il 04 iyun tarixli, 21(103)-413/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar