Məhkəmə qərarları › İş №2-1(102)-307/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-307/2024

14.02.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-307/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Tələbkar İddiaçı borclu Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın qeyri-mümkünlüyü, şikayətvermə hüququnun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Tələbkar İddiaçı (xx.xx.1972-ci il təvəllüdlü; FİN: xxxxxxx) borclu Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliklər icra olunmadığı üçün cavabdehin 50000 manat məbləğində cərimə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2931/2023 nömrəli qərardadından borclu tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(112)-265/2022 nömrəli qərarı ilə İddiaçı şəxsi hesab vərəqəsində yaranmış 52484,60 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi və qaytarmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) müvafiq məbləğlərin 0,1 faizi məbləğinin İddiaçı ödənilməs i vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

2. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla icra edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinə göndərilmişdir.

3. Tələbkar xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliklər icra olunmadığı üçün borclunun 50000 manat məbləğində cərimə olunmasını xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(112)-265/2022 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

5. Tələbkar ap ellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2931/2023 nömrəli qərardadı ilə tələbkarın apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(112)-265/2022 nömrəli qərardadı ləğv edilmiş, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla tələbkarın ərizəsinə yenidən baxılması üçün iş Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

7. Borclu kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfində n qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsas larını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, borclunun şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

10. Bu qərardadın 8-ci bəndində istinad olunan prosessual hüquq normalarında kassasiya şikayəti verilə bilən qərardadların dairəsi müəyyən edilmiş, inzibati məhkəmə icraatının iştirakçılarının yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququ təsbit olunmuş və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan şikayət verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur.

11. Həmin normaların əlaqəli təfsiri baxımından, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin edilmədiyi, eləcə də məhkəmə qərardadlarının müstəqil şəkildə mübahisələndirilməsinin İPM-də nəzərdə tutulduğu hallarda şikayət verə bilərlər.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, borclunun cərimə olunmasına dair ərizəyə qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(112)-265/2022 nömrəli qərarının tam icra olunub-olunması araşdırılmaqla hüquqi qiymət verilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir.

13. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məzmunda qərardadın qəbul edilməsi inzibati məhkəmə icraatının iştirakçılarının, hazırkı mübahisəyə münasibətdə tələbkarın ərizəsinin t əmin olunması nəticəsini doğurmur və onun tələbinin təmin olunması və bunun üzərindən borclunun tələbinin təmin olunmaması anlamında qiymətləndirilə bilməz. Bu baxımdan həmin məzmunda qərardad borclunun apellyasiya instansiyası məhkəməsinin sözügedən qərardadından kassasiya şikayəti vermək hüququnu yaratmır.

14. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2931/2023 nömrəli qərardadından borclu tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar