Məhkəmə qərarları › İş №2-1(102)-3050/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3050/2024

26.11.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3050/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin müddətsiz müəyyən olunması üçün əsasların mövcudluğu, əlilliyin təyinat tarixinin düzgün göstərilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin müddətsiz təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyun 2024-cü il tarixli 2-1(104)-444/2024 nömrəli iş üzrə qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Alt sistemdən TSEK müayinələri ilə bağlı çıxarışlara əsasən, İddiaçı “Sol baldır sümüklərinin qeyri düzgün bitişmiş sınığı və varus defarmasiyası. Sol baldır-ayaq oynağının kontrakturası. Hər iki aşağı ətraf venalarının varikoz genişlənməsi. yerişin əhəmiyyətli dərəcədə pozulması.” diaqnozu ilə xx.xx.2007-ci il tarixdə ilkin 1 il müddətinə 2-ci dərəcə əlillik, eyni diaqn oza əsasən xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərdə 1 il müddətinə və xx.xx.2016-cı il tarixdə 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir.

2. Alt sistemdən TSEK müayinələri ilə bağlı çıxarışlara əsasən, İddiaçı xx.xx.2021-ci il tarixli, 0232003AAW7S Forma 88 üzrə - Göndərişin natamam doldurulması - səbəb: Funksional ağırlaşmalar müayinələrlə əsaslandırılmaqla dəqiqləşdirilsin; xx.xx.2022-ci il tarixli, 0232003AAY3G Forma 88 üzrə - Göndərişin natamam doldurulması - səbəb: əsas diaqnozun və ağırlaşmaların təsdiq edəninstrumental müayinələrin nəticələri. Status localis, mütəxəssis rəyləri, anamnestik məlumatları və TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti dəqiqləşdirilsin və ətraflı qeyd edilsin, xx.xx.2022-ci il tarixli, 100029201LPB Forma 88 üzrə - Göndərişin natamam doldu rulması - səbəb: ağırlaşmanı təsdiq edən rentgen müayinəsinin nəticəsi ətraflı qeyd edilsin, xx.xx.2022-ci il tarixli Forma 88 üzrə 100043823CAU üzrə - Göndərişin natamam doldurulması - səbəb: İnstrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluq var qeyd edilməklə əlillik təyinatından imtina olunmuşdur. 3. 0232003AAW7S Forma 88 üzrə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda İddiaçı S82.2. Qamış sümüyü cisminin (diafizinin) sınığı sol qamış sümüyünün aşağı 1/3 qeyri-düzgün bitişmiş sınığı, valqus deformasiya. Sol aşıq baldır oynağının artrozu, valqus deformasiya xəstəliyi diaqnozu qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vəzifəli şəxslərin qeyri-qanuni hərəkətlərinə son qoyulması və İİ qrup əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ümumi xəstəliklərdən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar ona İİ qrup əlillik təyin edilmiş və pensiya verilmişdir. 2007-ci ilin noyabr ayından xəstəliyi ilə əlaqədar aldığı pensiya 2021-ci ilin noyabr ayından dayandırılmışdır. Pensiyasının dayandırılması ilə bağlı DSMF-yə müraciət etdikdə isə bildirirlər ki, ona sosial müavinat verilməkdən imtina edilmişdir. Səbəb də onu göstərirlər ki, cərrahi əməliyyatından uzun müddət keçib, hal-hazırkı vəziyyəti ilə əlaqədar ətraflı müayinələr yoxdur, qeyd olunan diaqnoz əlillik təyin etməyə əsas vermir və ixt isaslaşmış xəstəxanada ətraflı müayinə və müalicə məsləhət görülür. Lakin iddiaçı yenidən həkim komissiyasından keçsə də, ona İİ qrup əlillik dərəcəsi üzrə təyin edilmiş pensiya bərpa edilməmişdir. Halbuki onun sağalması mümkün deyil, 15 ildən çoxdur ki, bu xəstəliyə düçar olmuşdur.

6. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin “xx.xx.2017-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir.

7. Gəncə İnzibati Məhkəməsinin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

8. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1614/2023 saylı, 18 may 2023-cü il tarixli qərarı ilə (hakim X4) ilə iddia təmin edilmiş, İ ddiaçı xx.xx.2017-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya 2007-ci ildən 2022-ci il tarixədək qoyulmuş diaqnozlar hər müayinə nəticəsində söz ifadəsi olaraq, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müvafiq kodları və X1 qeyd olunan kodlar baxımından eyni olmasına, habelə 413 nömrəli Qərarın 2.2.3-cü bəndinə əsasən əlillik təyinatına əsas verməsinə baxmayar aq ona verilmiş imtina qanunsuz və əsassız olmuşdur. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya xx.xx.2017-ci il tarixədək artıq 10 il müddətinə fasiləsiz əlillik dərəcəsi təyin edildiyindən növbəti müayinə zamanı ona həmin tarixdən müddətsiz (ömürlük) təyin edilməli idi.

10. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2023-cü il tarixli, 2-1(104)-564/2023 nömrəli qərarı (hakimlər X5 (məruzəçi), X6 və X19) ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2-1(114)-1614/2023 nömrəli qərarı dəyişdirilmiş, İddiaçı xx.xx.20 22-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

12. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən ikinci dərəcə əlillik tibbi göstəriş olan xüsusi hallarda və ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il ərzində təyin olunduğu halda müddətsiz təyin edilir. İşin hallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2007-ci il tarixdə ilkin 1 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərdə 1 il müddətinə və xx.xx.2016-cı il tarixdə 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. TSEK müayinələri ilə bağlı çıxarışlardan isə görünür ki, iddiaçıya xx.xx.2021, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli göndərişlərdə qeyd olunmuş diaqnozlara “Göndərişin natamam doldurulması” səbəbilə əlillik təyinatından imtina edilmişdir. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən yuxarıda qeyd edilən halları nəzərə almamış, bununla da, qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

13. Apellyasiya məhkəməsi həmçini n qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən əlilliyin təyin edilməsi tarixinin xx.xx.2017-ci il tarixdən müəyyən edilməsinə dair səhv nəticəyə gəlinmiş, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, 0232003AAW7S nömrəli Forma 88 üzrə verilmiş imtina mübahisələndirilərək əlilliyin təyin edilməsi xahiş olunmuşdur. Buna görə də, iddiaçıya xx.xx.2022-ci il tarixdən müddətsiz ikinci dərəcə əlillik təyin edilməlidir.

14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c)kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2-1(102)-324/2024 nömrəli qə rarı (hakimlər X10 (məruzəçi), X7 və X2) ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2024-cü il tarixli, 2-1(104)-564/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tibbi göstəriş olan xüsusi hallarda, eləcə də ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilməlidir. Şəxsin əlil statusu qazanması bu barədə inzibati orqan tərəfindən müvafiq qərarın (inzibati aktın) qəbul edilməsi nəticəsində baş verir. Bundan başqa, əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda, şəxsə 10 il müddətin bitməsindən sonra müddətsiz əllilik təyin edilə bilməsi üçün tibbi müəssisəsi tərə findən müvafiq göndərişin verilməsi və qiymətləndirmə nəticəsində əlillik təyin etməyə əsas verən diaqnozun mövcudluğu da təsdiq olunmalıdır. Hazırki işin hallarından müəyyən olunur ki, apellyasiya məhkəməsi iddianı təmin edərkən iddiaçıya ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halından çıxış etmişdir. Bunun üçün məhkəmə həm xx.xx.2007-ci il tarixdə 1 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərdə 1 il müddətinə və xx.xx.2016-cı il tarixdə 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilməsini, həm də xx.xx.2021, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli göndərişlər verilməsini iddiaçının fasiləsiz olaraq 10 il əlil olduğunu təsdiq edən məcmu dövr kimi əsas götürmüşdür. İş materiallarında iddiaçıya fasiləsiz olaraq 10 il müddətinə əlillik təyin edilməsini təsdiq edən qərarlar yoxdur. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2024-cü il tarixli, 2-1(104)-444/2024 nömrəli qərarı (hakimlər X15 (məruzəçi), X8 və X3) ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)1614/2023 saylı, 18 may 2023-cü il tarixli qərarı qismən, yəni İddiaçı xx.xx.2017-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi hissəsində ləğv edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

18. Apellyasiy a instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-yə əsasən ikinci dərəcə əlillik tibbi göstəriş olan xüsusi hallarda və ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il ərzində təyin olunduğu halda müddətsiz təyin edilir.

44. Həmçinin “Əlilliyin qiymətləndirilməsi Qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarında göstərilmişdir ki, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. 19 Alt sistemdən TSEK müayinələri ilə bağlı çıxarışlardan görünür ki, iddiaçıya xx.xx.2007-ci il, xx.xx.2008-ci il, xx.xx.2009-cu il, xx.xx.2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il tarixlərdə 1 il müddətinə, xx.xx.2016 -ci il tarixdə isə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Göründüyü kimi, iddiaçıya müddətsiz əlillik təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi şərt, yəni fasiləsiz olaraq 10 il ərzində əlillik təyin edilməsi şərti öz təsdiqini tapır.

20. Birinci instansiya məhkəməsi əlilliyin xx.xx.2017-ci il tarixdən müddətsiz təyin edilməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Belə ki, xx.xx.2016-cı il tarixli qiymətləndirmə zamanı iddiaçıya ikinci dərəcə əlillik 5 il müddətinə, yəni xx.xx.2021-ci il tarixə kimi təyin edilmişdir. İddiaçı cavabdeh orqanın qeyd edilən qərarını (xx.xx.2016-cı il tarixli) mübahisələndirməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iddiaçıya müddətsiz əlillik təyin edilməsini müəyyən etdiyi tarixdə iddiaçının əlillik statusu olmuşdur. Qa nunvericiliyin tələbinə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il müəddətinə təyin edildikə artıq müddətsiz müəyyən edilir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, 0232003AAW7S nömrəli Forma 88 üzrə verilmiş imtina mübahisələndirilərək əllilliyin təyin edilməsi xahiş olunmuşdur. Odur ki, iddiaçıya müddətsiz əlillik sonuncu göndərişin tarixindən, yəni xx.xx.2022-ci il tarixdən müəyyən edilməlidir.

21. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. Şikayətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı i lə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na istinad edilərək qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

23. Belə ki, iddiaçıda olan xəstəliklə qanunvericiliklə səciyyətlənmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən və fasiləsiz olaraq ona 10 il müddətinə əlillik təyin edilmədiyindən cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Əlilliyin müəyyən edilməsi... 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə

4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə

6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nö mrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəs inə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününəd ək uzadıla bilər.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);... Maddə

32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələnd irmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 32.3. İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdı ğı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə s axlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı xx.xx.2017-ci il tarixdən müddətsiz əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsinə yönəlmişdir.

31. Apellyasiya instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbini qismən əsaslı hesab edilərək xx.xx.2022-ci il tarixdən ona ikinci dərəcə müddətsiz əlilliyi təyin edilməsi öhdəliyi cavabdeh inzibati orqana həvalə etmişdir.

32. Hazırki iş üzrə cavabdeh iddiaçının iddia tələbinin əsassız olması qənaətindədir. Qeyd edilir ki, iddiaçıda olan diaqnozlar əlillik təyin edilməsi üçün əsas vermədiyindən və fasiləsiz olaraq ona 10 il müddətinə əlillik təyin edilmədiyindən cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.

33. Məhkəmə kollegiyası cavabdehin möv qeyi ilə razılaşmayaraq bildirir ki, iddiaçının 10 il müddətinə fasiləsiz əlil olması və xəstəliyə görə əlilliyin müəyyən olunması apellyasiya instansiya məhkəməsinin araşdırması ilə öz təsdiqini tapmışdır.

34. Hətta işə ilk dəfə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2-1(102)-324/2024 nömrəli qərarında məhz bu halın araşdırılması ilə bağlı apellyasiya instansiya məhkəməsinə göstəriş verilmişdir.

35. İşə növbəti dəfə baxan apellyasiya instansiya məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişinə uyğun olaraq iddiaçının 10 il müddətinə müddətsiz əlilliyi ilə bağlı araşdırma aparmış və onun 2007-2021-ci il arası olan zaman dilimində fasiləsiz 2-ci dərəcə əlil olduğu öz təsdiqini tapmışdır.

36. Odur ki, iddiaçının 10 il müddət inə müddətsiz əlil olmaması əsası ilə bağlı iddia tələbinin rədd edilməsinə dair cavabdehin arqumenti əsaslı sayıla və qəbul edilə bilməz.

37. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müddətsiz ikinci dərəcə əlilliyinin xx.xx.2022-ci il tarixdən təyin edilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi qanuni olmamışdır.

38. Belə ki, iş materialları ilə müəyyən edilir ki, apellyasiya instansiya məhkəməsinin əlilliyin təyinin başlanğıc tarixi ilə bağlı müəyyən etdiyi müddət inzibati aktın qəbul edildiyi vaxtı deyil, göndərişin verildiyi tarixdir.

39. Kollegiya apellyasiya instansiya məhkəməsinin həmin mövqeyini maddi hüquq normalarına uyğun hesab etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilm iş “Əlilliyin qiymətləndirilməsi” Qaydasında qeyd edilmişdir ki, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

40. Beləliklə, Qaydalardan da göründüyü kimi əlilliyin təyini və ya bundan imtina yalnız bu barədə müvafiq qərarın qəbul edilməsi nəticəsində öz hüquqi qüvvəsini müəyyən edir. İş materiallarına əlavə edilmiş sənəddən görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçıya göndəriş verilmiş, xx.xx.2022-ci il tarixdə ona əlillik təyin edilməsindən imtina etmişdir. Başqa sözlə inzibati orqanın qər arı xx.xx.2022-ci il kimi qəbul edilməlidir (iş vər 27).

41. Məhkəmə kollegiyası əlavə olaraq bildirir ki, hazırkı iş üzrə iddia mübahisələndirmə haqqında iddia növünə aiddir və belə növ iddialarda iddiaçı inzibati orqanın qəbul etdiyi aktın ləğvini və ya dəyişdirilməsini tələb edə bilər. Hazırki halda inzibati orqanın qəbul etdiyi akt xx.xx.2022-ci il tarixinə təsadüf etdiyindən, iddiaçının əlilliyinin müddətsiz təyini xx.xx.2022-ci il tarixdən hesablanmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyun 2024-cü il tarixli 21(104)-444/2024 nömrəli qərarı əlilliyin 21 noyabr 2022-ci il tarixdən təyin edilməsi hissəsində dəyişdirilsin. İddiaçı 01 dekabr 2022-ci il tarixdən əlilliyin müəyyən edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar əlilliyin müddətsiz müəyyən olunmasının cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar