Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3095/2025 18.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənməyən pensiya məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə F ondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “iddiaçıya 29 iyun 2022-ci il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-580/2025 nömrəli 25 iyun 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. 2.НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, iddiaçı 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. 3.İddiaçının əmək kitabçasına görə o, xx.xx.1979-xx.xx.1980, xx.xx.1982xx.xx.1 992, xx.xx.1992-xx.xx.1996, xx.xx.1996-xx.xx.2005, xx.xx.2005-xx.xx.2009, xx.xx.2009-xx.xx.2010, xx.xx.2010-cu il tarixdən hal-hazıradək işləyir. 4.“Qaz İxrac” İdarəsi X7 Kəmərləri sahəsinin 05 iyul 2024-cü il tarixli 66 nömrəli arayışında iddiaçının X6 Xidməti, X3 operatoru vəzifəsində işlədiyi, işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas verən xüsusiyyətləri əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdən ibarət olduğu, həmin vəzifə üzrə 28 il 24 gün əmək stajının mövcud olması və çalışdığı vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2 bəndinə (yarımbəndinə) və (və ya) “a) fəhlələr” vəzifə koduna uyğun olduğu qeyd edilmişdir. 5.“Qaz İxrac” İdarəsi X7 Kəmərləri Sahəsi tərəfindən təqdim e dilən xx.xx.2025-ci il tarixli, 14-2-12-7/2-25/2025 nömrəli məktubda qeyd edilir ki, iddiaçının çalışdığı vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 nömrəli və xx.xx.2024-cü il tarixli 81 nömrəli Qərarında göstərilmişdir; a) fəhlələr qrupunun 10.2 və 1.2.1.1.4 bəndinin X3 operatoru vəzifəsinə uyğundur. 6.İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 7.Cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının müraciətindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, İT-İ ******* nömrəli əmək kitabçasının surətində v ə X7 Kəmərləri sahəsinin iddiaçıya dair arayışında xx.xx.1996-cı il tarixindən bugünədək həmin müəssisənin X6 xidmətində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işlədiyi qeyd edilib. Göründüyü kimi, iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan, neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 9.Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “iddiaçıya 29 iyun 2022-ci il tarixdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, hesablanması və ödənməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 10.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1979-cu ildən əmək fəaliyyətinə başlamışdır. Socar “Qaz İxrac İdarəsi X7 Kəmərləri Sahəsi”nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən iddiaçının sosial sığorta stajı 28 il 24 gündür. Qaz İxrac İdarəsinin X7 Kəmərlərinin X1 paylayıcı stansiya operatoru vəzifəsində çalışır. İddiaçı pensiyaya çıxmaqla əlaqədar olaraq Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz i Filialına müraciət etmişdir. İddiaçıya imtina cavabı verilmişdir. Belə ki, inzibati orqan bildirmişdir ki, iddiaçının işlədiyi müəssisədən aldığı arayışda izah yoxdur. Yenidən Socara müraciət edib arayış almalıdır.
11. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2429/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə (hakim L.Mirzəyeva) iddia təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmuşdur. 12.Məhkəmə qeyd etmişdir ki, əmək kitabçasından görünür ki, idd iaçının ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün xx.xx.2022-ci ilədək 25 ildən artıq ümumi, eyni zamanda iş materiallarına əlavə edilmiş arayışlarla öz təsdiqini tapan 12 il 06 aydan artıq güzəştli şərtlərlə pensiya hüququ verən stajı vardır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. İş materiallarında olan “Qaz ixrac” X7 Kəmərləri Sahəsi tərəfindən təqdim edilən 05 iyul 2024-cü il tarixli arayışında - iddiaçının işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas verən xüsusiyyətləri əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdən ibarət olduğu, həmin vəzifə üzrə 28 il 24 gün əmək stajının mövcud olması və çalışdığı vəzifə nin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2 bəndinə (yarımbəndinə) və (və ya) a) fəhlələr vəzifə koduna uyğun olduğu qeyd edilmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmənin sorğusuna cavab olaraq “Qaz ixrac” X7 Kəmərləri Sahəsi tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli məktubda qeyd edilir ki, iddiaçının çalışdığı vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli və xx.xx.2024-cü il tarixli 81 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə a) fəhlələr qrupunun 10.2 və 1.2.1.1.4 bəndinin X3 operatoru vəzifəsinə uyğundur. Göründüyü kimi, iddia çının fəaliyyət göstərdiyi vəzifələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması bölməsində nəzərdə tutulmaması iddiaçının hüquqlarının pozulmasına əsas olmamalıdır. Cavabdeh inzibati orqan işin icraatı zamanı qeyd etdiyi arqumenti təsdiq edəcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq yuxarıda adı qeyd olunan iş materiallarında olan vəzifə təlimatları və arayışlarla iddiaçının məhz həmin işlə məşğul olduğu öz təsdiqini tapmışdır. Bundan başqa iddiaçının pensiya kapitalı və iş stajı ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında hər hansı mübahisənin olduğu, iddiaçının həmin dövrlərin sosial sığorta stajı kimi qəbulundan imtinası müəyyən edilmir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-580/2025 nömrəli 25 iyun 2025-ci il tarixli qərarı ilə (hakimlər: Z.Məmmədov /sədrlik edən və məruzəçi/, V.Hacıyev və T.Axundov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi m övqeyi ilə razılaşmışdır. 16.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
17. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara u yğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmədə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uy ğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilm iş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. X.X5 təqdim etdiyi İT-İ ******* nömrəli əmək kitabçasının surətində və X7 Kəmərləri sahəsinin iddiaçıya dair arayışında xx.xx.1996-cı il tarixdən bugünədək həmin müəssisənin X6 xidmətində qazpaylayıcı stansiyanın operatoru vəzifəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, İddiaçı işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. 1 8.İddiaçıya məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. Qərarın nəticə hissəsində xx.xx.2022ci il tarixdən 60 yaşdan pensiya təyin edilməsi əsassız olaraq qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının tələbi olan xx.xx.2022-ci il onun 60 yaşının tamam olduğu tarix deyildir. TƏTBİQ EDİLƏN HÜQUQ 19.Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüq uqu vardır. Maddə 9.8. Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. 21.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”. 22.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliy inin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 23.Kassasiya şikayəti va xtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 24.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv olunmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. 26.İlk öncə qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün aşağıdakı şərtlər eyni vaxtda mövcud olmalıdır: 1. şəxsin müəyyən edilmiş yaş həddinə çatması; 2. qanunla nəzərdə tutulmuş ümumi iş stajına malik olması; 3. azı 12 il 6 ay güzəştli iş stajının mövcudluğu. 27.İş materialları ilə müəyyən edilir ki, iddiaçı 25 ildən artıq ümumi iş stajına malikdir. Bu hallar tərəflər arasında mübahisə predmeti deyildir. Mübahisə yalnız iddiaçının güzəştli iş stajının mövcud olub-olmaması ilə bağlıdır. 28.Məhkəmə araşdırmaları zamanı təqdim edilmiş əmək kitabçası, müəssisə arayışları və vəzifə təlimatları əsasında müəyyən olunmuşdur ki, iddiaçı uzun müddət qazpaylayıcı stansiyanın operatoru vəzifəsində çalışmışdır. Müvafiq arayışda həmin vəzifənin əmək şəraitinin xüsusilə zərərli və ağır işlərə aid olduğu, habelə Nazirlər Kabinetinin qeyd edilən Qərarı ilə təsdiq olunmuş Siyahının 10.2-ci bəndinin (a) yarımbəndinə– qazpaylayıcı stansiyanın operatorları vəz ifəsinə uyğun gəldiyi göstərilmişdir. 29.Məhkəmə kollegiyası hesab edir ki, güzəştli şərtlərlə pensiya hüququnun müəyyən edilməsində əsas meyar vəzifənin adının formal uyğunluğu deyil, faktiki icra olunan əmək funksiyalarının Siyahıda nəzərdə tutulmuş işlərin xarakteri ilə eyniyyət təşkil edib-etməməsidir. Təqdim olunmuş vəzifə öhdəliklərindən görünür ki, iddiaçının yerinə yetirdiyi işlər qazın qəbulu, tənzimlənməsi, uçotu, təzyiqin saxlanılması, avadanlıqların istismarı və təhlükəsizlik qaydalarına riayət olunması kimi bilavasitə istehsalat prosesi ilə bağlı və yüksək riskli fəaliyyət sahəsini əhatə etmişdir. Bu isə həmin vəzifənin Siyahıda nəzərdə tutulmuş güzəştli iş kateqoriyasına aid edilməsini təsdiq edir. 30.Beləliklə, aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, iddiaçı nın ümumi iş stajı kimi, güzəştli iş stajı da yetərlidir, yəni 12 il 6 aydan artıq güzəştli iş stajı mövcuddur. 31.Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən apellyasiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab edir.
32. Əlavə olaraq məhkəmə kollegiyası bildirir ki, iddiaçı iddia tələbində ona xx.xx.2022-ci il tarixdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini göstərsə də, işə baxan məhkəmələr iddiaçının məhz xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğu qənaətinə gəlmişlər, lakin qərarın nəticəvi hissəsində həm də “60 yaşdan” pensiya təyin edildiyini qeyd etmişlər. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, qərarın nəticəvi hissəsində göstərilən “iddiaçıya xx.xx.2022-ci il tarixdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” ziddiyyətli fikir yaratmaqla yanaşı, məhkəmə qərarının icrasında da qeyri-müəyyənlik yarada bilər. Belə ki, iddiaçının 60 yaşının tamam olduğu tarix xx.xx.2022-ci il deyil, xx.xx.2022-ci il tarixdir, hansı ki, həmin tarixdən ona istədiyi növdə pensiyanın təyin edilməsini məhkəmələr mümkün hesab etməmişlər. İddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı hüquqi mövqe isə əsaslı olmuşdur. 33.Buna görə də məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən, “İddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlı tələbin təmin edildiyi hissədə ləğv edilmə li, həmin hissədə iddia rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalı, bununla da kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir. 34.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-580/2025 nömrəli 25 iyun 2025-ci il tarixli qərarı qismən, “İddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlı tələbinin təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qərar “İddiaçı 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.