Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3153/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünlüyü, şikayət üzrə müddətin buraxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı qərarın ləğvi və digər tələblərinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyul 2024-cü il tarixli, 2-1(104)-575/2024 nömrəli qərardadından iddiaçı tərəf indən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun hüquqlarını pozan, hərəkət azadlığını məhdudlaşdıran, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzərinə öz qərarlarını aradan qaldırmaq öhdəliyinin cavabdehin üzərinə qoyulması, Nazirlər Kabinetinin inzibati qərarı Konstitusiyaya uyğun olmadığından və nəticə etibarı ilə onun hüquqları pozulduğuna görə, bu inzibati aktların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Gəncə İnzibati Məhkəməsinin (hakim G.T.Əliyeva) 20 may 2024-cü il tarixli, 21(114)-2689/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər R.Z.Mamedov (sədrlik edən), R.M.Cəfərov və A.V.İsgəndərova) 25 iyul 2024-cü il tarixli, 2-1(104)575/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(114)-2689/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Həmin qərardaddan narazı qalan iddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir. T ƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:
6. İddiaçının kassasiya şikayətini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, şikayət iddiaçı tərəfindən imzalansa da, vəkil tərəfindən tərtib edilib imzalanmamış və vəkil orderi şikayətə əlavə edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə
407. Kassasiya şikayətinin form ası, məzmunu və əlavə edilən sənədlər. 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki P rosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Re spublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə
96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraat iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya in stansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalamadığından və şikayətə vəkilin orderi əlavə olunmadığından iddiaçının verdiyi şikayət üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
10. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi 25 iyul 2024cü il tarixli, 2-1(104)-575/2024 nömrəli qərardadı ilə birlikdə “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” xx.xx.2024-ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə İddiaçı rəsmi qaydada təqdim edilmişdir.
11. Məlumat və izahda qeyd edilmişdir ki, kassasi ya şikayəti yalnız vəkil tərəfindən tərtib edilməli və şikayətə vəkil orderi əlavə edilməlidir…Kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi), həm də onu tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır... Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bu halda, təkrar kassasiya şikayətinə baxılması istisna edilir.
12. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən məlumat kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatı göndərməkdə kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məh kəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.
13. Nəzərə alınmalıdır ki, iddiaçı kassasiya şikayəti verdikdən sonra apellyasiya məhkəməsi tərəfindən iddiaçının ünvanına məktub göndərilərək kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilməyərək orderin əlavə olunmaması barədə iddiaçıya məlumat verilmişdir.
14. Lakin iddiaçı kassasiya şikayəti verərkən məlumat və izahda göstərilən tələbə əməl etməmiş, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmamış və vəkil orderi şikayətə əlavə edilməmişdir.
15. İzahda göstərildiyi kimi, göstərilən tələblərə əməl edilməm əsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsas olduğundan, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmadığından və vəkil orderi şikayətə əlavə edilmədiyindən, kassasiya şikayəti mümkün sayılmamalı və onun icraata qəbulundan imtina olunmalıdır.
16. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyul 2024-cü il tarixli, 2-1(104)-575/2024 nömrəli qərardadı xx.xx.2024-cü il tarixdə poçt xəbərnaməsinə imza edilməklə İddiaçı rəsmi qaydada təqdim edilsə də, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qanunda nəzərdə tutulmuş prosessual müddət ötürülməklə xx.xx.2024-cü il tarixində verilmişdir.
17. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi Qərara aldı: Gəncə Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 25 iyul 2024-cü il tarixli, 21(104)-575/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.