Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3240/2025 29.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əlilliyin təyin olunması; diaqnozun əlilliyə əsas verməsi; əlilliyin təyinat tarixinin sonuncu göndəriş əsasında sonuncu imtina tarixindən müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sos ial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlilliyin təyin edilməsi" tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il 24 iyun tarixli, 2-1(103)-1655/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı əlillik vəziyyətinə Zığ Sağlamlıq Mərkəzinin xx.xx.2012-ci il tarixli göndərişi əsasında xx.xx.2012-ci il tarixdə baxılmış və Diaqnozun mətni: Mina partlayışından sonra sol baldır sümüklərin qeyridüzgün bitişmiş sınığı. Sol aşıq baldır oynağının posttravmatik artrozu. Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Mina partlayışından sonra sol baldır sümüklərin qeyridüzgün sınığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
2. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə 6 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında xx.xx.2014-cü il tarixdə baxılmış və Diaqnozun mətni: Mina partlayışından sonra sol baldır sümüklərin qeyri-düzgün bitişmiş sınığı. Sol aşıq baldır oynağının artrozu. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
3. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə 6 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında xx.xx.2015-ci il tarixdə baxılmış və Diaqnozun mətni: Kəllə travmalarının nəticələri. Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət. Postravmatik ensefalopatiya. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: QKBT” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
4. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə elektron təyinatla xx.xx.2016-cı il tarixdə baxılmış və Diaqnozun mətni: Kəllə travmalarının nəticələri.Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət. Postravmatik ensefalopatiya. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: QKBT” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.
5. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə 6 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələrə, Mina partlaması nəticəsində keçirilmiş kəllə-beyin travmasının nətic ələri. (xx.xx.1999). Sol pereoneal və tibial sinirlərin neyropatiyası. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: “Diaqnoz əlillik əlaməti təyin etmir - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilir” səbəbi ilə imtina verilmişdir.
6. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə 38 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: “Göndərişin natamam doldurulması - Səbəb: Keyfiyyətsiz doldurulma – tsek-ə göndərilən zaman xəstənin vəziyyəti və funksional pozğunluqlar ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir.
7. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə 38 saylı Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında xx.xx.2022-ci il tari xdə baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələrə, Mina partlaması nəticəsində keçirilmiş kəllə-beyin travmasının nəticələri.(xx.xx.1999). Sümük sınığının pis bitişməsi, Sol baldır sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Yumşaq toxumalarda qalmış yad cisim, Baldırın yumşaq toxumasında çoxsaylı metal qəlpələr. Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, Üzün sağ yarısı və sağ alın-təpə nahiyyəsində çapıq toxuma. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: “Diaqnozəlillik əlaməti təyin etmir - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilir” səbəbi ilə imtina verilmişdir.
8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial E kspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2022- ci il tarixli, **********0 nömrəli əyani müayinə qərarından görünür ki, İddiaçı müraciəti əsasında əlavə əyani müayinə araşdırılması aparılaraq müəyyən olunmuş və “diaqnoz əlillik təyin etmir” barədə qərar qəbul edilmişdir.
9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3- sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, **********5 nömrəli əyani müayinə qərarından görünür ki, İddiaçı müraciəti əsasında əlavə əyani müayinə araşdırılması aparılaraq müəyyən olunmuş və “diaqnoz əlillik təyin etmir” barədə qərar qəbul edilmişdir.
10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli, 3-17-4/3-3- 16454/2023 nömrəli qərarından görünür ki, İddiaçı müraciəti əsasında əlavə əyani müayinə araşdırılması aparılaraq müəyyən olunmuş və “diaqnoz əlillik təyin etmir” barədə qərar qəbul edilmişdir.
11. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli V00104762MHC nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Həmin tibbi göndərişdə: Əsas diaqnoz: F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində yaranan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları. Ağırlaşma: F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində yaranan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları. Yanaşı xəstəliklər: T90.5 Kəllədaxili travmaların nəticələri. Yanaşı xəstəliklər: M79.6 - Ətrafda ağrı. Yanaşı xəstəliklər: Y35.1-Qanunla nəzərdə tutulmuş müdaxilələr zamanı partlayışlardan istifadə edilməsi. Yanaşı xəstəliklər: R26.1 - Paralitik yeriş qeyd edilmişdir.
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-174/2-24884/2023 nömrəli məktubunda bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"n a uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin 4118003AAEQ0, F00043158QTU və V00104762MHC nömrəli göndərişləri və müraciəti əsasında müvafiq olaraq xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023cü il tarixlərində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il t arixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq bütün hallarda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərin ə pensiya hüququnun pozulması ilə bağlı qəbul edilmiş inzibati aktın ləğv olunması və ikinci dərəcə müddətsiz əlilliyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1999-cu ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmin vaxtı hərbi xidmət dövrü ilə əlaqədar aldığı xəsarətlərə görə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunmuşdur. Diaqnozu “Mina partlayışı nəticəsində başın və hər iki aşağı ətrafların çoxsaylı qəlpə yaralanması, sol baldır sümüklərinin aşağı 1/3-nin açıq yerini dəyişən sınığı”. xx.xx.2013-cü ildən ona bir il müddətinə 3-cü qrup əlillik təyin edilmişdir. Sonrandan 3-cü qrup əlillik yenidən bir il müddətinə uzadılmışdır. xx.xx.2015-ci il tarixdən ona 2-ci qrup əlillik təyin edilmişdir. 2016-cı ildən isə ona beş illik 2-ci qrup əlillik verilmişdir. 2021-ci ildən isə yenidən əlilliyin təyin edilməsi ilə bağlı dəfələrlə müraciət etməyinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələrlə ona imtina verilmişdir. Sonuncu dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixli müayinə olan şəxs barədə arayışda imtina edilib, Səbəb: Diaqnoz öz təsdiqini tapmayıb, Diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasın ın xx.xx.2012-ci il tarixli, 336 nömrəli Qərarında bildirilmişdir ki, Hərbi yaralanmadır, hərbi xidmət dövründə alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin belə qərar qəbul etməsi qanunsuz və əsassızdır, onun əmək və pensiya hüquqlarını pozur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli, 1\1734 saylı rəyinə əsasən Həkim-psixiatr Komissiyası qərar vermişdir “Üzvü şəxsiyyət pozuntuları, davranışlarında”. Özünü 1999-cü ildən xəstə hesab edir. Bir neçə dəfə stasionar və travmatologiyada və s. xəstəxanalarda müalicə qəbul etmişdir. Eyni ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Stasionardan çıxanın epikrizdə bildirilmişdir ki, xəstənin çox qəlpə yeri dəyişən s ınığı aşkar olunmuşdur. İmtinaya səbəb kimi, “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilməsi göstərilmişdir. Uzun illərdir müalicəni müxtəlif klinikalarda davam edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının imtinası qanunsuz və əsassızdır, onun əmək və pensiya hüquqlarını pozur. Cavabdehin etirazı:
15. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhər sakini xx.xx.1979-cu il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0063003AADGR nömrəli xx.xx.2021ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qəra r verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixlı göndərişi əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir. (ESDAS **********6). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin F00043158QTU nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir. (ESDAS **********4). Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.200 3-cü il tarixli 361 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Mina partlayışı nəticəsində sol baldır sümüklərinin aşağı 1/3-nin düzgün bitişməmiş sınıqları. Sol aşıq oynağının kontrakturası, funksiyanın mülayim dərəcədə pozulması ilə. Sifətin sol yarısını eybəcərləşdirən qəlpə yaralanmasından sonrakı çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd olunmalıdır ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERAda əyani müayinədə olmuş, “Xəstənin müayinəsi zamanı başağrılarından, yuxululuqdan, sol aşağı ətrafda hərəki məhdudluqdan şikayətlənmişdir. Baxış zamanı sağ baldırın lateral hissəsində sagital yumşaq toxuma çapığı, üzün sol yarısında almacıq sümüyü üstü nahiyədə çapıq izlənmişdir. Qəbul etdiyi dərmanların adlarını xatırlamamış, əsasən qış aylarında qəbul etdiyini bildirmişdir. Nevroloji müayinə zamanı kəllə beyin sinirləri tərəfindən əlillik təyinatına əsas verən mikroocaqlı simptomatika əlamətləri izlənməmiş, göz almalarının hərəkəti tam, aşağı ətraflarda reflekslər canlı çağrılmış, Romberq vəziyyətində dayanıqlı, əzələ gücü normal, atrofiya, hipotrofiya, parez qeyd olunmamışdır” kimi qeyd olunmuş, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrısından şikayətlənmişdir. Baxış zamanı sol baldırın orta və aşağı 1/3-də boylama istiqamətdə təxminən 20 sm ölçüdə çapıq, sol pəncədə, sol almacıq, sol təpə n ahiyəsində çapıqlar izlənmiş, sol ayağın V barmağının proksimal falanqadan amputasion güdülü müşahidə edilmişdir. Nevroloji olaraq əlillik təyinatına əsas verən defisit aşkar edilməmiş, göz almalarının hərəkəti tam, aşağı ətraflarda reflekslər canlı çağrılmış, əzələ gücü normal, Romberq vəziyyətində dayanıqlı, atrofiya, hipotrofiya, parez qeyd edilməmişdir” kimi qeyd olunmuş, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, başağrıları, yuxusuzluq, qıcolmalardan, sağ ayağında hava soyuq olduğu zaman şişkinlik olmasından, bəzən arterial təzyiqinin yüksəlməsindən şikayətlənmişdir. Anamnezində əsəbləşdiyi zaman qıcolma tutmalarının çox olduğunu, digər hallarda isə ayda 2-3 dəfə baş verdiyini söyləmiş, tutma zamanı əllərinin yığıldığını, özündə olmadığını, sanki “beyninin boşaldığını” bildirmiş, qəbul etdiyi medikamentoz preparatların adını bilmədiyini, əsəbiliyə görə ümumiyyətlə, dərman qəbul etmədiyini söyləmişdir. Psixiatrik xəstəxanaya göndərilmə səbəbini başa düşmədiyini, yazılan dərmanları qəbul etmədiyini ifadə etmişdir. Baxış zamanı sol baldırın aşağı və orta 1/3-də, sol pəncənin üst səthində, sol yanaqda, sol gicgahda çapıqlar, sol ayağın V barmağının amputasiyasından sonrakı vəziyyəti izlənmiş, hərəkətlər sərbəst qeyd edilmiş, nisbi qısalıq müəyyən edilməmişdir. Nevroloji müayinə zamanı göz almalarının hərəkəti tam, göz yarıqları bərabər, nistaqm, kirpiklərin, barmaq uclarının tremoru izlənməmiş, Romberq vəziyyətində zəif dayanıqsız, reflekslər sağdan sola nisbətən daha canlı alınmış dır. Psixi statusunda psixoproduktiv əlamətlər və yaddaş pozuntusu qeyd edilməmişdir. Vətəndaş psixi şikayətlərinin olmadığını və özünü psixi sağlam hiss etdiyini bildirmişdir. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021xx.xx.2021-ci il tarixli 28356 nömrəli Çıxarışda diaqnoz “Mina partlayış travması (xx.xx.1999) nəticəsində keçirilmiş sol peroneal və tibial sinirlərin travmatik neyropatiyasının davamlı qalıqları. Sol pəncənin parezi yeriş funksiyasının pozulması ilə. Postravmatik ensefalopatiya. Sol gicgah sümüyünün sınığı və qəlpələri. Lateral topugun bitişmiş sınığı. Mərmi partlayışından sonra baldırın aşağı 1/3 metal qəlpələri, dartıcı kobud kelloid çapıq. Sol gicgah təpə nahiyəsinin metal qəlpələri. Sol tərəfli xroniki eşitmə sinirin nevriti İ-ci dərəcə ağıre şitmə” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. 2 saylı X1 xx.xx.2023xx.xx.2023-cü il tarixli Çıxarışda diaqnoz “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində yaranan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları” kimi qeyd olunmuş, öz təsdiqini tapmamışdır. 2 saylı X1 xx.xx.2023-cü il tarixli 1508 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. 2 saylı X1 xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Diffuz rezidual-orqanik tipli dəyişikliklər fonunda orta strukturların disfunksiyası, aktivləşdirici strukturların üstünlüyü qeyd olunur” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik və klinik olaraq əlillik təyinatına əsa s verən patofunksional pozuntular, psixi dəyişikliklər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
17. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Əhədova) 2024-cü il 27 noyabr tarixli, 2-1(112)-2054/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçı X4 əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
18. Birinci instansiya məhkəməsi qeyd etmişd ir ki, iddiaçıya 2014-2016-cı illərdə əlillik dərəcəsi təyin ediilmiş, sonuncu əlilliyin müddəti bitdiyi 2021-ci ildən etibarən barəsində dövlət tibb müəssisəsinin 4118003AAEQ0, F00043158QTU və V00104762MHC nömrəli göndərişləri tərtib edilmiş, həmin göndərişlər və özünün müraciəti əsasında müvafiq olaraq ekspert komissiyasında əyani müayinələr zamanı barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı qeyd edilən qərarı mübahisələndirməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən keçirilmiş iddiaçının əyani müayinə olunması ilə bağlı qərarlarından görünür ki, cavabdeh iddiaçının xəstəliyi ilə əlaqədar onu müvafiq ixtisaslamış müəssisə və ya laborator müayinəyə göndərməmiş, gəldiyi nərticələri hər hansı ixtisaslaşmış və ya inst rumental müayinənin nəticəsi olaraq müəyyən edildiyini qeyd etməmiş, iddiaçının əlillik təyinatına əsas verməyən halları “Əlilliyin müəyyən olunması meyarları”na istinadən təqdim etməmişdir. Halbuki məhkəmə icraatı gedişində əldə edilmiş məhkəmə tibbi ekspertizaların nəticəsində verilmiş rəylərdə də iddiaçıda V00104762MHC nömrəli Forma 088 göndərişində qoyulmuş diaqnozdakı xəstəliklərin ona stasionarlarda müalicəsi zamanı anamnestik, klinik, laborator-instrumental müayinələrin əsasında müəyyən edildiyindən onun həmin xəstəliklərdən hazırda əziyyət çəkməsini inkar edilmədiyi qeyd edilmişdir. Bundan əlavə sonuncu dəfə əldə edilmiş ixtisaslaşmış-psixiatrik ekspertizanın rəyinə əsasən iddiaçıda müşahidə olunan xəstəliklərin Beynəlxalq Təsnifatında kodu üzvi (travmatik mənşəli) şəxsiyyət pozunt usu -F07.0-dir. İddiaçı barəsində verilmiş xx.xx.2023cü il tarixli V00104762MHC saylı Forma 88-də qoyulmuş əsas diaqnoz və ağırlaşma onun hazırkı sağlamlıq vəziyyətinə uyğun olduğu müəyyən olunmuşdur. İddiaçıda müəyyən olunan xəstəlik 1999-cu ildə döyüş zonasında hərbi xidmət keçərkən travma alması, MN Mərkəzi Klinik Hərbi Hospitalında müalicə olunması, psixi pozuntuların özünü büruzə verməsi ilə əlaqədar 2 nömrəli X2 “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində yaranan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları” diaqnozu ilə stasionar müalicədə olması, ekspertiza rəyinə əsasən müayinə zamanı təfəkkürünün torpidliyi, nitqinin ləngiməsi, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, emosional dayanıqsızlığı, əhvali-ruhiyyəsinin aşağı olması, affektiv reaksiyalara mey lliyi, davranışı üzərində nəzarətinin zəifləməsi, İntellektual mnestik funksiyaları kobud pozulmasa da, koqnitiv funksiyalarının enməsi, astenizasiya əlamətlərinin qeyd olnması, diqqətini cəmləşdirməkdə çətinlik çəkməsi və s. kimi hallar iddiaçının hazırkı vəziyyətinin əlillik təyinatına əsas verdiyi qənaətinə gəlməyə kifayət edir. Beləliklə, iddiaçı barəsində tərtib edilmiş və əlillik təyinatı üçün əlillik alt sistemində yerləşdirilimiş xx.xx.2023-cü il tarixli V00104762MHC saylı Forma 88-dəki xəstəliklərlə (əsas diaqnoz) iddiaçının hazırkı sağlamlıq vəziyyətinin eyni olduğu məhkəmə icraatı gedişində əldə edilmiş ekspert rəyi ilə öz təsdiqini tapmışdır. İddiaçının tibbi göndərişindəki xəstəliklərin təsnifat kodları “Əlilliyin müəyyən olunması meyarları” nda göstərilən əlillik təyinatına ə sas verən xəstəliklərin təsnifatında əsas diaqnoz və qiymətləndirmə onun əlillik təyinatına əsas verir.
19. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
20. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər R.Səmədov /sədrlik edən və məruzəçi/, O.İsmayılov və X.Cəmilova) 2025-ci il 24 iyun tarixli, 2-1(103)1655/2025 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2054/2024 nömrəli, 2024-cü il 27 noyabr tarixli qərarı dəyişdirilərək İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 2-ci dərəcə (orqanizm funksiyalarının 65-80% olmaqla itirilməsi) əlilli yin xx.xx.2023-cü il tarixdən 2 il müddətinə təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
21. Apellyasiya instansiya məhkəməsi əlilliyin təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq isə qeyd etmişdir ki, məhkəmə təcrübəsində qeyd olunan məsələ ilə bağlı bir neçə müxtəlif faktiki hallara malik işlərə rast gəlinir. Birinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciətin edildiyi vəziyyətdir. Məhkəmələr imtinanı qanunsuz hesab etdikləri və iddianı təmin etmək üçün digər bütün əsasların mövcudl uğunu müəyyən etdikləri halda, cavabdehin üzərinə əlilliyin müəyyən edilməsinə dair qərar qəbul etmək öhdəliyini qoya bilərlər. Bu zaman, cavabdeh “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. İkinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciət edilməməsi, sonradan yeni göndəriş(lər)in verilməsi və həmin göndəriş əsasında sonrakı tarixlərdə əlilliyin müəyyən edilməsi vəziyyətidir. Bu zaman, bir qayda olaraq, göndərişlərin məzmununun eyniliyinə istinadla məhkəmələrdə əlilliyin təyinat tarixinin ilk göndəriş tarixinə uyğun dəyişdirilməsinə dair iddialar q aldırılır. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, hətta göndərişlərin məzmununun eyniliyi müəyyən olunsa belə, ilkin göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina barədə qərar mübahisələndirilmədən əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair iddialar təmin edilə bilməz. Belə ki, inzibati orqanın əvvəlki imtina qərarı "İnzibati icraat haqqında" Qanunun 64-cü maddəsinə görə inzibati akt kimi özünün hüquqi qüvvəsini saxlayır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Üçüncü hal isə bir neçə göndərişin verilməsinə baxmayaraq, hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdiyi vəziyyətdir. Bununla bağlı olaraq isə nəzərə alınmalıdır ki, əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir. Beləliklə, məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş sonuncu imtina qərarı təşkil etdiyindən, onun barəsində sonuncu göndəriş üzrə sonuncu imtina xx.xx.2023-cü il tarixdə imzalandığından, əlilliyin təyinat tarixinin sonuncu imtina tarixi nəzərə alınmaqla təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçıda əsas diaqnozun ağırlaşması olan F07.8 ekspert rəyi, həmçinin tibbi sənədləri ilə müəyyən edildiyindən, diaqnoz üzrə “Əlilliyin müəyyən olunması Meyarları”nın 7.6.2.2-ci bəndində göstərilən qiymətləndirmə üzrə orqanizm funksiyalarının 65-80% olmaqla 2 il müddətinə itirilməsi müəyyən edildiyindən, iddiaçıya da əlillik təyinatı zamanı həmin faiz və müddət göstəricisi nəzərə alınmalıdır.
23. Əlilliyin səbəbli əlaqəsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, bu hal mübahisəli deyildir. Belə ki, cavabdeh inzibati orqan şəxsdə olan xəstəliyin məhz Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1993-cü il tarixli 842 nömrəli xəstəli k haqqında Şəhadətnaməsində qeyd edilən xəstəliklə bağlı olmasını inkar etmir. Bundan əlavə əvvəlki əlillik dərəcəsinin təyini zamanı da iddiaçının əlilliyinin səbəbi kimi hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar olduğu qeyd edilmişdir. Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə zamanı “Mina partlayışı nəticəsində başın və hər iki aşağı ətrafların çoxsaylı qəlpə yaralanması, sol baldır sümüklərinin aşağı 1/3-nin açıq yerini dəyişən sınığı” diaqnozu qoyulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2054/2024 saylı, 27 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilməli, İddiaçı hərbi xidmət vəzifələrini y erinə yetirməklə əlaqədar 2-ci dərəcə (orqanizm funksiyalarının 65-80% olmaqla itirilməsi) əlilliyin xx.xx.2023-cü il tarixdən 2 il müddətinə təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir.
24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
25. Kassasiya şikayəti iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun şəkildə əsaslandırılmışdır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edi lməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”:
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial eksper tiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməkl ə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd: 1.1. əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd: 3.1. anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, z ədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 30. “Əlilliyin müəyyən olunma sı meyarları”na “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə dair Əlavə: Bənd
13. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular: 7.6.2.1 əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) (orqanizm funksiyalarının 35-60 % olmaqla itirilməsi) – 2 il müddətinə əlillik təyini üçün əsasdır. 7.6.2.2 məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impu lsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti (orqanizm funksiyalarının 65-80 % olmaqla itirilməsi) – 2 il müddətinə əlillik təyini üçün əsasdır.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstə qil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Ma ddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə ria yət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apelly asiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
37. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlillik təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri tə krarlamağa lüzum qalmır.
38. Apellyasiya instansiya məhkəməsi ilə razılaşan Kollegiya qeyd edir ki, iddiaçının səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapır və həmin diaqnoz şəxsə əlillik təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundur. Bu səbəbdən də cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
39. Bununla belə, məhkəmə kollegiyası bildirir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçıya münasibətdə orqanizm funksiyalarının hansı faiz aralığında pozulması, əlilliyin neçə ilə müddətinə təyin olunması və əlilliyin səbəbli əlaqəsi düzgün göstərilsə də, əlilliyin təyin edilmə tarixi yalnış müəyyən edilmişdir.
40. Belə ki, iddiaçının əlillik vəziyyət inə sonuncu dəfə xx.xx.2023-cü il tarixli göndəriş əsasında baxılmış və xx.xx.2023-cü il tarixdə imtina verilmişdir.
41. Kollegiya qeyd edir ki, əlillik müayinənin nəticəsi olaraq təyin edilməli olduğundan, hazırkı məhkəmə araşdırmasının predmetini sonuncu göndəriş əsasında keçirilmiş müayinə nəticəsində verilmiş xx.xx.2023-cü il tarixli imtina təşkil etdiyindən və apellyasiya instansiyası məhkəməsi də məhz həmin imtinanın əsassız olduğu nəticəsinə gəldiyindən, iddiaçıya əlillik xx.xx.2023-cü il tarixdən təyin edilməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 24 iyun tarixli, 21(103)-1655/2025 nömrəli qərarı dəyişdirilsin. İddiaçı hərbi xidmət vəzifələrini ye rinə yetirməklə əlaqədar 2-ci dərəcə (orqanizm funksiyalarının 65-80% olmaqla itirilməsi) əlilliyin xx.xx.2023-cü il tarixdən 2 il müddətinə təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərar qətidir.