Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-329/2019 12.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçıcavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “əli lliyə görə əmək pensiyasının hesablanıb təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-1(103)-1958/2018 saylı, 2 oktyabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı X-ci il tarixdə anadan olmuşdur. İddiaçı əmək kitabçasına əsasən 24.10.1983-cü ildən 22.12.1985-ci ilə kimi sovet ordu sıralarında hərbi xidmətdə olmuş, 21.04.1986-cı il tarixli, 97 saylı əmrlə Murmansk Balıq sənaye Kəşfiyyatı Baş İdarəsinin gəmi heyətinə matros peşəsinə qəbul edilmiş və 15.12.1989-cu il tarixli, 299 saylı əmrlə işdən azad edilmiş, 01.09.1991-ci il tarixdə Bakı Yeyinti Sənaye Texnikumun a texnik-texnoloq ixtisasına qəbul olmuş, 24.06.1994-cü il tarixdə tam kursu bitirmiş, 16.11.1994-cü il tarixli, 98 saylı əmrlə idarəyə ekspeditor peşəsinə qəbul edilmiş və 02.03.1996-cı il tarixli, 21 saylı əmrlə işdən azad edilmiş, 12.04.1996-cı il tarixli, 14 saylı əmrlə X4 Nəqliyyat Törəmə müəssisəsinə dispetçer peşəsinə qəbul edilmiş və 09.10.2005-ci il tarixli, 74 saylı əmrlə işdən azad edilmiş, 08.08.2006-cı il tarixli, 49 saylı əmrlə Azərbaycan Türkiyə Birgə Müəssisəsinə əmtəəşünas peşəsinə qəbul edilmiş, 16.06.2008-ci il tarixdə həmin müəssisədə təchizatçı vəzifəsinə keçirilmiş və 13.04.2010-cu il tarixli, 27 saylı əmrlə işdən azad edilmişdir. TSEK-in 018274 saylı aktına əsasən iddiaçıya 25.05.2006-cı il tarixdən müddətsiz əlillik təyin edilmişdir. İddiaçı əlilliyə görə əmək pe nsiyasi təyin edilməsi üçün 5 dekabr 2017-ci il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 8 yanvar 2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının şöbəyə təqdim etdiyi sənədlər arasında 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan azı 08 il 04 ay sığorta stajı yaranmadığından iddiaçının ərizəsini təmin etmək mümkün olmamışdır. İddiaçının cavabdehə təqdim etdiyi əmək kitabçasında qeyd olunan 12.04.1996-cı ildən 09.10.2005-ci il tarixinədək iş stajının yoxlanılması mümkün olmadığından sığorta stajına daxil edilməmişdir. İddiaçı 19 fevral 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, əmək stajını nəzərə alıb, ona ikinci qrup əlilliyə görə əmək pensiyası təyin ed ilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı qeyd edilən illərdə işləmişdir, əmək kitabçası buna sübutdur. İddianın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 12.1, 21.1, 21.2.11-ci maddələrinə istinad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(82)-1534/2018 saylı iş) 24 aprel 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçının 12.04.1996-cı il tarixdən 09.109.2005-ci il tarixədək işlədiyi illər işdə olan əmək kitabçası ilə təsdiq olunur, həmçinin iddiaçının pensiya hüququ 2006-cı il tarixindən yarandığından ona pensiya təyinatı hüququ yarandığı vaxt qüvvədə olan qanunvericiliyə uyğu n olaraq təyin edilməli olduğu halda cavabdeh orqan qeyd olunanları nəzərə almamış, iddiaçıya əsassız olaraq pensiya təyin edilməsindən imtina etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X5məruzəçi, X3 və X2, 2-1(103)-1958/2018 saylı iş) 2 oktyabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 16 oktyabr 2018-ci il tarixdə qərarın surətini almış, 16 noyabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əli lliyə görə əmək pensiyası əlil və sağlamlıq imkanları məhdud sığorta olunanlara ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçının təqdim etdiyi sənədlər arasında 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan azı 08 il 04 ay sığorta stajı yaranmadığından ərizəsi cavabdeh tərəfindən təmin edilməmişdir. İddiaçının cavabdehə təqdim etdiyi əmək kitabçasında qeyd olunan 12.04.1996-cı ildən 09.10.2005-ci il tarixinədək iş stajının yoxlanılması mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun tətbiqi haqqında Qaydaların 4.2.7-ci bəndinə əsasən pensiya sektorunun məsləhətçisi zəruri hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. Pensiya təyin edilməsi üçün təqdim edilmiş sənədlər arasında iddiaçıya 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajı təsdiqini tapmadığına görə əmək pensiyası hüququ yoxdur. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazı mi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı İİ qrup əlil kimi ona pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının tələb olunan 8 il 4 ay sığorta stajı yaranmadığını bildirərək pensiya təyin edilməsindən imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək kitabçasında qeyd edilən sığorta stajına əsaslanaraq iddianı əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nı n 3.1-ci bəndində qeyd edilir ki, əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur (7.2-ci bənd). Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir (7.3-cü bənd). İddiaçının əmək kitabçasının dublikatından görünür ki, 21 iyul 2006-cı ildə tərtib edilmişdir. Bu vaxt iddiaçının hansısa müəssisədə işləməsi əmək kitabçasından görünmür. Əmək kitabçasının dublikatından onun hansı orqan tərəfindən tərtib edilməsi də aydın deyildir. 21 iyul 2006-cı ildə tərtib edilmiş əmək kitabçasının dublikatında ondan əvvəlki dövrün, 1983-cü ildən başlayaraq iddiaçının iş yeri ilə bağlı məlumatlar qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi əmək kitabçasının hansı idarə tərəfindən tərtib edilməsi, əmək kitabçası tərtib edilən vaxtdan əvvəlki dövrə aid məlumatların hansı sənədlər əsasında aparılması ilə bağlı araşdırma aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin, əmək kitabçasında olan məlumatların cavabdeh tərəf indən qəbul edilməməsinin əsaslarını müəyyən edib qiymətləndirməmişdir. İPM-in 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının pensiya hüququ yaranması barədə normativ hüquqi akta istinad etməmişdir. İddiaçının əlilliyi 2006-cı ildə yarandığından, 1 iyul 2017-ci ilə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən mübahisə həllini tapa bilər. “Əmək pensiyaları haqqında” Qanunun 3.1-cı maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Qanunun 4.1-ci maddəsinə əsasən əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri vardır. İddiaçı əlilliyə görə ona əmək pensiyası təyin edilməsini xahiş edir. “Əmək pensiyaları haqqında” Qanunun 11.1-ci mаddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddətimüvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilik də sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 il sığorta stajı olduqda təyin edilir (Qanunun 1 iyul 2017-ci ilədək qüvvədə olan 12.1-ci maddəsi). Apellyasiya instansiyası məhkəməsi Qanunun bu normasının tələb etdiyi şərtlərin mövcudluğunu araşdırmamışdır. İddiaçının pensiya hüququnun yaranması vaxtı da məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddia təmin edilsə də, pensiyanın hansı vaxtdan hesablanması məhkəmənin qərarında göstərilməmişdir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İ PM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan, təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın rədd edilməsi barədə şikayət təmin edilə bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1958/2018 saylı, 2 oktyabr 2018-ci il tarixli qərarıləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti
Məhkəmə qərarları › İş №2-1(102)-329/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-329/2019
12.02.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver