Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3059/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pasport qeydiyyatından çıxarılmadan imtina) 18.02.2026 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “İskəndərova Arzu Yadigar qızının, X2 ona məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanda yerləşən 9B saylı evin, 40 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarıl ması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)669/2025 nömrəli 11 iyul 2025-ci il tarixli qərarından üçüncü şəxs İskəndərova Arzu Yadigar qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanda yerləşən 9B saylı evin 40 nömrəli mənzilinin mülkiyyətçisidir.
2. İddiaçının oğlu X4 ilə Novruzova Arzu Yadigar qızı arasında 2005-ci ildə nikah bağlanmış və sonuncu iddiaçının mülkiyyətində olan mənzilə gəlin köçmüşdür.
3. İskəndərova Arzu Yadigar qızı Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanda yerləşən 9B saylı evin, 40 nömrəli mənzilində xx.xx.2005-ci il tarixdən, X 3 (iddiaçının nəvəsi) isə həmin mənzildə xx.xx.2012-ci il tarixdən pasport qeydiyyatındadır.
4. Nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, X4 ilə Novruzova Arzu Yadigar qızı arasında bağlanmış nikah 11 noyabr 2006-cı il tarixdə pozulmuşdur.
5. Sumqayıt Şəhər Məhkəməsinin 2-1678 saylı 23 iyul 2007-ci il tarixli qətnaməsi ilə Novruzova Arzu Yadigar qızının azyaşlı qızı ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanda yerləşən 9B saylı evin, 40 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir.
6. İddiaçının oğlu X4 xx.xx.2023-cü il tarixdə “miokardın kəskin transmural infarktı”ndan vəfat etmişdir.
7. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək, gəlini İskəndərova Arzu Yadigar qızının və nəvəsi X2 Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanda yerləşən 9B saylı evin, 40 nö mrəli mənzilindən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İskəndərova Arzu Yadigar qızının və X2 ona məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanda yerləşən 9B saylı evin, 40 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanda yerləşən 9B saylı evin, 40 nömrəli mənzil onun xüsusi mülkiyyətindədir. Üçüncü şəxs İskəndərova Arzu Yadigar qızı onun keçmiş gəlini, N ovruzova Mədinə isə onun nəvəsidir. Belə ki, üçüncü şəxs İskəndərova Arzu Yadigar qızı oğlu X4 ilə 2005-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, 2006-cı ildə isə onların arasında olan rəsmi nikah pozulmuşdur. 2007-ci ildən onlar ona məxsus mənzildə yaşamır. Onların ona məxsus mənzilə heç bir hüquqları yoxdur. Bunun üçün Sumqayıt Şəhər Polis idarəsinə ərizə ilə müraciət edərək, onların ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Lakin ərizəsi təmin olunmamış və ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
10. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İskəndərova Arzu Yadigar qızı və X3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraa tına cəlb edilmişlər.
11. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-2307/2025 nömrəli 19 fevral 2025ci il tarixli qərarı ilə (hakim R.Həsənov) iddia təmin edilmiş, İskəndərova Arzu Yadigar qızının, X2 İddiaçı məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanda yerləşən 9B saylı evin, 40 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi üzrə İskəndərova Arzu Yadigar qızının, X1 mənzilə pasport qeydiyyatına düşməsi onun həmin mənzildə istifadə hüququnun yaranmasına əsas ola bilməz. Qeyd olunan mənzil 3-cü şəxs ilə yaxın qohum münasibətlərində olan şəxsin, yəni Azərbaycan Respublikası Mülk i Məcəlləsinin 228.5-ci maddəsində qeyd olunan şəxslərin (Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenum qərarında həmin şəxslərin dairəsi müəyyən edilib) dairəsinə daxil olsaydı onun həmin mənzildə istifadə hüquqları yaranmış olardı. Lakin həmin şəxsin pasport qeydiyyatına düşdüyü mənzil yaxın qohumu olmayan iddiaçının mülkiyyətində olduğuna görə həmin mənzilə 3-cü şəxlərin istifadə hüququ Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaranmalı idi. Qeyd olunan Məcəllənin 228.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin notarial qaydada verdiyi razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı vaxtdan şəxsin mənzildən istifadə hüququ yaranır. İddiaçının bildirdiyinə görə qeyd olunan ərizə DƏDRX-də qeydiyyata alınmayıb.
13. Üçüncü şəxslər qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. apellyasiya instansiyası məhkəməsində icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-669/2025 nömrəli, 11 iyul 2025-ci il tarixli qərarı ilə (hakimlər: T.Axundov /sədrlik edən və məruzəçi/, H.Babayeva və V.Hacıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Üçüncü şəxs İskəndərova Arzu Yagidar qızı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xa hiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk növbədə inzibati orqanın vəzifəsi yetərincə əsaslar olduqda şəxsin qeydiyyatdan çıxarılmasını həyata keçirməkdir. Bunun üçün qeydiyyatdan çıxarılmalı olan şəxsin həmin mənzilə istifadə hüquqlarına xitam verilməsi ilə bağlı məhkəmə aktı olmalıdır. Konkret halda 3-cü şəxslərin mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi ilə bağlı məhkəmə aktı yoxdur. Əksinə, qanun qüvvəsini almış və 2007-ci ildə qəbul edilmiş məhkəmə aktı ilə 3-cü şəxslərin qeyd olunan mənzilə köçürülmələri qət edilmiş və həmin qətnamədə işə baxan məhkəmə bu şəxslərin mənzilə istifadə hüquqlarının olub-olmamasına da qiymət vermiş və onların bu mənzilə istifadə hü quqlarının olması qənaətinə gəlmişdir. Belə ki, qeyd edilən qətnamə qəbul edilən zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53-64-cü maddələrinə istinad edilmişdir ki, bu normalar da icarədar-mülkiyyətçi ilə bir mənzildə yaşayan və onun razılığı ilə köçürülən şəxsin mənzil hüquqlarından bəhs edir. Üçüncü şəxs iddiaçının oğlu ilə ailə həyatı qurmaqla bu mənzilə gəlin köçmüş və mülkiyyətçi, onun oğlu ilə birgə təsərrüfat idarə etmiş və bu mənzildə bir övladı da anadan olmuşdur. Qətnamə 2007-ci ildə qəbul olunan zaman məhkəmənin hazırkı qərarda istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.5-cti maddələri də tətbiq edilirdi, lakin məhkəmə həmin normalara istinad etməklə iddianı rədd etməmiş, əksinə AR Mənzil Məcəlləsinin 53, 54-cü maddələrinə istinad etmiş və qətnamədə də qeyd edilmişdir ki, heç kim yaşadığı mənzildən çıxarıla bilməz və heç kimi yaşadığı mənzildən istifadə hüququ məhdudlaşdırıla bilməz. Məhkəmənin qeyd olunan qətnaməsi qüvvədədir, ləğv olunmamışdır və bu halda həmin qətnamə qüvvədə olduğu üçün inzibati orqan da A.İskəndərovanı mənzildən qeydiyyatdan çıxarmamaqda haqlı olmuşdur. Nə qədər ki, qətnamə qüvvədədir, yalnız A.İskəndərovanın və M.Novruzovanın mənzilə istifadə hüququna xitam verilməsi barədə məhkəmə aktı olduğu halda onların qeydiyyatdan çıxarılmalarından danışıla bilər. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin ya şayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ- əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ- əmlakın (əşyanı n) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən isti fadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu:
2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sə nədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 1. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınma sını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.” 20. “İ nzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğu n olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqd im olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
21. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarı.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahis ənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəl lənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Kassasiya şikayəti 3-cü şəxs İskəndərova Arzu Yadigar qızı tərəfindən verildiyi üçün apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı yalnız ona münasibətdə yoxlanılacaqdır. Çünki digər 3-cü şəxs X3 (yetkinlik yaşında olan şəxs) tərəfindən kassasiya şikayəti veril məmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı kassatora münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qə rarı kassatora münasibətdə ləğv edilməli və həmin hissədə iddia rədd olunmalıdır.
27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının kassatora münasibətdə ləğvini və iddianın ona münasibətdə rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi onun mülkiyyətində olan mənzildən üçüncü şəxs olan keçmiş gəlini İskəndərova Arzu Yadigar qızının pasport qeydiyyatından çıxarılmasına nail olmaqdan ibarətdir.
29. İşə baxmış məhkəmələr iddianın təmin edilməsi qənaətinə gələrkən hüquqi mövqelərini onunla əsaslandırmışlar ki, “üçüncü şəxslər ümumiyyətlə uzun müddətdir mübahisəli mənzildə yaşamırlar. Qeyd edilən hal həm apellyasiya şikayətinin dəlillərində, həm də iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2-1678 saylı, 23 iyul 2007ci il tarixli qətnaməsi ilə də təsdiq edilir. Belə ki, apellyasiya şikayətində kirayədə qaldıqlarını qeyd etmişlər, eyni zamanda müvafiq qətnaməyə məhkəmə kollegiyası tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, İskəndərova Arzu Yadigar qızı 2006-cı ilin avqust ayının 18-i evdən getmiş və bir daha geri qayıtmamışdır. Daha sonra müvafiq məhkəmə qətnaməsi ilə həmin mənzilə köçürülsə də, bir müddət sonra (2007-ci ildən) oranı könüllü tərk edərək az yaşlı uşağı ilə birlikdə özünə başqa daimi yaşayış yeri seçmiş və təxminən 18 ildir ki həmin mənzildə yaşamır. Bir sözlə üçüncü şəxslər iddiaçıya məxsus evdə pasport qeydiyyatında olsalar da, onların qeydiyyatı formal xarakter daşımışdır. Üçüncü şəxslər hazırda da, iddiaçıya məxsus evdə yaşamır. İşin bu halı üçüncü şəxsin etiraf edici izahati ilə də öz təsdiqini tapmışdır. Həmçinin məhkəmələr Sumqayıt Şəhər Məhkəməsinin 2-1678 saylı, 23 iyul 2007-ci il tarixli qətnaməsinə, yəni üçüncü şəxslərin mübahisəli mənzilə köçürülməsi ilə bağlı apellyasiya şikayətinin əsas dəlilinə münasibətdə qeyd etmişlər ki, həmin şəxslərin qeyd edilən mənzilə köçürülməsi müvafiq qətnamə ilə həyata keçirilsə də, mənzili könüllü olaraq tərk etməsi, yəni, 2007-cı ildən hazırki müddətədək həmin mənzildə yaşamamaları və bu illər ərzində də, özlərinə daimi əsaslarla başqa yaşayış yerini seçmələri üçüncü şəxslərin mübahisəli mənzildən istifadə hüquqlarını istisna edir. Yəni, həmin istifadə hüququnun yaranmasına əsas olmuş zərurət artıq aradan qalxmışdır”.
30. İşə baxmış məhkəmələrin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası əvvəla Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında sərgilənən “mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədləri” ilə bağlı hüquqi mövqeyini xatırlatmağı vacib sayır:
31. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir.
32. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, “Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmad an, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.”
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında hesab etmişdir ki, “məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz.”
34. İşə baxmış mə hkəmələr iddiaçının ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılmasını tələb etdiyi 3-cü şəxs İskəndərova Arzu Yadigar qızının mübahisəli mənzildə uzun müddət yaşamaması səbəbindən onun həmin mənzilə istifadə hüququnun olmadığı qənaətinə gəlmişlər. Lakin bu zaman məhkəmələr İskəndərova Arzu Yadigar qızının mübahisəli mənzilə isifadə hüququnun Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaranmasının qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edildiyini nəzərə almamışlar.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarlarındakı hüquqi mövqeyi baxımından iş üzrə 3-cü şəxs İskəndərova Arzu Yadigar qızının qanuni qüvvəsini almış məhkəmə aktı ilə Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən mövcudluğu təsdiq olunan istifadə hüququna kompensa siya ödənilməklə xitam verilmədən onun mübahisəli mənzildən pasport qeydiyyatından çıxarılması istisna olunur.
36. Bununla yanaşı, iddiaçının “3-cü şəxsin ona məxsus mənzildə uzun müddət yaşamaması, özünə başqa yaşayış yeri seçməsi və mübahisəli mənzilə qeydiyyatının formal olması” barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, 3-cü şəxsin istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkün olduğu üçün göstərilən əsasların yoxlanılması mülki məhkəmə icraatının predmetidir. Başqa sözlə, şəxsin Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaranmış istifadə hüququnun kompensasiya ödənilmədən xitam verilməsinin mümkünlüyünü və ya bu hüququn əldə edilməsini zəruri edə n əsasın (yaşayış sahəsinə ehtiyac) aradan qalxdığını araşdırmaq inzibati məhkəmələrin predmet səlahiyyətinə aid deyildir.
37. Məhkəmə kollegiyası bu barədə mövqeyini “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyi ilə əsaslandırır.
38. Həmin qərardakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qey diyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.”
39. Göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin inzibati orqana müraciəti əsasında şəxsin qeydiyyatına xitam verilməsi yalnız o halda mümkün ola bilər ki, həmin şəxs mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxs olsun.
40. Qeyd olunan normanın təhlili onu göstərir ki, inzibati mübahisəyə baxan məhkəmələr tərəfindən iş üzrə lazımi qaydada aparılmış araşdırma nəticəsində mülkiyyətçi tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması tələb edilən şəxsin həmin yaşayış sahəsinə istifadə hüququnun olmadığı açıq-aşkar müəyyən edilərsə, həmin şəxsin qeydiyyatdan çıxarılmasından inzibati orqan imtina etdiyi təqdirdə, bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi həmin orqanın üzərinə qoyulmalıdır.
41. Hazırkı işdə isə mülkiyyətçi olan iddiaçının ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılmasını tələb etdiyi 3-cü şəxs İskəndərova Arzu Yadigar qızı mülkiyyətçinin razıl ığı ilə qeydiyyata alınmış şəxs deyil, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən istifadə hüququnun yaranması məhkəmə qətnaməsi ilə müəyyən edilən şəxsdir və həmin şəxsin istifadə hüququnun əldə edilməsini zəruri edən əsasın (yaşayış sahəsinə ehtiyacın) aradan qalxdığı hallarının indiyənədək mülki məhkəmə icraatı qaydasında yoxlanıldığı müəyyən edilmir.
42. Yuxarıda istinad edilən normalara əsasən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi cavabdeh inzibati orqan tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından biri kimi təsbit edilmişdir.
43. Odur ki, 3-cü şəxs İskəndərova Arzu Yadigar qızının mübahisəli mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsinin mümkünlüyü və ya bu hüququn ə ldə edilməsini zəruri edən əsasın (yaşayış sahəsinə ehtiyacın) aradan qalxdığı hallar mülki məhkəmə icraatı qaydasında yoxlanılmadan, şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadan indiki vəziyyətdə iddiaçının “3-cü şəxs İskəndərova Arzu Yadigar qızının ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılması” barədə tələbi təmin oluna bilməz.
44. Bu baxımdan, iddiaçının tələbinin təmin olunmasından cavabdeh orqanın imtinası qanunvericinin iradəsinə və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adları çəkilən qərarlarında formalaşdırdığı hüquqi mövqeyə uyğun olmuşdur.
45. Nəzərə alınmalıdır ki, üçüncü şəxsin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və ya kompensasiya ödənilməklə bu hüququna xitam verilməsinin müm künlüyü ayrıca mülki məhkəmə icraatı qaydasında yoxlanılmadan həmin şəxsin sözügedən mənzil üzrə pasport qeydiyyatından çıxarılması şəxsin istifadə hüququnun mövcudluğunu müəyyən edən əvvəlki məhkəmə qətnaməsinin əhəmiyyətinin itirilməsinə, şəxsin bu hüququnun faktiki olaraq məhdudlaşdırılması və ya onun aradan qaldırılmasına gətirib çıxarır ki, bu da bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı yolverilməzdir.
46. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı kassatora münasibətdə ləğv olunmalı, həmin hissədə iddia rədd olunmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs İskəndərova Arzu Ya digar qızının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-669/2025 nömrəli 11 iyul 2025-ci il tarixli qərarı kassator İskəndərova Arzu Yadigar qızına münasibətdə ləğv edilsin. İddia kassator İskəndərova Arzu Yadigar qızına münasibətdə rədd edilsin. Qərar qətidir.