Məhkəmə qərarları › İş №2-1(102)-3270/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3270/2025

20.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3270/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsinə dair istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1319 saylı sərəncamına əsasən Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsindən daimi istifadə hüquqlarının yaşayış məntəqəsi torpaqları olmaqla İddiaçı MMC-nin adına Dövlət Reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 19 iyun tarixli, 2-1(103)2007/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının 1319 nömrəli, xx.xx.1994-cü il tarixli "xxxx" kiçik müəssisəsinə Şüvəlan qəsəbəsinin cənub hissəsində torpaq sahəsinin ayrılması barədə” Sərəncamına əsasən, "xxxx" kiçik müəssisəsində fəaliyyətlərini genişləndirmək məqsədi ilə Şüvəlan qəsəbəsinin cənub hissəsində 10 ha torpaq sahəsi ayrılması qərara alınmışdır.

2. Şüvəlan qəsəbəsində fəaliyyət göstərən "xxxx" k/m-nin istifadəsində olan torpaq sahəsinin sxemi və baş plandan çıxarış Əzizbəyov RİH Rayon Təsərrüfatı şöbəsi tərəfindən təsdiq edilmişdir.

3. JN-1200 KOD 00306016 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair “ Dövlət Aktına əsasən, "xxxx" kiçik müəssisəsinə Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsinin cənub hissəsində Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1994-cü il tarixli, 1028 saylı Sərəncamı ilə cizgidə göstərilən sərhəd daxilində 10.00 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı və müəssisənin nizamnamədəki digər fəaliyyəti üçün verilib. 4. "xxxx" kiçik müəssisəsinin təsisçisinin xx.xx.2004-cü il tarixli Qərarına əsasən "xxxx" kiçik müəssisəsinin bazasında onun hüquqi varisi olan İddiaçı MMC yaradılmışdır.

5. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2016-cı il tarixli, **********444800 nömrəli çıxarışından görünür ki, İddiaçı MMC (bundan sonra – iddiaçı) ********** nömrəli VÖEN ilə dövlət qeydiyyatına alınmışdır.

6. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2024-cü il tarixli, **********847200 nömrəli çıxarışından görünür ki, İddiaçı MMC *** ******* nömrəli VÖEN ilə dövlət qeydiyyatına alınmışdır.

7. İddiaçı MMC cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, “Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994 tarixli, 1319 saylı sərəncamına əsasən "xxxx" kiçik müəssisəsinə ayrılmış Bakı şəhəri Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsinə daimi istifadə hüququnun onun, yəni İddiaçı MMC-nin adına dövlət reyesterində qeydiyyatına alınması xahiş etmişdir.

8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra – cavabdeh) iddiaçıya ünvanlandığı xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-14459/2024 **********59 nömrəli məktubuna əsasən bildirilmişdir ki, təqdim olunmuş sənədlərdə hüquqi şəxsin təşkilati-hüquqi formasında uyğunsuzluq mövcuddur. Belə ki, Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının 1319 nömrəli, xx.xx.1994-cü il tarixli Sərəncamı və torpaqdan daimi istifadə hüququna dair JN1200 nömrəli Dövlət Aktında torpaq sahəsinin "xxxx" Kiçik Müəssisəsinə ayrıdlığı qeyd olunsa da, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2016-cı il tarixli çıxarışında, etibarnamə və ərizədə isə İddiaçı MMC kimi qeyd olunmuşdur. Odur ki, hüquqi şəxsin keçidlə bağlı əlaqələndirici sənəd təqdim edilməlidir. Bundan başqa, hüquqi şəxsin təsis sənədləri təqdim edilməmiş və ərizə hüquqi şəxsin möhürü ilə təsdiqlənməmişdir. 9. 22.07.2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etd irən müayinə (baxış) aktı”nda qeyd edilmişdir ki, torpaq sahəsi mişar daşı ilə hasara alınıb, bir mərtəbəli gözətçi otağı mövcuddur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı MMC cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Əzizbəyov ( Xəzər ) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994 tarixli, 1319 saylı sərəncamına əsasən, Bakı şəhəri Şüvəlan qəsəbəsində yerləşən 10 hektar torpaq sahəsindəki daimi istifadə hüququnun, yaşayış məntəqəsi torpaqları olmaqla, İddiaçı MMC-nin adına dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

11. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1319 saylı sərəncamına əsasən Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsindən daimi istifadə hüquqlarının yaşayış məntəqəsi torpaqları olmaqla İddiaçı MMC-nin adına Dövlət Reyestrində qeydiyyata alınması öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi”ni xahiş etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2024-cü il 20 dekabr tarixli, 2-1(112)-12458/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

13. Cavabdeh məhkəməyə vəsatət təqdim edərək, Əmlak Məsələləri Dövlət Xidmətinin 3-cü şəxslər qismində inzi bati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 2024-cü il 20 dekabr tarixli, 2-1(112)-12458/2024 nömrəli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə cavabdehin vəsatəti təmin edilməmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1319 saylı sərəncamına əsasən, Bakı şəhəri Şüvəlan qəsəbəsində yerləşən 10 hektar torpaq sahəsi iddiaçının daimi istifadəsinə verilmişdir. Torpaq sahəsinin ətrafına daş hasar çəkilmiş və müəssisənin vəsaiti hesabına yararlı vəziyyətə gətirilmişdir. Torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarına aiddir. 2024-cü ilin fe vral ayında hazırkı tələb ilə bağlı cavabdehə müraciət edilmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

16. Cavabdehin iddia tələbinə yazılı etirazında göstərilmişdir ki, təqdim edilmiş Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli sərəncamının nömrəsi “1319”, “Torpaqdan daimi istifadəyə dair JN-1200 (kod ********) nömrəli Dövlət Aktı”nda istinad edilən sərəncamın nömrəsi isə “1028” kimi qeyd edilmişdir. Eyni zamanda, torpaq sahəsinin sənəd üzrə sahəsi 10 ha qeyd edilsə də, faktiki 9.58 ha təşkil edir. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi“yaşayış məntəqələrinin torpaqları” k ateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Sahənin qeydiyyatı barədə məlumat yoxdur. Təqdim edilmiş Dövlət Aktının elektron baza məlumatı yoxdur. Həmçinin müvafiq torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olduğundan Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi məqsədəuyğundur. Əlavə olaraq torpaq sahəsinə ********** nömrəli ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti daxil olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

17. Bakı İnzibati Məhkəməsinin (hakim:M.Hacıbəyova) 2024-cü il 20 dekabr tarixli, 2-1(112)-12458/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

18. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, torpaq sahəsinin iddiaçıya ayrılması barədə yuxarıda göstərilən sərəncamın nömrəsinin dövlət aktında fərqli göstərilməsi, onun təqsiri nəticəsində olmamış və bu hal onların mülkiyyət hüquqlarının pozulmasına və digər hüquqi problemlərə səbəb olmamalıdır.

19. Həmçinin, cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Halbuki iddiaçının adına torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırm alı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

20. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 21(112)12458/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (E.Ə.Əliyev/məruzəçi və sədrlik edən/, G.M.Abbasova və A.P.Oruczadə) 2025-ci il 19 iyun tarixli, 2-1(103)2007/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)12458/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və eyni zamanda hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən təqdim olunmuş 3-21-2-2-1/2-39638/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı (VÖEN **********) xx.xx.2004-cü il tarixli nizamnaməsinə əsasən "xxxx" Kiçik Müəssisəsinin bazasında yaradılmış və hüquqi varisidir.

23. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, torpağın ayrılmasını və hüququn qeydə alınmasını müəyyən edən (Sərə ncam və “Dövlət Aktı”) hüquq müəyyənedici sənədlər hazırda qüvvədə olduğundan, yəni ləğv və ya etibarsız hesab edilmədiyindən, həmçinin topraq sahəsi bələdiyyə və ya digər şəxslər üçün ayrılmış torpaq sahələri ilə üst-üstə düşmədiyindən, həmçinin həmin vaxtdan iddiaçının istifadəsində olduğundan iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququna dair gözləntisi olmuş və həmin gözləntiyə dair etimad hüququnun qanunla qorunmasını istisna edən hallar müəyyən olunmamışdır.

24. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını ma hiyyətcə onun apellyasiya şikayətində irəli sürdüyü dəlillər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qey diyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyət i orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (152.3.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.(152.4.) sərəncam hüququ - əmlakın (əşyanın) müqəddəratını təyin etməyin hüquqi cəhətdən t əmin edilmiş imkanıdır. hüquqi 29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

30. İnzibati-Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

32. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsi ndə məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırma ları yetərli hesab olunur.

35. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə mübahisəli torpaq sahəsinə dair daimi istifadə hüquqlarının qeydə alınması ilə bağlı apellyasiya məhkəməsi cavabdehin dəlillərini və işin hallarını lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

36. Bununla belə məhkəmə kollegiyas ı şikayətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

37. Kollegiya cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.

38. Göründüyü kimi, qanunvericilik “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı”nın hüququn qeydə alınmasının əsası kimi müəyyən etmişdir.

39. İş materiallarından görünür ki, Bakı şəhəri Əzizbəyov rayo nu İcra Hakimiyyəti Başçısının 1319 nömrəli, xx.xx.1994-cü il tarixli "xxxx" kiçik müəssisəsinə Şüvəlan qəsəbəsinin cənub hissəsində torpaq sahəsinin ayrılması barədə” Sərəncamına əsasən, "xxxx" kiçik müəssisəsində fəaliyyətlərini genişləndirmək məqsədi ilə Şüvəlan qəsəbəsinin cənub hissəsində 10 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. Şüvəlan qəsəbəsində fəaliyyət göstərən "xxxx" k/m-nin istifadəsində olan torpaq sahəsinin sxemi və baş plandan çıxarış Əzizbəyov RİH tərəfindən təsdiq edilmişdir. "xxxx" kiçik müəssisəsinə Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsinin cənub hissəsində Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1994-cü il tarixli, 1028 saylı Sərəncamı ilə ayrılmış torpaq sahəsinin səlahiyyətli dövlət orqanı tərəfindən JN-1200 KOD 00306016 nömrəli “Torpaqdan daimi ist ifadə hüququna dair“ Dövlət Aktı tərtib edilmişdir.

40. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin 2 iyun 2025-ci il tarixli, 3-21-2-2-1/2-39638/2025 nömrəli məktubdan göründüyü kimi İddiaçı "xxxx" kiçik müəssisəsinin hüquqi varisidir.

41. Eyni zamanda iddiaçının istifadə hüququnun qeydiyyata alınması üçün halhazırda qüvvədə olan Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin Sərəncamının və “Torpaqdan daimi istifadə hüququna dair“ Dövlət Aktının hər hansı səlahiyyətli subyekt tərəfindən mübahisələndirilməsi ilə əlaqədar iş materiallarında hər hansı bir məlumat mövcud deyildir.

42. Beləliklə, iddiaçıya məxsus hüquqmüəyyənedici və hüquqtəsdiqedici sənədlər qanunla müəyyən olunm uş qaydada mübahisələndirilmədiyindən, ləğv olunmadığından, geri çağırılmadığından, dəyişdirilmədiyindən və ya etibarsız sayılmadığından, həmin hüquqmüəyyənedici və hüquqtəsdiqedici sənədlər “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur.

43. Kollegiya onu da qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir.

44. Kassasiya şikayətinin “Dövlət Aktı”nın elektron baza məlumatlarının olmaması ilə bağlı dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, bu hal iddiaçının məsuliyy ət sferasına aid edilə bilməz. Belə ki, qanunvericilikdə həmin məlumatların elektron bazaya yığılması, işlənməsi, emal olunması və s. bu kimi məsələlər aidiyyəti dövlət orqanının səlahiyyətlərinə aid edilmişdir.

45. Beləliklə, qanuni əsaslarla iddiaçının istifadəsinə verilmiş və hüquqtəsdiqedici sənəd əsasında daimi istifadəsində olan torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün əsaslar mövcud olmadığından, cavabdehin həmin hüquqların qeydə almasından imtinası qanunsuz və əsassız olmuş, həmin torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

46. Odur ki, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məh kəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 19 iyun tarixli, 21(103)-2007/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar