Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3176/2024 28.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətə cəlb edilməsi haqqında qərarın mübahisələndirilməsi; növbədənkənar səyyar vergi yoxlaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdar əsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 avqust 2024-cü il tarixli, 2-1(105)-77/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 09 mart 2012-ci il tarixli, 285 nömrəli sərəncamına əsasən İddiaçı MMC-yə mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı Quba magistralının qərbində yerləşən 0,38 ha torpaq sahəsində faktiki fəaliyyət göstərən istehsalat obyektlərinin sökülərək həmin yerdə çoxmərtəbəli yaşayış evlərinin layihələndirilməsinə və tikintisinə icazə ve rilmişdir.
2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş “Çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazırlığı barədə” 28 dekabr 2019-cu il tarixli, 0323 nömrəli rəyə əsasən Xırdalan şəhəri, Bakı Quba magistralının qərbində yerləşən İddiaçı MMC-yə məxsus 4 girişli, zirzəmili, 6 (+ mansarda) mərtəbəli yaşayış binasının tikintisi 2016-cı il tarixdə başa çatmış və istismara yararlı olduğu təsdiq edilmişdir.
3. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********149845 nömrəli qərarına əsasən İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2018- ci ilin avqust ayından 2021-ci ilin iyul ayına qədər olan dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
4. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********154805 nömrəli səyyar vergi yoxlaması aktına görə vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisi üzrə 649914,30 manat, mənfəət vergisi üzrə 3,49 manat vergi borcunun azaldılması aşkar edilmişdir.
5. Cavabdehin 19 dekabr 2022-ci il tarixli, **********166321 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçı barəsində 2020-ci il üzrə 3,49 manat mənfəət vergisi, 1,75 manat maliyyə sanksiyası, 2019-cu il üzrə 162,00 manat, 2021-ci il üzrə 551.793,80 manat əlavə dəyər v ergisi olmaqla, cəmi 551.959,29 manat əlavə dəyər vergisi və 276.482,62 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********154805 nömrəli “Səyyar vergi yoxlaması aktı” nın etibarsız hesab edilməsi və həmin akta əsasən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********166321 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etm işdir.
7. İddiaçı ərizəsində qeyd etmişdir ki, səyyar vergi yoxlaması ilə əsassız olaraq iddiaçı barəsində ƏDV üzrə 649914,39 manat azaldılma müəyyən edilmişdir. Vergi orqanı tərəfindən yoxlamanın həyata keçirilməsi haqqında qərarda növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi üçün əsas formal olaraq göstərilmişdir ki, bu da yoxlamanın qanuni əsasları olmadan təyin edilməsinə və nəticə etibarilə yoxlamanın, ümumiyyətlə, qanunsuz olmasına dəlalət edir. xx.xx.2021-ci il tarixdə başlamalı və xx.xx.2021-ci il tarixə başa çatmalı olan yoxlama xx.xx.2021-ci il tarixə kimi uzadılmış, yoxlama müddəti yoxlamanın başa çatma müddətindən 5 gün sonra, yəni xx.xx.2021-ci il tarixli qərarla uzadılmış, xx.xx.2021-ci il tarixə kimi başa çatmalı olan yoxlama, xx.xx.2021-ci il tarixli qərara əsas ən isə xx.xx.2022-ci il tarixədək olan müddətə müvəqqəti dayandırlmışdır. Yəni yoxlamanın dayandırılmasına dair qərar ilkin səyyar vergi yoxlamasının başa çatmasından 16 gün sonra qəbul edilmişdir ki, bununla da yoxlamanın qanunla müəyyən edilmiş müddəti ilə bağlı pozuntuya yol verilmişdir, qeyd edilən qərarlar barədə səyyar vergi yoxlaması aktında qeyd aparılmamışdır. Bundan başqa, qeyd edilməlidir ki, xx.xx.2021-ci il tarixli qərarla 30 gün müddətinə əlavə vaxt tələb olunduğu üçün vergi yoxlaması artırılmış, yoxlama qərara əsasən xx.xx.2021-ci il tarixdə başa çatdırılmalı olduğu halda 30 gündən artıq müddətdə, yəni 16 gün sonra, xx.xx.2021-ci il tarixli qərarla yoxlama xx.xx.2022-ci il tarixədək olan müddətə müvəqqəti dayandırılmışdır ki, bununla da ikinci dəfə yoxlamanın qanunla müəyyən edilmiş müddəti ilə bağlı pozuntuya yol verilmişdir. Belə olan halda, vergi orqanının əlavə vergi yoxlamasının keçirilməsinə dair xx.xx.2021-ci il tarixli qərarı 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyindən qanuni hesab edilə bilməz. Çünki, səyyar vergi yoxlamasının nəticələrinə dair qərarın qəbul edilməsi üçün VM-də ayrıca müddət müəyyən edilmədiyindən həmin qərarda səyyar vergi yoxlaması üçün müəyyən edilmiş 30 günlük müddət daxilində qəbul edilməli idi. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211643801 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2021-ci il, sona çatma tarixi xx.xx.2021-ci il tarixidir. Halbuki, yoxlama xx.xx.2021-ci il tarixdə başlasa da, yoxlama müddəti 10 dəfə dayandır ılmış (təxirə salınmışdır) və yalnız yoxlamanın başlanmasından 1 il 1 ay keçdikdən sonra xx.xx.2022- ci il tarixdə başa çatmışdır. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2021-ci il göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2022-ci il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Yoxlamanın keçirilməsi ilə bağlı qərarın qeydiyyata alınmaması yoxlamanın qanununsuz və əsassız aparılmasına və nəticə etibarı ilə yoxlamanın hüquqi nəticəsinin olmamasına dəlalət edir. Digər tərəfdən, qeyd olunmalıdır ki, iddiaçı MTK-nın yoxlamanın gedişatında ekspertizanın keçirilməsindən, ümumiyyətlə, xəbəri olmamış, sonuncu vergi orqanı tərəfindən ekspertizanın keçirilməsi haqqında qərarla tanış ed ilməmiş, MTK-ya onun Vergi Məcəlləsinin 44.7-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməmiş və yalnız ekspert rəyi əldə edildikdən sonra MTK-ya onlayn kargüzarlıq vasitəsi ilə göndərilmişdir ki, bununla da iddiaçının hüquqları məhdudlaşdırımış və vergi organı tərəfindən kobud qanun pozuntusuna yol verilmişdir. MTK tərəfindən təməl qoyma 2014-cü ilin İİ rübünədək olmuşdur. Tikintinin 120 mənzildən ibarət və ümumi yaşayış sahəsi 10537,71 kv.m olmuş, lakin “Səyyar vergi yoxlaması” aktında 144 mənzil, 11475 kv.m sahədən ibarət olduğu göstərilmişdir. Ötən dövr üzrə yoxlama ilə əhatə olunan sahə 4000 kv.m təşkil etmişdir. Beləliklə, VM-nin 67.16-cı maddəsinə əsasən 2021-ci ilin iyul ayı üçün mənzillər üzrə 7475 kv.m üzrə 569,83 manat = 4259487,90 manat, 649752,39 manat ƏDV hesablanmış, əlavə hesablanmış məbləğə 324957,20 manat m/s tətbiq edilmişdir. MTK tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi avqust 2018-ci il tarixdən iyul 2021-ci il tarixə kimi faktiki olaraq hər hansı bir mənzil satışı olmamışdır. Lakin vergi orqanı tərəfindən qanunsuz olaraq xx.xx.2018-ci il tarixə kimi satılmış 7475 kv.m sahəyə 649752.39 manat ƏDV hesablanmışdır. Cavabdeh iddiaçı MTK barəsində vergi borcunu müəyyən edərkən inşa edilmiş bina üzrə 7475 kv.m yaşayış sahələrini əsas götürmüş, həmin sahələrin hər kv.m hissəsinə görə müqavilədə olan qiymətləri tətbiq edərək 649752.39 manat məbləğində ƏDV hesablamışdır. Bundan başqa, səyyar vergi yoxlamasının başlanması, yoxlama müddətinin uzadılması qərarlarından göründüyü kimi vergi orqanı tərəfindən yoxlama vergi qanunvericiliyinin və məhkəmə praktikasının tələblərinə zidd olaraq təqvim günləri ilə deyil, iş günləri ilə aparılmışdır. Növbəti pozuntu isə Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbləri ilə bağlı olmuşdur. Belə ki, vergi orqanı tərəfindən MTK-ya 3 il müddət keçdikdən sonra vergi hesablanmışdır. Hazırki səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar 22 sentyabr 2021-ci il tarixdə, yəni 56.1-ci maddəsinin 01 yanvar 2021-ci il tarixdən qüvvədə olan redaksiyasından sonra qəbul edildiyinindən yoxlama üzrə də əlavə vergi öhdəliklərinin yaradılması və məsuliyyətə cəlb edilməsi həmin redaksiyaya uyğun olaraq tənzimlənməli və məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilməsindən asılı olmayaraq 22 sentyabr 2021-ci il tarixdən əvvəlki 3 illik müddət ərzində vergilərin hesablanması həyata keçirilməlidir. Cavabd ehin etirazları:
8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, MTK tərəfindən inşa edilən çoxmərtəbəli binaların ümumi və satışa yararlı sahəsinin müəyyənləşdirilməsi məqsədi ilə mütəxəssis rəyinin verilməsi üçün Vergi Məcəlləsinin 45ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” birliyininə müraciət edilmiş və xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi alınmışdır. Həmin mütəxəssis rəyinə əsasən MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi ünvanında 1 ədəd 4 girişli 6+mansard mərtəbəli, 144 mənzilli binanın ümumi sahəsi - 20010.44 kv.m, satışa yararlı sahəsi isə - 14787.34 kv.m müə yyənləşdirilmişdir. İddiaçının 14787.34 kv.m satışa yararlı sahəsindən 4000.0 kv.m-i əvvəlki yoxlama ilə əhatə edilmiş, qalan 10787.34 kv.m sahəsinin 7475.0 kv.m-i hazırkı yoxlama ilə əhatə edilmişdir. Yoxlama ilə əhatə edilməyən açıq qalan satışa yararlı sahəsi isə - 3312.34 kv.m-dir. İddiaçı MTK tərəfindən inşa edilmiş 1 ədəd 4 girişli binanın təməlqoyma işləri 2013-cu ilin İV rübündən 2014-cü ilin İİ rübünədək olmuş və həmin tarixədək qüvvədə olan Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi bəyannaməsini Vergi Məcəllənin 219.3-cü maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kv.m-i üçün 10 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi əmsal (1.8) tətbiq edilməklə vergilər hesablanmışdır. ƏDV üzrə-vergi ödəyicisi tərəfindən təqdim edilmiş müqavilələrə əsasən xx.xx.2021-ci il tarixədək 11475.0 kv.m sahə olmaqla, 144 mənzilin satıldığı müəyyən edilmişdir. Əvvəlki yoxlama ilə 4000 kv.m sahənin bağlandığı nəzərə alınarsa, cari yoxlama ilə 7475.0 kv.m sahə əhatə edilmişdir. Təqdim edilmiş müqavilələrə əsasən satılmış 7475.0 kv.m sahənin dəyəri 4259487.9 manat (ƏDV ilə) təşkil edir. Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başla ndığı günədək təqdim edilmədikdə yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır. Qeyd edilənləri nəzərə alaraq vergi ödəyicisi tərəfindən VM-nin 16.8-ci maddəsinə əsasən məlumatlar təqdim edilmədiyindən 4259487.9 manat (ƏDV ilə) dövriyyə 67.16-cı maddəyə əsasən yoxlama ilə əhatə edilən dövrün sonuncu ayına bərpa edilmişdir. Nəticədə ƏDV üzrə 649752.39 manat verginin (4259487.9 / 1,18 X 18%) azaldıldığı müəyyən edilmişdir. Vergi ödəyicisi ona məxsus sözügedən binanın qeyri-yaşayış sahəsinin 130 kv.m olan hissəsini “Tekno Crusher" MMC-yə xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən ƏDV-siz 550.00 manata icarəyə vermişdir. xx.xx.2018-ci il tarixdə həmin icarə müqaviləsinə dəyişiklik edilərək icarəyə verilən sahə 210 kv.m, icarə müqaviləsi isə ƏDV-siz 900.00 manat müəyyən edilmişdir. Bundan başqa, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ilə 1250 kv.m sahə ƏDV daxil 9440 manat məbləğində "xxxx" MMCyə icarəyə verilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi orqanında olan uçot-baza məlumatlarında vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar, elektron vergi hesab fakturalar, həmçinin, banklardan sorğular əsasında alınmış çıxarışlar əsasında əlavə dəyər vergisinin hesablanması vəziyyəti yoxlanılmışdır. Nəticədə, Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əsasən əlavə dəyər vergisinin 5751.68 manat artıq hesabladığı, 162.0 manat azaldıldığı müəyyən edilmişdir. Beləliklə, səyyar vergi yoxlaması ilə əlavə dəyər vergisi üzrə, ümumilikdə, 649914.39 manat azaldılması, 5751.68 manat artıq hes ablanması müəyyən edilmişdir. VM-nin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin azaldılmasına görə azaldılmış verginin 50%-i, yəni 324957.20 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. 9. 2020-cu il üzrə mənfəət vergisinin məqsədləri üçün cəmiyyət tərəfindən hesablama metodu seçilmişdir. Vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyənnaməsində işlərin görülməsi xidmətlərin göstərilməsindən 55526.40 manat, daşınan daşınmaz əmlakın icarəyə veriİməsindən gəlirləri 106800 manat olmaqla, ümumilikdə, 162.326.40 manat gəlir bəyan edilmişdir, gəlirin əldə edilməsi ilə bağlı cəmi xərcləri isə 106039.48 manat olmaqla, mənfəət üzrə azadolmalar və güzəştlər 42215.19 manat, keçmiş illərin 13127.20 manat zərəri nəzərə nəzərə alımaqla, vergiyə cəlb e dilən mənfəəti 944.53 manat müəyyən edilmişdir ki, nəticədə 188.91 manat mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin bank hesablarından çıxarışlar, vergi orqanın uçotbaza məlumatlarında olan elektron qaimə-fakturalar, elektron vergi hesab fakturaları məlumatlarından istifadə edilməklə, 2020-ci ildə ümumilikdə gəliri 162326.40 manat cəmi xərcləri 98249.49 manat (əmək haqqı xərci 16226.00 manat və sosial sığorta haqları 3273.26 manat, enerji xərcləri 72636.79 manat, bank xidmətləri üzrə xərcləri 686.14 manat, sığorta xərcləri 123.30 manat digər xərcləri 5000 manat, torpaq vergisi 304 manat) müəyyən edilmişdir. 2020-cu ildə Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən 48057.68 manat azadolmalar və güzəştlər, VM-nin 21-ci maddəsinə əsasən keçmiş illərin 15057.23 manat zərəri nəzərə alınmaqla, VM-nin 104-cü, 108-ci, 135-ci və 136-cı maddələrinə əsasən səyyar vergi yoxlaması ilə 962 manat mənfəət üzrə 192.40 manat mənfəət vergisi hesablanmışdır. Nəticədə, mənfəət vergisinin 3.49 manat azaldıldığı müəyyən edilmişdir. Beləliklə, səyyar vergi yoxlaması zamanı mənfəət vergisinin 3,49 manat azaldıldığı, 3564 manat artıq hesablandığı müəyyən edilmiş və VM-nin 58.1-ci maddəsinə əsasən azaldılmış verginin 50%-i, yəni 1,75 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Yoxlamanın nəticələri xx.xx.2022-ci il tarixli, **********154805 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş və həmin akta əsasən “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********166321 nömrəli Qərar qəbul edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Sumqayıt İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2-1(118)-1290/2023 nömrəli qərardadı ilə iddia tələbi “xx.xx.2022-ci il tarixli **********154805 nömrəli səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi” hissəsində mümkün sayılmamışdır.
11. Sumqayıt İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2-1(118)-1290/2023 nömrəli qərarı ilə (hakim V.Əzizova) iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19 dekabr 2022-ci il tarixli, **********166321 nö mrəli qərar ləğv edilmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, belə səlahiyyət əsasında qəbul olunmuş qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanuniliyi iş materialları ilə təsdiq olunmur. Bundan başqa, cavabdeh tərəfindən yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. Belə ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211643801 saylı çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2021-ci il göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2022-ci il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat cavabdeh tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Beləliklə, göstərilən məlumatların reyestrdə qeydiyyata alınmaması yoxlamanın qanununsuz və əsassız aparılmasına və nəticə etibarı ilə yoxlamanın hüquqi nəticəsinin olmamasına dəlalət edir. Bundan başqa, cavabdeh mənzillərin alqı-satqı əməliyyatlarından VM-nin 56.1-ci maddəsində nəzərdə tutulmuş 3 illik müddəti ötürdüyü üçün həmin mənzillərə görə iddiaçıya əlavə vergi öhdəlikləri yarada bilməz və iddiaçının məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Digər tərəfdən, cavabdeh əvvəl satılmış mənzillərə 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən 67.16-cı maddəni tətbiq etməklə iddiaçı nın hüquqi vəziyyətini ağırlaşdırmışdır ki, belə olan hal da yeni qəbul edilən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 avqust 2024-cü il tarixli, 2-1(105)-77/2024 nömrəli qərarı ilə (hakimlər H.Babayeva- sədrlik edən və məruzəçi, M.Hüseynov və İ.Quliyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçiri lməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2021-ci il tarixli, **********149845 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları göstərməmiş, diskresion səlahi yyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır.
16. Həmçinin qeyd edilmişdir ki, iddiaçı Vergi Məcəlləsinin 67.16-cı maddəsinin tətbiqinə əsas verən 16.8-ci maddədə təsbit edilmiş vergi ödəyiciləri kateqoriyasına aid deyildir.
17. İddiaçı barəsində aparılmış sonuncu yoxlama ƏDV üzrə avqust 2018 – iyul 2021-ci illəri əhatə etmişdir. Başqa sözlə, cavabdeh yoxlamada qeyd olunan dövrlər üzrə 3 illik zaman kəsiyində aşkara çıxmış pozuntularla bağlı iddiaçını məsuliyyətə cəlb etməyə haqlı ola bilər. Cavabdeh dəlillərində iddiaçı tərəfindən hesabat dövrü ərzində 7475 kv.m. yararlı sahə üzrə təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə dair alqı-satqı müqavilələrinə görə ƏDV hesabladığını bildirsə də, iş materiallarında hesabat dövrü üzrə iddiaçının yaşayış və qeyri-yaşay ış sahəsini təqdim etməsinə dair hər hansı alqı-satqı müqaviləsi mövcud deyildir və cavabdeh tərəfindən də məhkəməyə təqdim edilməmişdir. Bu fakt iş materiallarında olan mübahisələndirilən inzibati aktın qanunsuz qəbul olunduğu qənaətinə gəlmək üçün yetərlidir. Cavabdehin nümayəndəsi məhkəməyə yalnız əlavə vergi hesablamasına əsas olmuş alqı-satqı müqavilələrinin siyahısına dair cədvəl təqdim etmişdir. Hansı ki, bu cədvəldən görünür ki, cavabdeh hesabat dövründə bağlanmış alqısatqı müqavilələri ilə yanaşı, iddiaçını 2014, 2015, 2016, 2017-ci il tarixli, ümumilikdə 142 ədəd alqı-satqı müqavilələrinə əsasən də məsuliyyətə cəlb etmişdir. Bununla da müəyyən olunur ki, cavabdehin hüquq pozuntusu kimi qeyd olunan müqavilələrə əsasən (20142017-ci illər) aşkara çıxardığını iddia etdiyi hal yoxlama dövrü (avqust 2018 – iyul 2021-ci illər) ilə əhatə olunmur.
18. Apellyasiya məhkəməsi hüquqi mövqeyini əsaslandırmaq üçün Vergi Məcəlləsinin 16.8, 38.1, 38.2, 38.7, 53.3, 56.1, 67.16-cı maddələrinə istinad etmişdir.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
20. Kassator apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı dəlilləri qeyd etmişdir: -Səyyar vergi yoxlamalarının təhlili və təşkili şöbəsi xx.xx.2021 -ci il tarixli **********047800 nömrəli xidməti məktub yazaraq İddiaçı MTK-da vergi və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünü yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən avqust 2018 tarixdən iyul 2021-ci il tarixədək olan vergi dövrünün yoxlanılmalı olduğunu bildirmişdir. Həmin xidməti məktuba əsasən keçirilmiş vizual müşahidə baxış zamanı müəssisənin yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsinə baxmayaraq, təqdim olunan vergi bəyannamələrində göstərilən məlumatlar arasındakı uyğunsuzluqların mövcudluğu və vergidən yayınma risklərinin olması səbəbindən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. -Vergi Məcəlləsinin 67.16-cı maddəsi yoxlamanın həyata keçirildiyi və yoxlama dövründə qüvvədə olduğu üçün həmin maddi hüquq normasının tətbiqində hər hansı yanlışlıq yoxdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəl illəri
21. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 avqust 2024-cü il tarixli, 2-1(105)-77/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Vergi Məcəlləsi: Maddə
16. Vergi ödəyicisinin vəzifələri... 16.8. Bina tikintisi fəaliyyəti ilə məşğul olan aşağıdakı şəxslər yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumat formasını hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir: 16.8.1. 2020-ci il 1 yanvar tarixindən sonra tikinti-quraşdırma işlərinə başlamış; 16.8.2. sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci il 1 yanvar tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər. Maddə
38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar ver gi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: - nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; - səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 38.3. Növbədənkənar vergi yoxlaması ver gi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə,... 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyya r vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.4-1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması ilə əlaqədar olaraq müvafiq məlumatın və ya sənədlərin əldə edilməsi məqsədilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçiv əsində vergi orqanının nümayəndəsinin xarici dövlətin ərazisində vergi yoxlamasında iştirak etməsilə bağlı xarici ölkənin səlahiyyətli orqanına müraciət edildikdə - xarici dövlətdə aparılan yoxlama yekunlaşanadək. 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə
67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları... 67.16. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: 67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səy yar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; 67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə. 67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir.
23. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzi bati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barəd ə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
24. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KAS SASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İn san Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. İş materialları ilə müəyyən olunur ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********149845 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir
30. Həmin yox lamanın nəticəsinə dair xx.xx.2022-ci il tarixli, **********154805 nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında vergi orqanı tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19 dekabr 2022-ci il tarixli, **********166321 nömrəli qərar qəbul edilmiş. Həmin qərarla iddiaçıya 2020-ci il üzrə 3,49 manat mənfəət vergisi, 1,75 manat maliyyə sanksiyası, 2019-cu il üzrə 162,00 manat, 2021-ci il üzrə 551.793,80 manat əlavə dəyər vergisi olmaqla, cəmi 551.959,29 manat əlavə dəyər vergisi və 276.482,62 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
31. Hazırda iddiaçının hüquqi marağı yuxarıda qeyd edilən 19 dekabr 2022-ci il tarixli **********166321 nömrəli qərarın ləğvinə yönəlmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən keçirilən növbədənkənar səyyar vergi yoxlaması bir sıra maddi hüquq normalarının pozulması ilə keçirilmişdir.
33. Belə ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, qərarında yalnız Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edilməklə kifayətlənilmiş və qərarda vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumat göstərilməmişdir. Bu hal aşağı instansiya məhkəmələri tərəfindən pozuntu kimi müəyyən edilmişdir.
34. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə b ilər.
35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir inzibati orqan tərəfindən qəb ul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özl üyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəs i).
36. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman, həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, in zibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu, onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhk əmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir.
37. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır.
38. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etd iyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı, ümumiyyətlə, bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman, həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verir.
39. Qeyd edilənlər nəzərə alındığında, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinadla növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın qəbulu üçün bir neçə vacib şərtə əməl olunması tələb olunur. Əvvəla, mənbəyi bəlli olan əlaqəli məlumatlar kimi təqdim olunan hallar növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın qəbulunadək mövcud olmalıdır. Başqa sözlə, cavabdeh qərarın qəbulundan sonra yaranmış hallara istinad edə bilməz. Digər tərəfdən, mənbəyi bəlli olan əlaqəli məlumatların məhz nələrdən ibarət olduğu və bu halların növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini zəruri etdiyi məhz qərarın özündə əsaslandırılmalıdır. Bu mənada, cavabdehin daha sonra tərtib etdiyi səyyar vergi yoxlamasına dair aktda bildirdikləri növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın əsaslandırılmasını təşkil edə bilməz.
40. Beləliklə, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qanunsuz və əsassız olduğundan, onun nəticəsində qəbul edilmiş məsuliyyət qərarı da ləğv edilməlidir.
41. Məhkəmə kollegiyası həmçinin cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67.16-cı maddəsinin tətbiqinə münasibətdə qeyd edir ki, işin müəyyən olunmuş hallarına əsasən iddiaçı bina tikintisi fəaliyyəti ilə məşğuldu r.
42. Abşeron Rayon İHBnin 09 mart 2012-ci il tarixli, 285 nömrəli sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı Quba magistralının qərbində yerləşən torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilmiş, iddiaçı tərəfindən həmin ərazidə yaşayış binası inşa edilmiş, binaların tikintisi 2016-cı ildə başa çatmış, 28 dekabr 2019-cu il tarixdən yaşayış binalarının istismarına icazə verilmişdir.
43. Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: 67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; 67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə.
44. Həmin Məcəllənin 16.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan aşağıdakı şəxslər yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumat formasını hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir: 16.8.1. 2020-ci il 1 yanvar tarixindən sonra tikintiquraşdırma işlərinə başlamış; 16.8.2. sadələşdirilmiş verginin ödəyi cisi olmayan, 2020-ci il 1 yanvar tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər.
45. Göründüyü kimi, qeyd edilən maddi hüquq norması 1) 2020-ci il 1 yanvar tarixindən sonra tikinti-quraşdırma işlərinə başlamış şəxslər və ya 2) sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci il 1 yanvar tarixinədək tikintiquraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslərə münasibətdə tətbiq edilə bilər.
46. Lakin iddiaçı sadələşdirilmiş verginin ödəyicisi olmuş və çoxmərtəbəli yaşayış binalarının tikintisini 2016-cı ildə başa çatdırmışdır, bu halda vergi orqanının iddiaçıya münasibətdə 01 yanvar 202 0-ci ildən sonra tikinti-quraşdırma işlərinə başlamış və ya sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci il 1 yanvar tarixinədək tikintiquraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslərə münasibətdə tətbiq edilə bilən Vergi Məcəlləsinin 67.16-cı maddəsinə istinad etmək və bu əsasla əlavə vergi məbləği hesablamaq hüququ yaranmamışdır.
47. Beləliklə, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan, mübahisələndirilən qərarla hesablanmış məbləğlərin əsaslığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, cavabdeh işə əlavə vergi öhdəliklərinin yaranmasının əsaslı olduğunu sübut edə bilməmişdir.
48. Cavabdeh orqan inzibati icraat haqqında normaların, prinsiplərin və vergi qa nunvericiliyinin müddəalarının pozulması ilə inzibati icraat apardığından və bunun nəticəsində əlverişsiz inzibati akt qəbul etdiyindən, o cümlədən, İPM-nin 14.1-ci maddəsinə uyğun olaraq, cavabdeh aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən qərar qanunsuzdur. Belə olan halda, iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi ilə apellyasiya instansiya məhkəməsi razılaşmaqda haqlı olmuşdur.
49. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 avqust 2024-cü il tarixli, 2-1(105)-77/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.