Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3082/2025 29.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: riskli vergi ödəyicisi barədə qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 20 iyun 2025-ci il tarixli, 2-1(103)-1624/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı MMC cavabdehin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********596100 nömrəli qərar ilə riskli vergi ödəyicisi hesab edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********596100 nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdı r ki, iddiaçı MMC-nin riskli vergi ödəyicisi hesab olunmasının əsası kimi, AR Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 saylı Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicilərinin Meyarları”nın 2.1.2-ci yarımbəndinə istinad olunmuşdur. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Yəni, vergi nəzarəti tədbiri ilə faktiki olaraq mal (iş, xidmət) təqdim edilmədən əməliyyat aparılması şəxsin riskli vergi ödəyicisi kimi tanınması əsaslarından biridir. Lakin qeyd olunan bəndin İddiaçı MMC-nin fəaliyyəti ilə hər hansı əla qəsi yoxdur. Müəssisənin fəaliyyəti rəsmi şəkildə qanunvericiliyə uyğun formada həyata keçirilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarda qeyd olunan yanaşmaya dair hər hansı əsaslandırma aparılmamış, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələbləri pozulmuşdur. Həmçinin, cavabdeh iddiaçının əmtəəsiz əməliyyat apardığını iddia etsə də, onun satış dövriyyəsini olduğu kimi qəbul edir. Əgər əməliyyat əmtəəsizdirsə, demək ki, gəlir (satış) da yoxdur və cavabdeh bəyannamələrdə həmin məbləğləri də azaltmalı idi.
4. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı MMC uçot baza məlumatlarına əsasən, xx.xx.2022-cü il tarixdə vergi qeydiyyatına alınmış və əsas fəaliyyət sahəsi “Elektrik işıqlandırıcı avadanlıqlarının təmiri və texniki xidmət i; elektrik şəbəkəsi üçün qurğuların təmiri və texniki xidməti” olmuşdur. Keçirilən xx.xx.2024-cü il tarixli operativ vergi nəzarəti tədbirləri çərçivəsində iddiaçının ünvan 1 ünvanda yerləşən ofis adlı təsərrüfat subyektində aparılan müşahidələr zamanı cəmiyyətin rəhbəri X2 ilə telefon əlaqəsi saxlamaq mümkün olmadığından obyekti icrayə verən X1 ilə əlaqə saxlanılmışdır. Telefon danışığı zamanı R.Bədəlov obyektin artıq yaşayış binasında mənzil olduğunu və İddiaçı MMC ilə icarə müqaviləsinə xitam verdiyini bildirmişdir. Göründüyü kimi, İddiaçı MMC vergi nəzarəti tədbiri zamanı başqa əməliyyatı pərdələmək məqsədilə adına obyekt olmadan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə əməliyyatları rəsmiləşdirmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.81-ci yarımbəndinə əsasən, əmtəəsiz əməliyyat vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Beləliklə, iddiaçı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********596100 nömrəli qərar ilə riskli vergi ödəyicisi hesab edilmişdir. Həmçinin, qərar qəbul edilməmişdən öncə iddiaçıya xx.xx.2024-cü il tarixli **********976700 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” məktub göndərilmiş və məktubda bildirilmişdir ki, qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı təqdim olunmuş eqaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. (Risk meyarlarının 2.1.2-ci yarımbəndinə əsasən) Qeyd edilən hallarla bağlı, iddiaçıdan xahiş edilmişdir ki, müvafiq dürüstləşdirmələrin aparılması məqsədi ilə 5 (beş) iş günü ərzində saat 11:00-dan 17:00-dək cavabdehin (012) ***-**-** nömrəsi ilə əlaqə saxlanılsin. Əks halda, bu barədə risk qərarının çıxarılmasına dair vergi ödəyicisinə xəbərdarlıq edilmişdir. Lakin iddiaçı edilən xəbərdarlıqlara baxmayaraq, qeyd edilən məsələlərin aydınlaşdırılması məqsədi ilə cavabdehə müraciət etməmişdir. Bütün bunlara müvafiq olaraq, cavabdehin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********596100 nömrəli qərarı ilə İddiaçı MMC riskli vergi ödəyicisi hesab edilmişdir. (risk meyarı: 2.1.2-ci yarımbəndinə əsasən aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə).
5. Bakı İnzibati Məhkəməsinin (hakim:H.A.Ağalarov) e-2-1(112)-10430/2024 saylı 03 dekabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********596100 nömrəli qərar ləğv edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci bəndində nəzərdə tutulan riskli əməliyyat apardığını əsas gətirərək onu riskli vergi ö dəyicisi hesab etmişdir. Həmin bəndə əsasən, aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparmasının aşkar edilməsi risk meyarı kimi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Cavabdeh vergi orqanı əməliyyatın əmtəəsiz olduğuna istinad etmək üçün, həmin əməliyyat baş verən anda bunun əmtəəsiz həyata keçirildiyini real olaraq müəyyən etməlidir. Cavabdeh yalnız qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması fak tı olduğunu qeyd etmiş və əməliyyatları əmtəəsiz kimi qiymətləndirmişdir. Vergi qanunvericiliyinə əsasən, əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalıdır. Başqa sözlə, vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. İddiaçının qeydiyyatda olan təsərrüfat obyektinin olmaması özlüyündə vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması nəticəsinə gəlməyə əsas verə bilməz. Hazırkı iş üzrə müvafiq malların (xidmətlərin) faktiki olaraq təqdim edilibedilməməsi cavabdeh tərəfindən araşdırılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın tətbiqi zamanı qərarın hərfi təfsirinə yol verilməməli, müvafiq maddələr tənzimləmənin ümumi məqsədi nəzərə alınaraq tətbiq edilməlidir. Belə ki, hüquq normasını tətbiq etməzdən əvvəl onun həqiqi məzmununu aydınlaşdırmaq, tənzimləyicinin sözlə ifadə etdiyi mahiyyətin aşkara çıxarılması lazımdır. Bu zaman vergi orqanı tərəfindən araşdırılmalı olan hal, ehtimallar əsasında (vergi ödəyicisinin əleyhinə gəlinən qənaətlə) deyil, qarşılıqlı yox lama və ya vergi nəzarəti tədbirləri nəticəsində (operativ vergi nəzarəti) həmin əmtəə və ya xidmətin həqiqətən təqdim edilmiş olmasını yoxlamaqdır.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və N.X.Nəbizadə) 20 iyun 2025-ci il tarixli, 21(103)-1624/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10430/2024 saylı 03 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin nə ticəsi və hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
11. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, İddiaçı MMC-nin fəaliyyəti üzrə aparılmış təhlillər nəticəsində məlum olmuşdur ki, vergi ödəyicilərinin mövcud olan iqtisadi resursları (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar), aparmış olduqları əməliyyatların yerinə yetirilməsi üçün yetərli deyildir. Bununla bağlı olaraq keçirilmiş vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisi ilə əlaqə saxlamaq mümkün olmamış v ə aktiv təsərrüfat subyektləri olmadığı müəyyən olunmuşdur. Belə ki, İddiaçı MMC digər vergi ödəyicilərinə beş yüz min manata yaxın məbləğdə tikinti-təmir xidmətləri göstərməsinə baxmayaraq, vergi orqanı tərəfindən vergi ödəyicisinin obyektləri, ofisi və yaxud işçi heyəti üçün bazası müəyyən edilməmişdir. Ümumiyyətlə, məhkəmə icraatı başlayana kimi vergi ödəyicisi ilə heç bir əlaqə saxlamaq mümkün olmamışdır. xx.xx.2024-cü il tarixdə vergi ödəyicisinin ünvan 2 ünvanına baxış zamanı obyektin yaşayış ünvanı (bina) olduğu, həmin ünvanda müəssisənin fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar baxış aktı tərtib edilmiş və ünvanın şəkilləri çəkilmişdir. Həmçinin, vergi ödəyicisinin baza məlumatlarına daxil edilmiş mobil nömrəsi ilə (*** *** ** **) əlaqə saxlanılmış, lakin mobil n ömrənin vergi ödəyicisi ilə əlaqəli olmayan şəxs tərəfindən işlədildiyi müəyyən edilmişdir. Habelə, İddiaçı MMC-nin digər vergi ödəyiciləri ilə qarşılıqlı fəaliyyəti barədə araşdırma çərçivəsində vergi ödəyicisi vergi orqanına dəvət olunsa da, vergi ödəyicisi araşdırmada iştirak etməmiş və bu barədə, xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma h issəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qər arı qətidir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri” (əvvəlki adı: “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”) KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxl anılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməli, qərar ləğv edilməklə, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
18. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın (cari redaksiyada adı: “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qayda sı və şərtləri”) 2.1.2-ci bəndinə (21 noyabr 2024-cü il tarixli 486 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyası) əsasən (aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə) riskli vergi ödəyicisi hesab olunmuşdur.
19. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddianın əsaslı olması ilə bağlı nəticəyə gələrkən o mövqedən çıxış etmişdir ki, vergi orqanı əməliyyatların əmtəəsiz olmasını sübut edə bilməmişdir.
20. Vergi Məcəlləsinin mübahisələndirilən qərarı qəbul edilən zaman qüvvədə olan 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır.
21. Başqa sözlə, qanunvericilik bu cür əməliyyatların mövcudluğunu yalnız formal sənədlərin olmasına deyil, əməliyyatın real iqtisadi məzmununa və faktiki icrasına görə qiymətləndirilməsini tələb edir.
22. Məhkəmə diqqətə alır ki, vergi nəzarəti tədbirləri çərçivəsində iddiaçının göstərdiyi ünvan üzrə faktiki təsərrüfat fəaliyyəti müəyyən edilməmiş, qeyd edilən ünvanın yaşayış binası olduğu, həmin ünvanda ofis və ya istehsal-təsərrüfat bazasının mövcud olmadığı aşkar edilmişdir. Bununla yanaşı, iddiaçının rəhbərliyi və səlahiyyətli nümayəndələri ilə əlaqə saxlamaq mümkün olmamış, vergi orqanının çağırış və bildirişlərinə baxmayaraq, iddiaçı araşdırmalarda iştirak etməmişdir. Bu hallar vergi ödəyicisinin əməliyyatlarının real icrasına dair haqlı olaraq obyektiv şübhələr yaratmışdır.
23. Digər tərəfdən, cavabdeh bildirir ki, iddiaçı digər vergi ödəyicilərinə əhəmiyyətli məbləğdə təmir- tikinti xidmətləri göstərdiyini bəyan etsə də, bu xidmətlərin icrası üçün zəruri olan iqtisadi resurslara – işçi qüvvəsinə, əsas vəsaitlərə, maddi-texniki bazaya, təsərrüfat obyektlərinə malik olmamışdır.
24. Nəzərə alınmalıdır ki, əməliyyatın real olub-olmamasının qiymətləndirilməsi zamanı vergi ödəyicisinin bəyannamədə göstərdiyi dövriyyə ilə faktiki iqtisadi göstəriciləri arasında uyğunluq əsas meyarlardan biri hesab olunur. Bu uyğunluq olmadıqda, əməliyyatların formal xarakter daşıdığı və əmtəəsiz olduğu qənaətinə gəlinə bilər.
25. Belə işlərdə sübutetmə yükünə gə lincə, məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı inzibati orqan kimi inzibati akt qəbul edərkən həmin aktın qanuniliyini və əsaslılığını təmin etmək öhdəliyini daşıyır. Bu, inzibati aktın qəbuluna əsas verən faktların mövcudluğunun, həmin faktların hüquqi normalarla əlaqəsinin və nəticə etibarilə, qəbul edilən qərarın hüquqi əsaslarının mövcudluğunun göstərilməsini tələb edir.
26. Eyni zamanda, vergi hüquq münasibətlərinin spesifikliyi ondan ibarətdir ki, vergi orqanı vergitutma obyektinin və vergi öhdəliklərinin müəyyən edilməsi zamanı əsasən vergi ödəyicisinin özünün təqdim etdiyi məlumatlara və sənədlərə istinad edir. Vergi ödəyicisi Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq, təsərrüfat əməliyyatlarını düzgün uçota almaq, ilkin mühasibat sənədlərini saxlamaq və vergi orqanının tə ləbi ilə təqdim etmək vəzifəsi daşıyır. Bu baxımdan, əməliyyatların faktiki icrasına dair sübutların əsas mənbəyi məhz vergi ödəyicisidir.
27. Vergi orqanı inzibati orqan kimi, öz səlahiyyətləri çərçivəsində əməliyyatların şübhəli və ya riskli olduğunu göstərən obyektiv əlamətləri və faktları ortaya qoymaqla kifayətlənə bilər. Bu faktlara, xüsusilə, vergi ödəyicisinin fəaliyyət yerinin olmaması, iqtisadi resurslarının yetərsizliyi, əlaqə imkanlarının mövcud olmaması, vergi nəzarəti tədbirlərindən yayınması və s. aid edilə bilər. Belə hallar müəyyən edildikdən sonra, inzibati aktın qanuniliyinə dair ilkin əsaslandırma formalaşır və bu mərhələdə sübutetmə yükü vergi ödəyicisinin üzərinə keçir. Vergi ödəyicisi əməliyyatların real icrasını, malların, işlərin və xidmətlərin faktiki təqdim edil diyini, eləcə də həmin əməliyyatların iqtisadi məzmun daşıdığını mötəbər və inandırıcı sübutlarla təsdiq etməlidir. Belə ki, əməliyyatların faktiki icrası barədə ən dolğun və birbaşa məlumat vergi ödəyicisinin özündə mövcuddur.
28. Məhkəmə onu da vurğulayır ki, vergi ödəyicisinin vəzifələri yalnız bəyannamə təqdim etməklə məhdudlaşmır. Vergi ödəyicisi dürüstlük, əməkdaşlıq və şəffaflıq prinsiplərinə uyğun davranmalı, vergi orqanının sorğularına cavab verməli, aparılan araşdırmalarda iştirak etməli və zəruri izahatlar təqdim etməlidir. Bu vəzifələrin yerinə yetirilməməsi vergi orqanının müəyyən etdiyi faktların təkzib olunmaması kimi qiymətləndirilə bilər.
29. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, vergi orqanı inzibati orqan kimi öz üzərinə düşən sübutetmə yükünü, yəni mü bahisələndirilən qərarın qəbuluna əsas verən obyektiv faktları və risk meyarlarını ortaya qoymaqla yerinə yetirmişdir. Əvəzində, vergi ödəyicisi üzərinə düşən vəzifələri – əməliyyatların real icrasını təsdiq edən sübutların təqdim edilməsini və vergi orqanı ilə əməkdaşlıq etmə öhdəliyini yerinə yetirməmişdir.
30. Beləliklə, hazırkı iş üzrə işə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinin əsaslılığı istiqamətində araşdırma aparmadan iddiaçının tələbinin əsaslı olması nəticəsinə gəlmişdir.
31. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli, İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələblərinin ye rinə yetirilməsi üçün iş təkrar apellyasiya baxışına göndərilməlidir.
32. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının riskli əməliyyatlar aparması ilə bağlı işin hallarını tam və hərtərəfli araşdırmalı, bundan sonra iddianın əsaslılığına hüquqi qiymət verməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2025-ci il tarixli, 21(103)-1624/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.