Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3043/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral qərarın ləğv edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) 18.02.2026 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2144/2025 nömrəli 20 iyun 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli **********839500 nömrəli qərara əsasən vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. 2.Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********743000 nömrəli qərarı ilə 2022-ci il gəlir vergisi üzrə hesabat dövrü ərzində təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığort a haqqı 0,00 manat, vergi orqanı tərəfindən əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 15.768,93 manat müəyyən edilmişdir. 3.Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-24802/2024 nömrəli qərarı ilə 2022-ci il gəlir vergisi üzrə hesabat dövrü ərzində təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 2.799,47 manat, vergi orqanı tərəfindən əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 15.768,93 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 12.969,46 manat müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ba rəsində qəbul edilmiş 25 dekabr 2023-cü il tarixli **********743000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı 2799,47 manat gəlir vergisi hissədə istisna olmaqla, qalan hissədə ləğv edilməsini xahiş etmişdir. 5.Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-24802/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi” barədə dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. 6.Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respu blikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 16 yanvar 2015-ci il tarixdən fərdi sahibkar kimi fəaliyyət göstərir. İddiaçının 2022-ci il üzrə əsas fəaliyyəti çətirlərin hazırlanıb təqdim edilməsindən ibarət olmuşdur. Belə ki, iddiaçı 2022-ci il üzrə ümumilikdə sahibkarlar üçün gördüyü işlərin dəyəri 83 984,00 manat məbləğində olmuşdur. Yəni, 2022-ci il üzrə iddiaçı elektron qaimə-fakturalar ilə ümumilikdə 83 984,00 iş (mal) təqdim etmiş və həmin məbləğdə gəlir əldə etmişdir. Buna baxmayaraq, iddiaçı zəruri malmaterialların alınmasını Sədərək Ticarət Mərkəzindən və digər qeyri-rəsmi olan yerlərdən həyata keçirmiş və bu səbəbdən də alınmış mal-materiallara dair hər hansı rəs mi təsdiqedici sənədləri mövcud olmamışdır. Beləliklə, iddiaçı 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi təqdim etmiş və ümumi gəlirdə 83 984,00 manat, gəlirdən çıxılan xərclərdə isə yalnız 5 139,34 manat (əmək haqqı, DSMF və bank xərcləri) göstərmişdir. Başqa sözlə desək, iddiaçı alınmış mal- materialları rəsmi sənəd əsasında deyil, bazardan aldığı və həmin mal-materiala dair rəsmi sənədlər (müqavilə, e-qaimə və s.) mövcud olmadığı üçün həmin xərcləri bəyannamədə xərclər hissəsində qeyd etməmiş və demək olar ki, bütün dövriyyəsini mikro sahibkar kimi vergiyə cəlb etmişdir. Nəticə etibarı ilə iddiaçı Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin tələblərinə əsasən 75% güzəşti nəzərə alaraq ümumilikdə 3 942,23 manat gəlir vergisi bəyan etmişdir. Bundan sonra, cavabdeh İqtisadiyyat Nazirliyi yan ında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi iddiaçıda 2022-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsini kameral qaydada yoxlamış və nəticəsi üzrə 2 iyun 2023-cü il tarixində qərar qəbul edərək əlavə 11 826,70 manat məbləğində gəlir vergisi hesablamışdır. Qərarın əsaslandırma hissəsində isə göstərilmişdir ki, iddiaçı tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmiş və təqdim edilən bəyannamədə 75% güzəştin tətbiq edilməsi vergidən yayınma kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qərarın məzmunundan görünür ki, vergi orqanı iddiaçının alış sənədlərin rəsmi olmadığı üçün 75% güzəşti ləğv etmiş və yalnız əmək haqqı, DSMF və bank xərcləri nəzərə alaraq bütün dövriyyəsini 20% gəlir vergisinə cəlb edərək əlavə vergilər hesablamışdır. B undan sonra, iddiaçı mal materialın alınması ilə bağlı xərc sənədləri mövcud olmadığı üçün öz vergilərini Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarı ilə nəzərdə tutulmuş şərti rantabellik norması əsasında hesablayaraq cavabdeh vergi orqanına 2022-ci il üzrə dədqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim etmiş və eyni zamanda məktubla müraciət edərək həmin bəyannamənin qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdeh vergi orqanı iddiaçının şərti rentabellik norması əsasında yenidən hesablanmış vergiləri özündə əks etdirən bəyannaməni və məktubu nəzərə almamış, keçirilmiş kameral yoxlamasının nəticəsi üzrə yeni 1 avqust 2024-cü il tarixdə qərar qəbul edərək 12 969,46 manat gəlir vergisi hesablamışdır. Göründüyü kimi, cavabdeh yenə də iddiaçının bütün dövriyyəsinə ya lnız əmək haqqı, DSMF və bank xərcləri nəzərə almaqla 20% gəlir vergisi tətbiq etmişdir. 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi üzrə keçirilmiş kameral vergi yoxlaması nəticəsində cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, iddiaçının 2022-ci il üzrə təqdim etdiyi hesabatdan göründüyü kimi, iddiaçının ümumi gəliri bəllidir və 83 984,00 manat təşkil edir. Lakin bəyannamənin xərc hissəsində isə yalnız əmək haqqı, DSMF və bank xərcləri qeyd edilmiş və 5 139,34 manat təşkil edir. İddiaçı əsas fəaliyyəti çətirlərin hazırlanması və satılması mövcud olduğu üçün həmin işləri görmək üçün kifayət qədər mal-material almışdır. Həmin mal- materiallar alınmadan belə mallar hazırlayıb təhvil vermək mümkün deyil. İddiaçı məktubda da qey d etdiyi kimi, mal-materialları Sədərək və digər bu tipli yerlərdən almış və bu səbəbdən də həmin mal-materialın hər hansı rəsmi sənədləri mövcud deyil. Beləliklə, iddiaçının xərcləri ilkin sənədlərlə öz təsdiqini tapmamışdır ki, məhz belə olan halda da vergi qanunvericiliyinin müvafiq normaları düzgün tətbiq edilməlidir. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əs asında hesablanır. İddiaçının ümumi gəlirlərini müəyyən etmək mümkün olsa da, xərcləri (xərcləri təsdiq edən sənədlər olmadığı üçün) müəyyən etmək mümkün olmamış, bu səbəbdən də iddiaçı təqdim etdiyi 2022-ci il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində Nazirlər Kabinetinin 55 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaların tələblərinə əsasən şərti rentabellik norması tətbiq etməklə hesablama aparmış və həmin bəyannamənin nəzərə alınmasını cavabdeh vergi orqanından xahiş etmişdir. Göstərilən qanunvericilik normaları rəhbər tutaraq əlverişli olmasa da belə, iddiaçının xərcləri sənədlərlə öz təsdiqini tapmadığı və xərcləri müəyyən etmək mümkün olmadığı səbəbindən iddiaçı cavabdeh vergi orqanına şərti rentabellik norması əsasında yenidən hesablama apararaq 2022-ci il üzrə dəqiqləşdirilmi ş gəlir vergisi bəyannaməsini təqdim etmiş və məktub göndərərək həmin bəyannamənin nəzərə alınmasını xahiş etmişdir. Həmçinin, qeyd edir ki, bundan əvvəl xərc sənədləri mövcud olmadığı üçün vergi ödəyicisinin vergilərin şərti rentabellik norması əsasında yenidən hesablanması xahişi yuxarı vergi orqanları tərəfindən qəbul edilmiş və artıq bununla bağlı inzibati praktika formalaşmışdır. Belə ki, bu məsələ ilə eyni olan və müdafiə etdiyi iş üzrə AR VN Apellyasiya Şurasının 6 dekabr 2019-cu il tarixli Qərarın məhkəmənin diqqətinə çatdırır. Qərarın təvsir hissəsinin ilk cümləsində göstərilmişdir ki, "Vergi ödəyicisi şikayətində təsdiqini tapmayan digər xərclərlə bağlı sənədlərin mövcud olmadığını, bu səbəbdən də kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğinə Azərbaycan Respublika sı Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarına uyğun olaraq yenidən baxılmasını, əlavə hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir.” Qərarın nəticəvi hissəsində göstərilmişdir ki, "Hüquqi şəxs "Grandproıe” MMC-nin kameral vergi yoxlamasından narazılıq barədə şikayəti təmin edilsin. Vergilər Nazirliyinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********541400 nömrəli Qərarı və Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********540900 nömrəli Qərarı ləğv edilsin. Beləliklə, Qərarın məzmunundan da görünür ki, vergi orqanın yuxarı orqanı olan VN Apellyasiya Şurasına məlum idi ki, iddiaç ı təsdiqini tapmayan digər xərclərə görə sənədləri mövcud olmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarını tətbiq edərək vergi öhdəliklərini yenidən hesablanmasını istəmiş, sonuncu isə həmin şikayəti tam təmin etmiş və aşağı vergi orqanların qərarlarını tam ləğv etmişdir. Beləliklə, hesab edir ki, vergi orqanı tərəfindən 2022-ci il üzrə iddiaçıya gəlir vergisi hesablamaqla inzibati orqan olaraq özünün etimad hüququnu kobud surətdə pozmuşdur. Qanunvericilik fiziki və hüquqi şəxslərin inzibati orqanlara göstərdikləri etimadın qanunla qorunmasını təsbit etmiş və inzibati orqanların məhz mövcud inzibati praktikaya uyğun hərəkət etməyi onların vəzifə borcu kimi müəyyən etmişdir. Başqa sözlə də, əgər eyni bir məsələ üzrə inzibati orqan öz m övqeyni bildirmişsə, daha sonra heç bir qanuni əsas olmadan o həmin məsələ üzrə öz mövqeyini dəyişə bilməzdir. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Lakin vergi orqanı hazırkı yoxlama ilə inzibati orqanın etimad hüququnu pozaraq ə vvəllər yuxarı orqanı olan Apellyasiya Şurasının qəbul etdiyi mövqeyindən fərqli mövqe irəli sürmüşdür. Bundan başqa, əvvəl hazırkı məsələ ilə eyni olan iş üzrə vahid məhkəmə təcrübəsini əks etdirən Ali Məhkəmənin 26 aprel 2023-cü il tarixli 2-1(102)586/2023 nömrəli Qərarın 8-ci bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, “qanunvericilik vergi ödəyicisinin gəlirini birbaşa müəyyən etmək mümkün olmadıqda mənfəətin hesablanması qaydasını müəyyən etmiş, lakin cavabdeh vergi orqanı iddiaçının xeyrinə olan bu qaydanı tətbiq etməkdən imtina edərək, iddiaçının gəlirinə nisbətdə kəskin fərqlənən xərcini nəzərə almaqla mənfəət vergisi hesablayaraq əlverişsiz inzibati akt qəbul etmişdir”. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, “apellyasiya instansiyası məhkə məsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır”. Ali Məhkəmə isə apellysasiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlamışdır. Göründüyü kimi, artıq vergi ödəyicisinin xərc sənədləri olmadığı halda Nazirlər Kabinetinin qərarı ilə şərti rentabellik norması əsasında vergilərin hesablanması praktikası vahid məhkəmə təcrübəsində öz əksini tapmışdır. 8.Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5247/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia tələbi təmin edilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-24802/2024 nömrəli qərar ləğv edilmişdir. 9.Məhkəmə qeyd etmişdir ki, vergiyə cəlb edilən mənfəət (gəlir) müəyyən edilərkən sənədlərlə rəsmiləşdirilən faktiki mənfəət (gəlir) 2025-ci ilin yanvar ayının 1-dək rentabellik səviyyəsi 50 faizdən çox olmayaraq müəyyən edilir. Bu müddətdən sonra vergi tutulan mənfəət (gəlir) sənədlərlə rəsmiləşdirilən faktiki gəlirlər və xərclər əsasında müəyyən edilir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Bu isə o deməkdir ki, vergi ödəyicisinin gəlirləri müəyyən olunub, lakin xərcləri qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməmişdirsə, gəlir tam olaraq vergiyə cəlb oluna bilər. Məhkəmə hesab etmişdir ki, vergi qanunvericiliyinə tətbiq edilmiş bu dəyişiklik onu ifadə edir ki, bu qayda 2024-cü il yanvarın 1-dən sonra baş verən yoxlamalar və aşkarlanan hallarla bağlı hesablamalara aiddir. Əvvəlki dövrlərə aid olan vergi yoxlamaları zamanı vergi ödəyicisi tərəfindən sənədlərin təqdim edilməməsi, mühasibat uçotunun aparılmaması və digər səbəblərdən vergitutma obyektinin müəyyənləşdirilməsi mümkün olmadıqda vergi orqanları ödənilməli olan verginin məbləğini VM-nin 67.1, 67.14, 83.9-cu maddələri əsasında hesablaya bilər. VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: -94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçının alış sənədləri olmadığı lakin satışının olduğu və qüvvədə olan vergi qanunvericiliyi ilə vergi hesablanmasının metodları nəzərdə tutulduğu halda müvafiq metodu seçmədən birbaşa ümumi gəlirə vergi dərəcəsi tətbiq etməklə vergi hesablamaqda haqlı olmamış, bu əsasdan mübahisələndirilən qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilən qanunsuz əlverişsiz inzibati akt olduğundan ləğv edilməlidir. 10.Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsind ə icraat 11.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2144/2025 nömrəli, 20 iyun 2025-ci il tarixli qərarı ilə (hakimlər: M.Tağızadə /sədrlik edən və məruzəçi/, K.Əkbərov və N.Nəbizadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasıya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 13.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
14. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan g əlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə (Vergi Məcəlləsinin 37, 67, 83 və 130-cu maddələri) borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. 15.Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. xx.xx.2024-cü il tarixli 3-21-23/2-24802/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunduğu vaxt qüvvədə olan Vergi Məcəlləsinin 67.14cü maddəsinə əsasən, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 16.Sadalanmış müddəaların tələblərindən göründüyü kimi, vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilmədikdə və yaxud mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmadıqda, cavabdeh tərəfindən vergilərin əlaqəli məlumatlardan istifadə edilməklə hesablamaq hüququ nəzərdə tutulmuşdur. İlk olaraq belə əlaqəli məlumatlar kimi iddiaçıya aid olan məlumatlardan istifadə edilməsi müəyyən edilmişdir. 17.Mənfəət (gəlir) vergis inin hesablanmasının xüsusi qaydası isə ondan ibarətdir ki, əgər həmin məlumatlar əsasında vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkündürsə, bu halda mənfəət vergisi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. 18.Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı Qərarı ilə təsdiqlənmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1-ci bəndinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) qeyd edilmiş şərti üsullardan biri ilə müəyyən edir. Göründüyü kimi, həmin vaxt qüvvədə olan qanunveri cilik əsasında yalnız vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) yuxarıda qeyd olunan üsullardan biri ilə müəyyən edə bilər. Belə olan halda, vergi ödəyicisinin bu üsulları tətbiq etməklə vergiləri hesablaması mümkün deyildir. TƏTBİQ EDİLƏN HÜQUQ 19.Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 24.1. Vergi orqanları borcludur: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.1-2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanun u ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fo rmada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aş ağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları b arədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyiciləri nin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9- cu maddəsinə əsasən hesablanır. 20.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3 -cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş c iddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 21.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümk ün hesab edilmişdir. 22.Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli olaraq araşdırılmamışdır. 24.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. 25.İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təq dim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir. 26.Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə im kan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır. 27.İşin hallarına görə, Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli **********839500 nömrəli qərara əsasən vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. 28.Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********743000 nömrəli qərarı ilə 2022-ci il gəlir vergisi üzrə hesabat dövrü ərzində təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesa blanmış vergi və ya sığorta haqqı 0,00 manat, vergi orqanı tərəfindən əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 15.768,93 manat müəyyən edilmişdir. 29.Sonradan Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-24802/2024 nömrəli qərarı ilə 2022-ci il gəlir vergisi üzrə hesabat dövrü ərzində təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 2.799,47 manat, vergi orqanı tərəfindən əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 15.768,93, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 12.969,46 manat müəyyən edilmişdir.
30. Apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, “vergi ödəyicisi ümumi dövriyyəsini formalaşdıran malların alışını qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirməmiş, 2022-ci il üzrə gəlirdən çıxan xərclərin uçotunu aparmamışdır. Lakin eyni zamanda o hal da müəyyən olunur ki, vergi ödəyicisinin əldə etdiklərindən e-qaimə faktura ilə malları (işlərin, xidmətlərin) təqdim etdiyi mübahisələndirilmir. Başqa sözlə, vergi orqanı vergi ödəyicisinin 2022-ci il hesabat dövrü üzrə alış sənədləri olmayan malların satışını qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, vergi orqanının mübahisələndirilən dövr üzrə qüvvədə olan qanunvericiliyə əsasən birbaşa ümumi gəlirə 20% mənfəət vergisi dərəcəsi tətbiq etməklə vergi hesablanması kimi istifadə etdiyi metod əsassızdır. 1 yanvar 2024-cü il tarixindən qüvvəyə minən Vergi Məcəlləsindəki dəyişikliklərə əsasən Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələri ləğv edilmiş, Vergi Mə cəlləsinin 83.9-cu maddəsi ləğv edildiyinə görə, bu maddə əsasında hazırlanmış Nazirlər Kabinetinin 55 aylı qərarı da öz qüvvəsini itirmişdir. Vergi Məcəlləsinə yeni əlavə olunmuş 67.3-1-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) xx.xx.2024-cü il tarixindən etibarən 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. Belə ki, vergiyə cəlb edilən mənfəət (gəlir) müəyyən edilərkən sənədlərlə rəsmiləşdirilən faktiki mənfəət (gəlir) 2025-ci ilin yanvar ayının 1-dək rentabellik səviyyəsi 50 faizdən çox olmayaraq müəyyən edilir. Bu müddətdən sonra vergi tutulan mənfəət (gəlir) sənədlərlə rəsmiləşdirilən faktiki gəlirlər və xərclər əs asında müəyyən edilir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Bu isə o deməkdir ki, vergi ödəyicisinin gəlirləri müəyyən olunub, lakin xərcləri qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməmişdirsə, gəlir tam olaraq vergiyə cəlb oluna bilər. Göründüyü kimi, cavabdeh iddiaçının alış sənədləri olmadığı lakin satışının olduğu və qüvvədə olan vergi qanunvericiliyi ilə vergi hesablanmasının metodları nəzərdə tutulduğu halda müvafiq metodu seçmədən birbaşa ümumi gəlirə vergi dərəcəsi tətbiq etməklə vergi hesablamaqda haqlı olmamış, bu əsasdan mübahisələndirilən qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilən qanunsuz əlverişsiz inzibati akt olduğundan ləğv edilməlidir.” 31.Bu barədə məhkəmə kollegiyası qeyd edir k i, iddiaçı tərəfindən təqdim edilmiş, hazırkı mübahisə predmeti olan inzibati aktın əsasında dayanan dəqiqləşdirilmiş bəyannamə iş materiallarında mövcud deyildir.
32. Dəqiqləşdirilmiş bəyannamə olmadan vergi ödəyicisinin faktiki olaraq bəyan etdiyi gəlir və xərclərin həcminin düzgünlüyünü müəyyən etmək mümkün deyildir. Bu halın müəyyən edilməməsi isə inzibati aktın qanuniliyinin və əsaslılığının obyektiv qiymətləndirilməsinə mane olur. 33.Beləliklə, təkrar işə baxan apellyasiya instansiyası məhkəməsi vergi ödəyicisinin müvafiq dövr üzrə təqdim etdiyi dəqiqləşdirilmiş bəyannaməni əldə etdikdən sonra iddiaçının bəyan etdiyi gəlirin və xərcin təsdiq olunub-olunmadığını araşdırmalı və yalnız bundan sonra inzibati aktın qanuniliyini həmin araşdırma nəticəsində müəyyən etməlidir. 34.Bununla bağ lı, nəzərə alınmalıdır ki, hazırkı mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş iddiaçı tərəfindən verilən dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində göstərilən xərclərlə, yəni malın dəyəri ilə bağlı müvafiq təsdiqedici sənədlər nə inzibati icraat zamanı, nə də məhkəmə icraatı zamanı təqdim edilməmiş, bununla da, iddiaçının qeyd edilən bəyannamədə göstərilən malların dəyəri ilə bağlı xərclərin mötəbər əsasını müəyyən etmək mümkün olmamışdır.
35. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli **********839500 nömrəli qərara əsasən vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. 36.İnzibati orqan iddiaçının riskli vergi ödəyicisi hesab olunmasını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən 2022-ci il üzrə 40,9 min manat dəyərində “T tipli tent (8m*4m=32kv /m), çətir-yeni (4m*4m=16kv/m), sabit tentpəncərə (1,55m*0,90m) və.s” satışda qeyd olunduğu müəyyən edilsə də, vergi ödəyicisinin alışında, idxalında qeyd edilən malların (işlərin, xidmətlərin) olmadığı müəyyən edilmişdir. Eyni zamanda iddiaçının qeydiyyatda olan təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. 37.Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə xx.xx.2022-ci il tarixli **********839500 nömrəli qərarı iddiaçı tərəfindən mübahisələndirilməmiş və hazırda qüvvədə dir. 38. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə vergi orqanının qərarı qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Həmin qərarın hazırkı iş üzrə mübahisə predmeti olan 3-21-2-3/2-24802/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarın qəbul edilməsi ilə bağlı birbaşa əlaqəsi olmasa da, nəzərə almaq lazımdır ki, iddiaçının riskli vergi ödəyicisi hesab olunmasına əsas olmuş əmtəəsiz mal alışının həyata keçirildi yi dövr hazırkı iş üzrə xərclərin müəyyən edilə bilmədiyi və müvafiq verginin hesablandığı 2022-ci il ilə üst-üstə düşür. 40.Göründüyü kimi, iddiaçı barəsində qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2-24802/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarın əsasında iddiaçının 2022-ci il üzrə gəlir vergisinin yenidən hesablanması deyil, məhz əvvəllər müəyyən edilmiş vergi məbləğinin sonradan dəqiqləşdirilmiş bəyannamələrlə azaldılması dayanır.
41. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işin xüsusi halları nəzərə alınmaqla iddiaçının Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqi ilə bağlı formalaşmış vahid məhkəmə təcrübəsinə istinad etməsi əsaslı mövqe olaraq qəbul edilmir.
42. Vergi qanunvericiliyinin tələbləri baxımından vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. 43.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə g öndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir. 44.Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz. 45.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2144/2025 nömrəli 20 iyun 2025-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.