Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-316/2024 02.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh xxx qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; pandemiyadan zərərçəkmiş müəssisələrə vergi güzəştlərinin tətbiqi əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh xxx qarşı “qərarın ləğv edilməsi, pandemiyadan zərərçəkmiş kimi tanınması, mənfəət vergisinin son ödənilmə tarixinin dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 sentyabr 2023-cü il tarixli, 2-1(103)-1029/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cəmiyyətə məxsus elektron şəxsi hesabından çıxarışda onun əsas fəaliyyət kodu kimi 18130 – çap işlərinin hazırlanması göstərilmişdir. 2. “Pasha Bank” tərəfindən verilmiş iddiaçıya məxsus hesab üzrə əməliyyatlar barədə məlumatlarda ona Maliyyə Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş sahibkarlıq subyekti kimi xx.xx.2020-ci il tarixdə 1.413 manat məbləğində maddi yardım ödənilmişdir.
3. İddiaçı MMC Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış verg i ödəyicilərinin siyahısında 4852-ci sırada göstərilmişdir.
4. Cavabdeh tərəfindən qəbul edilmiş, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********315900 saylı xx.xx.2020-ci il tarixli qərarla iddiaçıya 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi üzrə 46819,66 manat əlavə vergi məbləği hesablanmışdır.
5. Cavabdeh tərəfindən qəbul edilmiş, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********341400 saylı xx.xx.2020-cı il tarixli qərarla iddiaçıya 2019-cu il üçün mənfəət vergisi üzrə 12.273,94 manat məbləğində əlavə vergi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2020-ci il tarixli **********341400 saylı “Vergilərin, sosial sığorta və işsizlərin sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi, Vergi Məcəlləsinin 222-ci maddəsinə əsasən Koronovirus pandemiyasından tam və ya qismən zərərçəkmiş sahə kimi tanınması, 2019cu il üzrə hesablanmış mənfəət vergisinin son ödənilmə tarixinin Vergi Məcəlləsinə uyğun olaraq xx.xx.2020-ci il qəbul edilməsi, 2020-ci il mənfəət vergisi üzrə cari hesablamanın ləğv edilməsini qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, dünyada baş vermis məlum COVİD-19 pandemiyası iddiaçıya öz mənfi təsirini göstərmişdir. Belə ki, 2020-ci ilin mart ayının sonlarında Azərbaycanda, xüsusən də Bakı şəh ərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən tətbiq edilmiş xüsusi karantin rejimi ilə bağlı olaraq fəaliyyət göstərməyi tam və ya qismən məhdudlaşdırılmışdır. Məlumdur ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi adlı XVİİİ saylı fəsil əlavə edilmişdir. Əlavə edilmiş bu fəsildə məlum koronovirus pandemiyasından tam və ya qismən zərər çəkmiş sahələr üzrə vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müddəalar, tətbiq edilən güzəştlər və vergilərin ödənilmə müddəti müəyyən edilmişdir. Vergi Məcəlləsinin 222.5-ci maddəsində qeyd olunan fəslin müddəalarının hansı şəxslərə şamil edilməsi əks etdiril mişdir. Xüsusi karantin rejimi zamanı iddiaçının da fəaliyyətinə əsasən tam məhdudiyyət qoyulmuşdur. İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2020-ci il tarixdə **********315900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etmişdir. Qərara əsasən 46819.68 manat məbləğində 2019-cu il üzrə mənfəət vergisi hesablanmış, uyğun olaraq 2020-ci ilin 1-ci və 2-ci rübü üzrə Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən hər rüb üzrə 11704.92 manat olmaqla, cəmi 23409.84 manat mənfəət vergisi üzrə cari hesablama aparmışdır. Vergi Məcəlləsinin 223.1-ci maddəsinə əsasən 222.5-ci maddəsində qeyd olunan vergi ödəyicilərinin Məcəllənin 151 və 201-ci maddələrə əsasən cari vergi ödəmələri üzrə hesa blamaların və arayışların vergi orqanına təqdim edilməsinə dair müddəalar tətbiq edilmir. Eləcə də, Məcəllənin 223.2-ci maddəsi müvəqqəti vergi rejiminin tətbiq edildiyi mikrosahibkarlıq subyekti olmayan vergi ödəyicilərinə əvvəlki il üzrə mənfəət (gəlir) və əmlak vergisinin cari ilin sentyabr ayının 1-dək ödəməyi müəyyən edir. Lakin, müəssisənin vergilər üzrə şəxsi hesab vərəqəsinə nəzər yetirdikdə görürük ki, vergi orqanları mənfəət vergisinin son ödənilmə tarixini xx.xx.2020-ci il müəyyən etmiş, 2020-ci il mənfəət vergisi üzrə cari hesablamaları (151.1) vərəqədə əks etdirmişdir. Buna görə də, hal-hazırda müəssisənin dövlət büdcəsinə 59558.89 manat vergi borcu, 9901.88 manat faiz borcu, 8682.75 manat təsdiqlənməmiş azalma (vergi qanunverciliyində və Vergi Məcəlləsində mövcud olmayan, hes ablanma qaydası və forması vergi ödəyicilərinə məlum olmayan termin) olmaqla cəmi 78143.52 manat borcu yaranmışdır. Bu məsələ ilə bağlı dəfələrlə etdiyi müraciətlər hələ də cavablandırılmamışdır. Cavabdehin etirazları:
8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və etirazda vergi ödəyicisi tərəfindən 2019-cu il üçün hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 200.1-ci (Malların təqdim edilməsindən gəlir), 200.2-ci (işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) və 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrlərində göstərilmiş cəmi 0,0 manat gəlir məbləği hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə-faktura əsası nda satılmış mallar (işlər, xidmətlər) barədə Vergilər Nazirliyinin (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) məlumat bazasında olan 745542,57 manat məbləğdən az göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********770300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş və müvafiq dövr üzrə kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan müddət ərzində dəqiqləşdirilmiş bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliy yatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədlər vergi orqanına təqdim edilməmişdir. Bununla əlaqədar Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə baza məlumatlarına əsasən 2019-ci il ərzində ümumi gəliri 745092,57 manat, ümumi xərci isə 510994,17 manat (əmək haqqı xərci, sosial sığorta xərci, icarə xərci, və s.) müəyyən edilmiş və 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi üzrə 46819,66 manat əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2020-ci il tarixli **********315900 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdə 2019-cu il üçün dəqiql əşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş və ödənilməli mənfəət vergisinin 34545,72 manat olduğu göstərilmişdir. Dəqiqləşdirilmiş bəyannamə təqdim edilməsinə baxmayaraq, yaranmış kənarlaşma tam aradan qaldırılmadığı, eyni zamanda mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş müvafiq təsdiqedici sənədlər və ya əsaslandırılmış izahat məktubu vergi orqanına təqdim edilmədiyi üçün sonuncu dəqiqləşdirilmiş bəyannaməyə əsasən hesablanmış məbləğ azaldıldıqdan sonra qeyd edilən bəyannamə nəzərə alınmayaraq, kameral vergi yoxlaması ilə sənədlərlə təsdiqini tapmayan məbləğ bərpa edilərək, sonuncu kameral yoxlama ilə yenidən 12273,94 manat (46819,66- 34545,72=12273,94) əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş "Vergilərin, sosi al sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2020-cı il tarixli **********341400 nömrəli qərar göndərilmişdir. Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəməli vergi ödəyicisinin vəzifəsidir. 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyal arını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Göründüyü kimi vergi ödəyicisi hesablanmış vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmağa cəhd göstərir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-cı il tarixli **********341400 nömrəli qərar ilə hesablanmış vergi məbləği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri həmin qərarın ləğv edilməsi üçün əsas ola bilməz. İddia tələbinin Vergi Məcəlləsinin XVİİİ fəslinin (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisa di şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) müddəalarının İddiaçı MMC-yə tətbiq etməklə fəaliyyət sahəsinin pandemiyadan zərərçəkmiş sahə kimi qəbul edilərək, 2019-cu il üzrə hesablanmış mənfəət vergisinin son ödənilmə tarixinin xx.xx.2020-ci il hesab edilməsi hissəsinə münasibətdə isə bildirir ki, iddiaçının bu tələbi tamamilə əsassızdır. Məlum olduğu kimi, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli 90-VİQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinə “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi" adlı yeni XVİİİ fəsil əlavə edilmişdir. Vergi Məcəlləsinin 222.5.9- cu maddəsinə əsasən koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla) müvəqqəti vergi rejiminin tətbiq edildiyi fəaliyyət növlərinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 90-VİQD nömrəli Qanununun tətbiqi barədə" 2 iyun 2020-ci il 1047 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Vergi Məcəlləsinin 222.5.9-cu maddəsində “orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur. Xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilən və fəaliyyəti məhdudlaşdırılan iş və xidmət sahələri Nazirlər Kabinetinin 30 mart 2020-ci il 120, 31 mart 2020-ci il 122, 24 aprel 2020-ci il 147 və 01 may 2020-ci il tarixli 163 saylı Qərarlarında və 2 mart 2020-ci il, 7 mart 2020-ci il, 20 mart 2020-ci il, 18 aprel 2020-ci il, 1 may 2020-ci il tarixli Sərəncamlarında qeyd olunmuşdur. İddiaçı MMC-nin uçot-baza məlumatlarına əsasən fəaliyyət növləri (çap işlərinin hazırlanması, digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi, saxlama və anbarlara yığma və mərkəzi ofislərin fəaliyyəti) və 2020-ci il ərzində təqdim etdiyi elektron q aimə-faktura məlumatlarına əsasən (stiker, logo, broşur, bədc, baner, reklam panelləri, müxtəlif lövhələrin çapı) faktiki fəaliyyət növü olan poliqrafiya məhsullarının istehsalı üzrə fəaliyyət Vergi Məcəlləsinin 222.5-ci maddəsində (o cümlədən, 222.5.9-cü bəndinə əsasən Nazirlər Kabinetinin müvafiq qərarları ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinin siyahısında) qeyd olunan fəaliyyət sahələrinə aid edilmədiyindən cəmiyyətə müvəqqəti vergi rejimi şamil edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarının Əlavəsinin 4.23-cü bəndinə əsasən xüsusi karantin rejimi dövründə poliqrafiya məhsullarının istehsalı fəaliyyəti xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilən sahələrə aid edilmjşdir. Həmin Qər arın 1.3-cü hissəsinə əsasən Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və əməkdaşlarının hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. Qeyd edək ki, İddiaçı MMC tərifindən xx.xx.2020-ci il tarixdən etibarən bütün işçiləri barədə məlumatlar "icaze.e-gov.az" portalına daxil edilmiş və xüsusi karantin rejimi dövründə maneəsiz hərəkətinə imkan yaradılmışdır. Yuxarıda qeyd olunanları əsas tutaraq hesab edirik ki, İddiaçı MMCnin fəaliyyət növünün Nazirlər Kabinetinin müvafiq qərarlarında, eyni zamanda Vergi Məcəlləsinin 222.5-ci ma ddəsində nəzərdə tutulan fəaliyyət sahələrinə aid olmadığından həmin Məcəlləsinin XVİİİ fəslinin müddəaları iddiaçıya şamil oluna bilməz. Bildirir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020cı il tarixli **********341400 nömrəli qərar əsasında hesablanmış vergilərin qanuni və əsaslı olmasını təsdiq edən sübutlar, İddiaçı MMC-nin fəaliyyət növünün Nazirlər Kabinetimin müvafiq qərarlarında, eyni zamanda Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrinə aid olmadığından həmin Məcəllənin XVİİİ fəslinin müddəalarının iddiaçıya şamil olunmaması barədə sübutlar və əlavə məhkəmə mühasibatlıq ekspertizasının nəticəsi üzrə verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2088 nömrəli e kspert rəyinin mötəbər sübut kimi nəzərə alınmaması barədə xx.xx.2022-ci il tarixli **********695600 nömrəli mülahizə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Sübutların qiymətləndirilməsi zamanı həmin sübutların nəzərə alınmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Bakı İnzibati Məhkəməsinın 22 sentyabr 2022-ci il tarixli e-2- 1(112)-378/2022 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia tələbi təmin edilərək cavabdehin xx.xx.2020-ci il tarixli **********341400 saylı “Vergilərin, sosial sığorta və işsizlərin sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmiş, Vergi Məcəlləsinin XVİİİ fəslinin (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) müddəaları İddiaçı MMC-yə (VÖEN **********) tətbiq edilməklə fəaliyyət sahəsi pandemiyadan zərərçəkmiş sahə kimi qəbul edilərək 2019-cu il üzrə hesablanmış mənfəət vergisinin son ödənilmə tarixi xx.xx.2020-ci il hesab edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının fəaliyyət sahəsi vergi orqanı tərəfindən pandemiyadan zərərçəkmiş sahə kimi qəbul edildiyi halda, cavabdeh tərəfindən bunun əksinin iddia edilməsi qanunsuz və əsassız olmuşdur. İddiaçının fəaliyyət sahəsinin pandemiyadan zərərçəkmiş sahə kimi qəbul edilməsi barədə məhkəmə nəticəyə gəldiyindən həmin tələbdən doğan digər tələbi - 2019-cu il üzrə hesablanmış mənfəət vergisinin son ödənilmə tarixinin xx.xx.2020-ci il hesab edilməsi Vergi Məcəlləsinin 223-cü maddəsinin tələblərinə görə əsaslı olduğundan tə min edilməlidir
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 sentyabr 2023-cü il tarixli, 2-1(103)-1029/2023 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, A.Oruczadə və R.Səmədov) cavabdehin apellyasiya təmin edilmiş, Bakı İnzibati Məhkəməsinın 22 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı özü mübahisəli dövrdə faktiki olaraq müxtəlif məhsulların satışı və xidmətlərin göstərilməsi ilə məşğul olduğunu, yəni bu istiqamətdə fəaliyyət göstərdiyini, l akin fəaliyyət sahəsinin əsasən “poliqrafiya” ilə bağlı olduğunu bildirmişdir. İddiaçının 2020-ci ilin 1-ci, 2-ci və 3-cü rübləri üzrə vergi orqanına təqdim etdiyi bəyannamələrdə özü tərəfindən hüquqi şəxsin fəaliyyət kodu olaraq – 18122 – “çap işlərinin yerinə yetirilməsi ilə əlaqədar xidmətlər” göstərilmiş və həmin dövrdə fəaliyyətinin olduğu müəyyən olunmuşdur. Bu barədə qeyd edilmişdir ki, istər iddiaçının sahibkarlıq subyekti kimi vergi orqanında olan “hüquqi şəxs haqqında məlumat”ında əsas fəaliyyət sahəsi kimi göstərilən “çap işlərinin hazırlanması” (18130), istərsə də özünün təqdim etdiyi bəyannamələrdə faktiki fəaliyyət sahəsi kimi göstərdiyi “çap işlərinin yerinə yetirilməsi ilə əlaqədar xidmətlər” (18122), ya da məhkəmə iclaslarında bildirdiyi “poliqrafiya” xidməti, bu sahələr in hamısı xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilən sahələr olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd edilən xx.xx.2020-ci il tarixli 120 nömrəli Qərarının 4.7.11-ci bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 122 nömrəli Qərarının əlavəsinin 6.11-ci bəndində “çap və sürətçıxarma xidmətləri” xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə fəaliyyətinin davam etdirilməsinə icazə verilən sahələr sırasında göstərilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 208 nömrəli Qərarının əlavəsinin 4.23-cü bəndində “poliqrafiya məhsullarının istehsalatı” fəaliyyəti xüsusi karantin rejimi dövründə fəaliyyəti icazə verilən sahələrə aid edilmişdir. Odur ki, iddiaçının mübahisələndirilən dövrdə əsas faktiki fəaliyyət göstərdiyi sahə qanunla xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilən sahələr sırasında yer almış və iddiaçı müəssisənin həmin dövrdə müxtəlif məhsulların satışı və xidmətlərin göstərilməsi ilə məşğul olması onun təqdim etdiyi elektron qaimə-faktura məlumatları ilə də öz təsdiqini tapır.
14. İddiaçının pandemiyadan zərərçəkmiş şəxs qismində müvafiq maddi yardım alması ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, yalnız maddi yardımların edilməsi özözlüyündə vergi ödəyicisinə Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad etməklə vergi güzəşti hüququndan istifadə etmək imkanı vermir. İddiaçının Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad etməklə vergi güzəşti hüququndan istifadə etmə yə hüquq qazanması yalnız o halda mümkündür ki, iddiaçının fəaliyyət sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarı ilə məhdudlaşdırılmış (tam və ya qismən) olsun.
15. İddiaçının fəaliyyətinə işçilərin ümumi sayının 50 faizindən az olması şərtilə icazə verilməsi hallarına gəldikdə apellyasiya məhkəməsi qeyd edir ki, bu barədə müddəa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli qərarın 6.1-ci bəndində nəzərdə tutulmuş, həmin bəndə görə, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4- cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır. Adı çəkilən Qərarın əlavəsində nə iddiaçının istinad etdiyi faktiki fəaliyyət sahəsi- “poliqrafiya məhsullarının istehsalatı” fəaliyyəti- 4.23-cü bəndi, nə də vergi orqanının istinad etdiyi fəaliyyət sahəsi- “çap və sürətçıxarma xidmətləri” 4.7.11-ci və ya 6.11-ci bəndləri öz əksini tapmamışdır.
16. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırmaq üçün Vergi Məcəlləsinin 222.1, 222.2, 222.3, 222.4, 222.5, 224.1-ci maddələrinə və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 120 nömrəli, xx.xx.2020-ci il tarixli 122 nömrəli xx.xx.2020-ci il tarixli 208 nömr əli qərarlarına istinad etmişdir.
17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsinin mövqeyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 120 nömrəli Qərarının 4.7.11-ci bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 122 nömrəli Qərarının əlavəsinin 6.11-ci bəndində “çap və sürətçıxarma xidmətləri” xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə fəaliyyətinin davam etdirilməsinə icazə verilən sahələrdir. Halbuki həmin qərarları kağız daşıyıcıda apellyasiya instansiyası məhkəməsində təqdim edilmiş və sözügedən qərarlarda iddiaçının fəaliyyətinə icazə verilmədiyi açıq aşkar görsənir. Yalnız xx.xx.2023cü il tarixli qərarla çap və sürətçıxarma xidmətləri icazə verilən fəaliyyət sahələrinə aid edilmişdir. 19. 20.04,14.05, 18.08, 23.09 tarixlərində Maliyyə Nazirliyindən onlara işçilərin əmək haqlarının ödənilməsinə dəstək üçün müəyyən məbləğlər ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədb irlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində müvafiq Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərin həyata keçirilməsi 3 mərhələyə bölünüb. İlkin mərhələdə, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsi nəzərdə tutulur. İqtisadiyyat nazirliyi tərəfindən iddiaçı pandemiyadan zərər çəkmiş sahə hesab olunduğuna görə qeyd edilən tarixlərdə iddiaçıya dəstək olmuşdur. Yəni cavabdeh orqan tərəfindən cəmiyyət artıq zərər çəkmiş sahə kimi tanınmışdır. Belə o lan halda cavabdehin indiki mövqeyi ilə ziddiyyət yaranmaqdadır.
20. Kassator Vergi Məcəlləsinin 222.5-ci maddəsimə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 120 nömrəli Qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 122 nömrəli Qərarına istinad edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 sentyabr 2023-cü il tarixli, 2-1(103)-1029/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Vergi Məcəlləsi: XVİİİ fəsil. Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi Maddə
222. Vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ümumi müddəalar 222.1. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. 222.2. Bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq ed ilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 222.3. Bu fəslin müddəaları əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan vergi ödəyicilərinə (əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla) şamil edilmir. Bu fəslin müddəaları vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarından sonra tətbiq olunur. 222.4. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. 222.5. Bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: 222.5.1. avtomobil nəqliyyatı vasitə ləri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti; 222.5.2. yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti; 222.5.3. turoperator və turagent fəaliyyəti; 222.5.4. sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti; 222.5.5. ictimai iaşə fəaliyyəti; 222.5.6. sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti; 222.5.7. idman-sağlamlıq obyektlərinin fəaliyyəti; 222.5.8. hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti; 222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). 222.6. Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejiminin (bundan sonra – müvəqqəti vergi rejimi) tətbiq edildiyi vergi ödəyicilərinin hüquq və vəzifələri bu fəsildə başqa hal nəzərdə tutulmamışdırsa, bu Məcəllə ilə müəyyən edilən ümumi qaydada həyata keçirilir. 222.7. Koronavirus pandemiyasının yayılması ilə bağlı iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılmış barəsində səyyar vergi yoxlaması davam etdirilən vergi ödəyicilərində 2020-ci il martın 1-dən yoxlamanın həyata keçirilmədiyi müddətlər bu Məcəllənin 38-ci maddəsi ilə müəyyən edilmiş müddətlərə daxil edilmir.... Maddə
224. Azadolmalar və güzəştlər 224.1. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir: 224.1.1. əmlak və torpaq vergiləri üzrə tam məbləğdə; 224.1.2. əldə edilən mənfəətin (gəlirin) 75 faizi; 224.1.3. bu Məcəllənin 222.5.1-ci maddəsində göstər ilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.5-ci maddəsində müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz; 224.1.4. bu Məcəllənin 222.5.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.1-1-ci maddəsi ilə müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz. 224.2. Bu Məcəllənin 222.5.4-cü maddəsində göstərilən fəaliyyətlə məşğul olan şəxslərə nəzərdə tutulmuş vergi güzəşti həmin fəaliyyəti həyata keçirən şəxslərə malların daşınmasını və ya çatdırılmasını sifariş etmiş satıcılara münasibətdə və (və ya) satıcıların daşınma və ya çatdırılma nəticəsində əldə edilən gəlirlərinə tətbiq edilmir.... 224.6. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən bu Məcəllənin 124-cü maddəsi üzrə fizik i şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır. 224.7. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə vergilərin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə bu Məcəllənin 59.1-ci maddəsi ilə müəyyən edilmiş faizlərin hesablanması 2020-ci il aprelin 1dən 2021-ci il yanvarın 1-dək dayandırılır. Dayandırılmış müddət bu Məcəllənin 59.2-ci maddəsində faizlərin hesablanması üçün müəyyən edilmiş 1 illik müddətə daxil edilmir.... 224.9. Müvəqqəti vergi rejimi müddətində əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş və bu Məcəllə ilə müəyyən edilmiş qaydada sənədlə şdirilmiş xərclər məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılır. 224.10. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu maddə ilə müəyyən edilən güzəştlər tətbiq edilərkən, cari il üzrə ödənilmiş vergilər, o cümlədən növbəti dövrlər üzrə ödənilən vergilər yenidən hesablanır və artıq ödənilmiş məbləğlər növbəti dövrlərin ödəmələrinə aid edilir. 224.11. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddət bu Məcəllənin 218.4.4-cü maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən şəxslərin əldə etdikləri qəbzlərin qüvvədəolma müddətinə daxil edilmir və ödənilmiş vergilər növbəti ayların ödəmələrinə aid edilir. 23. “Koronavirus (COVİD-19) infeksiyasının Azərb aycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 120 №-li Qərarı (sonrakı dəyişikliklər və əlavələrlə)
1. Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 31 may 2020-ci il saat 00:00-dək dayandırılsın....
4. Bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir:... 4.7.11. çap və sürətçıxarma xidmətləri; 24. “Azərbayc an Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 122 №-li Qərarı Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısı:...
6. Məişət xidmətləri üzrə:... 6.11 çap və sürətçıxarma xidmətləri; 25. “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 208 №-li Qərarı (sonrakı dəyişikliklər və əlavələrlə)
1. Yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endi rilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 30 sentyabr saat 00:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq edilsin:...
6. Müəyyən edilsin ki: 6.1. Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6- cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır; Azərbaycan Respublikası Nazirlər Kabine tinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarına əlavə Fəaliyyətinə icazə verilən sahələr:
4. Əsas istehsalat növləri:... 4.23. poliqrafiya məhsullarının istehsalı;
26. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tə ləb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
27. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfind ən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına uyğun olaraq iddia tələbinin və ona qarşı etirazın, həmçinin apellyasiya şikayətinin dəlillərini lazımi qaydada araşdırmış, bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məh kəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bundan əlavə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
33. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və Vergi Məcəlləsinin 222-ci maddəsinə əsasən Koronovirus pandemiyasından tam və ya qismən zərərçəkmiş sahə kimi tanınaraq 2019-cu il üzrə hesablanmış mənfəət vergisinin son ödənilmə tarixinin xx.xx.2020-ci il hesab edilməsinə yönəlmişdir.
34. İşin araşdırılmış hallarına əsasən iddiaçı mübahisəli dövrdə əsas faktiki fəaliyyət növü müxtəlif məhsulların satışı ilə bağlı olmuşdur ki, bunların da böyük əksəriyyəti rəsmi olaraq vergi orqanına bəyan etdiyi kimi- “çap işlərinin hazırlanması”ndan ibarət olmuşdur. İddiaçı özü mübahisəli dövrdə faktiki olaraq müxtəlif məhsulların satışı və xidmətlərin göstərilməsi ilə məşğul olduğunu, yəni bu istiqamətdə fəaliyyət göstərdiyini, lakin fəaliyyət sahəsinin əsasən “poliqrafiya” ilə bağlı olduğunu bildirmişdir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd edilən xx.xx.2020-ci il tarixli 120 nömrəli Qərarının 4.7.11-ci bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 122 nömrəli Qərarının əlavəsinin 6.11-ci bəndində “çap və sürətçıxarma xidmətləri” xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə fəaliyyətinə icazə verilmişdir.
36. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 208 nömrəli Qərarının əlavəsinin 4.23-cü bəndində “poliqrafiya məhsullarının istehsalatı” fəaliyyəti xüsusi karantin rejimi dövründ ə fəaliyyəti icazə verilən sahələrə aid edilmişdir.
37. Belə olan halda, hazırkı qərarın 23-25-ci bəndlərində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına əsasən iddiaçının faktiki fəaliyyət göstərdiyi sahə qanunla xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilən sahələr sırasında yer almışdır.
38. Bundan əlavə məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 208 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində həmin Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayının həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.
39. Qeyd olunan Əlavədə isə nə iddiaçının istinad etdiyi fəaliyyət sahəsi- “poliqrafiya məhsullarının istehsalatı” fəaliyyəti- 4.23-cü bəndi, nə də vergi orqanının istinad etdiyi fəaliyyət sahəsi- “çap və sürətçıxarma xidmətləri” 4.7.11-ci və ya 6.11-ci bəndləri öz əksini tapmamışdır.
40. Məhkəmə kollegiyası iddiaçının istinad etdiyi əsas dəlilə münasibətdə apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, pandemiya ilə bağlı maddi yardımların edilməsi öz-özlüyündə vergi ödəyicisinə Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad etməklə vergi güzəşti hüququndan istifadə etmək imkanı vermir.
41. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 2226a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 sentyabr 2023-cü il tarixli 21(103)-1029/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.