Məhkəmə qərarları › İş №2-1(102)-3279/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3279/2025

28.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3279/2025 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Cavabdehnə (üçüncü şəxslər X7 və Abbasov Zamir Məmməd oğlu) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarının ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Cavabdehnə (üçüncü şəxslər X7 və Abbasov Zamir Məmməd oğlu) qarşı “qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2 -1(103)1003/2025 nömrəli qərarından üçüncü şəxs Abbasov Zamir Məmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Binəqədi rayonu Cavabdeh 1778/1 nömrəli, 17 noyabr 2005-ci il tarixli “Vətəndaş İddiaçı torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” sərəncamın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən 900 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikinti üçün vətəndaş İddiaçı alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır. 2. “Torpaqların alqı-satqısına dair” aktın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ərazisində 900 kv.m torpaq sahəsinin satılması barədə 2005-ci il 17 noyabr tarixli, 1778/1 nömrəli qərara əsasən İddiaçı ilə Cavabdeh arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Akt Bələdiyyənin möhürü ilə təsdiq edilmişdir.

3. Bakı şəhəri Binəqədi rayonu Cavabdeh AİT seriyalı, 678576 nömrəli kassa mədaxil orderinin qəbzinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən torpağın dəyəri olan üç milyon iki yüz min manat pul məbləği ödənilmişdir. Buna dair Cavabdeh tərəfindən qəbz verilmişdir.

4. Torpaq sahəsinin planının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Binəqədi rayonu Cavabdeh tərəfindən İddiaçı təklif olunan 900 kv.m torpaq sahəsinin planı Cavabdeh mütəxəssisi tərəfindən tərtib edilərək Bələdiyyə tərəfindən təsdiq edilmişdir.

5. Bakı şəhəri Binəqədi rayonu Cavabdeh t ərəfindən verilmiş 876 nömrəli, 06 sentyabr 2019-cu il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həqiqətən də Cavabdeh 1778/1 saylı, 17 dekabr 2005-ci il tarixli sərəncamı ilə onun adına 900 kv.m torpaq sahəsi ayrılmışdır.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(001)4535/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 cavabdehlər Cavabdeh və İddiaçı qarşı “özbaşına tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1152/2022 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, e-2(001)-4535/2021 nömrəli qətnaməs i mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)3632/2022 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1152/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Cavabdeh xx.xx.2022-ci il tarixli 01 saylı qərarından görünür ki, vətəndaş İddiaçı Mehrəli oğlunun adına rəsmiləşdirilmiş 1778/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncamın etibarsız sayılaraq ləğv edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı (bundan sonra – “iddiaçı”) Bakı şəhəri Binəqədi rayonu Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri Binəqədi rayonu Cavabdeh 17 noyabr 2005-ci il tarixli, 1778/1 saylı sərəncamına əsasən ona fərdi yaşayış evi tikintisi üçün ayrılmış 0.09 ha torpaq sahəsinə dair sərəncamın ləğv edilməsi barədə Bakı şəhəri Binəqədi rayonu Cavabdeh 25 yanvar 2022- ci il tarixli 01 saylı qərarının qanunsuz olduğu üçün ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Cavabdeh 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı qərarına əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı qaydasında 900 kv.metr torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinin pulunu Cavabdeh hesabına ödədikdən sonra onunla alqı-satqı müqaviləsi bağlanmış və torpağın ayrılmasına dair sahənin planı (cizgisi) tərtib edilərək ona verilmişdir. Bundan so nra həmin torpaq sahəsini daş hasara alaraq müəyyən abadlıq işləri görmüş və giriş-çıxış qapısı qoymuşdur. Torpaq sahəsində tikinti-abadlıq işləri apararkən heç kəs ona bir söz deməmiş və o da öz işlərini görmüşdür. Lakin 2021-ci ilin may ayında vətəndaş X9 ona və Cavabdehnə qarşı özbaşına tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi tələbinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmışdır. Binəqədi Rayon Məhkəməsi tərəfindən müvafiq araşdırma aparıldıqdan sonra 04 noyabr 2021-ci il tarixli, e-2(001)-4535/2021 saylı qətnamə ilə onun iddiası rədd edilmiş və qətnamədən verilmiş apellyasiya şikayəti də təmin edilməyərək qətnamə qüvvədə saxlanılmışdır. Onun qanuni istifadəsində olan torpaq sahəsini bir qrup “maklerlər” ələ keçirmək istəy irlər və bu şəxslərə də Cavabdeh müəyyən vəzifəli şəxsləri havadarlıq edirlər. Belə ki, Cavabdeh sədrinin səlahiyyətlərini icra edən Rəşad İsayevin və həmin Bələdiyyənin hüquqşünası Natiq Kazımovun birgə imzaladıqları və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanladıqları 09 iyul 2021-ci il tarixli məktubdan görünür ki, bu şəxslər özlərinin verdikləri qanuni sənədləri “hansısa maraqlar” səbəbi ilə şübhə altına almağa çalışırlar. Məktubda qeyd edilir ki, Cavabdeh arxivində 1778/1 saylı sərəncam aşkar olunmuş, lakin alqı-satqı müqaviləsi bağlanmadığı üçün sərəncam yarımçıq saxlanılmış və guya ona torpaq sahəsi ayrılmamışdır. İddiaçı torpaq sahəsinin ayrılması barədə Cavabdeh 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı qərarını, torpaqların alqı-satqısına dair Aktı, torpağın dəyərinin ödənilm əsi barədə pulun qəbzini, torpağın planını (cizgisini), 06 sentyabr 2019-cu il tarixli 876 saylı Cavabdeh arayışını və torpaq vergisinin ödənilməsi barədə qəbzin surətini Binəqədi Rayon Məhkəməsinə təqdim etmişdir. İş məhkəmədə araşdırılan zaman Cavabdeh sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Rəşad İsayev öz səlahiyyətlərini aşaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X4 11 yanvar 2022-ci il tarixli 09/M-2578 saylı Cavabdehnə ünvanladığı qanunsuz tövsiyə məktubunu araşdırmaq adı altında ona ayrılmış torpaq sahəsinə dair Cavabdeh 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı sərəncamını 25 yanvar 2022-ci il tarixli 01 saylı qərarı ilə ləğv etmişdir. Bələdiyyə tərəfindən sözügedən qərar qəbul edilərkən heç bir əsaslı araşdırma aparılmamış, sadəcə özlərinin formal mülahizələrinə əs aslanmaqla belə bir qərar qəbul etmişlər. Əgər məktubda qaldırılan məsələ obyektiv araşdırılsaydı, onda iddiaçı da dəvət olunmalı və onda olan sənədlərə münasibət bildirilməli idi. Bu hal qərarın özündən də açıq-aydın görünür. Belə ki, qəbul edilmiş qərarın nəticə hissəsində qeyd edilir ki, onun adına rəsmiləşdirilmiş 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı sərəncam “etibarsız edilərək ləğv” edilmişdir. Qərarda göstərilən bu ifadə bir daha sübut etməyə əsas verir ki, bələdiyyə işi dərindən araşdırmamış, real olmayan əsaslar göstərməklə sərəncamın qanunsuzluğunu izah etməyə çalışmışdır. Cavabdeh özü məhkəmədə cavabdeh olduğu və iş məhkəmədə araşdırıldığı halda belə qanunsuz qərar qəbul etmişdir. X4 qeyd olunan hadisə ilə bağlı belə bir tövsiyə məktubu yazması və Binəqədi rayonu Cavabdeh 2 5 yanvar 2022-ci il tarixli 01 saylı qərarı inzibati hüququn təməl prinsiplərinə, həmçinin dövlət hakimiyyətinin məqsədlərinə və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun normalarına zidd olaraq verilmişdir. Məhkəmə qətnamələrində X3 həmin torpaq sahəsinə heç bir subyektiv hüququnun olmaması qət edilmişdir. Belə olan halda, X3 “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.2-ci maddəsində göstərilən hüquqlarının pozulması halı mövcud deyildir. Lakin buna baxmayaraq Pərvanə Məmmədovanın əsassız müraciətinə X11 tərəfindən baxılmış, həmin qurum tərəfindən verilən qanunsuz tövsiyə məktubu əsasında iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə dair Binəqədi rayon Cavabdeh 17 noyabr 2005-ci i l tarixli 1778/1 saylı qərarı Bələdiyyənin 25 yanvar 2022-ci il tarixli 01 saylı qərarı ilə ləğv edilmişdir. Bələdiyyələrin fəaliyyətinə nəzarət edən qurum iki halda tövsiyələrini bələdiyyələrə təklif edə bilər. Birinci halda bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə, ikinci halda isə ictimai mənafelərə ziyan vursun. Həmin maddənin təməl prinsipi ondan ibarətdir ki, inzibati hüquq vətəndaşla dövlət arasında olan münasibətləri tənzimləyir və həmin münasibətlərdə vətəndaş zəif mövqedə olduğundan hüquqların bərabərliyi, bir çox hallarda isə şəxslərin hüquq və azadlıqları üstün tutulur. Bu hüquq və azadlıqların pozulmasına qətiyyən yol verilmir. Hazırkı mübahisədə hər iki mövqedə vətəndaş hüquqları dayandığından X4 verdiyi tövsiyə məktubu və bunun əsasında Cavabdeh tərəf indən qəbul edilən akt heç bir hüquqla qorunan mənafedən çıxış etmir. Başqa sözlə deyilsə, ortada nə dövlət marağı, nə də hər hansı ictimai maraq vardır. X4 və Cavabdeh bir vətəndaşın hüquqlarını qanunsuz “bərpa etmək” naminə digərinin qanuni hüquqlarını pozmaq səlahiyyətinin olması heç bir mövcud və qüvvədə olan qanunvericilik aktlarında yer almamışdır. Binəqədi rayonu Cavabdeh 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı qərarına əsasən ona fərdi yaşayış evi tikintisi üçün ayrılmış 0,09 ha torpaq sahəsinə dair sərəncamın ləğv edilməsi barədə Binəqədi rayon Cavabdeh 25 yanvar 2022-ci il tarixli 01 saylı qərarı Azərbaycan Respublikasının Konsitutsiyasına, həmçinin mövcud inzibati qanunvericiliyin normalarına zidd olduğundan qanunsuz hesab edilməli və bələdiyyənin həmin qərarı ləğv edilməlidir.

12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7848/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – A.Abdullayeva).

13. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin (İnzibati icraatda maraqlı şəxslərin iştirakı) müddəalarına əməl edilməmiş, inzibati icraatın aparılmasında maraqlı şəxs kimi iddiaçının iştirakı təmin edilməmiş, mülahizələri dinlənilməmiş, o, inzibati icraatla bağlı məlumatlandırılmamışdır.

14. Eləcə də, cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş iddiaçı X3 iddiası üzrə qəbul edilmiş məhkəmə qətnamələrindən cavabde hin məlumatı olmuş, hətta Binəqədi Rayon Məhkəməsində aparılmış icraat zamanı Bələdiyyə iddia ərizəsinə qarşı öz yazılı mülahizəsini təqdim etməsinə baxmayaraq, apardığı icraat zamanı sözügedən hallara qiymət verməmiş, sübutları tam həcmdə araşdırmamışdır. Belə olan təqdirdə, cavabdehin mübahisəli inzibati aktı yuxarıda qeyd edilən nüanslar nəzərə alınmadan, qanunvericiliyin normaları kobud surətdə pozularaq qəbul edildiyindən, iddia tələbi əsaslı hesab olunmaqla təmin edilməlidir.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.202 3-cü il tarixli, 21(103)-1690/2023 nömrəli qərardadı ilə X7 və Abbasov Zamir Məmməd oğlu üçüncü şəxs qismində adi cəlbetmə qaydasında işə cəlb olunmuşlar.

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-66/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7848/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış və iddia rədd edilmişdir (sədrlik edən – C.Yusifov, hakimlər – İ.Şirinov, R.Səmədov).

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə görə, mübahisəli torpaq sahəsinin ayrılma sı üçün birincisi, torpaq bələdiyyəyə məxsus mülkiyyət kimi qeydə alınmış olmalı, ikincisi, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra, yalnız bələdiyyə üzvlərinin iclasında qəbul edilmiş kollegiаl qərar əsasında istifadəyə və ya mülkiyyətə verilə bilər. İş materiallarına əsasən isə cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması barədə 1178/1 nömrəli 17 noyabr 2005-ci il tarixli sərəncam qəbul edilərkən, Əsasnamənin qeyd olunan tələblərinə riayət olunduğu müəyyən edilmir.

19. Bundan əlavə, apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən alınmış mütəxəssis rəyindən göründüyü kimi, vahid elektron kadastr məlumatları na əsasən göstərilən sahə dövlət mülkiyyəti torpağıdır. Belə olan halda, cavabdeh bələdiyyənin mübahisələndirilən sərəncamı qəbul etməkdə heç səlahiyyəti də mövcud olmamışdır.

20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsində birinci icraat

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024cü il tarixli, 2-1(102)-2477/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-66/2024 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən – K.Bədəlov, hakimlər – N.Rə sulbəyova, Z.Quliyev).

22. Qərarda qeyd olunmuşdur ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan iddianın mahiyyəti üzrə qiymətləndirilməsi zamanı, yəni inzibati aktın qanuniliyinə qiymət verilərkən sahəvi qanunvericilik normalarının düzgün tətbiq edilib-edilməməsi ilə yanaşı, inzibati icraat haqqında qanunvericiliyin tələblərinin gözlənilibgözlənilmədiyi də müəyyən edilməlidir. Başqa sözlə, iddianın əsaslığının yoxlanılması çərçivəsində məhkəmələr tərəfindən mübahisələndirilən qərarın (hərəkət və ya hərəkətsizliyin) həm formal-hüquqi, həm də maddi-hüquqi baxımdan qanunauyğunluğu yoxlanılır. Bu zaman İPM-in 70.1-ci maddəsinin 2-ci cümləsinin tələbi də nəzərə alınmalıdır. Həmin normaya əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquql arını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə hər hansı araşdırma aparmamışdır.

23. Belə ki, işin mübahisələndirilməyən hallarına əsasən, cavabdeh bələdiyyənin mübahisələndirilən 01 nömrəli, 25 yanvar 2022-ci il tarixli qərarı bələdiyyə iclasında müzakirə edilməklə qəbul olunmuşdur. Cavabdeh tərəfindən qərar - mübahisələndirilən inzibati akt qəbul edilərkən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun lazımi inzibati icraat aparıldığı, iddiaçının maraqlı şəxs kimi həmin icraata cəlb olunduğu və onun dinlənilmə hüququnun təmin edildiyi, həmin qərarın əsaslandırıldığı iş materiallarından görünmür. Halbuki inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əsasən, inzibati orqan icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalıdır.

24. Bundan əlavə, apellyasiya məhkəməsi iddianın rədd edilməsi barədə qərar qəbul edərkən, X3 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X6 müraciəti ilə əlaqədar olaraq X4 09/M-2578 saylı, xx.xx.2022-ci il tarixli tövsiyəsinə istinad etmişdir. X4 09/M2578 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən, bələdiyyə tərəfindən qanunvericiliyin tələblə rinə əməl olunmadan, bələdiyyə iclasları keçirilmədən, müvafiq icra hakimiyyəti orqanlarından rəylər alınmadan, torpaq qanunvericiliyinə uyğun olaraq sənədləşmə işləri aparılmadan iddiaçının mülkiyyətinə torpaq sahəsi ayrılması barədə xx.xx.2005-ci il tarixdə qəbul edilən sərəncamın etibarsız hesab edilməsi təklif olunmuşdur.

25. İşə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən X11 tərəfindən başlanılmış icraatın qanunla nəzərdə tutulan əsaslarının olub-olmamasını (X3 hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulub-vurulmadığı) araşdırılmamışdır. Belə ki, mülki iş üzrə icraatdan müəyyən olunur ki, mübahisəli torpaq sahəsi ilə bağlı X1 hüququ mövcud deyil.

26. Beləliklə, iddianın rədd edilməsi barədə qərar qəbul etmiş apellyasiya instansiyası məhkəməsi yuxa rıda qeyd edilən məhkəmə aktları ilə subyektiv hüququ olmadığından iddiası rədd edilən X3 müraciəti əsasında X11 tərəfindən araşdırma aparılmasının qanuniliyinə və həmin araşdırma nəticəsində cavabdehə ünvanlanan təklif məktubunun hər hansı inzibati icraat aparılmadan nəzərə alınmasının əsaslılığına hüquqi qiymət verməmiş, bununla bağlı hər hansı araşdırma aparmamış, beləliklə də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12 və 58-ci maddələrinin tələblərini pozmuşdur.

27. Bundan başqa, iş materiallarından, eləcə də kassasiya şikayətindən görünür ki, üçüncü şəxslər onlara ayrılmış torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edildiyini iddia edirlər. Digər tərəfdən, işdə olan materiallardan da göründüyü kimi, üçüncü şəxslərə də torpaq sahəsi məhz, cavabdeh bələdiyyə tərəfindən ayrılmışdır. Halbuki apellyasiya instansiyası məhkəməsi qərarının əsaslandırma hissəsində mübahisələndirilən torpaq sahəsinin dövlət mülkiyyətində olmasına dair mütəxəssis rəyində göstərilən xüsusata da istinad etmişdir.

28. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, mütəxəssis rəyi məhkəmədə tədqiq olunmalı və digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarının əsasında dayanan apellyasiya instansiyası məhkəməsi tərəfindən mötəbər hesab edilən mütəxəssis rəyi iş üzrə digər sübutlarla birgə qiymətləndirilməmiş, həmin rəy işin materiallarında olan digər sübutlarla və işin halları ilə əlaqəli şəkildə tam və hərtərəfli araşdırılmamışdır.

29. Mütəxəssis rəyində göstərilən torpaq sahəsinin dövlət mülkiyyətində olması xüsusatı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıya torpaq sahəsinin ayrılması barədə xx.xx.2005-ci il tarixli sərəncamın qəbul edildiyi tarixdə torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olmasını, habelə, cavabdehə ayrılan və ya ayrılması nəzərdə tutulan torpaq sahələrinin əhatə dairəsini müəyyən etməmiş, habelə mübahisəli torpaq sahəsinə bitişik və qonşuluğunda olan, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahələri və həmin qeydiyyatın aparılmasına əsas olmuş hüquqmüəyyənedici sənədləri əldə edərək araşdırmamış, mütəxəssis rəyində bir cümlə ilə ifadə olunan halı mötəbər sübut kimi qəbul edərək əsassız nəticəyə gəlmişdir ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

30. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının xx.xx.2025-ci il tarixli, 21(103)-1003/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7848/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – P.Hüseynov, hakimlər – K.Əkbərov, C.Məmmədov).

31. Qərarda qeyd olunmuşdur ki, Pərvanə Məmmədovanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X6 müraciəti əsasında Binəqədi rayonu Cavabdehnə xx.xx.2005-ci il tarixli, 1778/1 saylı sərəncamın etibarsız hesab edilməsi barədə təklif göndərilmiş və Ədliyyə Nazirliyi X4 həmin təklif əsasında Cavabdeh xx.xx.2022-ci il tarixli 01 saylı (hazırda mübahisələndirilən) qərarı ilə iddiaçının adına rəsmiləşdirilmiş 1778/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncamın etibarsız sayılaraq ləğv edilməsi qərara alınmışd ır. Lakin mübahisəli torpaq sahəsi ilə bağlı X1 hüququnun mövcud olmaması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığı halda inzibati icraat başlanılmışdır

32. Təqdim edilmiş inzibati icraat materiallarında yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X11 tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktub və Cavabdeh hazırda mübahisələndirilən xx.xx.2022-ci il tarixli 01 saylı qərarı mövcuddur. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərlə mübahisələndirilən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun lazımi inzibati icraatın aparıldığı, iddiaçının maraqlı şəxs kimi həmin icraata cəlb olunduğu və onun dinlənilmə hüququnun təmin edildiyi, həmin qərarın əsasla ndırıldığı müəyyən edilmir.

33. Qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulmuşdur. Lakin hazırkı mübahisə üzrə cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Mövcud qanunvericiliyin qeyd olunan normaları istər inzibati aktın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan tərəfindən maraqlı şəxsə məlumat verilməsini, habelə işin müəyyən edilmiş faktiki halları və bununla əlaqədar müvafiq tədbirlər haqqında maraqlı şəxsin mülahizələrinin dinlənilməsini tələb etsə də, hazırkı cavabdeh tərəfindən aparılan inzibati icraatda bu tələblərə riayət edilməmiş və bununla da “İnzibati icraat haqqında” Qanun un yuxarıda qeyd olunan müddəalarının tələbləri pozulmuşdur. Nəzərə alınmalıdır ki, qanunun tələbinə görə maraqlı şəxsin inzibati icraat barədə məlumatlandırılması və onun mülahizələrinin dinlənilməsi bu halda mütləq xarakter daşıyır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. Lakin cavabdeh tərəfindən bu tələblərə əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.

34. İşdən görünür ki, cavabdeh 16 ildən çox vaxt keçdikdən sonra inzibati aktı ləğv etməklə, Qanunun 67.12-ci maddəsinin tələbini də pozm uşdur. Qanunun 67.12-ci maddəsində 1 illik müddətin aktın ləğv olunmasını şərtləndirən halların məlum olduğu gündən hesablanması nəzərdə tutulur. İşdən görünür ki, mübahisələndirilən qərar ümumiyyətlə əsaslandırılmamış, qərarda yeni sübutlara istinad edilməmiş, əvvəllər mövcud olmuş hallardan fərqli hallar göstərilməmişdir. Cavabdeh qəbul etdiyi inzibati aktın qanunsuz olub-olmadığını keçən müddət ərzində müəyyən etmək imkanına malik olmuşdur.

35. Üçüncü şəxs Abbasov Zamir Məmməd oğlu həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Cavabdeh 09 avqust 2004-cü il tarixli 1075/1 nömrəli sərən camına əsasan, vətəndaş X8 torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsinə dair müraciətinə baxılmış və Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisində istifadəsində olan 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün Abbasov Zamir Məmməd oğlunun mülkiyyətinə ayrılmışdır. 2014-2015-ci illərdə qeyd edilən torpaq sahələri (4 ədəd ayrı-ayrılıqda 600 kv.m təşkil edən) ünvan 4 ünvanında qeydiyyatda olan X5 ayrı-ayrılıqda satılmışdır. Bununla bağlı X5 notariat kontorunda 80 il müddətinə təsdiq edilmiş etibarnamələr verilmiş və bu etibarnamələr əsasında torpaq sahələrinə dair sərəncam vermək, satmaq, dəyişmək, ipoteka qoymaq və digər hərəkətlər etmək səlahiyyətləri verilmişdir. Pərvanə Məmmədovaya verilən sözügedən etibarnamələr bugünədək qüvvədədir və ləğv olunmamışdır. Həmin etibarnamələr əsasında torpaq sahələrinin idarə edilməsi ilə bağlı bütün səlahiyyətlər Pərvanə Məmmədovaya verilmişdir.

37. İş materiallarında olan əvvəlki məhkəmə qətnamələri və qərarları əsasında Pərvanə Məmmədovanın subyektiv hüquqa malik olmadığı müəyyən edilsə də, bu hələ X2 və ya istifadəçi kimi hüquqlara malik olmadığı. iş üzrə maraqlı şəxs olmadığı demək deyildir. Qüvvədə olan qanunvericiliyə əsasən, mülkiyyətçi kimi, torpağın sahibi və istifadəçisinin də hüquqları qanunla qorunur. Odur ki. hesab edirlər ki, X1 hüquqa malik olmadığı üçün X6 dair müraciətinin nəzərə alınmamalı olması qənaəti tamamilə absurddur və sahibin hüquqlarının pozuntusudur. Bütün fiziki və hüquqi şəxslər dövlət orqanlarına müraciət etmək hüququna malikdirlər və bu hüquq məhdudlaşdırıla bilməz.

38. Bakı Apellyasiya Məhkəməsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun 21-i maddəsinin tələblərinə riayət edilməmiş və maraqlı şəxs dəvət edilmədən, dinlənilmədən barəsində qərar qəbul edilmişdir. Halbuki apellyasiya instansiyası məhkəməsi tərəfindən iş kifayət qədər hərtərəfli araşdırılmadığından yanlış qənaətə gəlinmişdir. Apellyasiya şikayətindən də göründüyü kimi, “Cavabdehndə Bələdiyyə üzvlərinin iclasında qeyd olunan 1778/1 saylı qərarının ləğv olunması ilə bağlı müzakirəyə vətəndaş İddiaçı iclasa dəvət olunsa da, o öz vəkili Vəkil1 Zülfiqar oğlunu göndərmiş, vəkilsə öz növbəsində işin maraqlar çərçivəsində həll olunması təklifini etmişdir”. Göründüyü kimi, iddiaçının Bələdiyyə tərəfindən dəvət edildiyi, lak in gəlməyib vəkili ilə təmsil olunması öz təsdiqini tapmışdır. Belə olan halda, Bələdiyyə tərəfindən hər hansı hüquq pozulmadığı, əksinə bütün prosedur qaydalarına riayət edildiyi öz təsdiqini tapır.

39. Bundan başqa, iş materiallarından göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X7 və X10 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Məhkəmə hesab etmişdir ki, həmin şəxslərin iş üzrə cəlb edilməsi zəruridir. Çünki mübahisəli torpaq sahəsinə dair həmin şəxslərin qanuni hüquqları, maraqları mövcuddur. X16 Məmməd oğlunun məhkəmə iclasında iştirakı təmin edilməmiş, ona məhkəmə prosesi barədə bildiriş göndərilməmişdir. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının mübahisələndirilən 2-1(1 03)-1003/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı da üçüncü şəxs olaraq Zamir Abbasova rəsmi şəkildə göndərilməmişdir. Odur ki, üçüncü şəxs olaraq Abbasov Zamir Məmməd oğlunun kassasiya şikayəti vermə müddəti başlanmamış hesab edilməlidir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 41. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunu: 5.0. İnzibati nəzarət icraatının başlanması üçün əsaslar aşağıdakılardır: 5.0.1. bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda; 5.0.2. hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumun un) müraciəti daxil olduqda. 8.3. İnzibati nəzarəti həyata keçirən orqan inzibati nəzarət icraatı nəticəsində bələdiyyənin fəaliyyətinin qanunazidd olduğunu müəyyən etdikdə, həmin fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. 8.4. İnzibati nəzarəti həyata keçirən orqan inzibati nəzarət icraatı nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu müəyyən etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə təklif təqdim edərək informasiya sistemin də müvafiq aktın qarşısında qeyd edir. Bələdiyyə tərəfindən həmin təklifə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. 42. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə b ilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin o lunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda.

43. Azərbaycan Respublikası İnzibati Pros essual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərd ə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

44. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

45. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübah isələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya in stansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

48. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

49. Məhkəmə kollegiyası ilk öncə üçüncü şəxsin kassasiya şikayətinin mümkünlüyü ilə bağlı bildirir ki, kassasiya şikayəti mümkünlük şərtinə əməl edilməklə verildiyindən buna dair dəlillərə münasibət göstərilməyəcəkdir.

50. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şik ayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

51. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Bakı şəhəri Binəqədi rayonu Cavabdeh 25 yanvar 2022-ci il tarixli 01 saylı qərarının qanunsuz olduğu üçün ləğv edilməsinə nail olmaqdan ibarətdir.

52. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri Binəqədi rayonu Cavabdeh 1778/1 nömrəli, 17 noyabr 2005-ci il tarixli “Vətəndaş İddiaçı torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” sərəncamına əsasən Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən 900 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikinti üçün iddiaçının alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır. Həmin qərar əsasında tərəflər arasında torpaqların alqı-satqısına dair akt qəbul edilmi ş, torpaq sahəsinin yerləşmə sxemi cavabdeh tərəfindən təsdiq edilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmiş və bələdiyyə tərəfindən həmin məbləğin ödənilməsini təsdiq edən qəbz verilmişdir.

53. Daha sonra Pərvanə Məmmədovanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X6 müraciəti əsasında Binəqədi rayonu Cavabdehnə xx.xx.2005-ci il tarixli, 1778/1 saylı sərəncamın etibarsız hesab edilməsi barədə təklif göndərilmiş, Binəqədi rayonu Cavabdeh 01 nömrəli, 17 yanvar 2022-ci il tarixli iclas protokolu ilə 10 nəfər iştirakçı, 10 nəfər lehinə səslə Ədliyyə Nazirliyi X11ndən daxil olmuş M-2578 saylı təklif əsasında Cavabdeh xx.xx.2005-ci il tarixli, 1778/1 saylı sərəncamının etibarsız hesab edilməsi qərara alınmış, Cavabdeh xx.xx.2022-ci il tarixli 01 saylı qərarı ilə iddiaçını n adına rəsmiləşdirilmiş 1778/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncamın etibarsız sayılaraq ləğv edilməsi qərara alınmışdır.

54. Kassasiya şikayətinin dəlillərindən göründüyü kimi, üçüncü şəxs mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunduğunu və həmin aktın ləğv edilməsinin hüquqlarını pozmasını iddia etmişdir.

55. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Pərvanə Məmmədovanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X6 müraciəti əsasında Binəqədi rayonu Cavabdehnə xx.xx.2005-ci il tarixli, 1778/1 saylı sərəncamın etibarsız hesab edilməsi barədə təklif göndərilmiş və Ədliyyə Nazirliyi X4 həmin təklif əsasında Cavabdeh xx.xx.2022-ci il tarixli 01 saylı (hazırda mübahisələndirilən) qərarı ilə iddiaçının adına rəsmiləşdir ilmiş 1778/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncamın etibarsız sayılaraq ləğv edilməsi qərara alınmışdır

56. Halbuki, iş materiallarından müəyyən olunur ki, torpaq sahəsi ilə bağlı X1 hüququnun mövcud olmaması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır.

57. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Binəqədi rayonu Cavabdeh 25 yanvar 2022-ci il tarixli 01 saylı qərarı üzrə inzibati icraat başlanılmasının ümumiyyətlə əsassız olması barədə apellyasiya məhkəməsinin mövqeyi düzgün olmuşdur.

58. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2477/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, iddianın rədd edilməsi barədə qərar qəbul etmiş apell yasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən məhkəmə aktları ilə subyektiv hüququ olmadığından iddiası rədd edilən X3 müraciəti əsasında X11 tərəfindən araşdırma aparılmasının qanuniliyinə və həmin araşdırma nəticəsində cavabdehə ünvanlanan təklif məktubunun hər hansı inzibati icraat aparılmadan nəzərə alınmasının əsaslılığına hüquqi qiymət verməmiş, bununla bağlı hər hansı araşdırma aparmamış, beləliklə də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12 və 58-ci maddələrinin tələblərini pozmuşdur.

59. Bundan başqa, təkrar apellyasiya baxışı zamanı işə baxmış məhkəmə kollegiyası kassasiya məhkəməsinin göstərişlərinə uyğun müvafiq araşdırmalar aparmaqla məhkəmə sorğuları verilmiş və cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq inzibati icraat materialları məhkəməy ə təqdim edilmişdir.

60. İş materiallarından görünür ki, təqdim edilmiş inzibati icraat materiallarında yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X11 tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktub və Cavabdeh hazırda mübahisələndirilən xx.xx.2022-ci il tarixli 01 saylı qərarı mövcuddur.

61. Təkrar apellyasiya baxışı zamanı isə cavabdeh tərəfindən təqdim edilmiş sənədlərlə mübahisələndirilən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun lazımi inzibati icraatın aparıldığı, iddiaçının maraqlı şəxs kimi həmin icraata cəlb olunduğu və onun dinlənilmə hüququnun təmin edildiyi, həmin qərarın əsaslandırıldığı müəyyən edilməmişdir.

62. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, qanunvericilikdə inzibati ic raatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulsa da, hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir.

63. Nəzərə alınmalıdır ki, istər inzibati aktın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan tərəfindən maraqlı şəxsə məlumat verilməsini, habelə işin müəyyən edilmiş faktiki halları və bununla əlaqədar müvafiq tədbirlər haqqında maraqlı şəxsin mülahizələrinin dinlənilməsini tələb etsə də, hazırkı cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati icraatda bu tələblərə riayət edilməmiş və bununla da “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan müddəalarının tələbləri pozulmuş dur.

64. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar məhz X3 müraciəti əsasında qəbul edilmiş, həmin icraatın başlanılmasının əsassızlığı və icraat zamanı qanunvericiliyin tələblərinə əməl olunmaması iş materialları ilə öz əksini tapmışdır.

65. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən üçüncü şəxslərin torpaq sahəsinin zəbt edilməsi nəticəsində hüquqlarının pozulması barədə dəlillər hazırkı məhkəmə baxışının predmetini təşkil etməməkdədir.

66. Göründüyü kimi, üçüncü şəxs tərəfindən göstərilmiş dəlillər mübahisələndirilən qərarın əsassızlığını aradan qaldırmadığından, məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlillərinə prosessual qənaət prinsipi baxımından münasibət göstərməyi lüzum bilmir.

67. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

68. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Abbasov Zamir Məmməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-1003/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar