Məhkəmə qərarları › İş №2-1(102)-3207/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3207/2025

12.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3207/2025 12.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı iş üzrə QƏRARDADİ Açar sözlər: göndərişdə qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkünsüzlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasi ya Agentliyinə qarşı “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyun 2025-ci il tarixli, 2-1(107)-382/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X4 zamanı, 27 sentyabr 2020-ci il tarixində döyüş vaxtı mina partlaması nəticəsində ağır travma almış, nəticədə sol çiyin nahiyəsində kor qəlpə yaralanması, belin küt travması, L1 fəqərə cisminin sınığı travması almışdır. Ona döyüş meydanında ilkin tibbi yardım göstərilmiş, daha sonra N nömrəli hərbi hissəyə göndərilmiş, mütəmadi müayinə və tibbi yardım almışdır. xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyasının qərarı ilə barəsində “Hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. Daha sonra xx.xx.2022-xx.xx.2022-ci il tarixdə Respublika Psixiatriya Xəstəxanasında “Üzvi emosional-labil pozuntu” diaqnozu ilə stasionar müayinə və müalicə almışdır. xx.xx.2023-cü il tarixdə Səhiyyə Nazirli yinin Psixi Sağlamlıq Mərkəzinin baş direktoru, professor F.İsmayılov tərəfindən müayinə olunaraq ona “Üzvi dissosiativ pozuntu, sıx tutmalarla (F 06.5)” diaqnozu qoyulmuşdur. Bundan sonra xx.xx.2023xx.xx.2023-cü il və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2023-cü il tarixində isə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinə və müalicə almış, Hərbi-Həkim Komissiyasının qərarı ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Mərkəzi Hərbi-Həkim Komissiyasının qərarı ilə ona aşağıdakı diaqnozlar qoyulmuşdur: “Soltərəfli posttravmatik radial sinirin neyropatiyasının qalıq əlamətləri, funksiyanın cüzi dərəcədə pozulması ilə.” “Karpal tunel sindromu, Sol çiyin nahiyəsinin kor qəlpə yaralanma sı, L1 fəqərəsinin sol köndələn çıxıntısının yerdəyişməyən sınığı” “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” Lakin sonrakı tibbisosial ekspertiza onu növbəti müayinəyə dəvət etmiş, amma əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir. Cavabdeh qurum bu imtinanı diaqnozun təsdiqlənməməsi ilə əsaslandırır. Halbuki o, hələ də ağır fərdi və psixoloji problemlər yaşayır, xroniki ağrılar, yaddaşsızlıq, yuxusuzluq, əsəbilik kimi problemlərdən əziyyət çəkir. Hal-hazırda da davam edən müalicəsi çox bahalı olduğundan bu xərcləri qarşılamaqda çətinlik çəkir.

3. Cavabdeh orqanın iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının sağlamlıq vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilmək üçün göndəriş əsasında baxılmışdır. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnozun öz təsdiqini tapmaması. Səbəb: “Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir.” Zərdab rayon sakini xx.xx.2001-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) orqanizminin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizminin funksiyalarının pozulması faizinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.202 3-cü il tarixində 10057 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol tərəfli posttravmatik radial sinirin neyropatiyasının qalıq əlamətləri, funksiyanın cüzi dərəcədə pozulması ilə, Karpal tunel sindromu. Sol çiyin nahiyəsinin qabarıq qalp yaralanmasına, L1 fəqərəsinin sol köndələn çıxıntısının yerindəyişməyən sındığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı bitişmiş sınığı, bərkimiş dəridə çapıqları” diaqnozu müəyyənləşdirilmişdir. “Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu, tez-tez baş verən funksional tutmalarla. Çoxsaylı kariyes” diaqnozu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tar ixli 751/24 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi (Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ əlamətlər, funksional tutmalarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X3 Komissiyasının xx.xx.2024-cü il tarixli, 3340 nömrəli tibbi rəyində diaqnoz “Üzvi (Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ əlamətlər, funksional tutmalarla” kimi müəyyənləşdirilmişdir (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir). Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilik və aqressiyadan, yorğunluq zamanı bayılmalardan şikayətlənmişdir. Müayinə zamanı sosial vəziyyətindən, əlillik ala bilməməsindən şikayətlənmişdir. Sol qol unun ağrımasından şikayətlənmiş, lakin açma-bükmə hərəkətləri tam olmuşdur. Zahirən astenik olmuş, süst tərzdə danışmış, müayinə gedişatında aktivləşmişdir. Mühakiməsi situasiyaya uyğun olmuş, tənqidi qorunmuşdur. ƏMAS-da ixtisassız fəhlə təmir/yollar kimi aktiv əmək müqaviləsi qeyd edilmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “MSS üzvi zədələnməsi öz təsdiqini tapmır. Dissosiativ-konversiya pozuntusu (primitiv şəxsdə)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsi” üzrə kriteriyalara uyğun olaraq diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir.

4. Şəki İnzibati Məhkəməsinin (hakim V.Ə.Musayev) 04 mart 2025-ci il tarixli 21(116)-882/2025 qərarı ilə iddia qismən təmin edilərək İddiaçı “ümumi xəstəlik” səbəbli əlaqəsi nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixdən 2-il müddətinə OFP-nın 1-ci dərəcəli məhdudlaşma halının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin üzərinə qoyulması qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsinin əsaslandırması: 5.1. İş materiallarından görünür ki, cavabdeh orqan sonuncu dəfə xx.xx.2024-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz öz təsdiqini tapmaması” əsası ilə imtina etmişdir. Sonuncu imtina qərarının hansı tarixdə iddiaçıya təqdim edilməsi ilə bağlı cavabdeh orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, eyni zamanda imtina qərarında hüquqi müdafiə vasitələri göstərilməmişdir. Məhz həmin imtina cavabından sonra iddiaçı hazırkı iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, İPM-in 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir. 5.2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(116)-3927/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-yə həvalə edilmişdir. Təqdim edilmiş ekspert rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) dissosiativ-konversion pozuntu, anamnezində funksional qıco lma tutmaları ilə” (F06.5) aşkar olunur. Bununla belə, ekspert iddiaçıya qoyulmuş diaqnozun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 10057 nömrəli “Xəstəlik haqqında” şəhadətnamədə qeyd edilmiş diaqnoz (Soltərəfli posttravmatik radial sinirin neyropatiyasının qalıq əlamətləri, funksiyanın cüzi dərəcədə pozulması ilə. Karpal tunel sindromu. Sol çiyin nahiyəsinin qəlpə yaralanmasına, L1 fəqərəsinin sol köndələn çıxıntısının yerindəyişməyən sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı bitişmiş sınığı, bərkimiş dəridə çapıqları) arasında səbəbli əlaqəsi ilə bağlı sualın cavablandırılmasının məhkəmə-psixiatriya ekspertizasının səlahiyyətinə aid olmamasını bildirmişdir. Azərb aycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 10057 nömrəli “Xəstəlik haqqında” şəhadətnaməsinə əsasən, iddiaçıya sol tərəfli posttravmatik radial sinirin neyropatiyası, karpal tunel sindromu, sol çiyin nahiyəsinin qabarıq qəlpə yaralanması, L1 fəqərəsinin sol köndələn çıxıntısının yerindəyişməyən sınığı və yaraların bitişmiş çapıqları diaqnozları qoyulmuş, səbəbli əlaqə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi müəyyən edilmişdir. “Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu, tez-tez baş verən funksional tutmalarla. Çoxsaylı kariyes” diaqnozu xəstəliyinin səbəb əlaqəsi isə “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. İddiaçı barəsində səhiyyə müəssisəsi tərəfindən tərtib edil miş göndərişdə əsas diaqnoz olaraq F07 XBT koduna, yanaşı xəstəliklərə münasibətdə isə F06.5 XBT koduna istinad edilmişdir. Mingəçevir şəhər PsixoNevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 660 nömrəli məktubunda iddiaçıya qoyulmuş diaqnozun “Əlilliyin müəyyən edilməsi meyarları” sənədinə Əlavənin 7.6.2-ci bəndinə əsasən, F07.0 (üzvi mənşəli şəxsiyyət pozğunluğu) diaqnozuna uyğun olduğu, bu halda orqanizmin funksiyalarının pozulma faizinin 35-60%, OFP-nin isə 2 il müddətinə müəyyən edildiyi qeyd olunmuşdur. Göründüyü kimi, faktiki olaraq iddiaçının aldığı travma radial sinirlə bağlıdır. Radial sinirin postravmatik neyropatiyası periferik sinir sisteminin, üzvi mənşəli şəxsiyyət pozuntusu isə mərkəzi sinir sisteminin (beyin) patalogiyası ilə bağlıdır. Odur ki, üzvi mənşəli şəxsiyyət p ozuntusu üçün birbaşa beyinə təsir edən patalogiya müəyyən edilməlidir. MHHK-nın istinad olunan qərarında radial sinirlə bağlı diaqnozun “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması” qeyd edilsə də, beyin patalogiyasından irəli gələn diaqnozun - “orta dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu”nun səbəb əlaqəsi “ümumi xəstəlik”dir qeyd edilmişdir. Buna görə də iddiaçıya “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun olmayacaqdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya ümumi xəstəlik səbəbli əlaqəsi nəzərə alınmaqla xx.xx.2024-cü il tarixdən 2-il müddətinə OFP-nın 1-ci dərəcəli məhdudlaşma halının təyin edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: T.H.Həsənov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və Ə.V.Kərimov) 24 iyun 2025-ci il tarixli, 2-1(107)382/2025 nömrəli nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. Məhkəmə kollegiya sı hesab edir ki, İPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

11. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məc əllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövc ud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şika yət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

12. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

13. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

14. Belə ki, kassasiya in stansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardad(lar)da (xx.xx.2024-cü il tarixli 2-1(102)-1940/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapırsa və həmin diaqnoz şəxsə müvafiq əlillik dərəcəsinin təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundursa, cavabdeh inzibati orqan tərəfindən müvafiq əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbə b olacaq və işin konkret halı nəzərə alınmaqla, onun vəziyyətinə mütənasib olmayacaqdır. Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir.

15. Həmçinin, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından, şəxsin əlillik vəziyyətinin qiymətləndir ilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən, tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən, şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəf indən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnoz un şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

16. Hazırkı iş üzrə tibbi göndərişdəki xəstəliyin, həqiqətən də, iddiaçıda mövcud olması və həmin diaqnozun ona əlillik təyininə əsas olması işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı (iş materiallarında olan xəstəxana tərəfindən verilmiş arayışlar, ekspert rəyi və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə) öz təsdiqini tapmışdır.

17. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sab it təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

18. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yux arıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

19. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təkrar edilən dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

20. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarını n kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyun 2025-ci il tarixli, 21(107)-382/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar