Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3104/2025 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi sahibkar kimi sosial sığorta ödəyicisi olmasın nəzərə alınmaqla əlilliyə görə əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mü dafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “imtinanın əsassız hesab edilməsi, fərdi sahibkar kimi sosial sığorta ödəyicisi olmasının nəzərə alınaraq həmin dövrlərin onun sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(105)-588/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı ünvanladığı 22 sentyabr 2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, vergi ödəyicilərinin uçot b aza məlumatlarına əsasən, o, xx.xx.1997-ci il tarixdə ********* nömrəli şəhadətnamə ilə vergi ödəyicisi kimi uçota alınmış və xx.xx.2005-ci il tarixdə vergi uçotu ləğv edilmişdir.
2. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı ünvanladığı 20 oktyabr 2023-cü il tarixli məktubun məzmunundan görünür ki, qeyd olunan ********* nömrəli şəhadətnamənin şəxsi hesab vərəqəsi araşdırılmış və onun dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olmadığı müəyyən edilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 19 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı iş qovluğun Mərkəzi filiala təhvil verilməmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 20 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı fərdi sahibkar kimi sosial sığorta ödəyicisi olub-olmaması barədə və “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat” məlumatları Mərkəzi Filialda aşkarlanmamışdır.
5. Dövlət Sosial Müdafiə Fondu X2 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiya işində olan sənədlərin surətlərinə əsas ən xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək əyani təhsil aldığı illər, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 5 il 10 ay 14 gün sığorta stajı və xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 19055,86 manat (2022-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 250,74 manat müəyyən edilmişdir. Həmçinin əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixdən 287,60 manata, xx.xx.2024-cü il tarixdən 319,81 manata çatdırılmışdır. Ötən dövr ərzində hesablanmış fərq məbləği (xx.xx.202 2-ci il tarixdən xx.xx.2024-cü il tarixədək) onun pensiyasının üzərinə əlavə edilməklə ödəniləcəkdir. Bundan başqa, İddiaçı təqdim etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli arayışında qeyd olunmuş xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək fərdi sahibkar kimi (VÖEN: 3********) sosial sığorta ödəyicisi olub-olmamadığı barədə Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialına sorğu göndərilmiş və sorğunun nəticəsinə əsasən Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialında İddiaçı 1997-2005-ci illərə dair sosial sığorta ödəyicisi kimi hesabat məlumatları aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AK TLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2024 tarixli imtinasının əsassız hesab edilməsi və onun xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək fərdi sahibkar kimi (VÖEN: 3********) sosial sığorta ödəyicisi olmasını nəzərə alaraq həmin dövrlərin sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçirilmiş cərrahi əməliyyatd an və PKTdən sonrakı vəziyyət diaqnozu və ümumi xəstəlik səbəbi ilə 2-ci dərəcəli əlil olmağı müəyyən edilmişdir. Pensiya işində olan sənədlərin surətlərinə əsasən xx.xx.1991-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək əyani təhsil aldığı illər, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 5 il 10 ay 14 gün sığorta stajı müəyyən edilmiş və xx.xx.2012-ci il tarixindən xx.xx.2022-ci il tarixədək şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 19055.86 manat (2022-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında iddiaçının əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 250,74 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək vergi ödəyicisi kimi uçota alınmışdır. Həmin dövrlərdə Ceyranbatan qəsəbəsində fiziki şəxs kimi əmək fəaliyyəti göstərmiş, lakin həmin dövrlər pensiya hesablanarkən nəzərə alınmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli arayışında xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək onun fərdi sahibkar kimi (VÖEN:3********) sosial sığorta ödəyicisi olub-olmamağı barədə Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialına sorğu göndərilmiş, həmin sorğunun nəticəsinə əsasən bildirilmişdir ki, Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialında 1997-2005-ci illərə dair sosial sığorta ödəyicisi kimi hesabat məlumatları aşkar edilməyib və bu səbəblə həmin dövrlərin onun sığorta stajına əlavə edilməsi mümkün hesab edilməmişdir. O, fərdi sahibkar kimi fəaliyyət göstərdiyi 1997- 2005-ci illər üzrə vergilər və sosial sığorta ödənişlərini DSMF-yə ödəmişdir və fəaliyyət göstərdiyi dövrdə heç bir vergi və sosial sığorta ödənişi üzrə borcu olmadığını bildirmişdir.
8. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiya işində olan sənədlərin surətlərinə əsasən xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.199 7-ci il tarixədək əyani təhsil aldığı illər, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 5 il 10 ay 14 gün sığorta stajı və xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 19055,86 manat (2022-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 250,74 manat müəyyən edilmişdir. Həmçinin iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixdən 287,60 manata, xx.xx.2024-cü il tarixdən 319,81 manata çatdırılmışdır. Ötən dövr ərzində hesablanmış fərq məbləği (xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək) onun pensiyasının üzərinə əlavə edil məklə ödəniləcəkdir. Bundan başqa, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli arayışında qeyd olunmuş xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək fərdi sahibkar kimi sosial sığorta ödəyicisi olubolmamadığı barədə Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialına sorğu göndərilmiş və sorğunun nəticəsinə əsasən Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialında iddiaçının 1997-2005-ci illərə dair sosial sığorta ödəyicisi kimi hesabat məlumatları aşkar edilməmişdir. Bu səbəblə həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir.
9. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025 -ci il tarixli, 2-1(118)-2339/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – İ.Burcayev).
10. Məhkəmə hesab etmişdir ki, iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək ali təhsil müəssisəsində əyani təhsil almışdır. Daha sonra xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək hərbi xidmətdə olmuş və xx.xx.2006-cı il tarixədək 5 il 10 ay 14 gün sığorta stajı müəyyən edilmişdir. xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 19055,86 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 250,74 manat müəyyən edilmişdir. Sonradan indeksləşdirilərək xx.xx.2023-cü il tarixdən 287,60 manata, xx.xx.2024-cü il tarixdən 319,81 manata çatdırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş cavab məktubu ilə iddiaçının xx.xx.1997-ci il tarixdən ********* nömrəli şəhadətnamə ilə vergi ödəyicisi kimi qeydiyyata alınması və xx.xx.2005-ci il tarixdə vergi uçotunun ləğv edilməsi bildirilmişdir. Əlavə olaraq sonuncu adıçəkilən orqan tərəfindən verilmiş cavab məktubunda iddiaçının xx.xx.2023-cü il tarixədək olan müddətə dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olmamasının müəyyən edildiyi bildirilmişdir. Cavabdehin öz etirazında qeyd etdiyi halın – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üz rə Mərkəzi Filialında 1997-2005-ci illəri əhatə edən dövrdə iddiaçının sosial sığorta ödəyicisi kimi hesabat məlumatlarının aşkar edilməməsi iddiaçının vergi ödəyicisi olmaması kimi və sosial təminat hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qəra r qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(105)-588/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-2339/2025 nömrəli qərarı ləğv edilərək iddia tələbi təmin olunmamışdır (sədrlik edən – G.Cabbarova, hakimlər – Z.Məmmədov, İ.Quliyev).
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, iddiaçının fərdi sahibkar kimi sosial sığorta ödəyicisi olması, onun tərəfindən sosial sığorta haqqının ödənilməsinə dair arxiv məlumatlarında hər hansı məlumat aşkar edilməmişdir. Belə olan halda, kollegiya hesab etmişdir ki, hazırkı hal da sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı müvafiq dövrlər üzrə sosial sığorta haqqının ödənilməsi və sosial sığorta ödəyicisi olması halına istinad edirsə, həmin hala dair sübut təqdim etmək öhdəliyi daşıyır. İndiki halda iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair heç bir sübut təqdim etməmiş və bunun səbəbi kimi həmin hala dair sənədlərin onun tərəfindən saxlanılmaması halına istinad etmiş, habelə iddianın əsaslılığını müəyyən edən hal kimi müvafiq dövrlər üzrə vergi uçotuna alınması və vergi borcunun olmaması halına istinad etmişdir.
14. Məhkəmə kollegiyası iddiaçının istinad etdiyi hallarla bağlı onu qeyd etmişdir ki, sosial sığorta haqlarını ödəmək və həmin hala dair müvafiq qəbzləri təqdim etmək məhz fərdi sahibkarın vəzifəsi olmuşdur. Nəticə etibarilə həmin sübutların vaxtında təqdim edilməməsi və ya saxlanılmaması iddiaçının təqsiri ilə əhatə olunmaqla, onun məsuliyyət daşıdığı hal kimi ortaya çıxmışdır. Belə olan halda, kollegiya hesab etmişdir ki, iddianın əsaslılığının müəyyən edilməsi baxımından iddiaçı öz vəzifələrini vaxtında və lazımi qaydada icra etməməsinin nəticələrinə istinad etməkdə haqlı olmamışdır.
15. Bundan əlavə, kollegiya digər arqumentlə bağlı onu qeyd etmişdir ki, iddiaçının müvafiq dövrlər üzrə vergi uçotuna alınması halı iddiaçının vergi ödəyicisi kimi qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınması halını, habelə vergi borcunun olmaması halı məhz vergi ödəyicisi qismində vergi haqqında qanunvericiliyin tələbinə əsasən ödəməli olduğu vergilər üzrə borcunun olmaması, yəni vergi öhdə liyinin olmaması halını təsdiq edir. Nəticə etibarilə iddiaçının istinad etdiyi hallar onun sosial sığorta ödəyicisi qismində çıxış etməsi və sosial sığorta haqqını ödəməsi halını təsdiq etməməklə, həmin halın müəyyən edilməsi üçün sübut qismində çıxış etməmişdir. Bu baxımdan, kollegiya hesab etmişdir ki, iddiaçının istinad etdiyi həmin arqument də əsassız olmuşdur. Göründüyü kimi indiki halda sübutetmə yükü iddiaçının üzərinə düşməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin hala dair heç bir mötəbər sübut təqdim edilməmiş, habelə məhkəmə araşdırması zamanı da iddianın əsaslılığını müəyyən etməyə imkan verən sübutun mövcudluğunu müəyyən etmək mümkün olmamışdır
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul olun masını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti iddia ərizəsinə uyğun əsasladırılmış və əlavə olaraq bildirilmişdir ki, işə baxmış məhkəmə inzibati prosessual qanunvericiliyin tələblərini pozaraq öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunun sübutetmə vəzifəsini cavabdehin üzərinə düşdüyünü nəzərə almamışdır. Belə ki, cavabdehin imtinasını zəruri edən şərtlərin mövcudluğu onlar tərəfindən sübut edilməmişdir. Bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin onun vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmağı və habelə vergi borcunun olmamasını yalnız vergi öhdəliyinin olmaması kimi qəbul etməsi birbaşa vergi qanunvericiliyinə tam z iddir.
18. Belə ki, Azərbaycan Respublikası VM-nin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergi tutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Hətta həmin məcəllənin 30-cu maddəsinə əsasən vergilər, məcburi dövlət sosial sığorta, işsi zlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə borclar vergi sirri hesab olunur. Göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsi vergi qanunvericiliyin tələblərinə ziddi olaraq məcburi dövlət sığorta haqlarını digər vergi öhdəlikləri ilə eyniləşdirmiş və belə qənaətə gəlmişdir ki, dövlət büdcəsinə borcun olmaması yalnız şəxsin vergi öhdəlikləri üzrə borcu kimi ehtiva olunmalıdır. Bu mövqe tam yanlış və əsassızdır. Çünki dövlət büdcəsinə olan borclar, yuxarıda qeyd olunduğu kimi, vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə borclar hesab olunur. 19. “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nın təsdiq edilməsi haqqında Ve rgilər Nazirliyinin xx.xx.2015-ci il tarixli qərarına əsasən bu Qaydaların 4.6-cı bəndində qeyd edilən hallar (4.6.6. fiziki şəxsin dövlət büdcəsinə borcunun olub-olmaması) mövcud olduqda fiziki şəxs tərəfindən həmin hallar aradan qaldırıldıqdan sonra fiziki şəxs uçotdan çıxarılır. Həmçinin bu qaydalardan müəyyən olunur ki, şəxsin dövlət büdcəsinə vergi öhdəliyi, məcburi dövlət sosial sığorta haqqı və sair kimi hər hansı bir borcu olduğu təqdirdə şəxsin vergi uçotundan çıxarılması mümkün deyil. Yəni onun əgər hansı dövlət büdcəsinə ödənilməmiş sosial sığorta haqqım mövcud olsa idi, vergi orqanı onu uçotdan çıxara bilməzdi.
20. Bundan başqa, mübahisələndirilən qərar həmçinin mövcud təcrübə ilə də xeyli ziddiyət təşkil edir. Belə ki, 2006-cı ilə qədər olan dövr üzrə elektronlaşdırılmış sis tem mövcud olmasa belə, vergi orqanı həmin dövrlərdə ödənilməmiş dövlət büdcəsinə olan borcları müəyyən edə bilir və bu barədə şəxslərə bu gün də bildirişlər göndərir. Hətta belə borcların ödənilməməsi ilə bağlı müəyyən məsuliyyət tədbirlərin görülməsi üçün vergi orqanı tərəfindən məhkəməyə müraciət edilir. Bununla bağlı geniş məhkəmə təcrübəsi var. Ümumiyyətlə Sumqayıt Apellyasiya Məhkəməsi işə o qədər səthi yanaşmışdır ki, hətta sosial sığorta ödənişləri ilə bağlı vergi orqanına sorğu belə ünvanlanmamışdır. xx.xx.2023cü il tarixli ona ünvanlanmış məktubda ödənilməmiş dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olmadığını bildirərkən nəyi nəzərdə tutduğunu sorğu etməmişdir. Hətta məcburi dövlət sosial sığorta haqqı barəsində dövlət vergi orqanına da sorğu ilə müraciət edə bilərdi. Bütün b unların əvəzində isə məhkəmə öz yanlış qənaətinə əsasən düzgün olmayan qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu:..... Qanunla fəhlələrin, qulluqçuların, kolxozçuların, fərdi əmək fəaliyyəti və sahibkarlıqla məşğul olan şəxslərin və digər kateqoriyalardan olan zəhmətkeşlərin pensiya təminatı üçün bərabər normalara və şərtlərə zəmanət verilir, əmək qabiliyyəti olmayan vətəndaşların sosial pensiya almaq hüququ təmin edilir..... Maddə
3. Əmək pensiyası hüququ olan şəxslər Qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan aşağıdakı şəxslərin əmək pensiyası almaq hüququ vardır:..... b) fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə;.... Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti;.... Maddə
73. Pensiyalar hesablanarkən nəzərə alınan əmək haqqı n övləri.... Fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara və muzdla işləyənlərə, eləcə də kooperativ üzvlərinə və kooperativdə müqavilə ilə işləyənlərə pensiya sığorta haqqı keçirilən faktik gəlirdən hesablanır..... 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta staj ına daxil edilir.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmç inin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apel lyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predme tini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı fərdi sahibkar qismində xx.xx.1997xx. xx.2005-ci illərdə sosial sığorta haqqını ödədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi və bu əsasla əmək pensiyası məbləğinin yenidən hesablanmasına nail olmaqdan ibarətdir.
32. Cavabdehin imtinasından görünür ki, iddiaçı tərəfindən sosial sığorta haqqının ödənilməsi, sosial sığorta ödəyicisi olması barədə hər hansı məlumat aşkar edilmədiyindən həmin dövrün sosial sığorta stajı kimi nəzərə alınaraq bu əsasla əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbi baxımından mümkün olmamışdır.
33. Apellyasiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ikinci dərəcə əlil olmaqla, onun barəsində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Vergi uçot məlumatlarından görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixdə vergi ödəyicisi kimi u çota alınmış, xx.xx.2005-ci il tarixdə vergi uçotu ləğv edilmiş, vergi borcu mövcud deyildir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin əsaslılığına qiymət verilərkən ilk öncə iddiaçı tərəfindən istinad edilmiş müvafiq dövr üzrə fərdi sahibkar qismində sosial sığorta haqqının ödənilib-ödənilməməsi halının müəyyən edilməsinin zəruri olması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
35. Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələbinə görə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrün sosial sığorta stajına daxil edilməsi üçün həmin dövr üzrə sosial sığorta haqqının ödənilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur.
36. İş materiallarında olan məktublardan göründüyü kimi iddiaçının iş qovluğu Mərkəzi filiala təhvil verilməmiş, eləcə də fərdi sahib kar kimi sosial sığorta ödəyicisi olubolmaması barədə və “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat” məlumatları Mərkəzi Filialda aşkarlanmamışdır.
37. Göründüyü kimi iddiaçının fərdi sahibkar kimi sosial sığorta ödəyicisi olması, onun tərəfindən sosial sığorta haqqının ödənilməsinə dair arxiv məlumatlarında hər hansı məlumat aşkar edilməmişdir.
38. Eyni zamanda, iddiaçının özü də məhkəməyə bu barədə hər hansı sübut təqdim edə bilməmişdir.
39. Kassasiya şikayətinin “sosial sığorta ödənişləri ilə bağlı vergi orqanına müraciət edilməsinin zəruriliyi ilə bağlı” kassasiya şikayətinin dəlillərinə münasibətdə bildirilməlidir ki, iddiaçı tərəfindən sosial sığorta haqqının ödənilməməsi barədə nəticəyə gəlmək üçün iş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sos ial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən verilmiş sənədlər kifayət etdiyindən iş üzrə əlavə araşdırmaya zərurət qalmamışdır.
40. Bundan başqa, kassasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edilməlidir ki, həmin məsələlər barədə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün münasibət göstərildiyindən məhkəmə kollegiyası prosessual qənaət prinsipi baxımından həmin dəlillərə təkrar qiymət verilməsinə lüzum görmür.
41. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı d əyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(105)-588/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.