Məhkəmə qərarları › İş №2-1(102)-3152/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3152/2025

20.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3152/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiya şikayətinin geri götürülməsi, kassasiya icraatına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “sosial mənzillə təmin olunma” tə ləbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 12 iyun tarixli, 2-1(103)-708/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəyə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və iki oğlunun mənzil sahəsi ilə təmin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyuıması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM ) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyini (bundan sonra mətndə Sosial Xidmətlər Agentliyi) göstərməklə, məhkəmədən İddiaçı və 2 oğlu - X2 və X1 mənzil sahəsi ilə təmin edilməsi öhdəliyinin Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin (Hakim: N.İ.Abıyev) 2024-cü il 26 sentyabr tarixli, e2-1(112)-7487/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

4. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.Ə.Əliyev /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və A.P.Oruczadə) 2025-ci il 12 iyun tarixli, 21(103)-708/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2024-cü il 26 sentyabr tarixli, e-2-1(112)-7487/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

7. Kassasiya icraatı zamanı cavabdeh Ali Məhkəməyə ərizə təqdim edərək kassasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. Maddə 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin geri götürülməsi cavabdehin muxtar iradəsi sferasına aiddir. Həmçinin dispozitivlik prinsipinə uyğun olaraq cavabdehin həmin iradəsinin həlledici əhəmiyyət kəsb etdiyi nəzərə alınmalıdır. Bu baxımdan cavabdehin kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilməli və kassasiya şikayəti üzrə icraata xitam verilməlidir.

10. Eyni zamanda, kassasiya şikayətinin geri götürülməsinin hüquqi nəticələri ilə bağlı cavabdehə izah edilir ki, hazırkı qərardadın 8-ci bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından, şikayətin geri götür ülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.

11. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilsin. Cavabdehin şikayəti üzrə başlanılmış kassasiya icraatına xitam verilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar