Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3294/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (prosessual müddət ötürülməklə verilmiş apellyasiya şikayətinin mümkünlüyü, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı (“X1” şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın, plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 28 iyul tarixli, 2-1(105)-753/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərba ycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı ərazi İdarəsinin hərəkətlərini qanunsuz hesab etməklə Qobustan rayonu ərazisində “Koneç” adlanan sahədə ona dizel yanacağı satışını həyata keçirmək məqsədi ilə köşk qoyulması üçün Qobustan Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti bölməsinin xx.xx.1995-ci il tarixli icazəsi əsasında ayrılmış 12 kv.m ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın, plan ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: M.T.Mahmudlu-Abbaszadə) 2025-ci il 07 may tarixli, 2-1(118)-3571/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın, plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.
3. İddiaçı xx.xx.2025-ci il tarixdə şikayət verərək, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-3571/2025 nömrəli qərardadının ləğv edilərək, iddianın mümkün hesab edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.M.Hacıyev /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və T.B.Axundov) 2 025-ci il 23 iyun tarixli, 2-1(105)-619/2025 nömrəli qərardadı ilə İddiaçı iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2025-ci il 07 may tarixli, 2-1(118)-3571/2025 nömrəli qərardadından verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır.
5. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmə qərarının tam formada təqdim olunduğu, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi xx.xx.2025-ci il tarixdən 10 gün ərzində şikayət verməmiş, bu müddəti üzürlü səbəblər olmadan buraxaraq xx.xx.2025-ci il tarixdə şikayət vermişdir. Hazırkı işdə iddiaçının qanunla müəyyən edilmiş müddətdə şikayət vermək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal müəyyən edilmir, iddiaçı məhkəməyə şikayəti n verilməsi müddətinin üzürlü hesab edilərək, bərpa edilməsi barədə ərizə də verməmişdir.
6. Bundan sonra İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-3571/2025 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.M.Hacıyev /sədrlik edən və məruzəçi/, V.E.Əzizova və T.B.Axundov) 2025-ci il 28 iyul tarixli, 2-1(105)-753/2025 nömrəli qərardadı ilə İddiaçı iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-3571/2025 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi rədd edilmiş, Sumqayıt İnziba ti Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-3571/2025 nömrəli qərardadından verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir.
8. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı qərardaddan şikayət verilməsi müddətini üzürlü səbəbdən, yəni özünün və həyat yoldaşının xəstəliyi ilə əlaqədar ötürdüyünü qeyd etsə də, ərizəsinə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi ambulator müalicədə olmasını təsdiq edən çıxarışı əlavə etmişdir. Məhkəmənin qərarı isə xx.xx.2025-ci il tarixdə iddiaçının iştirakı ilə qəbul edilmiş və elan edilmişdir. xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir. xx.xx.2025-ci il tarixdən sonra 10 gün ərzində iddiaçı səhhəti ilə bağlı stasionar müalicədə olmasına dair sənədlər məhkəməyə təqdim etməmişdir. İddiaçı apellyasiya şi kayəti verilməsi müddətini üzürlü səbəbdən ötürdüyünü qeyd etsə də, həmin halları təsdiq edən mötəbər yazılı sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının qanunla müəyyən edilmiş müddətdə şikayət vermək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal müəyyən edilmir. Odur ki, müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilə və buraxılmış müddət bərpa edilə bilməz.
9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə d air” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
11. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrüb əsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
12. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşa r mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
13. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
14. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın o lmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əgər inzibati məhkəmə icraatının iştirakçıları qanunla nəzərdə tutulmuş müddəti bu və ya digər səbəbdən ötürmüşlərsə, müddətin bərpa edilməsinə dair vəsatətlə birlikdə müddətin üzrsüz səbəbdən ötürülməsi və ya ötürülmədiyi barədə müvafiq sübutlar təqdim etməlidirlər. Belə sübutlar təqdim edilmədiyi təqdirdə apellyasiyanın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin qərardadlarından verilmiş kassasiya şikayətləri də təmin edilmir (Bununla bağlı bax: Azər baycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-82/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)-233/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)-785/2022 nömrəli qərarları, həmçinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-2151/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1506/2024 nömrəli qərardadları).
15. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə kassasiy a şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
16. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 28 iyul tarixli, 2-1(105)-753/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.