Məhkəmə qərarları › İş №2-1(102)-3171/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3171/2023

30.11.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3171/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: İPM-nin 90.2-ci maddəsinə əsasən verilmiş kassasiya şikayətinin mümkün sayılmaması; “məhkəmə aktından ziyan çəkmə prinsipi”; iş üzrə tərəflərin tələblərinin “təmin olunmadığı” hallar ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “683,05 manat məbləğində əlavə vergilərin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********275400 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının və 40 manat maliyyə sanksiyasının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********98922900 saylı qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-370/2023 nömrəli, 23 oktyabr 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümklünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********275400 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarı ilə iddiaçıya 683,05 manat əlavə vergi, xx.xx.2022-ci il tari xli, **********98922900 nömrəli qərarı ilə 40 manat maliyyə sanksiyası hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a.birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli, **********275400 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının və 40 manat maliyyə sanksiyası hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********98922900 saylı qərarların ləğv olunmasını xahiş etmişdir.

2. Şirvan İnzibati Məhkəməsinin (hakim: Ş.C.Musayev) xx.xx.2023-cü il tarixli, 21(120)-2554/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilərək mahiyyəti üzrə baxılması barədə q ərar qəbul olunmasını xahiş etmişdir. b.apellyasiya instansiyası məhkəməsində icraat

4. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.K.Həsənov /sədrlik edən və məruzəçi/ S.F.Həsənov və T.S.Kərimov) xx.xx.2023-cü il tarixli, 2-1(106)370/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 5 iyun 2023-cü il tarixli, 2-1(120)-2554/2023 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır.

5. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıla rı (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

8. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq həm də iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə, onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, bu hüquq mütləq deyildir.

9. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüqüquna görə də, məhkəməyə müraciət etmək hüququ mütləq deyil və ona dair nəzərdə tutulan, xüsusilə də qəbuledilənlik şərtlərinə aid olan məhdudiyyətlər qoyula bilər. Lakin qoyulan məhdudiyyətlər şəxsin məhkəməyə müraciət etmək hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək dərə cədə məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır.

10. Bu qərarın 6-cı bəndində istinad edilən normaların əlaqəli təfsiri baxımından, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin edilmədiyi, eləcə də məhkəmə qərardadlarının müstəqil şəkildə mübahisələndirilməsinin İPM-də nəzərdə tutulduğu hallarda şikayət verə bilərlər.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən sübutların toplanması ilə əlaqədar əlavə araşdırma aparılmasına zərurət olduğundan, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yəni, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə mahiyyəti üzrə h əll edilmədiyindən, işdə iştirak edən şəxslərin, o cümlədən cavabdehin əleyhinə və ya ziyanına hər hansı məhkəmə qərarı qəbul olunmamışdır. 12.Qeyd edilən normalara əsasən, icraatın bütün iştirakçıları kimi cavabdehə münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün həlledici şərt mövcud olmalıdır – qəbul edilmiş məhkəmə qərarı ilə cavabdehin tələblərinin təmin olunmaması halı baş verməlidir. Bu zaman, dəqiqləşdirilməli olan məqam ondan ibarət olmalıdır ki, məhz hansı hallarda qəbul edilmiş məhkəmə qərarları icraat iştirakçılarının “tələblərinin təmin olunmaması” vəziyyətini yaradır. 13.“İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” İnzibati Kollegiyanın xx.xx.2022-ci il tarixli qərardadında qeyd edil mişdir ki, “...İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməldir.”

14. Apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məzmunda qərardadın qəbul edilməsi inzibati məhkəmə icraatının iştirakçıl arının, hazırkı mübahisəyə münasibətdə cavabdehin tələbinin təmin olunmaması nəticəsini doğurmur və onun tələbinin təmin olunmaması anlamında qiymətləndirilə bilməz. Bu baxımdan, həmin məzmunda qərardad cavabdehin apellyasiya instansiyası məhkəməsinin sözügedən qərardadından kassasiya şikayəti vermək hüququnu yaratmır.

15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(106)-370/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar