Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-306/2025 17.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mütəxəssis rəyinin mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2024-cü il tarixli, 2-1(103)-2777/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********47882 saylı qərarı ilə, iddiaçı müəssisə barəsində Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl etməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə oktyabr 2018 - aprel 2021-ci il dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
2. Yoxlamanın nəticələri **********147983 saylı xx.xx.2022-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş və həmin akta əsasən “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********164364 saylı Qərar qəbul edilmişdir.
3. Həmin qərarla iddiaçı müəssisəyə ümumilikdə 2018-2021-ci illər üzrə mənfəət vergisi və ödəmə mənbəyində vergi üzrə ümumilikdə 1.063.095,92 manat əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 57.1-ci, 58.1-ci və 58.6-cı maddələrinə əsasən 532.142,14 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məs uliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********164364 saylı qərarının qismən, yəni ƏDV üzrə əlavə hesablanmış 893994,68 manat vergi və tətbiq edilmiş 446997,34 manat maliyyə sanksiyası, ÖMV üzrə 166529,20 manat vergi və tətbiq edilmiş 83264,60 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə vergi orqanı qanunvericiliyin tələblərini pozaraq səyyar vergi yoxlamasını 30 gün, yəni 30 təqvim günü ərzində aparmalı olduğu halda yoxlamanı 30 iş günü ərzində həyata keçirmişdir. Hətta müstəsna hal kimi 30 iş günü müddətinə uzadılma aparmışdır. Halbuki, Vergi Məcəlləsinin 38.2-ci maddəsində səyyar vergi yoxlamasının 30 gün müddətində aparılması konkret olaraq g östərilmiş, yoxlamanın 30 iş günü ərzində aparılması nəzərdə tutulmamışdır. Qanunvericilik vergi yoxlamasının müddətini Vergi Məcəlləsinin 38.2-ci maddəsində dəqiq müəyyən etmişdir. Vergi Məcəlləsinin 38.4-cü maddəsində də vergi yoxlamasının məhz həmin 30 günlük zaman kəsiyində olan iş günləri ərzində keçirilməsi nəzərdə tutulmuşdur. Yəni, həmin 30 günlük müddətə daxil olan və qeyri-iş günləri sayılan istirahət və bayram günlərində vergi yoxlamasının aparılması qadağan edilir, onun qanunla yolverilməz olduğu bildirilir. Bundan əlavə, yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahidməlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələbləri pozulmaqla aparılmışdır. Həmçinin, cavabdeh vergi orqanı yoxlama zamanı mütəxəssis rəyini əsas götürmək lə illər üzrə bütün ƏDV dövriyyəsini hər ilin sonuncu dekabr ayına tətbiq edərək əlavə vergiləri hesablamaqla vergi qanunvericiliyinin tələblərini və iddiaçının qanunla qorunan hüquqlarını kobud surətdə pozmuşdur. Vergilərin hesablanmasına əsas olan rəy, bu sahədə heç bir sertifikata və ya hüquqa malik olmayan mütəxəssis tərəfindən verilmişdir. Nəticə olaraq elektrik enerjisi sərfiyyatı əsasında verilmiş mütəxəssis rəyinə istinadən ƏDV hesablanması, o cümlədən təsisçinin müəssisəyə verdiyi borca görə ödəmə mənbəyində verginin hesablanması qanunvericiliyin tələblərinə və vahid məhkəmə təcrübəsinə zidd olmuşdur.
6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, yoxlama xx.xx.2021-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiy yatdan keçirilmişdir (№ KY211588888; xx.xx.2021-ci il). Yoxlama ilə bağlı tələb olunan bütün məlumatlar, eyni zamanda yoxlamanın keçirildiyi dövrdə yoxlama müddətinin artırılması və dayandırılması (təxirə salınması) barədə məlumatlar da reyestrə daxil edilmişdir. Bundan əlavə, yoxlamanın müddətinin artırılması və dayandırılması (təxirə salınması) zamanı Vergi Məcəlləsinin tələblərinə əməl olunmuş və bu barədə məlumatlar səyyar vergi yoxlaması aktının 1.1-ci bəndində qeyd olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə əsasən (Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli 1299 nömrəli Fərmanı ilə edimiş dəyişikliklər nəzərə alınmaqla) yoxlamanın qeydiyyata alınması barədə reyestrdən çıxarışda yoxlayıcılar barədə məlumat qeyd olunur. Hazırkı yoxlama üzrə yoxlayıcı şəxs barədə məlumatlar da xx.xx.2021-ci il tarixli KY211588888 nömrəli reyestrdə qeyd olunmuşdur. Səyyar vergi yoxlaması keçirilən dövrdə yoxlamanın daha effektli, kefiyyətli və operativ həyata keçirilməsinin təmin edilməsi üçün vergi orqanının qərarına əsasən yoxlayıcıların tərkibi dəyişdirilə bilər. Əlavə olaraq, səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik tələb olunan məsələlər üzrə mütəxəssisin dəvət edilməsinə zərurət yaranmışdır. Bununla əlaqədar, “Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********150843 nömrəli qərara əsasən “X15” MMC-dən mütəxəssis dəvət olunmuşdur. Həmin qərar ilə İddiaçı MMC tərəfindən "xxxx" MMC-dən (VÖEN **********) icarəyə götürülmüş ünvan 1 ünvanda yerləşən ferro ərinti (ferrosilisium) istehsalı zavodunda istehsal olunan məhsulların xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün real istehsal həcminin aylar üzrə müəyyənləşdirilməsi barədə sual qoyulmuşdur. Mütəxəssis tərəfindən xx.xx.2022-ci il tarixdə rəy təqdim olunmuşdur. Vergilərin hesablanması zamanı mütəxəssis rəyinə istinad edilmişdir. Yoxlama zamanı mütəxəssis tərəfindən verilmiş rəyə əsasən yoxlama dövrü üzrə real istehsal həcminin 26243,40 ton olduğu aşkarlanmışdır. Həmin dövr üzrə bəyannamə məlumatlarında vergi ödəyicisinin ixracı 19953,59 ton, EQF üzrə satışı isə 2938,79 ton olmuşdur. Bundan əlavə, vergi ödəyicisinin öz verdiyi xammal və hazır məhsulun material hərəkəti cədvəlinə, yoxlama dövrü üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrinə əsasən yoxlama dövrünün sonuna hazır məhsul qalığı 781,16 ton olmuşdur. Vergi Məcəlləsininn 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Yoxlamaya təqdim olunmuş mütəxəssis rəyində istehsal həcmi illər üzrə verildiyindən hesablama faktiki olaraq hər ilin son ayında aparılmışdır. Mütəxəssis tərəfindən verilmiş real istehsal həcmindən 781,16 ton mal qalığı, ixrac və EQF üzrə təqdim olunmuş malların miqdarı çıxıldıqdan sonra 3351,02 ton (26243,40 - 19953,59 - 2938,79) fərq yaranmışdır. Odur ki, yaranmış fərqə vergi ödəyicisinin EQF məlumatlarındakı həmin mal çeşidləri üzrə tətbiq etdiyi orta satış qiymətləri əsas götürülərək yoxlama dövrünü əhatə etdiyi illər üzrə, hər ilin son ayında əlavə dövriyyə satışa verilmişdir. Bundan əlavə, müəssisə yoxlama ilə əhatə olunan dövr üzrə ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. Yoxlama zamanı yoxlanılan dövr üzrə müəssisəyə təsisçi tərəfindən borc müqavilələri əsasında verilmiş məbləğlərə ödəmə mənbəyində vergilərin hesablanmadığı müəyyən olunmuşdur. Belə ki, təsisçi tərəfindən müəssisəyə verilmiş borc məbləğlərinin müəyyən hissəsi yoxlanılan do ̈vr ərzində (müxtəlif dövrlərdə) təsisiçiyə qaytarılmış, eyni zamanda yeni borc məbləğlərinin verildiyi müəyyən olunmuşdur. Mülki Məcəllənin 739-cü maddəsinin müddəalarına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla, vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxsl ər sayılır. Vergi qanunvericiliyinə əsasən, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə, vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Ödəmə mənbəyində tutulan vergi üzrə yoxlanılan dövrün əvvəlinə, yəni xx.xx.2018-ci il tarixə təsisçi “RMH X11” şirkətinin müəssisəyə verdiyi borcun məbləği 3738040,00 manat olmuşdur. Yoxlanılan dövr ərzində təsisçi qeyri-rezident “RMH X11” şirkəti tərəfindən müəssisəyə ümumilikdə 2023000,00 manat borc verilmiş, eyni zamanda 897500,00 manat müəssisə tərəfindən borc təsisçiyə qaytarılmışdır. Ödəmə mənbəyində tutulan vergi üzrə yoxlanılan dövrün sonuna, yəni xx.xx.2021-ci il tarixə müəssisənin təsisçiyə 5186440,00 manat borcu qalmışdır. Yoxlamanın nəticəsi olaraq təsisçinin müəs sisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalıqlarına faiz gəlirləri hesablanmışdır. Belə ki, təsisçi “RMH X11” şirkəti üzrə 2018-ci ilin 4-cü rübü üzrə 76024,5 manat, 2019-cu ilin 1-ci rübü üzrə 117318,3 manat, 2-ci rübü üzrə 126701,8 manat, 3-cü rübü üzrə 12736,20 manat, 4-cü rübü üzrə 12326,54 manat, 2020-ci ilin 1-ci rübü üzrə 11433,78 manat, 2-ci rübü üzrə 106238,4 manat, 3-cü rübü 116540,7 manat, 4-cü rübü 107132,3 manat, 2021- ci ilin 1-ci rübü üzrə 255091,6 manat olmaqla, ümumilikdə yoxlanılan dövr üzrə təsisçiyə 1125731,10 manat faiz gəlirləri hesablamaqla ödəmə mənbəyinə 10 % dərəcə ilə 112573,1 manat vergi hesablanmışdır. Bundan başqa, ödəmə mənbəyində tutulan vergi üzrə yoxlanılan dövrün əvvəlinə, yəni xx.xx.2018-ci il tarixə təs isçi X1 müəssisəyə verdiyi borcun məbləği 2550,00 manat olmuşdur. Yoxlanılan dövr ərzində təsisçi tərəfindən müəssisəyə ümumilikdə ******* manat borc verilmiş, eyni zamanda 699500 manat borc müəssisə tərəfindən təsisçiyə qaytarılmışdır. Ödəmə mənbəyində tutulan vergi üzrə yoxlanılan dövrün sonuna, yəni xx.xx.2021-ci il tarixə müəssisənin təsisçiyə 3270841,10 manat borcu qalmışdır. Yoxlamanın nəticəsi olaraq təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalıqlarına faiz gəlirləri hesablanmışdır. Belə ki, 2018-ci ilin 4-cü rübü üzrə 461,91 manat, 2019-cu ilin 1-ci rübü üzrə 24107,37 manat, 2-ci rübü üzrə 52355,76 manat, 3-cü rübü üzrə 59376,22 manat, 4cü rübü üzrə 64205,93 manat, 2020-ci ilin 1-ci rübü üzrə 63411,65 manat, 2-ci rübü üzrə 64 247,09 manat, 3-cü rübü 72172,56 manat, 4-cü rübü 66811,11 manat, 2021-ci ilin 1-ci rübü üzrə 69410,20 manat olmaqla, ümumilikdə yoxlanılan dövr üzrə təsisçiyə 536559,8 manat faiz gəlirləri hesablamaqla ödəmə mənbəyinə 10 faiz dərəcə ilə 53655,98 manat vergi hesablanmışdır. Vergi Məcəlləsinin 110-cu və 123-cü maddələrinə əsasən, təsisçinin borc məbləğlərinin dövrlər üzrə qalıq hissələrinə eyni dövrdə, eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası orta kredit faizləri tətbiq etməklə, yaranacaq gəlirindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalıdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 166529,20 manat azaldıldığına görə, azal dılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 83264.61 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda, səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 459,73 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə vergi ödəyicisi tərəfindən vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması halları aşkar edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyeva) 09 aprel 2024-cü il tarixli, e-21(112)-1121/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin İ ddiaçı barəsində qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********164364 nömrəli qərarı qismən, yəni ƏDV üzrə əlavə hesablanmış 893994,68 manat vergi və tətbiq edilmiş 446997,34 manat maliyyə sanksiyası, ÖMV üzrə 166529,20 manat vergi və tətbiq edilmiş 83264,60 manat maliyyə sanksiyası hissəsində ləğv edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, səyyar vergi yoxlaması xx.xx.2021ci il tarixdə başlamış, xx.xx.2021-ci il tarixdən yoxlama 30 gün müddətinə uzadılmış, xx.xx.2021-ci il tarixdə yenidən 30 gün müddətinə uzadılmış, daha sonra xx.xx.2021-ci il tarixdən 12 dəfə yoxlama dayandırılmış və nəticədə, yoxlama xx.xx.2022-ci il tarixdə başa çatdırılaraq səyyar vergi yox laması aktı tərtib edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən səyyar vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə zidd olaraq təqvim günləri ilə deyil, iş günləri ilə aparılmışdır. Qanunverici vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə xidmət etməli olduğunu rəhbər tutaraq səyyar vergi yoxlamasının müddətini (habelə, bu müddətin uzadılmasının və ya dayandırılmasının əsaslarını) Vergi Məcəlləsində dəqiq müəyyən etmişdir. Səyyar vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müddətlərdə icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan səyyar vergi yoxlaması və onun nəticələri qanunsuzdur. Bundan başqa, cavabdeh tərəfindən səyyar vergi yoxlaması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxl amaların vahid məlumat reyestrindən KY211588888 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2021-ci il, sona çatma tarixi xx.xx.2021-ci il tarixidir. Halbuki, yoxlama xx.xx.2021-ci il tarixində başlasa da, yoxlama müddəti 2 dəfə artırılmış, 12 dəfə dayandırılmış (təxirə salınmışdır) və yalnız yoxlamanın başlanmasından təxminən 1 ildən artıq müddət (təxminən 1 il 24 gün) keçdikdən sonra xx.xx.2022-ci il tarixində başa çatmışdır. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2021-ci il göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2022-ci il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Eyni zamanda, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat rey estrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.16-cı yarımbəndinə əsasən, yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilən məlumatdır. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211588888 saylı çıxarışdan görünür ki, yoxlamaların dayandırılması barədə qərarlar yoxlamaların məlumat reyestrində qeydiyyata alınsa da, yoxlama müddətinin artırılması barədə qərarlar, ümumiyyətlə, düzgün tarixlərdə qeydiyyata alınmamışdır. Belə ki, çıxarışın yoxlamanın müddətinin artırılması hissəsində yoxlamanın xx.xx.2021-ci il tar ixdən xx.xx.2021-ci il tarixədək (43 gün müddətinə) və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (43 gün müddətinə) artırılması qeyd edilmiş, halbuki yoxlamanın müddəti ilk dəfə xx.xx.2021-ci il tarixdə 30 gün müddətinə uzadılmış, müddət uzatma qərarı qəbul edildiyi andan 3 gün sonra xx.xx.2021-ci il tarixdə, ikinci dəfə isə xx.xx.2021-ci il tarixdə 30 gün müddətinə uzadılmış, müddət uzatma qərarı qəbul edildiyi andan 2 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə yoxlamaların reyestr məlumatlarında qeydiyyata alınmışdır. Göründüyü kimi, vergi yoxlaması müddətinin uzadılması ilə bağlı qərarın dövlət reyestrində düzgün qeydiyyata alınmaması yoxlamanın qanunsuz və əsassız aparılmasına və nəticə etibarı ilə yoxlamanın hüquqi nəticəsinin olmamasına dəlalət edir. Bu ndan başqa, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.13cü yarımbəndinə görə, yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməli olan məlumatlar sırasındadır. Belə ki, vergi orqanının 30 iyun 2021-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarla səyyar vergi yoxlamasının aparılması yoxlayıcı Baş idarənin Vergi audit idarəsinin İstehsal sahəsi auditi üzrə 1-ci şöbəsinin böyük dövlət vergi müfəttişi X7 həvalə edilmişdir. Daha sonra, vergi orqanının 29 oktyabr 2021-ci il tarixli qərarı ilə yoxlamanın başlanması haqqında qərara dəyişiklik edilmiş və yoxlaman ın aparılması həmin Baş idarənin Vergi auditi idarəsinin Ticarət sahəsi auditi üzrə 2-ci şöbəsinin dövlət vergi müfəttişi X2 tapşırılmışdır. Göründüyü kimi, yoxlama ilkin olaraq yoxlayıcı Emin Məmmədov və daha sonra Elnur Bəylərzadə tərəfindən aparılmışdır. Yoxlamanın qeydiyyata alınmasına dair çıxarışda isə yalnız yoxlamaya ilkin cəlb edilmiş yoxlayıcı X8 barədə məlumatlar yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilmişdir, yoxlamanı bundan sonra aparan yoxlayıcı X4 barəsində isə heç bir məlumat mövcud deyil. Bu isə daha sonra cəlb edilmiş yoxlayıcı ilə aparılan bütün yoxlama hərəkətlərin qanunsuz və əsassız olmasına dəlalət edir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, yoxlama zamanı cavabdeh vergi orqanı tərəfindən sənədlərin tələb edilməsi və götürülməsi vergi qanunv ericiliyinin tələblərinin kobud pozulması ilə həyata keçirilmişdir. Belə ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması aktının 1.8-ci bəndinin 4-cü hissəsində qeyd edir ki, “Hazırkı yoxlama müəssisə tərəfindən təqdim edilmiş ilkin sənədlər və vergi orqanında olan baza məlumatlarına əsasən aparıldı. Vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlər yoxlamaya təqdim edilmişdir. Müəssisənin uçot məlumatları (rekvizitləri) aparılan yoxlama ilə araşdırıldı və kənarlaşmalar müəyyən edilməmişdir”. Daha sonra, aktın 1.9.1-ci bəndinin 2-ci hissəsində göstərilmişdir ki, müəssisəyə 1 iyul 2021-ci il tarixli tələbnamə təqdim edilmiş, müəssisə isə vergilərin hesablanması ilə bağlı mühasibatlıq sənədlərini qismən təqdim etmiş, bununla bağlı sənədlərin qismən təqdim edilməsi barədə xx. xx.2021-ci il və xx.xx.2021-ci il tarixli aktlar tərtib edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərin öyrənilməsinə əlavə vaxt tələb edildiyi üçün xx.xx.2022-ci il tarixdə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərar çıxarılmış və “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokol tərtib edilmişdir. Beləliklə, cavabdeh vergi orqanı yoxlama aktında ilkin olaraq yoxlamaya sənədlərin tam təqdim edildiyini etiraf edir, daha sonra sənədlərin qismən təqdim edildiyini göstərir. Bununla yanaşı, yoxlamaya sənədlərin qismən təqdim edilməsi barədə aktlarda hansı sənədlərin təqdim edildiyi sadalandıqdan sonra tələbnamədə göstərilən digər sənədlərin təqdim edilmədiyi qeyd olunmuş, lakin konkret olaraq hansı sənədlərin təqdim edilmədi yi açıqlanmamışdır. Cavabdeh vergi orqanı məhkəmə baxışı zamanı sənədlərin iddiaçı tərəfindən qismən təqdim edildiyini iddia etsə də, hansı səbəbdən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 25 iyun 2022-ci il tarixində qərar qəbul edərək “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokolun tərtib edildiyini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi” Qaydaların 21.2-ci, 21.8-ci və 21.9-cu bəndlərində qeyd edilmişdir ki, vergi ödəyicisi və ya sığortaedən, yaxud sığortalı tərəfindən yoxlayıcıya verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (müavi ninin) “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Qərar”ı (Əlavə 7) əsasında həyata keçirilir. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Protokol” (Əlavə 8) tərtib edilir. Protokolun surəti sənədləri və əşyaları götürülən şəxsə verilir. Bu barədə protokolda qeyd edilir, sənədləri və əşyaları götürülən şəxsin imzası ilə təsdiqlənir. Sənədlərin və nümunə kimi əşyaların verilməsindən qismən və ya tam olaraq imtina edildikdə, təqdim edilməmiş sənədlər və əşyalar barədə “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina edilməsi haqqında Akt” (Əlavə 9) tərtib edilir. Sözügedən qanun normalarından göründüyü kimi, əgər vergi ödəyicisi tərəfindən sənədlərin və nümunə kimi əşyala rın verilməsindən qismən və ya tam olaraq imtina edildikdə, təqdim edilməmiş sənədlər və əşyalar barədə “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina edilməsi haqqında Akt” tərtib edilir ki, cavabdeh vergi orqanı da belə bir formada akt tərtib etməmişdir. Bu isə sənədlərin iddiaçı tərəfindən tam şəkildə təqdim edildiyinə dəlalət edir. Bundan başqa, cavabdeh vergi orqanı sənədlərin qismən təqdim edilməsi haqqında aktları xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə tərtib etsə də, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Qərar”ın təxminən 1 il keçdikdən sonra qəbul edlməsini əsaslandıra, bununla bağlı konkret arqument gətirə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan hal isə cavabdeh vergi orqanının yoxlamanı səthi və lüzumsuz uz atmalara yol verməklə apardığını təsdiq edir. Bundan əlavə, məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən hazırda mübahisələndirilən qərar Vergi Məcəlləsinin 49-cu maddəsinin tələblərinin kobud pozulması ilə qəbul edilmişdir. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Bundan əlavə, iddiaçı onun barəsində aparılmış səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş 5 sentyabr 2022-ci il tarixli akta dair öz etirazını təqdim edərək özünün müdafiəsi üçün bir çox dəlillər gətirmiş, lakin cavabdeh vergi orqanı məsuliyyət qərarı qəbul edərkən qeyd olunan dəlillərin heç birinə münasibət belə bildirməmişdir. Lakin cavabdeh vergi orqanı səyyar vergi yoxlamasının materiallarına baxılmasının nəticəsi üzrə qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə qərarı, ümumiyyətlə, əsaslandırmamış, iddiaçının özünün müdafiəsi üçün gətirdiyi dəlilləri, ümumiyyətlə, yoxlamamış, yalnız yoxlamanın nəticəsi üzrə tər tib edilmiş 5 sentyabr 2022ci il tarixli aktın məzmununu köçürmək, əlavə vergilərin hesablanması və tətbiq edilmiş maliyyə sanksiyasını qeyd etməklə kifayətlənmişdir. Əlavə olaraq, cavabdeh vergi orqanın xx.xx.2021-ci il tarixli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərarında və rəydə mütəxəssisə iddiaçının istehsal obyektində istehsal olunmuş məhsulların aylar üzrə istehsal həcminin müəyyənləşdirilməsi tapşırılsa da, mütəxəssis həmin həcmləri aylar üzrə deyil, illər üzrə müəyyən etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı qeyd edilən mütəxəssis rəyini əsas götürərək iddiaçının yoxlama ilə əhatə edilən illər üzrə bütün ƏDV dövriyyəsi üzrə hesablamanı bir ayda tətbiq etmişdir ki, bu da vergi qanunvericiliyinin tələblərinə ziddir. Həmçinin, məhkəmə belə qənaətə gəlir ki, rəy vermiş mütəxəssis rəyi vermə sahəsinə aid olan heç bir sertifikata və ya hüquqa malik olmamışdır. Belə ki, rəyin 3-cü səhifəsində mütəxəssis X5 xarici ölkələrin ali təhsil müəssisələrində kommersiya üzrə magistr təhsili və elmi dərəcə alması qeyd edilmiş, lakin məhz istehsal sahəsi üzrə hər hansı sertifikata və ya diploma sahib olması, istehsal sahəsində mütəxəssis kimi rəy vermək səlahiyyətinə malik olması göstərilməmişdir. Məhkəmə hesab edir ki, mütəxəssis istehsal sahəsində heç bir xüsusi biliyə malik olmamış və onun bu sahədə heç bir sertifikatı və yaxud diplomu mövcud olmamışdır. Belə olan təqdirdə, mütəxəssis qarşısında iddiaçının istehsal obyektində aylar üzrə istehsal həcmlərinin müəyyən edilməsi sualı qoyulsa da, mütəxəssis bu sahədə xüsusi biliyə m alik olmadığı üçün suala cavab verməkdən imtina etməli idi. Beləliklə, mütəxəssis öz xüsusi biliyinə aid olan sahə üzrə deyil, digər sahəyə aid, yəni istehsal sahəsi üzrə rəy vermişdir ki, bununla da, kobud qanun pozuntusuna yol vermişdir. Bundan başqa, məhkəmə mütəxəssis rəyini tədqiq edərək qeyd edir ki, rəy məhz şəxsi mülahizələr əsasında tərtib edilmişdir. Mütəxəssis istehsal həcmi ilə bağlı rəy verərkən beynəlxalq normativləri, daha doğrusu X3 Assosiasiyası tərəfindən müəyyən edilmiş ferrosilisium növünə uyğun olaraq kvarsit və elektrik sərfiyyat normalarını əsas götürmüşdür. Başqa sözlə desək, mütəxəssis iddiaçının istehsal obyektində mövcud olan avadanlıqların texniki göstəricilərini, istifadə edilən enerji sərfiyyatını və enerji itkilərini nəzərə alaraq təxmin etmişdir ki, iddiaçı ümumilikdə yoxlanılan dövr ərzində 3351,02 ton artıq məhsul istehsal etməli idi. Lakin mütəxəssisin bu rəyi yalnız ehtimal və fərziyyədir. Mütəxəssis rəy verərkən istehsal avadanlığın köhnəlməsini, texniki göstəricilərə uyğun illər üzrə istehsal gücünün azalmasını, istehsal zamanı xammal itkilərini, iddiaçının iş rejimi xüsusiyyətlərini, boş dayanmalarını nəzərə almamış, faktiki real istehsal həcmini dəqiq müəyyən edilməsi üçün real istehsalatın eksperimentini aparmamış, yalnız göstəricilərə uyğun sadə riyazi hesablamaları ilə təxmini istehsal həcmini müəyyən etmişdir. Belə ki, mütəxəssisin təxmini rəy verməsi öz yekun rəyindən belə görünür. Həmin yekun rəydə göstərmişdir ki, istehsal həcmi ferrosilisium sərfiyyat normativləri əsasında aparılmış dır, lakin eyni yanaşma kvarsit sərfiyyat normativlərinə uyğun aparıldıqda da təxmini eyni istehsal həcmi hesablanır. Göründüyü kimi, mütəxəssis öz yekun rəyində belə “təxmini” sözündən istifadə edərək etiraf etmişdir ki, rəy real faktiki istehsal əsasında deyil, təxmini ehtimallar əsasında verilmişdir. Eyni zamanda, nə Vergi Məcəlləsində, nə də ki digər qanunvericilik aktlarında vergilərin məhz enerji sərfiyyatı əsasında hesablanması nəzərdə tutulmamışdır. Bundan başqa, cavabdeh vergi orqanı öz yoxlama aktında da göstərmişdir ki, iddiaçının yoxlanılan dövr ərzində bəyannamə məlumatlarına əsasən, ixracı 19953,59 ton, EQF üzrə satışı isə 2938,79 ton olmuşdur. Qeyd ediləndən aydın olur ki, iddiaçının satışının 87,16 faizi ixracdan ibarət olmuşdur. İddiaçının əsas fəaliyyəti xamma lı idxal edərək ondan məhsullar istehsal edib əksər hissəsini ixrac etmək olmuşdur. Lakin vergi orqanı mütəxəssis rəyi əsasında müəyyən etdiyi əlavə istehsalın satışını ixraca aid etməmiş, ölkə daxilində satış kimi qiymətləndirərək vergiyə cəlb etmişdir. Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə görə, malların ixracı üzrə ƏDV 0% dərəcə ilə hesablanır. Beləliklə, hazırkı yoxlama zamanı cavabdeh vergi orqanı yoxlamanın nəticəsinə görə iddiaçıda əlavə istehsalın olduğunu iddia etsə də, həmin əlavə istehsal olunmuş malların məhz ixraca deyil, daxili satış əsasında satılmasını konkret sənədlərlə və dəlillərlə sübut edə bilməmiş, bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iş materiallarında olan səyyar vergi yoxlama aktında göstərilmişdir ki, “Yoxl ama zamanı yoxlanılan dövr üzrə müəssisəyə təsisçi tərəfindən borc müqavilələri əsasında verilmiş məbləğlərə ödəmə mənbəyində vergilərin hesablanmadığı müəyyən olundu. Belə ki, təsisçilər tərəfindən müəssisəyə verilmiş borc məbləğlərinin müəyyən hissəsi yoxlanılan dövr ərzində (müxtəlif dövrlərdə) təsisçiyə qaytarılmış, eyni zamanda yeni borc məbləğlərinin verildiyi müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 110-cu, 123-cü maddələrinə əsasən, təsisçinin borc məbləğlərinin dövrlər üzrə qalıq hissələrinə eyni dövrdə, eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası orta kredit faizləri tətbiq etməklə, yaranacaq gəlirindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalıdır. Yoxlamanın nəticəsi olaraq təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalıq larına faiz gəlirləri hesablanmışdır. Belə ki, təsisçi “RMH X11” şirkəti üzrə yoxlanılan dövr üzrə təsisçiyə 1125731,10 manat faiz gəlirləri hesablamaqla, ödəmə mənbəyində 10 faiz dərəcə ilə 112573,11 manat, təsisçi X6 üzrə yoxlanılan dövr üzrə təsisçiyə 536559,80 manat faiz gəlirləri hesablamaqla, ödəmə mənbəyində 10 faiz dərəcə ilə 53655,98 manat əlavə vergilər hesablanmışdır. Göründüyü kimi, yoxlamanın nəticəsinə görə cavabdeh vergi orqanı təsisçilərin iddiaçıya yoxlanılan dövr ərzində verdikləri borclara faiz gəlirləri və həmin faiz gəlirlərə vergilər hesablamışdır. Qeyd edilənlərə hüquqi əsas kimi cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 110-cu və 123-cü maddələrini əsas kimi gətirmişdir. Belə ki, Vergi Məcəlləsinin 123.1-ci maddəsində təsbit edilmişdir ki, rezident fi ziki şəxsə, qeyrirezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Sözügedən normadan da görünür ki, vergi ödəyicisi tərəfindən məhz ödənilən faizlərdən ödəmə mənb əyində 10 dərəcə ilə vergi tutulmalıdır. Məhkəmə qeyd edir ki, iş üzrə mövcud olan borc müqavilələrindən görünür ki, müəssisənin təsisçisi müəssisəyə borc verərkən həmin borcun qaytarılmasını hər hansı faizlə şərtləndirməmiş, borcu müəssisəyə maddi dəstək üçün vermiş və verdiyi borclara görə müəssisə, ümumiyyətlə, hər hansı məbləğdə faizlər ödəməmişdir. Yoxlama zamanı müəssisənin təsisçisinin verdiyi borca görə müəssisə tərəfindən hər hansı məbləğdə faizlərin ödənilməsi faktı öz təsdiqini tapmamış, vergi orqanının faiz ödənişləri ilə bağlı hər hansı sübut və dəlilləri mövcud olmamış və həmin ödənişlərin olması yalnız formal mülahizələrə və ehtimallara əsaslanmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, faiz gəlirləri mövcud olmadığı təqdirdə ehtimallar əsasında ödəmə mənbəyində vergilərin hesablanması vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, borc müqaviləsi faizlərin verilməsi ilə şərtlənirsə, faiz məbləği tərəflərin razılığı ilə müqavilədə nəzərə tutulmalıdır. Əgər borc verən gəlir əldə etmək məqsədi ilə müntəzəm olaraq, habelə bir çox subyektlərə pul vəsaitlərinin borc verilməsini istəyirsə, bu halda yalnız kreditlərin verilməsi fəaliyyətini həyata keçirməsi hüququna malik olan şəxs (misal olaraq bank, kredit təşkilatı və s.) olmalıdır. Hazırkı halda isə, müəssisənin təsisçisi ilə müəssisə arasında bağlanmış borc müqavilələrində faizlərin ödənilməsi şərtləri mövcud olmamış, eyni zamanda borc verən təsisçi isə kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik olan şəxs olmamışdır. Bu səbəbdən də, yoxl ama ilə vergi orqanı tərəfindən təsisçiyə müəssisənin qaytarılan borc məbləğlərinə görə faizlər hesablanaraq həmin faizlərə görə də ÖMV üzrə vergilər hesablanması da qanunsuz və əsassızdır. İş materiallarında mövcud olan səyyar vergi yoxlaması aktından görünür ki, ƏDV üzrə hesablanmış əlavə məbləğ vergi yoxlaması zamanı cəlb edilmiş mütəxəssis rəyi əsasında aparılmışdır. Belə ki, yoxlama aktında göstərilmişdir ki, “Yoxlama zamanı vergi ödəyicisi tərəfindən istehsal olunmuş məhsulların real istehsal həcmi “X15” MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi əsasında hesablandı. Mütəxəssis tərəfindən verilmiş rəyə əsasən, yoxlama dövrü üzrə real istehsal həcminin 26243,40 ton olduğu aşkarlanmışdır. Həmin dövr üzrə bəyannamə məlumatlarında vergi ödəyicisinin ixracı 19953,59 ton, EQF üzrə satışı isə 2938,79 ton olmuşdur. Bundan əlavə, vergi ödəyicisinin öz verdiyi xammal və hazır məhsulun material hərəkəti cədvəlinə, yoxlama dövrü üzrə təqdim edilən mənfəət vergisi bəyannamələrinə əsasən, yoxlama dövrünün sonuna hazır məhsul qalığı 781,16 ton olmuşdur. Yoxlamaya təqdim edilmiş mütəxəssis rəyində istehsal həcmi illər üzrə verildiyindən hesablama faktiki olaraq hər ilin son ayında aparılmışdır. Mütəxəssis tərəfindən verilmiş real istehsal həcmindən ixrac və EQF üzrə təqdim edilmiş mal miqdarı çıxıldıqdan sonra 3351,02 ton (26243,40 – 19953,59 – 2938,79) fərq yaranmışdır. Odur ki, yaranmış fərqə vergi ödəyicisinin EQF məlumatlarındakı həmin mal çeşidləri üzrə tətbiq etdiyi orta satış qiymətləri əsas götürülərək yoxlama dövrünü əhatə etdiy i illər üzrə, hər ilin son ayında əlavə dövriyyə satışa verilmişdir.” Eyni zamanda, SVY aktının ƏDV-nin müqayisəli cədvəlindən görünür ki, 2018-ci ilin dekabr ayında 304473,10 manat, 2019-cu ilin dekabr ayında 397293,06 manat, 2020-ci ilin dekabr ayında 101761,71 manat və 2021-ci ilin aprel ayında 90466,81 manat, ümumilikdə 893994,68 manat ƏDV azaldılması müəyyən edilmişdir. Beləliklə, yoxlama aktı ilə ümumilikdə ƏDV üzrə hesablanmış 896595,59 manat vergidən 893994,68 manat hissəsi mütəxəssis rəyi əsasında hesablanmış vergidən, qalan 2600,91 manat ƏDV-nin isə ƏDV əvəzləşməsinin düzgün aparılmaması və digər pozisiyalar üzrə hesablanmış vergidən ibarət olmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanının xx.xx.2021-ci il tarixli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar ında və rəydə mütəxəssisə iddiaçının istehsal obyektində istehsal olunmuş məhsulların aylar üzrə istehsal həcminin müəyyənləşdirilməsi tapşırılsa da, mütəxəssis həmin həcmləri aylar üzrə deyil, illər üzrə müəyyən etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı qeyd edilən mütəxəssis rəyini əsas götürərək iddiaçının yoxlama ilə əhatə edilən illər üzrə bütün ƏDV dövriyyəsi üzrə hesablamanı bir ayda tətbiq etmişdir ki, bu da vergi qanunvericiliyinin tələblərinə ziddir.
9. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.Ə.Əliyev/sədrlik ed ən və məruzəçi/, R.Ə.Səmədov və X.A.Cəmilova) 29 avqust 2024-cü il tarixli, 2-1(103)-2777/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2-1(112)-1121/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
12. Həmin qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını işin hallarında, iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b) kassasiya şi kayətinə qarşı etirazın dəlilləri:
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəz ərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apell yasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üç ün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
19. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifay ətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
20. Hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən qərarla iddiaçıya ƏDV üzrə əlavə vergi məbləğləri hesablanmasının əsasını iddiaçı tərəfindən istehsal olunmuş məhsulların real istehsal həcminə dair “X15” MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi təşkil edir. Mütəxəssis tərəfindən verilmiş rəyə əsasən yoxlama dövrü üzrə real istehsal həcminin 26243,40 ton olduğu aşkarlanmışdır.
21. Qeyd edilməlidir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əs asında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin ha qlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində l azımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.
22. Hazırda iddiaçı onun barəsində cavabdeh tərəfindən qəbul edilmiş qərarı mübahisələndirdiyindən və İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməli olduğundan, vergilərin hesablanmasına əsas olan mütəxəssis rəyinin mötəbərliliyi müəyyən olunmalıdır.
23. Lakin hazırkı halda istinad olunan mütəxəssis rəyinin məzmunundan real istehsal həcminin müəyyən edilməsi zamanı elektrik enerjisi sərfiyyatına istinad edilmişdir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, hər hansı bir vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması və yoxlanılması vergi qanunvericiliyində, ümumiyyətlə, nəzərdə tutulmamışdır, yəni gəlirlərinin belə metodla hesablanması qanuni sayıla bilməz, belə ki, bu qaydada vergi hesablanması hər hansı maddi və prosessual hüquq normasına əsaslanmır. Digər tərəfdən qeyd edilməlidir ki, vergi ödəyicisində sərf olunan elektrik enerjisi yalnız istehsalata aid edilə bilməz, burada başqa məsələlər, o cümlədən məişət məsələləri də yer almaqdadır. Təbii ki, belə olan halda, gəlirlərin istifadə olunan elektrik sərfiyyatına görə hesablanması qanunsuz olmaqla yanaşı, nəticə etibarı ilə həm də dəqiq olmayan rəqəmlərə gətirib çıxarır. Hazırkı halda mövcud qurğuların və avadanlığın texniki göstəriciləri nəzərə alınmadan beynəlxalq normalara istinadən istehsal həcminin müəyyən edilməsi rəyin mötəbərliliyini şübhə altına alır.
24. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin istinad etdiyi mütəxəssis rəyi hazırkı halda yuxarıda sadalanan səbəblərdən mötəbər sübut kimi qəbul oluna bilmədiyindən, İPM-nin 14.1-ci maddəsinə əsasən isə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi bu aktı qəbul edən inzibati orqanın üzərinə düşdüyündən, cari vəziyyətdə cavabdeh vergi orqanı hesablamanın qanuniliyini təsdiq edən mötəbər sübutlarla istinad edə bilmədiyindən mübahisələndirilən qərarla (mütəxəssis rəyinə əsasən) hesablanan ƏDV qanuni olmamışdır.
25. Məhkəmə kollegiyası ödəmə mənbəyində vergi ilə bağlı da qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi təsisçinin müəssisəyə verdiyi borcun qaytarılmasına vergi tətbiq edilməsinin qanuniliyinə dair formalaşmış məhkəmə təcrübəsinə uyğundur.
26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2024-cü il tarixli, 21(103)-2777/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.