Məhkəmə qərarları › İş №2-1(102)-3180/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3180/2025

26.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3180/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxsin cəlbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reye stri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2025-ci il tarixli, 2-1(103)-3022/2025 nömrəli qərardadından ərizəçi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, d aha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 10755,0 kv. metr torpaq sahəsində inşa edilmiş 2 ədəd mini futbol meydançası və 1 ədəd yardımçı tikili üzərində İddiaçı MMC-nin xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10612/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanda yerləşən 10755,0 kv. metr torpaq sahəsində inşa edilmiş 2 (iki) ədəd mini futbol meydançası və 1 (bir) ədəd yardımçı tikili üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınma z əmlakın dövlət reyestrində qeydə alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

3. Qərardadın surəti tərəflərə rəsmi qaydada göndərilmiş və məhkəmənin sözügedən qərardadından apellyasiya şikayəti verilməmişdir.

4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəmə qərarı icra olunması üçün DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir.

5. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-229/2025 saylı məktubda göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10612/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı icra edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ya vər Əliyev küçəsi, 10 (Yeni qaydalarla: AZ 1040, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasına dair İddiaçı MMC-nin adına ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli elektron çıxarış hazırlanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10612/2024 nömrəli qərarının ləğv olunması, Geofizika və Geologiya İdarəsinin zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər X1 İcraiyyə Komitəsinin 23 may 1949-cu il tarixli 277 nömrəli və 17 oktyabr 1949-cu il tarixli 668 nömrəli qərarlarına əsasən, keçmiş Stepan Razin qəsəbəsinə yaxın (indiki Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisi) ətraf ərazilərdən ibarət 11,4 ha və 2,8 ha torpaq sahəsi keçmiş “Azneftegeofizika” trestinə (indiki Geofizika və Geologiya İdarəsi) istifadə üçün ayrılmışdır. Həmin torpaq sahələri hazırda da Geofizika və Geologiya İdarəsinin balansındadır. İstinad olunan torpaq sahəsi ilə bağlı Geofizika və Geologiya İdarəsi ilə İddiaçı MMC arasında 30 dekabr 2016-cı il tarixli 991/001-2016 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqavilə münasibətləri pozulduğundan, İdarə ilə İddiaçı MMC arasında bağlanmış 30 dekabr 2016-cı il tarixli 991/001-2016 nömrəli icarə müqaviləsinin ləğv edilmiş hesab edilməsi, ünvan 4 ünvanında yerləşən İdarəyə məxsu s 1,28 ha torpaq sahəsində quraşdırılmış futbol meydançalarının torpaqdan ayrılması və götürülməsi mümkün olduğu təqdirdə, sökülərək torpaq örtüyünün əvvəlki vəziyyətinə qaytarılması, bu mümkün olmadığı təqdirdə, dörd ədəd futbol meydançası, bir ədəd avtoyuma və bir ədəd ictimai iaşə obyektinin (kafe) cavabdehin hesabına sökülməsi, İddiaçı MMC-nin torpaq sahəsindən çıxarılması, torpaq sahəsini əsassız saxladığı üçün 98530 manat icarə haqqı, 29 559 manat cərimə olmaqla, cəmi 128089 manat pulun İddiaçı MMC-dən Geofizika və Geologiya İdarəsinin xeyrinə tutularaq ödənilməsi barədə İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Hazırda Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10612/2024 nömrəli qərarı Azərbaycan Respublikası Dövlət N eft Şirkətinin Geofizika və Geologiya İdarəsinin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edir. Belə ki, məhkəmənin qərar qəbul edərkən istinad etdiyi sənədlərə əsasən 1,28 ha torpaq sahəsi yox, yalnız 18,00 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi icarəyə verilmişdir. Qanunvericiliyin tələblərinə əsasən, icarə münasibətləri müqavilə bağlanmaqla tənzimlənməlidir və tərəflər üçün hüquq və vəzifə müəyyən edən sənəd icarə müqaviləsidir. Müqavilədə isə torpaq sahəsinin icarəsi nəzərdə tutulmamışdır. Bu isə o deməkdir ki, İddiaçı MMC torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən hər hansı sənədə malik olmamışdır. Hətta torpaq sahəsinin də icarə predmetinə daxil olması müqavilədə nəzərdə tutulmuş olsaydı belə, torpaq sahəsi dövlətin mülkiyyətində olduğ undan, “Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998ci il 20 iyun tarixli 732 nömrəli Fərmanının müvafiq müddəalarına əsasən bu, yolverilməzdir. Belə ki, dövlət şirkətlərinin sərəncamında olan daşınmaz dövlət əmlakı Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmalıdır və “Registrdən çıxarış” olmadan həmin əmlak barədə sərəncamverici hər hansı, o cümlədən icarəyə verilməsi barədə heç bir qərar qəbul edə bilməz. Həmçinin, icarə müqaviləsi olmadan dövlət əmlakının üçüncü şəxslərin istifadəsinə verilməsinə yol verilməməsi üçün dövlət müəssisəsi rəhbərləri zəruri tədbirlər görməlidir. İddiaçı MMC isə icarə predmetindən kənar, yəni icarəyə daxil olmayan 1,28 ha torpaq sahəsini, yəni İdarəyə məxsus əm lakı da istifadə edərək qanunsuz zəbt etmişdir. Bundan əlavə, mübahisəsi gedən ərazidə SOCAR tərəfindən yalnız bir ədəd qapalı mini futbol meydançasının tikintisinə icazə verildiyi halda, verilən icazədən kənara çıxaraq İddiaçı MMC tərəfindən müxtəlif təyinatlı iaşə obyektləri (3 ədəd əlavə qapalı futbol meydançası, 1 ədəd avtoyuma, 1 ədəd kafe) də inşa edilmişdir. Həmin quraşdırma və tikililər lazımi icazə almadan aparıldığı üçün özbaşına tikililərdir. Belə ki, həmin tikililərlə bağlı ərizəçi tərəfindən hər hansı icazə verilməmişdir. Balanssaxlayıcı olaraq torpaq sahəsinin qanuni sahibi İdarədir. İdarənin qanuni sahibliyində olan torpaq sahəsinə münasibətdə hər hansı tikilinin inşa edilməsi üçün ya öncədən İdarədən razılıq alınmalı, ya da sonradan görülmüş işlər İdarə tərəfindən bəyənilmə lidir. İdarə isə bu tikililərə dair əvvəlcədən razılıq verməmişdir, eləcə də görülmüş işləri bəyənmədiyini bildirir. Həmçinin, “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanının 7.2-ci bəndində qeyd olunduğu kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin razılığı olmadan dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti və digər quraşdırma işlərinin aparılması yolverilməzdir və bu sahədə mövcud pozuntuların aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbirlər görülməlidir. Bu isə o deməkdir ki, müvafiq tikililərin aparılması üçün əsas razılıq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilməli idi. İşdə isə belə bir razılıq yoxdur. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, İddiaçı MMC torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənədə malik olmamış, tikintiyə icazə barədə qərar isə səlahiyyətli qurum tərəfindən verilməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) 29 aprel 2025-ci il tarixli 21(112)-10612/2024 saylı qərardadı ilə ərizə rədd edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə 1,28 ha torpaq sahəsində olan 18,00 kv. metr qeyri-yaşayış sahəsinin icarəyə verildiyi qeyd olunsa da, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən İddiaçı MMC-yə verilmiş 27 iyul 2017-ci il tarixli SOCAR**********30490075X00028 nömrəli arayışda İdarənin balansında olan “Təcrübümetodik poliqonu”nun 1,28 ha torpaq sahəsi və 18,00 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin) mədəni-kütləvi və idman tədbirləri keçirmək üçün İddiaçı MMC-yə icarəyə verildiyi göstərilmişdir. Bundan əlavə, SOCAR tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli, SOCAR ********************3 nömrəli məktubunda ünvan 5 ünvanında yerləşən təcrübi və metodik poliqonun yerləşdiyi 1,28 ha ərazidə qanunvericiliklə müəyyən edilmiş qaydada mini futbol meydançasının və soyunub-geyinmə məntəqəsinin tikintisinə etiraz edilmədiyi göstərilmişdir. Geofizika və Geologiya İdarəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birbaşa tabeliyində olan dövlət müəssisəsi olduğundan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş rəsmi icazə iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsa sən hər nə qədər ki, ərizəçi mübahisə predmeti üzrə 1,28 ha torpaq sahəsində 18,00 kv. metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsini və 1,28 ha torpaq sahəsinin İddiaçı MMC tərəfindən zəbt edildiyini bildirsə də, iş materialları ilə bu hal öz təkzibini tapmışdır və göründüyü kimi, 1,28 ha torpaq sahəsi icarəyə verilməklə, həmin torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsinin tikintisi üçün SOCAR tərəfindən rəsmi icazə də verilmişdir. Məhkəmə həm də onu qeyd edir ki, işə mahiyyəti üzrə baxılarkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən 1,28 ha torpaq sahəsinin İddiaçı MMC-yə icarəsinə verilməsi ilə bağlı öz iradə ifadəsinin nümayiş etdirilməsi ilə bağlı müvafiq təsdiqedici sənədlər olduğundan, məhkəmə tərəfindən əlavə araşdırmaya zərurət gö rülməmişdir. Bundan əlavə, qanunvericiliyə əsasən sərəncamda olan daşınmaz dövlət əmlakı Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alındıqdan sonra balanssaxlayıcı tərəfindən həmin əmlak barədə müvafiq qərarlar qəbul edilə bilər. Daşınmaz dövlət əmlakı və onun barəsində bağlanılmış əqdlər barədə məlumatların Dövlət Əmlakının Registrinə daxil edilməsi üçün Dövlət Xidmətinə təqdim olunması öhdəliyi isə daşınmaz dövlət əmlakının balanssaxlayıcının vəzifəsi kimi təsbit olunmuşdur. Odur ki, hazırda mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanması barədə məlumatın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsi iddiaçının təqsir sferasından kənar olmaqla, aidiyyəti dövlət əmlakının bala nssaxlayıcının səlahiyyətləri daxilində olan məsələ olduğundan ərizədə qeyd olunmuş bu hal vəziyyəti iddiaçının ziyanına dəyişməməlidir.

10. Ərizəçi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi apellyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/ N.X.Nəbizadə və M.N.Tağızadə) 10 iyul 2025-ci il tarixli, 21(103)-3022/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(112)-10612/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Ərizəçi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi məqsədilə işin apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

14. Ərizəçi kassasiya şikayətində işin hallarına və ərizədəki dəlillərə istinad etmiş və əlavə olaraq qeyd etmişdir ki, “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 01/2022 nömrəli Qərardadının 24-cü bəndinə əsasən, hüqu q sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərar ının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır. Göründüyü kimi, sözügedən qərardadda bildirilir ki, hətta üçüncü şəxslərin maraqlarına toxunma ehtimalı belə olduqda, onlara iddiaçı və cavabdehlə bərabər hüquqlar verilməlidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraat ında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).... 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qəra rdad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dai r iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə düzgün olmayan qərardad qəbul etmiş və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və inzibati iş “Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10612/2024 nömrəli qərarının ləğv olunması, Geofizika və Geologiya İdarəsinin zəruri cəbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması barədə” ərizəyə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

20. Belə ki, hazırkı iş üzrə işin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının üzərində mülkiyyət hüququnu qeydə aldırdığı əmlakların yerləşdiyi torpaq sahəsi ərizəçiyə məxsusdur.

21. İşə baxan aşağı instansiya məhkəmələri ərizəçinin üçüncü şəxs kimi cəlb edilməsinə dai r ərizəsini rədd edərkən ərizəçinin üçüncü şəxsə torpaq sahəsi verməsi ilə bağlı icarə müqaviləsinə və arayışa, habelə SOCAR-ın ərazidə tikililərin aparılmasına etiraz etməməsinə dair məktubuna, habelə Daşınmaz dövlət əmlakı və onun barəsində bağlanılmış əqdlər barədə məlumatların Dövlət Əmlakının Registrinə daxil edilməməsinin iddiaçının təqsiri olmamasına istinad etmişdir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin istinad etdiyi hallar üçüncü şəxsin ərizəsindəki dəlillərə mahiyyəti üzrə qiymət verilməsi ilə bağlıdır. Başqa sözlə, ərizəçi üçüncü şəxs kimi cəlb olunduğu halda iddianın əsaslılığına qiymət verilərkən araşdırılmalı olan hallardır.

23. Hazırda ərizəçinin tələbi üçüncü şəxs kimi cəlb edilmə olduğundan burada qiymət verilməli olan məsələ qanuni qüvvəyə minmiş məhkəmə ak tının İPM-in 28-ci maddəsi baxımından ərizəçinin hüquqlarına toxunub-toxunmaması halıdır.

24. Ali Məhkəmənin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 saylı qərardadında qeyd edilmişdir ki, “...Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur. Cəlbetmə üçün həlledici olan m əsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Ona görə də, maraqlara toxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir...” 25. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üç üncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir...”

26. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin məhkəm ə icraatına üçüncü şəxs kimi (zəruri cəlbetmə qaydasında) cəlbi üçün əsaslar mövcuddur. Belə ki, iddiaçı ərizəçiyə məxsus torpaq sahəsində inşa etdiyi tikililərə dair mülkiyyət hüququnu məhkəmə qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Bununla da, məhkəmə qərarı əsasında iddiaçının sözügedən əmlaklar üzərində mülkiyyət hüququnun qeydiyyata alınması nəticəsində, ərizəçinin həmin əmlakların altında yerləşən torpaq sahəsi üzərindəki hüququ məhdudlaşmışdır. Odur ki, ərizəçinin hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi zəruridir.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2025-ci il tarixli, 21(103)-3022/2025 nömr əli qərardadı ləğv edilsin. İnzibati iş “Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10612/2024 nömrəli qərarının ləğv olunması, Geofizika və Geologiya İdarəsinin zəruri cəbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması barədə” ərizəyə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar