Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-310/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarların ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 2-1(105)590/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı tərəfindən 2021-ci ilin yanvar-mart ayları ərzində 1811645,00 manat, aprel-iyun ayları ərzində 658685,00 manat, iyul-sentyabr ayları ərzində 4056899,50 manat, oktyabr-dekabr ayları ərzində 6668900,00 manat dəyərində alış aktları ilə mallar (qiymətli olmayan metal tullantı və qırıntıları) alınmışdır.
2. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 09 fevral 2022-ci il tarixli **********264800, **********265500, **********268600 və **********270700 nömrəli qərarları ilə Vergi Məcəlləsinin 101.6-cı maddəsi nə əsasən iddiaçıya 2021-ci ilin ödəmə mənbəyində tutulan vergiyə görə 1-ci rüb üzrə 36232,90 manat, 2-ci rüb üzrə 13173,70 manat, 3-cü rüb üzrə 81137,99 manat, 4-cü rüb üzrə 133378,00 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli **********264800, **********265500, **********268600 və **********270700 nömrəli qərarlarının ləğv olunmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, müəssisənin əsas fəaliyyəti əhalidən (fiziki şəxslərdən) metal tullantı və qırıntılarının yığılaraq təkrar emal vəziyyətinə salınmasıdır (tullantıların utilizasiyası). Belə ki, ayrı-ayrı fiziki şəxslər tərəfin dən gündəlik həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn məişət tullantıları qismində metal tullantı və qırıntıları (mis qazanlar, samavarlar, elektrik su motorlarının mis məftilləri və latun çərçivələri, məişət elektrik avadanlıqlarının misdən və latundan olan daxili elementləri, latundan olan ev əşyaları və s. yararsız məişət tullantıları) Vergi Məcəlləsinin 71-2-ci və 130.1-1-ci maddələrinə uyğun olaraq elektron alış aktı əsasında fiziki şəxslərdən təhvil alınıb emal edilmiş ( saflaşdırılmış ) və xaricə ( satılmış ) ixrac edilmişdir.
5. Qanunvericiliyin tələbinə uyğun olaraq, əhalidən yığılan məişət metal tullantı və qırıntıları müəssisə tərəfindən elektron alış aktı ilə rəsmiləşdirilmiş və kameral yoxlama zamanı bəhs edilən elektron alış aktları Vergi Məcəlləsinin 37.3 -cü maddəsinə uyğun olaraq yoxlamaya təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********725300 nömrəli qanunsuz qərar qəbul edilmiş və əsassız əlavə vergi məbləği hesablanmışdır. Əlavə vergi hesablanmasına səbəb olaraq əhalidən yığılan metal tullantı və qırıntılarına görə müəssisəyə ödənilən məbləğlərdən ödəmə mənbəyindən verginin tutulmalı olması göstərilmişdir. Bu zaman vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 101.6cı maddəsinə istinad edilmişdir. Həmin maddənin tələbinə görə, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 fai z dərəcə ilə vergi tutulur (ödəmə mənbəyində vergi). “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə əsasən, bir sıra mallar, o cümlədən əlvan və qara metal qırıntılarının qəbulu vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər. Vergi orqanının yanlış qənaətinə görə, Vergi Məcəlləsinin 101.6-cı və "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.5-ci maddələrinə uyğun olaraq, elektron alış aktı əsasında əhalidən nağd qaydada satın alınan metal tullantılarına görə, müəssisə tərəfindən onlara nağd qaydada ödənilən məbləğlərdən ödəmə mənbəyində 2 faiz dərəcəsi ilə vergi tutulmalı idi. Halbuki, Vergi Məcəlləsinin 101.6-cı maddəsinin dispozisiyasında "bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla " şərti qeyd edilmiş və " Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.5-ci maddəsində nəzərdə tutulmasına baxmayaraq, Vergi Məcəlləsi ilə vergidən azad edilən gəlirlərin 2 faiz dərəcəsi məbləğində vergiyə cəlb edilməsi məhdudlaşdırılmışdır. VM-nin 102.1.7-ci maddəsinə əsasən, qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından başqa digər daşınan maddi əmlakın təqdim edilməsindən əldə edilən fiziki şəxslərin gəlirləri vergidən azaddır. Göründüyü kimi, Məcəllənin tələbinə görə, yalnız qiymətli daş və metalların, habelə onların məmulatlarının təqdim edilməsindən əldə edilən gəlirlər vergiyə cəlb edilə bilər. "Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən, qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallarıdır, (palladium, iridium, osmium, rodium və rutenum) Həmin qanunun 1.1.3-cü maddəsinə əsasən, qiymətli metallardan və qiymətli daşlardan məmulatlar - qiymətli metallardan və onların əlvan metallarla ərintilərindən, qiymətli daşlardan xüsusi emal edilmiş qiymətli və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii-estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii-incəsənət tərtibatına malik olan zərgərlik və digər məişət əşyalarıdır. Həmin qanunun 1.1.4-cü maddəsinə əsasən, qiymətli metalların v ə qiymətli daşların qırıntıları və tullantıları - fiziki, kimyəvi, mexaniki və sair təsir nəticəsində əsas hissədən ayrılmış və bir qayda olaraq öz ilkin təyinatında istifadə edilə bilinməyən qiymətli metalların və qiymətli daşların hissələridir. Qanunvericilik aktlarının tələbindən də aydın olduğu kimi, qiymətli metal və onların məlumatları kateqoriyasına daxil olan metalların təqdim edilməsindən əldə edilən gəlir VM-nin 102.1.7-ci maddəsi ilə müəyyən edilmiş vergidən azad edilən gəlirlər siyahısına daxil deyildir və VM-nin 101.6-cı maddəsinə uyğun olaraq məhz belə gəlirlər ödəmə mənbəyində vergiyə cəlb edilməlidir. Lakin qiymətli metal və onların məmulatı hesab edilməyən əlvan və qara metalların, habelə onların tullantı və qırıntılarının əhali tərəfindən təqdim edilməsindən əldə edilən g əlirlər VM-nin 102.1.7-ci maddəsinə uyğun olaraq, vergidən azad gəlirlər siyahısına daxildir və bu səbəbdən belə ödəmələr VM-nin 101.6-cı maddəsi ilə nəzərdə tutulan ödəmə mənbəyində vergiyə cəlb edilə bilməz.Eyni zamanda, qeyd edilən normaların tələbinə uyğun olaraq əhalidən yığılan metal qırıntı və tullantılara görə gəlirlərin vergiyə cəlb edilib-edilməməsi məsələlərinə dair daha əvvəlki tarixlərdə vergi orqanı tərəfindən xx.xx.2017-ci il tarixli **********851400 nömrəli, habelə, xx.xx.2018-ci il tarixli **********959800 nömrəli məktublar ilə hüquqi münasibət bildirilmiş və qiymətli metal olmayan metalların və onların tullantılarının fiziki şəxslər tərəfindən təqdim edilməsi zamanı əldə edilən gəlirin vergidən azad edildiyi bir daha təsdiqlənmişdir.
6. Cavabdeh iddia ərizəsinə qarşı yazı lı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən 2021-ci ilin yanvar-mart ayları ərzində 1811645,00 manat, aprel-iyun ayları ərzində 658685,00 manat, iyul-sentyabr ayları ərzində 4056899,50 manat, oktyabrdekabr ayları ərzində 6668900,00 manat dəyərində alış aktları ilə mallar (qiymətli olmayan metal tullantı və qırıntıları) alınsa da, ödəmə mənbəyində vergiyə görə bəyannamələr təqdim edilmədiyindən kənarlaşma yaranmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə il ə vergi tutulur. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə əsasən, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər: 3.5.1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; 3.5.2. əlvan və qara metal qırıntılarının qəbulu; 3.5.3. utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; 3.5.4. utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu; 3.5.5. xam dərinin tədarükü. Beləliklə, vergi ödəyicisinə analoji qaydada 2021-ci ilin 1-ci rübünə 36232,90 manat, 2-ci rübünə 13173,70 manat, 3-cü rübünə 81137,99 manat, 4-cü rübünə 133378,00 manat ödəmə mənbəyində tutulan vergi hesablanılmışdır.
7. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-1291/202 2 nömrəli, 14 iyun 2022-ci il tarixli qərarı ilə (hakim L.E.Mirzəyeva) iddia təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********264800, **********265500, **********268600 və **********270700 nömrəli qərarları ləğv edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən qərarların qəbulu zamanı maddi hüquq normalarının tələbi pozulmuş və normalar düzgün tətbiq edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 101.6-cı maddəsinin dispozisiyasında “bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla” şərti qeyd edilmiş və "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.5-ci maddəsində nəzərdə tutulmasına baxmayaraq, Vergi Məcəlləsi ilə vergidən azad edilən gəlirlərin 2 faiz dərəcəsi məbləğində vergiyə c əlb edilməsi məhdudlaşdırılmışdır. Başqa sözlə, maddəyə əsasən, Vergi Məcəlləsi ilə vergidən azad olunan gəlirlərin ödəmə mənbəyində vergiyə cəlb edilməsi istisna edilmişdir. Fiziki şəxslərin vergidən azad olunan gəlirlərinin siyahısı Vergi Məcəlləsinin 102-ci maddəsində öz əksini tapmışdır. Belə ki, Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə əsasən, qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından başqa digər daşınan maddi əmlakın təqdim edilməsindən əldə edilən fiziki şəxslərin gəlirləri vergidən azaddır. Göründüyü kimi, Məcəllənin tələbinə əsasən, yalnız qiymətli daş və metalların, habelə onların məmulatlarının təqdim edilməsindən əldə edilən gəlirlər vergiyə cəlb edilə bilər.
9. Bundan başqa, iş materiallarında olan vergi orqanının xx.xx.2017-ci il tarixli xidməti məktubunun 2-ci, 3-cü, 4-cü və 5-ci sətirlərində göstərilmişdir ki, vergi qanunvericiliyinə əsasən metalların, qiymətli metal məmulatlarının təqdim edilməsindən əldə olunan gəlirlər fiziki şəxsin gəlir vergisinə cəlb edilir. Qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının təqdim edilməsi fiziki şəxslərin gəlir vergisindən azaddır.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-590/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.M əmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-1291/2022 nömrəli, 14 iyun 2022ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
14. Kassasiya şikayətinin dəlilləri, iddia ərizəsinə qarşı təqdim edilmiş etirazın dəlilləri ilə uyğunluq təşkil edir. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, apellyasiya məhkəməsinin qərarında VM-nin 102.1.7-ci maddəsində nəzərdə tutulmuş vergidən azadolma halları düzgün şərh edilməmişdir. Həmin maddi hüquq normasının məhkəmə kollegiyası tərəfindən məhdudlaşdırıcı şərhi nəticədə vergi ödəyicisinin vergidən yayınmasına şərait yaratmışdır. Belə ki, həmin maddi hüquq normasının dispozisiyasında ifadə olunan qiymətli daşlar və metallar ifadəsi, metalların da qiymətli olması tələbini istisna edir. Həmin normada ifadə olunan metallar ifadəsinin metalların bütün növlərinə aid edilməsini təsdiq etmək üçün aşağıdakıların qeyd olunması zəruridir. 15. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən, qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digə r məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallan (palladium, iridium, osmium, rodium və rutenum) hesab olunur.
16. Sözügedən sahəvi normativ hüquqi aktın mətnində ifadə olunan bütün “metal” ifadələri mütləq şəkildə “qiymətli” ifadəsi ilə birgə əks olunmuşdur ki, bu da həmin metal növünü digər metal növlərindən fərqləndirmək məqsədi daşıyır. Lakin Vergi Məcəlləsinin 102.1.7-ci maddəsində “qiymətli daşlar” ifadəsi öncə, daha sonra isə metallar ifadəsi qeyd edilmişdir ki, bununla da birmənalı şəkildə “qiymətli” ifadəsinin yalnız daşlara aid edildiyi, həmin normada metalların isə bütün növlərinin nəzərdə tutulduğu müəyyən olunur. Əks təqdirdə, yəni həmin maddi hüquq normasında qiymətli metallar nəzərdə tutu lmuş olsaydı, mütləq şəkildə sözügedən sahəvi qanunda “metallar” ifadəsindən öncə “qiymətli” ifadəsi qeyd edilərdi.
17. Bu baxımdan, həmin normada qiymətli ifadəsi ancaq daşlara aiddir, həmin normada metalların isə bütün növləri nəzərdə tutulmuşdur. Yəni, metalların bütün növləri üzrə satış gəlir vergisindən azad deyildir. Həmçinin, azərbaycan dilinin qrammatikası baxımından da qiymətli ifadəsi metal ifadəsinə aid olmadığı üçün məhkəmə kollegiyasının məhdudlaşdırıcı şərhi yolverilməzdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 101.6. Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 (xx.xx.2021-ci ildən 5 faiz) faiz dərəcə ilə vergi tutulur (həmin dövrdə qüvvədə olan tələblərə görə). Maddə 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.7. qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir; 20. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.5. Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər: 3.5.1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; 3.5.2. əlvan və qara metal qırıntılarının qəbulu; 3.5.3. utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; 3.5.4. utiliza siya məqsədləri üçün işlənmiş şinlərin qəbulu; 3.5.5. xam dərinin tədarükü (alışı). 21. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu qanun qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi ilə bağlı münasibətləri tənzimləyir. Maddə 1.1. Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır: 1.1.1. qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallan (palladium, iridium, osmium, rodium və rutenum); 1.1.2. qiymətli daşlar - işlənilmiş və işlənilməmiş şəkildə olan təbii almazlar, zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər; 1.1.3. qiymətli metallardan və qiymətli daşlardan məmulatlar - qiymətli metallardan və onların əlvan metallarla ərintilərin-dən, qiymətli daşlardan xüsusi emal edilmiş qiymətlİ və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii-estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii-incəsənət tərtibatına malik olan zərgərlik və digər məişət əşyaları;
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayə t əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bü tövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər.
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. İşin tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, iddiaçı tərəfindən 2021-ci ilin yanvar-mart ayları ərzində 1811645,00 manat, aprel-iyun ayları ərzində 658685,00 manat, iyul-sentyabr ayları ərzində 4056899,50 manat, oktyabr-dekabr ayları ərzində 6668900,00 manat dəyərində alış aktları ilə mallar (qiymətli olmayan metal tullantı və qırıntıları) alınmışdır.
30. Cavabdeh hesab edir ki, iddiaçı alış aktları ilə aldığı mallara görə Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəməlidir.
31. Belə ki, həmin maddənin malların alınması zamanı qüvvədə olan redaksiyasına əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcəsi ilə vergi tutulur.
32. Maddənin məzmunundan “vergidən azad olunan gəl irlər”in istisna edildiyi görünür.
33. Hansı gəlirlərin vergidən azad edildiyini müəyyən etmək üçün isə Vergi Məcəlləsinin 102-ci maddəsinə müraciət edilməlidir.
34. Hazırkı halda, iddiaçı və cavabdeh arasında mübahisə Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinin tətbiqi ilə bağlı yaranmışdır. Belə ki, həmin maddənin malların alınması zamanı qüvvədə olan redaksiyasına əsasən, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir, gəlir vergisindən azaddır.
35. Cavabdeh həmin müddəadakı “qiymətli daşlar və metallar” ifadəsindəki “qiymətli” sifətinin yalnız “daşlar”a aid edildiyinə, “metallar”a aid edilmədiyinə is tinad etmiş, bununla da, iddiaçının aldığı qiymətli olmayan metallara görə vergi ödəməli olduğu nəticəsinə gəlmişdir. İddiaçı isə əksinə olaraq, “qiymətli daşlar və metallar” ifadəsindəki “qiymətli” sifətinin həm “daşlar”a, həm də “metallar”a aid edildiyinə istinadən verginin düzgün hesablanmaması halından çıxış edir.
36. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə qiymətləndirilməli məsələ Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan “qiymətli daşlar və metallar” ifadəsindəki “qiymətli” sifətinin “metallar”a aid edilibedilməməsi ilə bağlıdır.
37. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 3
8. Digər tərəfdən, iş materiallarında olan vergi orqanının xx.xx.2017-ci il tarixli xidməti məktubunun 2-ci, 3-cü, 4-cü və 5-ci sətirlərində göstərilmişdir ki, qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının təqdim edilməsi fiziki şəxslərin gəlir vergisindən azaddır.
39. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, həm Vergi Məcəlləsinin tələbinə əsasən qanunvericiliyin aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməli olduğundan, həm də qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının təqdim edilməsinin fiziki şəxslərin gəlir vergisindən azad edildiyi vergi orqanının xx.xx.2017-ci il tarixli xidməti məktubunda öz əksini tapdığından, aşağı instansiya məhkəmələrini n iddia tələbinin təmin edilməsinə dair nəticələri qanunvericiliyə və vergi orqanının hüquqi mövqeyinə uyğun olmuşdur.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-590/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.