Məhkəmə qərarları › İş №2-1(102)-3050/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3050/2025

12.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3050/2025 12.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (maddi ziyanın və əldən çıxmış mənfəətin kompensasiya olaraq cavabdehlərdən müştərək qaydada tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “maddi ziyanın və əldən çıxmış mənfəətin kompensasiya olaraq cavabdehlərdən müştərək qaydada tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2025-ci il 24 iyun tarixli, 2-1(103)19/2025 nömrəli qərarından iddiaçının kassasiya şikayətinə əsasən inzibati işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 515 nömrəli, xx.xx.2003-cü il tarixli “Özünəməxsus ərazilərdə tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında” Sərəncamın 1-ci bəndinə əsasən, Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 966/d nömrəli razılıq məktubu, İddiaçı MTK-nın xx.xx.2003-c ü il tarixli, 02-08/1 nömrəli müraciəti, Azərbaycan Dövlət və İncəsənət Universiteti ilə İddiaçı MTK arasında bağlanmış müqavilə nəzərə alınaraq, Yasamal rayonu, İnşaatçılar prospektindəki 581-582 nömrəli məhəllələrdə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0.16 ha torpaq sahəsi icarə əsasında həmin MTK-nin istifadəsinə verilmiş, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1976-cı il tarixli, 17/245 nömrəli qərarının ləğv edilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, mövcud qanunvericilik əsasında vəsaitin ödənilməsi İddiaçı MTK-ya tapşırılmışdır.

2. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” xx.xx.2006-cı il tarixli şəhadətnaməyə əsasən, İddiaçı MTK Bakı şəhə ri, Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanında yerləşən 337.1 kv.m qeyri-yaşayış sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır (əmlakın ümumi satış qiyməti 11.269 manat).

3. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” şəhadətnaməyə əsasən, İddiaçı MTK Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 1600 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır (torpaq sahəsinin ümumi satış qiyməti 4.096 manat).

4. Daha sonra, Azərbaycan Respubli kası Təhsil Nazirliyi Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (İddiaçı MTK üçüncü şəxs kimi işə cəlb edilməklə) Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 515 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-416/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 515 nömrəli, 28 noyabr 2003- cü il tarixli sərəncamı etibarsız hesab edilmişdir (Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1178/2017 nömrəli, 4 iyul 2017-ci il tarixli qərarı ilə üçüncü şəxs İddiaçı MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(10 2)-138/18 nömrəli, 14 fevral 2018- ci il tarixli qərardadı ilə isə üçüncü şəxs İddiaçı MTK-nın kassasiya şikayəti mümkün sayılmamış və onun icraata qəbulundan imtina edilmişdir). 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-326/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı MTK-nın adına Azərbaycan Respublikası Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (indiki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş, 000312 qeydiyyat nömrəli, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanda olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 1600 kv.m torpaq sahəsinin satın alınması barədə şəhadətnamə etibarsız hesab edilmiş, onun hüquqi nəticələri ləğv edilmiş, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 993 nömrəli və 01 mart 2007-ci il tarixli, 442 nömrəli müqavilələr etibarsız hesab edilmiş, onların hüquqi nəticələri ləğv edilmiş, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 28 dekabr 2006-cı il tarixli, 000925 nömrəli qeydiyyat nömrəli şəhadətnamə etibarsız hesab edilmiş və onun hüquqi nəticələrinin ləğv edilməsi qərara alınmışdır (Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 iyul 2019-cu il tarixli, 2-2(103)-543/2019 nömrəli qətnaməsi ilə İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-5 07/2019 nömrəli qərarı ilə isə kassasiya şikayəti təmin edilməmişdir). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Bakı Şəhər İcra, Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Hakimiyyətinə Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti abaşçısının xx.xx.2003-cü il tarixli, 515 nömrəli sərəncamının, Azərbaycan Respubliksının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin verdiyi xx.xx.2006-cı il tarixli, 000925 nömrəli “dövlət əmlakının hüquqi və fiziki şəxsə satılmasına dair” şəhadətnaməsinin və xx.xx.2007-ci il tarixli, 000312 nömrəli “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi ş əxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” şəhadətnamənin etibarsız hesab edilməsi nəticəsində İddiaçı MTK-ya dəymiş 14.438.000 (on dörd milyon dörd yüz otuz səkkiz min) manat maddi ziyanın, o cümlədən 24.225.000 (iyirmi dörd milyon iki yüz iyirmi beş min) manat məbləğində əldən çıxmış mənfəətin kompensasiya olaraq cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 515 nömrəli sərəncamı Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsassız iddiaları səbəbindən etibarsız hesab edilmiş, bununla da, 0.16 ha torpaq sahəsində inşa edilən binanın tikintisi məcburi olaraq dayandırılmışdır. Mübahisəli torpaq sahəsi ta m qanuni şəkildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 515 nömrəli sərəncamına əsasən iddiaçı tərəfindən icarəyə götürülmüşdür. Qeyd edilən sərəncamda ərazidə yerləşən tikililərin sökülməsi və yerində bina inşa edilməsi nəzərdə tutulmuşdur. Torpaq sahəsi iddiaçının adına özəlləşdirilmiş və hüquqları Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin verdiyi xx.xx.2007-ci il tarixli, 000312 nömrəli şəhadətnaməyə əsasən rəsmiləşdirilmişdir. Eyni zamanda, xx.xx.2006-cı il tarixli, 993 nömrəli və xx.xx.2007-ci il tarixli, 42 nömrəli müqavilələr bağlanmış, xx.xx.2006-cı il tarixli, 000925 nömrəli şəhadətnaməyə əsasən, ərazidə yerləşən 337.1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi dəyəri ödənilməklə iddiaçı tərəfindən satın alınmışdır. Qeyd edilən səlahiyyətli orqanın sərəncamının qanuniliyinə və əsaslılığına güvənərək, iddiaçı ərazinin özəlləşdirilməsini həyata keçirmiş və 2 mərtəbə zirzəmidən və 3 mərtəbə yaşayış və qeyri-yaşayış sahəsindən ibarət olmaqla tikinti işləri aparmışdır. Lakin məhkəmələr tərəfindən həmin sərəncamın və şəhadətnamələrin etibarsızlığı tanınmışdır. Bakı Şəhər İcra hakimiyyəti həmin ərazinin onların icarəsinə verilməsi və ərazidə söküntü və yeni binaların inşası barədə sərəncam verərkən ərazinin kimin balansında olması, ümumiyyətlə ərazidə tikinti işi aparmağın mümkünlüyünü araşdırmadığından bu cür sərəncam vermişdir. İddiaçı məhz həmin aktların səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş olması baxımından mötəbərliyinə güvənərək ərazidə özəlləşdirmə, söküntü və tikinti işləri aparmış və son nətic ədə bu aktlar etibarsız hesab edilmişdir. Odur ki, Bakı Şəhər İcra Hakimiyyəti iddiaçının zərərə düşməsinin əsas subyekti kimi cavabdehlik daşımalı, ona vurulmuş zərərin əvəzini digər cavabdehlərlə birlikdə ödəməlidir. Qeyd ediləndən əlavə olaraq, həm özəlləşdirmədən, həm də ərazidəki qeyri-yaşayış sahələrinin sökülməsindən və yeni binanın inşasından Təhsil Nazirliyinin və onun nəzdində olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məlumatı olmuşdur. Belə ki, ərazinin icarəyə götürülməsi, özəlləşdirilməsi, habelə oradakı qeyriyaşayış sahəsinin sökülməsi və yeni bina inşası gizlədiləcək ölçüdə bir iş deyil. Bu işlər həyata keçirilərkən faktiki olaraq Təhsil Nazirliyi heç bir etiraz və narazılıq bildirməmiş, torpağın və qeyri-yaşayış binalarının özəlləşdirilməsinin qarşısı nı almaq üçün nə iddiaçıya, nə də başqa dövlət orqanlarına müraciət etməmişdir. Bununla da, iddiaçının böyük məbləğdə zərərə düşməsinə zəmin yaradacaq davranış nümayiş etdirmişdir. Təhsil Nazirliyi məhkəmədə vaxtında iddia qaldırsaydı, sərəncamın etibarsızlığını mübahisələndirərək onu etibarsız hesab etdirmiş olsaydı, iddiaçı ərazidə nə söküntü, nə də yeni tikinti apara bilməzdi və böyük məbləğdə zərərə də düşməzdi. Məhz buna görə də, Azərbaycan Respublikasının Təhsil Nazirliyi də hazırki iddia tələbi üzrə həmiştirakçı olmaqla, birgə cavabdeh kimi Bakı Şəhər İcra Hakimiyyəti və digər cavabdehlə birlikdə məhkəmədə iştirak etməli, vurulmuş zərəri ödəməlidir. Bundan əlavə, ziyanın vurulmasına səbəb olan digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Döv lət Xidmətidir. Çünki, hüquqi varisi olduğu Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin verdiyi şəhadətnamələr məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Etibarsızlığın bir səbəbi müvafiq sərəncamın qanunsuzluğudursa, digər səbəbi Təhsil Nazirliyinin balansında olan torpaq sahəsinin məhz Komitə tərəfindən iddiaçının adına özəlləşdirilməsidir. Komitə özəlləşdirmə və müvafiq şəhadətnamənin verilməsi proseduruna başlayaraq dövlətin mülkiyyətində olan bu torpaq sahəsinin kimin, Bakı Şəhər İcra Hakimiyyətinin, yaxud da Təhsil Nazirliyinin balansında olmasını aydınlaşdırmamışdır. Lakin göründüyü kimi, Komitə bu istiqamətdə heç bir araşdırma aparmamış və nəticədə böyük məbləğdə ziyanın vurulmasına əsas verən halların yaranmasına zəmin yaratmışdır. Bu hal Komitənin cavabdeh qismində işdə iştirakının vacibliyini ortaya qoyur. Bundan əlavə, özəlləşdirmə ilə bağlı həm torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar satınalma dəyəri olan 4.096 manat, 337.1 kv.m. qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə əlaqədar satınalma dəyəri olan 11.269 manat məhz Komitəyə ödənilmişdir. Bu hal da, hazırkı iş üzrə onun cavabdeh qismində işdə iştiraka cəlb edilməsinə faktiki və hüquqi zəmin yaradır. Təbii ki, Komitənin vurduğu zərər bu məbləğlərlə məhdudlaşmır, yuxarıda qeyd edildiyi kimi, onun özəlləşdirmə zamanı araşdırma aparmadan ərazini iddiaçıya satması son nəticədə ərazidə iddiaçı tərəfindən söküntü və tikinti işləri aparılmasına, nəticədə iddiaçı tərəfindən böyük xərclərin çəkilməsinə gətirib çıxartmışdır. Qeyd edilənlərə əsasən, ərazinin əldə edil məsində və bina inşa edilməsində iddiaçı tərəfindən heç bir qanun pozuntusu olmamışdır. Buna görə də, iddiaya ziyan vurulmasında hər 3 dövlət orqanının təqsiri olduğundan onlar birgə iştirakçı kimi cavabdeh qismində işdə iştirak edilməli və vurulan zərəri ödəməlidirlər.

8. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddia ərizəsinə qarşı verilmiş etirazında qeyd edilmişdir ki, qeyri-yaşayış və torpaq sahəsinin özəlləşdirilməsi məhkəmə qərarı əsasında ləğv edilmişdir və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı MTK-ya hər hansı maddi ziyan vurulmamışdır. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən qeyd edilən qeyri-yaşayış və torpaq sahəsinin özəlləşdirilməsi qanunvericiliyə uyğun həyata keçirilmiş, bununla əlaqədar balans saxlayıcının razılığı olmuşdur. Eyni zamanda, iddiaçı cavabdehlərdən ümumilikdə 38.663.000 manat məbləğində kompensasiya ödənilməsini tələb etsə də, ona qeyd edilən məbləğdə ziyanın vurulmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir və bu məbləğ iddiaçı tərəfindən qeyd edilən əmlakın özəlləşdirilməsi ilə bağlı dövlət büdcəsinə ödədiyi məbləğdən dəfələrlə çoxdur.

9. Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən iddia tələbinə qarşı verilmiş etirazda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi Təhsil Nazirliyinin balansında olmaqla, Universitetin istifadəsində olmuşdur. İddiaçı həmin ərazidə torpaq sahəsinin ayrılması və tikintinin aparılması məqsədilə onunla Universitet arasında bağlanmış, əsası olmayan müqaviləyə istinad edərək, Yasa mal Rayon İcra Hakimiyyətinə və Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişdir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamından görünür ki, Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 966/d nömrəli razılıq məktubu, İddiaçı MTK-nın xx.xx.2003-cü il tarixli, 02-08/1 nömrəli müraciəti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə İddiaçı MTK arasında bağlanmış müqavilə nəzərə alınaraq torpaq sahəsinin ayrılması barədə sərəncam imzalanmışdır. Sərəncamda müqaviləyə istinad edilməsinə baxmayaraq, hansı tarixli, hansı nömrəli müqavilə olduğu barədə məlumat verilməmişdir. Göründüyü kimi, tərəflər arasında heç bir rəsmi müqavilə olmamışdır. Bu məsələ qüvvədə olan məhkəmə qərarları ilə təsdiq edilmişdir. Bundan əlavə, həmin ərazidə tikinti işlər i 2005-ci ildə başlanılmasına baxmayaraq, 2007-ci ildən həmin ərazidə tikinti işləri iddiaçı tərəfindən dayandırılmışdır. Nəzərə almaq lazımdır ki, həmin tikiliyə əsas verən sənədlərin etibarsız hesab edilməsi barədə iddia məhkəməyə 2016-cı ildə verilmişdir. Yəni tikinti işləri dayandırıldıqdan 9 il sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamının etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət edilmişdir. Həmin ərazidə aparılan tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının İddiaçı MTK-ya rəsmi göstərişi olmamışdır. Faktiki olaraq İddiaçı MTK həmin ərazidə tikintinin aparılmasından imtina etmişdir. Tikintinin başa çatdırılmasından iddiaçı tərəfindən imtina edilməsinə baxmayaraq, çəkilmiş xərclərin cavabdehlərdən tələb edilməsi əsassızdır.

10. Digər tərəfdən, İddia çı MTK-nın Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “qanunsuz tikilinin sökülməsi barədə” iddiasına qarşı “pul tələbinə dair" qarşılıqlı tələb irəli sürmüş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-3334/2021 nömrəli qətnaməsi ilə qarşılıqlı iddia tələbi rədd edilmişdir. Məhkəmə qətnaməsində qeyd edilir ki, ADMİU-nun hər-hansı təqsiri ucbatından MTK-ya böyük miqdarda zərərin vurulması öz təsdiqini tapmır. Qarşılıqlı iddia tələbində göstərilən mübahisə predmeti olan həmin tikilinin inşası və ərazinin özəlləşdirilməsi, orada olan əmlakların satın alınması Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin hər hansı təqsirli və ya hüquqa zidd əməli nəticəsində baş verməsi iş materialları ilə müəyyən edilmir. Ona görə işə baxan məhkəmə hesab edib ki, qarşıl ıqlı iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mübahisə barədə qüvvədə olan məhkəmə qərarlarından görünür ki, İddiaçı MTK-nın torpaqdan istifadəyə dair sərəncam almaq üçün dövlət orqanlarına təqdim etdiyi sənədlərin hüquqi əsası olmamış və məhz bu səbəbdən də, məhkəmə qərarları ilə sərəncam və şəhadətnamə etibarsız hesab edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin (hakim A.A.Abdullayeva) 2022-ci il 16 mart tarixli, 2-1(112)-915/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, hazırkı işin hall arına əsasən, cavabdehlərin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilməmişdir. Belə olduqda, iddiaçı cavabdehlərə qarşı zərərin əvəzini tələb etmək hüququna malik deyildir. Həmçinin, cavabdehlərin hüquqa zidd hərəkəti nəticəsində iddiaçının hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmamışdır.

13. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və iddianın təmin edilməsi xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) 2022-ci il 08 sentyabr tarixli, 2-1(103)-2409/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 202 2-ci il 16 mart tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. İddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

16. Kassasiya şikayətində iddiaçı işin hallarını sadalamış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qərarlarında hansı səbəbdən kompensasiyanın ödənilməməsi əsaslandırılmamışdır. Halbuki, kompensasiya ödənilmədən mülkiyyətdən məhrum etməyə yalnız müstəsna hallarda icazə verilir. Odur ki, məhkəmələr tərəfindən kompensasiyanın təyin edilməsindən imtina edilməsi açıq şəkildə ərizəçinin Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun pozuntusudur. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

17. Ali Məhkəmənin (hakimlər: K.N.Bədəlov /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) 2023-cü il 27 aprel tarixli, 2-1(102)-146/2023 nömrəli Qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 08 sentyabr tarixli, 2-1(103)-2409/2022 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

18. Ali Məhkəmə qeyd etmişdir ki, iddiaçı dövlət orqanlarının qanuna zidd hərəkətləri nəticəsində ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etmək hüququna malik olduğundan apellyasiya məhkəməsi təkrar apellyasiya baxışı zamanı iddiaçıya vurulmuş ziyanın həcmini müəyyən etməlidir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı hazırkı iş üzrə cavabdeh qismində 3 dövlət orqanını gö stərmişdir – Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçıya dəymiş ziyanın hansı cavabdehdən (yaxud cavabdehlərdən) tutulmalı olması qənaətinə gəlmək üçün ziyanın, məhz hansı cavabdehin (yaxud cavabdehlərin) təqsirli davranışları və ya qərarları nəticəsində vurulduğunu müəyyən etməlidir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat:

19. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və O.N.İsmayılov) 2025-ci il 24 iyun tarixli, 21(103)-19/2025 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhk əməsinin 2022-ci il 16 mart tarixli, 2-1(112)-915/2022 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

20. Qərar onunla əsaslandırılmışdır ki, Ali Məhkəmənin qərarında qeyd edilən göstərişlərin icrası məqsədilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2023-cü il tarixli, 2-1(103)- 2678/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə tikintiəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilərək iş materialları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. 17 dekabr 2024-cü il tarixdə ekspert tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir. Səbəb kimi göstərilmişdir ki, tədqiq olunan tədqiqat o byektinə baxış keçirilən zaman həmin tikilinin inşası tam başa çatdırılmamış yarımçıq tikili olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, 2003-2007-ci illərə və hazırki bazar dəyərinə uyğun bu cür tikililərin satışına və qiymətinə dair məlumat olmadığı üçün müqayisə metodu ilə tədqiqat aparılması mümkün olmamışdır.

21. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-19/2025 saylı, 04 fevral 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 18 mart 2025-ci il tarixli qiymətləndirmə hesabatında qeyd edilir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 581-582 saylı məhəllələrdə çoxmərtəbəli yaşayış binasının (yarım tikili) xx.xx.2025-ci il tarixə olan bazar dəyəri 4 000 000 manat, 2003-2004-cü illər üçün bazar dəyəri 1 650 000 manat, 2005-2007-ci illər üçün bazar dəyəri 1 700 000 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-19/2025 saylı, 13 may 2025-ci il tarixli qərardadı ilə (Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 581-582 saylı məhəllədə (İnşaatçılar prospekti, 9) yerləşən ölçüsü 0,16 ha olan torpaq sahəsinin, 2 mərtəbə zirzəmi və 3 mərtəbə yaşayış və qeyri-yaşayış sahələrindən ibarət olmaqla tikintinin inşa olunmasına (təməl çuxurunun (kotlovanın) qazılması və tikintiyə sərf olunmuş tikinti materiallarının dəyəri də nəzərə alınmaqla) nə qədər pul vəsaiti sərf olunmasının müəyyən edilməsi məqsədi ilə) məhkəmə tikinti-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Əd liyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2025-ci il tarixli, 3-16-16/2-718/2025 nömrəli məktubu ilə qiymətləndirmə fəaliyyəti məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən qərardadın icrasından imtina edilmişdir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin əsassız olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 515 saylı, xx.xx.2003-cü il tarixli “Özünəməxsus ərazilərdə tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında” sərəncamı qüvvəsini almış 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-416/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə etibarsız hesab edilmişdir.

22. Göründüyü kimi, Yasamal rayonu, İnşaatçılar prospektindəki 581-582 saylı məhəllələrdə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0.16 ha torpaq sahəsi icarə əsasında həmin MTK-nin istifadəsinə verilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti başçısının 515 saylı, xx.xx.2003-cü il tarixli sərəncamı qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) olmuşdur.

23. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. İddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

25. Kassasiya şikayəti apellyasiya əsaslandırılmışdır. şikayətinin dəlillərinə uyğun şəkildə Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərar ının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiya sı məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ VƏ İŞƏ BAXİLMASİ QAYDASİ

28. Kassasiya şikayəti vaxtında verildiyi, şikayət formal baxımdan lazımi qaydada əsaslandırıldığı və şikayətçinin tələbləri göstərildiyi üçün mümkün hesab edilmişdir.

29. Kassasiya şikayətində qərardadın ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyası məhkəməsinin aktı şikayət həddində tam yoxlanılır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərarının tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya i nstansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Kollegiya qeyd edir ki, iddiaçıya maddi ziyanın və əldən çıxmış mənfəətin kompensasiya olaraq ödənilməsi üçün əsasların mövcud olub-olmaması ilə bağlı məsələ apelyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunveric iliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2025-ci il 24 iyun tarixli, 21(103)-19/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar