Məhkəmə qərarları › İş №2-1(102)-3051/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3051/2025

10.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3051/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-490/2025 nömrəli qərarında n cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 52 nömrəli xx.xx.2020-ci il tarixli yol vərəqəsindən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə (Ağcabədi - Beyləqan rayonları) və N hərbi hissədə (Fizuli (Horadiz)- Əhmədbəyli - Cəbrayıl rayonları) olmuşdur.

2. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş N nömrəli xx.xx.2020-ci il tarixli yol vərəqəsindən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə (Ağcabədi - Beyləqan – Fizuli (Horadiz)- Əhmədbəyli - Cəbrayıl – Qubadlı rayonları) olmuşdur.

3. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 69 nömrəli xx.xx.2020-ci il tarixli yol vərəqəsindən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə (Beyləqan - Fizuli (Horadiz) - Cəbrayıl - Zəngilan rayonları) olmuşdur.

4. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 9 nömrəli xx.xx.2020-ci il tarixli yol vərəqəsindən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə (Ağcabədi - Beyləqan rayonları) və N hərbi hissədə (Fizuli (Horadiz) - Əhmədbəyli - Cəbrayıl rayonları) olmuşdur.

5. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.2020-ci il tarixli 232 №-li əmrindən çıxarışdan görünür ki, “Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin 07 avqust və 18 sentyabr 2020-ci il tarixli planlarına müvafiq olaraq, aşağıda adları göstərilən hərbi qulluqçular döyüş tapşırığını yerinə yetirmək üçün 29 sentyabr 2020-ci il tarixdən qeyd olunan hərbi hissələrə getmiş hesab edilsinlər, 30 sentyabr 2020-ci il tarixdən Məktəbin ər zaq təminatından çıxarılsınlar və ərzaq attestatı ilə təmin edilsinlər: -N nömrəli hərbi hissəyə - 90. polkovnik-leytenant İddiaçı, Quru Qoşunları fakültəsinin madditexniki təminat kafedrasının avtomobil hazırlığı silsiləsinin baş müəllimi. Əsas: Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin xx.xx.2020-ci il tarixli 26/1182 nömrəli telefonoqramı”.

6. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.2020-ci il tarixli 245 №-li əmrindən çıxarışdan görünür ki, Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin xidməti yerdəyişmə planına əsasən döyüş tapşırığını yerinə yetirmək məqsədilə göndərilmiş, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin aşağıda adları çəkilən zabitlərinin Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələr in Baş Qərargah rəisinin 3 oktyabr 2020-ci il tarixli 0429 nömrəli əmrinə əsasən döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifələrinə qaytarılmaqla və əvvəlki vəzifə maaşı saxlanılmaqla N nömrəli hərbi hissədə müvafiq vəzifəyə təyin olunmuş hesab edilsinlər:

2. Polkovnik-leytenant İddiaçı, Quru Qoşunları fakültəsinin maddi-texniki təminat kafedrasının avtomobil hazırlığı silsiləsinin baş müəllimi – Maddi - X3 Avtomobil Xidməti Rəisi. Əsas: müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli 0429 nömrəli əmrindən çıxarış (dax ol.№ 478).

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Fəxri Fərmandan görünür ki, iddiaçı yüksək döyüş hazırlığının, döyüş qabil iyyətinin təmin olunmasında şəxsi heyətin mənəvi ruhunun və şüurlu intizamın möhkəmləndirilməsində, döyüş tapşırıqlarının yerinə yetirilməsində əldə etdiyi nailiyyətlərə görə təltif olunmuşdur.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən verilmiş yanvar N-ci il tarixli Fəxri Fərmandan görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan “Vətən müharibəsi” dövründə arxa cəbhədə göstərdiyi yüksək peşəkarlıq və fədakarlığa görə təltif olunmuşdur.

9. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.N-ci il tarixli 22 №-li əmrindən çıxarışdan görünür ki, Baş Qərargah rəisinin müavini-Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin “Səfərbərlik zamanı yerdəyişmə Planı”na uyğun olaraq, döyüş əməli yyatları başa çatdıqdan sonra öz vəzifələrinə qaytarılmaqla və əvvəlki vəzifə maaşı saxlanılmaqla N nömrəli hərbi hissədə müvafiq vəzifələrə təyin edilən aşağıda adları çəkilən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin zabitləri, Azərbaycan Respublikasının Müdafiə nazirinin 16 yanvar N-ci il tarixli 0101 nömrəli əmrinə əsasən əvvəlki vəzifələrinə qaytarıldıqlarına görə 23 yanvar N-ci il tarixdən, N nömrəli hərbi hissədən gəlmiş hesab edilsinlər, ərzaq təminatına daxil edilsinlər, vəzifələrinin icrasına başlasınlar:

2. Polkovnik-leytenant İddiaçı, X4-X3 avtomobil xidməti rəisi-Quru qoşunları fakültəsinin maddi-texniki təminat kafedrasının avtomobil hazırlığı silsiləsinin baş müəllimi. Əsas: Azərbaycan Respublikasının müdafiə nazirinin xx.xx.N-ci il tarixli 0101 nömrəli əmrindən çı xarış, N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 144, 147, 148, 149, 150, 151, 152, 153, və 154, nömrəli təyinat vərəqələri. 10. 4 saylı DOST Mərkəzinin xx.xx.2022-ci il tarixli **********3 nömrəli arayışından görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən 80 manat məbləğində Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü müddətsiz təyin edilmişdir.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi Sosial Müavinət və təqaüd haqqında arayışdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən 80 manat məbləğində Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü müddətsiz təyin edilmişdir.

12. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin xx.xx.2022-ci il tarix li 653 nömrəli məktubu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kadrlar İdarəsinə bildirilmişdir ki, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarə rəisinin 28 sentyabr 2020-ci il tarixli 26/118 nömrəli telefonoqramına əsasən 051, N və N nömrəli hərbi hissələrin tamamlama mərkəzlərinə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən ezam olunmuş hərbi qulluqçularının adları “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının Müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim olunmuşdur. X5 Baş İdarəsi Hərbi Təhsil İdarəsinin Təhsil şöbəsinin rəisi-idarə rəisinin müavininin 29 noyabr Nci il tarixli 707 nömrəli məktubuna əlavə olaraq göndərdiyi Nazirlər Kabinetinin qərarına əsasən göstərilən meyarların 1-ci, 2-ci və 3-cü bəndlərinə uyğun olmadığı üçün həmin hərbi qulluqçuların ad larının “Müharibə veteranı” və “Azərbaycan Respublikasının Müharibə veteranı” vəsiqəsinin verilməsi haqqında siyahıdan çıxarılması barədə müvafiq qərar qəbul edilməsi üçün göndərilir. Məktuba qoşmada Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən tamamlama hərbi hissələrinə ezam olunmuş hərbi qulluqçuların adlı siyahısından görünür ki, iddiaçının adı 5-cı sırada göstərilmişdir.

13. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/3-7792 saylı məktubu ilə İddiaçı nümayəndəsinə bildirilmişdir ki, “Vətən müharibəsi” dövründə istefada olan polkovnik-leytenant İddiaçı Müdafiə Nazirliyinin tabeçiliyində olan N nömrəli hərbi hissədə xidmət keçmişdir. Bununla əlaqədar olaraq ona “Müharibə veteranı” statusu verilmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N-ci il tarixli müvafiq əmrinə əsasən istefada olan polkovnik-leytenant İddiaçı “Vətən müharibəsi” dövründə xidmət keçdiyi N nömrəli hərbi hissə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin siyahısında olmadığına və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb rəisinin xx.xx.2022-ci il tarixli 653 nömrəli məktubuna əsasən istefada olan polkovnik-leytenant İddiaçı verilmiş “Müharibə veteranı” statusu ləğv olunmuş və ona təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi dayandırılmışdır.

14. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”nın xx.xx.2023-cü il tarixli 4/3-1838 nömrəli məktubundan görünür ki, N (,) nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyib. Əsas: Azərbaycan Ordusunun “Vətən Müharibəsi” dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında” müdafiə nazirinin 04 mart N-ci il tarixli 062 nömrəli əmri.

15. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası”nın xx.xx.2023-cü il tarixli 4/3-4514 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə daxil olmuş xx.xx.2022-ci il tarixli 26/05 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasın da baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikasının Müdafiə nazirinin 04 mart N-ci il tarixli əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixədək döyüşən hərbi hissələrin siyahısında olmadığına görə vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.

16. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-25-11/22687/23 saylı məktubu ilə göndərilmiş N №-li hərbi hissə rəisinin xx.xx.2023-cü il tarixli 14/1550 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən 037, 006, 1N, N və N nömrəli hərbi his sələr N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişlər.

17. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının xx.xx.2023-cü il tarixli ***-**** nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya daxil olmuş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli 3-25-11/2-675/2023 və 3-25-11/2- 2567/2023 nömrəli məktublarınıza cavab olaraq bildiririk ki, vətəndaş İddiaçı komissiyaya xx.xx.2022ci il tarixdə müraciət etmiş, sənədlə rinə xx.xx.2023-cü il tarixli iclasda baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən qoşmada göstərilən məzmunda cavab verilmişdir”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

18. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (və dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək “iddiaçının “Müharibə veteranı” adının ləğv edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək ona “Müharibə veteranı” adının ləğv edildiyi 2022ci ilin aprel ayından təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 27 iyul 1996-cı il tarixdən 25 dekabr N-ci il tarixə kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. 2-ci Qarabağ Müharibəsi zamanı polkovnik-leytenant hərbi rütbəsində xidmət etdiyi Heydər Əliyev adına Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbindən döyüşlərin hərtərəfli təminatı ilə bağlı döyüş əməliyyatlarında iştirak edən N saylı hərbi hissədə ezamiyyətdə olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı vuruşmuşdur. İddiaçı 25 dekabr N-ci il tarixdə “Hərbi xidmət haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən xəstəliyi ilə bağlı Ordu sıralarından ehtiyata tərxis olunmuşdur. Hərbi xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə bilavasitə və fəal iştirak etməsinə baxmayaraq, cavabd eh iddiaçıya əvvəlcə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi qərarı qəbul etmiş, sonra isə heç bir səbəb olmadan həmin addan məhrum etmişdir. İddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün müraciət etmiş, lakin cavabdehin 05 iyul 2022-ci il tarixli 4/3- 7792 saylı imtina məktubunda Azərbaycan Respublikasının müdafiə nazirinin xx.xx.N-ci il tarixli müvafiq əmrinə əsasən iddiaçının “Vətən müharibəsi” dövründə xidmət keçdiyi N nömrəli hərbi hissənin döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin siyahısında olmadığına və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb rəisinin xx.xx.2022-ci il tarixli 653 nömrəli məktubuna əsasən, “Müharibə veteranı” statusunun ləğv edildiyi və ona təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünü n ödənilməsinin dayandırıldığı bildirilmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri əsassız və qanunsuzdur. Belə ki, cavabdehin N saylı hərbi hissəsindən verilmiş 9, 52, N və 69 saylı yol vərəqələrindən göründüyü kimi iddiaçı həmin hərbi hissələrdə döyüşlərin hərtərəfli təminatı ilə bağlı Heydər Əliyev adına Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbindən cavabdehin N saylı hərbi hissəsində hərbi xidmət keçərkən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüş gedən ərazilərdə: Ağcabədi, Beyləqan, Füzuli, Horadiz, Əhmədbəyli, Cəbrayıl və Qubadlı ərazilərində xidməti ezamiyyətlərdə olmuşdur. Həmin hərbi hissələrdə xidmət edərkən, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları almış və yerinə yetirmiş, ona təltiflər v erilmişdir.

20. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisinin xx.xx.2022-ci il tarixli 653 nömrəli məktubun surətindən görünür ki, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarə rəisinin 28 sentyabr 2020-ci il tarixli 26/118 nömrəli telefonoqramına əsasən 051, N və N nömrəli hərbi hissələrin tamamlama mərkəzlərinə Heydər Əliyev adına Ali Hərbi Məktəbdən ezam olunmuş hərbi qulluqçuların adları “Müharibə veteranı və vəsiqəsinin verilməsi” üçün təqdim edilmişdir. Sözügedən məktubda Şəxsi Heyət Baş İdarəsinin Təhsil şöbəsinin rəisi idarə rəisinin müavinin 29 noyabr N-ci il tarixli 707 nömrəli məktubuna əlavə olaraq göndərilmiş Nazirlər Kabinetinin qərarına əsasən göstərilən meyarların 1, 2 və 3-cü bəndlərinə uyğ un olmadığı üçün həmin hərbi qulluqçuların adlarının “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” haqqında komissiyaya təqdim edilmiş siyahıdan çıxarılması üçün məktub ünvanlandığı görünür. Bundan başqa, cavabdehin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya”nın vətəndaşa nümayəndəsi Vəkil1 ünvanlandığı xx.xx.2022-ci il tarixli 4/37792 nömrəli məktubundan görünür ki, istefada olan İddiaçı, Vətən müharibəsi zamanı N nömrəli hərbi hissədə xidmət keçdiyi üçün ona “Müharibə veteranı” statusu verilmişdir. Həmçinin həmin məktubun ikinci abzasından görünür ki, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N-ci il tarixli müvafiq əmrinə əsasən İddiaçı “Vətən müharibəsi” dövründə xidmət keçdiyi N nömrəli hərbi hissə döyüş fəaliyyətlər ində iştirak edən hərbi hissə və bölmələrin siyahısında olmadığına və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisinin yuxarıda sözügedən məktubuna əsasən sonuncuya verilmiş “Müharibə veteranı” statusu ləğv edilmiş və ona təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi dayandırılmışdır. Habelə sözügedən komissiyanın xx.xx.2023-cü il tarixli 4/31838 nömrəli məktubunun surətindən görünür ki, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Qeyd edilənləri nəzərə alaraq cavabdehin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Beləliklə, əlavə edilmiş sənədlərdən g örünür ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin qeyd edilən məktubu əsasında 051, N və N nömrəli hərbi hissələrin tamamlama mərkəzlərinə ezam olunmuş hərbi qulluqçuların adları “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” üçün təqdim edilmiş və ümumi siyahıya əsasən həmin hərbi qulluqçulara “Müharibə veteranı” statusu verilmişdir. Lakin Azərbaycan Respublikasının müdafiə nazirinin xx.xx.N-ci il tarixli müvafiq əmri ilə “Vətən müharibəsində” iştirak edən hərbi hissələrin siyahısı müəyyən edildiyindən və N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmədiyini nəzərə alaraq iddiaçıya verilmiş “Müharibə veteranı” statusu ləğv edilmiş və Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi dayandırılmışdır. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

21. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1828/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – M.Qarayeva).

22. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən kifayət qədər sübutlar – sənədlər məhkəmə tərəfindən müəyyən edilərək tədqiq edilmişdir. Bütün bu sadalan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən iddiaçının iddiasın ın təmin edilməsi üçün əsasdır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar iddiaçının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən mötəbər sübutlardır.

23. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-495/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1828/2023 nömrəli qərarı ləğv edilərək iddia rədd olunmuşdur (sədrlik edən – Ş.Məmmədova, hakimlər – C.Yusifov, P.Hüseynov).

25. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Heydər Əliyev adına Ali Hərbi Məktəbdən N nömrəli hərbi hissəyə ezam olunduqdan sonra hərbi hissənin maddi X3 avtomobil xidməti rəisi vəzifəsinə təyin edilmişdir, lakin N (,) nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyib. Həmçinin, o da müəyyən olunur ki, N nömrəli hərbi hissə N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir, lakin iddiaçı həmin hərbi hissəyə ezam olunmamış, yəni həmin hərbi hissədə ümumiyyətlə olmamışdır.

26. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərarı çıxarılmasını xahiş etmişdir. c Kassasiya instansiyası məhkəməsində birinci icraat

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2030/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-495/2024 nömrəli qərarı ləğv edilmişdir. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir (sədrlik edən – Z.Quliyev, hakimlər – R.Nəbizadə, K.Bədəlov).

28. Qərarda qeyd olunmuşdur ki, apellyasiya instansiyası hazırkı iş üzrə nəticəyə gələrkən qərarında göstərmişdir ki, iddiaçı Heydər Əliyev adına Ali Hərbi Məktəbdən N nömrəli hərbi hissəyə e zam olunduqdan sonra hərbi hissənin maddi X3 avtomobil xidməti rəisi vəzifəsinə təyin edilmişdir, lakin N (,) nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyib. Həmçinin o da müəyyən olunur ki, N nömrəli hərbi hissə N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir, lakin iddiaçı həmin hərbi hissəyə ezam olunmamış, yəni həmin hərbi hissədə ümumiyyətlə olmamışdır”. Halbuki yuxarıda artıq göstərildiyi kimi, iddiaçıya cavabdehin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən, o cümlədən döyüş tapşırıqlarının yerinə yetirilməsində əldə etdiyi nailiyyətlərə görə xx.xx.2020-ci il tarixdə Fəxri Fərman verilmiş, bundan başqa hərbi hissə komandirinin yanvar N-ci il tarixli Fəxri Fərmanında göstərilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə xüsusi xidmətlərinə görə “Vətən müharibəsi” dövründə arxa cəbhədə göstərdiyi yüksək peşəkarlıq və fədakarlığa görə təltif olunmuşdur, eyni zamanda, iddiaçı hərbi xidmətdə fərqlənməyə görə Azərbaycan Respublikası Prezidentinin adından 3-cü dərəcəli medalla təltif edilmişdir.

29. Bununla yanaşı qeyd edilməlidir ki, yuxarıda artıq göstərildiyi kimi, N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli yol vərəqələrindən görünür ki, iddiaçı N və N saylı hərbi hissələrdə olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi işdə belə fərqli sənədlər olduğu hald a, bu istiqamətdə həqiqəti üzə çıxartmaq üçün tam və hərtərəfli araşdırma ümumiyyətlə aparmamış, halbuki ən azından N saylı hərbi hissəsinin, eləcə də N saylı hərbi hissəsinin komandirlərinə sözügedən məsələ ilə bağlı sorğular göndərilməli idi, lakin apellyasiya məhkəməsi bunu etməmişdir.

30. Digər tərəfdən, cavabdeh iddiaçıya “müharibə veteranı” statusunu vermiş, sonradan onu ləğv etmişdir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi həmin məsələni də araşdırmamışdır. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

31. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-490/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1828/2023 nömrəli qərarı dəyişdiril mədən saxlanılmışdır (sədrlik edən – K.Əkbərov, hakimlər – N.Nəbizadə, İ.Şirinov).

32. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin iddiaçıya verilmiş Müharibə veteranı statusunun ləğvi ilə bağlı hərəkətləri, həmçinin də iddiaçının həmin statusunun bərpası ilə bağlı müraciəti üzrə imtinası qanunsuz olmaqla yanaşı, həm də əsassız olmuşdur. Belə ki, iddiaçıya Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən, o cümlədən döyüş tapşırıqlarının yerinə yetirilməsində əldə etdiyi nailiyyətlərə görə xx.xx.2020-ci il tarixdə Fəxri Fərman verilmiş, bundan başqa, hərbi hissə komandirinin yanvar N-ci il tarixli Fəxri Fərmanında göstərilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə xüsusi xidmətlərinə görə “Vətən müharibəsi” dövründə arxa cəbhədə göstərdiyi yüksək peşəkarlıq və fədakarlığa görə təltif olunmuşdur, eyni zamanda iddiaçı hərbi xidmətdə fərqlənməyə görə Azərbaycan Respublikası Prezidentinin adından 3-cü dərəcəli medalla təltif edilmişdir.

33. Eyni zamanda, iş materiallarına əlavə edilmiş N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli yol vərəqələrindən görünür ki, iddiaçı N və N saylı hərbi hissələrdə olmuşdur. Göründüyü kimi, tədqiq edilmiş sübutlar iddiaçının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən mötəbər sübutlardır. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin sənədlərin cavabdeh tərəfindən nəzərə alınmaması həm də ədalə tsiz olmuşdur. Belə ki, cavabdehin qanunsuz hərəkətləri Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində (Vətəni müdafiə) nəzərdə tutulmuş vəzifəni layiqincə yerinə yetirən, hətta buna görə ən yüksək səviyyədə təltif edilmiş iddiaçının hüquqlarının kobud şəkildə pozulması fonunda, sosial ədalətin pozulmasına səbəb olmuşdur.

34. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisinin xx.xx.2020-ci il tarixli 232 nömrəli əmrində iddiaçının N nömrəli hərbi hissəyə ezamiyyət göndərilməsi qeyd edil sə də, iddiaçı N nömrəli hərbi hissəyə deyil, həmin hərbi hissənin döyüşlər başlamazdan əvvəl dislokasiya olunduğu yerə, yəni N nömrəli hərbi hissəyə ezam olunmuşdur. (Hərbi məktəbdə əmr verilərkən texniki səhv kimi N nömrəli hərbi hissəyə göndərildiyi yazıla bilər) İddiaçı da öz iddia ərizəsində N nömrəli hərbi hissəyə deyil, N nömrəli hərbi hissəyə ezam edildiyini qeyd etmişdir. Həmçinin N nömrəli hərbi hissədən daxil olan N avqust 2023-cü il tarixli 1404 nömrəli məktubun surətindən də göründüyü kimi iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissəyə ezam edilməmişdir.

36. Bundan başqa, N nömrəli hərbi hissə komandirinin iddiaçının adına təqdim etdiyi fəxri fərmanda da onun arxa cəbhədə göstərdiyi yüksək peşəkarlığa görə təltif olunduğu qeyd edilmiş və məlum olur ki, iddiaçı arxa cəbhədə xidməti vəzifələrinin icrası ilə bağlı tapşırıqları yerinə yetirmişdir.

37. Habelə, iddianın təmin edilməsində əsas kimi götürülən yol vərəqələrinə nəzər saldıqda görüləcək ki, həmin yol vərəqələri həqiqəti əks etdirmir, həmçinin həmin yol vərəqəsindəki qeydlər təqdim etdikləri cədvəl üzrə iddiaçının həmin ərazilərə ezam getmədiyini sübut edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir

39. Etiraz iddia ərizəsinə və apellyasiya məhkəməsinin əsaslandırmasına uyğun tərtib edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 40. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Aşağıdakılar müharibə veteranları sayıl ırlar:.... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd

1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ər azi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçini n 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edil diyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.

42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahat ları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiya sı məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

44. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

45. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

46. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi müharibə veteranı adı və vəsiqəsinin verilməsinə nail olmaqdır.

47. Birinci instansiya məhkəməsi və təkrar apellyasiya baxışı zamanı məhkəmə iddiaçının iddia tələbini əsaslı hesab edərək iddianın təmin edilməsi nəticəsinə gələrkən qeyd etmişlər ki, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş dispozisiya şərtləri, o cümlədən iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi yol vərəqələri, eləcə də fəxri fərman və medallar kimi mötəbər sübutlarla müəyyən edilir.

48. Apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayan cavabdeh kassasiya şikayətində iddianın rədd edilmə əsası kimi iddiaçının bilavasitə döyüş tapşırığını icra etmədiyini, döyüş əməliyyatlarının aparıldığı hərbi hissələrə ezam edilmədiyini, yol vərəqələrinin tarixlərində uyğunsuzluğun olmasını və təltiflərin arxa cəbhə ilə bağlı verilməsini göstərmişdir.

49. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia rədd edilməlidir.

50. İşin hallarından göründüyü kimi, iddiaçı N nömrəli hərbi hissəyə ezam edilmiş, bununla əlaqədar olaraq ona “Müharibə veteranı” statusu verilmişdir. Daha sonra Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin siyahısında olmadığına görə iddiaçının “Müharibə vetera nı” statusu ləğv olunmuşdur.

51. İş materiallarında olan cavabdehin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”nın xx.xx.2023-cü il tarixli 4/31838 nömrəli məktubundan göründüyü kimi N (,) nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir.

52. Bundan başqa, Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrindən görünür ki, 037, 006, 1N, N və N nömrəli hərbi hissələr N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişlər.

53. Mübahisələndirilən məhkəmə qərarından göründüyü kimi məhkəmə iş materiallarına əlavə edilmiş yol vərəqələrini əsas göt ürməklə iddiaçının həmin hissələrin tərkibində ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi qənaətinə gəlmişdir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi N nömrəli hərbi hissədən fərqli olaraq N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmiş, iddiaçı isə məhz N nömrəli hərbi hissəyə, yəni döyüş əməliyyatlarında iştirak etməmiş hərbi hissəyə ezam olunmuşdur. İddiaçının N nömrəli hərbi hissəyə ezam edilməsi isə iş materialları ilə sübut edilməmişdir.

55. İş üzrə əvvəlki kassasiya qərarının göstərişlərindən göründüyü kimi təkrar apellyasiya baxışı zamanı hərbi hissələrə sözügedən məsələ ilə bağlı sorğular göndərilməsi tapşırılmışdır.

56. Təkrar apellyasiya baxışı zamanı buna dair sorğular verilsə də, iddiaçının sözü gedən hə rbi hissələrin tərkibində ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsinə dair sənədlər əldə edə bilməmişdir. Buna baxmayaraq işə baxan məhkəmə kollegiyası yol vərəqələri və təltifləri əsas götürməklə iddia tələbini təmin etmişdir.

57. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir.

58. Həmin Əsasnamənin imperativ tələbi ondan ibarətdir ki, şəxsin dö yüş zonasında aktiv döyüş əməliyyatlarına iştirakı və ya döyüş tapşırığı ilə bağlı hallar hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edildikdə ona müharibə veteranı adı və vəsiqəsi verilə bilər.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Müharibə veteranı adını n verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır”.

60. Lakin yuxarıda da qeyd edildiyi kimi iddiaçının döyüş zonasında aktiv döyüş əməliyyatlarında iştirak edən hərbi hissəyə ezam edilməsi, iddiaçının bilavasitə döyüş aparılan hərbi hissələrin tərkibində ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsinə iş materialları il ə sübut olunmur.

61. Məhkəmə kollegiyası bir məqamı da vurğulamağı zəruri hesab edərək qeyd edir ki, iş materiallarında olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.2020-ci il tarixli 232 nömrəli əmrində iddiaçının N nömrəli hərbi hissəyə ezamiyyət göndərilməsi bildirilsə də, iş materiallarından aşkar surətdə məlum olur ki, iddiaçı N nömrəli hərbi hissəyə deyil, həmin hərbi hissənin döyüşlər başlamazdan əvvəl dislokasiya olunduğu yerə, yəni N nömrəli hərbi hissəyə ezam olunmuşdur. N nömrəli hərbi hissədən daxil olan N avqust 2023-cü il tarixli 1404 nömrəli məktubun surətindən də göründüyü kimi, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissəyə ezam edilməmişdir. İddiaçı özü də iddia ərizəsində məhz N nömrəli hərbi hissəyə ezam olun duğunu bildirmişdir.

62. Bundan başqa, məhkəmə kollegiyası iddiaçının təltif edilməsi ilə bağlı da apellyasiya məhkəməsinin mövqeyini də qəbul etməyərək bildirir ki, iş materialları ilə iddiaçının adına verilmiş iki fəxri fərman və medal mövcuddur. Qeyd edilmiş fərman və medallar isə iddiaçının döyüş aparılan hərbi hissələrə ezam edilməsi və ya həmin hərbi hissələrin tərkibində ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsinə əsas vermir.

63. Belə ki, həmin təltiflərdən biri, yəni N nömrəli hərbi hissəsinin komandiri tərəfindən verilmiş yanvar N-ci il tarixli Fəxri Fərman “Vətən müharibəsi” ilə bağlı verilsə də, fərmandan göründüyü kimi iddiaçıya məhz arxa cəbhədə göstərdiyi yüksək peşəkarlıq və fədakarlığa görə verilmişdir. Məhkəmə kollegiyası bir məqamı da diqqətə çatdırar aq bildirir ki, hazırkı iddianı təmin edərkən məhkəmələr adıçəkilən fərmanın məzmununu dəyişdirilmiş şəkildə verməklə (“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə xüsusi xidmətlərinə görə “Vətən müharibəsi” dövründə arxa cəbhədə göstərdiyi yüksək peşəkarlıq və fədakarlığa görə”), yəni fərmanda əks olunmayan “döyüşlərdə xüsusi xidmətlərinə görə” ifadəsini əlavə etməklə texniki səhvə yol vermişlər.

64. Digər təltif olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Fəxri Fərmanı ilə bağlı qeyd edilməlidir ki, bu fərmanda da iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsinə görə deyil, məhz döyüş hazırlığının, döyüş qabi liyyətinin təmin olunmasında şəxsi heyətin mənəvi ruhunun və şüurlu intizamın möhkəmləndirilməsində, döyüş tapşırıqlarının yerinə yetirilməsində əldə etdiyi nailiyyətlərə görə verilmişdir. Digər tərəfdən də adıçəkilən hərbi hissəsi döyüşən hərbi hissələrin siyahısında olmadığından həmin hərbi hissənin iddiaçı barədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsinə görə Fərman verilməsi də mümkün görünmür.

65. Hərbi Xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalına münasibətdə isə nəzərə alınmalıdır ki, bu medal iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsinə görə verilməmişdir.

66. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının haz ırkı məzmunda tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun sayılmalıdır.

67. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir

68. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-490/2025 nömrəli qərarı ləğv edilsin və yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar