Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3142/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının kameral vergi yoxlaması nəticəsində qəbul etmiş qərarının mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyya t Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2024-cü il tarixli, 2-1(103)-1887/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2021-ci il üzrə mənfəət vergi bəyannaməsini xx.xx.2022-ci il tarixdə vergi orqanına təqdim etmişdir.
2. Cavabdeh vergi orqanı tərəfindən mənfəət vergi bəyannaməsinin düzgünlüyü yoxlanılarkən iddiaçı tərəfindən 2021-ci il üzrə idxal edilmiş malların statistik dəyərinin 13 531 385,96 manat (ƏDV-siz) məbləğində müəyyən edilməsinə baxmayaraq, həmin mallar üzrə faktura (invoys) dəyəri 13 288 505,53 manat dəyərində olması müəyyən edilmişdir ki, bu da iddiaçı tərəfindən vergi və mühasibat uçotunun düzgün aparılmaması, xərclərin süni şəkildə artırılması və vergi məbləğinin azaldılması kimi qiymətləndirilmişdir.
3. Bununla əlaqədar olaraq iddiaçıya kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə uyğunsuzluq məktubları göndərilmiş, lakin iddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilməmişdir.
4. Vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 48897,63 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə 20 iyul 2022-ci il tarixli **********277600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 20 iyul 2022-ci il tarixli **********277600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya ünvanlanmış uyğunsuzluq məktublarına iddiaçı tərəfindən aşağıdakı kimi cavablar təqdi m edilmişdir: “Vergi orqanın xx.xx.2022-ci il tarixli **********586300 nömrəli məktubuna əsasən təqdim edilmiş, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edildiyi kimi, hesabat dövrü ərzində ********.95 manat məbləğində ƏDV-siz dövriyyə olmuş, bu məbləğin 169345.18 manat hissəsi ləğv edildiyi, 23670.00 manat hissəsi isə geri qaytarıldığı üçün ƏDV bəyannamələrinin 319-cu (ƏDV-yə cəlb olunan azaldılan dövriyyələr üzrə ƏDV-nin hesablanması) sətrinin "Dövriyyə məbləği" sütunlarında qeyd edilmiş və eyni zamanda mənfəət vergi bəyannaməsində gəlirdən çıxılmışdır (********.95- 193015.18=********.77). Nəzərinizə çatdırırıq ki, xx.xx.2020-ci il tarixli EBAP 221297 nömrəli 13290.00 manat dəyərində olan e-qaimə 2020-ci il Mənfəət Vergi bəyannaməsinin 200.1-ci sətrində (Malların təqdim edilməsində n gəlir) gəlirə əlavə edilərək vergiyə cəlb edilmişdir. Lakin EBAP 221297 nömrəli e-qaimə xx.xx.2021-ci il tarixində ləğv edildiyi üçün mart ayı üzrə ƏDV bəyannaməsinin 319-cu (ƏDV-yə cəlb olunan azaldılan dövriyyələr üzrə ƏDV-nin hesablanması) sətrinin "Dövriyyə məbləği" sütununda qeyd edilmiş və debitor borcdan silinmişdir. Buna uyğun olaraq 2020-ci il Mənfəət vergi bəyannaməsində vergiyə cəlb olunan məbləğ 2021-ci ildə ləğv edildiyi üçün 2021-ci il Mənfəət Vergi bəyannaməsində malların təqdim edilməsi üzrə gəlirdən (********.77- 13290.00=********.77) çıxılmışdır. Həmçinin, vergi orqanının **********019200 nömrəli məktubuna əsasən təqdim edilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq Aktivlərin dəyərinə onların alın ması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Nəzərinizə çatdırırıq ki, Mənfəət bəyannaməsinin 1.3.2-ci sətrinin “dövr ərzində daxil olmuşdur” sütununda qeyd olunan məbləğə yalnız idxal olunan malların dəyəri deyil, eyni zamanda e-qaimə ilə alınan malların dəyəri daxildir. Vergi Məcəlləsinin 143-cü maddəsini əsas götürərək idxal olunan malın dəyəri invoys məbləği, gömrük xərcləri və malların gətirilməsində çəkilən daşıma xərcləri malın dəyərini formalaşdırır. İl ərzi ndə daxil olan malın ********.52 manat məbləğ hissəsi idxal əsasında mədaxil edilmişdir. Əlavə olaraq bildiririk ki, əsas vəsaitlər idxal əsasında deyil, e-qaimə əsasında alınmışdır. "xxxx" MMCdən (**********) EBBH 403914 nömrəli qaimə əsasında 211028,39 manat məbləğində BMW X7xDrive40i markalı nəqliyyat vasitəsi, "xxxx" MMC-dən (**********) EBBO 980341 nömrəli qaimə əsasında əsas vəsait alınmış və Mənfəət bəyannaməsinin 1.1 Əsas vəsaitlərin dəyəri sətrinin “dövr ərzində daxil olmuşdur” sütununda qeyd olunmuş, əsas vəsaitlərin amortizasiya normasına uyğun olaraq hesablanmış və xərc olaraq qeyd olunmuşdur. Əlavə olaraq bildiririk ki, xx.xx.2021-ci il tarixində müəssisəmizdə operativ vergi nəzarəti keçirilmiş, anbarda olan mallar sayılıb aktlaşdırılmış və xx.xx.2022-ci il tarixində 65777.43 (52128.48+13648.95) manat məbləğində hesablama aparılaraq şəxsi hesab vərəqəmizdən çıxılmışdır.” Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 20 iyul 2022-ci il tarixli **********277600 saylı saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla yuxarıda qeyd edilən xüsusatlara əsasən razılaşmır və hesab edir ki, qərar Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. İddiaçı Vergi Məcəlləsinin 15, 15.1.1, 15.1.2, 15.1.7, 15.1.8, 15.1.9, 15.1.12, 15.2, 37.1, 37.2, 37.2-1, 53.3, 62.1, 62.2, 64, 94.0, 94.0.1-ci maddələrinə istinad edərək iddianın təmin edilməsini x ahiş etmişdir. Cavabdehin etirazları:
7. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətlər arasında 230088,22 manat fərq yaranmışdır ki, bu da xərclərin (mal, xammal, amortizasiya vs s.) şişirdilməsi kimi qiymətləndirilmişdir. Eyni zamanda araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 saylı əlavəsinin 1.1.3-cü (Nəqliyyat vasitələri) sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda 211028,35 manat göstərilmişdir ki, həmin məbləğin bəyannamənin digər xərc sə tirlərində göstərildiyi müəyyən edilmişdir ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kim qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarix **********019200 nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83- cü maddələrin əsasən 2021-ci il MV bəyannaməsi üzrə 48897,63 manat əlavə vergi məbləği hesablanaraq bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********277600 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə idxal edilmiş malların statistik dəyərinin 13.531.385,96 manat (ƏDV-siz) məbləğində müəyyən edilməsinə baxmayaraq, həmin mallar üzrə faktura (invoys) dəyəri 13.288.505,53 manat dəyərində təşkil etmişdir ki, bu da vergi və mühasibat uçotunun düzgün aparılmaması, xərclərin süni şəkildə artırılması və hesablanması, vergi məbləğinin azaldılması kimi qiymətləndirilir. Cavabdeh həmçinin qeyd edir ki, vergi ödəyicisinin EQF ilə cəmi alışı 1.016.296,06 manat, EQF ilə təsdiqini tapan bəyannamənin digər xərc sətirləri (yanacaq, rabitə, nəqliyyat, dİgər xərclər) 742733,54 manat olmuşdur. Yəni vergi ödəyicisi xərclərin şişirdilməsi məqsədilə 211028,35 manat məbləğində nəqliyyat vasitələri xərcini bəyannamənin digər xərc sətirlərində də göstərmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi əmtəə-material ehtiyatların uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Bundan əlavə vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericili yinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir. Qeyd olunanlara əsasən idxal olunan malların anbara mədaxil dəyəri həmin malların alışı dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Cavabdeh Vergi Məcəlləsinin 16.1.3, 24.0.1, 24.0.2, 36.2, 37.1, 37.3, 108, 134, 135.1, 135.2, 136.1, 136.1.1, 136.1.2, 136.1.3, 136.2, 136.3, 139.2, 162.1-ci maddələrinə, İPM-in 48.2-ci maddəsinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1799/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sualları qoyulmuşdur:
1. İddiaçı MMC-nin 2021-ci il üzrə mənfəət vergisinin məbləği nə qədər təşkil edir
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 9/799 saylı ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı MMC-nin 2021-ci il üzrə mənfəət vergisinin məbləği 133980,56 manat məbləğində müəyyən olunur, yəni hazırkı tədqiqatla aparılan hesablamalar zamanı vergi ödəyicisinin 2021 -ci il üzrə mənfəət vergisi hesablanmasında kənarlaşma müəyyən edilmədiyi müəyyən edilmişdir.”
10. Bakı İnzibati Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2-1(112)-1799/2023 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********277600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh vergi orqanı tərəfindən iddia ərizəsinə verilmiş etirazda, məhkəmə sorğusuna cavabda, o cümlədən məhkəmə iclasları zamanı verilmiş izahatlarda vergi ödəyicisinə hesablanmış əlavə vergi məbləğinin hesablanmasının qanuniliyi əsaslandırılmamışdır. Belə olan halda isə vergi orqanının mübahisələndirilən inzibati aktı iddiaçıya verg i qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinə görə, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Həmçinin cavabdeh vergi orqanı xx.xx.2022-ci il tarixli **********277600 saylı qərarında əlavə mənfəət vergisi hesablasa da, hazırkı məhkəmə icraatında aidiyyəti qurumdan alınmış və tədqiq edilmiş ekspertiza rəyi də inzibati orqanın vergi ödəyicisi barəsində gəldiyi bu qənaəti təkzib edir və 2021-ci il üzrə mənfəət vergisi məbləğinin 133980,56 manat məbləğində müəyyən edildiyi, ve rgi ödəyicisinin sözügedən dövr üzrə mənfəət vergisi hesablamasında kənarlaşmanın olmadığı nəticəsinə gəlir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2024-cü il tarixli, 21(103)-1887/2024 nömrəli qərarı ilə (hakimlər C.Yusifov - sədrlik edən və məruzəçi, K.Əkbərov və G.Abbasova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq cavabdehin apellyasiya şikayətin in dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh həmin məbləğin hesablanmasına əsas olan hallar kimi onu göstərir ki, kameral yoxlama zamanı 2021-ci il mənfəət vergisi bəyannaməsində qeyd edilmiş xərc məbləğlərində öz təsdiqini tapmayan 321052,36 (13844518,62-13523466,26) manat fərq məbləği müəyyən olunmuşdur. Lakin bu zaman cavabdeh tərəfindən həmin fərqin tərkibinə dair xərclər məbləğlərlə göstərilsə də, ayrıayrılıqda həmin məbləğlərin konkret hansı sənədlər üzrə və hansı kəmiyyət göstəricilərindən toplandığı konkret şəkildə əsaslandırılmamış, ümumi sözlərlə ifadə olunan kəmiyyət göstəricilərini ehtiva edir Yəni, öz təsdiqini tapmayan xərclərin hansı mallara aid olması və hansı X1 öz təsdiqini tapdığı qeyd edilməmişdir.
15. Apellyasiya məhkəməsi Vergi Məcəlləsinin 3.8, 24.1.1, 36.2, 54.0.1, 108.1, 162.1-ci maddələrinə istinad etmişdir.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayətində aşağıdakıları qeyd etmişdir: -Vergi Məcəlləsi gəlirdən yalnız faktiki çəkilmiş xərclərin çıxılmasına icazə verir. Yəni, vergi ödəyicisi faktiki çəkdiyi xərclərini gəlirdən çıxmalıdır. Malın gömrük dəyəri isə bütünlükdə faktiki çəkilmiş xərclərdən formalaşan dəyər deyildir. Vergi ödəyicisi tərəfindən çəkilmədiyi halda gömrük orqanının müəyyən etdiyi qiymətin xərc kimi nəzərə alınması qanunvericiliyin tələbinə görə mümkün deyil. -Vergi ödəyicisi nəqliyyat xərcini həm əsas vəsait kimi mənfəət vergisi bəyannaməsinin 1 saylı əlavəsində, vəsait kimi mənfəət vergisi bəyannaməsinin 1 saylı əlavəsində, həm də malın dəyərində əks etdirmiş, yəni, həm əsas vəsait kimi amortizasiya xərci kimi nəzərə almış, həm də malın dəyərində xərc olaraq silmişdir. - Mənfəət vergisi bəyannaməsinin 1 saylı əlavəsinin 1.1.3-cü (Nəqliyyat vasitələri) sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda qeyd edilmiş 211.028,39 manat məbləğin bəyannamənin digər xərc sətirlərində də göstərilməsi - İddiaçı tərəfindən bəyannamənin xərc sətirlərində daşıma xərci qeyd edilsə də, ödəmə mənbəyində tutulan vergi bəyannaməsində Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən - 6 faiz dərəcəsində vergiyə cəlb edilməməsi b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı ka ssasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2024-cü il tarixli, 2-1(103)-1887/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Vergi Məcəlləsi: Maddə
16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək... Maddə
23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək... Maddə
24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur;... Maddə
37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci ma ddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəs ində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məb ləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır Maddə
108. Gəlirin əldə edilməsi ilə bağlı xərclər 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. 20. “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanun: Maddə
1. Əsas anlayışlar... məhkəmə eksperti (eks pert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir; ekspertin rəyi - məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir;... Maddə
13. Ekspertin vəzifələri... təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək;... Maddə
26. Məhkəmə ekspertinin (ekspertlərinin) rəyi və onun məzmunu... tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması və dürüst ifadə olunması.... T ədqiqat zamanı təqdim edilmiş materialların və ekspertin xüsusi biliklərinin kifayət qədər olmaması aşkar edildikdə ekspertin rəyində onun qarşısına qoyulmuş sualların hamısına və ya bir qisminə cavab verməyin qeyri-mümkünlüyünü əsaslandıran müddəa öz əksini tapır
21. Mülki Prosessual Məcəllə: Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir Maddə 101.2. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirili r; Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
22. İnzibati Prosessual Məcəllə: a) Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etd ikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallard a, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları: 1) Potocka və digərləri Polşaya qarşı, § 57 2) H. Belçikaya qarşı, § 53 3) Suominen Finlandiyaya qarşı, § 36 4) X2rşı, § 29; § 30 5) Hiro Balani İspaniyaya qarşı, § 27; § 28 6) Helle Finlandiyaya qarşı, § 60 7) Kuznetsov və digərləri Rusiya Federasiyasın a qarşı 24. “N.Əbilovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı.
25. S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kass asiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
30. İşin hallarının araşdırılması (obyekti v araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
31. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid f aktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.
32. Mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki,cavabdeh tərəfindən mənfəət vergi bəyannaməsinin düzgünlüyü yoxlanılarkən iddiaçı tərəfindən 2021-ci il üzrə idxal edilmiş malların statistik dəyərinin 13 531 385,96 manat (ƏDV-siz) məbləğində müəyyən edilməsinə baxmayaraq, həmin mallar üzrə faktura (invoys) dəyəri 13 288 505,53 manat dəyərində olması müəyyən edilmişdir ki, bu da iddiaçı tərəfindən vergi və mühasibat uçotunun düzgün aparılmaması, xərclərin süni şəkildə artırılması və vergi məbləğinin azaldılması kimi qiymətləndirilmişdir. Bununla əlaqədar olaraq iddiaçıya kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə uyğunsuzluq məktubları göndərilmiş, lakin iddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilməmişdir.
33. Vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyindən, 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 48897,63 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə 20 iyul 2022-ci il tarixli **********277600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir.
34. İşə baxmış birinci ins tansiya məhkəməsi tərəfindən cavabdehin qərarlarının qanuniliyinin yoxlanılması məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 9/799 saylı ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı MMC-nin 2021-ci il üzrə mənfəət vergisinin məbləği 133980,56 manat məbləğində müəyyən olunur, yəni hazırkı tədqiqatla aparılan hesablamalar zamanı vergi ödəyicisinin 2021-ci il üzrə mənfəət vergisi hesablanmasında kənarlaşma müəyyən edilmədiyi müəyyən edilmişdir.”
35. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlayarkən cavabdeh tərəfindən əlavə vergilərin hesablanmasının qanunsuz olduğu qənaətinə gələrkən yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eksperti zası Mərkəzi tərəfindən təqdim edilmiş rəyə əsaslanmışdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin istinad etdiyi ekspert rəyi hazırkı qərarın 21-ci bəndində qeyd olunan maddi hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, istinad olunan ekspert rəyində hər hansı tədqiqatın aparılması əks etdirilmədən sadəcə iddia ərizəsində və cavabdehin etirazında göstərilən dəlillər qeyd edilmiş və sonda vergi ödəyicisinin 2021-ci il üzrə mənfəət vergisi hesablanmasında kənarlaşmanın müəyyən edilməməsi barədə hüquqi nəticəyə gəlinmişdir. Ekspert vergi ödəyicisinin bəyannamə məlumatlarını təsdiqləməsinə baxmayaraq bu nəticəyə hansı hesablamalar və sənədlər əsasında gəldiyini qeyd etməmiş, heç bir araşdırma aparmamışdır.
37. Hazırkı işin xüsusi halları ilə bağlı məhkəmə ko llegiyası qeyd edir ki, iddiaçı tərəfindən idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında fərq səbəbindən cavabdeh tərəfindən mübahisələndirilən qərarın qəbul edilmişdir.
38. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkil ən xərcləri də onların dəyərinə daxil etməlidir.
39. Digər tərəfdən, “Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə əsasən malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsidir. Həmin Qanunun 3.5-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Qeyd olunan Qanunun 4.1.1-ci maddəsinə əsasən advalor gömrük rüsumu malların gömrük dəyərinə nisbətən faizlə hesablanır. Gömrük dəyərinin müəyyən edilməsinin üsulları “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə görə gömrük dəy ərinin müəyyən edilmə üsullarının ardıcıllığı baxımından ilkin üsul Qanunun 13-cü maddəsində təsbit edilmiş malların sövdələşmə qiyməti üsulu olsa da, digər üsullar da (eyni malların sövdələşmə qiyməti ilə, eynicinsli malların sövdələşmə qiyməti, dəyərin çıxılması üsulu, dəyərin toplanması üsulu, ehtiyat üsulu) nəzərdə tutulmuşdur.
40. Göründüyü kimi gömrük və vergi məqsədləri baxımından malın dəyəri qanunvericilikdə fərqləndirilmişdir. Vergi Məcəlləsi gəlirdən yalnız faktiki çəkilmiş xərclərin çıxılmasına icazə verir. Belə olan halda vergi ödəyicisi faktiki çəkdiyi xərclərini gəlirdən çıxmalıdır. Odur ki, vergi məqsədləri baxımından mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin malın dəyəri qrafasında əks olunmalı olan məbləğ gömrük dəyəri deyil, malın alışı üçün çəkilmiş faktiki xərc olmalıdır.
41. Lakin yuxarıda qeyd edilənlər apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır.
42. Digər tərəfindən cavabdeh həm iddia dair etirazında həm də apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı tərəfindən mənfəət vergisi bəyannaməsinin 1 saylı əlavəsinin 1.1.3-cü (Nəqliyyat vasitələri) sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda 211028,39 manat göstərilmiş, lakin həmin məbləğin bəyannamənin digər 8 xərc sətirlərində də göstərildiyi müəyyən edilmişdir.
43. Apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilərinə hər hansı münasibət bildirməmiş, bu dəlilləri qəbul etməməsinin səbəblərini göstərməmiş, bununla bağlı qənaətini əsaslandırmamışdır. Beləliklə də, İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinin tələblərini pozmuşdur.
44. Halbuki, həmin maddənin tələbl əri baxımından apellyasiya instansiyası məhkəməsinin qərarında hər bir halda apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
45. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan qərar qəbul edərək hazırkı qərarın 22 (a) bəndində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.
46. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq sə lahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Su ominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X2rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60).
47. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli ş əkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
48. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir. (“N.Əbilovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı)
49. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (“S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
50. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi mə qsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.
51. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).
52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2024-cü il tarixli qə rarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı, müəyyən edilməli və qanuni qərar qəbul edilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2024-cü il tarixli, 21(103)-1887/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.