Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3078/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(108)-45/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 0087314 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-də hidravlik köməkçisi vəzifəsində işləyib. 2. "xxxx" MMC tərəfindən verilmiş 283/1 və 398 nömrəli ezamiyyət vəsiqələrinin surətindən görünür ki, (Texniki xidmət şöbəsinin: Hidravlik mexaniki) İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə “X6” QSC-nin arası nda bağlanmış 18 saylı müqavilə əsasında texniki xidmətin göstərilməsi məqsədilə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Beyləqan, Ağcabədi bölgələrinə ezam olunmuşdur. 3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 23 sentyabr 2022-ci il tarixli, 0654 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Texniki Xidmət Şöbəsində hidravlik köməkçisi vəzifəsində çalışmış İddiaçı xx.xx.2020-xx.xx.2020, xx.xx.2020xx.xx.2020, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə döyüş bölgələrinə ezam olunaraq həmin ərazilərdə Mühəndis Qoşunları İdarəsinin balansındaki texnikalarının yerində servisinin yerinə yetirmiş və texnikaların saz vəziyyətə saxlanılmasını təmin etmişdir.
4. X seriyalı, ******* nömrəli hərbi biletin 21-ci səhifəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Vətən müharibəsi dövründə döyüş əməliyyatları gedən ərazilərdə xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin balansında olan mühəndis texnikalarının yerində təmiri, bərpası və daim saz vəziyyətdə saxlanılmasını təmin edərək texniki xidmət göstərmişdir (Əsas: N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli, 315 nömrəli arayışı).
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələr tərəfindən verilmiş fəxri fərmanlardan məlum olur ki, İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpası, “Dəmir Yumruq” əməliyyatı və Vətən Müharibəsində “Ordu Xalq, Xalq Ordu” birliyi devizi altında hərbi hissənin ictimai və həyati fəaliyyətlərində yaxından iştirak etdiyinə görə təltif olu nmuşdur.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 315 nömrəli, xx.xx.2022-ci il tarixli, 655 nömrəli arayışların təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı geniş miqyaslı əks hücum əməliyyatlarının həyata keçirilməsi zamanı, 44 günlük “Vətən Müharibəsi” dövründə xx.xx.2020-ci ildən xx.xx.2020 tarixinədək döyüş gedən bölgələrə ezam olunaraq N nömrəli hərbi hissənin balansında olan mühəndis texnikalarının yerində təmiri, bərpası və daim saz vəziyyətdə saxlanmasını təmin edərək texniki xidmət göstərmişdir. Arayışın qeyd hissəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə “X6” QSC-nin arasında bağlanmış 18 saylı müqaviləyə əsasən N nömrəli hərbi hissənin balansında olan ekskavator, buldozer və təkərli yü kləyicilərin daim saz vəziyyət saxlanması və yerində (döyüş əməliyyatları gedən ərazilərdə) təmirinin, texniki xidmətinin göstərilməsini təmin edildiyi göstərilmişdir.
7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 23 nömrəli arayışın təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "Vətən” müharibəsində Cəbrayıl rayonunun Daşkəsən, Dağ-tumas, Daş veysəlli, Havıslı kəndlərində, Qubadlı rayonunun Balasoltanlı, Xanlıq, Padar, Aşağı mollu kəndlərində, Fizuli rayonunun Kənd horadiz, Seyidəhmədli, Aşağı Əbdürəhmanlı, Fizuli şəhəri, Laçın rayonunun Güləbürt, Başarat kəndlərində, Xocalı rayonunun Çanaqçı, Daşaltı, Sığnaq kəndlərində, Xocavənd rayonun Tuğ, Tağlar kəndlərind ə və Şuşa şəhərində olan sıradan çıxmış mühəndis texnikalarının təmir və bərpa olunmasında iştirak etmişdir 8. 2N nömrəli hərbi hissənin komandiri tərəfindən tərtib edilmiş “X5” QSC-nin əməkdaşlarının Vətən Müharibəsi zamanı döyüş bölgələrinə cəlb olunaraq həmin ərazilərdə mühəndis texnikalarının yerində təmirini, bərpasını təmin etmələri haqqında xx.xx.2022-ci il tarixli, 1484 nömrəli aktın və 02 avqust 2022-ci il tarixli, 17/1206 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, “X5” QSC-nin əməkdaşları,....mexanikhidravlik İddiaçı... 44 gün davam edən Vətən Müharibəsi zamanı (27.09-xx.xx.2020-ci il) döyüş bölgələrinə cəlb olunaraq həmin ərazilərdə mühəndis texnikalarının yerində təmirini, bərpasını icra etmiş və texnikaların döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmişlər.
9. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N iyun 2024-cü il tarixli, 3-25-N/2970/2024 nömrəli məktubundan aydın olur ki, vətəndaş İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə "xxxx" arasında bağlanmış xx.xx.2020-ci il tarixli 18 nömrəli satınalma müqaviləsinə əsasən 44 günlük Vətən müharibəsi zamanı döyüş bölgələrində sıradan çıxmış və təmirə ehtiyacı olan mühəndis texnikalarının yerində təmir işlərini görmüş və bu haqda 2N nömrəli hərbi hissədə akt tərtib olunaraq vətəndaş İddiaçı təqdim olunmuşdur
10. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N iyun 2024-cü il tarixli, 242 nömrəli məktubu ilə göndərilmiş 07 iyun 2024-cü il tarixli, 990 nömrəli ("xxxx" QSC-nin əməkdaşlarının Vətən Müharibəsi zamanı döyüş bölgələrinə cəlb olunaraq həmin ərazilərd ə mühəndis texnikalarının yerində təmirini, bərpasını təmin etmələri haqqında) aktdan məlum olur ki, “X5” QSC-nin əməkdaşı hidravlikmexanik İddiaçı 44 gün davam edən Vətən Müharibəsi zamanı (27.09- xx.xx.2020-ci il) Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa, Qubadlı və Zəngilan istiqamətlərində gedən döyüşlərə cəlb olunaraq həmin ərazilərdə mühəndis texnikalarının yerində təmirini, bərpasını icra etmiş və texnikaların döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmişdir. Təqdim olunan sənədlərə əsasən və aktda qeyd olunan hərbi qulluqçuların şahidliyi təsdiq edir ki, yuxarıda adı qeyd olunan vətəndaş 44 gün davam edən Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa, Qubadlı və Zəngilan istiqamətlərində mühəndis texnikalarının yerində təmirini, bərpasını təmin etmiş və vəzi fə borcunu tam şəkildə yerinə yetirmişdir.
11. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 09 sentyabr 2024-cü il tarixli, 3-254/2-5551/24 nömrəli məktubundan aydın olur ki, Azərbaycan Ordusunun "Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart 2021ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşdirmə) ilə məhkəməyə müraciət edərək “ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının razıla şdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı, xx.xx.2020-ci il tarixdə (Vətən müharibəsi başladığı vaxt) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində Texniki Xidmət Şöbəsində hidravik mexanik kimi döyüş bölgəsinə qrupla birlikdə ezam olunmuşdur. Vətən müharibəsində Cəbrayıl rayonu, Daşkəsən dağtumas, Daş veysəlli, Havisli kəndi, Qubadlı rayonu Balasoltanlı, Xanlıq, Padar, Aşağı mollu kəndində, Füzuli rayonunun Kənd horadiz, Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Füzuli şəhəri, Laçın rayonunun Güləbürt, Başarat kəndlərində, Xocalı şəhərinin Çanaqçı, Daşaltı Sığnaq kəndlərində Xocavənd r ayonunu Tuğ, Tağlar kəndlərində və Şuşa şəhərində sıradan çıxmış texnikanın bərpa olunmasında iştirak etmişdir. Bu N №-li hərbi hissənin komandiri və qərərgah rəisinin verdikləri arayışda təsdiqini tapmışdır. Əlavə olaraq 2N №-li hərbi hissənin N avqust 2022-ci il tarixdə 17/1204 №-li arayışından göründüyü kimi, Vətən müharibəsi zamanı döyüş bölgəsinə cəlb olunmuş, həmin ərazilərdə mühəndis texnikalarının yerində təmirini, bərpasını icra etmişdir. Texnikanın döyüş hazırlığı vəziyyətində saxlanılmasını təmin etmişlər. N №-li hərbi hissə tərəfindən təqdim edilmiş N yanvar 2023-cü il tarixli, 22 nömrəli arayışında öz əksini tapmışdır. 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Texnikanı yaxşı təmir etdiyi üçün hərbi hissələrin komandirləri tərəfindən fəxri fərmanlar və təşəkkürnamələr almışdır. Döyüş vaxtı texnikanı (və ya mühəndis qurğuların) döyüşdən çıxardıb döyüş gedən ərəfədə təmir edib döyüşə qaytarmaq çətin və məsuliyyətli işdir. Erməni atıcı texnikalarının və ya atıcı silahlarının atəşi zamanı texnikaların çıxarılması, yenidən döyüşə qaytarılması ağır bir işdir.
14. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, cavabdeh veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının xx.xx.2024-cü il tarixli, 2/2- 1777 nömrəli məktubunda qeyd olunmuşdur ki, iddiaçının, təqdim olunmuş arayış-məlumata əsasən 44 günlük Vətən Müharibəsi dövründə N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində vəzifə borclarını yerinə yetirdiyinə dair məlumatlar qeyd edilmişdir. Əsasnamənin 10-cu və N-ci abzasları nda qeyd edilən ərazilərdə maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsinə görə iştirakı müvafiq sənədlərlə təsdiqlənmədiyinə görə, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə, sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Yuxarıda qeyd olunmuş Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 9cu yarımbəndinə əsasən: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya or qanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı verilir.
15. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 21(122)-259/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – T.Əliyev).
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı xx.xx.2020-xx.xx.2020-ci illərdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa, Qubadlı və Zəngilan istiqamətlərində gedən döyüşlərə cəlb olunaraq həmin ərazilərdə mühəndis texnika larının yerində təmirini, bərpasını icra etmiş və texnikaların döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmişdir. İddiaçının hərbi xidmətdən qanuni əsaslarla buraxılması haqqında məlumat mövcud olmaqla, hərbi xidmət yerini özbaşına tərk etməmiş, həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi, iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumatlar yoxdur.
17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx. xx.2025-ci il tarixli, 2-1(108)-45/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(122)-259/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – S.Novruzov, hakimlər – Y.Qurbanov, M.Həsənov).
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının həm döyüş əməliyyatları gedən əraziyə göndərilməsi, həm də döyüş əməliyyatları gedən ərazidən qayıtması barədə hərbi hissə komandirinin əmri aşkar olunmasa da, Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 iyul 2007-ci il tarixli qərarında ifadə olunmuş mövqeyə əsasən, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.
20. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qərarda əks edilmiş hüq uqi mövqeyə istinad etməklə bildirmişdir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir.
21. Göründüyü kimi iddiaçı cavabdeh ilə “X5” QSC-nin arasında bağlanmış 18 saylı müqavilə əsasında texniki xidmətin göstərilməsi məqsədilə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Beyləqan, Ağcabədi bölgələrinə ezam olunmuşdur. Bu baxımdan, iddiaçının ezam olunduğu hərbi hissədə icra etməli olduğu vəzifə bilavasitə döyüş əməliyyatları aparan N nömrəli hərbi hissənin balansında olan mühəndis texnikalarının yerində təmiri, bərpası və daim saz vəziyyətdə saxlanılmasını təmin etmək olmuşdur. Belə olan halda, iddiaçının döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatl arın maddi texniki təminatı üzrə tapşırıqların yerinə yetirilməsində iştirak etməsini təsdiq edən kifayət qədər sübutlar məhkəmə tərəfindən müəyyən edilərək tədqiq olunmuşdur.
22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün təkrar apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
23. Kassasiya şikayəti etiraza və apellyasiya şikayətinə uyğun əsaslandıralaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək vet eranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsi nəzərə alınmamışdır. Cavabdehin veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının xx.xx.2024-cü il tarixli 2/2-1777 nömrəli məktubunda qeyd olunmuşdur ki, təqdim olunmuş arayışlardan görünür ki, 44 günlük Vətən Müharibəsi dövründə Cəbrayıl rayonunun Daşkəsən, Dağ-tumas, Dağ-veysəlli, Havıslı kəndlərində, Qubadlı rayonunun Balasoltanlı, Xanlıq, Padar, Aşağı Mollu kəndlərində, Füzuli rayonunun Kənd Horadiz, Seyidəhmədli, Aşağı Əbdürəhmanlı, Füzuli şəhəri, Laçın rayonunun Güləbürt, Başarat kəndlərində, Xocalı rayonunun Çanaqçı, Daşaltı, Sığnaq kəndlərində, Xocavənd rayonunun Tuğ, Tağlar kəndlərində və Şuşa şəhərində olan sıradan çıxmış mühəndis texnikalarının təmir və bərpa olunmasında iştirak etmişdir. N və 2N nömrəli hərbi hissələrə ezamiyyətə gəlmələri və ezamiyyətdən qayıtmaları barədə müvafiq əmrlərdən çıxarışlar təqdim edilməmişdir. Əsasnamənin 10-cu və N-ci abzaslarında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsində iştirakı müvafiq əmrlərlə təsdiqlənmədiyinə görə, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə, sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur.
24. Apellyasiya instansiyası məhkəməsi qərar çıxararkən 2022-ci il tarixli arayışlara və iddiaçının hərbi biletində olan qeydlərə əsaslanmış, lakin hərbi hissələrə ezamiyyətə gəlmələri və ezamiyyətdən qayıtmaları barədə müvafiq əmrlərin olmamasını nəzərə almamışdır. Azərbaycan Respub likası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 №-li Qərarına görə hərbi biletdə olan yazılar əmrlərlə və ya arxiv arayışları ilə təsdiq edilməsi tələb olunur.
25. Bunları nəzərə almadan qərar qəbul etməklə, məhkəmə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsini və “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsini nəzərə almamışdır. Həmin maddəyə əsasən: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar”. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adla rının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müddəalarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 420 №li Qərarını nəzərə almamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(108)45/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılması xahiş etmişdir. Etiraz iddia ərizəsinə uyğun əsaslandırılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: 1-ci hissəsinin onuncu abz asına əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 1-ci hissəsinin on birinci abzasına əsasən 2020-ci il sentyabrın 27-dən noyabrın 10dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azə rbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3- cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 1-ci hissəsin in ikinci bəndinin birinci abzasına əsasən bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. 1-ci hissəsinin ikinci bəndinin dördüncü abzasına əsasən Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların r əyinə əsasən verilir, o cümlədən Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. 28. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarınd a iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 7-ci maddəsinə əsasən Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və və siqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N1.3-cü və N2.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiy a instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
35. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
36. Hazırda iddiaçının hüquqi marağı müharibə veteranı adı və vəsiqəsinin verilməsinə yönəlmişdir.
37. Qanunvericiliyin tələbinə əsasən, döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularl a yanaşı, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər.
38. Göründüyü kimi, iddiaçının xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatları gedən ərazilər - Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Beyləqan, Ağcabədi istiqamətində gedən döyüş əməliyyatları zamanı cavabdeh ilə “X5” QSC-nin arasında bağlanmış 18 saylı müqavilə əsasında texniki xidmətin göstərilməsi məqsədilə ezam olunmuş şəxs kimi hərbi hissələrin balansında olan mühəndis te xnikalarının yerində təmiri, bərpası və daim saz vəziyyətdə saxlanılmasını təmin edərək texniki xidmət göstərməsi işin halları ilə müəyyən edilmiş və bu faktlar iş materiallarında olan hərbi hissələrin arayışları, ezamiyyət vəsiqələri və hərbi biletdə aparılan qeydlərlə təsdiq olunmuşdur.
39. Beləliklə, apellyasiya məhkəməsinin iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı işin faktiki halları, konkret sübutlarla, o cümlədən iş materiallarında olan hərbi hissələrin arayışları, arayış-məlumatı, aktları, ezamiyyət vəsiqələri və hərbi biletdə aparılan qeydlərlə təsdiq edilməsi barədə mövqeyi əsaslı olmuşdur.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinə uyğun əsaslandırılmış kassasiya şikayətinin təkrarlanan dəlillərinə münasibətdə bildirir ki, həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün və ətraflı münasibət göstərildiyindən prosessual qənaət prinsipi baxımından həmin dəlillərə təkrar qiymət verilməsinə lüzum görmür.
41. Bununla belə, kollegiya hesab edir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adın müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində məhkəmə qərarı dəyişdirilməli, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh həvalə edilməlidir. Buna dair mövqeyini kollegiya aşağıdakılarla izah edir.
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veter anı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”dəki tənzimləmələrdən göründüyü kimi, ayrı-ayrı kateqoriya şəxslərə münasibətdə müharibə veteranı adının məhz hansı sənədlər əsasında və hansı səlahiyyətli orqanlar tərəfindən veriləcəyi aydın nizamlanmışdır. İddiaçının halına münasibətdə müharibə veteranı adının məhz Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verildiyi təsbit edilmişdir.
43. Bununla yanaşı, Əsasnamənin Qeyd hissəsində həm də belə bir tənzimləmə öz əksini tapmışdır ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəy yən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
44. Qeyd olunan normanın tətbiqinə münasibətdə kollegiya hesab edir ki, həmin müddəa hakimiyyətlər bölgüsünə və icra hakimiyyətinin vahidliyinə dair konstitusion prinsiplər nəzərə alınmaqla təfsir olunmalıdır. Bu mənada, normanın məqsədi də nəzərə alındıqda o, müstəsna olaraq icra hakimiyyətinin öz daxilində müharibə veteranı adının verilməsi ilə bağlı aparılan inzibati icraat daxilində tətbiq edilən qayda kimi çıxış edir. Başqa sözlə, inzibati icraat daxilində şəxsə müharibə veteranı adının verilməsi ilə bağlı məsələni həll edərkən Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla hərəkət edə bilər. Bu qaydada davranma vahid icraat daxilində şəxs üçün əlverişli inzibati aktın çıxarılması ilə nəticələndiyi hallarda yol veriləndir. 45.Bundan fərqli olaraq, şəxsə müharibə veteranı adının verilməsindən imtina olunduqda, hazırkı işin hallarına münasibətdə həmin imtina icra hakimiyyətinin adından Müdafiə Nazirliyi tərəfindən edilir. Öz növbəsində, məhkəmə tərəfindən iddianın təmin olunması ilə bağlı qərar işin hallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilmiş faktlara müvafiq maddi hüquq normalarının tətbiq edilməsi ilə çıxarılır. Belə qərar iddiaçının müharibə veteranı adının verilməsi ilə bağlı tələbinin artıq təmin edilməli olduğu nəticəsini yaradır. Ona görə də məhkəmə mübahisələri yarandıqda cavabdeh qismində də imtinanı verən orqan çıxış etməlidir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarını və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına lüzumsuz olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi həmişə bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur.
46. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə b ağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsinə münasibətdə dəyişdirilməli, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi cavabdehin üzərinə qoyulmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(108)-45/2025 nömrəli qərarı “İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” hissəsində dəyişdirilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azə rbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərar qətidir.