Məhkəmə qərarları › İş №2-1(102)-3042/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3042/2025

26.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3042/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbayca n Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 19 iyun tarixli, 2-1(103)-2559/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********166471 nömrəli qərarı ilə İddiaçı MMC-də dekabr 2019 - noyabr 2022 vergi dövrü üzrə səy yar vergi yoxlaması təyin edilməsi qərara alınmışdır.

2. Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********184556 saylı qərarı ilə iddiaçıya 2021-ci il üzrə 110.492,43 manat əlavə mənfəət vergisi hesablanaraq, ona 55.246,22 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2022-ci il üzrə 177.331,50 manat əlavə mənfəət vergisi hesablanaraq, ona 88.65,75 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2021-ci il üzrə 5.201,67 manat məbləğində ƏDV hesablanaraq, "xxxx" MMC-yə 24.476,67 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2022-ci il üzrə 17.161,59 m anat məbləğində ƏDV hesablanaraq, ona 38.973,48 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2023-cü il üzrə 21.588,91 manat məbləğində ƏDV hesablanaraq, ona 13.404,0 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2022-ci il üzrə 1.082,65 manat məbləğində əmlak vergisi hesablanaraq, ona 541.33 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2021-ci il ödəmə mənbəyində tutulan vergi üzrə 77.682,28 manat məbləğində vergi hesablanaraq, ona 38.841,14 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2022-ci il ödəmə mənbəyində tutulan vergi üzrə 168.853,20 manat məbləğində vergi hesablanaraq, ona 84.426,60 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2023-cü il ödəmə mənbəyində tutulan vergi üzrə 72.020,40 manat məbləğində vergi hesablanaraq, ona 36.010,20 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, 2022-ci il ƏDV məbləğinin ödənilməməsinə görə 3.781,59 manat və 2023-cü il ƏDV məbləğinin ödənilməməsinə görə 277,81 manat məbləğində maliyyə sankiyası tətbiq edilməklə, ümumilikdə vergi ödəyicisinin 651.414,63 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və 384.644,79 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-204123/2024 nömrəli “Ver gilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. Məhkəmənin qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********187412 nömrəli xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və xx.xx.2024-cü il tarixli 3-21-23/2-204123/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi” kimi dəqiqləşdirilmişdir.

5. İddiaçının vəkilinin ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********187412 nömrəli xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi” kimi dəqiqləşdirilmişdir. İddiaçının əsaslandırması:

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra “Cavabdeh” adlanacaq) xx.xx.2022-ci il tarixli **********166471 saylı “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” qərarına əsasən “X3” MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsas ən səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama dekabr 2019-cu noyabr 2022-ci illəri əhatə etmişdir. Yoxlamanın nəticəsi olaraq cəmiyyətin barəsində **********166550 nömrəli xx.xx.2024-cü il tarixli “Səyyar vergi yoxlaması AKTİ” haqqında akt tərtib etmişdir. Bundan sonra, cavabdeh tərəfindən **********187412 nömrəli xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Qeyd olunan qərara əsasən cəmiyyətə 916 916.5 manat əlavə vergi hesablanılmış, 458 498.26 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mənfəət vergisi - Dövr (il üzrə) 2019 - Əlavə Hesablama 326 957.26 – Vergi Məcəlləsinin Maddəsi 58.1 - Maliyyə sa nksiyası 163 478.64; Mənfəət vergisi - Dövr (il üzrə) 2020 - Əlavə Hesablama 419 626.61 - VM Maddəsi 58.1 - Maliyyə sanksiyası 209 813.31; Mənfəət vergisi - Dövr (il üzrə) 2021 - Əlavə Hesablama 170 235.40 - VM Maddəsi 58.1 - Maliyyə sanksiyası 851 117.70; Əmlak vergisi - Dövr (il üzrə) 2021 - Əlavə Hesablama 97.22 - VM Maddəsi 58.1 - Maliyyə sanksiyası 48.61; Vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə m/s - Dövr (il üzrə) 2019 - Əlavə Hesablama 0.00 Maliyyə sanksiyası 40.00; Cəmi - Əlavə Hesablama 916 916.5 - Maliyyə sanksiyası 458 498.26. Qeyd olunan səyyar vergi yoxlaması aktı və onun nəticəsində qəbul edilmiş məsuliyyətə cəlb etmə barədə qərar çoxsaylı maddi və prosesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İşin mahiyyəti barədə: 1.Səyyar vergi yoxlamasını n təyin edilməsi barədə (VM 38.3.5) - cavabdehin xx.xx.2022-ci il tarixli **********166471 saylı “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” qərarına əsasən “X3” MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilmişdir. Növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi əsası kimi qeyd edilmişdir ki, “Vergi orqanlarında mövcud uçot-baza məlumatlarına əsasən bəyan edilmiş iqtisadi məlumatların bazarda bərabər iqtisadi göstəriciyə malik olan, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi fəaliyyətini göstərən analoji vergi ödəyiciləri ilə müqayisədə daha az olması; risk(lər)in təsviri - Vergi orqanlarında mövcud uçot-baza məlumatlarına əsasən 2019-cu ildə xərclər çıxılmaqla əl də edilmiş 234387,43 manat mənfəət, bərabər iqtisadi göstəriciyə malik olan, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi fəaliyyətini göstərən digər analoji vergi ödəyicilərinin bəyan etdiyi mənfəət göstəricilərindən daha az olduğu müəyyən edilmişdir.) Qeyd olunan mövqe səyyar vergi yoxlamasının özündə təkzib olunmuşdur. Belə ki, svy aktının 10-cü səhifəsində qeyd olunur ki, VM-nin 67.2-ci maddəsinə əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicilərinin müəyyənləşdirilməsi barədə müvafiq idarəyə xx.xx.2023-cü il tarixli **********383600 nömrəli məktub ilə müraciət edilmiş və həmin idarənin xx.xx.2023-cü il tarixli **********76300 saylı məktubuna əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisinin müəyyən edilmədiyi bildirilmişdir. Yəni ki, inzibati orqan tər əfindən özü özünü təkzib etməklə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi əsasları şübhə altına alınmışdır. Digər tərəfdən isə yalnız 2019-cü il üzrə mənfəətin digər vergi ödəyicilərinə nisbətdə az göstərilməsi iddia olunsa da, qərarda nəzərdə tutulmayan 2020 və 2021-ci illərin mənfəət vergisi, həmçinin digər tədiyyələr üzrə də yoxlama aparılmışdır ki, bu da maddənin tələbinə və mövcud məhkəmə təcrübəsinə ziddir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-1801/2024 saylı qərarında qeyd edilmişdir ki, “46. Yəni, əgər inzibati orqan mənfəətin (gəlirin) gizlədilməsi ilə bağlı mənbəyi bəlli olan məlumat əsasında növbədənkənar səyyar vergi yoxlaması təyin edibsə, birmənalı olaraq yalnız konkret vergitutma obyektinin gizlədilmiş dövrü üzrə mənfəət (gəlir) vergisi yoxlanıla bilər”. Bildiririk ki, VM-nin 38.3.5-ci maddəsinin tətbiqi ilə bağlı Ali Məhkəmənin çoxsaylı qərarları və buna uyğun olaraq da formalaşmış məhkəmə təcrübəsi mövcuddur. İş materialları ilə müəyyən olunur ki, cavabdehin xx.xx.2023-cü il tarixli qərarına əsasən yoxlama müddəti 30 gün müddətinə uzadılmışdır. Lakin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, qeyd olunan qərar reyestrdə 4 gün sonra xx.xx.2024- cü il tarixində qeydiyyata alınmışdır. İş materialları ilə müəyyən olunur ki, cavabdehin xx.xx.2024-cü il tarixli qərarına “Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında” qərar qəbul edilmiş və aktın tərtibi müddəti 30 gün uzadılmışdır. Qeyd olunan qərar ekspertizanın keçirilməsi və mütəxəssis tərəfi ndən rəy verilməsi zərurəti ilə əsaslandırılmışdır. Göründüyü kimi, həmin qərara əsasən faktiki oaraq yoxlama aparılmışdır. Lakin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, qeyd olunan qərar reyestrdə ümumiyyətlə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2011- ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Hə min Əsasnamənin 3.4.16-cı bəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat Reyestrə daxil edilməli məlumatlara aid edilmişdir. Nəzərə alınmalıdır ki, yoxlama xx.xx.2022-ci il tarixdə başlanmışdır. Yoxlama müddətində cavabdeh 13 dəfə yoxlamanın dayandırılması barədə, 2 dəfə yoxlama müddətinin uzadılması barədə, 1 dəfə isə (05.02.202ü-cü il tarixdə) aktın tərtibi müddətinin uzadılması, 1 dəfə isə əlavə yoxlama tədbirlərinin keçirilməsi haqqında (xx.xx.2024-cü il tarixli) barədə qərarlar qəbul etmişdir. Yoxlama müddətinin uzadılması, yoxlamanın dayandırılması və əlavə yoxlama tədbirlərinin keçirilməsi haqqında barədə qərarlar Reyestrə daxil edilsə də, aktın tərtibi müddətinin uzadılması barədə qərar Reyestrə daxil edilməmişdir. “Sahibka rlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda yazılmışdır ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır (3.1). Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz (bax: Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2 -1(102)1578/2024 saylı qərardadı). Səyyar vergi yoxlamasının 9 dəfə dayandırılmasının və aktin tərtibi müddətinin uzadılmasının əsassızlığı barədə: Səyyar vergi yoxlaması prosesində vergi orqanının xx.xx.2023-cü il tarixli **********169865 saylı “Mütəxəssis dəvət edilməsi haqqında” qərarına əsasən "xxxx" MMC-nin nümayəndəsi X5 mütəxəssis qismində dəvət edilmiş və Mütəxəssis qarşısında İddiaçı MMC-də (VÖEN **********) tərəfindən xx.xx.2019cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə yerinə yetirilmiş tikinti quraşdırma işlərinin tərkibində mal-material (taxta, armatur, beton, elektrik malları, sement) sərfiyyatının həcmini və əmək haqqı xərclərinin müəyyən edlməsi sualı qoyulmuşdur. SVY aktının 6-cı səhifəsində qeyd edilmişdir ki, mütəxəssis tərəfindən sənədlər tam təqdim edil məməsi səbəbindən rəy verilməsindən imtina edilmişdir. Lakin tərəfimizdən xx.xx.2024cü il tarixində "xxxx" MMC-nə müraciət edilərək tərtib edilmiş mütəxəssis 6 rəyinin təqdim edilməsi xahiş edilmişdir. "xxxx" MMC tərəfindən isə xx.xx.2024-cü il tarixli məktub əsasında MB 16-0925 saylı, xx.xx.2023-cü il tarixli “Mütəxəssis rəyi” müəssisəyə təqdim edilmişdir. Rəydən və ona əlavə olunmuş məktubdan görünür ki, “Mütəxəssis rəyi” xx.xx.2023-cü il tarixində cavabdeh Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilmişdir. Lakin rəyin yoxlayıcı orqana təqdim edilməsinə baxmayaraq həmin tarixdən sonra VM-nin 38.3.7-ci maddəsinə əsasən “vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ekspertiza keçirilməsi” səbəbi göstərilməklə, xx.xx.2023-cü il tarixində 16 gün, xx.xx.2023cü il tarixində 14 gün, xx.xx.2023-cü il tarixində 32 gün, xx.xx.2023- cü il tarixində 16 gün, xx.xx.2023-cü il tarixində 30 gün, xx.xx.2023-cü il tarixində 32 gün, xx.xx.2023-cü il tarixində 31 gün xx.xx.2023-cü il tarixində 31 gün, xx.xx.2024-cü il tarixində 8 gün olmaqla, cəmi 9 dəfə, 210 gün yoxlama əsassız olaraq dayandırılmış, eyni əsasla isə xx.xx.2024-cü il tarixində aktın tərtibi müddəti uzadılmışdır. Göründüyü kimi, mütəxəssis rəyi xx.xx.2023cü il tarixindən cavabdehə təqdim edilməsinə baxmayaraq, qanunvericiliyin tələbi kobud şəkildə pozularaq yoxlama dayandırılmışdır. Belə ki, VM-nin 38.7.3-ci maddəsinə əsasən “vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək”; yoxlama dayandırıla bilər. Mövcud halda rə y təqdim edilməsinə baxamayaraq, yoxlama əsassız olaraq dayandırılmışdır. Mənfəət vergisinin hesablanılması barədə: 2019, 2020 və 2021-ci illər üzrə müəssisənin faktiki xərcləri nəzərə alınmadan Vergi Məcəlləsinin 83.9 və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik prinsipi tətbiq edilməklə 916 819.28 manat mənfəət vergisi hesablanılmış və buna uyğun olaraq da 50% məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Şərti rentabelliyin tətbiq edilməsi əsasi kimi yoxlama aktında qeyd edilmişdir ki, “vergi ödəyicisi tərəfindən sənədlər, mal materialın layihələr üzrə silgi sənədləri, alınmış iş və xidmətlərin layihələr üzrə bölgüsü, xərclərin dövrlər üzrə gəlirin əldə edilməsi ilə bağlı olmasını təsdiq edən sənədlər və gəlirlərin illər üzrə açıqlaması” təqdim edilməmişdir. Bildiririk ki, svy aktında şərti rentabellyin tətbiqinə əsas kimi göstərilmiş “mal-materialın layihələr üzrə silgi sənədləri, alınmış iş və xidmətlərin layihələr üzrə bölgüsü, xərclərin dövrlər üzrə gəlirin əldə edilməsi ilə bağlı olmasını təsdiq edən sənədlər və gəlirlərin illər üzrə açıqlaması” barədə sənədlər cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********166561 saylı tələbnamədə, xx.xx.2023-cü il tarixli **********167530 saylı sənədlərin və nümunə kimi əşyalarin götürülməsi barədə qərarda, **********286600 saylı xx.xx.2023-cü il tarixli məktubda, **********365600 saylı xx.xx.2023cü il tarixli məktubda, **********432000 saylı, xx.xx.2023-cü il tarixli məktublarda tələb edilməmişdir. Bundan əlavə olaraq yoxlama zamanı sənədlər tam şəkildə online kar güzarlıq sistemi vasitəsi ilə vergi orqanına təqdim edilmişdir. xx.xx.2023-cü il tarixində yoxlayıcı tərəfindən “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol tərtib edilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, təqdim edilən elektron sənədlər oxunaqlıdır, zədələnməmişdir və qənaətbəxşdir. Bundan əlavə olaraq müəssisə tərəfindən təqdim olunan digər sənədlər xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli Protokollar ilə götürülmüşdür (bax: svy aktı - səh 5). Təqdim edilmiş sənədlərin tərkibindən görünür ki, yoxlama ilə əhatə olunan dövr üzrə bütün bank hesablarından çıxarışlar, əmək haqqı cədvəlləri, əmrlər, qərarlar, çıxarışlar, lisenziyalar, şəxsiyyət vəsiqələrinin surətləri, Müqavilələr, razılaşma protokolları, alış-satış sənədləri, Forma-2, Forma-3 lər və s. yoxlamaya təqdim edilmişdir. Eyni zamanda alış və satışı təsdiq edən elektron qaimə fakturalar, yük gömrük bəyənanmələri, qarşılıqlı əlaqələri təsdiq edən digər sənədlər isə vergi orqanın elektron informasiya sisteminə mövcud olmuşdur. Səyyar vergi yoxlaması aktına əsasən müəyyən olunur ki, təqdim edilmiş sənədlər əsasında müəssisənin gəlirləri dəqiqləşdirilmiş, ikili mövqe nümayiş etdirilərək, həmin sənədlər gəlirin əldə olunması ilə bağlı xərc kimi qəbul edilməmişdir. Belə ki, mal, iş və xidmətlərin əldə olunması ilə bağlı 2019-cu il ərzində e-qf üzrə 12 369 588.87 manat, dəyərində, 2020-ci il ərzində e-qf üzrə 10 411 634.24 manat dəyərində, 2021-ci il ərzində isə e-qf üzrə 3 130 135.02 manat dəyərində mal, iş və xidmətlər əldə etmişdir. xx.xx.2023- cü il tarixli **********4230 00 saylı məktuba əsasən tərəfimizdən bildirilmişdir ki, “səyyar vergi yoxlaması (SVY) başladığı gündən bu günə kimi elektron qaydada İnternet Vergi İdarəsinin onlayn kargüzarlıq altsistemi vasitəsi ilə Cəmiyyətimiz tərəfindən təqdim olunmuş mal, iş və xidmətlərə aid sənədlər, eləcə də Cəmiyyətimizə təqdim olunmuş mal, iş və xidmətlərə aid sənədlərin böyük bir hissəsi təqdim olunmuşdur. Sənəd dövriyyəsinin həddindən artıq çox olması və İnternet Vergi İdarəsinin onlayn kargüzarlıq altsistemində məktuba ümumi həcmi 10 MBdan artıq sənədləri göndərmək mümkün deyildir. Dəfələrlə tərəfimizdən yoxlamanı həyata keçirən vergi orqanının əməkdaşına "Səyyar vergi yoxlamasının keçirilməsi" Qaydalarının 6.9-cu bəndinə əsasən yoxlamanı vergi ödəyicisinin ofisində həyata keçirməsini xahiş və tələb etməyi mizə baxmayaraq, SVYnı həyata keçirən vergi orqanının əməkdaşı SVY başladığı gündən etibarən üst-üstə 10 iş günündən artıq Cəmiyyətimizə gəlməmişdir. Bu günə qədər təqdim olunmuş sənədlər üzrə hər hansı bir kənarlaşmanının olub-olmadığı barədə vergi orqanından məlumat ala bilməmişik. Qeyd edilənlərlə əlaqədar yoxlamanı həyata keçirən vergi orqnanın əməkdşının yoxlamanı onların ofisində davam etdirməyi barədə müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirik”. xx.xx.2023-cü il tarixli **********962800 saylı məktuba əsasən tərəfimizdən bildirilmişdir ki, “Şifahi sorğunuza cavab olaraq bildiririk ki, malmaterial dəyərlilərinin qalığı xx.xx.2019-cu il tarixə - 2 077 243,17 AZN; xx.xx.2019-cu i ltarixə - 2 232 072,00 AZN; xx.xx.2020-ci il tarixə - 2 325 140,91 AZN; xx.xx.2021-ci il tarixə - 2 66 8 056,75 AZN; xx.xx.2022-ci il tarixə - 1 961 155,93 AZN; xx.xx.2022-ci il tarixə - 236 038,90 AZN təşkil edir. Debitor borclar xx.xx.2019-cu il tarixə - 101 140,54 AZN; xx.xx.2022-ci il tarixə - 197 835,00 AZN təşkil edir. Alınmış avanslar xx.xx.2019-cu il tarixə - 2 516 846,17 AZN təşkil edir. Yoxlanılan dövr ərzində kassa mədaxil qəbz orderi sifariş verilməmiş və istifadə olunmamışdır. Nəzərə almağınız xahiş olunur”. xx.xx.2023-cü il tarixli **********788200 saylı məktuba əsasən tərəfimzidən bildirilmişdir ki, “Yazıb bildiririk ki, cari yoxlanılan dövr üzrə mənfəət vergisi bəyannamələrinin (2019-2020-2021-ci illər) gəlirlər hissəsi tərəfimizdən təqdim olunmuş VHF və elektron qaimələrin cəmi dövriyyə məbləğindən məbləğindən formalaşmışdır. Nəzərə almağınızı xahiş edirik.” Cavabdehin etir azı:

7. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

8. Etirazda qeyd edilmişdir ki, Mənfəət vergisi üzrə: Səyyar vergi yoxlaması ilə 2019-cu, 2020-ci və 2021-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104-cü maddəsinin tələbləri pozulmuşdur. Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 104-cü maddəsinin tələbinə müvafiq olaraq vergi ödəyicisinin vergi orqanında olan uçotbaza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər və məlumatlar əsasında müəssisənin gəli rləri və xərcləri, habelə gəlirin və xərcin çəkilməsi vaxtı müəyyən edilərək mənfəət vergisi üzrə məlumatların dürüstləşdirilməsi təmin edilmişdir. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Qeyd olunmalıdır ki, İddiaçı MMC (VÖEN **********) tərəfindən müxtəlif ərazilərdə təmir-tikinti fəaliyyətindən görülmüş işlər üzrə ödənilməli olan vergilərin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyənləşdirilməsi barədə müvafiq İdarəyə xx.xx.2023-cü il tarixli **********383600 nömrəli məktubla müraciət olunmuş və xx.xx.2023-cü il tarixdə **********763000 nömrəli cavab məktubunda analoji fəaliyyətlə məşğul olan oxşar vergi ödəyicisi müəyyənləşdirilməmişdir. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Yoxlama ilə əhatə olunan dövr üzrə vergi ödəyicisi tərəfindən sənədlər, mal-materialların layi hələr üzrə silgi sənədləri (məlumatları), alınmış iş və xidmətlərin layihələr üzrə bölgüsü, xərclərin dövrlər üzrə gəlirlərin əldə edilməsi ilə bağlı olmasını təsdiq edən sənədlər (məlumatlar), gəlirlərin illər üzrə açıqlaması təqdim edilmədiyi üçün 2019, 2020-ci və 2021- ci illər üzrə mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (əlavə dəyişikliklər nəzərə alınmaqla) şərti rentabellik səviyyəsi 20 % götürülərək hesablanmışdır. Belə ki, yoxlama ilə vergi ödəyicisinin gəlirlərinin azaldılması müəyyən edilmiş və eyni zamanda illər üzrə bəyan edilmiş gəlirlər ilə yoxlama nəticəsində illər üzrə müəyyənləşdirilmiş gəlirlər arasında fərq yaranmışdır. Müəssisənin Forma-2 və E-qaiməl ər üzrə 2019,2020 və 2021-ci illərdə təqdim etdiyi təmir-tikinti işlərindən və tikinti materiallarının satışından aşağıdakı kimi mənfəət dövriyyəsi müəyyən edilmişdir. "X1 Company" MMC-nin (VÖEN **********) sifarişi əsasında 2019-cu ildə e-qaimə üzrə 83350.0 manat dəyərində tikinti malları təqdim edilmiş və dövriyyə kimi müəyyən edilmişdir. "xxxx" ASCnin (VÖEN **********) sifarişi əsasında 2019-cu ildə Forma -2 üzrə 11131692,81 manat, e-qaimə üzrə 11944987,24 manat dəyərində iş təqdim olumuşdur, 2020-ci ildə Forma -2 üzrə 4461458,06 manat, e-qaimə üzrə 3702802,95 manat dəyərində iş təqdim olumuşdur, 2021-ci ildə Forma-2 üzrə 377604,31 manat, e-qaimə üzrə 740184,59 manat dəyərində iş təqdim olumuşdur, yoxlama ilə həmin müəssisə üzrə 2019-cu il üzrə 11131692,81, 2020-ci il üzrə 4461458,06, 2 021-ci il üzrə 377604,31 manat dəyərində təqdim edilmiş iş əsas götürülərək dövriyyə kimi müəyyən edilmişdir. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (VÖEN **********) sifarişi əsasında 2019-cu ildə Forma -2 təqdim olunmamış, eqaimə üzrə 1537889,83 manat dəyərində iş təqdim olumuşdur, 2020-ci ildə Forma -2 üzrə 10316295,45 manat, e-qaimə üzrə 9493946,10 manat dəyərində iş təqdim olumuşdur, 2021-ci ildə Forma -2 üzrə 5433011,66 manat, e-qaimə üzrə 2133955,17 manat dəyərində iş təqdim olumuşdur, yoxlama ilə həmin müəssisə üzrə 2019-cu il üzrə 0.0, 2020-ci il üzrə 10316295,45, 2021-ci il üzrə 5433011,66 manat dəyərində Forma-2 üzrə təqdim edilmiş iş əsas götürülərək dövriyyə kimi müəyyən edilmişdir. "xxxx" MMC-nin (VÖEN **********) sifarişi əsasında 2019-cu ildə e-qaimə üzrə 129980,00 man at dəyərində tikinti malları təqdim edilmiş və dövriyyə kimi müəyyən edilmişdir. Beləliklə, "xxxx" ASC (VÖEN **********) və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (VÖEN **********) sifarişləri əsasında təqdim edilmiş eyni işlərə görə Forma-2 üzrə cəmi 31720062,29 manat, E-qaimə üzrə 29553765,88 manat dəyərində dövriyyə göstərilmişdir. Müəssisənin Forma-2 üzrə 31720062,29 manat dövriyyə yoxlama ilə təsdiqlənmişdir. "X1 Company" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) sifarişləri əsasında E-qaimə üzrə cəmi 213.330,00 manat dəyərində mal-material təqdim olunmuş və yoxlama ilə həmin dövriyyə öz təsdiqin tapmışdır. Yoxlama ilə aşağıda göstərilən hesablamalar aparılmışdır: 2019-cu il üzrə: Müəssisənin 2019-cu il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində kameral münasibət göstərilməklə ümumi dövriyyə ********.42 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərclər ********.99 manat olmaqla vergiyə cəlb olunan mənfəət 234387,43 (********.42 ********.99) manat, vergi məbləği 46877.49 (234387.43 *20%) manat olmaqla bəyan edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş sənədlərə və digər mənbəyi bəlli olan sənədlərə əsasən mənfəət dövriyyəsi 2019-cu ildə 11215042,81 manat müəyyən edilmişdir. Belə ki, Forma-2 ilə təqdim olunmuş təmir-tikinti işləri üzrə 11131692,81 manat, e-qaimə ilə təqdim olunmuş tikinti materiallarının satışı üzrə 83350,00 manat dövriyyə müəyyən edilmişdir. Ml = 11215042,81/(100+20) x 20 = 1869173,80 Yoxlama ilə hesablanmış 1869173,80 manat vergiyə cəlb edilən mənfəətdən 20% vergi dərəcəsi ilə 373834.76 manat (1869173,80*20%) mənfəət v ergisi hesablanmışdır. Müəssisə tərəfindən 2019-cu ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 46877.49 manat mənfəət vergisi hesablanması nəzərə alınmaqla mənfəət vergisinin 326957.27 (3738xx.xx-46877.49) manat azaldılması müəyyən edilmişdir. 2020-ci il üzrə: Müəssisənin 2020-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində kameral münasibət göstərilməklə ümumi dövriyyə ********.05 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərclər ********.21 manat olmaqla vergiyə cəlb olunan mənfəət 364825.84 (********.05 - ********.21) manat, vergi məbləği 72965.17 (364825.84*20%) manat olmaqla bəyan edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş sənədlərə və digər mənbəyi bəlli olan sənədlərə əsasən mənfəət dövriyyəsi 2020-ci ildə 14777753,51 manat müəyyən edilmişdir. Belə k i, həmin dövriyyə Forma-2 ilə təqdim olunmuş təmir-tikinti işlərindən yaranmışdır. Ml = 14777753,51 /(100+20) x 20 = 2462958.92 Yoxlama ilə hesablanmış 2462958.92 manat vergiyə cəlb edilən mənfəətdən 20% vergi dərəcəsi ilə 492591.78 manat (2462958.92*20%) mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2020-ci ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 72965.17 manat mənfəət vergisi hesablanması nəzərə alınmaqla mənfəət vergisinin 419626.61 (492591.7872965.17)manat azaldılması müəyyən edilmişdir. 2021-ci il üzrə: Müəssisənin 2021-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində kameral münasibət göstərilməklə ümumi dövriyyə 5929542.73 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 5790620.40 manat olmaqla vergiyə cəlb olunan mənfəət 138922.33 (5929542.73 - 5790620.40) manat, vergi məbləği 27784.47 (138922.33 *20%) manat olmaqla bəyan edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş sənədlərə və digər mənbəyi bəlli olan sənədlərə əsasən mənfəət dövriyyəsi 2021-ci ildə 5940595,97 manat müəyyən edilmişdir. Belə ki, Forma-2 ilə təqdim olunmuş təmir-tikinti işləri üzrə 5810615.97 manat, e-qaimə ilə təqdim olunmuş tikinti materiallarının satışı üzrə 129980,00 manat dövriyyə müəyyən edilmişdir. Ml = 5940595,97/(100+20) x 20 = 990099.33 Yoxlama ilə hesablanmış 990099.33 manat vergiyə cəlb edilən mənfəətdən 20% vergi dərəcəsi ilə 198019.86 manat (990099.33*20%) mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2021-ci ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 27784.47 manat mənfəət vergisi hesablanması nəzərə alınmaqla mənfəət v ergisinin 170235.40 (1980xx.xx-27784.47) manat azaldılması müəyyən edilmişdir. Beləliklə, yoxlanılan dövr üzrə (2019,2020 və 2021-ci illər) 916819.28 (326957.27 +419626.61 +170235.40 ) manat mənfəət vergisinin azaldıldığı müəyyən edilmiş və. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 916819.28 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 458409.64 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Əmlak vergisi üzrə: Səyyar vergi yoxlaması ilə 2019-cu, 2020-ci və 2021-ci illər əhatə olunmuşdur. Yoxlanılan dövrdə müəssisə əmlak vergisinin ödəyicisi olmuşdur. Vergi məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin balansında ola n əsas vəsaitlərin orta illik dəyəri vergitutma obyektidir. Müəssisə vergi orqanına təqdim etdiyi bəyannamələrə əsasən 2019-ci ildə 295.03 ((30722.93+28282.24)/2*l%) manat, 2020-ci ildə 282.82 ((28282.24+28282.24)/2*l%) manat, 2021-ci ildə 185.60 ((21211.68+15908.76)/2*l%) manat əmlak vergisinin hesablanmasını bəyan etmişdir. Səyyar vergi yoxlaması ilə müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrdə və təqdim edilmiş əmlakın qalıq dəyəri ilə bağlı cədvəl məlumatına əsas vəsaitin 2020-ci və 2021-ci illər üzrə amortizasiyasının hesablanmadığı və eyni zamanda əsas vəsaitin satış əməliyyatı olmadığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 202-ci maddəsinin tələbləri gözlənilməklə müəssisəyə 2021-ci il üzrə 282.82 ((28282.24+28282.24)/2*l%) əmlak vergisi hesablanmışdır. Yoxlama ilə müəssisə tə rəfindən 2021-ci il üzrə hesablanmış 185.6 manat vergi məbləği nəzərə alınmaqla 97.22 (282.82-185.6) manat əlavə əmlak vergisi hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əmlak vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 97.22 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 48.61 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının iddia ərizəsində göstərilənlər tam əsassızdır və iddia ərizəsində qeyd edilənlər iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddiaçı "X4" MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Daha sonra cavabdeh i ddiaçının dəqiqləşdirilmiş iddiasına dair yazılı etiraz verərək qeyd etmişdir ki, İddiaçı MMC (VÖEN: **********) cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, xx.xx.2025-ci il sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3 /2- 204123/2024 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “Vergilərin, sosial siğorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-342120/2024 nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi İddiaçı MMC-nin iddia ərizəsinə əlavədə göstərilənlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bildiririk ki, kameral vergi yoxlaması zamanı vergi ödəyicisi İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 2024-ci ilin iyul ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində elektron uyğunsuzluqlar müəyyən olunmuşdur. Elektron uyğunsuzluqlar “

1. Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAS seriyalı 916701 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) 277.42 manat ƏDV məbləği ödənilmədiyi üçün bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. 2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş EBAJ seriyalı 042658 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. 3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş EBAM seriyalı 028660 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. 4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş EBAR seriyalı 077791 nömrəli elektron qaiməfaktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. 5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş EBAM seriyalı 030412 nömrəli elektron qaiməfaktura (eVHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş EBAN seriy alı 069952 nömrəli elektron qaiməfaktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. Təqdim etdiyiniz bəyannamənin 308-ci "VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ" sətrində 47.260,95 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar (e-VHF) barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğlərinin cəmi 46.180,69 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır.” məzmunlu uyğunsuzluqdan ibarət olmuşdur. EBAS seriyalı 916701 nömrəli, EBAJ seriyalı 042658 nömrəli, EBAM seriyalı 028660 nömrəli, EBAR seriyalı 077791 nömrəli, EBAM seriyalı 030412 nömrəli, EBAN seriyalı 069952 nömrəli eqaimə faktural ar əvvəlki dövrlərdə də əvəzləşməyə salındığından 6517,97 manat ( 5437,71+1080, 26 ) kənarlaşma yaranmışdır. Kənarlaşma ilə bağlı vergi ödəyicisinə 3-21- 23/2-319496/2024 nömrəli “********** - Əlavə dəyər vergisi - İyul 2024 Elektron kameral üçün uyğunsuzluq məktubu” göndərilmiş, təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyinidən kənarlaşmalar kameral vergi yoxlaması zamanı aradan qaldırılmış və vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********174000 nömrəli “********** ƏDV İyul 2024 Elektron kameral hesablama barədə Qərar” göndərilmişdir. Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmus vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayısın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 is günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. 37.3- cü madd əsinə əsasən, vergi orqanı kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar etdikdə vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.3-cü maddəsində isə göstərilir ki, vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Yuxarıda qeyd olunanlara əsasən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlarla hesablanmış vergi məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Bakı İnzibati Məhkəməsinin (Hakim: L.S.Musayeva) 2025-ci il 13 mart tarixli, 21(112)-3949/2025 saylı qərarı ilə iddia təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********187412 nömrəli xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Vergi orqanının reyestrdə qeydə alınmış yoxlama olmadan öz daxili bazası əsasında araşdırma apararaq hələ yoxlamanın başlanması üçün əsas yaratması isə öz-özlüyündə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin mahiyyətinə uyğun deyildir. Həmçinin yoxlama xx.xx.2022-ci il tarixdə baslanmışdır. Yoxlama müddətində cavabdeh 13 dəfə yoxlamanın dayandırılması barədə, 2 dəfə yoxlama müddətinin uzadılması barədə, 1 dəfə (xx.xx.2024-cü il tarixdə) aktın tərtibi müddətinin uzadılması, 1 dəfə əlavə yoxlama tədbirlərinin keçirilməsi haqqında (xx.xx.2024-cü il tarixli) barədə qərarlar qəbul etmişdir. Yoxlama müddətinin uzadılması, yoxlamanın dayandırılması və əlavə yoxlama tədbirlərinin keçirilməsi barədə qərarlar Reyestrə daxil edilsə də, aktın tərtibi müddətinin uzadılması barədə qərar Reyestrə daxil edilməmişdir. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən İddiaçı MMC 2019-2021-ci illər üzrə mənfəət vergisi, əmlak vergisini ödəməkdən yayınmağa görə məsuliyyətə cəlb edilmişdir.

12. Mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən şərti rentabellik tətbiq edilməklə 2019-cü il üzrə 326957,26 manat əlavə hesablama aparılmaqla 163478,64 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2020-ci il üzrə 419626,61 manat əlavə hesablama aparılmaqla 209813,31 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2021-ci il üzrə 170235,40 manat əlavə hesablama aparılmaqla 851117,70 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mənfəət vergisinin və ona maliyyə sanksiyasının hesablanmasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh hazırkı mübahisəyə münasibətdə şərti rentabellik norması tətbiq edərək özünün yuxarıda qeyd edilən şəkildə təyin etdiyi xərc məbləğinə istinadən vergiyə cəlb olunmalı dövriyyəni və mənfəəti müəyyən etmiş və bunun üzərindən birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Bu zaman cavabdeh həmin qaydanın tətbiqini vergi qanunvericiliyinin (VM-nin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndirməsinə söykənmişdir. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad etməklə hesablamaq hüququ vardır. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiy ini açıqlamağa borcludur. İnzibati orqan Vergi Məcəlləsinin 67.17-ci maddəsinə istinad edərək həmin Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq etmək hüququna əsaslanmışdır. Belə ki, 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə yeni məzmunda 67.17-ci maddə əlavə edilmişdir. Lakin məhkəmə qeyd edir ki, qeyd edilən normanın əlavə edilməsi inzibati orqanı 67.1-ci maddəsində göstərilən halları, yəni vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmamasını əsaslandırmaq vəzifəsinin olmadığı demək deyildir, yəni vergi orqanı hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyin i açıqlamağa borcludur. Belə ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.

13. Vergi Məcəlləsinin istinad olunan 67.1-ci maddəsinin yoxlama aparılan dövrdə qüvvədə olan redaksiyasının məzmunundan göründüyü kimi, vergi ödəyicisinin ödəməli olduğu verginin məbləği ilk əvvəl əlaqəli məlumatlardan istifadə edilməklə müəyyən olunmalıdır. Lakin cavabdeh iddiaçının sənədlərlə təsdiqini tapmayan xərclərin müəyyən olunmasına səy göstərməmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, yoxlama ila əhatə olunan dövr üzrə bütün bank hesablarından çıxarışlar, əmək haqqı cədvəlləri, əmrlər, qərarlar, çıxar ışlar, lisenziyalar, şəxsiyyət vəsiqələrinin surətləri, müqavilələr, razılaşma protokolları, alış-satış sənədləri, Forma-2, Forma-3 lər va s. yoxlamaya təqdim edilmişdir. Eyni zamanda alış və satışı təsdiq edən elektron qaimə fakturalar, yük gömrük bəyananmələri, qarşılıqlı əlaqələri təsdiq edən digər sənədlər isə vergi organın elektron informasiya sistemində mövcud olmuşdur. Həmin sənədlər qanunvericiliklə qoyulan tələblərə, o cümlədən, ciddi hesabat sənədlərinin forması və rekvizitləri baxımından tam cavab verir. Bu səbəbdən iddiaçının gəlirin əldə edilməsi ilə bağlı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır və həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi hesablama metodunun tələblərinə uyğundur. 14.....Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Halbuki, istinad olunan normaların tətbiqinə dair Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi vardır.

15. Qeyd edilənlər mənfəət vergisi vergisinin hesablanmasının (eləcə də ona tətbiq edilmiş maliyyə sanksiyası) əsassız olmasını hesab etmək üçün yetərlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********187412 nömrəli xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı əsassız olduğundan ləğv edilməlidir.

16. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şə həri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.B.Məmmədov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) 2025-ci il 19 iyun tarixli, 21(103)-2559/2025 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2025-ci il 13 mart tarixli, 21(112)-3949/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hazırki iş üzrə İddiaçı MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********187412 nömrə li xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsini tələb edir. İş materiallarından göründüyü kimi "X2" MMC barəsində səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilmiş, həmin maddəyə uyğun olaraq yoxlamanın təyin edilməsi əsası kimi vergi organlarında mövcud uçot-baza malumatlarına əsasən bəyan edilmiş iqtisadi məlumatların bazarda bərabər iqtisadi göstəricilərə malik olan, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, istehsalat, işlərin görülməsi və xidmətlərin göstərilməsi fəaliyyətini göstərən analoji vergi ödəyiciləri ilə müqayisədə daha az olmasi; risk(lə r)in təsviri; vergi organlarında mövcud ucot-baza məlumatlarına əsasən 2019-cu ildə xərclər çıxılmaqla əldə edilmiş 234.387,43 manat mənfəət, bərabər iqtisadi göstəriciyə malik olan, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi fəaliyyətini göstərən digər analoji vergi ödəyicilərinin bəyan etdiyi mənfəət göstəricilərindən daha az olması göstərilmiş, eyni zamanda 2019-cu il üzrə mənfəətin digər vergi ödəyicilərinə nisbətdə az olduğu qeyd edilsə də, yoxlama 2020 və 2021ci illər üzrə mənfəətin və digər tədiyyələr üzrə aparılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin tətbiqi ilə bağlı bir sıra məhkəmə təcrübəsini formalaşdıran qərarları var və həmin qərarlarda növbədənkənar vergi yoxlamalarının yalnız konkret vergitutma obyektinin g izlədilmiş dövr üzrə mənfəət (gəlir) vergisi yoxlanıla bilməsi qeyd olunmuşdur. Lakin hazır ki, iddia tələbinin araşdırması zamanı müəyyən edilmişdir ki, növbədənkənar yoxlama mənfəətin gizlədilməsi ehtimal olunan 2019cu ildən əlavə həmçinin 2020 və 2021-ci illəri əhatə etmişdir. (Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(102)-2258/2023 saylı, xx.xx.2024-cü il tarixli 2-1(102)- 751/2024 saylı, xx.xx.2024cü il tarixli 2-1(102)-1801/2024 saylı,xx.xx.2023-cü il tarixli 2-1(102)-1632/2023 saylı,xx.xx.2023-cü il tarixli 2-1(102)-610/2023 saylı və s...). Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində nəzərdə tutulan vergi orqanının əldə etdiyi mənbəyi bəlli məlumat dedikdə, yoxlamaların vahid məlumat reyestrində qeydiyyat aparılmadan hər hansı vergi ödəyicisinin əməliyyatlarının vergi orqanı tərəfind ən emal olunaraq bunun əsasında yoxlama təyin edilməsini deyil, digər məlumat mənbələrini nəzərdə tutur. Vergi orqanının hər hansı əsas olmadan öz təşəbbüsü ilə səyyar vergi yoxlamasının təyin edilməsi üçün “növbəti” yoxlama növü mövcuddur. Təsadüfi deyildir ki, “Yoxlamaların vahid məlumat reyestri və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.14-cü bəndinə görə, reyestrə daxil edilməli məlumatlardan biri də yoxlamanın plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) olduğu halda onun təyin edilməsi üçün əsaslardır.

19. İşdən görünür ki, Səyyar vergi yoxlaması aktının 2-ci səhifəsində aktın tərtibi müddətinin uzadılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli qərar qəbul edilsə də, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, qeyd ol unan qərar reyestrdə qeydiyyata alınmamışdır. Belə ki, Məhkəmə kolleqiyası tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş İdarəsinə ünvanlanan sorğuya cavab olaraq, müəyyən edilmişdir ki, xx.xx.2022- xx.xx.2023-cü ilə kimi səyyar vergi yoxlaması qeydiyyata alınmışdır. 9 fevral-31 mart, 30 may-17 iyul 2023 yoxlama müddətinin artırılması,həmin ilin 31 mart-14 aprel,14 aprel-28 aprel aprel, 28 aprel-15 may, 15 may-30 may, 17 iyul-1 avqust, 14 avqust-14 sentyabr, 14 sentyabr-29 sentyabr, 28 sentyabr27 oktyabr, 27 oktyabr-27 noyabr, 27 noyabr-27 dekabr, 27 dekabr-26 yanvar 2024-cü il, 26 yanvar-2 fevral 2024-cü ildə yoxlamanın dayandırılması ilə bağlı məlumatlar reyesterə daxil edilmişdir. 13 may 2024-cu ildə həmin gündən 12 avqust tarixinədək “Əlavə vergi yox laması tədbirlərinin keçirilməsi haqqında” qərarın çıxarılmasına, 7 oktyabr 2024-cü ildə isə yoxlama nəticəsində nöqsanın aşkarlandığına dair məlumat Reyesterə təqdim edilmişdir. İş materialları ilə müəyyən olunur ki, cavabdehin xx.xx.2023-cü il tarixli qərarına əsasən yoxlama müddəti 30 gün müddətinə uzadılmışdır. Lakin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, qeyd olunan qərar reyestrdə 4 gün sonra xx.xx.2024-cü il tarixində qeydiyyata alınmışdır. İş materialları ilə müəyyən olunur ki, cavabdehin xx.xx.2024-cü il tarixli **********183369 saylı qərarına "Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında" qərar qəbul edilmiş və aktın tərtibi müddəti 30 gün uzadılmışdır. Lakin sahibkarlıq sahəsində apa rılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, qeyd olunan qərar reyestrdə ümumiyyətlə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2011- ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"nin 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda qeyd edilmi şdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır (3.1). Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz (bax: Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 21(102)-1578/2024 saylı qərardadı).

20. Digər tərəfdən o da nəzərə alınmışdır ki, növbədənkənar səyyar vergi yoxlaması 9 dəfə dayandırılmış və day andırmanın əsaslarından biri də Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ekspertiza keçirilməsi olmuşdur. Belə ki, mütəxəssis arşısında xx.xx.2019-cu il tarixdən xx.xx.2022- ci il tarixinədək olan dövr üzrə yerinə yetirilmiş tikinti quraşdırma işlərinin tərkibinə mal-material (taxta, armatur, beton, elektrik malları, sement) sərfiyyatının həcmini və əmək haqqı xərclərinin müəyyən edilməsi sualı qoyulmuşdur. Səyyar vergi yoxlaması aktının 6- cı səhifəsində, mütəxəssis tərəfindən sənədlər təqdim edilməməsi səbəbindən rəy verilməsindən imtina edilmişdir. Lakin rəyin verilməsi həvalə edilmiş "xxxx" MMC iddiaçıya xx.xx.2024-cü il tarixli müşayət məktubu ilə göndərdiyi MB 16-0925 saylı, xx.xx.2023-cü il tarixli “mütəxəssis rəyindən” məlum olmuşdur ki, Forma 2-nin ümumi dəyəri 26.247.372,44 manat olmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası onu da qeyd edir ki, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən İddiaçı MMC 2019-2021-ci illər üzrə mənfəət vergisi, əmlak vergisini ödəməkdən yayınmağa görə məsuliyyətə cəlb edilmişdir. Mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən şərti rentabellik tətbiq edilməklə 2019-cü il üzrə 326957,26 manat əlavə hesablama aparılmaqla 163478,64 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2020-ci il üzrə 419626,61 manat əlavə hesablama aparılmaqla 209813,31 manat maliyyə sanksiyası tətbiq edilmiş, 202 1-ci il üzrə 170235,40 manat əlavə hesablama aparılmaqla 851117,70 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Nazirlər kabinetinin 55 saylı qərarına əsasən vergilərin hesablanmasının əsası kimi qeyd edilmişdir ki, “vergi ödəyicisi tərəfindən sənədlər, mal-materialın layihələr üzrə silgi sənədləri, alınmış iş və xidmətlərin layihələr üzrə bölgüsü, xərclərin dövrlər üzrə gəlirin əldə edilməsi ilə bağlı olmasını təsdiq edən sənədlər və gəlirlərin illər üzrə açıqlaması” təqdim edilməmişdir. İş materialların ilə müəyyən olunur ki, qeyd olunan sənədlər cavabdeh tərəfində iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********166561 saylı tələbnamədə, xx.xx.2023-cü il tarixli **********167530 saylı sənədlərin və nümunə kimi əşyalarin götürülməsi barədə qərarda, **********286600 saylı xx.xx.202 3-cü il tarixli məktubda, **********365600 saylı xx.xx.2023-cü il tarixli məktubda, **********432000 saylı, xx.xx.2023-cü il tarixli məktublarda tələb edilməmişdir. xx.xx.2023-cü il tarixində yoxlayıcı tərəfindən “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol tərtib edilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, təqdim edilən elektron sənədlər oxunaqlıdır, zədələnməmişdir və qənaətbəxşdir.

21. Bundan əlavə olaraq müəssisə tərəfindən təqdim olunan digər sənədlər xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli Protokollar ilə götürülmüşdür(svy aktı səh 5). Təqdim edilmiş sənədlərin tərkibindən görünür ki, yoxlama ilə əhatə olunan dövr üzrə bütün bank hesablarından çıxarışlar, əmək haqqı cədvəlləri, əmrlər, qərarlar, çıxarışlar, lisenziyalar, şəxsiyyət vəsi qələrinin surətləri, Müqavilələr, razılaşma protokolları, alış-satış sənədləri, Forma-2, Forma-3 lər və s. yoxlamaya təqdim edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, müxtəlif tarixlərdə Dövlət Vergi Xidmətinin online kargüzarlıq idarəsi vasitəsi ilə elektron formada 526 fayl şəklində 1509 vərəqdən ibarət layihələr, müqavilə və onun əlavələri, forma 2, forma 3, hüquqi sənədlər, bank hesablarından çıxarışlar və digər sənədlər rəsmi formada cavabdehə təqdim edilmişdir.

22. Həmçinin məhkəmə kollegiyası bildirməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən mal, iş və xidmətlərin əldə olunmasına dair təqdim edilən və əldə edilən elektron qaimə fakturalar, yük gömrük bəyənnamələri və qarşılıqlı əlaqələrə dair digər sənədlər DVX-nin elektron informasiya sistemində mövcuddur. Cavabdehin bütün vergi ödəyicilərinə mübasibətdə, online formada bank əməliyyatları barədə məlumatları əldə etmək üçün texniki imkanı mövcuddur.Səyyar vergi yoxlaması aktına əsasən müəyyən olunur ki, təqdim edilmiş sənədlər əsasında müəssisənin gəlirləri üzrə dəqiqləşmələr aparılmış, ikili mövqe nümayiş etdirilərək, həmin sənədlər gəlirin əldə olunması ilə bağlı xərc kimi qəbul edilməmişdir.

23. Qeyd olunanlarla bağlı olaraq bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş xərc sənədləri mövcud olduğu halda və sorğulara cavab olaraq müvafiq izahatlar verildiyi halda şərti rentabellik tətbiq edilməklə mənfəət vergisinin hesablanılması qanunverciliyə ziddir. Vergi Məcəlləsinin 42.2-ci maddəsinin tələbindən də görünür ki, tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxl amasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. Səyyar vergi yoxlaması aktında tələb olunan sənədlərin verilməməsi və ya digər formada əldə oluna bilməməsi ilə bağlı heç bir qeyd mövcud deyildir və heç bir prosesual hərəkət aparılmamışdır. Hazırkı münasibətdə özünün yoxlama ilə yuxarıda qeyd edilən şəkildə təyin etdiyi gəlir məbləğinə istinadən vergiyə cəlb olunmalı dövriyyəni və mənfəəti müəyyən etmiş və bunun üzərindən birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Bu zaman cavabdeh həmin qaydanın tətbiqini vergi qanunvericiliyinin (VM-nin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndirməsinə söykənmişdir. Cavabdeh tərəfindən appelyasiya şikayətində bildirilmişdir ki, VM-nin 67.17-ci maddəsinə əsasən Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Qeyd edilən maddədə verginin hesablanması üçün istifadə edilən məlumatlardan istifadə olunması ilə bağlı hər hansı ardıcıllıq müəyyən edilməmiş, həmin məlumatlardan istifadə olunması ardıcıllığı vergi orqanın mülahizəsinə buraxılmışdır.

24. Məhkəmə kollegiyasi bununla bağlı olaraq qeyd etməyi zəruri hesab edir ki, hazırkı işdə c avabdeh vergi orqanı Vergi Məcəlləsinin 67.17-ci maddəsinin ona verdiyi diskresion səlahiyyətə uyğun olaraq həmin Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələri sıra üzrə ardıcıllığı gözləmədən tətbiq etdiyi hallarda da öz seçimini əsaslandırmaq öhdəliyi daşıyır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir və qərar qəbul edən (yaxud hərəkət edən) dövlət qulluqçusunun istinad etdiyi əsaslandırma onun şəxsi mülahizələrinə deyil, konkret hala tətbiq olunan qanunun güddüyü məqsədə söykənməlidir. Beləliklə, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(102)-2385/2023 nömrəli qərarında əks olunmuş hüquq i mövqeyinə uyğun olaraq Vergi Məcəlləsinin 67.17-ci maddəsinin hazırkı işdə tətbiqinin mümkün hesab edildiyi nəzərə alındıqda, cavabdehin iddiaçıya münasibətdə həmin normadan irəli gələn seçiminin əsasları (səbəbləri) və həmin seçimin mübahisələndirilən inzibati aktda göstərilən konkret hala tətbiq olunan qanunun güddüyü məqsədə uyğun olubolmadığı, buradan, inzibati orqan tərəfindən diskresion səlahiyyətin düzgün həyata keçirilibkeçirilmədyi apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmalı və qiymətləndirilməlidir(bax: Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(102)-1001/2025 saylı qərardadı). Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqə li məlumatlardan istifadə etməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad etməklə hesablamaq hüququ vardır. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarı na gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Hesab edirik ki, istinad edilən normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır.Hazırkı mübahisəyə münasibətdə VM-in 67-ci maddəsinin tam şəkildə tətbiqinin m ümkünlüyünü, o cümlədən həmin maddənin təblərinə riayət olunmaqla ödənilməli vergi məbləğinin hesablanma qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır (xx.xx.2022-ci il tarixli İş № 21(102)-2486/2022, saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-1239/2022 saylı müvafiq qərarlar).

25. Belə ki, işin hallarından görünür ki, vergi ödəyicisinin mənfəət vergisi bəyannaməsində öz əksini tapmış gəlir və xərclərə dair təsdiqedici sənədlər mövcuddur, müəssisənin vergiyə cəlb edilən dövriyyəsi (ümumi gəliri) vergi orqanı tərəfindən verilmiş təqdim edilmiş, elektron qaimə fakturalar, yük gömrük bəyənnamələri, forma 2, forma 3, müqavilələr, layihələr, bank hesabların dan çıxarışlar, ƏDV depozit hesabından çıxarış və digər sənələrlə təsdiqini tapir. Cavabdeh tərəfindən həmin sənədlərin mötəbərliyini şübhə altına ala bilən hər hansı sübut səyyar vergi yoxlaması aktında qeyd edilməmişdir.

26. Bu baxımdan da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın hazırkı mübahisəyə münasibətdə tətbiqi üçün Vergi Məcəlləsinin 67-ci və 83.9-cü maddələrində nəzərdə tutulan əsaslar mövcud olmamışdır

27. Məhkəmə kollegiyası qeyd edir ki, vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məl umatlardan istifadə etməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad etməklə hesablamaq hüququ vardır. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Ve rgi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. (Nəzərə alınmalıdır ki, Ali Məhkəmənin formalaşmış məhkəmə təcrübəsinə əsasən xərclər mövcud olduğu halda, Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tətbiqi və Nazirlər Kabinetinin 55 saylı qərarının tətbiq edilməməsi ilə bağlı çoxsaylı qərarları və kasassiya şikayətinin mümkün sayılmaması barədə qərardadları var. Bunlar xx.xx.2023-cü il tarixli, 2-1(102)2258/2023, xx.xx.2022-ci il tarixli,2-1(102)-2486/2022,xx.xx.2025-ci il tarixli, 2-1(102)653/2025 və sair qərar, qərardadlar.)

28. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh tərəfindən təqdim edilən kassasiya şikayəti iddia ərizəsinə etiraz və apellyasiya şikayəti ilə oxşar məzmunlu tərtib edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

31. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. 38.7.3 vergi orqanının təşəbbüsü ilə mü təxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). Maddə 67.1 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildi kdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Maddə 67.2 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumat larından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.3 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliy yətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 67.14 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.9 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək m ümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.

33. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddə lərində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozunt ular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Kassasiya şikayəti qismən edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı cavabdehin **********187412 nömrəli xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçıya hesablanan əmlak vergisi və maliyyə sanksiyası və vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə tətbiq edilən maliyyə sanksiyası hissələrində ləğv edilməli, həmin hissələrdə iddia təmin edilməməlidir.

37. İş in müəyyən edilmiş hallarından görünür ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********166471 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarında qeyd edilmişdir ki, İddiaçı MMC-də dekabr 2019 - noyabr 2022 vergi dövrü üzrə səyyar vergi yoxlaması təyin edilməsi qərara alınmışdır. Yoxlamanın nəticələri üzrə 2019-cu il mənfəət vergisi üzrə 326957.27 manat azaldılması, 326957.27 manat əlavə hesablanması, 163478.64 manat maliyyə sanksiyası, 2020-ci il mənfəət vergisi üzrə 419626.61 manat azaldılması, 419626.61 manat əlavə hesablanması, 209813.31 manat maliyyə sanksiyası, 2021-ci il mənfəət vergisi üzrə 170235.40 manat azaldılması, 170235.40 manat əlavə hesablanması, 85117.70 manat maliyyə sanksiyası, 2021-ci il əmlak vergi si üzrə 97,22 manat azaldılması, 97,22 manat əlavə hesablanması, 48.61 manat maliyyə sanksiyası, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 916819.28 manat azaldılmasına görə 50% məbləğində, yəni 458409.64 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əmlak vergisinin bəyannamədə göstərilməli məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 97.22 manat azaldılmasına görə 50% məbləğində, yəni 48.61 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 1 ədəd hesabat vaxtında təqdim edilmədiyi üçün 40.0 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Bundan sonra iddiaçı barəsində yoxlamanın nəticələri nəzərə alınaraq **********187412 nömrəli xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Növbədənkənar səyyar vergi yoxlması ilə bağlı:

38. İş materiallarında olan “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********66471 nömrəli qərarda qeyd edilmişdir ki, vergi organlarında mövcud uçot-baza malumatlarına əsasən bəyan edilmiş iqtisadi məlumatların bazarda bərabər iqtisadi göstəricilərə malik olan, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, istehsalat, işlərin görülməsi və xidmətlərin göstərilməsi fəaliyyətini göstərən analoji vergi ödəyiciləri ilə müqayisədə daha az olması; risk(lər)in təsviri; vergi organlarında mövcud ucot-baza məlumatlarına əsasən 2019-cu ildə xərclər çıxılmaqla əldə edilmiş 234.387,43 manat mənfəət, bərabər iqtisadi göstəriciyə malik olan, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi fəaliyyətini göstərən digər analoji vergi ödəyicilərinin bəyan etdiyi mənfəət göstəricilərindən daha az olması göstərilmiş, eyni zamanda 2019-cu il üzrə mənfəətin digər vergi ödəyicilərinə nisbətdə az olduğu qeyd edilsə də, yoxlama 2020 və 2021-ci illər üzrə mənfəətin və digər tədiyyələr üzrə aparılmışdır.

39. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbay can Respublikası Ali Məhkəməsinin Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin tətbiqi ilə bağlı bir sıra məhkəmə təcrübəsini formalaşdıran qərarları var və həmin qərarlarda növbədənkənar vergi yoxlamalarının yalnız konkret vergitutma obyektinin gizlədilmiş dövr üzrə mənfəət (gəlir) vergisi yoxlanıla bilməsi qeyd olunmuşdur. Lakin hazırki iddia tələbinin araşdırması zamanı müəyyən edilmişdir ki, növbədənkənar yoxlama mənfəətin gizlədilməsi ehtimal olunan 2019-cu ildən əlavə həmçinin 2020 və 2021-ci illəri əhatə etmişdir.

40. Kollegiya apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə yalnız yoxlamanın keçirilməsi barədə qərarın risklərin təsviri hissəsində qeyd edilənlərə istinad etmişdir. Halbuki, həmin qərarda həm də konkret dövrlərlə məhdudlaşdırılmadan yoxlamanın baş lanmasına əsas olaraq vergi orqanlarında mövcud uçot-baza məlumatlarına əsasən bəyan edilmiş iqtisadi məlumatların bazarda bərabər iqtisadi göstəriciyə malik olan, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi fəaliyyətini göstərən analoji vergi ödəyiciləri ilə müqayisədə daha az olması əsası da qeyd edilmişdir. Kollegiya həmçinin qeyd edir ki, yoxlamanın başlanılması haqqında qərarda birbaşa göstərilməmiş olsa belə, yoxlama gedişində aşkar edilmiş məlumatlar və toplanılmış sübutlar buna əsas verirsə, Vergi Məcəlləsində təsbit edilmiş müddətlərə riayət etməklə başqa dövrlər üzrə də yoxlamanın keçirilməsi yolveriləndir. Belə olan halda, yoxlamanın 2019-cu ildən əlavə həmçinin 2020 və 2021-ci illəri əhatə etməklə keçi rilməsi əsasl; hesab edilməlidir.

41. Həmçinin nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi İPM-in 70.1-ci maddəsinə də uyğun olmamışdır. Həmin normaya görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

42. İşin hallarında müəyyən olunur ki, apellyasiya məhkəməsi inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu halını müəyyən etmədən qərarı ləğv etmişdir. Mənfəət vergisi ilə ba ğlı

43. Yoxlama aktından görünür ki, cavabdeh mənfəət vergisini Vergi Məcəlləsinin 67ci maddəsinə əsasən şərti rentabellik tətbiq etməklə hesablamışdır. Kollegiya bu hissədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşar və əlavə olaraq qeyd edir ki, mənfəət vergisi hesablanan dövrlər 2019, 2020 və 2021-ci illərdir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələrin sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilməsi ilə bağlı 67.17-ci maddəsi xx.xx.2022-ci ildən qüvvəyə minmişdir. Odur ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə də riayət edilməmiş, yəni əlaqəli məlumatlar və analoji vergi ödəyiciləri kifayət qədər araşdırılmamışdır.

44. Cavabdeh kassasiya şikayətində "X2" MMC tərəfindən müxtəlif ərazilərdə təmirtikinti fəaliyyətindən görülmüş işlər üzrə ödənilməli olan vergilərin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyənləşdirilməsi barədə müvafiq İdarəyə xx.xx.2023-cü il tarixli **********383600 nömrəli məktubla müraciət olunduğunu və xx.xx.2023-cü il tarixdə **********763000 nömrəli cavab məktubunda anoloji fəaliyyətlə məşğul olan oxşar vergi ödəyicisinin müəyyənləşdirilmədiyini qeyd etmişdir.

45. Kassasiya şikayətinin qeyd olunan dəlilinə münasibətdə Kollegiya bildirir ki, iddiaçının fəaliyyət sahəsinin təmir-tikinti olması nəzərə alındıqda bu sahədə analoji vergi ödəyicisinin olmaması isə ağlabatan deyildir. Həmçinin xüsusilə qeyd edilməlidir ki, cavabdeh növbəti səyyar vergi yoxlamasının keçirilməsinə əsas olaraq yoxlamanın keçirilməsi barədə **********166471 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında, həmçinin səyyar vergi yoxlaması aktında özü qeyd etmişdir ki, “...vergi organlarında mövcud uçot-baza məlumatlarına əsasən 2019-cu ildə xərclər çıxılmaqla əldə edilmiş 234.387,43 manat mənfəət, bərabər iqtisadi göstəriciyə malik olan, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi fəaliyyətini göstərən digər analoji vergi ödəyicilərinin bəyan etdiyi mənfəət göstəricilərindən daha az olması göstərilmişdir”.

46. Göründüyü kimi, analoji vergi ödəyicilərinin mövcud olmaması ilə bağlı cavabdehin qeyd olunan dəlili cavabdehin özü tərəfindən qəbul edilmiş qərarla və yoxlama aktı ilə t əkzib olunur. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə riayət edilmədən şərti rentabellik normasının tətbiqinin əsassız və qanunsuz olması ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

47. Kollegiya həmçinin apellyasiya instansiya məhkəməsi ilə razılaşaraq qeyd edir ki, növbədənkənar səyyar vergi yoxlaması 9 dəfə dayandırılmış və dayandırmanın əsaslarından biri də Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ekspertiza keçirilməsi olmuşdur.

48. İş materiallarından yoxlama aktının 6-cı səhifəsində qeyd edilmişdir ki, mütəxəssis qarşısında xx.xx.2019-cu il tarixdən xx.xx.2022- ci il tarixinədək olan dövr üzrə yerinə yetirilmiş tikinti quraşdırma işlərinin tərk ibinə mal-material (taxta, armatur, beton, elektrik malları, sement) sərfiyyatının həcmini və əmək haqqı xərclərinin müəyyən edilməsi sualı qoyulmuş, lakin "xxxx" MMC tərəfindən daxil olmuş məktubda müəssisə tərəfindən sənədlərin tam təqdim edilməməsi səbəbindən həmin qərarın icrasının müəyyən edilmiş vaxtda təmin edilməsinin mümkün olmadığı bildirilmişdir.

49. Halbuki, iş materiallarında olan rəyin verilməsi həvalə edilmiş "xxxx" MMC iddiaçıya xx.xx.2024-cü il tarixli müşayət məktubu ilə göndərdiyi MB 16-0925 saylı, xx.xx.2023-cü il tarixli “mütəxəssis rəyindən” məlum olmuşdur ki, Forma 2-nin ümumi dəyəri 26.247.372,44 manat olmuşdur. Əmlak vergisi və maliyyə sanksiyası, vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə tətbiq edilən maliyyə sanksiyası

50. İş materiallarında ola n səyyar vergi yoxlaması aktından görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələrdə və ilkin sənədlərdə əsas vəsaitin 2020-ci və 2021-ci illər üzrə amortizasiyasının hesablanmadığı və eyni zamanda əsas vəsaitin satış əməliyyatı olmadığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 202-ci maddəsinin tələbləri gözlənilməklə müəssisəyə 2021-ci il üzrə 282.82 ((28282.24+28282.24)/2*1%) əmlak vergisi hesablanmış, yoxlama ilə müəssisə tərəfindən 2021-ci il üzrə hesablanmış 185.6 manat vergi məbləği də nəzərə alınmaqla 97.22 (282.82-185.6) manat əlavə əmlak vergisi hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən əmlak vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 97.22 manat azaldılmasına görə 50% məbləğində, y əni 48.61 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir.

51. Eyni zamanda yoxlama aktından görünür ki, iddiaçı tərəfindən 1 ədəd hesabat vaxtında təqdim edilmədiyi üçün iddiaçıya 40.0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 57.1-ci maddəsinə görə, hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən (vergiyə cəlb edilməyən) əməliyyatlar aparan, vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

52. Kollegiya hesab edir ki, mübahisələndirilən qərar qeyd olunan hissələr üzrə əsaslı və qanunauyğun olmuş, lakin apellyasiya instansiya məhkəməsi tərəfindən həmin hesablamaların ləğvi ilə bağlı hər hansı əsaslandırma aparılmadan ləğvi ilə bağlı qərar qəbul edilmişdir.

53. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiya məhkəməsinin qərarı cavabdehin **********187412 nömrəli xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının əmlak vergisi və maliyyə sanksiyası və vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə tətbiq edilən maliyyə sanksiyası hissələrində ləğv edilməli, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanmalıdır.

54. Yuxa rıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2025-ci il 19 iyun tarixli, 21(103)-2559/2025 nömrəli qərarı cavabdehin **********187412 nömrəli xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçıya hesablanan əmlak vergisi və maliyyə sanksiyası və vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə tətbiq edilən maliyyə sanksiyası hissələrində ləğv edilsin. Həmin hissələrdə iddia təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2025-ci il 19 iyun tarixli, 21(103)-2559/2025 nömrəli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanıslın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar