Məhkəmə qərarları › İş №2-1(102)-3257/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3257/2024

19.12.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3257/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət kadastr və reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasının mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (X5, X3, X6, X4) “ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət kadastr və reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-323/2024 nömrəli qərarından iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2012-ci il tarixli 95 nömrəli sərəncamdan çıxarışdan müəyyən olunur ki, iddiaçı və ailə üzvlərinə mənzilə daimi yaşamaq hüququ verən order verilmişdir.

2. Yevlax şəhəri H.Əliyev prospekti ev 54, 1 nömrəli mənzilinə dair tərtib edilmiş xx.xx.201 2-ci il tarixli 31 nömrəli orderin təsdiq olunmuş surətindən görünür ki, order İH başçısının xx.xx.2012-ci il tarixli 95 nömrəli sərəncamı əsasında verilmişdir. Orderdə ailə tərkibi 5 nəfərdən ibarət olaraq göstərilmiş, order İddiaçı, X7, X3, X6, X1 verilmişdir.

3. Yevlax Şəhər İHB aparatının xx.xx.2024-cü il tarixli məktubundən görünür ki, Yevlax şəhəri H.Əliyev prospekti ev 54, 1 nömrəli mənzilin yerləşdiyi yaşayış binası Yevlax Şəhər İcra Hakimiyyətinin balansındadır və həmin mənzil dövlət mənzil fonduna aiddir.

4. İddiaçı mənzili özəlləşdirmək məqsədi ilə aidiyyəti üzrə cavabdehə müraciət etmişdir.

5. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubuna əsasən tələbi təmin olunmamışdır.

6. İmtina məktubu onunla əsaslandırılmışdır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbayc an Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Ərizəyə əlavə edilən orderin surətindən göründüyü kimi, 31 saylı order iddiaçıya, xx.xx.2012-ci il tarixində Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 95 nömrəli sərəncamı əsasında verilmişdir. xx.xx.2009-cu il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış mənzilinə order verilməsi isə nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət kadastr və reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzilə Yevlax Şəhər icra Hakimiyyəti tərəfindən xx.xx.2012-cı il tarixli, 95 saylı sərəncamla iddiaçı və ailə üzvlərinə xx.xx.2012-ci il tarixli 31 saylı order verilmişdir. İddiaçı hazırda həmin sənədlərə əsasən mənzilinə çıxarış və texniki pasport verilməsini istəyir. Bu məqsədlə o, cavabdehə müraciət etsə də, bütün sənədləri qaydasında olmasına baxmayaraq on un müraciətinin icrasından imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdehin etirazları:

9. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaya qarşı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi hüquqların qeydiyyatı üçün əsas hesab edilir.

10. Ərizəyə əlavə edilən orderin surətindən göründüyü kimi, 31 saylı order iddiaçıya xx.xx.2012-ci il tarixində Yevlax şəhər İc ra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 95 saylı sərəncamı əsasında verilmişdir. xx.xx.2009-cu il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış mənzilinə order verilməsi isə nəzərdə tutulmamışdır.

11. Hazırkı işdə isə, sözügedən mənzilin iddiaçıya 2012-ci il tarixli müvafiq sərəncamla verildiyi müəyyən edilir. Bu isə onu deməyə əsas verir ki, həmin mənzil iddiaçıya əvvəllər hər-hansı hüquq müəyyənedici sənəd əsasında verilməmişdir. Mənzilin iddiaçıya ayrılmasını təsdiq edən yeganə sənəd Yevlax Şəhər icra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 95 nömrəli sərəncamı və onun əsasında verilmiş xx.xx.2012-ci il tarixli orderdir ki, həmin sənədlər də Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra verildiyindən iddiaçının tələb hüququnun əsası kimi çıxış edə bilməzlər. Ona görə də, məhkəmədən iddia tələbinin rədd olunması barədə qərarın çıxarılmasını xahiş edirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-999/2024 nömrəli qərarı ilə iddiaçının cavabdehə qarşı “ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət kadastr və reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya icti mai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderini və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir.

14. Hazırkı işdə isə, sözügedən mənzilin iddiaçıya 2012-ci il tarixli müvafiq sərəncamla verildiyi müəyyən edilir. Bu isə onu deməyə əsas verir ki, həmin mənzil iddiaçıya əvvəllər hər hansı hüquq müəyyənedici sənəd əsasında verilməmişdir. Mənzilin iddiaçıya ayrılmasını təsdiq edən yeganə sənəd Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 95 nömrəli sərəncamı və onun əsasında verilmiş xx.xx.2012-cu il tarixli 31 nömrəli orderdir ki, həmin sənədlər də Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra verildiyindən iddiaçının tələb hüququnun əsası kimi çıxış edə bilməzlər.

15. Eyni zamanda həmin sərəncamda mənzillərin şəx slərin mülkiyyətinə verilməsi barədə göstəriş olmamışdır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs deyildir. Yəni, iddiaçının xx.xx.2009-cu il tarixədək belə hüququ olmamış, verilmiş order isə ona bu hüququ yaratmamışdır.

16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-323/2024 nömrəli qərardadı ilə X7, X3, X6 və X4 iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb ediliblər.

18. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-323/2024 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-999/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

21. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında mənzilə dair order mövcuddur. O, bu orderi Yevla x şəhər İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 95 nömrəli sərəncamına müvafiq olaraq əldə etmişdir. Yevlax rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən orderdə 5 nəfər ailə üzvü olmaqla ona rəsmən verilmişdir. Qeyd olunan yaşayış binası Yevlax şəhər İcra Hakimiyyətinin balansında olmaqla Dövlət Mənzil Fonduna aiddir. İddiaçı onlara verilmiş mənzilə 12 ildən artıqdır ki, orada yaşamaqla istifadə etməklə sahiblik edir. 22. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınma z Əmlakın üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. b) kassasiya şikayətinə etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sa həsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;...”

25. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş). Yekun müddəalar: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun ya şayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

30. İddiaçı ona verilmiş mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.

31. Sözügedən mənzilin iddiaçıya 2012-ci il tarixində verilmiş müvafiq sərəncamla verildiyi müəyyən olunur. Həmin mənzil iddiaçıya əvvəllər hər-hansı hüquqmüəyyənedici sənəd əsasında verilməmişdir. Mənzilin iddiaçıya ayrılmasını təsdiq edən yeganə sənəd Yevlax şəhər icra hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 95 nömrəli sərəncamı və onun əsasında v erilmiş xx.xx.2012-ci il tarixli 31 nömrəli orderi olmuşdur. Buradan da görünür ki, həmin sənədlər Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra yəni 2009-cu il oktyabrın 1-dən sonra verildiyindən iddiaçının tələb hüququnun əsası kimi çıxış edə bilməzlər.

32. Cavabdeh öz növbəsində hesab edir ki, mənzilin lazımi hüquqmüəyyənedici sənədləri təqdim edilmədiyindən ərizənin icrası mümkün deyil.

33. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəl məsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

34. Eyni zamanda həmin sərəncamda mənzillərin şəxslərin mülkiyyətinə verilməsi barədə göstəriş olmamışdır.

35. Azərbaycan Respublikası Dövlət X2 məhkəmə kollegiyasına daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-48-DA-15F/2-74/2024 nömrəli arxiv arayışından görünür ki, Dövlət Arxivində mühafizə olunan Yevlax şəhər İcra Hakimiyyətinin xx.xx.2012-ci ildən əvvəlki sərəncam kitabları yoxlanılmış, İddiaçı və onun ailə üzvlərinin mülkiyyəti haqqında heç bir sənəd aşkar edilməyib.

36. Göründüyü kimi, mübahisə predmeti olan mənzil sahəsinin cavabdeh orqan tərəfindən müvafiq qeydiyyata alınması üçün iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim etdiyi yeganə sübut Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 95 nömrəli sərəncamı əsasında verilmiş xx.xx.2012-ci il tarixli 31 nömrəli orderdir. Həmin sənəddən əvvəlki tarixə, yəni 2009-cu il oktyabrın 1-dən əvvələ həmin mənzilə dair hər hansı hüquqmüəyyənedici sənəd iddiaçı tərəfindən təqdim edilməmişdir.

37. Beləliklə, mübahisə üzrə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə mübahisə predmeti olan daşınmaz əmlakın iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyil.

38. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətini n dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-323/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar