Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3110/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı kimi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması; ödənilən məcburi dövlət sosial sığorta haqlarının informasiya sistemində mövcud olmaması; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzi bati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı kimi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 25 iyul tarixli, 2-1(103)-2719/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qar şı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-də işlədiyi dövrdə aldığı əmək haqqı üzrə tutulmuş məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı kimi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2024-cü il 29 fevral tarixli, 2-1(112)-1527/2024 nömrəli qərarı ilə (hakim T.R.Məlikov) iddia qismən təmin edilərək iddiaçının "xxxx" MMCdə işlədiyi 2013-2018-ci illər ərzində aldığı əmək haqqı üzrə tutulmuş məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı kimi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş fərq məbləğini n ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 25 iyul tarixli, 21(103)-2719/2024 nömrəli qərarı ilə (hakimlər M.C.Qarayeva /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və P.A.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2024-cü il 29 fevral tarixli, 2-1(112)-1527/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Məhkəmələr mövqelərini onunla əsaslandırmışlar ki, iddiaçı 2010-cu il tarixdən 2018-ci il tarixədək "xxxx" MMC-də poçtalyon vəzifəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçının 2010-2018-ci illərdə "xxxx" MMC-də işləməsi tərəflər arasında mübahisələndirilmir. Cavabdeh hesab etmişdir ki, mübahisə predmeti olan illər ərzində iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından, həmin dövrlər iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. Müvafiq sorğu əsasında "xxxx" MMC tərəfindən İddiaçı 2010-2018-ci illərdə əməkhaqqından tutulmuş 3 faiz ödənişlərin DSMFyə köçürülməsi barədə arayış məhkəməyə təqdim edilmişdir. Qeyd olunan arayışdan görünür ki, İddiaçı 2010-2012-ci illərdə analıq məzuniyyətində olduğundan ona əməkhaqqı hesablanmamış, 2013-cü ilin üzrə hesablanmış 1755,01 manat əməkhaqqıdan 52,65 manat, 2014-cü il üzrə 1951,05 manat əməkhaqqıdan 58,53 manat, 2015-ci il üzrə 2391,31 manat əməkhaqqıdan 71,74 manat, 2016-cı il üzrə 2156 manat əməkhaq qıdan 64,68 manat, 2017-ci il üzrə 2438,16 manat əməkhaqqıdan 73,15 manat, 2018-ci il üzrə 2377,42 manat əməkhaqqıdan 71,32 manat sosial sığorta haqları DSMF-yə ödənilmişdir. İddiaçının işlədiyi "xxxx" MMC-nin arayışından göründüyü kimi iddiaçı 2013-cü il tarixdən 2018-ci il tarixədək "xxxx" Dövlət Müəssisəsində əmək fəaliyyəti ilə məşğul olmuş, müvafiq olaraq əmək haqqı almış və onun əmək haqqısından məcburi sığorta haqları tutularaq aidiyyəti üzrə köçürülmüşdür. Əmək haqqısından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabında qeydə alınıb-alınmamasına nəzarət edilməsi iddiaçının öhdəliyi olmamışdır. Cavabdeh inzibati orqan yuxarıda qeyd olunan və təyinatı aşkar göstərilən ödənişlərin köçürülməsinə baxmayaraq, məcburi dövlət sosial sığortasının məqsədləri üçün zərur i məlumatların fərdi şəxsi hesaba daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etməmişdir. Belə olan halda, əmək haqqısından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabında qeydə alınmaması onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Ona görə də iddia tələbi 2013-2018-ci illərə dair hissədə əsaslı olmuşdur.
5. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı 2010-cu il tarixdən 2018-ci il tarixədək “AZƏRPOÇT" MMC-də poçtalyon vəzifəsində işlədiyini iddia etsə də, sığortaolunanlar haqqında məlumat bazası olan Sığorta Alt Sisteminə əsasən İddiaçı 2010-cu il tarixdən 2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Qanunvericiliyin tələblərinə əsasən xx.xx.2006-cı il tarixdən sonra sığortaolunanların əmək pensiyası onların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalına əsasən hesablanır. İddiaçı isə 2010-cu il tarixdən 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilərək əlilliyə görə pensiyanın yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
6. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati m əhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn d üzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
8. Hazırkı işdə, şikayət çi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir sıra qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-13 07/2021 nömrəli, xx.xx.2021-ci il tarixli; 2-1(102)-668/2022 nömrəli, xx.xx.2022-ci il tarixli; 2-1(102)54/2023 nömrəli, xx.xx.2023-cü il tarixli; 2-1(102)-1126/2023 nömrəli, xx.xx.2023-cü il tarixli; 2-1(102)-1542/2023 nömrəli, xx.xx.2023-cü il tarixli; 2-1(102)-2228/2023 nömrəli, xx.xx.2023-cü il tarixli; 2-1(102)-2598/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarları; 21(102)-2183/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının informasiya sistemində əks olunmaması şəxsin təqsiri ilə bağlı deyildir və bu hal onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Belə ki, şəxs bu ödənişlər barədə məhkəməyə müvafiq sübutlar (qəbz, arayış və s.) təqdim etdiyi və həmin sübutların m ötəbərliyi şübhə doğurmadığı, o cümlədən cavabdehin də bu sübutların mötəbər olmaması ilə bağlı hər hansı bir dəlil irəli sürmədiyi təqdirdə iddiaçının tələbinin təmin olunması halı mövcud olur. Nəticə etibarilə, ödənilmiş məcburi dövlət sosial sığorta haqları məbləğlərinin informasiya sistemində əks olunmaması şəxsə yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas qismində çıxış etməyəcəkdir. Belə ki, əgər şəxsin ünvanlı şəkildə məcburi dövlət sosial sığorta haqlarını ödədiyi mötəbər sübutlar ilə təsdiq edilirsə, cavabdeh ödənişlərin edildiyini təsdiq edən sənədlərin mötəbərliyini mübahisələndirmirsə, eləcə də məhkəmənin özü tərəfindən də həmin sənədlərin mötəbərliyini şübhə altına almaq üçün hər hansı hallar müəyyən edilmirsə, iddiaçının pensiya hüququ təmin olunmalıdır. Həlledici olan məhz məcburi dövlət sosial sığorta haqlarını ödəmə faktının müəyyən edilməsidir. Kollegiya nəzərə alır ki, qanunvericiliyin tələbləri baxımından iddiaçının məcburi dövlət sosial sığorta haqlarını ödəməsi və təqdim olunan arayışın mötəbərliyi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
10. Kollegiya həmçinin qeyd edir ki, ödənişlərlə bağlı hesabatların zamanında verilməməsi, informasiya sistemində məlumatların əks olunmaması və s. kimi hallar iddiaçının ziyanına pensiya hüququnu məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Çünki sözügedən məsələlərə riayət olunması iddiaçıdan daha çox, bu sahədəki fəaliyyətə nəzarəti həyata keçirməli olan inzibati orqanların məsuliyyət sferası ilə bağlıdır. Digər tərəfdən, məsələyə həm də qanunçuluq və mütənasiblik prinsiplərinin tələbləri nəzərə alınmaqla da qiymət verilməlidir.
11. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan t ədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik, həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, ödənişlər faktiki həyata keçirildiyi halda, hesabatların verilməməsinə və ya informasiya sistemində məlumatların əks olunmamasına istinadla pensiya təyin edilməsindən imtina edilərsə, iddiaçı həddən artıq yükə məruz qoyulmuş olar, fərdi və ümumi maraqlar arasındakı ədalətli balans pozulmaqla güdülən qanuni məqsədə öz məzmunu baxımından zəruri və yararlı olmayan müdaxilə edilməsinə gə tirib çıxarır.
12. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
13. Odur ki, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktik i halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
14. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 25 iyul tarixli, 2-1(103)-2719/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Resp ublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.