Məhkəmə qərarları › İş №2-1(102)-3005/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3005/2025

04.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3005/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cavabdeh orqanın faktiki xarakterli hərəkətləri nəticəsində dəyən ziyana görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə (üçüncü şəxslər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 2025-ci il 27 may tarixli, 2-1(103)-231/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçınə məxsus ünvan 1 ünvanında yerləşən 1,0 ha torpaq sahəsində həyata keçirilmiş qazıntı, tikinti və s. işlər nəticəsində ona vurulmuş zərərin ödənilməsi ilə bağlı müraciətinə 2020-ci il 23 sentyabr tarixli imtina məktubunda Cavabdeh ASC bildirmişdir ki, həmin torpaq sahəsində yerləşən xətlər Yeni Suraxanı qəsəbəsinin su və kanalizasiya şəbəkəsinin yenidən qurulması layihəsi çərçivəsində, ərazidəki yaşayış məntəqələrində formalaşan tullantı sularının bir hissəsinin kənarlaşdırılması, eyni zamanda abonentlərin fasiləsiz, dayanıqlı su ilə təchiz olunması, suya olan tələbatının tam ödənilməsi məqsədilə inşa edilib. Su və kanalizasiya xəttinin inşası yerli icra orqanlarının razılığı və bilavasitə onların iştirakı ilə həyata keçirilmişdir. Belə ki, inşaat işləri zamanı kanalizasiya və su xəttinin əhəmiyyətliyini nəzərə alaraq layihəyə uyğun olaraq qəsəbə daxili yollardan keçilərkən yerli icra nümayəndələrinin (Suraxanı rayon İcra Hakimiyyəti, qəsəbə icra nümayəndəsi və qəsəbə bələdiyyəsinin) rəyləri əsas götürülmüşdür. İddiaçı müraciətində qeyd olunan ərazi ümumi istifadədə olan yol kimi göstərilmiş, su və kanalizasiya xətti həmin küçə boyu inşa olunmuşdur. Qeyd edilən ərazidə bir neçə fərdi yaşayış evləri yerləşir və həmin mənzillərin sakinləri tərəfindən su və kanalizasiya problemləri ilə bağlı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və Suraxanı rayon İcra hakimiyyətinə dəfələrlə müraciətlər ünvanlanmışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən su və kanalizasiya xəttinin layihələndirilməsi mərhələsində həmin ərazidə mülkiyyət hüquqlarını təsdiq edən hər hansı bir sənəd (çıxarış və torpağın plan-ölçüsü) aşkarlanmamışdır. Eyni zamanda, su və kanalizasiya xəttinin inşası zamanı hər hansı bir şəxsin istifadəsinin təsdiqi kimi həmin ərazinin daş divarı və ya ayırıcı dəmir tellərlə ayrılması müşahidə olunmamışdır. Ərazinin çox hissəsi açıq sahədir, qalan sahə isə faktiki olaraq fərdi yaşayış binaları və onların ümumi istifadəsində olan yolla əhatələnib. Qeyd olunanları nəzərə alaraq, məsələnin həlli ilə əlaqədar olaraq Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edilməsi məqsədəuyğun hesab edilmişdir.

2. Suraxanı rayon İcr a Hakimiyyəti 2020-ci il 14 dekabr tarixli məktubunda qeyd etmişdir ki, müəssisənin istifadəsinə verilmiş həmin torpaq sahəsinin bir hissəsində Cavabdeh ASC tərəfindən müvafiq dövlət proqramı əsasında qazıntı işlərinin aparılaraq kanalizasiya xəttinin çəkilməsi məsələsi ilə bağlı mübahisənin və həmin torpaq sahəsini naməlum şəxslər tərəfindən zəbt edilməsinin qarşısının alınması məqsədi ilə aidiyyəti üzrə məhkəməyə və ya hüquq mühafizə orqanlarına müraciət edilməsi məqsədəmüvafiq hesab edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Cavabdeh ASC) qarşı fəaliyyətinin təsiri ilə yaranan məhdudiyyətlər nəticəsində iddiaçıya dəymiş 100.000 manat zərər və əldən çıxmış gəlir, 50.000 manat kompensasiya və 100.000 manat mənəvi zərər, cəmi 250.000 manat pulun iddiaçıya ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyətinə başlamaq niyyəti ilə İddiaçınə məxsus ünvan 1 ünvanında yerləşən 1,0 ha torpaq sahəsini kənar şəxslər tərəfindən təkrar zəbt edilməsinin qarşısını almaq məqsədilə ərazinin hasara alınmasına icazə verilməsi haqqında Suraxanı rayon İcra Hakimiyyətinin başçısına ərizələrlə müraciət etmişdir. Həmin müraciətlərə Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13-cü maddəsinin 2-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğuların quraşdırılmasına yol verildiyi nəzərə alınaraq əsaslı tikililərin inşası məqsədəuyğun hesab edilmir. Eyni zamanda, ünvan 3 ünvanında yerləşən 1,0 ha torpaq sahəsinin İddiaçınə daimi istifadəsində olması barədə Suraxanı rayon İcra Hakimiyyətinin məlumatı olduğu halda Cavabdeh ASC tərəfindən həmin torpaq sahəsində kanalizasiya xətlərin inşasına müsbət rəy vermiş və bilavasitə İcra Hakimiyyəti əməkdaşlarının iştirakı ilə 2020-ci ilin 18 fevraldan 01 mart tarixinədək həyata keçirilmişdir. Faktiki olaraq Suraxanı rayon İcra Hakimiyyətinin sərəncamı ilə müəssisəyə xəbər verilmədən müəssisəyə məxsus həmin “kənd təsərrüfatı təyinatlı” torpaq sahəsində qazıntı işlərini görüb ərazini bölərək 2006-ci ildən kənar şəxslər tə rəfindən zəbt edilmiş torpaq sahələrinə və həmin qanunsuz tikintilərə kanalizasiya xətti və asfalt yolu çəkilmişdir. Bununla da ona əlavə problem yaradılmışdır. Müəssisəyə məxsus “kənd təsərrüfatı təyinatlı” torpaq sahəsinin qanunsuz əsaslı tikinti işlərin dayandırılmasına dair tədbirlərin görülməsi barədə 18 fevral 2020-ci il tarixdə iddiaçı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəşad Hacıyevə, 24 fevral 2020-ci ilin tarixində Suraxanı rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasına və şəxsən icra başçısının özünə tələblərini izah edərək torpaq ərazisində qanunsuz əsaslı tikililərin dayandırılması tələbi ilə rəsmi qaydada müraciət etmişdir. Lakin qanuni tələblərə məhəl qoyulmayaraq “abadlaşdırma” adı ilə tikinti işlərinin aparılmasına son qoymaq əvəzinə həmin işlər 10 gün ərzində tamamlanmışdır. Müəssisənin daimi istifadəsinə ayrılmış torpaq sahəsində hasar tikməyə icarə verməyərək həmin torpaq sahəsində Cavabdeh ASC-nin vasitəsi ilə torpaq sahəsini zədələyib ərazinin ortasında üç yerdən ehtiyac olmayan mənasız kanalizasiya xətlərini çəkilməsi və məhkəmə qətnaməsinə əsasən söküntüyə düşən qanunsuz tikililərə asfalt yollarının çəkilməsi nəticəsində Suraxanı rayon İcra Hakimiyyəti öz qanunsuz hərəkətləri ilə və hərəkətsizliklə müəssisəyə küllü miqdarda maddi və mənəvi zərər vurmuşdur. Müəssisəyə dəymiş ziyanın və əldən çıxmış gəlirin, həmçinin vurulmuş mənəvi ziyanın ödənilməsi ilə bağlı tərəfindən Suraxanı rayon İcra Hakimiyyətinə rəsmi qaydada ərizə ilə müraciət edilmişdir. Lakin Suraxanı rayon İcra Hakimiyyəti müraciətin təmin edilməməsi barədə cava b məktubu ünvanlamışdır. Adıçəkilən cavab məktubundan belə müəyyən olunur ki, guya icra hakimiyyəti tərəfindən müəssisəyə heç bir ziyan vurulmamış, ərazidə görülmüş işlər Cavabdeh ASC tərəfindən həyata keçirilmişdir. Cavabdeh inzibati orqanın imtinası əsaslı deyil. Belə ki, Cavabdeh ASC, "xxxx" ASC, "xxxx" ASC tərəfindən Bakı şəhəri üzrə hər hansı işlər görülməzdən əvvəl yerli icra hakimiyyətləri orqanlarına bu barədə məlumat verilir və həmin məlumat yerli icra hakimiyyəti orqanının, yəni hazırkı mübahisə üzrə Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən tam şəkildə araşdırıldıqdan sonra işlərin görülməsinə icazə verilir. Göründüyü kimi Suraxanı rayon İcra Hakimiyyəti qanuni istifadədə olan və kənd təsərrüfatı təyinatlı torpaq sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçiril məsinə imkan verməmiş və bununla da qanunla qorunan hüquqlarını pozmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən ona qarşı qərəzli mövqe nümayiş etdirilmiş və bununla da külli miqdarda gəlirdən məhrum olmuşdur.

5. Məhkəmənin 2021-ci il 11 avqust tarixli qərardadı ilə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.

6. İddiaçının ərizəsinə əsasən məhkəmənin 2022-ci il 10 fevral tarixli qərardadı ilə iddia tələbi “Suraxanı rayon İcra Hakimiyyətinin fəaliyyətinin təsiri ilə yaranan məhdudiyyətlər nəticəsində İddiaçınə dəymiş 400.000 manat zərər və əldən çıxmış gəlir, 50.000 manat kompensasiya və 100.000 manat mənəvi zərər, cəmi 550.000 manat pulun iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməsi” kimi dəyiş dirilmişdir.

7. İddiaçının ərizəsinə əsasən məhkəmənin protokol qərarı ilə cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti əsl cavabdeh olan Cavabdeh ASC-i ilə əvəz edilmiş, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti üçüncü şəxs kimi icraata cəlb edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2024-cü il 23 aprel tarixli, 2-1(112)-59/2024 nömrəli qərarı ilə (hakim L.Musayeva) iddia qismən təmin edilmiş, İddiaçınə dəymiş maddi zərər 19.908 manat məbləğində pulun ödənilməsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il 10/2896, 9/3402 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, iddiaçının plan və ölçü sənədində qeyd olunan koordinatların daxilinə düşən asfalt örtüyünün sahəsinin 440 m2 olduğunu, boru xətlərinin uzunluğunun (asfalt örtüyündən kənarda) 137 metr, diametrinin 200 mm olduğu, kanalizasiya xətlərinin baxış quyularının ölçüsünün 1.3 x 1.3 metr (üç ədəd, asfalt örtüyündən kənarda) olduğunu nəzərə aldıqda çıxarışla iddiaçının daimi istifadəsinə verilmiş torpaq sahəsinin ümumilikdə 474 kv.m hissəsində kanalizasiya xətlərinin çəkildiyi və asfalt örtüyünün vurulduğu müəyyən olundu. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya ziyan onun istifadəsində olan bütün torpaq sahəsinə deyil, onun kanalizasiya xətlərinin çəkildiyi və asfalt örtüyünün altında olan 474 kv.metr hissəsinə vurulmuşdur ki, iddiaçının məhz həmin hissədə vurulmuş ziy anın cavabdehdən tutulması ilə bağlı tələbi əsaslı sayıla bilər. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-1616/2/-10/7918 nömrəli ekspert rəyinə əsasən ünvan 5 ünvanının yerləşdiyi kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 420.000 məbləğində müəyyən edilmişdir. Belə olan halda, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə müəyyən edilən orta bazar qiyməti əsas götürülməklə, iddiaçının istifadəsində olan torpaq sahəsinin 474 kv.m hissəsinə vurulmuş ziyana görə 19.908 (on doqquz min doqquz yüz səkkiz) manat kompensasiya ödənilməlidir. Məhkəmə iddiaçının iddia tələbinin əldən çıxmış faydaya görə kompensasiyanın ödənilməsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı istifadəsində olan t orpaq sahəsində çiyələyin əkilməsi niyyətini ərizəsində qeyd etsə də, onun iddia etdiyi yalnız ehtimala əsaslanır. Belə ki, hər hansı faktiki hərəkət tərəfindən edilməmiş, çiyələyin əkilməsinə dair hər hansı sübut təqdim edilməmiş, başqa sözlə o, onun gələcəkdə ehtimal olunan xəyalıdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin mənəvi ziyana görə kompensasiyanın ödənilməsi hissəsində əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya məhkəməsinin xx.xx.2002-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” qərarına əsasən mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

10. İddiaçı apellyasiya şikayəti verərək qərarın nəticə hissəsinin qismən dəyişdirilərək mənəvi tələb hissə istisna olmaqla, iddia tələbinin (450.000 manat hissəsində) tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh ASC apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın bütövlükdə rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 27 may tarixli, 2-1(103)-231/2025 nömrəli qərarı ilə (hakimlər R.Səmədov /sədrlik edən və məruzəçi/, X.Cəmilova və O.İsmayılov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2024-cü il 23 aprel tarixli, 2-1(112)-59/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Cavabdeh ASC-nin məhkəməyə ünvanlandığı məktubunda bildirilmişdir ki, “...göstərilən torpaq sahəsində yerləşən xətlər Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq “Yeni Suraxanı qəsəbəsinin su və kanalizasiya şəbəkəsinin yenidən qurulması” layihəsi çərçivəsində, əra zidəki yaşayış məntəqələrində formalaşan tullantı sularının bir hissəsinin kənarlaşdırılması, eyni zamanda abonentlərin fasiləsiz, dayanıqlı su ilə təchiz olunması, suya olan tələbatının tam ödənilməsi məqsədilə inşa edilmişdir. Nəzərinizə çatdırırıq ki, 2011-2012-ci illərdə işlənmiş layihəyə Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Təsisatdankənar Dövlət ekspertizası tərəfindən xx.xx.2012-ci il tarixli, 4452 nömrəli rəy verilmişdir. Ərazidə su xətlərinin inşası 2013-cü ildə, kanalizasiya xətlərinin inşası isə 2019-cu ilin noyabr ayında başa çatdırılmışdır. Su və kanalizasiya xəttinin inşası yerli icra orqanlarının razılığı və bilavasitə onların iştirakı ilə həyata keçirilmişdir. Belə ki, inşaat işləri zamanı kanalizasiya və su xəttinin əhəmiyyətli yini nəzərə alaraq layihəyə uyğun olaraq, qəsəbədaxili yollardan keçilərkən yerli icra nümayəndələrinin (Suraxanı Rayon İcra Hakimiyyəti, qəsəbə icra nümayəndəsi və qəsəbə bələdiyyəsinin) rəyləri əsas götürülmüşdür. Müraciətinizdə qeyd olunan ərazi ümumi istifadədə olan yol kimi göstərilmiş, su və kanalizasiya xətti həmin küçə boyu inşa olunmuşdur. Bildiririk ki, qeyd etdiyiniz ərazidə bir neçə fərdi yaşayış evləri yerləşir və həmin evlərin sakinləri tərəfindən su və kanalizasiya problemləri ilə bağlı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə, Suraxanı Rayon İcra Hakimiyyətinə və digər yüksək instansiyalara dəfələrlə müraciətlər ünvanlanmışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən su və kanalizasiya xəttinin layihələndirilməsi mərhələsində həmin ərazidə mülkiyyət hüquqlarını təsdiq edən hər hansı bir sənəd (çıxarış və torpağın plan ölçüsü) aşkarlanmamışdır. Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 8-ci döngə, 12C ünvanında yerləşən torpaq sahəsini İddiaçı mülkiyyətində olması ilə əlaqədar hüquqi sənədlər yalnız su və kanalizasiya xətləri çəkilib başa çatdıqdan sonra xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Eyni zamanda, su və kanalizasiya xəttinin inşası zamanı hər hansı bir şəxsin istifadəsinin təsdiqi kimi həmin ərazinin daş divarı və ya ayırıcı dəmir tellərlə ayrılması müşahidə olunmamışdır. Ərazinin çox hissəsi açıq sahədir, qalan sahə isə faktiki olaraq fərdi yaşayış binaları və onların ümumi istifadəsində olan yolla əhatələnibdir. Su və kanalizasiya xətləri çəkildikdən sonra qazılmış xəndəklərin üstü örtülərək kipləşdirilmiş və ərazi hamarlanaraq əvvəlki vəziyyəti nə qaytarılmışdır. Yuxarıda qeyd olunanlarla əlaqədar vətəndaş Vəkil Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı, baxılması üçün Cavabdeh ASC-yə göndərilmiş əvvəlki müraciəti araşdırılaraq müvafiq qaydada cavablandırılmış və aidiyyəti üzrə Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etməyi tövsiyə edilmişdir”. Üçüncü şəxs “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” məhkəməyə ünvanlandığı məktubunda bildirmişdir ki, “ünvan 5 ünvanda yerləşən ərazidə avtomobil yolunun tikintisi işləri Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən qəsəbə daxilində nəqliyyat vasitələrinin normal və təhlükəsizlik hərəkətinin təmin edilməsi məqsədilə Cavabdeh ASC tərəfindən kanalizasiya xəttinin çəkilişindən sonra yerinə yetirilmişdir. Eyni zamanda, müraciətdə sözüg edən avtomobil yolunun tikintisi işləri bilavasitə yerli icra orqanlarının iştirakı və nəzarəti ilə yerinə yetirilərək istifadəyə verilmişdir”. Üçüncü şəxs “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” məhkəməyə ünvanlandığı məktubunda bildirmişdir ki, “Azərbaycan Respublikası regionlarının 20192023-cü illərdə sosial-iqtisadi X7” çərçivəsində “Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin daxili yollarının təmiri ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2019-cu il tarixli 1677 nömrəli Sərəncamı ilə Agentliyin tabe müəssisəsi tərəfindən Yeni Suraxanı qəsəbəsinin daxili yollarında, o cümlədən 14 iyul küçəsində təmir işləri aparılmışdır. Aparılan təmir işləri yalnız mövcud yolun parametrləri əsasında (en və uzunluğu) asfalt-beton yol örtüyünün salınma sı olmuş və heç bir kənarlaşma hallarına yol verilməmişdir. Yol-təmir işləri yeni torpaq sahəsini əhatə etmədiyi üçün, layihə-axtarış sənədləri tərtib edilməmiş, təmir işləri yalnız 14 İyul küçəsinə keçirilmiş vizual baxış nəticəsində tərtib edilmiş qüsur aktı və smeta sənədləri əsasında aparılmışdır. Sözügedən yolda yenidənqurma və ya yeni yolun tikintisi aparılmaması səbəbindən yerli icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən rəy verilməmişdir”. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin məhkəməyə ünvanlandığı məktubunda bildirilmişdir ki, Cavabdeh ASC-nin sifarişi əsasında “Yeni Suraxanı qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” üzrə layihə-smeta sənədlər inə mərhələlərlə baxılaraq müvafiq olaraq xx.xx.2012-ci il tarixli 14452 nömrəli, xx.xx.2013-cü il tarixli 16594/14452 nömrəli, xx.xx.2013-cü il tarixli 16714/16594/14452 nömrəli və xx.xx.2014-cü il tarixli 19098/16714/16594/14452 nömrəli ekspertiza rəyləri verilmişdir. Sorğuda göstərilən ünvan 5 ünvanda yerləşən torpaq sahəsi üzərində yol çəkilişi və s. infrastruktur yaradılması ilə bağlı məlumatlar layihə sənədlərində göstərilmədiyindən tələb olunan məlumatların verilməsi mümkün deyil.... İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iş üzrə məhkəmə təkrar komission tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspertiza rəyinin nəticəsi olaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 fevral 2025-ci il tarixli ekspert rəyində qeyd edilir ki, çiyələk şitilinin bir ədədinin və çiyələk məhsulunun 1 kiloqramının 2020-2022-ci il tarixlərə olan topdansatış orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: - 1 ədəd çiyələk şitili 0,10 manat, - 1 kq çiyələk məhsulu - 2,00 manat. Qeyd: tələb və təklifdən, həmçinin mövsümdən asılı olaraq müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Qeyd olunur ki, çiyələk məhsulunun becərilməsi üçün görülməli işlərin və çəkilməli olan xərclərin müəyyən edilməsi məhkəmə-əmtəəşünaşlıq ekspertizasının predmetinə aid olmayıb, həmin sahə üzrə ixtisaslaşmış mütəxəssislər (aqronom və sair) tərəfindən müəyyən edilə bilər. Bu səbəbdən də qiymətləndirmə bir ədəd çiyələk şitili və 1 kq çiyələk məhsulu üzrə aparıldı. Tədqiq olunan torpaq sahəsində hər hansı tikin ti olmadığından məhkəmə tikinti-texniki ekspertizası üzrə tədqiqat aparılmadı. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyildir.

14. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli cavab məktubunda Cavabdeh ASC konkret olaraq özü təsdiq edir ki, “Dövlət Proqramı” əsasında Yeni Suraxanı qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üzrə 2012-2014-cü il tarixidə tərtib olan layihə-smeta sənədlərinə əsasən su xətlərinin inşası 2013-cü ildə, kanalizasiya xətlərinin inşası isə 2019-cu ilin noyabr ayında başa çatdırılmışdır. Həmin cavab məktubuna əlavə edilmiş kanalizasiya xəttinin faktiki sxemindən də görünür ki, İddiaçı ÇKM-nə məxsus torpaq sahəsində cavabdeh tərəfindən 2020-ci ilin fevral ayında çəkilmiş kanalizasiya xətləri “Dövlət Proqramı” əsasında 20122014-cü il tarixli layihə-smeta ilə planlaşdırılmamışdır, planlaşdırıla da bilməzdi. Çünki “Dövlət Proqramı” əsasında 2012-2014-cü il tarixində tərtib olan layihə-smetadan əvvəl keçmiş İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən xx.xx.2009-cu il tarixində İddiaçı ÇKM-nə ayrılmış 0,1 ha torpaq sahəsinin mövcud istifadə vəziyyətinin cizgisinə dair Akt tərtib edilmişdir. X8 X6 X3 ilə, Qaz İstismarı İdarəsi ilə, Suraxanı ET və Sİ-nin 10/6/4 kV t İstismar Şöbəsi ilə, Suraxanı rayon Kanalizasiya İdarəsi ilə, "xxxx" ASC ilǝ, Telefon Qovşağı ilə və Suraxanı RİH nəzdində Layihə Smeta Bürosu ilə razılaşdırılmış, imzalanmış və möhürlə təsdiq edilmişdir. xx.xx.2019-cu ildə İddiaçı ÇKM-nin adına torpaq sahəsinə daimi istifadə hüququna dair Çıxarışı aldıqdan sonra 2019-cu ilin dekabr ayından iddiaçı dəfələrlə Suraxanı rayon İcra Hakimiyyətini məlumatlandıraraq ərazinin hasarlanmasına icazə verilməsi barədə müraciət edirdi. Lakin hər dəfə imtina cavabları alırdı. İşin dayandırılması və qanunsuz olması barədə cavabdehə, onun işçilərə və üçüncü şəxslərə iddiaçı tərəfindən 2020-ci ilin 18 fevral ayından dəfələrlə deyilirdi və yazılı şəkildə müraciət edilirdi (iş materialında həmin müraciət məktublar və şəkillər var). Beləliklə, “Sosial-iqtisa di X7”na əsasən 2019-cu ilin noyabr ayında Yeni Suraxanı qəsəbəsinin kanalizasiya xətlərinin yenidən qurulması başa çatdığı halda, xx.xx.2019-cu il tarixdə İddiaçı ÇKM-nin daimi istifadə hüquqların dövlət qeydiyyatından keçməsi barədə cavabdehin məlumatları olduğu halda, “Dövlət Proqramı”nın layihəyə istinad edərək cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsini bölərək layihədən kənar 2020-ci ilin fevral ayında qanunsuz tikililərə kanalizasiya xətləri çəkir. Bu da cavabdehin özbaşına olaraq həmin sahədə işlər aparmasının təkzibolunmaz sübutudur. Cavabdeh, öz qanunsuz hərəkətlərinə haqq qazandırmaq məqsədi ilə dövlət siyasətinə zidd olaraq heç bir əsası olmadan işlərin aparılmasında guya yerli icra qurumlarının rəylərinə, xəttinin inşa olma mərhələsində həmin əraziyə guya iddiaçının hüquqla rını təsdiq edən hüquqmüəyyənedici sənədin olmamasına istinad etməsi və eyni zamanda məhkəmə qərarı ilə söküntüyə düşən qanunsuz tikililərdə yaşayan sakinlərin müraciətlərini araşdırmadan işlərin aparılması yolverilməz bir hərəkətdir. Məhkəmənin həmin mövqeyinə etirazını bildirərək qeyd edilir ki, ekspert tərəfindən tərtib edilmiş “Kanalizasiya xətlərinin və asfalt örtüyünün yerləşmə vəziyyətinə” dair Sxemdən konkret olaraq görünür ki, ekspert rəyi üzrə göstərilmiş 474 m² hissə yalnız kanalizasiya xəttin en və uzunluq ölçüsünə aiddir. Eyni zamanda ekspert tərəfindən tərtib edilmiş həmin Sxemin cizgisindən və kanalizasiya xətlərinin planından görünür ki, torpaq sahəsində beş kanalizasiya xətlərin ayrı-ayrı istiqamətlərdə çəkilməsi kanalizasiya xəttinin uzandığı yol, həmin xəttin sahəni vizu al olaraq bir neçə əraziyə bölməsi nəticəsində kooperativə məxsus torpaq sahəsinin ərazisi ümumilikdə yararsız hala salmış və təyinatı üzrə istifadəsi (bağ-bostan bitkisinin becərilməsi) faktiki mümkünsüz etmişdir. Sahədə 2020-ci ildən aparılacaq əkin işlərinin planlaşdırılması, həmçinin intensiv bağ anlayışı prinsiplərinin pozulması ilə müşayiət edilmişdir. Bununla da ərazinin 5 sotu deyil, bütöv 1 ha sahəsi bərbad hala salınmışdır. O cümlədən yaxın gələcəkdə təsərrüfat üçün gərəksiz və böyük xərc gücünə kanalizasiya xətlərinin iddiaçının ərazisindən çıxarılması, torpaq sahəsi üzərində asfalt örtüyünün salınması və həmin sahənin əkinçilik üçün yararsız hala gətirilməsi, bu asfalt örtüyü olan sahənin torpaq qatı ilə əvəz edilməsi məcburiyyəti, biznes planında qeyd edilən 1 ha bütöv ərazi ü zrə gəlir əldə etmək gözləntilərindən məhrum edilməsi faktı iddianın əsaslı olmasının göstəricisidir. Həmin fakt 9 ekspertin rəyləri ilə öz təsdiqini tapır. Bu səbəbdən 2020-ci ildən planlaşdırılmış kənd təsərrüfatı məhsullarının yetiştirilməsi üçün hazırlanmış istixana kompleksinin layihəsini reallaşdırmaq əvəzinə məhkəmə çəkişmələrinə cəlb olunduğundan bu günə kimi kooperativ əmək fəaliyyəti ilə məşğul ola bilmir. Qeyd edilən hallara əsasən iddiaçıya dəyən zərər ərazinin 474 kv.m deyil, 1 ha sahəsi üzrə hesablanaraq nəzərə alınmalıdır. Apellyasiya şikayətində cavabdeh göstərmişdir ki, “sözügedən torpaq sahəsində bir qrup şəxslər tərəfindən torpağı zəbt edilərək fərdi evlər tikilmişdir”. Bununla da cavabdeh özü təsdiq edir ki, həmin sahədə olan qeyri-qanuni tikililərə cavabdeh və üçüncü ş əxslər tərəfindən qanunun tələblərinə zidd olaraq sənədi olmayan tikililərə 2020-ci ilin fevral ayında kanalizasiya xətləri və yol çəkilmişdir. 2019-cu ilin dekabr ayında Suraxanı rayon İcra Hakimiyyətinə torpaq sahəsinin Çıxarışını təqdim etməsini və hasarlanmasına icazə verilməsinə dair iddiaçının müraciətləri nəzərə almaqla həmin tikililərin qanunsuz olması barədə və Bakı Apellyasiya Məhkəməsinin 2(103)5651/2014 nömrəli qərarı ilə söküntüyə düşməsi barədə 2019-cu ilin dekabr ayından ərazinin hüquqi rejimindən yerli idarəetmə qurumların, o cümlədə cavabdehin məlumatları var idi (işdə olan məktublar və cavablar həmin faktı təsdiq edir). Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin məhkəməyə ünvanlandığı məktubunda bildirilmişdir ki, Cavabdeh ASC-nin si farişi əsasında “Yeni Suraxanı qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” üzrə layihə-smeta sənədlərinə mərhələlərlə baxılaraq müvafiq olaraq xx.xx.2012-ci il tarixli 14452 nömrəli, xx.xx.2013-cü il tarixli 16594/14452 nömrəli, xx.xx.2013-cü il tarixli 16714/16594/14452 nömrəli və xx.xx.2014-cü il tarixli 19098/16714/16594/14452 nömrəli ekspertiza rəyləri verilmişdir. Sorğuda göstərilən ünvan 5 ünvanda yerləşən torpaq sahəsi üzərində yol çəkilişi və s. infrastruktur yaradılması ilə bağlı məlumatlar layihə sənədlərində göstərilmədiyindən tələb olunan məlumatların verilməsi mümkün deyil. Göründüyü kimi layihədə belə bir hal nəzərdə tutulmamış, cavabdeh tərəf layihədən kənara çıxaraq istifadədə olan torpaq sahəsində qanunsuz işlər görmüş, lakin məhkəmələr buna düzg ün hüquqi qiymət verməmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzin ekspertləri tərəfindən cəmi 9 ekspertiza keçirilmişdir, o cümlədən üç məhkəmə-əmtəəşünaslıq, məhkəmə-bioloji, məhkəmə iqtisadi (ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi) ekspertizalar keçirilmişdir. Ekspertlərin rəylərinin nəticə hissəsində konkret olaraq aşağıdakılar müəyyən edilir: kanalizasiya xətlərinin çəkilməsi nəticəsində: 1. dəymiş maddi zərərin üç ilə ümumi xərcləri 80.241,00 manat təşkil edir.

2. Məhsulun yığımı: 1ha torpaq sahəsində xüsusi istixanada cəmi 14.000 ədəd şitil əkilməklə, hər bir şitildən 2kg məhsul yığılmaqla 10 aya 28.000 kq məhsul əldə edilir. 10 ay ərzində 1kg çiyələyin satışı orta 3 manat nəzərə aldıqda 84.000 azn təşkil edir, üç ilə ümumi gəlir 252.000 manat, xalis gəlir isə 1 67.759 manat məbləğində (252.000 – 84.241) təşkil etməli idi. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzin mühəndis-texniki, aqronom və bioloji ekspertlərin rəylərində konkret olaraq müəyyən olunub ki, çəkilmiş kanalizasiya xətləri və asfalt yolların çəkilməsi nəticəsində torpaq sahəsi yararsız hala düşmüş, bağ-bostan bitkisinin becərilməsi üçün məhdudlaşmışdır və maneçilik törədir. Aqronomik tədqiqatı müəyyən etdi ki, torpaq sahəsinin üst münbit qatı dağıdılmış, eroziyaya uğramış, kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün yarasızdır. Məhkəmə tərəfindən təyin olan və Kənd Təsərrüfatı Nazirliyinin X5 İnstitutun xüsusi mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 3-22/2-1916/2023 nömrəli rəyə əsasən 1 ha ərazidə nəinki çiyələk, hətta digər kənd təsərrüfatı məhsu llarının əkilməsi zamanı bir ilə 41682,8 manat, üç ilə 125.048,4 manat əldə ediləcək gəlir qeyd edilmişdir. "xxxx" MMC-nin müstəqil kənd təsərrüfatı ilə məşğul olan mütəxəssisin rəy ilə 1 ha ərazi üzrə 2020-ci ildən başlayaraq üç il ərzində yetişdirilmiş çiyələyin satışından İddiaçı ÇKM-nin orta qazancı 157 239,0 manat müəyyən edilir. 2020-ci ildən başlayaraq üç il ərzində 1 ha ərazidə nəinki çiyələk, hətta digər kənd təsərrüfatı məhsullarının əkilməsi zamanı satışından İddiaçı ÇKM-nin orta qazancı təqribən 125.000 manatdan 157 239,0 manata kimi əldə ediləcək gəlir müəyyən edilə bilərdi. Beləliklə, 2019-cu ilin dekabr ayından ərazinin hüquqi rejimindən yerli idarəetmə qurumların və cavabdehin məlumatı olduğu halda (işdə olan materiallar həmin faktı təsdiq edir) iddiaçıya məxsus torpaq sahə sində qazıntı işlərin aparılması nəticəsində kooperativə küllü miqdarda ziyan vurulmuşdur. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gü n müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam e tdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı iddianın rədd edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş ə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

21. Belə ki, iş üzrə iddiaçının dəqiqləşdirilmiş tələbi cavabdehin fəaliyyətinin təsiri ilə yaranan məhdudiyyətlər nəticəsində İddiaçınə dəymiş 400.000 manat zərər və əldən çıxmış gəlir, 50.000 manat kompensasiya və 100.000 manat mənəvi zərər, cəmi 550.000 manat pulun iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə olmuşdur. Aşağı instansiya məhkəmələri isə iddia tələbini dəymiş maddi zərər hissəsində 19.908 manat məbləğində təmin etmiş, əldə çıxmış fayda və mənəvi zərər hissəsində isə əsaslı hesab etməyərək rədd etmişdir.

22. Qeyd edilməlidir ki, hazırda kassasiya şikayəti yalnız iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsindən verildiyi üçün kassasiya baxışının predmeti də məhz həmin hissə ilə məhdudlaşır. Bundan başqa, iddiaçı apelyasiya şikayəti verərkən qərarın təmin edilməmiş mənəvi zərər hissəsini mübahisələndirməmiş, müvafiq olaraq həmin hissədə birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minmişdir. Ona görə, mənəvi zərərlə bağlı hissə də hazırkı kassasiya baxışının predmetini təşkil etmir.

23. Mübahisələndirilən hissəyə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 89.1-ci maddəsinə görə, inzibati orqanların qanunsuz qərarları (i nzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmçinin 1097.1-ci maddədə göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

26. İstinad olunan maddələrin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

27. Zərərin ödənilməsi il ə bağlı mübahisəni həll edən məhkəmə qeyd olunan hüquqi əsasların mövcud olub-olmadığını müəyyən etməlidir.

28. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissə üzrə inzibati orqanın məsuliyyətinin yaranması üçün zəruri olan hüquqi şərtlərin mövcudluğu iş materialları ilə sübuta yetirilməmişdir. Belə ki, görülmüş işlər nəticəsində iddiaçıya məxsus torpaq sahəsinə ziyanın vurulması faktı mötəbər və kifayət qədər yetərli sübutlarla təsdiqini tapmır. Kollegiya qeyd edir ki, maddi zərər tələbinin təmin edilməsi yalnız işlərin görülməsi faktından asılı deyil. Həmin iddia olunan zərərin real olaraq vurulması sübuta yetirilmiş olmalıdır. Bu mənada, görülmüş işlər mövcud torpaq sahəsindən təyinatı üzrə istifadəyə aşkar məhdudiyyətlər yaratmalıdır. Belə məhdudiyyətlərin yarandığı qənaəti nə gələ bilmək üçün isə işdə kifayət qədər mötəbər və yetərli sübutlar yoxdur.

29. İş materiallarında mövcud olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il 10/2896.9/3402 nömrəli ekspert rəyində göstərilmişdir ki, xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı istifadəsinə verilmiş 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (bağçılıq-bostançılıq) olduğu və həmin torpaq sahəsində çəkilmiş kanalizasiya xətlərinin və asfalt örtüyünün mövcud olduğunu nəzərə alaraq, çəkilmiş kanalizasiya xətləri və asfalt örtüyü gələcəkdə həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edildiyi təqdirdə maneçilik törədə bilər. Lakin məhkəmə kollegiyası hesab edir ki, sözügedən ekspert rəyi kifayət qədər əsaslandırılmış hesab edilə bilməz. Belə ki, rəyin nəticə hissəsində çəkilmiş kanalizasiya xətləri və asfalt örtüyünün hansı konkret səbəblərə görə və hansı texniki əsaslara istinadən torpaq sahəsindən təyinatı üzrə istifadəyə mane olacağı ağlabatan və elmi cəhətdən əsaslandırılmış şəkildə izah olunmamışdır. Rəydə bu qənaətə gəlməyə imkan verən hesablama, normativ istinad və ya texniki təhlil öz əksini tapmamışdır. Bu baxımdan, ekspert rəyində göstərilən ehtimal xarakterli nəticə iş üzrə iddia tələbinin maddi zərər hissəsinin təmin edilməsi üçün yetərli sübut kimi qəbul oluna bilməz.

30. İddia tələbinin əldən çıxmış faydaya görə kompensasiyanın ödənilməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsi faktı iş materialları ilə təsdiq olunmur. Belə ki, iddiaçı müəssisə istifadəsində olan torpaq sahəsində çiyələk əkilməsi niyyətini bildirsə də, bu iddia yalnız ehtimala əsaslanır və obyektiv sübutlarla dəstəklənmir. İş üzrə çiyələyin əkilməsi və ya bu məqsədlə hazırlıq işlərinin görülməsi ilə bağlı hər hansı faktiki hərəkətin həyata keçirildiyi müəyyən edilməmiş, bu istiqamətdə sübutlar təqdim olunmamışdır. Bu baxımdan, iddia olunan əldən çıxmış fayda real, gözlənilən və kifayət qədər əsaslandırılmış gəlir kimi deyil, yalnız gələcəkdə mümkün hesab edilən və hüquqi cəhətdən qorunan maraq səviyyəsinə çatmayan ehtimal xarakterli iddia kimi qiymətləndirilməlidir.

31. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissə üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunm uş hallarına uyğundur. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı iddia tələbinin təmin edilməyən mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 27 may tarixli, 2-1(103)-231/2025 nömrəli qərarı iddia tələbinin təmin edilməyən mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar