Məhkəmə qərarları › İş №2-1(102)-3115/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3115/2025

22.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3115/2025 22.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hakimə verilmiş ixtisas dərəcəsinə görə əlavə nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması, əlavənin ödənilməsinin təsdiqini tapmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi rliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2510/2025 nömrəli 12 iyun 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1994-cü il tarixdə Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının hakimi vəzifəsinə təyin edilmiş və həmin Tribunalın sədri vəzifəsinə təsdiq edilmişdir. xx.xx.2000ci il tarixdə səlahiyyət müddətinin qurtarması ilə əlaqədar hakim səlahiyyətlərinə xitam verilmişdir.

2. Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.1996-cı il tarixli 80-İQR nömrəli qərarına əsasən iddiaçıya üçüncü ixtisas dərəcəsi verilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departametinin rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2012-ci il tarixli 12/224 №-li qərarı ilə İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq xx.xx.2007-ci il tarixdən hesablanmaqla ömürlük yaşa görə əmək pensiyası təyin olunmuşdur.

4. Pensiya işinin materiallarından görünür ki, Əmək pensiyası təyinatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan məlumat vərəqəsi (№ 01456): Ali təhsili (əmsal- 0,5) 2 il 5 ay; Güzəştli xidmət illəri: 2 il, 10 ay; Təqvim xidmət illəri: 24 il, 5 ay, 9 gün; Cəmi: 29 il, 8 ay, 9 gün; Ehtiyata buraxıldığı tarix: xx.xx.2018. Pensiyanın təyin olunduğu tarix: xx.xx.2007. 5. “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2020-ci il tarixli qərar ilə İddiaçı xx.xx.2007-ci il tarixdən təyin olunmuş əmək pensiyası sonuncu artım ilə əlaqədar (xx.xx.2019) yenidən hesablanaraq 1929,75 manat; “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli qərar ilə 1929,75 manat pensiya məbləği yenidən hesablanaraq 1762,92 manat; “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********7 №li qərar ilə (xx.xx.2022 səbəbi ilə) 1762,92 manat pensiya məbləği yenidən hesablanaraq 2491,48 manat; “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-710174/2023 №-li qərar ilə pensiyası “qurumdan daxil olmuş məktuba əsasən” səbəbi ilə yenidən hesablanaraq 3143, 50 manat; “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-316180/2024 №-li qərar ilə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3-cü maddəsinə əsasən yenidən hesablanaraq 4089,99 manat olmuşdur.

6. İddiaçı Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1996-cı il tarixli 80-İQR nömrəli qərarına əsasən ona verilmiş 3-cü ixtisas dərəcəsi üzrə əlavə nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi ilə bağlı cavabdeh quruma müraciət etmişdir.

7. Cavabdeh qurum iddiaçının müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, “... sonuncu xidmət keçdiyiniz orqan tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən sizə 16 fevral 2012-ci il tarixində “Əmək pensiyaları ha qqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, 23 il 1 ay 1 gün xidmət müddəti üçün hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Sonrakı artımlar nəzərə alınaraq hazırda qanunvericiliyə uyğun olaraq, əmək pensiyanız 3495,56 manat təşkil edir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü hissəsinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən on un müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Sözügedən Qaydaların 4-cü hissəsinə görə şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fonda ötürülür. Qeyd olunanlara əsasən əmək pensiyanızın məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafi q məlumat sonuncu xidmət keçdiyiniz orqan tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra baxıla bilər.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş əmək pensiyasının 3-cü ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının 3 misli həcmində əlavə haqq nəzərə alınmaqla yenidən hesablanması və yaranmış məbləğin ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci ildə doğulmuşdur. Digər işlərlə yanaşı xx.xx.1994-cü ildən xx.xx.2000-ci ilə qədər Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsinin hakimi və sədri vəzifəsi ndə işləmişdir. Hazırda ona cavabdeh tərəfindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib ödənilməkdədir. xx.xx.1992-ci il tarixdən Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ’'Azərbaycan Respublikası Məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” 250 saylı Qanun qəbul edilmişdir. Qeyd edilən qanuna əsasən Azərbaycan Respublikası Məhkəmələrinin hakimləri üçün 6- ali, İ, İİ, İİİ, İV, V ixtisas dərəcələri müəyyən edilmiş və həmin Qanunla “Azərbaycan Respublikası Məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamə təsdiq edilmişdir. Əsasnamədə hakimlərə ixtisas dərəcələrinin ömürlük verilməsi, ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq verilməsi müəyyən edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Milli Məc lisi tərəfindən xx.xx.1992-ci il tarixdə “Azərbaycan Respublikası Məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” 364 saylı Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən ixtisas dərəcələri üzrə müvafiq haqlar, o cümlədən İİİ ixtisas dərəcəli hakimlərə minimum əmək haqqının 3 misli məbləğində əlavə haqq verilməsi və qərarın xx.xx.1993-cü il tarixdən tətbiq edilməsi qərara alınmışdır. İddiaçıya Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1996-cı il tarixli, 80-İQD №-li Qərarı ilə İİİ ixtisas dərəcəsi verilmişdir. Onun tərəfindən ona təyin edilmiş əmək pensiyasının İİİ ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının 3 misli həcmində əlavə haqq nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etm işdir. Həmin müraciətə cavabdeh orqan tərəfindən baxılmış və xx.xx.2024-cü il tarixdə imtina cavabı verilmişdir. İmtina cavabına diqqət yetirdikdə cavabdeh orqanın təqdim edilmiş müraciətin məzmununa uyğun olmayan cavab verildiyi müəyyən olunmuşdur. Bu əsasdan hesab edirlər ki, cavabdehin imtinası əsassızdır. Yuxarıda qeyd edilmiş hallardan müəyyən olunur ki, onun pensiyası yenidən hesablanmalı olduğu halda cavabdeh orqan bundan imtina etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3547/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2007-ci il tarixdən təyin edilmiş əmək pensiyası Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikasının rayon (şəhər) xalq məhkəmələrinin hakimlərinə ixtisas dərəcələri verilməsi haqq ında” xx.xx.1996-cı il tarixli, 80-İQR №-li qərarına əsasən ona üçüncü ixtisas dərəcəsi verilməsi ilə bağlı minimum əmək haqqının üç misli həcmində əlavə haqq nəzərə alınmaqla yenidən hesablanması və xx.xx.2021-ci il tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının 19942000-ci illər işlədiyi dövr ərzində aldığı əmək haqqları barədə müvafiq sorğular göndərilsə də, həmin məlumatların əldə edilməsi mümkün olmamışdır. Lakin bu xüsusatlar iddiaçının hakim kimi fəaliyyət göstərdiyi müvafiq dövrdə əmək haqqı, o cümlədən ixtisas də rəcəsinə görə əlavələri almaması qənaətinə gəlinməsinə əsas ola bilməz. Belə ki, iddiaçının həmin dövrdə vəzifə maaşını alması təkzibolunmaz haldır. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmiş, ixtisas dərəcələri hakimlərə ömürlük verilmiş və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin üçüncü ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının üç misli məbləğində əlav ə haqq verilməsi qərara alınmışdır. Göründüyü kimi, həmin normalar baxımından ixtisas dərəcəli hakimlərə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının üç misli məbləğində əlavə haqqın verilməsi birbaşa qanundan irəli gəlir və həmin tənzimləmə imperativ xarakter daşıyır. Yəni hakimlərə həmin əlavə haqqın ödənilməsi qanunun mütləq tələbidir. Bu mənada ixtisas dərəcəli hakimə əlavə haqqın verilməsi ilə bağlı hakimlərin maddi təminatını həyata keçirən inzibati orqan hər hansı mülahizə haqqına malik deyil. Odur ki, həmin əlavə haqqın ödənilməməsi əslində qanunvericiliyin buna dair tələbinin pozulması anlamında qiymətləndirilməlidir. Digər tərəfdən, həmçinin qeyd olunmalıdır ki, ödəmə ilə bağlı məlumatın aşkar olunmaması həmin ödəmənin aparılmadığının mütləq təsdiqi kimi qiymə tləndirilə bilməz. Bu zaman həm də nəzərə almaq lazımdır ki, maddi təminatla bağlı lazımi sənədləşdirmənin və rəsmiləşdirmənin müvafiq qaydada aparılması hakimlərin maddi təminatını həyata keçirən inzibati orqanın məsuliyyət sferasına aiddir və bunun üçün iddiaçı deyil, inzibati orqan cavabdehlik daşıyır. Belə cavabdehlik həm də inzibati orqan tərəfindən müvafiq sənədlərin saxlanılmasına və arxivləşdirilməsinə də aiddir. İnzibati orqanın məsuliyyət sferasına aid vəzifələrin layiqincə və tələblərə uyğun yerinə yetirilməməsinin neqativ nəticələrinə görə şəxsin hüquqi statusu məhdudlaşdırıla bilməz.

12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2510/2025 nömrəli 12 iyun 2025-ci il tarixli qərarı ilə (hakimlər: E.Əliyev /sədrlik edən və məruzəçi/, G.Abbasova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təqdim edilmiş x x.xx.2025-ci il tarixli 3-16-8/2-11133/2025 nömrəli məktubda müvafiq arayışın əldə olunması üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə müraciət olunduğu və arxivdə saxlanılan maliyyə sənədlərinə baxış keçirilərkən Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalı işçilərinin əmək haqqı cədvəllərinin Ədliyyə Nazirliyinin Mərkəzi arxivinə təhvil verilmədiyi qeyd edilmişdir.

17. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1-8-15-1/2-531/2025 nömrəli məktubunda arxivdə Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının 1992-2000-ci illər üzrə əməkhaqqı cədvəlləri və şəxsi vərəqələrinin mövcud olmadığı qeyd edilmişdir.

18. Bundan başqa, apellyasiya instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, məhkəmə kollegiyası iş materiallarını araşdırıb, toplamış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, İddiaçı xx.xx.2007-ci il tarixdən təyin edilmiş əmək pensiyası üçüncü ixtisas dərəcəsi ilə bağlı mimimum əmək haqqının üç misli həcmində əlavə haqq nəzərə alınmaqla yenidən hesablanmalıdır. Qeyd olunan məsələyə münasibətdə bildirilir ki, iddiaçıya hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təminat xərcliyinə daxil olan əlavələr nəzərə alınmaqla təyin edilmişdir. Təminat xərcliyi (pul təminatı) dedikdə, hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyası ndan, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür. Qeyd edilənlərdən aydın olur ki, ixtisas dərəcəsinə görə verilən əlavə haqq təminat xərcliyinin tərkib hissəsi kimi nəzərdə tutulmamışdır.

19. İddiaçı tərəfindən kassasiya şikayətinə dair etiraz məhkəməyə daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası Konstitusiyası: Maddə

38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 21. “Əmək pensiyaları haqqında” Qanun: M addə 20.1.4. Qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.7-ci maddəsinin redaksiyasına görə, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 5 il hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin, həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 22. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2001-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanunla Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmişdir. 23. “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamənin 7-8-ci bəndlərinə əsasən ixtisas dərəcələri hakimlərə ömürlük verilir və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. 24. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin üçüncü ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının üç misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. 25. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” 5 oktyabr 2001-ci il tarixli, 190-İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanun qüvvədən düşmüşdür.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair" 15 may 2020-ci il tarixli qərarı.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil ş əkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olun muş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.

31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

32. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı əmək haqqına əlavə kimi verilmiş ixtisas dərəcəsinə görə aldığı məbləğin nəzərə alınaraq pensiyasının yenidən hesablanıb ona verilməsinə nail olmaqdan ibarətdir.

33. Mübahisəyə dair işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixə kimi Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsinin hakimi və sədri vəzifəsində işləmiş və Azərbaycan Respublikasının rayon (şəhər) xalq məhkəmələrinin hakimlərinə ixtisas dərəcələri verilməsi haqqında “Azərbaycan Respublikası Milli Məclisinin” xx.xx.1996-cı il tarixli, 80İQR №-li qərarı ilə Hərbi Dəniz Qüvvələri hərbi tribunalının sədri İddiaçı 3-cü ixtisas dərəcəsi verilmişdir.

34. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departametinin rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2012-ci il tarixli, 12/224 №-li qərarı ilə İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq xx.xx.2007-ci il tarixdən hesablanmaqla ömürlük yaşa görə əmək pensiyası təyin olunmuşdur.

35. Pensiya işinin materiallarında olan “Əmək pensiyası təyinatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan məlumat vərəqəsi”nə (№ 01456) görə: Ali təhsili (əmsal- 0,5) 2 il 5 ay; Güzəştli xidmət illəri: 2 il, 10 ay; Təqvim xidmət illəri: 24 il, 5 ay, 9 gün; Cəmi: 29 il, 8 ay, 9 gün; Ehtiyata buraxıldığı tarix: xx.xx.2018. Pensiyanın təyin olunduğu tarix: xx.xx.2007. 36. “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2020-ci il tarixli qərar ilə İddiaçı xx.xx.2007-ci il tarixdən təyin olunmuş əmək pensiyası sonuncu artım ilə əlaqədar (xx.xx.2019) yenidən hesablanaraq 1929,75 manat; “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli qərar ilə 1929,75 manat pensiya məbləği yenidən hesablanaraq 1762,92 manat; “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********7 №li qərar ilə (xx.xx.2022 səbəbi ilə) 1762,92 manat pensiya məbləği yenidən hesablanaraq 2491,48 manat; “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-710174/2023 №-li qərar ilə pensiyası “qurumdan daxil olmuş məktuba əsasən” səbəbi ilə yenidən hesablanaraq 3143,50 manat; “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-316180/2024 №-li qərar ilə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3-cü maddəsinə əsasən yenidən hesablanaraq 4089,99 manat olmuşdur.

37. İddiaçı Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1996-cı il tarixli 80-İQR nömrəli qərarına əsasən ona verilmiş 3-cü ixtisas dərəcəsi üzrə əlavə nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi ilə bağlı cavabdeh quruma m üraciət etmişdir. Lakin sonuncu tərəfindən tələbi təmin edilməmiş, bundan narazı qalan iddiaçı iddia ilə məhkəməyə müraciət etmiş və iddiası məhkəmələr tərəfindən təmin edilmişdir.

38. İşə baxan məhkəmələr iddianı təmin edərkən ona əsaslanmışlar ki, “iddiaçının hakim kimi fəaliyyət göstərdiyi 1994-cü ildən sonrakı dövrə dair pul təminatı ilə bağlı heç bir məlumat müvafiq arxivlərdə tapılmamışdır. Lakin bu hal iddiaçının müvafiq dövrdə yəni, 1994-cü ildən sonra əmək haqqı, o cümlədən ixtisas dərəcəsinə görə əlavələri almaması qənaətinə gəlinməsinə əsas ola bilməz. Cavabdeh inzibati orqan isə öz növbəsində imtinasında və apellyasiya şikayətinin dəlillərində iddiaçının 1994-2000-ci illərdə əmək haqqı, digər pul təminatları aldığı halda məhz qeyd edilən əlavənin onun tərəfindən alınmamasını sü buta yetirə bilməmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxivdə sənədlərin aşkar edilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmiş, ixtisas dərəcələri hakimlərə ömürlük verilmiş və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin üçüncü ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının üç misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. Göründüyü kimi, həmin normalar baxımından ixtisas dərəcəli hakimlərə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının üç misli məbləğində əlavə haqqın verilməsi birbaşa qanundan irəli gəlir və həmin tənzimləmə imperativ xarakter daşıyır. Yəni hakimlərə həmin əlavə haqqın ödənilməsi qanunun mütləq tələbidir. Bu mənada ixtisas dərəcəli hakimə əlavə haqqın verilməsi ilə bağlı hakimlərin maddi təminatını həyata keçirən inzibati orqan hər hansı mülahizə haqqına malik deyil. Odur ki, həmin əlavə haqqın ödənilməməsi əslində qanunvericiliyin buna dair tələbinin pozulması anlamında qiymətləndirilməlidir.”

39. Məhkəmə icraatı dövründə verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi xx.xx. 2021-ci il tarixli, 8/672 №-li məktubunda göstərmişdir ki, İddiaçı hakim işlədiyi dövrdə ixtisas dərəcəsi verilməsi barədə müraciəti ilə əlaqədar arxiv sənədlərinə baxış keçirilərək məlum olmuşdur ki, Azərbaycan Respublikası Milli Məclisinin 21 may 1996-cı il tarixli 80-OQR nömrəli Qərarı ilə ona 3-cü ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 04 noyabr 1992-ci il tarixli 364 nömrəli “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Qərarı ilə üçüncü ixtisas dərəcəli hakimlərə 1993-cu il yanvarın 1-dən minimum əmək haqqının 3 misli məbləğində əlavə haqq ödənilməsi müəyyən edilmişdir. xx.xx.1996-cıil tarixdən xx.xx.2000-ci tarixədək ona əmək haqqı hesablanarkən hər ay vəzifə maaşına minimum əmək haqqının 3 misli məbləğində əlavə haqq ödənilmişdir. Həmin Qərar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanun ilə qüvvədən düşmüş hesab edilmişdir.

40. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Milli Məclisinin 4 noyabr 1992-ci il tarixli 364 nömrəli “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Qərarına əsasən 1993-cü il yanvar ayının 1-dən minimum əmək haqqının 3 misli məbləğində əlavənin ödənilibödənilmə məsinə dair məlumatın təqdim edilməsi üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinin Mərkəzi arxivinə müraciət olunmuş və arxivdə saxlanılan maliyyə sənədlərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalı işçilərinin əməkhaqqı cədvəlləri Ədliyyə Nazirliyinin Mərkəzi arxivinə təhvil verilməmişdir.

41. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-2519/2- 621/2025 №-li cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyind ə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir.

42. Göründüyü kimi, işə baxmış məhkəmələr İPM-in 12.1-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının üçüncü ixtisas dərəcəli hakim olmasına görə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının üç misli məbləğində əlavə haqqı alması ilə bağlı müvafiq qurumlara sorğular vermiş, bütün sorğulara da cavablar verilmiş, lakin verilən cavab məktublarında həmin məbləğin iddiaçıya ödənilməsini təsdiq edən məlumat olmamış, nəticədə iddiaçının həmin məbləği almasına dair mötəbər sübutları əldə etmək mümkün olmamışdır.

43. Kollegiya qeyd edir ki, şəxsə hərbi qulluqçu kimi pensiya təyin edildiyindən, qanunvericiliyə görə hərbi qulluqçuların əmək pensiyası xidmətdən buraxılmazdan əvvəl aldığı təminat xərcliyinin bütün növləri nəzərə alınmaqla təminat xərcliyindən hesablandığından və onun hərbi qulluq çu kimi xidmətdən buraxılmazdan əvvəl 3-cü ixtisas dərəcəli hakim kimi Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının üç misli məbləğində əlavə haqq almasına dair sübutu əldə etmək mümkün olmadığından, həmin haqq pensiya təyini zamanı hesablana bilməz.

44. İddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 4-cü maddəsinə görə hərbi qulluqçulara pensiyalar təyin edilib hesablanarkən əmək haqqı ilə bərabər hərbi qulluqçunun xidmətdən buraxılmazdan əvvəl aldığı təminat xərcliyinin bütün növləri nəzərə alınır.

45. Həmin Qanunun 40-ci maddəsinə görə hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən hesablanır. Bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı (yeni vəzifə maaşını təşkil edən bütün artım; növləri və əlavələr daxil olmaqla)...nəzərə alınır. 46. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin tələbinə görə təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən artımlardan ibarət olan məbləğdir.

47. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair" 15 may 2020-ci il tarixli qərarına əsasən "Əmək pensiyaları haqqında" Qanunun 20-ci maddəsində göstərilən "sonrakı ar tımlar" müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.

48. Həmin qərarda təsbit olunur ki, "Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0, 2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.

49. İddiaçıya hərbi qulluqçu kimi pensiya təyin edildiyindən, qanunvericiliyə görə hərbi qulluqçuların əmək pensiyası xidmətdən buraxılmazdan əvvəl aldığı təminat xərcliyinin bütün növləri nəzərə alınmaqla təminat xərcliyindən hesablandığından, məhkəmə araşdırması zamanı iddiaçının hərbi qulluqçu kimi xidmətdən buraxılmazdan əvvəl üçüncü ixtisas dərəcəli hakim kimi Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının üç misli məbləğində əlavə haqq almasına dair sübut əldə etmək mümkün olmadığından, həmin haqqın pensiya təyini zamanı hesablanmalı olması barədə iddiaçının tələbi əsaslı sayıla bilməz.

50. Nəticə etibarı ilə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iddianın rədd edilməsi barədə iş üzə yeni qərar qəbul edilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 -1(103)-2510/2025 nömrəli 12 iyun 2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı xx.xx.2007-ci il tarixdən təyin edilmiş əmək pensiyasının Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikasının rayon (şəhər) xalq məhkəmələrinin hakimlərinə ixtisas dərəcələri verilməsi haqqında” xx.xx.1996-cı il tarixli, 80-İQR №-li qərarına əsasən ona üçüncü ixtisas dərəcəsi verilməsi ilə bağlı minimum əmək haqqının üç misli həcmində əlavə haqq nəzərə alınmaqla yenidən hesablanması və xx.xx.2021-ci il tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” barədə idd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar