Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3128/2025 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-1475/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı məxsus ******* nömrəli əmək kitabçasına əsasən: iddiaçı xx.xx.2017-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində referent dövlət qulluğu vəzifəsinə qəbul edilmiş; xx.xx.2018-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci idarəsində məsləhətçi dövlət qulluğu vəzifəsinə qəbul edilmiş; xx.xx.2018-ci il tarixdən “Dövlət qulluğu haqqında” Qanunun 33.1.3-cü maddəsinə əsasən işdən azad edilmiş; xx.xx.2018-ci il tarixdən “Region” X1 aparıcı mütəxəssis vəzifəsinə qəbul edilmiş; xx.xx.2019-cu il tarixdə həqiqi hərbi xidmətə qəbu l olunduğuna görə əmək müqaviləsinə xitam verilmişdir.
2. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli 0165 nömrəli məktubu ilə təqdim edilmiş şəxsi işinə əsasən İddiaçı: - Müdafiə nazirinin 0169 nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu, 36.1.4-cü və 38.1.5ci maddələrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 58-ci maddəsinin “z” bəndinə müvafiq olaraq, ilkin “Leytenant” hərbi rütbəsi verilməklə Azərbaycan Ordusunda “bağlaşma” əsasında 1 (bir) il 6 (altı) ay müddətinə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş: “Region” X2 47 nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə Region” X2 3-cü bölməsinin aparıcı məsləhətçisi vəz ifəsinə təyin edilmiş; - “Region” X2 rəisi tərəfindən yuxarı komandanlıq qarşısında təqdimat verilərək leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 9-cu maddəsinə müvafiq olaraq, Azərbaycan Ordusunda kadr zabitləri heyətinə keçirilməsi üçün xx.xx.2020-ci il tarixli vəsatət qaldırılmış, N nömrəli hərbi hissənin komandiri tərəfindən xx.xx.2020-ci il tarixli qərarla “Həqiqi hərbi xidmətinin davam etdirməsi” barədə qərar qəbul edilmiş; - N nömrəli hərbi hissənin komandiri tərəfindən yuxarı komandanlıq qarşısında təqdimat verilərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq başqa hərbi hissədə müvafiq vəzifəyə təyin olunması üçün vəsatət qaldırılmış N nömrəli hərbi hissənin komandiri tərəfindən yuxarı komandanlıq qarşısında təqdimat verilərək xidmət mü ddəti başa çatdığına görə Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə xx.xx.2021-ci il tarixdə vəsatət qaldırılmış və Azərbaycan Respublikası Müdafiə nazirinin 019 nömrəli 07 yanvar 2022-ci il tarixli əmri ilə “Region” X2 (N nömrəli hərbi hissə) 3-cü şöbənin bölməsinin aparıcı mütəxəssisi vəzifəsindən leytenant rütbəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - “Region” X4 rəisinin 44 nömrəli 25 fevral 2022-ci il tarixli əmrinə əsasən müdafiə nazirinin 07 yanvar 2022-ci il tarixli 019 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) maddəsinə müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiya ta buraxıldığına görə, işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 25 fevral 2022-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlarından çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Binəqədi rayon İdarəsinə göndərilmiş, müdafiə nazirinin 19 oktyabr 2018-ci il tarixli 22 nömrəli əmrinə əsasən 2022-ci il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə 2022-ci ilin fevral ayı üçün almağa layiq hesab edilmiş, 2022-ci ilin növbəti məzuniyyətindən tam istifadə etmiş, 2022-ci il üçün nəzərdə tutulmuş məzuniyyət pulu ödənilmiş, xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılması ilə əlaqədar 2 (iki) aylıq maaş miqdarında birdəfəlik pul müavinəti verilmiş, 2022-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilmişdir.
3. İddiaçı barəsində xx.xx.2021-ci i ldə tərtib edilən söhbət vərəqəsindən görünür ki, o, tərxis edilməyi ilə razı olmadığını bildirmişdir.
4. N nömrəli hərbi hissənin komandirinin xx.xx.2021-ci il tarixli təqdimatına əsasən, İddiaçı xidmət müddəti başa çatdığına görə Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır 5. 13.12.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddətinin başa çatması) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar Hərbi Həkim Komissiyasına getməkdən imtina etmişdir.
6. İddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 019 nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddətinin başa çatması) əsasən həqi qi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası müdafiə nazirinin 019 nömrəli 07 yanvar 2022-ci il tarixli əmrinin ləğv edilməsi, onun cavabdehin tabeliyində olan Kəşfiyyat Baş İdarəsinin tabeliyində olan N saylı hərbi hissədə tutduğu vəzifəyə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-2018-ci illərdə cavabdehin tabeliyində olan Kəşfiyyat Baş İdarəsində dövlət qulluqçusu vəzifəsində işləmişd ir. Azərbaycan Respublikası müdafiə naziri tərəfindən vicdanla və məsuliyyətlə işlədiyinə, 2 dəfə erməni dili kurslarına cəlb olunduğuna, sertifikatı olduğuna görə ona leytenant hərbi rütbəsi verilmişdir. Daha sonra xidmətini Kəşfiyyat Baş İdarəsinin tabeliyində olan hərbi hissələrin birində davam etdirmişdir. 2020-ci ilin avqust ayında onunla imzalanmış bağlaşmanın müddəti (1 il 6 ay) bitmiş və onun xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən raportu əsasında kadr zabit heyətinə daxil edilməsi barədə Şəxsi Heyət Baş İdarəsi qarşısında vəsatət qaldırılmışdır. Şəxsi Heyət Baş İdarəsindən xidmətinin davam etdirilməsinə müsbət rəy bildirilmişdir. Üç ilə yaxın müddətdir ki, həmin hərbi hissədə xidmət etməsinə və növbəti hərbi rütbəsinin də verilməsinin vaxtı gəlməsinə baxmayaraq “müqa vilə müddətinin bitməsi" əsası ilə Azərbaycan Respublikasının müdafiə nazirinin 07 yanvar 2022-ci il tarixdə 019 nömrəli əmri ilə tərxis olunmuşdur. Belə ki, orduda xidmət edən xanım zabitlər zabit kimi müddətli (1 il 6 ay) dövrü xidmət etdikdən sonra onların Orduda xidmətini davam etdirməsi məsələsi təqdimata uyğun olaraq və Silahlı Qüvvələrin komandanlığının dərkənarına əsasən könüllülük prinsipi ilə davam etdirilir və Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli 377 İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 13-cü bəndinə əsasən kiçik zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrində 48 yaş həddinədək xidmət edirlər. Həmçinin Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli 377 İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətk eçmə haqqında” Əsasnamənin 15-ci bəndində əsasən son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasının əsasları əks olunmuşdur. Həmin əsaslara xəstəliyə görə, ştatların ixtisarına görə, ailə vəziyyətinə görə, xidməti uyğunsuzluğa görə, hərbi qulluqçuların şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə, azı 5 il xidmət etmiş zabitlər öz arzusu ilə, törətdiyi cinayətə görə məhkəmə tərəfindən hərbi xidmətdə olmağı istisna edən cəzaya məhkum edildikdə halları daxildir. Göründüyü kimi, qeyd olunan halların heç biri mövcud olmadan məcburən tərxis olunma halı və müddətli hərbi xidmətini uğurla başa vurmuş, eləcə də daimi hərbi xidmətə qəbul olunmuş zabitin müqavilə müddətinin bitməsi əsası ilə tərxis olunması qanunvericilikdə nəzərdə tutulma mışdır.
9. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci il tarixdən 2018-ci il tarixədək cavabdehin tabeliyində olan Kəşfiyyat Baş İdarəsində dövlət qulluqçusu vəzifəsində çalışmışdır. xx.xx.2019-cu il tarixdən leytenant hərbi rütbəsi ilə N nömrəli hərbi hissədə hərbi xidmətə başlamışdır. xx.xx.2021-ci il tarixdə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq ehtiyata buraxılması ilə əlaqədar Hərbi Həkim Komissiyasına göndərilməyinə baxmayaraq, təqdim olunmaqdan imtina etmiş, bununla bağlı akt tərtib olunaraq yuxarı komandanlığa məruzə edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı barədə N nömrəli hərbi hissədə təqdimat hazırlanaraq xidmət müddəti başa çatdığı üçün “Hərbi xidmətkeçmə haqq ında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə müvafiq olaraq ehtiyata buraxılması məqsədəuyğun hesab edilərək yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Komandanlıq tərəfindən müsbət qərar qəbul olunaraq, müdafiə nazirinin 07 yanvar 2022-ci il tarixli 019 nömrəli əmrinə əsasən iddiaçı ordu sıralarından ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuş, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinəti almışdır. Müdafiə nazirinin müvafiq əmri ilə tanış olmaqla “göndərilən sənədlərin uçotunun aparılması jurnalı”da imza edərək təyinat vərəqəsini almışdır. Həmçinin iddiaçı ilə ehtiyata buraxılmadan əvvəl söhbət aparılmışdır. Yuxarıda qeyd o lunanlara əsasən qənaətə gəlinir ki, iddiaçının barəsində qəbul edilmiş qərarlardan məlumatlı olması, həmin qərarların ona elan edilməsi mübahisə doğurmayan haldır.
10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-961/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – A.Abdullayeva).
11. Məhkəmə hesab etmişdir ki, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 36.1.4-cü maddəsinə əsasən zabit kimi həqiqi hərbi xidmətdə olduğundan, həmin Qanunun 36-cı maddəsinin “Qeyd” hissəsinin xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş redaksiyasına əsasən birbaşa kadr zabit heyətinə keçirilməli idi. Lakin cavabdeh tərəfindən qanunvericiliyin normaları pozularaq iddiaçı xidmət müddətinin başa çatması əsası ilə qanunsuz və əsassız olaraq xidmətdən azad edilmişdir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-311/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-961/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.Yusifov, hakimlər – P.Hüseynov, Ş.Məmmədova).
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq iddia müddətinin ötürülməsi barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi poçt vasitəsilə 28 mart 2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Cav abdeh iddiaçının 7 yanvar 2022-ci il tarixli əmri “göndərilən sənədlərin uçotu jurnalında imza etməklə, tanış olduğunu və ona verilmiş təyinat vəsiqəsi əsasında SHXÇDX-nin Binəqədi rayon idarəsində uçota durduğunu, ehtiyata buraxılması ilə əlaqədar çıxış müavinəti almasını qeyd edərək onun həmin əmrdən məlumatlı olduğunu mübahisələndirsə də, işə əlavə olunmuş əmrdə hüquqi müdafiə vasitələri və onlardan istifadə qaydası nəzərdə tutulmamışdır. “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inz ibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Konkret halda isə mübahisələndirilən 7 yanvar 2022-ci il tarixli əmrdən verilən iddia ərizəsi 28 mart 2022-ci il tarixdə göndərildiyi, hətta məhkəməyə daxil olduğu xx.xx.2022-ci tarixə kimi 6 aylıq müddət keçməmişdir.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsində birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024cü il tarixli, 2-1(102)-1710/2024 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-31 1/2024 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən – K.Bədəlov, hakimlər – N.Rəsulbəyova, S.Vəliyev).
17. Qərarda qeyd olunmuşdur ki, iddiaçı hazırda Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 019 nömrəli əmrini mübahisələndirir, yəni iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıl a bilər.
18. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddia müddətinin ötürülüb-ötürülməməsini İPM-in 38.1-ci maddəsinin tələbləri baxımından yoxlamamış, bu istiqamətdə hər hansı araşdırma aparmamışdır.
19. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsi həmin maddənin adından da göründüyü kimi, məhz inzibati şikayətin verilməsi ilə bağlıdır.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində inzibati şikayətin verilməsi ilə məhkəmədə iddia qaldırılması fərqləndirilmiş, hətta İPM-nin 38.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda, bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır.
21. Göründüyü kimi, İPM-in 38-ci maddəsində nəzərdə tutulan iddia müddəti ilə “İnzibati icraat haqqında” Qanunun 73-cü maddəsində nəzərdə tutulan inzibati şikayətin verilməsi müddəti fərqli anlayışlardır. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin iddia müddəti ilə bağlı dəlillərini İPM-nin 38-ci maddəsinin tələbləri çərçivəsində yoxlamalı olduğu halda bunu etməmiş, cavabdehin məhkəməyə iddia verilməsi müddətinin ötürülməsi ilə bağlı dəlillərini əsassız olaraq, “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinin tələblərinə uyğun yoxlamışdır.
22. Odur ki, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman ilk növbədə, iddianın xüsusi mümkünlük şərti (iddia müddətinə riayət edilib-edilməməsi) İPMin 38-ci maddəsinin tələbləri çərçivəsində tam, hərtərəfli və obyektiv araşdırılmalı, iddia mümkünlük şərtlərinə cavab verəcəyi halda, iddianın mahiyyəti ilə bağlı müvafiq qərar qəbul edilməlidir. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-1475/2025 nömrəli qərarı ilə apell yasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-961/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Əliyev, hakimlər – A.Oruczadə, G.Abbasova).
24. Qərarda qeyd olunmuşdur ki, mübahisələndirilən 7 yanvar 2022-ci il tarixli əmrdən verilən iddia ərizəsi 28 mart 2023-cü il tarixdə göndərildiyi tarixə qədər 30 günlük müddət keçməmişdir. Apellyasiya məhkəməsində icraatı zamanı məhkəmənin xx.xx.2025ci il tarixli məktubu ilə iddiaçıya mübahisələndirilən əmrin elan olunduğu tarixi və buna dair sübutların tədqim edilməsini tələb edilmişdir.
25. Sübutetmə vəzifəsi üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən buna dair heç sübut məhkəməyə təqdim edilməmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçı tərəfindən verilmiş izahatda onun qeyd edilən tarixlərdə məzuniyyətdə olduğu və məzuniyyətdən qayıtdıqdan sonra işdən azad olunduğu bildirmişdir. Bununla bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq, iddiaçının məzuniyyətə göndərilməsinə dair sənədlərin təqdim edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli məktubla sorğu verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı 7 yanvar 2022-ci il tarixli əmrlə işdən azad edildiyi halda xx.xx.2022-ci il tarixində məzuniyyətə göndərilmiş, məzuniyyətin başa çatdığı dövrdə isə şikayətlə müraciət etmişdir.
26. Belə ki, iş materiallarına əsasən “Region” X2 11 yanvar 2022-ci il tarixli, 8 nömrəli əmrində iddiaçının 11 yanvar tarixindən məzuniyyətə getmiş hesab edildiyi qeyd edilmişdir. İş materiallarına əsasən iddiaçının məzuniyyət lə bağlı “raport”unun və yuxarı rəhbərliyinin “vəsatət”i 10 yanvar 2022-ci il tarixli olaraq (45 gün) müəyyən olunur. Belə olan halda, iddiaçı 7 yanvar 2022-ci il tarixində işdən azad olmuşdursa, 11 yanvar tarixində hansı qaydada məzuniyyətə göndərilməsi və buna dair hər hansı hüquqi əsas cavabdeh tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. İş materiallarından görünür ki, iddiaçı işdən azad olunduğu gündən 4 gün sonra məzuniyyətə göndərilmiş və növbəti ayda, yəni fevral ayında ona son-haqq hesab ödənilmişdir.
27. Həmçinin, kollegiya qeyd etmişdir ki, apellyasiya məhkəməsində icraat zamanı cavabdeh iddiaçının “təyinat vərəqəsinin” işdən azad olduğu tarixdən 50 gündən sonra, yəni xx.xx.2022-ci il tarixində hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətinin Bakı şəhəri Binəqədi r ayon idarəsinə göndərilməsi ilə bağlı məsələyə aydınlıq gətirə bilməmişdir.
28. Kollegiya inzibati aktın qəbul edilməsi zamanı yol verilmiş pozuntularla bağlı qeyd etmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 58-ci maddəsinin “z” bəndinə müvafiq olaraq, “Leytenant” hərbi rütbəsi verilməklə zabit heyətinə həqiqi hərbi xidmətinə qəbul edilmiş və xidmətini davam etdirmək arzusunda olan iddiaçının müdafiə nazirinin 019 nömrəli 07 yanvar 2022-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndi (xidmət müddəti başa çatdığına görə) ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qanunvericiliyin tələblərinə zidd olmuşdur.
29. Belə ki, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 36.1.4-cü maddəsinə əsasən zabit ki mi həqiqi hərbi xidmətdə olduğundan, həmin Qanunun 36-cı maddəsinin Qeyd hissəsinin xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş redaksiyasına əsasən birbaşa kadr zabit heyətinə keçirildiyi halda onun xidmət müddətinin başa çatması ilə işdən azad olunması qanunsuz və əsassızdır.
30. Sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan iddiaçını kadr zabit heyətinə keçirdiyi halda (müddətsiz olaraq vəzifəyə təyin etdiyi halda) 7 yanvar 2022ci il tarixli əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edilməmiş və onun qəbul ed ilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmiş, cavabdeh orqan inzibati aktı qəbul edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir.
31. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən işə birtərəfli, çəkişmə prinsipinə uyğun olmaması baxılması onunla təsdiq olunur ki, məhkəmə iclaslarının qapalı keçirilməsinə baxmayaraq (hətta apellyasiyada keçirilmiş birinci məhk əmə iclasında (06 mart 2025-ci il ) sədrlik edən hakim məhkəmə iclasının qapalı olması ilə bağlı kənar şəxslərin zaldan çıxmasını xahiş etmişdir), xx.xx.2025-ci il tarixdə keçirilmiş qapalı məhkəmə iclasında həmin vaxt həmin məhkəmə prosesində vəkil kimi səlahiyyəti olmayan şəxs iştirak etmişdir.
33. Belə ki, qapalı məhkəmə iclasının xx.xx.2025-ci il tarixdə saat 11.00-da keçirilməsinə baxmayaraq, iddiaçının vəkili kimi vəkil mantiyasında iştirak etmiş şəxsin həmin statusda iştirak etməsinə səlahiyyətini təsdiq edən EM-908VK-23181/25 saylı sənəd xx.xx.2025-ci ildə saat 17.38-də vəkilin və 17.42-də rəhbərin imzası ilə imzalanaraq məhkəmə iclasından sonra verilmişdir.
34. Məhkəmə qərarının 45-ci bəndinə dair qeyd olunmalıdır ki, orada mübahisə predmeti olan inzibati aktın maddi hüquq normala rının tələblərinin pozulması ilə qəbul edilməsi göstərilsə də, bunu təsdiq edən sübutun iş materiallarında olmamasını məhkəmə nəzərə almamışdır. Çünki, məhkəmə iddiaçının kadr zabit heyətinə keçirilməsini və bunun nəticəsi olaraq xidmət müddətinin başa çatması ilə ehtiyata buraxılmasını qeyd etsə də, iddiaçının kadr zabit heyətinə keçirilməsi qərarda yalnız iddiaçının vəsatəti ilə əsaslandırmışdır. Halbuki bu hərbi qulluqçunun xahişi ilə həll olunan məsələ deyil, müvafiq əmr olduqdan sonra həmin kateqoriyaya (yəni kadr zabit heyətinə) mənsubiyyəti tanınan münasibətlərdir ki, iddiaçı barədə belə bir əmr qəbul olunmamışdır.
35. Buna görə də iddiaçının Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2022ci il tarixli müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qanuni olmuşdur. 36. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə, dəyişikliyə yol verilmir. Xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılması ilə bağlı iddiaçı ilə söhbət aparılmışdır. İddiaçının ehtiyata buraxılmasına dair təqdimat tərtib edilmiş, hərbi hissə komandiri tərəfindən imzalandıqdan sonra qərar qəbul edilməsi məqsədilə göndərilmişdir.
37. Məhkəmə qərar qəbul edərkən nəzərə almamışdır ki, iddiaçı ilə olan bağlaşma müddəti bitəndən sonra yeni bağlaşmanın bağlanmaması, xidmət müddəti başa çatması ilə ehtiyata buraxılması inzibati orqanın diskresion səlahiyyətlərinə aiddir və məhkəmə qərarı ilə həll olunan kateqoriyaya aid oluna bilməz.
38. Bundan başqa, məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(102)- 331/2017 nömrəli qərarı nəzərə alınmalıdır.
39. Məhkəmə qərarının (33-37 bəndlər) iddiaçının məzuniyyətlə bağlı mülahizəsi ilə bağlı bildirməlidir ki, burada “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsi və digər normativhüquqi aktların müddəaları nəzərə alınmamış və cavabdehin nümayəndəsi iki məhkəmə iclasında bunu izah etsə də, təhrif olunmuş formada göstərilərək, “xx.xx.2022-ci il tarixdən sonra iddiaçının hans ı əsasla məzuniyyətə göndərilməsinin hüquqi əsasının təqdim edilməməsi” kimi göstərilmişdir.
40. Halbuki, nümayəndənin izah edib-etməməsindən asılı olmayaraq məhkəmə özü də onu mütləq nəzərə almalı idi ki, xx.xx.2022-ci il tarixli müvafiq əmr şəxsi heyət üzrə əmr idi, xx.xx.2022-ci il tarixli əmr isə nizami hissə üzrə əmr idi və hərbi qulluqçu yalnız hərbi hissənin şəxsi heyətin siyahısından çıxarıldığı gün həmin statusu itirir. 41. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37.2.-ci maddəsinə görə, “Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.” İstər hərbi qulluğa qəbul olunanda, istər hərbi qulluqdan çıxdıqda şəxsi h eyət üzrə və nizami hissə üzrə əmrlər olur. Bunun aydın şəkildə fərqləndirilməsini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarından görmək olar. Yuxarıda qeyd olunanlardan gördüyü kimi, iddiaçı hərbi qulluqçu statusunu hərbi hissənin şəxsi heyətin siyahısından çıxarıldığı gün, yəni fevral 2022-ci ildə itirmişdir.
42. Onu da əlavə etmək lazımdır ki, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”sinin 34.5-ci bəndinə əsasən, “Ehtiyata və ya istefaya buraxılan... hərbi qulluqçulara növbəti məzuniyyət üçün pul təminatı məzuniyyətin keçirilmə yerinə və geriyə əvvəlki xidmət yerinə və ya seçilmiş yaşayış yerinə qayıtma vaxtını nəzərə almaqla, məzuni yyət verilməsi və onun müddəti haqqında hərbi hissə komandirinin əmri əsasında, məzuniyyət başa çatdığı gün də daxil olmaqla ödənilir”. Onu da bildirmək lazımdır ki, hətta ehtiyata buraxılan aşağıdakı şərtlərə uyğun gələn ehtiyata buraxılan şəxslərə növbəti 3 ay müddətində məzuniyyətin verilməsi də qanunvericilikdə öz əksini tapır.
43. Belə ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməsinin 120-ci maddəsinə görə Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir.
44. Bununla bağlı cavabdehin nümayəndəsi məhkəmə iclasında şifahi vəsatət verərək, müvafiq hərbi hissələrin məhkəməyə cəlb edilməsini xahiş ets ə də, məhkəmə hərbi hissələrin cəlb edilməsi barədə vəsatəti təmin etməmişdir. Halbuki, məhkəmə öz təşəbbüsü ilə (zəruri cəlb etməyə görə) həmin hərbi hissələri inzibati işə üçüncü şəxs qismində cəlb etməli idi.
45. Həmçinin, məhkəmənin qərarında (bənd 30-31) iddiaçının iddia müddətinin ötürülüb-ötürülməməsi ilə bağlı qeyd olunmalıdır ki, məhkəmənin bununla bağlı apardığı araşdırma formal xarakter daşıyıb. Çünki 2025-ci ildə xx.xx.2022-ci il tarixli əmrin təqdim edilməsi ilə bağlı sorğular, elə birinci instansiyası məhkəməsi tərəfindən də edilmiş və 2022-2023-cü illərdə də cavabdeh tərəfindən eyni cavab təqdim edilmişdir ki, əmr elan olunur, məxfi olduğundan şəxsin özünə verilmir və təyinat vərəqəsi xx.xx.2022-ci ildə olmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə əsas ən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Yuxarıda qeyd olunan müddəadan gördüyü kimi, bu barədə ehtiyata buraxılan hərbi qulluqçunun imzası tələb olunmur.
46. Artıq inzibati orqan tərəfindən 2022-2024-cü illərdə cavablandırılmış sorğuları təkrarlamaq yuxarı instansiyası məhkəməsinin göstərişinin formal olaraq icra olunması kimi qəbul olunmalıdır. Nəzərə alınmalıdır ki, əgər xx.xx.2022-ci ildə təqdimetmə baş verilibsə doqquz gündən sonra, yəni xx.xx.2022-ci il tarixdə iddia ərizəsinin məhkəmənin dəftərxanasında qeydiyyata alınmasının səbəbi aydınlaşdırılaraq təqdimetmənin mötəbərliyi ilə bağlı müvafiq rabitə orqanına sorğu edilməli idi. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. İdd iaçının nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz təqdim edərək mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz iddia ərizəsinə və apellyasiya məhkəməsinin qərarının əsaslandırma hissəsinə uyğun tərtib olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 48. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun: 36.1.4-cü maddəsinə əsasən zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Həmin Qanunun 36.2-ci maddəsinə əsasən bağlaşma əsasında həqiqi hərbi xidmətə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qəbul olunurlar. Həmin Qanunun 36-cı maddəsinin qeyd hissəsinə əsasən Azərbaycan Respublikasının hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrini (xarici ölkələrin analoji ali təhsil müəssisələrini) müvəffəqiyyətlə bitirərək ilk zabit hərbi rütbəsi almış Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçular, habelə müvafiq icra hakimiyyəti orqanında zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan, bu Qanunun 36.1.4-cü maddəsində göstərilən vətəndaşlar birbaşa kadr zabit heyətinə keçirilirlər. 49. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə 58. “Leytenant” hərbi rütbəsi verilir: z) zabit heyəti vəzifələrinə təyin edilmək üçün həqiqi hərbi xidmətə qəbul edilmiş və ya əsgər, matros, çavuş, gizir, miçman vəzifələrindən zabit heyəti vəzifələrinə təyin edilmiş və ən azı bir il bu vəzifələr üzrə borcunu müvə ffəqiyyətlə yerinə yetirən müvafiq hərbi ixtisas hazırlığına yaxın ali mülki təhsilli qadınlara;
50. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
51. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin t ələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
52. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılma dığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
55. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
56. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
57. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı əmrin ləğv edilməsi, onun tutduğu vəzifəyə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsinə nail olmaqdan ibarətdir.
58. Kassasiya şikayətindən göründüyü kimi, cavabdehin dəlilləri iki istiqamətdə: iddia ərizəsinin müddət ötürülməklə verildiyindən iddianın mümkünlük şərtinin ödənilməməsi və mübahisələndirilən inzibati aktın qanuni əsaslarla qəbul edilməsi ilə bağlı olmuşdur.
59. Məhkəmə kollegiyası ilk öncə kassasiya şikayətinin iddianın mümkünlük şərtləri ilə bağlı dəlilinə qiymət verərək apellyasiya məhkəməsinin iddiaçının inzibati aktın mübahisələndirilməsi üçün qanunvericlikdə nəzərə tutulmuş müddəti ötürməməsi barədə mövqeyini əsaslı hesab edir.
60. Belə ki, hazırkı iş üzrə birinci apellyasiya instansi ya məhkəməsinin qərarından görünür ki, məhkəmə kollegiyası iddianın mümkün hesab edərkən mövqeyini mübahisələndirilən əmrdə hüquqi müdafiə vasitələri və onlardan istifadə qaydası nəzərdə tutulmamasına görə “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsində nəzərdə tutulan 6 aylıq müddət keçməməsi ilə əsaslandırmışdır.
61. Daha sonra iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1710/2024 nömrəli qərarı ilə cavabdehin iddia müddəti ilə bağlı dəlilləri əsaslı hesab edilərək işi təkrar apellyasiya baxışına qaytarmışdır.
62. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsi həmin maddənin adından da göründüyü kimi, məhz inzibati şikayətin verilməsi ilə bağlıdır. Azərbayca n Respublikasının İPM-də inzibati şikayətin verilməsi ilə məhkəmədə iddia qaldırılması fərqləndirilmiş, hətta İPM-in 38.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda, bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Göründüyü kimi, İPM-nin 38-ci maddəsində nəzərdə tutulan iddia müddəti ilə “İnzibati icraat haqqında” Qanunun 73-cü maddəsində nəzərdə tutulan inzibati şikayətin verilməsi müddəti fərqli anlayışlardır. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin iddia müddəti ilə bağlı dəlillərini İPM-nin 38-ci maddəsinin tələbləri çərçivəsində yoxlamalı olduğu halda bunu etməmiş, cavabdehin məhkəməyə iddia verilməsi müddətinin ötürülməsi ilə bağlı dəlillərini əsassız olaraq, “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinin tələblərinə uyğun yoxlamışdır
63. Ali Məhkəmənin sözügedən qərarında təkrar apellyasiya icraatı zamanı iddianın xüsusi mümkünlük şərti (iddia müddətinə riayət edilib-edilməməsi) İPM-in 38-ci maddəsinin tələbləri çərçivəsində tam, hərtərəfli və obyektiv araşdırılması və iddia mümkünlük şərtlərinə cavab verəcəyi halda, iddianın mahiyyəti ilə bağlı müvafiq qərar qəbul edilməsi barədə göstərişlər qoyulmuşdur.
64. İş materiallarından göründüyü kimi təkrar apellyasiya baxışı zamanı işə baxmış məhkəmə kollegiyası kassasiya məhkəməsinin göstərişlərini məhkəmə sorğuları verməklə və müvafiq araşdırmalar aparmaqla düzgün icra etmişdir.
65. Belə ki, təkrar apellyasiya icraatı zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2022-ci il tarixli əmrlə işdən azad edilmiş, xx.xx.2022-ci il tarixində məzuniyyətə göndərilmişdir. Bundan başqa, iddiaçının məzuniyyətlə bağlı “raport”unun və yuxarı rəhbərliyinin “vəsatət”i 10 yanvar 2022-ci il tarixli olaraq (45 gün) müəyyən olunmuş, bundan başqa, fevral ayında iddiaçıya son-haqq hesab ödənilmişdir.
66. Məhkəmə kollegiyası bildirir ki, cavabdeh tərəfindən təkrar apellyasiya baxışı zamanı mübahisələndirilən əmrin elan olunduğu tarixə dair sübutlar təqdim edilmədiyindən xx.xx.2022-ci il tarixli əmrdən xx.xx.2023-cü il tarixdə verilmiş iddia ərizəsi tələb olunan iddia müddəti ötürmədən verilmiş hesab edilməlidir.
67. Bundan başqa, məhkəmə kollegiyası kassasiya şikayətinin mübahisələndirilən inzibati aktın əsaslılığı ilə bağlı dəlillərini də qəbul etməyərək buna dair apellyasiya instansiyası məhkəməsinin mövqeyini haqlı hesab edir.
68. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı Müdafiə Nazirliyi sistemində xx.xx.2018-ci il tarixdə bağlaşma (müqavilə) əsasında “Region” X3 aparıcı mütəxəssis vəzifəsinə təyin olunmuş, Müdafiə nazirinin 0169 nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu, 36.1.4-cü və 38.1.5-ci maddələrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 58-c i maddəsinin “z” bəndinə müvafiq olaraq, ona ilkin “Leytenant” zabit hərbi rütbəsi verilməklə, Azərbaycan Ordusunda bağlaşma əsasında 1 (bir) il 6 (altı) ay müddətinə zabit heyətinə həqiqi hərbi xidmətinə qəbul edilmişdir.
69. Daha sonra Region X2 rəisi tərəfindən yuxarı komandanlıq qarşısında təqdimat verilərək iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 9-cu maddəsinə müvafiq olaraq, Azərbaycan Ordusunda kadr zabitləri heyətinə keçirilməsi üçün xx.xx.2020-ci il tarixli vəsatət qaldırılmış, N nömrəli hərbi hissənin komandiri tərəfindən xx.xx.2020-ci il tarixli qərarla “Həqiqi hərbi xidmətinin davam etdirməsi” barədə qərar qəbul edilmişdir.
70. İş materiallarından göründüyü kimi, iddiaçı leytenant kimi zabit heyətinə qəbul edilsə də N nömrəli hərbi hissənin komandiri tərəfindən yux arı komandanlıq qarşısında təqdimatı əsasında Azərbaycan Respublikasının nüdafiə nazirinin 019 nömrəli 07 yanvar 2022-ci il tarixli əmri ilə “Region” X2 (N nömrəli hərbi hissə) 3-cü şöbənin bölməsinin aparıcı mütəxəssisi vəifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndi (xidmət müddəti başa çatdığına görə) ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
71. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin qeyd hissəsinə əsasən Azərbaycan Respublikasının hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrini (xarici ölkələrin analoji ali təhsil müəssisələrini) müvəffəqiyyətlə bitirərək ilk zabit hərbi rütbəsi almış Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçular, habelə müvafiq icr a hakimiyyəti orqanında zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan, bu Qanunun 36.1.4-cü maddəsində göstərilən vətəndaşlar birbaşa kadr zabit heyətinə keçirilirlər.
72. Sözügedən maddəyə qeyd hissəsi xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 27 oktyabr 2020-ci il tarixli 191-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir
73. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki,iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 36.1.4-cü maddəsinə əsasən zabit kimi həqiqi hərbi xidmətə qəbul olunduğundan, həmin Qanunun 36-cı maddəsinin Qeyd hissəsinin xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş redaksiyasına əsasən birbaşa kadr zabit heyətinə keçirildiyi halda onun xidmət müddətinin başa çatması ilə işdən azad olunması qanunsuz və əsassız olmuşdur.
74. O da qeyd olunmalıdır ki, istinad olunan normanın məzmunundan aydın olur ki, müvafiq şəxslərin birbaşa kadr zabit heyətinə keçirilmiş sayılması üçün ayrıca əmrin verilməsi nəzərdə tutulmur.
75. Bundan başqa, kassasiya şikayətinin “iddiaçının vəkili tərəfindən verilmiş orderin tərtib edilmə saatının məhkəmə iclasının bitməsindən sonrakı saatda tərtib edildiyindən qapalı məhkəmə iclasının səlahiyyətsiz vəkil olan kənar şəxsin iştirakı ilə aparılması” barədə dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, məhkəmə iclasının audio-video yazısından və iclas protokolundan görünür ki, məhkəmə iclasında Vəkil1 iddiaçının hüquqlarının müdafiə etmiş və məhkəmə iclasında iştira k edən cavabdehin nümayəndəsi buna dair hər hansı etiraz bildirməmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, iddiaçının vəkili həmin tarixdən öncə də, sonra da uzun müddət iddiaçının hüquqlarını müdafiə etdiyindən cavabdehin dəlili haqlı olsa belə, bu hal qapalı məhkəmə iclasının keçirilmə qaydasının kobud pozulması kimi qəbul edilməyərək əsaslı məhkəmə qərarının ləğv edilməsi üçün əsas ola bilməz.
76. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
77. Yuxarıda göstər ilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)1475/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.