Məhkəmə qərarları › İş №2-1(102)-3090/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3090/2024

13.12.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3090/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşı tamam olduğu 02 fevral 2020-ci il tarixindən təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 2-1(107)-223/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 01 sentyabr 1977-ci il tarixindən 22 iyun 1984-cü il tarixinədək Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almış, 10 avqust 1984-cü il tarixdən 30 iyun 1985-ci il tarixədək Mingəçevir şəhər xəstəxanasında internatura keçmiş, 05 avqust tarixdən 01 sentyabr 1988-ci tarixədək Mingəçevir şəhər xəstəxanasında fiziki idman həkimi, 01 sentyabr 1988-ci il tarixdən 18 avqust 1999-cu il tarixədək Qəbələ Rayon Mərkəzi Xəstəxanasında həkim-fizioterapevt vəzifəsin də işləmiş, 07 aprel 2010-cu il tarixdən hal hazıradək Bakı şəhər X1 Travmotologiya və İdman Hakimliyi və Fizioterapiya şöbəsində həkim-fizioterapevt vəzifəsində işləmişdir.

2. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir.

3. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının ərizəsinə yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışı təqdim etmədiyindən tələbi təmin edilməmişdir. 4. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, onun çalışdığı həkim-fizioterapevt vəz ifəsi və mövcud iş şəraiti güzəştli şərtlərlə pensiya hüququ verən sahələrə aid olmadığından və Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulmadığından güzəştli şərtlərlə pensiya hüququ verən arayışın verilməsi hüquqi baxımdan mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək ona “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşının tamam olduğu 02 fevral 2020-ci il tarixdən təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçının diplomuna və əmək kitabçasına o, 01 sentyabr 1977-ci ¡1 tarixindən 22 iyu n 1984-cü il tarixinədək (06 il 09 ay 21 gün) Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almış, 10 avqust 1984-cü il tarixdən 30 iyun 1985-ci il (10 ay 20 gün) tarixədək (10 ay 20 gün) Mingəçevir şəhər xəstəxanasında internatura keçmiş, 05 avqust tarixdən 01 sentyabr 1988-ci tarixədək (03 il 26 gün) Mingəçevir şəhər xəstəxanasında fiziki idman həkimi. 01 sentyabr 1988-ci il tarixdən 18 avqust 1999-cu il tarixədək (10 il 11 ay 13 gün) Qəbələ Rayon Mərkəzi Xəstəxanasında həkim-fizioterapevt (UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli), HAYT (həddindən artıq yüksək tezi iki i) şüalanma mənblərində işlə daim məşğul olan mütəxəssis) vəzifəsində işləmiş, 07 aprel 2010-cu il tarixdən bu günə kimi (02 fevral 2020ci il tarixədək 09 il 09 ay 25 gün) Bakı şəhər X1 Travmotologİya və İdman H akimliyi və Fizioterapiya şöbəsində həkim-fizioterapevt (UQD (ultra qısa dalğalar), UY İ (ultra yüksək tezlikli), HAYT (həddindən artıq yüksək tezlikli) şüalanma mənblərində işlə daim məşğul olan mütəxəssis) vəzifəsində işləmişdir. Həm Qəbələ Rayon Mərkəzi Xəstəxanasında, həm də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə həkim-fizioterapevt vəzifəsində çalışarkən şüalanma mənbələri hesab edilən ultra yüksək tezlikli (tezliyi 27,12 MHz olan PAGANİ DX500 markalı qısa dalğalı şüalanma) cihazları tətbiq etməklə işləmişdir. İşlədiyi peşənin güzəştli şərtlə yaşa görə əmək pensiyası hüquq verən peşələrə aid olması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, pe şələrin, vəzifələrin və göstəricilərin “Siyahısı"nın 35-ci "Ümumi peşələr” paraqrafında UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli), HAYT (həddindən artıq yüksək tezlikli) şüalanma mənblərində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər kimi qeyd edilmişdir. Beləliklə, 60 yaşı tamam olduğu 02 fevral 2020-ci il tarixə kimi ümumi iş stajı 31 il 06 ay 24 gün (25 ildən artıq) təşkil etmiş, həmin staj illərinin 20 il 09 ay 08 gün (12 il 6 aydan artıq) müddətini 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 maddəsinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti (Na zirlər Kabinetinin 12 №-li 23 yanvar 2007-ci il tarixli qərarı) tərəfindən təsdiq olunan siyahısına daxil olan işlərdə çalışmışdır. Bununla da o, həmin Qanunun tələblərinə cavab verən iş stajı toplamış, bu səbəbdən də 60 yaşına çatdığı 02 fevral 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır.

7. Cavabdeh iddiaya dair yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Məhkəmə sorğu əsasında verilmiş “Qəbələ rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının işlədiyi həkim-fizioterapevt vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının ümumi peşələr (35) bəndinə nəzərdə tutulması bildirilmişdir.

9. Məhkəmə sorğu əsası nda verilmiş "xxxx" MMC isə xx.xx.2023-cü il tarixli 43838 nömrəli məktubunda həkim-fizioterapevt İddiaçı hazırda əmək fəaliyyəti göstərdiyi vəzifənin və iş şəraitinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-cİ il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş vəzifələr və iş şəraitlərinə uyğun olmamasını bildirmişdir.

10. Şəki İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2-1(116)-1700/2023 nömrəli qərarı ilə (hakim V.Musayev) iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ancaq Qəbələ RMX-da həkim-fizioterapevt işlədiyi zaman istifadə etdiyi tibbi qurğu ultra yüksək tezlikli dalğalara aid edildiyindən, sözügedən müddət güzəştli iş stajı olaraq qəbul edilə bilər. Lakin, həmin müddət (10 il, 11 ay, 17 gün) tələb olunan 12 il 6 ay dan azdır. Odur ki, iddiaçıya 2 saylı Siyahı üzrə 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin olunması üçün tələb olunan - 12 il 6 ay güzəştli iş stajının mövcud olması ilə bağlı şərt yerinə yetirilmir.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

13. Apellyasiya məhkəməsi tərəfindən “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X3 iddiaçının Mingəçevir Şəhər Birləşmiş Xəstəxanasında xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixə kimi fizioterapiya həkimi işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulub-tutulmaması ilə sorğu edilmiş, “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X2 xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Mingəçevir Şəhər Birləşmiş Xəstəxanasında fizioterapiya həkimi kimi işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda güzəştli şərtlərlə iş stajı kimi nəzərdə tutulmamışdır.

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 21(107)-223/2024 nömrəli qərarı ilə (hakimlər: R.Rəfiyev - sədrlik edən və məruzəçi, G.Cavadova və T.Həsənov) apellyasiya şikayəti tə min edilməmiş, Şəki İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə aparılan araşdırma nəticəsində cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. K assasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, “Qəbələ rayon Mərkəzi Xəstəxanası” X2 sorğuya 09 avqust 2023-cü il tarixli cavab məktubundan görünür ki, həkim-fızioterapevlər əmək funksiyalarını yerinə yetirərkən şüalanma mənbələrində işlə daim məşğul olan mütəxəssislər hesab edilirlər, məhz buna görə də onların əmək haqqına zərərliyə görə 15 faiz əlavə ödənişlər edilir və xüsusi geyimlə təmin olunurlar. Fizioterapiya avadanlıqları yalnız tibb müəssisələrində deyil idman zalları, tibbi-masaj xidmətləri kimi digər sahələrdə də istifadə olunduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstər icilərin “ Siyahısı” nın “ Ümumi peşələr” bölməsindəki 35-ci paraqrafa əsasən UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli dalğalar), HAYT (həddən artıq yüksək tezlikli dalğalar) şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər peşəsinə aid edilmişdir. İş üzrə bu xüsusatın mübahisəsiz hal olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi buna hüquqi qiymət verməmiş, İnzibati Prosessual Məcəlləsinin 12.4-cü maddəsində nəzərdə tutulan müddəalara zidd olaraq sorğuya yanlış cavab verilərək sübutların araşdırılmasına maneçilik yaradılması səbəbini araşdırmamış, eyni peşənin bir halda güzəştli şərt sayılması, digər halda isə güzəştli şərt sayılmaması kimi ziddiyyətin aradan qaldırılmasına heç bir təşəbbüs göstərməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın d əlilləri

18. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 2-1(107)-223/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun (02 fevral 2020-ci il tarixə qüvvədə olan redaksiyası): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdı qda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya dig ər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir:... 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.

21. Azərbaycan Respublikasının İnziba ti Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddəl ərində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfi ndən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkr arlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələlə ri təkrarlamağa lüzum qalmır. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.

30. İddiaçının 60 yaşı tamam olduğu 02 fevral 2020-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan normasına əsasən ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçıya münasibətdə azı 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışması, bundan əlavə və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb olunur.

31. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının ümumi stajı 25 ildən artıq olsa da, lakin güzəştli iş stajı ilə bağlı şərt ödənilməmişdir.

32. Belə ki, məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının yalnız Qəbələ Rayon Mərkəzi Xəstəxanasında 01 sentyabr 1988-ci il tarixdən 18 avqust 1999-cu il tarixədək həkim-fizioterapevt işlədiyi dövr güzəştli hesab edilə bilər ki, buda yuxarıda tələb olunan 12 il 6 ay müddətindən azdır.

33. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 2-1(107)-223/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar