Məhkəmə qərarları › İş №2-1(102)-307/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-307/2025

31.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-307/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 2024-cü il 27 avqust tarixli, 2-1(103)-1709/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **********152899 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçının (VÖEN **********) noyabr 2018-ci il tarixdən oktyabr 2021-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.

2. Yoxlama xx.xx.2021-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir (No KY211701804; xx.xx.2021- ci il)

3. Cavab dehin **********152967 nömrəli, xx.xx.2022-ci il tarixli “Səyyar vergi yoxlaması aktı”na əsasən, yoxlama xx.xx.2021-ci il tarixdə başlanılmış və xx.xx.2022- ci il tarixdə başa çatdırılmışdır. Həmin aktda müəssisə tərəfindən ƏDV-nin 2018-ci ildə 12675,11 manat məbləğində, 2019-cu ildə 16164,30 manat məbləğində azaldılması, gəlir vergisinin 2018-ci ildə 36167,34 manat məbləğində, 2019-cu ildə 15612,32 manat məbləğində azaldılması müəyyən edilmişdir.

4. Cavabdehin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********158086 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya 80.619,07 manat vergi hesablanmış və 40.349,54 manat maliyyə sanksiyası tətbiq edilm işdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli **********158086 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi orqanının **********533300 saylı məktubu ilə “xx.xx.2021-ci il tarixli **********152899 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" Qərar və xx.xx.2021-ci il tarixli **********152964 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnaməsi həmin tarixdə elektron qaydada təqdim edilmiş, tələbnamədə qeyd olunan sənədlərin xx.xx.2022-ci il tarixə kimi təqdim olunması tələb edilmişdi r. Vergi orqanının **********652000 saylı məktubuna əsasən, “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********152899 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən həyata keçirilən səyyar vergi yoxlaması ilə əlaqədar tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Sənədlərin təqdim olunmasından imtina barədə” Akt tərtib olunmuş və elektron poçtla göndərilməsi barədə məlumat alması qeyd olunmuşdur. Vergi orqanının **********653700 saylı məktubunda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********152899 nömrəli “Səyyar yoxlama keçirilməsi haqqında” Qərarına əsasən həyata keçirilən yoxlama ilə əlaqədar tərtib edilmiş xx.xx.2022-ci il tarixli “MN” seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokol elektron poçtla göndərilməsi barədə məlumat alması qeyd olunmuşdur. Vergi orqanının **********638400 nömrəli məktubuna əsasən “Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən İddiaçı (VÖEN **********) üzrə xx.xx.2021-ci il tarixli **********152899 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar və xx.xx.2021-ci il tarixli **********152964 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə çıxarılmış və xx.xx.2021-ci il tarixdə elektron qaydada təqdim edilmişdir. Tələbnamədə qeyd olunan sənədlərin xx.xx.2022-ci il tarixə kimi təqdim olunması tələb edilmişdir. Lakin səyyar vergi yoxlaması ilə əlaqədar heç bir s ənəd əldə etməmişdir. Yoxlayıcı orqanın heç bir üzvünü görməmişdir. xx.xx.2021-ci il tarixli **********99 nömrəli səyyar vergi yoxlaması haqqında qərarda vergi orqanı yoxlamanın növbəti olduğunu qeyd etmişdir. Lakin qərarda qeyd olunanın əksinə Səyyar vergi yoxlaması növbədənkənar keçirilmişdir. xx.xx.2021-ci il tarixində sənədlərin təqdim olunmasından imtina haqqında akt tərtib olunmuşdur. Aktda qeyd edilmişdir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı, tələbnamə və digər sənədlərin göndərilməsi haqqında qərar iddiaçıya təqdim olunmasına baxmayaraq, iddiaçı tərəfindən təqdim olunmamışdır. Qeyd olunan hərəkətlərdən elektron kargüzarlıq vasitəsi ilə məlumat almışdır. O, yoxlayıcını görməmiş və müvafiq sənədlər ona təqdim olunmamışdır. Cavabdehin etirazı:

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. vergi orqanında olan məlumatlara əsasən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 2018-ci ildə 981.775,5 manat, 2019-cu ildə isə 300.037,07 manat dövriyyəsi olmuş, eyni zamanda, vergi ödəyicisi bu dövrləri zərərlə başa vurmuş və 2019-cu ilin sonuna isə mal qalığı olmamışdır. Təhlil zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrdə hesablanmış vergi məbləği fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilmədiyi üçün qeyd olunan məsələlərin səyyar vergi yoxlaması keçirilməklə yoxlanılmasına zərurət yaranmışdır. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152899 nömrəli qərar, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış və “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli **********152964 nömrəli Tələbnamə xx.xx.2021-ci il tarixli **********949700 nömrəli məktub ilə vergi ödəyicisinə təqdim edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə vergilərin hesablanması ilə bağlı tələb olunan sənədlər yoxlayıcıya təqdim edilməmişdir. Tələbnamədə göstərilən yoxlamaya aid sənədlər yoxlayıcıya təqdim edilmədiyinə görə “Sənədlərin təqdim olunmasından imtina olunması barədə” xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlar tərtib edilmişdir. Bununla əlaqədar yoxlamaya aid sənədlərin yoxlayıcıya t əqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahat verilməməsi ilə bağlı iddiaçı barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən xx.xx.2022ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(007)-380/2022 nömrəli qərarı ilə Cəfərov X1 Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bundan əlavə, yoxlama zamanı vergi ödəyicisi tərəfindən idxal olunmuş müxtəlif keramik plitələrin (kafel, metlax) satışının real bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********154312 nömrəli qərar qəbul edilmiş və xx.xx.2022-ci il tarixli **********936500 nömrəli məktub əsasında “MBA LTD" MMC Konsalting və Qiymətləndirmə Şirkətindən ekspert dəvət olunmuşdur. Ekspertizanın keçirilməsi ilə əlaqədar vergi ödəyicisi tərəfindən yoxlamaya aid zəruri sənədlər ekspertiza tədqiqatının aparılması üçün təqdim edilmədiyinə görə ekspert rəy verməmiş və bu barədə ekspert tərəfindən xx.xx.2022-ci il tarixli MB15-0274 nömrəli məktubla vergi orqanına məlumat verilmişdir. Bu barədə məlumatlar səyyar vergi yoxlaması aktının 1.9.4-cü bəndində qeyd olunmuşdur.Səyyar vergi yoxlaması aktının 1.8-ci bəndindən göründüyü kimi yoxlanılan dövrdə İddiaçı faktiki olaraq kafel-metlaxın pərakəndə satışı ilə məşğul olmuşdur. Yoxlama nəticəsində aşağıdakı vergi məbləğləri hesablanmışdır: 28.839,41 manat ƏDV və 14.419,71 manat maliyyə sanksiyası; 51.779,66 manat gəlir vergisi və 25.889,83 manat maliyyə sanksiyası. Vergi orqanına təqdim edilmiş bəyannamələrə əsasən vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üçün büdcəyə 16.453,35 manat ƏDV hesablanmışdır. xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyü yoxlanılan zaman 28.839,41 manat kənarlaşma aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən yoxlamaya vergilərin hesablanması üçün zəruri olan sənədlər təqdim edilmədiyinə görə, vergi ödəyicisinin 2018-ci il üzrə təqdim etdiyi gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində xx.xx.2018-ci il tarixə göstərilən 577.235,23 manat mal qalığı və xx.xx.2018-xx.xx.2019-cu illər üzrə idxal olunmuş 490.936,26 manat məbləğində malların dəyərinə vergi ödəyicisinin elektron qaimə ilə təqdim etdiyi mallar üzrə müəyyən olunan ticarət əlavəsi (35%) əlavə olunaraq səyyar vergi yoxlaması ilə 1.442.031,51 manat (577.235,23+490,936,26) x 1,35) dövriyyə müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən bəyan edilmiş 1.281.812,57 manat dövriyyə nəzərə alınaraq, (1.442.031,51- 1.281.812,57) 160.218,94 manat məbləğində vergiyə cəlb olunan dövriyyənin az göstərilməsi nəticəsində 28.839,41 manat ƏDV hesablanmışdır. (2018-ci il üzrə 12.675,11 manat, 2019-cu il üzrə 16.164,30 manat). Gəlir vergisinin müqayisəli cədvəli: 2018-ci il üzrə SVY bəyannamə məlumatı3 6.16734 manat azaldılmışdır; 2019-cu il üzrə SVY bəyan namə məlumatı15.612,32, azaldılmışdır; cəmi SVY bəyannamə məlumatı 51.779,66 manat azaldılmışdır.Vergi ödəyicisi tərəfindən 2018-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumi gəliri 981.775,50 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 981.775,50 manat), mənfi məzənnə fərqi 3.774,58 manat, çıxılmalardan sonra ümumi gəliri 978.000,92 manat göstərilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 7.800,0 manat (yerli işçilər üzrə əmək haqqı 7800,0 manat), sosial sığorta haqları 2.535,0 manat, malın dəyəri 944.014,90 manat, icarə haqqı 15.258,09 manat, enerji xərcləri 851,37 manat, rabitə xərcləri 335,16 manat, bank xidməti üzrə xərclər 1.989,56 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 972.784,08 manat təşkil etmişdir.Vergiyə cəlb olunan 5.216,84 manat gəlir keçmiş illərin çıxılası zərəri ilə bağlanaraq gəlir vergisi hesablanmamışdır.Yoxlama zamanı vergi orqanında olan baza məlumatlarına, bank əməliyyatları barədə məlumatlara, vergilərin hesablanması üçün zəruri olan digər sənədlərə və yoxlanılan dövr ərzində vergi orqanına təqdim olunmuş gəlir vergisi bəyannaməsinin (2018-ci il) düzgünlüyü ayrı-ayrı maddələr üzrə yoxlanılarkən həmin hesabat dövrü üzrə ümumi gəlirin 1.052.192,81 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 1.052.192,81 manat), mənfi məzənnə fərqi 3.774,58 manat, çıxılmalardan sonra ümumi gəlir məbləğinin 1.048.418,23 manat olduğu müəyyən edilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 7.800,0 manat (yerli işç ilər üzrə əmək haqqı 7.800,0 manat), sosial sığorta haqları 2.535,0 manat, malın dəyəri 805.852,43 manat, icarə haqqı 15.258,09 manat, enerji xərcləri 851,37 manat, rabitə xərcləri 335,16 manat, bank xidməti üzrə xərclər 1.989,56 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 834.621,61 manat təşkil etmişdir. Vergiyə cəlb olunan 213.796,62 manat gəlirdən keçmiş illərin zərəri cəmi 32.959,90 manat (2016-cı il üzrə 1.247,35 manat, 2017-ci il üzrə 31.712,55 manat) çıxıldıqdan sonra, vergiyə cəlb olunan 180.836,72 manat gəlir məbləğindən 20% dərəcə ilə 2018-ci il üzrə 36.167,34 manat gəlir vergisi hesablanmışdır. Vergiyə cəlb olunan 180.836,72 manat gəlirin azalmasının səbəbi isə sahibkar tərəfindən ümumi gəlirin 70.417,31 manat və keçmiş illərin zərərinin 27.743,06 manat məbləğində az, malın dəyə ri üzrə xərclərin 138.162,47 manat gəlir vergisi bəyannaməsində artıq (70.417,31+138.162,4727.743,06=180.836,72) göstərilməsi olmuşdur. Vergi ödəyicisi tərəfindən 2019-cu il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumi gəliri 300.037,07 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 300.037,07 manat), mənfi məzənnə fərqi 386,43 manat, çıxılmalardan sonra ümumi gəliri 299.650,64 manat göstərilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 3.792,87 manat (yerli işçilər üzrə əmək haqqı 3.792,87 manat), sosial sığorta haqları 853,40 manat, malın dəyəri 292.466,43 manat, icarə haqqı 5.904,88 manat, enerji xərcləri 381,35 manat, rabitə xərcləri 164,75 manat, bank xidməti üzrə xərclər 72,38 manat, nəqliyyat xərcləri 294,55 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 303.930,61 manat təşkil etmiş, 2019-cu ili 4.279,97 manat məbləğində zərər ilə başa vurmuşdur. Yoxlama zamanı vergi orqanında olan baza məlumatlarına, bank əməliyyatları barədə məlumatlara, vergilərin hesablanması üçün zəruri olan digər sənədlərə və yoxlanılan dövr ərzində vergi orqanına təqdim olunmuş gəlir vergisi bəyannaməsinin (2019-cu il) düzgünlüyü ayrı-ayrı maddələr üzrə yoxlanılarkən həmin hesabat dövrü üzrə ümumi gəlirin 389.838,70 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 389.838,70 manat), mənfi məzənnə fərqi 386,43 manat, çıxılmalardan sonra ümumi gəlir məbləğinin 389.452,27 manat olduğu müəyyən edilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 3.792,87 manat (ye rli işçilər üzrə əmək haqı 3.792,87 manat), sosial sığorta haqları 853,40 manat, malın dəyəri 302017,78 manat, icarə haqqı 3.813,57 manat, enerji xərcləri 381,35 manat, rabitə xərcləri 164,75 manat, bank xidməti üzrə xərclər 72,38 manat, nəqliyyat xərcləri 294,55 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 311.390,65 manat təşkil etmişdir. Vergiyə cəlb olunan 78.061,62 manat gəlir məbləğindən 20% dərəcə ilə 15.612,32 manat gəlir vergisi hesablanmışdır. Vergiyə cəlb olunan 78.061,62 manat gəlirin azalmasının səbəbi sahibkar tərəfindən ümumi gəlirin 89.801,63 manat, malın dəyəri üzrə xərclərin 9.551,35 manat məbləğində az, icarə haqqının (fiziki şəxslər üzrə) 2.091,31 manat və keçmiş illərin 4.279,97 manat zərərin gəlir vergisi bəyannaməsində (89.801,63-9.551,354.279,97+2.091,31=78.061,62) ar tıq göstərilməsi olmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin (hakim: H.Ağalarov) 2022-ci il 11 oktyabr tarixli, 21(112)-6249/2022 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdehin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********158086 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmişdir

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə müddət bitdikdən 4 ay sonra “vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” qərar qəbul edildiyindən, Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, vergi orqanı tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.

10. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.Cəmilova /sədrlik edən və məruzəçi/, A.Oruczadə və R.Səmədov) 2023-cü il 05 iyul tarixli, 2-1(103)1115/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2016cı il tarixli Qanunu ilə 37.2-ci maddədə kameral vergi yoxlamasının "30 gün" müddətində keçirilməsi ifadəsi əvəzinə "30 iş günü müddətində keçirilir" ifadəsi əks olunmuş və bu qayda xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Bu qaydadan fərqli olaraq Vergi Məcəlləsinin 38-ci maddəsinə müddətlərlə bağlı dəyişiklik edilməmiş, belə ki, həmin maddənin 38.2-ci və 38.4-cü hissələri yoxlamaların iş günü ərzində aparılmalı olduğunu nəzərdə tutduğundan, 30 gün anlayışı bilavasitə 30 iş gününü nəzərdə tutur. Qanunvericiliyə edilmiş dəyişiklik isə hər iki yoxlamanın yalnız iş günü ərzində aparılmalı olduğunu müəyyən edir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında göstərdiyi “vergi orqanı tərəfindən vergi yoxlamasının 30 gündən artıq keçirilməsi və bunun qanunsuz olması” barədə fikirləri ilə razılaşmasa da, hesab etm işdir ki, bu yanaşma kobud prosessual pozuntu kimi qiymətləndirilməməklə yanaşı, nəticə etibarilə düzgün olan məhkəmə qərarının ləğvi üçün də əsas yaratmır.

13. İddiaçının mübahisələndirdiyi inzibati aktın “növbədənkənar vergi yoxlamasının nəticəsi” olması ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qəra rında əsaslandırmağa borcludur. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bundan əlavə, vergi orqanı qərarında həmin əlaqəli məlumatları açıqlamamış, eləcə də səyyar vergi yoxlaması aktında da onları qeyd etməmişdir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya ins tansiyası məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İ.Hüseynov /məruzəçi/, K.Bədəlov, N.Rəsulbəyova) 2023-cü il 30 noyabr tarixli, 2-1(102)2455/2023 nömrəli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1115/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, işə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

16. Kollegiya qeyd etmişdir ki, məhkəmə cavabdehin “növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarının qanuniliyinə qiymət verərkən istinad edilən həmin məlumatların qərarın qəbul edildiyi vaxtda inzibati orqanın sərəncamında olubolmaması faktından çıxış etməlidir. Digər tərəfdən, cavabdeh bəyan edir ki, növbədənkənar səyyar ve rgi yoxlamasının keçirilməsi üçün əsas olan əlaqəli məlumatlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etirazda qeyd edilmiş, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi nəzərdə tutulan vergi ödəyicisi barədə xx.xx.2021-ci il tarixli **********622900 nömrəli məlumat (6 vərəq) sübut kimi məhkəməyə təqdim edilmişdir.

17. Cavabdehin təqdim etdiyi sənədlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxış keçirildiyi və onların iş materiallarına əlavə edildiyi məhkəmə iclas protokolunda qeyd olunsa da (iş v. 168), həmin sənədlərin icraat iştirakçıları ilə müzakirə edildiyinə dair işdə məlumat yoxdur (İPM-in 64.1-ci maddəsi). Nəzərə alınsa ki, apellyasiya instansiyası məhkəməsi qərarını birinci instansiya məhkəməsinin qərarından fərqli əsaslandırmış, cavabdehin mübahisələndirilə n qərarının qanunsuz olması ilə bağlı gəldiyi nəticəni növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində nəzərdə tutulmuş halların vergi orqanı tərəfindən qərarda göstərilmədiyinə, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas olan rəsmi əlaqəli məlumatların mövcudluğunu sübuta yetirə bilmədiyinə istinad etmişdir, bu halda, məhkəmə cavabdehin həmin hallarla bağlı irəli sürdüyü dəlillərin üzərindən sükutla keçməməli, onları icraatın iştirakçıları ilə müzakirə etməli və qiymətləndirməli idi. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsinin qərarında özünün də qeyd etdiyi kimi, məhkəmə araşdırmasını ən azından inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə aparmalı idi. Hazırkı işdə bu, baş verməmişdir. ç) apelyasi ya instansiya məhkəməsində aparılan ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Ş.Məmmədova /sədrlik edən və məruzəçi/, M.Qarayeva və P.Hüseynov) 2024-cü il 27 avqust tarixli, 21(103)-1709/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2022-ci il 11oktyabr tarixli, 2-1(112)-6249/2022 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

19. Kollegiya qeyd etmişdir ki, məhkəməyə təqdim olunmuş etirazda qeyd edilmiş, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi nəzərdə tutulan vergi ödəyicisi barədə xx.xx.2021-ci il tarixli **********622900 nömrəli məlumat (6 vərəq) sübut kimi məhkəməyə təqdim edilmişdir. Cavabdehin təqdim etdiyi sənədlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxış keçirildiyi və onların iş materiallarına əlavə edildi yi məhkəmə iclas protokolunda qeyd olunmuşdur.( Cild-2, iş v. 168).

20. Yeni apellyasiya baxışı zamanı məhkəmə araşdırmasında müəyyən olunmuşdur ki, cavabdehin “növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarın qəbul edildiyi vaxtda həmin sənədlər inzibati orqanın sərəncamında olmuşdur. (Cild-2, iş v. 158-167).

21. Göründüyü kimi, Dövlət Vergi Xidmətinin “Axtarış&Hesabat” informasiya sisteminin və AVİS-in müvafiq altsistemlərinin mövcud imkanlarından istifadə edilməklə aparılmış təhlillər nəticəsində müəyyən edilmişdir ki, İddiaçı 2018- ci ildə 978,0 min manat, 2019-cu ildə isə 300,0 min manat dövriyyəsi olmuşdur. Eyni zamanda, müəssisə bu dövrləri zərərlə başa vurmuşdur. 2019-cu ilin sonuna isə mal qalığı müəyyən edilməmişdir. Təhlil zamanı vergi ödəyicisi tərəfindən t əqdim edilmiş bəyənnamələrdə hesablanmış vergi məbləği fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilmədiyi əsas götürülmüş, qeyd olunan məsələlərin səyyar vergi yoxlaması keçirilməklə yoxlanılmasına zərurət yaranmış və əsaslı olaraq Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. 22.Yeni apellyasiya baxışı zamanı iddiaçının vəkilinə (nümayəndəsinə) Dövlət Vergi Xidmətinin “Axtarış&Hesabat” informasiya sisteminin və AVİS-in müvafiq altsistemlərinin mövcud imkanlarından istifadə edilməklə əldə edilmiş məlumatlar əsasında aparımış təhlillərin nəticəsilə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyənnamələrdə hesablanmış vergi məbləği fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilmədiyi üçün həmin uyğunsuzluğun aradan qaldırılmasına dair faktlara və sübutlara istinad etməsi təklif olunsa da, belə sübutlar məhkəməyə təqdim edilməmişdir.

23. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

24. İddiaçı tərəfindən təqdim edilən kassasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunlu tərtib edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən yazılı etiraz təqdim ed ilərək kassasiya şikayətinin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyənedilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərinxüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydınolmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti şəxsin müst əqil surətdə həyata keçirdiyi, əsasməqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Maddə

24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinənəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə vəmüdafiə etməyə;. 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarıilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Maddə

36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi... 36.2. Vergi yoxlamaları keçirildikdə, ve rgi orqanları və onların vəzifəli şəxsləridüzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə

53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

27. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət hə ddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğ u aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mü bahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Kassasiya şikayəti qismən edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

31. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələ binə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin tələblərinə görə, məhkəmə tərəflərin verdikləri izahatların üzərindən sükutla keçə bilməz.

33. Apellyasiya instansiya məhkəməsi səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın vergi orqanı tərəfindən əsaslandırılıb-əsaslandırılmaması ilə bağlı araşdırma apa rsa da, mübahisələndirilən “vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********158086 nömrəli xx.xx.2022-ci il tarixli qərarın qanuni və əsaslı olması tam araşdırılmamışdır.

34. Belə ki, iş materiallarında olan səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyü yoxlanılan zaman 28.839,41 manat kənarlaşma aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən yoxlamaya vergilərin hesablanması üçün zəruri olan sənədlər təqdim edilmədiyinə görə, vergi ödəyicisinin 2018-ci il üzrə təqdim etdiyi gəlir vergisi bəyannaməsinin 1 nömrə li əlavəsində xx.xx.2018ci il tarixə göstərilən 577.235,23 manat mal qalığı və xx.xx.2018-xx.xx.2019-cu illər üzrə idxal olunmuş 490.936,26 manat məbləğində malların dəyərinə vergi ödəyicisinin elektron qaimə ilə təqdim etdiyi mallar üzrə müəyyən olunan ticarət əlavəsi (35%) əlavə olunaraq səyyar vergi yoxlaması ilə 1.442.031,51 manat (577.235,23+490,936,26) x 1,35) dövriyyə müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən bəyan edilmiş 1.281.812,57 manat dövriyyə nəzərə alınaraq, (1.442.031,51- 1.281.812,57) 160.218,94 manat məbləğində vergiyə cəlb olunan dövriyyənin az göstərilməsi nəticəsində 28.839,41 manat ƏDV hesablanmışdır.

35. Göründüyü kimi, vergi orqanı tərəfindən təqdim edilən hesablamada malların dövriyyəsinə 35 faiz ticarət əlavəsi tətqbiq olunmuş və bunun elektron qaimə-faktura lara əsasən müəyyən edildiyi göstərilsə də, lakin aktda konkret olaraq hansı elektron qaimələrin təhlil edildiyi, onların sıra nömrələri və tarixləri barədə hər hansı məlumat qeyd edilməmiş, apellyasiya instansiya məhkəməsi tərəfindən də qeyd olunan hallar araşdırılmamışdır.

36. Eyni zamanda yoxlama aktında qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən 2018-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumi gəliri 981.775,50 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 981.775,50 manat), mənfi məzənnə fərqi 3.774,58 manat, çıxılmalardan sonra ümumi gəliri 978.000,92 manat göstərilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 7.800,0 manat (yerli işçilər üzrə əmək haqqı 7800,0 manat), sosial sığorta haqları 2.535,0 manat, malın dəyəri 944.014,90 manat, icarə haqqı 15.258,09 manat, enerji xərcləri 851,37 manat, rabitə xərcləri 335,16 manat, bank xidməti üzrə xərclər 1.989,56 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 972.784,08 manat təşkil etmişdir. Vergiyə cəlb olunan 5.216,84 manat gəlir keçmiş illərin çıxılası zərəri ilə bağlanaraq gəlir vergisi hesablanmamışdır.Yoxlama zamanı vergi orqanında olan baza məlumatlarına, bank əməliyyatları barədə məlumatlara, vergilərin hesablanması üçün zəruri olan digər sənədlərə və yoxlanılan dövr ərzində vergi orqanına təqdim olunmuş gəlir vergisi bəyannaməsinin (2018-ci il) düzgünlüyü ayrı-ayrı maddələr üzrə yoxlanılarkən həmin hesabat dövrü üzrə ümumi gəlirin 1.052.192,81 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 1.052.192,81 manat), mənfi məzənn ə fərqi 3.774,58 manat, çıxılmalardan sonra ümumi gəlir məbləğinin 1.048.418,23 manat olduğu müəyyən edilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 7.800,0 manat (yerli işçilər üzrə əmək haqqı 7.800,0 manat), sosial sığorta haqları 2.535,0 manat, malın dəyəri 805.852,43 manat, icarə haqqı 15.258,09 manat, enerji xərcləri 851,37 manat, rabitə xərcləri 335,16 manat, bank xidməti üzrə xərclər 1.989,56 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 834.621,61 manat təşkil etmişdir. Vergiyə cəlb olunan 213.796,62 manat gəlirdən keçmiş illərin zərəri cəmi 32.959,90 manat (2016-cı il üzrə 1.247,35 manat, 2017-ci il üzrə 31.712,55 manat) çıxıldıqdan sonra, vergiyə cəlb olunan 180.836,72 manat gəlir məbləğindən 20% dərəcə ilə 2018-ci il üzrə 36.167,34 manat gəlir vergisi hesablanmışdır.

37. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən vergiyə cəlb edilən məbləğ müəyyən edilərkən yoxlama zamanı vergi orqanında olan baza məlumatlarına, bank əməliyyatları barədə məlumatlara, vergilərin hesablanması üçün zəruri olan digər sənədlərə istinad edilsə də, məhkəmə tərəfindən həmin baza məlumatlarının, digər sənədlər kimi istinad edilən sənədlərin nələrdən ibarət olması konkret olaraq müəyyənləşdirilməmiş, beləliklə cavabdeh tərəfindən hesablanan vergi məbləğinin doğruluğu dəqiqləşdirilməmişdir.

38. Odur ki, təkrar apellyasiya baxışı zamanı kassasiya instansiya məhkəməsinin bu qərarının 33, 35 və 37-ci bəndlərində qeyd olunan hazırkı mövqeyi nəzərə alınmaqla araşdırma aparılmalı və araşdırmanın nəticəsində qanunamüvafiq qaydada qərar qə bul edilməlidir.

39. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1,12.2, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 27 avqust tarixli, 21(103)-1709/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar