Məhkəmə qərarları › İş №2-1(102)-3184/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3184/2025

12.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3184/2025 12.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: (qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı na qarşı “qərarın ləğvi edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 10 iyul tarixli, 2-1(103)-2480/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1963-cü il tarixdə anadan olmuş, 52 yaşı xx.xx.2015-ci ildə tamam olmuşdur.

2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin 409 nömrəli, xx.xx.2015-ci tarixli qərarı ilə İddiaçı xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. 3. xx.xx.2020-ci il tarixli, 544 nömrəli aktdan görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Sığorta kapitalı əsasında hesablanan pensiya təyinatı şöbəsinin böyük mütəxəssisi Eyvaz Əhmədov, böyük mütəxəssisi Kamran Cümşüdlü və Milli Arxiv idarəsinin Bakı filialının aparıcı arxivçisi Məleykə Cabbarzadənin iştirakı ilə iddiaçının sığorta stajına daxil edilən ümumi stajı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən xüsusi iş stajı yerində əsaslı sənədlərlə qarşılıqlı şəkildə araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1994-cü ilədək qəlibləyici, xx.xx.1994-cü ildən baş mexanik şöbəsinə mühəndis keçirilməsinə dair qeyd aparılmış, xx.xx.2003-cü ildən işdən azad edilmişdir (DƏK-nin 27 dekabr 1997-ci il 909 saylı əmri ilə ATSC-yə çevrilmişdir.). Müəssisənin 2015-ci ildən Dövlət Arxivinin Bakı Filialında mühafiz ə olunan sənədlərində 1994-1997-ci illərdə öz hesabına məzuniyyət, 1996-1997-ci illər ərzində 1 il 6 ay öz hesabına məzuniyyətdə olması, həmçinin 1997-ci ildən 2001-ci ilədək yenidən öz hesabına məzuniyyətdə olmasına dair qeydlər öz əksini tapmışdır. 2001-ci il tarixinin pozularaq 2000-ci ildən işdə hesab edilməsi qeydiyyatı aparılmışdır.

4. İddiaçıya məxsus “Pensiya təyinatı” alt sistemindən çıxarışdan görünür ki, DSMF-nin Aparatının Daxili nəzarət departamentindən daxil olmuş **********6 nömrəli xx.xx.2020-ci il tarixli məktuba əsasən iddiaçıya təyin edilmiş pensiya ödənişi xx.xx.2020 ci il tarixdən dayandırılmışdır.

5. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin məktuba istinad edərək xx.xx.2021-ci il tarixdə iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırılması haqqında **** ******3 nömrəli qərar qəbul etmişdir.

6. Cavabdeh iddiaçıya məktub ünvanlayaraq bildirmişdir ki, aparılan araşdırma zamanı iddiaçıya vaxtilə pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə xx.xx.1980xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Trikotaj ATSC”də işlədiyi qeyd olunmuşdur. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı iddiaçının 1994-2000-ci illərdə haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək stajına aid edilmədiyi üçün əmək pensiyası təyin edilərkən (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) ödənişsiz məzuniyyətdə olduğu müddət iddiaçının ümumi iş stajına daxil etm ək mümkün deyil. Buna görə də iddiaçının ümumi iş stajı 20 ildən az (17 il 6 ay 20 gün) təşkil edir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən iddiaçıya xx.xx.2015-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12426,74 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq iddiaçıya artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2022-ci il 20 iyun tarixli, 2-1(112)-1580/2022 nömrəli qərarı ilə Xüsusi Şərtlə rlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********3 nömrəli qərarı ləğv olunmuş, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 6 oktyabr tarixli, 2-1(103)-2995/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2022-ci il 20 iyun tarixli, 2-1(112)-1580/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsin i və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 24 yanvar tarixli, 2-1(102)-311/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 6 oktyabr tarixli, 21(103)-2995/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2022-ci il 20 iyun tarixli 2-1(112) 1580/2022 nömrəli məhkəmə qərarının icrası məqsədilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırıldığı tarixdən bərpa olunmuş, həmçinin aylıq pensiya məbləği 327,22 manat müəyyən edilərək məhkəmə qərarının icrası başa çatdırılmışdır. 9. “Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında” Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 317-1/3-3-18863/2023 saylı qərarından görünür ki, vətəndaş İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2-ci, 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmiş və adıçəkilən şəxsə əmək pensiyasının ödənişinin dayandırılması və ona artıq ödənilmiş pensiyanın məbləğinin müəyyən edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

10. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təyin edilmiş 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və dayandırma müddətində ödənilməmiş pensiya məbləğinin də hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərəzə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının iddiaçıya əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-18863/2023 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.

12. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin xx.xx.2015-ci il tarixli, 409 nömrəli qərarı ilə ona xx.xx.2015-ci il tarixdən 52 yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2020-ci il tarixə qədər pensiya ödənişi edilmişdir. “Pensiya təyinatı" alt sistemindən əldə olunan çıxarışa əsasən DSMF-nin Aparatının Daxili nəzarət departamentindən daxil olmuş xx.xx.2020-ci il tarixli məktuba əsasən ona təyin edilmiş pensiya ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin məktuba istinad edərək xx.xx.2021-ci il tarixdə təyin edilmiş əmək pensiyasının dayandırıması haqqında **********3 nömrəli qərar qəbul etmişdir. Daha sonra Mərkəzi Filial ona ünvanladığı məktubda bildirmişdir ki, aparılan araşdırma zamanı vaxtilə pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə xx.xx.1980-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində "Trikotaj” ATSC-də işlədiyi qeyd olunmuşdur. Mütəxəssislər tərəfindən sənədlərdə qeyd olunmuş məlumatların dəqiqləşdirilməsi zamanı 1994-2000-ci illərdə haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Həmin məktubda DSMF-nin Aparatının Daxili nəzarət departamenti tərəfindən xx.xx.2015-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona ümumilikdə 12426.74 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tapşırılmışdır. Bununla əlaqədar ona pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli, **********.3 nömrəli qərarının ləğv olunması və pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi barədə qərarın qəbul edilməsi tələbləri ilə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müra ciət etmişdir. Məhkəmə qərarına əsasən pensiya ödənişi bərpa olunmuş, 2023-cü ilin sentyabr ayında pensiya ödənişinin bərpası ilə bağlı mobil nömrəsinə mesaj gəlmiş, avqust və sentyabr ayının pensiya ödənişi edilmişdir. Lakin daha sonra pensiya kartına ödəniş olunmadığı üçün DSMF ilə əlaqə saxlasa da, iddiaçıya dəqiq məlumat verilməmişdir. 1994-2000-ci illər cavabdeh tərəfindən miibahisələndirilsə belə həmin dövr ərzində iddiaçının 3 övladı (X1 xx.xx.1994; X3 - xx.xx.1996; X2 - 20.1 1.1998) ardıcıl olaraq dünyaya gəlmişdir və həmin dövrlərdə analıq məzuniyyətində olmaqla iş yerindən uşağa qulluğa görə müavinət də almışdır. Əmək kitabçasında da həmin dövrlərdə əmək müqaviləsinə xitam verilmədiyi əks olunmuşdur. Bu səbəbdən pensiya təyin olunarkən düzgün olaraq əmək kitabçasında qeyd olunan müddətlər nəzərə alınmalıdır. İddiaçının 3 övladını dünyaya gətirib onlara qulluq etdiyi dövrdə "Vətəndaşların pensiya təminatı haqqında" Qanun qüvvədə olmuşdur. Həmin qanunun 67-ci maddəsinin “e" bəndinə əsasən işləməyən ananın körpə uşaqlara quluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq şəxsin iş stajına daxil edilir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə Mərkəzinin 26 nömrəli Şəhər Poliklinikasının təqdim etdiyi ambulator kitabçadan çıxarışdan göründüyü kimi pensiya ödənişi almağı üçün faktiki əsaslar mövcuddur.

13. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Belə ki, Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1- ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə o lmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li Siyahıya görə 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtil ə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Aparılan araşdırma zamanı iddiaçıya vaxtilə pensiya təyin edilərkən təqdim etdiyi sənədlərində xx.xx.1980-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Trikotaj ATSC”də işlədiyi qeyd olunmuşdur. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının sənədlərində qeyd olunmuş məlumatların dəqiqləşdirilməsi zamanı 1994-2000-ci illərdə haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qeyd edilən fakt Azərbaycan Respublikasının Dövlət Arx ivinin Bakı Filialı tərəfindən xx.xx.2020-ci il tarixli 544 nömrəli birgə Aktla təsdiq edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək stajına aid edilmədiyi üçün əmək pensiyası təyin edilərkən (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) ödənişsiz məzuniyyətdə olduğu, iddiaçının işləmədiyi müddəti onun ümumi iş stajına daxil etmək mümkün deyil. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 129.2-ci maddəsinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət veril ə bilər, iddiaçının “Trikotaj ATSC”də işlədiyi dövrdə ödənişsiz məzuniyyətdə olduğu müddət isə 6 il təşkil edir. Göründüyü kimi, qeyd olunan maddə nəzərə alınaraq ödənişsiz məzuniyyətdə olduğu müddətin 6 aylıq hissəsi əmək stajı kimi nəzərə alındıqda belə iddiaçının ümumi iş stajı 20 ildən az (17 il 6 ay 20 gün + 6 ay ödənişsiz məzuniyyət dövrü) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq iddiaçıya, 52 yaşının tamamlandığı xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda, iddiaçıya 2023-cü ilin avqust ayında Azərbaycan Respublikası Ali Məhkəməsinin 2 mart 2023-cü il tarixli 2-1 (102)-311/2023 nömrəli qərarına əsasən 2023- cü ilin avqust ayında 327, 22 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilib. Daha sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, sizin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı iddiaçının mülahizələrinin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2023-cü il tarixli məktub göndərilməklə Mərkəzi Filiala gəlməsi xahiş edilib. Lakin mülahizənin dinlənilməsi üçün iddiaçı Mərkəzi Filiala gəlməmişdir. Bu səbəbdən də, iddiaçıya vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəfimizdən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin dayandırılmas ı haqqında inzibati akt qəbul edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, yuxarıda göstərilən maddənin də tələbləri nəzərə alınaraq, iddiaçıya son üç il üzrə 7660,17 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 7660,17 manat pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarması xahiş edilmişdir. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasib ətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Bakı İnzibati Məhkəməsinin (hakim: S.İ.Salahova) 2025-ci il 17 fevral tarixli, 21(112)-1416/2025 sayl ı qərarı ilə iddia təmin edilmiş, “Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında” Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-18863/2023 saylı qərarının ləğv edilməsi qərara alınmışdır.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, istinad olunan normalardan aydın olur ki, inzibati orqan qanunsuz inzibati aktı ləğv edə bilər, lakin əgər həmin inzibati aktın qəbul edilməsinə rüşvət, hədəqorxu və ya aldatma yolu ilə nail olunmamışsa, inzibati orqan qanunsuz inzibati aktın ləğv edilməsini şərtləndirən halların məlum olduğu gündən 1 il ərzində həmin inzibati aktı ləğv etmək hüququna malikdir. İş materiallarında ərizəçiyə pensiya təyin edilməsi barədə əlverişli inzibati aktın rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə qəbul edilməsinə dair heç bir sübut yoxdur. Cavabdeh həmin qərarın qanunsuz olmasını xx.xx.2020-ci il tarixli aktla aşkar etmiş, lakin həmin qərarı bundan 3 il sonra, xx.xx.2023-cü il tarixdə ləğv etmiş, bununla da Qanunun 67.12-ci maddəsinin tələbini pozmuşdur. Bundan əlavə, qanunverici maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, cari pul öhdəliklərinin nəzərdə tutulduğu qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol vermir.

16. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakim lər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və N.X.Nəbizadə) 2025-ci il 10 iyul tarixli, 21(103)-2480/2025 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2025-ci il 17 fevral tarixli, 2-1(112)-1416/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, ərizəçiyə pensiya təyin edilməsi barədə əlverişli inzibati aktın rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə qəbul edilməsinə dair heç bir sübut yoxdur. Cavabdeh həmin qərarın qanunsuz olmasını xx.xx.2020-ci il tarixli aktla aşkar etmiş, lakin həmin qərarı bundan 3 il sonra, xx.xx.2023-cü il tarixdə ləğv etmiş, bununla da Qanunun 67.12-ci maddəsinin tələbini pozmuşdur. Bundan əlavə, qanunverici maraqlı şəxsin məzmununa eti mad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, cari pul öhdəliklərinin nəzərdə tutulduğu qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol vermir.

19. Cavabdeh qeyd olunan qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayəti iddia tələbinə qarşı etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun şəkildə əsaslandırılmışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

21. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Hə min aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1- ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.

23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əla və məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instans iyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Kassasiya şikayəti qismən edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv ed ilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

27. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

28. Apellyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd etmişdir ki, ərizəçiyə pensiya təyi n edilməsi barədə əlverişli inzibati aktın rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə qəbul edilməsinə dair heç bir sübut yoxdur. Cavabdeh həmin qərarın qanunsuz olmasını xx.xx.2020-ci il tarixli aktla aşkar etmiş, lakin həmin qərarı bundan 3 il sonra, xx.xx.2023-cü il tarixdə ləğv etmiş, bununla da Qanunun 67.12-ci maddəsinin tələbini pozmuşdur.

29. Kollegiya aşağıda qeyd olunanlara əsasən apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.

30. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 544 nömrəli aktda qeyd edilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Sığorta kapitalı əsasında hesablanan pensiya təyinatı şöbəsinin böyük mütəxəssisi Eyvaz Əhmədov, böyük mütəxəssisi Kamran Cümşüdlü və Milli Arxiv idarəsinin Bakı filialının aparıcı arxivçisi Məleykə Cabbarzadənin iştirakı ilə iddiaçının sığorta stajına daxil edilən ümumi stajı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən xüsusi iş stajı yerində əsaslı sənədlərlə qarşılıqlı şəkildə araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1994-cü ilədək qəlibləyici, xx.xx.1994-cü ildən baş mexanik şöbəsinə mühəndis keçirilməsinə dair qeyd aparılmış, xx.xx.2003-cü ildən işdən azad edilmişdir (DƏK-nin 27 dekabr 1997-ci il 909 saylı əmri ilə ATSC-yə çevrilmişdir.). Müəssisənin 2015-ci ildən Dövlət Arxivinin Bakı Filialında mühafizə olunan sənədlərində 1994-1997-ci illərdə öz hesabına məzuniyyət, 1996-1997-ci illər ərzində 1 il 6 ay öz hesabına məzuniyyətdə olması, həmçinin 1997-ci ildən 2001-ci ilədək yenidən öz hesabına məzuniyyətdə olmasına dair qeydlər öz əksini tapmışdır. 2001-ci il tarixinin pozularaq 2000-ci ildən işdə hesab edilməsi qeydiyyatı aparılmışdır.

31. Daha sonra isə iddiaçıya əmək pensiyasının təyin edilməsinin qanunsuz olması əsası ilə xx.xx.2021-ci il tarixində **********3 nömrəli qərarla iddiaçının pensiya ödənişi dayandırılmışdır. Bundan sonra cavabdehin qeyd olunan qərarı məhkəmə qaydasında mübahisələndirilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə “lazımi inzibati icraat aparılmaması” əsası ilə həmin qərar ləğv edilmişdir.

32. Göründüyü kimi, cavabdeh tərəfindən əlverişli inzibati aktın ləğv edilməsi üçün əsaslar xx.xx.2020-ci il tarixdə aşkar edilmiş və 1 il keçmədən xx.xx.2021-ci il tarixində **********3 nömrəli qərarla iddiaçının pensiyası dayandırılmışdır.

33. Kollegiya hesab edir ki, əlverişli inzibati aktın ləğvi ilə bağlı tədbirlər cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində görülmüş, yəni həmin tarixdə iddiaçının əmək pensiyası dayandırılmışdır. Lakin həmin qərar “İnzibati İcraat Haqqında” Qanunun tələblərinə uyğun qəbul edilmədiyindən ləğv olunmuşdur. Daha sonra isə cavabdeh sözügedən qanunun tələblərinə uyğun inzibati icraat apararaq xx.xx.2023-cü il tarixli qərarla iddiaçıya əmək pensiyasının təyin edilməsi haqqında qərar ləğv olunmuşdur. Belə olan halda Kollegiya hesab edir ki, mübahisələndirilən qərar cavabdeh tərəfindən qəbul edilərkən “İnzibati İcraat Haqqında” Qanunun 67.12-ci maddəsinin tələbi pozulmamışdır.

29. Təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdeh tərəfindən qəbul edilən mübahisələndirilən qərarın qəbul edilməsinə səbəb olmuş hallar araşdırılmalı, bu halların sözügedən qərarın qəbul edilməsinə əsas veribverməməsinə qiymət verilməlidir.

30. Qeyd olunanlara əsasən iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət qismən təmin edilməlidir.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 10 iyul tarixli, 21(103)-2480/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar