Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3070/2025 18.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafıq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qar şı "cavabdehin 23 yanvar 2024cü il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il 03 iyun tarixli, 2-1(107)-296/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Fərdi sahibkar İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi – Avtomobil təmiri sexində (obyektin kodu: **********-22002) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********1595 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmə k müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023-cü il də daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Həmin qərara əsasən xx.xx.2023-cü il tarixdə saat 11:40-da keçirilən operativ vergi nəzarəti tədbiri zamanı İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyekti olan Avtomobil təmiri sexində 2 nəfər fiziki şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmiş, bu fakt 1 5 dekabr 2023-cü il tarixli DVX seriyalı 001172 nömrəli aktla rəsmiləşdirilmiş, vergi ödəyicisi aktı imzalamaqdan imtina etmişdir.
2. Cavabdehin 2024-cü il 23 yanvar tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 8000 (səkkiz min) manat məbləğdə maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmiş və xx.xx.2024-cü il tarixədək 8000 manat məbləğin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 23 yanvar 2024-cü il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “cavabdehin 02 aprel 2024-cü il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 23 yanvar 2024-cü il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Mə cəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 8000 (səkkiz min) manat məbləğdə maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmiş və xx.xx.2024-cü il tarixədək 8000 manat məbləğin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. İddiaçı hesab edir ki, 11 saylı Ərazi Vergilər İdarəsinin 23 yanvar 2024-cü il tarixli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı qanunsuz və ədalətsizdir. Buna görə də həmin qərar məhkəmə tərəfindən ləğv edilərək, yeni qərar qəbul edilməlidir. Belə ki, 11 saylı Ərazi Vergilər İdarəsi 23 yanvar 2024-cü il tarixli qərarında iddiaçının 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyi qeyd olunmuşdur. Lakin, o bununla qəti olaraq razı deyil. Belə ki, iddiaçı hüquqi şəxs yaratmadan fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 15 dekabr 2023-cü il tarixdə 11 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları iddiaçının obyektində olmamışlar və sözügedən tarixdə adı çəkilən təmir sexi işləməmişdir. Bununla bağlı sübutları var. Cavabdehin nümayəndələri xx.xx.2023-cü ildə Xaldan ərazisində olsalar da iddiaçının təmir sexini guya xx.xx.2023-cü ildə yoxlamalarını bildirmişlər. Lakin bu absurt və yalandır. Belə ki, nə 14-ü, nə də 15-i dekabrda 11 saylı vergilər İdarəsinin işçiləri onun obyektində olmayıblar. Bundan əlavə iddiaçı cavabdehin işçisi ilə 050- 230-50- 30 nömrəsi ilə xx.xx.2023-cü il tarixdə digər obyekti olan ərzaq mağazası barədə danışdıqda iddiaçıya Bərdədə olduqlarını bildirdilər. İddiaçı sözügedən sexi icarəyə vermiş və həmin işçilər də həmin sexi hələ də istifadəyə başlamamışdılar. Bu hadisələrdən sonra cavabdehin nümayəndələri icarəyə verdiyi yerə görə onu aldadaraq iki şəxslə əmək müqaviləsi bağlamağa vadar etdilər. Əlavə olaraq bildirilir ki, iddiaçıya iki işçiyə görə 8000 manat yazılıb. Bu o deməkdir ki, o təkrar törətmişdir. Lakin bu yalandır və əsassızdır. Belə ki, xx.xx.2023-cü ildə iddiaçının digər obyektinə cərimə yazılmasından sui istifadə edərək başqa obyektlərinə də cərimə yazmağa başlamışlar. Lakin cavabdehin nümayəndələri heç həmin obyektin işləyibişləməməsinə diqqət etməmişlər. İddiaçıya hazırki qərarla olan 8000 manat borcun xx.xx.2023-cü ildə yazılmasının səbəbi isə xx.xx.2023-cü il tarixdə digər obyektinə cərimə yazmaqla cərimənin təkrar törədilməsi kimi göstərilməsidir. İddiaçının guya akta və protokola imza etməkdən imtina etməyi göstərilmişdir. Lakin iddiaçının yanında nə akt, nə də protokol tərtib edilməmişdir. Cavabdehin etirazı:
6. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Etiraz onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatına əsasən fiziki şəxsin xx.xx.2005-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, Yevlax rayonunun Xaldan qəsəbəsində "Ucuz market" adlı və “Avtomobil təmiri sexi” adlı təsərrüfat subyektləri mövcuddur. Fərdi sahibkar İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiy i – Avtomobil təmiri sexində (obyektin kodu: **********-22002) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********1595 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023-cü il də daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Həmin qərara əsasən xx.xx.2023-cü il tarixdə saat 11:40-da keçirilən operativ vergi nəzarəti tədbiri zamanı İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyekti olan Avtomobil təmiri sexində 2 nəfər fiziki şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmiş, bu fakt 15 dekabr 2023- cü il tarixli DVX seriyalı 001172 nömrəli aktla rəsmiləşdirilmiş, vergi ödəyicisi aktı imzalamaqdan imtina etmişdir. Bununla bağlı əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş X2 və X1 izahatları alınmış və həmin şəxslər izahatlarında xx.xx.2023-cü il tarixdən 300 manat əmək haqqı müqabilində əmək müqaviləsi bağlanmadan İddiaçı tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edildiklərini təsdiqləmişlər. Odur ki, keçirilmiş op erativ vergi nəzarəti tədbirinə dair tərtib edilmiş sənədlərin surəti vergi ödəyicisinə xx.xx.2023-ci il tarixdə elektron qaydada və poçt vasitəsilə göndərilmişdir. Fərdi sahibkar barəsində qəbul ediləcək qərar üzrə operativ vergi nəzarəti materiallarına baxılmasında iştirak etməsi üçün xx.xx.2023-cü il tarixli **********872500 nömrəli bildiriş göndərilmiş və həmin bildiriş vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə saat 12:19:46da oxunmuşdur. Operativ vergi nəzarəti materiallarına baxılması üzrə fərdi sahibkar barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən iki nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 8000 manat məbləğində maliyyə sanksiyası tərtib edilərək, vergi məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2024-cü il tarixli **********9667 nömrəli qərar qəbul edilərək həmin tarixli **********584400 nömrəli məktubla vergi ödəyicisinə göndərilmişdir. Hazırkı iddia üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli sərəncamının icrası zamanı müəyyən edilmişdir ki, proqram təminatının texniki imkanları səbəbindən vergi ödəyicisi barədə 4000 manat maliyyə sanksiyası tətbiq edilməli olduğu halda 8000 manat maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, vergi ödəyicisinin barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********3493 nömrəli qərar qəbul edilmişd ir. Həmin qərarla vergi ödəyicisinə 4000 manat maliyyə sanksiyası hesablanaraq xx.xx.2024-cü il tarixli **********9667 nömrəli qərarla tətbiq edilmiş 8000 manat maliyyə sanksiyasının vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən azaldılması təmin edilmişdir. İddiaçının iddia tələbini əsaslandırdığı konkret hallarla bağlı isə bildiririk ki, işin hallarından da göründüyü kimi iddiaçının iddia ərizəsində göstərdikləri yanlış olmaqla iş materialları ilə təkzib olunur və iddia ərizəsi məsuliyyətdən yayınmaq məqsədi daşıyır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim: F.H.Hacızadə) 2025-ci il 15 yanvar tarixli, 21(116)-344/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmət inin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin bildirdiyi məlumata əsasən Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli sərəncamının icrası zamanı müəyyən edilmişdir ki, proqram təminatının texniki imkanları səbəbindən vergi ödəyicisi barədə 4000 manat maliyyə sanksiyası tətbiq edilməli olduğu halda 8000 manat maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar iddiaçı tərəfindən ilkin olaraq mübahisələndirilən xx.xx.2024-cü il tarixli **********9667 nömrəli qərardır. Cavabdeh inzibati orqan qeyd etdiyi yanlışlığın aradan qaldırılmasına dair inzibati icraat çərçivəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********3493 nömrəli qərar qəbul qəbul etmişdir. Həmin qərarla vergi ödəyicisinə 4000 manat maliyyə sanksiyası hesablanaraq xx.xx.2024- cü il tarixli **********9667 nömrəli qərarla tətbiq edilmiş 8000 manat maliyyə sanksiyasının vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən azaldılması təmin edilmişdir. İddia ərizəsinə əlavə olunan 28 noyabr 2023-cü il tarixli icarə müqaviləsinə əsasən Yevlax rayonu Xaldan qəsəbəsində yerləşən avtomobil sexi X3 icarəyə verilmişdir. Cavabdeh inzibati orqan ərazidə 15 dekabr 2023-cü il tarixində sözügedən obyektdə yoxlama aparıldığını bildirsə də iddiaçının təqdim etdiyi videogörün tülərə əsasən həmin tarixdə müvafiq hal aşkar edilmir. Digər tərəfdən cavabdeh tərəfindən video və fotoçəkiliş təqdim edilməmiş, formal akt tərtib edilməsi ilə kifayətlənilmişdir. Həmin aktlarda iddiaçının adının qarşısında “imtina etdi” qeydi aparılmış, lakin həmin vaxt orada olduğuna dair hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə orada işlədiyi göstərilən şəxslərin formal izahatları alınmış, əvvəldən tərtib edilmiş yazılı sualların doldurulması ilə yoxlama funksiyasının başa çatmış olduğu hesab edilmişdir. İş materiallarından, eləcə də cavabdehin mövqeyindən aydın olur ki, operativ vergi yoxlaması aparılarkən qanunun bu tələbinə əməl edilməmiş, yoxlama zamanı foto və (və ya) video çəkilişdən istifadə olunmamışdır. Vergi Məcəlləsinin 41.1-ci maddəsi məzmun baxımından imperativdir, yəni norma baxış keçirilərkən baş verən hərəkətlərin həm protokolla rəsmiləşdirməsini, həm də foto, video çəkilişdən istifadənin vergi orqanı üçün vəzifə olduğunu təsbit etmişdir. Aparılmış inzibati icraat materiallarını və sübutları qiymətləndirən məhkəmə hesab etmişdir ki, mübahisələndirilən qərar qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir, qərarın əsassızlığı sübuta yetirilir. Odur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02 aprel 2024-cü il tarixli, **********3493 saylı qərarı ləğv edilməlidir.
10. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ə razi Vergilər Baş İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 2025-ci il 15 yanvar tarixli, 2-1(116)-344/2025 nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Şəki Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər T.H.Həsənov /sədrlik edən və məruzəçi/, V.Ə.Musayev və R.R.Rəfiyev) 2025-ci il 03 iyun tarixli, 21(107)-296/2025 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Şəki İnzibati Məhkəməsinin 2025-ci il 15 yanvar tarixli, 2-1(116)-344/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qənaətini onunla əsasl andırmışdır ki, məhkəmə kollegiyasının iclasında cavabdeh inzibati orqanın nümayəndəsi, X2 icarəyə götürdüyü Yevlax rayonu Xaldan qəsəbəsində yerləşən avtomobil sexində 15 dekabr 2023-cü il tarixində yoxlama aparıldığını bildirsə də, iddiaçının təqdim etdiyi videogörüntülərə tərəflərin iştirakı ilə məhkəmə iclası zamanı baxış keçirilmiş, videogörüntülərdə cavabdeh orqanın nümayəndələrinin həmin obyektə gəlmələrinə və yaxud orada iştirak etmələrinə və yoxlama aparılmasına dair hər hansı görüntü aşkar edilməmişdir. Halbuki, işdə olan 001172 saylı akt, DVX 001172 saylı akt və DVX 007614 nömrəli Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokolun 15 dekabr 2023-cü il tarixdə həmin ərazidə tərtib olunması qeyd edilmişdir. Bununla bağlı suallara isə cavabdeh orqanın nümayəndəsi m ötəbər sübutlara əsaslanan cavablar verməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan qərarının əsaslılığını sübut etməli olduğu halda mötəbər sübutlar təqdim etməmiş, buna baxmayaraq iddiaçı tərəfindən iddiasının əsasslılığını təsdiq edə biləcək sübutlar məhkəməyə təqdim edilmişdir.
13. Eyni zamanda cavabdeh tərəfindən video və fotoçəkiliş də təqdim edilməmiş, formal akt tərtib edilməsi ilə kifayətlənilmişdir. Həmin aktlarda iddiaçının adının qarşısında “imtina etdi” qeydi aparılmış, lakin həmin vaxt iddiaçının orada olduğuna dair hər hansı sübut təqdim edilməmişdir. Həmçinin orada işlədiyi göstərilən şəxslərin formal izahatları alınmış, əvvəldən tərtib edilmiş yazılı sualların doldurulması ilə yoxlama funksiyasının başa çatmış olduğu hesab edilmişdir. Ona görə də məhkəmə koll egiyasının qənaətinə görə cavabdeh orqanın qeyd etdiyi kimi, əlavə olaraq X2 və X1 şahid qismində dindirilməsinə də zərurət qalmamışdır. Bundan başqa, Kollegiya hesab edir ki, həmin şəxslərin iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməsinə (zəruri cəlbetmə) də zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə görə, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə); - 28.3-cü maddəsinə əsasən, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati pro sesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir.
14. Göründüyü kimi, hazırki iş üzrə mübahisə edilən hüquq münasibətində X2 və X1 iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin şəxslər barəsində vahid qərarın qəbul olunmasını şərtləndirmir. Göründüyü kimi, qanunvericiliyin qeyd olunan müddəalarına görə adi və ya zəruri cəlbetmə qaydasında qoşulmanın baş tuta bilməsi üçün bir neçə şərtin birlikdə mövcud olması tələb olunur. Həmin şərtlərin bəziləri hər iki cəlbetməyə münasibətdə eyni olsa da, bəziləri isə cəlbetmənin növündən asılı olaraq fərqli olur. Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıd ır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qiymətləndirməsi ilə də razılaşır ki, cavabdeh orqan iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, başqa sözlə, operativ vergi nəzarəti zamanı izahatı alınmamış şəxslərin iddiaçı ilə əmək münasibətlərində olub-olmaması halını sübut edə bilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd əsaslandırılmamış qərar qəbul etmişdir. Yəni, hazırkı iş üzrə iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğundan, sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Mübahisələndirmə haqqında iddia növündə olan işlərdə cavabdeh faktiki şərtlərin mövcudluğunu məhkəmə prosesi zamanı təqdim edilmiş sənədlərlə sübut etməklə yanaşı və hətta daha öncə, inzibati icraatın gedişində, o cümlədən icraatın nəticəsində inzibati aktın qəbulu zamanı şəxsə faktiki şərtlərin mövcudluğunu göstərməlidir. Bu “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinin tələbindən irəli gəlir. Belə ki, həmin maddələrə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayəti iddia ərizəsinə qarşı etirazın və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Mad də
41. Baxış protokolu 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. 41.2. Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər. Maddə
50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəəmaterial ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakıl ardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilər inin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) i stisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keç irilməsi zamanı bu Məcəllənin 39–49-cu maddələrinin müddəaları tətbiq edilir. 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığ orta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
58. İnzibati akta dair ümumi tələblər 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan y aranmış hüquqi nəticələri aradan qaldırır.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır v ə yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmiş dir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası, xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, cavabdehin qərarının ləğv edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə b ununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya əlavə olaraq qeyd edir ki, Vergi Məcəlləsinin 41.1-ci maddəsinə görə vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmu ş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur.
28. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, operativ vergi yoxlaması aparılarkən qanunun bu tələbinə əməl edilməmiş, yoxlama zamanı foto və (və ya) video çəkilişdən istifadə olunmamışdır. Vergi Məcəlləsinin 41.1-ci maddəsi məzmun baxımından imperativdir, yəni norma baxış keçirilərkən baş verən hərəkətlərin həm protokolla rəsmiləşdirməsini, həm də foto, video çəkilişdən istifadənin vergi orqanı üçün vəzifə olduğunu təsbit etmişdir.
29. Kollegiya kassasiya şikayətinin dəlillərinə münasibətdə onu da qeyd edir ki, İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə isə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, yuxarıda qeyd edildi yi kimi, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir.
30. Məhkəmə kollegiyası yuxarıda adı çəkilən qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçın tələbinin təmin edilməli olması qənaətinə gəlməkdə haqlı olmuşdur.
31. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
32. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gə lir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il 03 iyun tarixli, 21(107)-296/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.