Məhkəmə qərarları › İş №2-1(102)-3017/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3017/2025

12.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3017/2025 12.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Zaqatala Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin geri qaytarılması; iddianın mümkünlük şərti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Zaqatala Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər: Zaqatala Rayonu Göyəm Bələdiyyəsi və Zaqatala Rayonu Zaqatala Bələdiyyəsi) qarşı “Zaqatala rayonu Göyəm kəndində yerləşən 75 kv.m sahəsi olan mağaza binasının yerləşdiyi 0,007 ha torpaq sahəsinin idd iaçıya geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2025-ci il tarixli, 2-1(107)298/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 73 nömrəli sərəncamına əsasən X1 mülkiyyətində olan 70 kv.m torpaq sahəsində eskiz layihəyə uyğun sahəsi 42 kv.m olan birmərtəbəli istehsalat və sahəsi 21,8 kv.m olan ikimərtəbəli qeyri-istehsalat tikililərindən ibarət “sahibkarlıq fəaliyyəti” üçün obyektin inşasına icazə verilmişdir.

2. İddiaçı ilə X2 arasında bağlanılmış xx.xx.2004-cü il tarixli, 223509 saylı müqaviləyə əsasən Zaqatala rayonu, Göyəm kə ndində yerləşən 2001-ci ildə tikilmiş sahibkarlıq fəaliyyəti üçün zəruri obyekt binası iddiaçıya satılmışdır.

3. Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, xx.xx.2004-cü il tarixli, 223509 saylı alqı-satqı müqaviləsinə əsasən 2001-ci ildə tikilmiş “Mağaza” binası üzərində iddiaçının adına mülkiyyət hüququ xx.xx.2004-cü il tarixdə qeydə alınmışdır.

4. İddiaçı ilə X2 arasında bağlanılmış xx.xx.2005-ci il tarixli “Torpaq alqı-satqı müqaviləsi”nə əsasən Zaqatala rayon Göyəm bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 06 saylı qərarı ilə ayrılmış 0,007 ha torpaq sahəsi iddiaçıya satılmışdır.

5. İddiaçının tələbinə əsasən yuxarı da qeyd edilən qeyri-yaşayış binası qanunsuz olaraq sökülmüş və onun yerləşdiyi torpaq sahəsi zəbt edilmişdir.

6. İddiaçı mülkiyyət hüququnun bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” Qanunun 22-ci maddəsinə əsasən mülkiyyət hüququ məhkəmə tərəfindən müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu Göyəm kəndində yerləşən 75 kv.metr sahəsi olan “Mağaza” binasının yerləşdiyi 0,007 ha torpaq sahəsinin iddiaçıya geri qaytarılması, iddiaçıya vurulmuş 280.387 (iki yüz səksən min üç yüz səksən yeddi) manat maddi ziyanın, 15.000 (on beş min) manat mənəvi ziyanın iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu, Göyəm kəndində yerləşən 75 kv.m sahəsi olan “Mağaza” binası 12 sentyabr 2004-cü il tarixli, 223509 saylı müqaviləyə əsasən, yerləşdiyi 0,007 ha torpaq sahəsi isə 21 aprel 2005-ci il tarixli torpağın alqı-satqısı haqqında müqaviləyə əsasən iddiaçı tərəfindən alınmışdır. Həmin əmlak üzərində mülkiyyət hüquqları 03 noyabr 2004-cü il tarixli Mülkiyyət hüquqlarının qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin Qeydiyyat Vəsiqəsinə əsasən qeydə alınmışdır. Adı çəkilən 75 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi üç hissədən ibarət olmaqla, 25 kv.m hissəsi qa pı-darvaza sexi, 25 kv.m hissəsi plastik qapı-pəncərə sexi, 25 kv.m hissəsi su çəni hazırlanan sex kimi fəaliyyət göstərilməsi üçün icarəyə verilmişdir. Hər bir sahənin icarəyə verilməsinə görə aylıq 300 manat olmaqla, cəmi 900 manat icarə haqqı ödənilirdi. Mülkiyyətində olan əmlak qanunsuz olaraq sökülmüş və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarından, gəlirdən qanunsuz olaraq məhrum edilmişdir. Əmlakının qanunsuz sökülməsi və torpaq sahəsinin zəbt edilməsi ilə bağlı aidiyyatı orqanlara dəfələrlə müraciət etmiş, səlahiyyətli şəxslərin qəbulunda olmuşdur. Əmlakının sökülməsi və torpaq sahəsinin mənimsənilməsinə əsas olan sərəncamlar ona təqdim edilməmişdir. Həmin əmlakla bağlı qəbul edilmiş sərəncamın ləğv edilməsi, mülkiyyət hüququna maneələrin aradan qaldırılması və qanunsuz zəbt edil miş əmlakın geri qaytarılması ilə bağlı dəfələrlə etdiyi müraciətləri nəticəsiz qalmışdır.

9. Cavabdehin məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Zaqatala Rayon İcra Hakimiyyəti iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna etmir və mülkiyyətində olan əmlakın sökülməsi ilə bağlı sərəncamı mövcud deyil.

10. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-279/2025 nömrəli qərardadı (hakim V.Musayev) ilə iddia tələbinin “Zaqatala rayonu Göyəm kəndində yerləşən 75 kv.metr sahəsi olan “Mağaza” binasının yerləşdiyi 0,007 ha torpaq sahəsinin iddiaçıya geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsi mümkün sayılmamışdır.

11. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-279/2025 nömrəli qər arı (hakim V.Musayev) ilə İddiaçı cavabdeh Zaqatala Rayon İcra Hakimiyyətinə qarşı “280.387 (iki yüz səksən min üç yüz səksən yeddi) manat maddi ziyanın, 15.000 (on beş min) manat mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardadında gəldiyini nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus olmuş və sökülmüş tikilinin yerləşdiyi torpaq sahəsi hazırda Zaqatala bələdiyyəsinin mülkiyyətində olmaqla avtodayanacaq kimi istifadə olunur. Həmin torpaq sahəsi üzərində Zaqatala Rayon İcra Hakimiyyətinin heç bir hüquqi statusu yoxdur. İcra hakimiyyətinin bu torpaq sahəsini iddiaçıdan alması, faktiki sahiblik və istifadə etməsi müəyyən edilmir. Faktiki olaraq b ələdiyyə mülkiyyətində olan və parkinq kimi istifadə edilən torpaq sahəsinin geri qaytarılması tələbinə münasibətdə Zaqatala Rayon İcra Hakimiyyətinin hər hansı cavabdehliyi yoxdur.

13. İddiaçı birinci instansiya məhkəməsinin qərar və qərardadından ayrı-ayrılıqda apellyasiya şikayəti vermişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2025-ci il tarixli, 2-1(107)-298/2025 nömrəli qərardadı (hakimlər R.Rəfiyev /məruzəçi/, T.Həsənov və M.İsayev) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-279/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə əlavə edilmiş Zaqatala rayonu, Göyəm kəndind ə yerləşən 75 kv.m sahəsi olan “Mağaza” binası 12 sentyabr 2004-cü il tarixli, 223509 saylı müqaviləyə əsasən, yerləşdiyi 0,007 ha torpaq sahəsi isə 21 aprel 2005-ci il tarixli torpağın alqı-satqısı haqqında yalnız alqı-satqı müqaviləsi mövcuddur, lakin həmin torpaq sahəsi barədə ilkin hüquqmüəyyənedici sənədlər və harada yerləşməsi barədə ayrıc aktı yoxdur. İddiaçıya məxsus olmuş və sökülmüş tikilinin yerləşdiyi torpaq sahəsi hazırda Zaqatala bələdiyyəsinin mülkiyyətində olmaqla avtodayanacaq kimi istifadə olunur. Həmin torpaq sahəsi üzərində Zaqatala Rayon İH-nin heç bir hüquqi statusu yoxdur. İcra hakimiyyətinin bu torpaq sahəsini iddiaçıdan alması, faktiki sahiblik və istifadə etməsi müəyyən edilmir. Faktiki olaraq bələdiyyə mülkiyyətində olan və parkinq kimi istifadə edilən torpaq s ahəsinin geri qaytarılması tələbinə münasibətdə Zaqatala Rayon İH-nin hər hansı cavabdehliyi yoxdur. Hazırkı işdə isə cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcudluğu müəyyən edilmir.

16. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

17. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxılması zamanı birinci instansiya məhkəməsinin qanunsuz mövqeyini təkrarlamış, iddiaçı tərəfindən irəli sürülmüş dəlillərə, sübutlara mahiyyəti üzrə qiymət verməmiş, məhkəmə iclasında cavab deh Zaqatala Rayon İcra Hakimiyyətinin və üçüncü şəxs Zaqatala Bələdiyyəsinin, habelə iddiaçının və onun vəkilinin izahatlarını öz qərardadında göstərməmiş, bələdiyyənin nümayəndəsinin torpaq sahəsinin iddiaçıya məxsus olmasına və hazırda həmin yerin dayanacaq kimi istifadə olunmasına dair mövqeyinə heç bir münasibət bildirməmiş, mülkiyyət hüququnun pozulması ilə bağlı məhkəmə mübahisəsini olduqca bəsit və ədalət mühakiməsinin təyinatına uyğun olmayan tərzdə nəticələndirmiş, gəldiyi nəticəni əsaslandıra bilməmişdir.

18. Məhkəmə iclasında iştirak edən Zaqatala Rayon Bələdiyyəsinin nümayəndəsi həmin torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olması, torpaq sahəsinin TEKUİS baza məlumatlarında səhvən bələdiyyə mülkiyyəti kimi qeyd edilmiş olması, lakin torpaq sahəsi ilə bağlı bələdiyyən in heç bir hüququnun olmamasına dair izahatları məhkəmə üçün heç bir əhəmiyyət kəsb etməmişdir. Habelə, məhkəmənin gəldiyi nəticənin hüquqi əsası kimi istinad etdiyi normalar işin hallarına mütənasib deyildir.

19. Bu hal məhkəmənin açıq-aşkar tərəfgir mövqe nümayiş etdirdiyinə və inzibati orqanının dövlət hakimiyyət səlahiyyətinə qanunsuz üstünlük verdiyinə və nəticə etibarilə iddiaçının öz mülkiyyətindən qanunsuz və əsassız olaraq məhrum edilməsinə şərait yaratdığına dəlalət edir.

20. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə istinad edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

22. Az ərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmi yyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

23. Kassasiya şikayəti vaxtında verilmişdir, for mal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İnsan Hüquqları üzrə Avropa M əhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və h ərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından torpaq sahəsinin iddiaçıya geri qaytarılmasına dair iddianın mümkünlüyü ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona gör ə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi iki hissədən ibarətdir. Belə ki, iddiaçı Zaqatala rayonu Göyəm kəndində yerləşən 75 kv.metr sahəsi olan “Mağaza” binasının yerləşdiyi 0,007 ha torpaq sahəsinin iddiaçıya geri qaytarılması ilə yanaşı ona vurulmuş 280.387 (iki yüz səksən min üç yüz səksən yeddi) manat maddi ziyanın, 15.000 (on beş min) manat mənəvi ziyanın ödənilməsini də tələb edir.

31. Birinci instansiya məhkəməsi iddia tələbinin birinci hissəsini mümkün saymamış, ikinci hissəsini isə təmin etməmişdir. İddiaçı da birinci instansiya məhkəməsinin həm qərardadından, həm də qərarından ayrı-ayrılıqda apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsi hal-hazırda iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin qərardadına baxmış, ikinci tələblə bağlı verilən şikayətə mahiyyəti üzrə baxmamışdır. Ona görə də, hazırkı kassasiya icraatı zamanı iddia tələbinin yalnız “torpaq sahəsinin iddiaçıya geri qaytarılması” hissəsinə baxılır.

32. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin hallarına əsasən Zaqatala rayonu, Göyəm kəndində yerləşən 75 kv.m sahəsi olan “Mağaza” binası xx.xx.2004-cü il tarixli, 223509 saylı müqaviləyə əsasən, həmin qeyriyaşayış sahəsinin yerləşdiyi 0,007 ha torpaq sahəsi isə xx.xx.2005-ci il tarixli torpağın alqısatqı müqaviləsinə əsasən iddiaçıya satılmışdır. Hazırda iddiaçı ona məxsus 75 kv.m sahəsi olan “Mağaza” binasının söküldüyünü və torpaq sahəsinin əlindən alınmasını iddia edir. İddiaçı tərəfindən təqdim edilən 21 aprel 2005-ci il tarixli torpağın alqı-satqı müqaviləsində Zaqatala rayon Göyəm bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 06 saylı qərarına istinad edilsə də, istər xx.xx.2004-cü il tarixli, istərsə də, xx.xx.2005-ci il tarixli müqavilələrin əsasında dayanan ilkin hüquqmüəyyənedici sənədlər və torpaq sahəsinin harada yerləşməsi barədə hər hansı sənəd yoxdur.

33. Qeyd edilənlərlə yanaşı, iş üzrə əldə edilmiş mütəxəssis rəyi ilə də müəyyən olunur ki, iddiaçının faktiki göstərdiyi torpaq sahəsi hazırda TEKUİS məlumat bazasına əsasən Zaqatala bələdiyyəsinin mülkiyyətindədir. Yəni hazırda müəyyən edilmiş işin halları ilə torpaq sahəsinin ilkin olaraq Zaqatala rayon Göyəm bələdiyyəsinin qərarı ilə a yrıldığı, hazırda da Zaqatala bələdiyyəsinin mülkiyyətində olması ona dəlalət edir ki, torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi halı sübut olunsa belə, cavabdeh, yəni Zaqatala Rayon İcra Hakimiyyəti bələdiyyə mülkiyyətində olan torpaqla bağlı hər hansı sərəncam vermək səlahiyyətinə malik deyil. Qısacası, hazırkı halda, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin zəbt edilməsinin kim tərəfindən aparılmasından, ümumiyyətlə, iddiaçının iddia etdiyi mülkiyyət hüququna müdaxilənin baş veribverməməsindən asılı olmayaraq yerli icra hakimiyyəti orqanın bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə bağlı hər hansı sərəncam vermək səlahiyyəti yoxdur.

34. O ki qaldı, iddiaçının iddia etdiyi kimi qeyri-yaşayış sahəsinin sökülməsinin kim tərəfindən həyata keçirilməsi və buna görə idd iaçıya dəymiş maddi-mənəvi zərərin ödənilməsi hazırkı kassasiya icraatının predmeti deyil. Bu hallar iddiaçının ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə tələbinin təmin edilmədiyi Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-279/2025 nömrəli qərarından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsində baxılacaq məhkəmə icraatının predmetidir. Ona görə də, hazırkı icraat üzrə kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin təqsirli davranışına qiymət verilməməsi barədə dəlilləri əsassızdır.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı maddi və prosessual hüquq nor malarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2025-ci il tarixli, 21(107)-298/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar