Məhkəmə qərarları › İş №2-1(102)-311/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-311/2025

10.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-311/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: riskli vergi ödəyiciləri siyahısından çıxarılma; Vergi Məcəlləsinin 67-ci maddənin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova X1 Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dai r inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2024-cü il tarixli, 2-1(103)- 2257/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2022-ci il tarixli **********848300 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarı ilə iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3- cü müddəasına əsasən riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

2. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicis inin əsas fəaliyyət növü obyekt tələb edən fəaliyyət sahəsi olmasına baxmayaraq, təsərrüfat subyektinin (obyektinin) vergi orqanında qeydiyyata alınmadığı müəyyən edilmişdir.

3. Bundan əlavə, iddiaçı vergi orqanına təqdim etdiyi 2022-ci ilin gəlir vergisi üzrə sonuncu dəqiqləşdirilmiş bəyannamədə gəlirlərini 57.887,60 manat, xərclərini 47.788,35 manat, vergiyə cəlb edilən gəlirini 9.389,25 manat, gəlir vergisini isə 1.877,85 manat göstərmişdir.

4. Vergi orqanı iddiaçının gəlirlərini mübahisələndirməmiş, xərc sənədlərinin cəmi 1.552 manat hissəsinin təsdiqini tapmasına əsaslanaraq iddiaçının 2022-ci ilin gəlir vergisinin 11.267,12 manat ((57.887,60-1552)*20%) olması nəticəsinə gəlmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 15 avqust 2023-cü il ta rixli, **********1900 nömrəli qərarı ilə 2022-ci ilin gəlir vergisi üzrə əlavə 9.389,25 manat (11.267,12 - 1.877,85) vergi hesablamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiyası məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin xx.xx.2023-cü il tarixli 23**********1900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv olunmasını xahiş etmişdir.

6. İddia ərizəsində iddiaçı işin hallarına istinad etmiş və qeyd etmişdir ki, vergi orqanı tərəfindən onun xərclərinin nəzərə alınmaması qanunvericiliyin tələb inə ziddir.

7. Cavabdeh iddia tələbinə yazılı etirazında işin hallarına istinad edərək bildirmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.

8. Bakı İnzibati Məhkəməsinin (M.T.Hacıbəyova) 2-1(112)-2449/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuş və cavabdehinxx.xx.2023cü il tarixli, 23**********1900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ləğv edilmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında xx.xx.2023-cü il tarixli arayışa əsasən ünvan 1 ünvanda iddiaçının anbarı artıq qeydiyyata alınmışdır və bu hal iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması üçün əsasdır. Mübahisələndirilən qərarla hesablanmış vergi məbləği isə ona görə qanunsuzdur ki, xərclərinin müəyyən edilməsi mümkün olmadığı üçün iddiaçıya münasibətdə cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” tətbiq edilməli idi.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, F.Ş.Talışınski və G.M.Abbasova) 12 sentyabr 2024-cü il tarixli, 21(103)- 2257/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2449/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının vergi orqanına təqdim etdiyi hesabatında 2022-ci ilin gəlir vergisi AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına istinadən, şərti rentabellik nəzərə alınmaqla bəyan edilmişdir. Halbuki, şərti rentabelliyi gəlir (mənfəət) vergisinin hesablanmasına tətbiq etmək səlahiyyəti ve rgi ödəyicisinə deyil, vergi orqanına məxsus olan səlahiyyətidir.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində işin hallarına və iddia tələbindəki dəlillərə istinad edilərək bildirilir ki, iddiaçı mühasibat uçotu aparılmadığından riskli vergi ödəyicisi hesab edilsə belə, ona münasibətdə Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqindən imtina edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsi (xx.xx.2024-cü ilədək olan redaksiyası) bu halı tənzimləyir. Əlavə olaraq, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin riskli vergi ödəyiciləri siyahısından çıxar ılma ilə bağlı hissəsinə heç bir münasibət bildirməmiş, bununla bağlı qərarda hər hansı bir əsaslandırma əks olunmamışdır. Lakin buna baxmayaraq, iddia tələbi həmin hissədə də rədd edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Vergi Məcəlləsi: Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə

109. Gəlirdən çıxılmayan xərclər... 109.9 Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”

18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. M əhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməy ə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan laz ımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

22. Hazırkı iş üzrə iddiaçının tələbi iki hissədən ibar ətdir: -riskli vergi ödəyiciləri siyahısından çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması; -cavabdehin xx.xx.2023-cü il tarixli 23**********1900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğvi. İddia tələbinin “riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi ilə bağlı qeydlər

23. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********848300 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarı ilə iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əmə liyyatların Meyarları”nın 2.1.3-cü bəndinə əsasən (vergi ödəyicisinin əsas fəaliyyət növü obyekt tələb edən fəaliyyət sahəsi olmasına baxmayaraq, təsərrüfat subyektinin (obyektinin) vergi orqanında qeydiyyata alınmadığı müəyyən edilmişdir) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

24. Göründüyü kimi, iddiaçının riskli vergi ödəyicisi hesab edilməsinin əsası təsərrüfat subyektinin (obyektinin) vergi orqanında qeydiyyata alınmaması olmuşdur.

25. Eyni zamanda, iş materiallarında olan “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında xx.xx.2023-cü il tarixli arayışa əsasən ünvan 1 ünvanda iddiaçının anbarı artıq qeydiyyata alınmışdır.

26. Qeyd edilməlidir ki, Azərba ycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri” nin 4.5.1-ci bəndinə əsasən, vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmiş xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının (qurumlarının) təsdiqedici sənədləri və ya məlumatları ilə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildikdə, vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılmas ı ilə bağlı qərar qəbul edilir.

27. Hazırkı iş üzrə iddiaçı tərəfindən riskli vergi ödəyicisi hesab edilməsinin əsasıtəsərrüfat subyektinin (obyektinin) vergi orqanında qeydiyyata alınmaması halı aradan qalxmağına baxmayaraq, cavabdeh iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul etməmişdir.

28. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə iddia tələbini rədd etməsinə baxmayaraq, iddia tələbinin bu hissəsi ilə bağlı hər hansı əsaslandırma aparmamışdır.

29. Bununla yanaşı, iddiaçı cavabdehə riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı müraciət etsə də, sonuncu bundan imtina edərək məktubunda qeyd etmişdir ki, iddiaçının satışında olan malların (meyvə-tərəvəz) idxalında və alışında olmadığı, həmçinin meyvə və tərəvəzin əkini üçün torpaq s ahəsinin qeydiyyata alınmadığı müəyyən edildiyindən riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istinad etdiyi qeyd olunan hallar iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qəbul edilməsi üçün əsas təşkil etməmiş, həmin qərarın qəbul edilməsi zamanı aparılan inzibati icraatın predmeti olmamışdır. Əgər cavabdeh həmin əsaslarla iddiaçının apardığı əməliyyatı riskli əməliyyatlara aid edirsə, onda, bununla bağlı yeni qərar qəbul etməli və iddiaçını qeyd edilən əsaslarla yenidən riskli vergi ödəyicilərinin siyahısına daxil etməlidir.

31. Beləliklə, iddiaçının tələbi riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində əsaslıdır. İddia tələbinin cavabdehin xx.xx.2023-cü il tarixli 23**********1900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğvi ilə bağlı qeydlər

32. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı vergi orqanına təqdim etdiyi 2022-ci ilin gəlir vergisi üzrə sonuncu dəqiqləşdirilmiş bəyannamədə gəlirlərini 57.887,60 manat, xərclərini 47.788,35 manat, vergiyə cəlb edilən gəlirini 9.389,25 manat, gəlir vergisini isə 1.877,85 manat göstərmişdir. Vergi orqanı iddiaçının gəlirlərini mübahisələndirməmiş, xərc sənədlərinin cəmi 1.552 manat hissəsinin təsdiqini tapmasına əsaslanaraq iddiaçının 2022-ci ilin gəlir vergisinin 11.267,12 manat ((57.887,60-1552)*20%) olması nəticəsinə gəlmiş və “Vergilərin, sosial sığorta və işsi zlik sığortası haqlarının hesablanması barədə” 15 avqust 2023-cü il tarixli, **********1900 nömrəli qərarı ilə 2022-ci ilin gəlir vergisi üzrə əlavə 9.389,25 manat (11.267,12-1.877,85) vergi hesablamışdır.

33. İddiaçının xərc sənədlərinin bir qisminin olmaması işin mübahisəsiz halıdır.

34. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarla hesablanmış məbləğin vergi qanunvericiliyinin normalarına uyğun olub-olmamasına düzgün hüquqi qiymət verməmişdir.

35. Belə ki, Vergi Məcəlləsinin tələbinə əsasən, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir (Vergi Məcəl ləsinin 96.1-ci maddəsi). Göründüyü kimi, gəlir vergisi gəlirlə xərc arasındakı fərqdən hesablanır.

36. Vergi ödəyicisinin isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vəzifəsidir (16.1.3-cü maddə).

37. Hazırkı halda, iddiaçı gəlirlərinin uçotunu aparsa da, gəlirdən çıxılmalı olan xərclərinin uçotunu aparmamışdır. Cavabdeh bu hala istinadən onun gəlirindən (57.887,60 manat) təsdiqini tapan xərci (1.552 manatı) çıxmaqla gəlir vergisi hesablamışdır. Halbuki, vergi ödəyicisi xərclərinin uçotunu aparmalı olsa da, vergi qanunvericiliyi uçotun aparılmadığı hallarda vergi orqanının hərəkətləri ilə bağlı məsələni də tənzimləmiş və Vergi Məcəlləsinin 67-ci maddəsində b u qayda təsbit edilmişdir.

38. Belə ki, Məcəllənin 67.1-ci maddəsinə əsasən, kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə... mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda... həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Göründüyü kimi, qanunverici inzibati orqana xərc sənədlərinin olmadığı hallarda verginin hesablanması qaydaları ilə bağlı imkanlar nəzərdə tutmuşdur ki, bu da vergi ödəyicisinin gəlirinin xərclər nəzərə alınmadan qəbul olunması halını istisna edir.

39. Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan imkanlardan biri də verginin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (şərti rentabellik norması) hesablanmasıdır (VM-nin 67.14; 83.9-cu maddələri). Məhkəmə kollegiyası razılaşır ki, Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan imkanlardan istifadə etmək vergi orqanının hüququdur. Vergi ödəyicisi özünə həmin maddənin müddəalarına uyğun vergi hesablaya bilməz. Qeyd edildiyi kimi, vergi ödəyicisinin vəzifəsi gəlir və xərclərin düzgün uçotunun aparılmasıdır. Odur ki, iddiaçının gəlirə şərti rentabellik norması tətbiq etməklə gəlir vergisi hesablaması düzgün olmamışdır.

40. Bununla belə qeyd edilməlidir ki, iddiaçı hazırda mübahisələndirmə haqqında iddia qaldırmışdır. Mübahisələnd irmə haqqında iddia növündə olan işlərdə isə inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır.

41. Nəzərə alınmalıdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. La kin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

42. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə isə inziba ti orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, yuxarıda qeyd edildiyi kimi, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Qeyd edildiyi kimi, məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamaml ayacaq qaydada həyata keçirilə bilər.

43. Odur ki, hazırkı halda qiymət verilməli olan, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsidir.

44. Qeyd edildiyi kimi, iddiaçının gəlir vergisi hesablanarkən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri nəzərə alınmadığından mübahisələndirilən qərar qanunsuzdur və ləğv edilməlidir.

45. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi qeyd edilənləri nəzərə almadan iddia tələbini rədd etmişdir.

46. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2257/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edi lərək, iddia təmin edilsin. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 23**********1900 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarı ləğv edilsin və İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyi Bakı şəhəri X2 üzrə Baş idarəsinin üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar