Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3332/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “mülkiyyətdə olan 0,011 ha sahibkarlıq təyinatlı torpaq sahəsində qeyriyaşayış obyektinin tikilməsi üçün hazırlanmış şəhərsalma əsaslandırılmasının ərazin in planlaşdırılması sənədlərinə uyğunluğunun təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 avqust 2025-ci il tarixli, 2-1(106)-640/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə qarşı Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında xx.xx.2020-ci il tarixli, **********07 reyestr nömrəli çıxarış ilə mülkiyyətdə olan 0,011 ha sahibkarlıq təyinatlı torpaq sahəsində qeyri-yaşayış obyektinin tikilməsi üçün hazırlanmış şəhərsalma əsaslandırılma sının ərazinin planlaşdırılması sənədlərinə uyğunluğunun təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
2. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-373/2025 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi əsl cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. Şirvan İnzibati Məhkəməsinin (hakim: A.A.Hüseynova) 07 aprel 2025-ci il tarixli 2-1(120)-373/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
4. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etm işdir. Eyni zamanda, cavabdeh buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə də vermişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
5. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.Ə.Quliyev /sədrlik edən və məruzəçi/, M.A.Əsədli və Q.V.Əliyev) 06 avqust 2025-ci il tarixli, 2-1(106)640/2025 nömrəli qərardadı ilə cavabdehin buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2-1(120)-373/2025 saylı qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir.
6. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmənin yekun aktı cavabdehə rəsmi qaydada 28 aprel 2025-ci il tarixdə poçt vasitəsi ilə təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin qərardan verilmiş apellyasiya şikayəti 08 iyul 2025-ci il tarixdə poçt xidmətinə təhvil verildiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün 30 günlük prosessual müddət ötürülmüşdür. Məhkəmə kollegiyası məhkəmə qərarından şikayət verilməsi üçün müddətin ötürülməməsi, qərardan məlumatlı olduqları vaxtdan 30 gün müddətində apellyasiya şikayətinin verilməsi və 28 aprel 2025-ci il tarixdə mübahisələndirilən qərarın deyil, yalnız qərarın məktubunun (qərarın özünün deyil) cavabdehə poçt vasitəsi ilə təqdim edilməsi ilə bağlı mövqelərinə münasibətdə bildirmişdir ki, cavabdeh buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməklə, birbaşa olmasa da, dolayı yolla mübahisələndirilən qərardan şikayət verilməsi üçün müddət i ötürməsini etiraf etmişdir. Məntiqi baxımdan, ötürülməyən müddətə münasibətdə buraxılmış prosessual müddətin bərpasından söhbət gedə bilməz. Əgər, həqiqətən də, cavabdehin nümayəndəsinin iddia etdiyi şəkildə, yəni 28 aprel 2025-ci il tarixdə mübahisələndirilən qərar deyil, yalnız qərarın məktubu cavabdehə poçt vasitəsi ilə təqdim edilmişdirsə, bununla bağlı məhkəmədən daxil olan zərf açılarkən qoşmada qeyd edilən qərarın olmaması ilə bağlı akt tərtib edilməli, səlahiyyətli şəxslər tərəfindən təsdiqlənməli və bu barədə qarşı tərəf də məlumatlandırılmalı idi. Belə bir akt tərtib edilməmiş (olsaydı, məhkəməyə təqdim edilərdi), mübahisələndirilən qərarın cavabdehə poçt vasitəsi ilə təqdim edilməsi barədə məhkəmə iclasında iştirak edən nümayəndənin xəbəri olmamış, yalnız qərarın təqdim edilmə si barədə poçt qəbzi ona göstərildikdən sonra növbəti məhkəmə iclasında o, qeyd edilən mövqeni sərgiləmişdir. Bundan əlavə, məhkəməyə təqdim edilmiş cavabdeh təşkilata xx.xx.2025-ci il tarixdə daxil olmuş sənədlərin qeydiyyat kitabındakı qeyd - “sıra
23. Şirvan İnzibati Məhkəməsi, № 21(120)-373/2025” - bir daha təsdiq edir ki, mübahisələndirilən qərar cavabdeh orqana 28 aprel 2025-ci il tarixdə poçt vasitəsi ilə təqdim edilmişdir. Həmin daxilolma sənədindən çıxarışa diqqət yetirildikdə müəyyən edilir ki, daxil olmuş sənədlərdə konkret hansı sənədin daxil olması barədə qeyd aparılmamış, yalnız işin nömrəsi qeyd edilmişdir. Məsələn, 7, 18, 20-ci sıralarda müvafiq olaraq Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi, Gəncə Şəhər Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsindən sənədin daxil olması barədə qey dlər aparılmış, yalnız daxil olmuş sənədlərin iş nömrəsi yazılmış, konkret olaraq hansı sənədin daxil olması barədə qeyd aparılmamışdır. Cavabdehin nümayəndəsinin mövqeyi ilə razılaşmaq o, anlama gələr ki, cavabdeh öz mənafeyinə uyğun istədiyini iddia edə bilər ki, daxil olmuş sənədlərdə filan sənəd yox idi. Beləliklə, iddiaçının buraxılmış prosessual müddətin bərpa olunması barədə göstərdiyi dəlillər müddətin bərpası üçün əsas ola bilməz.
7. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
8. Cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən, iddiaçı, Komitənin tabeliyində olan Ərazi-Tikinti Planlaşdırma Mərkəzinə qarşı “qeyri-yaşayış obyektinin tikilməsi üçün ha zırlanmış şəhərsalma əsaslandırmasının ərazinin planlaşdırılması sənədlərinə uyğunluğunun təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddia ilə Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Həmin iş üzrə birinci instansiya məhkəməsində bir neçə iclas üzrə məhkəmə araşdırılması aparılmışdır. Lakin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında birinci instansiya məhkəməsi qərardad qəbul edərək əsl olmayan cavabdehi (ƏTPM), əsl olan cavabdehlə əvəz edərək Komitəni işə cavabdeh qismində cəlb etmiş və növbəti məhkəmə iclasını Komitənin iştirakını təmin etmək üçün bildiriş göndərməklə xx.xx.2025-ci il tarixinə təyin etmişdir. Göstərilən tarixə (xx.xx.2025) təyin edilmiş məhkəmə iclasında Komitə nümayəndəsi vasitəsilə iştirak edə bilməmişdir, ona görə ki, qeyd olunan t arixdə Komitənin icraatında ayrı-ayrı məhkəmələrdə 6 iş üzrə məhkəmə iclası olmuşdur. Bununla əlaqədar rəsmi sənəd (işlərin siyahısı) apellyasiya instansiyası məhkəməsində mümkünlük iclası zamanı məhkəmə kollegiyasına təqdim edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılan zaman (sədrlik edən hakim: Amilya Hüseynova) Komitənin işə cəlb olunduğu yeganə və son məhkəmə iclası xx.xx.2025-ci il tarixdə Komitənin iştirakı olmadan keçirilmişdir ki, həmin məhkəmə iclasında Komitə qeyd olunan səbəblərdən iştirak edə bilmədiyi üçün iddiaya münasibətini bildirə bilməmişdir. Məhkəmə isə, Komitənin iştirakı ilə keçirilməsi nəzərdə tutulan ilk və yeganə məhkəmə iclasının nəticəsi olaraq hərtərəfli, tam və obyektiv araşdırma aparmadan iddiaçının xeyrinə yekun məhkəmə ak tı qəbul etmişdir. Yəni birinci instansiya məhkəməsi Komitənin məhkəmə iclasında iştirakını təmin etmək üçün və bu zaman çəkişmə prinsipinə nail olunması və ədalətli məhkəmə araşdırılması aparılması məqsədilə məhkəmə iclasını ən azı bir dəfə təxir edə bilərdi. Bundan əlavə, cavabdeh iş üzrə yekun məhkəmə qərarı barədə yalnız həmin qərarın icrası ilə bağlı Komitəyə daxil olmuş xx.xx.2025-ci il tarixli 2-1(120)-373/2025 nömrəli məktuba əsasən məlumat əldə etmişdir. Belə ki, iş materiallarında olan və üzərində Komitə tərəfindən məktub qəbuluna dair xx.xx.2025-ci il tarixli ştamp olan poçt xəbərnaməsi olsa da, sözügedən xəbərnamənin məzmununda Komitə tərəfindən məhz xx.xx.2025-ci il tarixli iş üzrə yekun məhkəmə aktının qəbul edilməsi faktı təsdiq olunmur. Belə ki, qeyd olunan tarixdə Komitəyə məktub daxil olsa da, daxil olan məktub zərfinin içərisində məhkəmə qərarının göndəriş məktubu olmuşdur. Hətta bu barədə Komitəyə daxil olan sənədlərin qeydiyyatına dair jurnaldan çıxarış təqdim edərək, qəbul edilən sənədin qərar olmadığı məhkəmə kollegiyasının diqqətinə çatdırmışdır. Yəni sözügedən jurnalda məhkəmə qərarının qəbul edilməsinə dair qeyd əks olunmur. Komitə iş üzrə yekun məhkəmə qərarı barədə yalnız həmin qərarın icrası ilə bağlı Komitəyə daxil olmuş xx.xx.2025-ci il tarixli, 2-1(120)-373/2025 nömrəli məktuba əsasən məlumat əldə edilmişdir. Həmin qərar xx.xx.2025-ci il tarixində Komitəyə daxil olmuş və apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə, yəni rəsmən qəbul edildiyi tarixdən 30 gün keçmədən Şirvan Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. b) kassasiya şikayətinə q arşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədlə ri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya lə ğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
11. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası hesab edir k i, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə düzgün olmayan qərardad qəbul etmişdir.
14. Belə ki, hazırda kassasiya baxışının predmetini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü, yəni apellyasiya instansiyası məhkəməsinin prosessual müddətin ötürülməsi ilə bağlı gəldiyi nəticənin qanunauyğun olub-olmaması təşkil edir.
15. Bununla bağlı qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və qanunvericiliklə nəzərdə tutulmuş müəyyən məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də məhkəmə aktlarından yuxarı instansiya məhkəməsinə şikayət verilm əsi ilə bağlı nəzərdə tutulan prosessual müddətlərdir. Belə bir tənzimetmənin əsas məqsədlərindən biri hüquqi müəyyənlikdir ki, bu institut hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır.
16. İşə baxan apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin ötürüldüyü nəticəsinə gələrkən, cavabdeh tərəfindən məhkəmə aktının təqdim edildiyi tarixdən qanunla müəyyən olunmuş müddətdə şikayət verilməməsinə istinad etmişdir. Hazırda cavabdeh apellyasiya şikayəti verdiyi birinci instansiya məhkəməsinin aktının ona gec təqdim olunduğunu və ona göndərilən m əktubda məhkəmə qərarının olmadığını bildirir.
17. Məhkəmə kollegiyası razılaşır ki, prosessual müddətlərin müəyyən edilməsi və onlara riayət edilməsi hüquqi müəyyənlik prinsipinin mühüm tərkib hissəsidir. Lakin eyni zamanda qeyd edilməlidir ki, prosessual müddətlərin tətbiqi formal yanaşma ilə deyil, real və faktiki halların araşdırılması əsasında həyata keçirilməlidir. Prosessual qanunvericiliyin tələblərinə görə, apellyasiya şikayəti vermə müddətinin axımı məhkəmə aktının tərəfə təqdim edildiyi andan başlanır. Belə olan halda, məhkəmə aktının təqdim edildiyi anın dəqiq müəyyən edilməsi zəruridir. Lakin məsələnin həlli məhkəmə aktının təqdim edildiyinə dair poçt qəbzinin üzərindəki tarixin əsas götürülməsi ilə deyil, təqdim edilmə faktının və məzmununun özünün sübuta yetirilməsindən as ılıdır. Yalnız məhkəmə aktının göndərilməsi faktı prosessual müddətin başlanması üçün kifayət hesab edilə bilməz. Mütləq şəkildə müəyyən olunmalıdır ki: məhkəmə aktı, həqiqətən, tərəfə çatdırılmışdırmı; göndərilmiş məktubun içində məhkəmə aktı olmuşdurmu, başqa sözlə tərəfin aktla tanış olmaq imkanı real olaraq təmin edilmişdirmi?
18. Nəzərə alınmalıdır ki, cavabdehin birinci instansiya məhkəməsinin aktının ona vaxtında təqdim olunmaması, habelə poçt göndərişinin tərkibində məhkəmə qərarının mövcud olmaması barədə bildirdiyi hallar formal və ümumi xarakter daşımır, əksinə, onun apellyasiya şikayəti vermək hüququnun real həyata keçirilməsinə bilavasitə təsir edən faktiki vəziyyəti əks etdirir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi həmin halları ehtimal xarakterli iddialar kimi kən ara qoymamalı, əksinə, bu hallar üzrə faktiki vəziyyətin müəyyən edilməsi məqsədilə müvafiq araşdırma aparılmalı və əldə olunmuş nəticələr əsasında əsaslandırılmış mövqe formalaşdırmalı idi. Xüsusilə vurğulanmalıdır ki, məhkəmə aktının təqdim edilməsi faktı şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır. Şübhələr tərəfin məhkəməyə çıxış hüququnun məhdudlaşdırılması xeyrinə deyil, hüququn təmin edilməsi xeyrinə şərh olunmalıdır.
19. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin qeyd edilən dəlilləri istiqamətində işin halları hərtərəfli araşdırılmamışdır. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi bu hallarla bağlı bir daha hərtərəfli araşdırmalı və qiymət verməli, zərurət olarsa, İPM-in 12.1-ci maddəsinin tələblərinə əsasən əlavə zəruri sübutları təl əb etməlidir.
20. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin cavabdehin buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizə verməsinin dolayı yolla mübahisələndirilən qərardan şikayət verilməsi üçün müddəti ötürməsinin etirafı kimi qəbul edilməsi ilə bağlı mövqeyi ilə razılaşmır və bildirir ki, prosessual müddətin bərpası barədə ərizə verilməsi müddətin ötürüldüyünün etirafı kimi qəbul edilə bilməz. Belə ki, əslində müddətin bərpası barədə ərizə verilməsi tərəfin prosessual hüquqlarını qorumaq üçün ehtiyat xarakterli davranışı kimi qəbul olunmalıdır.
21. Odur ki, işə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı işin hallarını təkrar qiymətləndirməklə nəticəyə gəlməlidir.
22. Yuxarıda göstərilənlərə əsasən, məhkə mə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 avqust 2025-ci il tarixli, 2-1(106)-640/2025 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.