Məhkəmə qərarları › İş №2-1(102)-3342/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3342/2025

04.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3342/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işlədiyi illərin staj kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabel iyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin staj kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(106)-41/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İmişli rayon Dövlət Arxivinin 19 aprel 2022-ci il tarixli, 52 nömrəli arxiv arayışından və İmişli rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48- 22RA/2-131-2023 saylı məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı 1973-1990, 1994-1995-ci illərdə İmişli rayonu “Nizami” adına kolxozda işlə miş, işlədiyi dövrlərdə əmək haqqı almış və bu barədə arayışda illik qazancı barədə məlumatlar əks olunmuşdur.

2. İmişli Rayon Məhkəməsinin 2(036)-1652/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İmişli rayon Dövlət Arxivindən verilmiş 19 aprel 2022-ci il tarixli, 52 nömrəli arxiv arayışının İddiaçı məxsus olması faktı müəyyən edilmişdir.

3. İmişli Rayon Məhkəməsinin 2(036)-2535/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı 1991, 1992, 1993 və 1996-cı illərdə İmişli rayonu “Nizami” adına kolxozda traktorçu vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində əks olunmuş və məhkəmənin mötəbər sübut kimi qiymət verdiyi şahidlərin (X11 və X3) ifadəsindən müəyyən edilir ki, İddiaçı 1969-cu il tarixdən 1997-ci il ta rixinədək “Nizami” adına kolxozda traktorçu, dispetçer, mühasib və baş mühasib vəzifələrində, xüsusilə də 1976-cı il tarixdən 1996-cı il tarixinədək traktorçu vəzifəsində işləmiş və işlədiyi müddət ərzində hər zaman qabaqcıl işçilərdən biri olmuşdur. Həmin kolxozda islahat aparılan zaman İddiaçı əmlak kimi istifadə etdiyi “YUMZ-D75” markalı traktor əmək haqqı hesablanaraq ona verilmiş və hal-hazırda onun istifadəsindədir. 4. 23.11.2023-cü il tarixli, 3-17-1/2-27 4762/2023 nömrəli məktubdan və ona əlavə olunmuş pensiya işindən görünür ki, X7 və X1 İmişli rayonunun Nizami kolxozunda işlədiyi illər üzrə adam günü normasının qeyd olunmamasına baxmayaraq onlara pensiya təyin olunarkən onların həmin illər sosial sığorta stajı kimi nəzərə alınmışdır.

5. Bələdiyyələrlə İş Baş İdarəsinin xx.xx.2025 -ci il tarixli məktubuna əlavə edilmiş sənədlərdən, o cümlədən İmişli rayonu Bəcirəvan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 01 nömrəli arayışından və əmək haqqı cədvəlindən görünür ki, İddiaçı bələdiyyə üzvü kimi 17 dekabr 2004-cü il tarixdə yerli özünüidarə orqanlarına keçirilən seçkilərdə bələdiyyə üzvü seçilmiş, İmişli rayonu Bəcirəvan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 01 nömrəli iclasının qərarı ilə bələdiyyə sədrinin müavini təyin edilmiş, 2009-cu ilin sonuna kimi bələdiyyə sədrinin müavini kimi fəaliyyət göstərərək əmək haqqı almışdır.

6. İmişli rayon Bəcirəvan bələdiyyəsinin sədrinin və Dövlət Sosial Müdafiə Fondunun X4 baş mütəxəssisi X5, böyük mütəxəssis X2 iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli qarşılıqlı yoxlama aktından görünür ki, Bəcirəvan bələdiyyəsi ndə qarşılıqlı yoxlama keçirilmiş və Bələdiyyənin 19 yanvar 2005-ci il tarixli iclası ilə [Protokol №1] Qurbanov X6 bələdiyyəsinin sədr müavini vəzifəsinə seçilmişdir. 26 yanvar 2010-cu il tarixdə keçirilmiş iclas ilə Bələdiyyəyə yeni tərkib (sədr, sədr müavini) müəyyən olunmuş və İddiaçı sədr müavini seçilmədiyi üçün işinə xitam verilmişdir. Qarşılıqlı yoxlama zamanı bələdiyyənin arxivində saxlanılan İddiaçı adına olan əmək haqqı (ödəniş) cədvəllərinə baxış keçirilmiş və onun Bələdiyyədə sədr müavini olduğu dövrdə, yəni 2005-ci ildən 2009-cu ilin sonunadək hər ay əmək haqqı aldığı müəyyən edilmişdir.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 2-1(106)-371/2024 nömrəli məktuba qoşma kimi əlavə edilmiş Bəcirəvan bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 01 nömrəli arayışının, Bəcirəvan bələdiyyəsi üzvlərinin imzası ilə təsdiq olunmuş aktın, Bələdiyyənin 19 yanvar 2005-ci il tarixli 01 N saylı iclasının protokolundan çıxarışın və İddiaçı məxsus əmək haqqı cədvəlinin məzmunundan aydın olur ki, İddiaçı bələdiyyə üzvü kimi 17 dekabr 2004-cü il tarixdə yerli özünüidarə orqanlarına keçirilən seçkilərdə bələdiyyə üzvü seçilmiş, Bəcirəvan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 01 nömrəli iclasının qərarı ilə bələdiyyə sədrinin müavini təyin edilmiş, 2009-cu ilin sonuna kimi bələdiyyə sədrinin müavini kimi fəaliyyət göstərərək əmək haqqı almışdır. 26 yanvar 20120-cu il tarixdə keçirilmiş iclas ilə Bələdiyyəyə yeni tərkib (sədr, sədr müavini) müəyyən olunmuş və İddiaçı sədr müavini seçi lmədiyi üçün işinə xitam verilmişdir. İddiaçı Bəcirəvan bələdiyyəsində sədr müavini olduğu dövrdə, yəni 2005-ci ildən 2009-cu ilin sonunadək hər ay əmək haqqı aldığı müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “işlədiyi illərin iş stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 30.03 195 8-ci ildə anadan olmuş, 1973-1996-cı illərdə İmişli rayonunun Nizami adına kolxozunda, 2004-2009-cu illərdə İmişli rayonu Bəcrəvan Bələdiyyəsində işləmişdir. Hazırda 3-cü qrup əlildir. Həmin illərdə traktorçu kimi bütün iş günlərini işləməklə yüksək əmək haqqı almış, mühasibatlığın təqsirindən sənədlərdə adam günlər qeyd olunmayıb. Onunla birgə işləmiş şahidlər onun 1973-1996-cı illərdə kolxozda bütün iş günlərini işləməklə yüksək əmək haqqı almağını təsdiq edə bilərlər. İmişli rayon məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsi ilə onun 1991,1992,1993 və 1996-cı illərdə İmişli rayonu Nizami adına kolxozunda traktorçu işləməyi faktı müəyyən edilmişdir. DSMF publik hüquqi şəxsin İmişli rayon filialı həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri versə də, yuxarı instansiyalar q ətnaməni dəyişdirmədən qüvvəsində saxlamışdır. DSMF publik hüquqi şəxsin İmişli rayon filialı xx.xx.2021-ci il tarixli məktubunda bildirir ki, arxiv arayışında 1973-1990 və 1994-1995-ci illərdə kolxozda yerinə yetirilmiş adam günləri göstərilməyib. Həmin illərdə həmin kolxozda bütün iş günlərində adam gün normasını yerinə yetirməklə işləməyini onunla birlikdə işləmiş şahidlər təsdiq edə bilərlər. Arayışda da təsdiq olunur ki, o, həmin illərdə kifayət qədər əmək haqqı almışdır. O, həmin kolxozda traktorçu işləmiş və islahat zamanı həmin traktoru əmək haqqı hesablanaraq ona verilmişdir. Qeyd edilənlərə əsasən işlədiyi illər 25 ili əhatə edir və ona yaşa görə əmək pensiyası təyin edilməlidir.

10. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q-98528/2023 nömrəli məktubla bildirilmişdir ki, İmişli rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 52 nömrəli arayışında iddiaçının işlədiyini iddia etdiyi “Nizami adına kolxoz”un xx.xx.1973-cü il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək minimum adam günü norması göstərilsə də, onun faktiki yerinə yetirdiyi adam günü norması qeyd edilməmişdir. Həmçinin 1991-ci il tarixdən 1993-cü tarixədək və 1996-cı ilin son hesablaşma kitabları və Bəcirəvan bələdiyyəsinin sənədləri İmişli rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd etmək lazımdır ki, iddia ərizəsindən göründ üyü kimi, iddia tələbi iki hissədən ibarətdir. Birinci tələb İmişli rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 52 nömrəli arayışında qeyd olunan 1973-cü il tarixdən 1996-cı il tarixədək İmişli rayonu “Nizami adına kolxoz”da işlədiyi dövr, ikinci tələb isə İmişli rayon Bəcirəvan bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 68 nömrəli aktına əsasən 2005-ci il tarixdən 2009-cu il tarixədək Bəcirəvan bələdiyyəsində işlədiyi dövrü əhatə etmişdir. İddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) azı 25 il sığorta stajı olduqda. Mərkəzi Filia l tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli nömrəli məktuba əsasən “Nizami adına kolxoz”un xx.xx.1973-cü il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək minimum adam günü norması göstərilsə də, onun faktiki yerinə yetirdiyi adam günü norması qeyd edilməmiş və 1991-ci il tarixdən 1993-cü il tarixədək və 1996-cı ilin son hesablaşma kitabları İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Fondun Mil-Muğan regional filialı (hazırda Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı) tərəfindən iddiaçının sosial sığorta stajının yoxlanılması məqsədilə xx.xx.2022-сi il tarixdə qarşılıq yoxlama keçirilmiş və akt tərtib edilmişdir. Aktın məzmununa əsasən, kolxoz kitablarında iddiaçının yerinə yetirdiyi adam günü norması qeyd edilməmişd ir. Həmçinin qeyd olunan illərdə iddiaçı soyadı Rzayev göstərilmiş və həmin soyadın iddiaçıya məxsus olmasına dair məlumat qeyd edilməmişdir. İddiaçının işlədiyini iddia etdiyi illərə dair kolxoz kitablarında iddiaçının ata adı qeyd edilməmişdir. Yuxarıda qeyd olunan əsaslar iddiaçının İmişli rayon “Nizami adına kolxoz”da işləməsinə dair şübhə doğurur. Həmçinin iddiaçı 2005-ci il tarixdən 2009-cu il tarixədək Bəcirəvan bələdiyyəsində işlədiyini iddia edir. Cavabdeh orqan tərəfindən iddiaçı sosial sığorta stajın dəqiqləşdirilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə sorğu ünvanlanmışdır. Sorğuya gələn xx.xx.2023-cü il tarixdə cavab məktubunda Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta (Hesabat)” altsistemin də sığortaedən İmişli rayonu Bəcrəvan Bələdiyyəsi (SUN: **********7) tərəfindən 2006-cı il üzrə təqdim edilmiş illik məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumata əsasən iddiaçının adı sığortaolunan kimi qeyd olunmadığı bildirilmişdir. Həmçinin Bəcirəvan bələdiyyəsi sığortaedən kimi 20072008-ci illər üzrə illik hesabatları Fonda təqdim etməmişdir. Qeyd etmək lazımdır ki, sığortaedən tərəfindən 2009-cu il üzrə təqdim edilmiş illik hesabata əsasən iddiaçının məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin sığortaedən tərəfindən ödənilmədiyi üçün fərdi şəxsi hesabında əks olunmamış və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissə sində pensiya kapitalı qeydə alınmamışdır. Yuxarıda qeyd olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində göstərilən hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə (xx.xx.2023-cü il tarixdə) çatmışdır. Lakin yuxarıda qeyd olunan qanunun 7-ci maddəsində tələb olunan sığorta stajının 25 il olmasına baxmayaraq iddiaçının əmək kitabçasında mövcud olan sığorta stajı uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. Qeyd etmək lazımdır ki, iddiaçıya xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş və hazırda ödənişdədir.

11. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-979/2024 nömr əli qərarı ilə iddia təmin edilmişdir (hakim – Ş.Musayev).

12. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək qabiliyyətli yaş dövrünə çatdığı zaman 1973-1990, 1994-1995-ci illərdə, həmçinin 1991, 1992, 1993 və 1996-cı illərdə İmişli rayonu “Nizami” adına kolxozda və 2005-2009-cu illərdə İmişli rayonu Bəcrəvan bələdiyyəsində işləyib, əmək haqqı aldığı dövrlər nəzərə alındıqda ümumilikdə 25 ildən artıq sığorta stajı mövcud olur.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Apellyasiya icraatı zamanı iddiaçının tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin olunaraq iddia tələbi “1973-1990 və 1994-1995-ci illərdə İmişli rayon Məhkəməsinin xx.xx.2022-ci il ta rixli, 2(036)-1652/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 1991, 1992, 1993, 1996-cı illərdə İmişli rayonunun Nizami adına kolxozunda işlədiyi dövr və xx.xx.2005-xx.xx.2006-cı illərdə İmişli rayonu, Bəcrəvan bələdiyyəsində işlədiyi dövrlər, o cümlədən mülkiyyətimdə olan torpaq sahəsindən istifadəyə görə 2025-ci ildə ödədiyi 50 manat məcburi dövlət sosial sığorta ödənişi nəzərə alınmaqla ona xx.xx.2025-ci il tarixdən yaşa görə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilmişdir.

15. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(106)-41/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-979/2024 saylı qərarı dəyişdirilərək dəqiqləşdirilm iş iddia tələbi təmin olunmuşdur (sədrlik edən – S.Həsənov, hakimlər – C.Quliyev, T.Kərimov).

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, iddiaçının sözügedən kolxozda və bələdiyyədə işləməsini təsdiq edən sənəd qismində əmək kitabçası deyil, həmin dövrü əks etdirən arxiv arayışları və hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı məhkəmə qətnaməsi təşkil edir. Arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli Arxiv Fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli Arxiv Fondunun sənədlərinin mərkəzləşdirilmi ş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə, həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şübhə altına alınması məntiqə uyğun deyildir. Qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da işləməsinə dair arayışlarını təqdim etmişdir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktlarının müddəalarından irəli çıxaraq məhkəmə kollegiyasının formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlil ləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır.

17. İş materiallarında olan İmişli rayon Dövlət Arxivi tərəfindən təqdim olunmuş arxiv arayışı, qarşılıqlı yoxlama aktı və qanuni qüvvəsini almış İmişli Rayon Məhkəməsinin 2(036)-1652/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında müəyyən olunur ki, iddiaçı 1973-1990, 1994-1995-ci və 1991,1992,1993 və 1996-cı illərdə İmişli rayonu “Nizami” adına kolxozunda işləmiş və əmək haqqı almışdır. Sözügedən arxiv arayışının kifayətedici sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının 1973-1990, 1994-1995-ci illərə dair təqdim etdiyi arxiv arayışındakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə iclasında iştirak edən iddiaçı iz ahatında bildirmişdir ki, o, arayışda göstərilən dövrlərdə “Nizami” adına kolxozda traktorçu kimi işləmiş və işlədiyi dövrlərdə adam günü normasını tam həcmdə, hətta artıqlaması ilə yerinə yetirmiş və həmin normaya uyğun ona əmək haqqı verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinasına səbəb olmuş qeyd edilən hallar (arxiv sənədlərində faktiki yerinə yetirilmiş adam günü normasının yazılmaması) iddiaçının təqsiri səbəbilə olmamış və onun məsuliyyət sferasına daxil deyildir.

18. Cavabdehin imtinasına səbəb olmuş qeyd edilən hallar (arxiv sənədlərində faktiki yerinə yetirilmiş adam günü normasının yazılmaması) iddiaçının təqsiri səbəbi ilə olmamış və onun məsuliyyət sferasına daxil deyildir. Belə ki, iş materiallarına əlavə edilən sənədlərə əsasən, iddiaçının kolxozda uz un müddət işlədiyi və illik qazancları (əmək haqqı alması) barədə məlumatların olduğu müəyyən edilir. Qeyd edilən dövrlərə aid arxivdə saxlanılan son hesablaşma cədvəllərində yerinə yetirilmiş adam günü normalarının yazılmaması səbəbindən həmin dövrlərin sığorta stajı kimi qəbul edilməməsi ağlabatan hal deyildir. İddiaçının adına verilmiş arxiv arayışının məlumatları nəzərə alındıqda müəyyən edilir ki, İmişli rayonu “Nizami” adına kolxozda kişilər üçün minimum əmək günü (iş günü) norması 1973-1996-cı illərdə 260 adam günü olmuşdur. Buna qarşılıq, iddiaçı tərəfindən yerinə yetirilmiş minimum əmək iştirakı norması yazılmamış, lakin 1973-1995-ci illərə münasibətdə illik qazancı barədə məlumatlar yazılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “İmişli rayon Dövlət Arxivində, sax lanılan İmişli rayonunda fəaliyyət göstərmiş “Nizami” adına kolxozun, kolxozçuların son hesablaşma kitablarında yalnız iddiaçının deyil, digər kolxozçuların da yerinə yetirilmiş adam günü normaları qismən qeyd olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud adam günü normasını tam yerinə yetirməməsi (minimum adam günündən aşağı həddə işləməsi), o cümlədən iddiaçının təqdim etdiyi və arxivdə aşkar olunan sənədlərin ziddiyyətli və yaxud qeyri-mötəbər olmasına dair cavabdeh tərəfindən hər hansı əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi və əmək haqqı alması halı müəyyən edilmi şdir. Məhkəmə kollegiyası nəzərə almışdır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili kimi çıxış edən, yəni iddiaçının təqdim etdiyi “Nizami” adına kolxozda fəaliyyəti barədə arxiv arayışında 1973-1990-cı illər, həmçinin 1994-1995-ci illər üzrə minimum adam günü norması göstərilməsinə baxmayaraq faktiki yerinə yetirilmiş adam günü normasının öz əksini tapmaması və yaxud sənədləşmə işlərinin tam həyata keçirilməməsi həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənf i təsir etməməlidir. Cavabdehin göstərdiyi dəlillərlə bağlı qeyd edilməlidir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və onun məsuliyyət sferasına daxil deyildir.

20. Bundan başqa, iş materiallarında olan qanuni qüvvəsini almış İmişli Rayon Məhkəməsinin 2(036)-2535/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçının 1991, 1992, 1993 və 1996-cı illərdə “Nizami” adına kolxozda traktorçu vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində əks olunmuş və məhkəmənin mötəbər sübut kimi qiymət verdiyi şahidlərin (X11 və X3) ifadəsindən müəyyən edilir ki, iddiaçı 1969-cu il tarixdən 1997-ci il tarixinədək “Nizami” adına kolxozda traktorçu, dispetçer, mühasib və baş mühasib vəzifələrində, xüsusilə də 1976-cı il tarixdən 1996-cı il tarixinədək traktorçu vəzifəsində işləmiş və işlədiyi müddət ərzində hər zaman qabaqcıl işçilərdən biri olmuşdur. Həmin kolxozda islahat aparılan zaman iddiaçıya əmlak kimi istifadə etdiyi “YUMZ-D75” markalı traktor əmək haqqı hesablanaraq ona verilmiş və hal-hazırda onun istifadəsindədir. Bütün bu qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kolxozda işlədiyi dövrdə adam günü normasına uyğun işləmiş, qazanc əldə etmiş, sadəcə olaraq yerinə yetirilmiş adam günü normalarının qeydiyyatı səlahiyyətli şəxslər tərəfindən vaxtında və düzgün aparılmamışdır. Məhkəmə kollegiyası qanuni qüvvəsini almış İmişli Rayon Məhkəməsinin 2(036)-2535/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının 1991, 1992, 1993 və 1996-cı illərdə “Nizami” adına ko lxozda traktorçu vəzifəsində işləməsi faktı ilə bağlı onu qeyd etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci və 3.2.2-ci bəndlərinə əsasən 2006cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün əsas hesab olunur.

21. Bundan başqa, iddiaçının əmək fəaliyyətinin xx.xx.2005- xx.xx.2006-cı il tarixədək dövrü ilə bağlı qeyd olunmuşdur ki, həmin dövrlərdə əmək fəaliyyətinin düzgünlüyü cavabdehin nümayəndələri ilə həyata keçirilmiş qarşılıqlı yoxlama aktı ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin yoxlamanın nəticələrinə əsasən iddiaçının 17 dekabr 2004-cü il tarixdə yerli özünüidarə orqanlarına keçirilən seçkilərdə bələdiyyə üzvü seçilməsi, İmişli rayonu Bəcirəvan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 01 nömrəli iclasının qərarı ilə bələdiyyə sədrinin müavini təyin edilməsi, 2009-cu ilin sonuna kimi bələdiyyə sədrinin müavini kimi fəaliyyət göstərərək əmək haqqı alması və xx.xx.2010-cu il tarixli 01 nömrəli qərar ilə sədr müavini seçilmədiyi üçün işinə xitam verilməsi öz təsdiqini tapır.

22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİ RAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.1-ci yarımbəndinin 5-ci hissəsinə əsasən, 01 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə kolxozlarda iş müddəti kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə)) əsasən sosial sığorta stajına daxil edilir. İş materiallarına əlavə edilən İmi şli rayon Dövlət Arxivinin arayışında İddiaçının 1973-1995-ci illər ərzində “Nizami kolxozunda əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. Lakin sözügedən arayışda yuxarıda qeyd edilən illər üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq “il ərzində müəyyən edilmiş əmək iştirakı minimumu” barədə hər hansı məlumat göstərilməmişdir. İddiaçı sığorta stajına mübahisəli dövrlərin daxil edilməsi üçün həmin illər ərzində onun neçə adam günü işlədiyi barədə məlumat olmalı və bundan sonra həmin dövrdə müvafiq kolxozda minimum adam günü norması əsasında hesablanma aparılmaqla həmin dövr sığorta stajına daxil edilməlidir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi bununla bağlı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələblərini pozaraq proses iştirakçı larının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər əhəmiyyət materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə, araşdırmağa borclu olmasına baxmayaraq, prosessual pozuntuya yol vermiş “Nizami kolxozu”nun arxiv sənədlərinin şəxsi vərəqələrində iddiaçının işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma, qeyd edilən illər, aylar üzrə əməkhaqqı alması, işlədiyi kolxozda kişilər üçün minimum əmək iştirakı normasının neçə gün (ay) və işlədiyi günlərin sayı, bu mümkün olmadıqda müvafiq dövrdə İmişli rayonunda fəaliyyət göstərmiş digər yaxın kolxozlarda kişilər üçün məlumatların minimum əmək iştirakı normasının neçə gün (ay) olması barədə məlumatların ə ldə edilməsi ilə bağlı sorğu ilə müraciət etməmişdir. Qeyd olunan illərdə düzəliş və qaralamaların olmasına baxmayaraq məhkəmə düzəliş və qaralamaların səbəblərinin araşdırmamış, sözügedən məsələyə aydınlıq gətirməmişdir.

24. Məhkəmə qərar qəbul edərkən obyektiv araşdırma prinsipini pozaraq rayon Dövlət Arxivi tərəfindən verilən arayışa dair araşdırma aparmamış, bu hala məhkəmə tərəfindən hüquqi qiymət vermədən yalnız formal cəhətdən iddia tələbini təmin etməklə qərar qəbul etmişdir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət ləndirilmədən qəbul edilmiş məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz iddia ərizəsinə uyğun əsaslanmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: … 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən d igər dövrlərin məcmusudur;... Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır 27. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Madd ə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən s ənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqdavə ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlərdüzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır

29. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2 006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassı zdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibə tlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

35. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gə lən işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

36. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

37. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı işlədiyi illərin iş stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.

38. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehə müraciət edərək ümumi iş stajı nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh iddiaçının təqdim etdiyi “Nizami” adına kolxozda fəaliyyəti barədə arxiv arayışında 1973-1990-cı illər, həmçinin 1994-19 95ci illər üzrə minimum adam günü norması göstərilsə də, faktiki yerinə yetirilmiş adam günü norması öz əksini tapmadığından, eyni zamanda Bəcirəvan Bələdiyyəsində fəaliyyət göstərdiyi 2005-2009-cu illər üzrə pensiya sığorta kapitalı olmadığından qeyd olunan dövrlərin sosial sığorta stajına daxil etməyin mümkün olmadığını bildirərək əmək pensiyasının təyin edilməsindən imtina haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir.

39. İş materiallarından göründüyü ki, sözügedən mübahisələndirilən dövrlər əmək kitabçası deyil, həmin dövrü əks etdirən arxiv arayışları və hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı məhkəmə qətnaməsi təşkil edir.

40. Apellyasiya instansiya məhkəməsinin qərarından göründüyü kimi, iddiaçının kolxozda işlədiyi dövrə münasibətdə arxiv arayışının mötəbərli yi, eləcə də məhkəmə qətnaməsinin preyudisiallığı rəhbər tutulmuş və minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq onun iş stajının hesablanmasında nəzərə alınması mövqeyinə gəlmişdir.

41. Kassasiya şikayətində isə cavabdeh iddiaçının 1973-1995-ci illər ərzində "Nizami kolxozu”nda işləməsinə dair istinad edilmiş sübutların olmasına baxmayaraq məhz qanunvericiliyin tələblərinə uyğun olaraq “il ərzində müəyyən edilmiş əmək iştirakı minimumu” barədə hər hansı məlumat aşkar edilməməsi əsası ilə həmin dövrü qəbul etməmişdir.

42. Cavabdeh hazırkı dəlilində “qanunvericiliyin tələbi” kimi dedikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qan ununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nı nəzərdə tutmuşdur.

43. Məhkəmə kollegiyası bildirir ki, həqiqətən həmin qaydaların əvvəlki redaksiyasının 4.1.1-ci yarımbəndinin 5-ci hissəsinə əsasən “(kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə)” ifadəsi olsa da, xx.xx.2023-cü il tarixli dəyişikliklə həmin sözləri “(kolxozçunun əmək kitabçası)” sözləri ilə əvəz edilmişdir.

44. Göründüyü kimi, cavabdehin istinad etdiyi “il ərzində müəyyən edilmiş əmək iştirakı minimumu” tələbinin xx.xx.2023-cü il tarixli dəyişiklikdən sonra aradan qalxmasına baxmayaraq cavabdeh kassasiya şikayətinin dəlilini Qaydaların köhnə redaksiy asına uyğun əsaslandırmışdır.

45. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

46. Beləliklə, iddiaçının 1973-1995-ci illər ərzində “Nizami kolxozu”nda işlədiyi illər arxiv arayışları və məhkəmə qərarı isə öz təsdiqini tapdığından, eləcə də həmin dövrə münasibətdə qanunvericiliyin “əmək iştirakı minimumu” tələbi olmadığından həmin illərin staj illəri kimi hesab edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı olmuşdur.

47. Bundan başqa, cavabdehin mübahisələndirilən dövrlə bağlı əlavə araşdırma kimi dəlill ərinə münasibətdə qeyd olunmalıdır ki, həmin illər mötəbər sənədlərlə təsdiq olunduğundan, eləcə də əmək iştirakı minimumu tələbinin aradan qalxdığından şikayətin bu dəlilləri əsassız hesab edilməlidir.

48. Məhkəmə kollegiyası bildirir ki, cavabdeh tərəfindən imtina məktubunda və apellyasiya şikayətində iddiaçının İmişli rayonu Bəcirəvan Bələdiyyəsində işlədiyi illər qəbul edilməsə də, kassasiya şikayətində buna dair dəlillər qeyd olunmamışdır.

49. Buna baxmayaraq məhkəmə kollegiyası iddiaçının bələdiyyə sədri kimi işlədiyi illərə münasibətdə apellyasiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək bildirir ki, iddiaçının əmək fəaliyyətinin xx.xx.2005-xx.xx.2006-cı il tarixədək olan dövrlərdə əmək fəaliyyətinin düzgünlüyü cavabdehin nümayəndələri ilə həyata keçirilmiş qarşılıqlı yoxlama aktı ilə öz təsdiqini tapmışdır. Məhz həmin yoxlamanın nəticələrinə əsasən iddiaçının 17 dekabr 2004-cü il tarixdə yerli özünüidarə orqanlarına keçirilən seçkilərdə bələdiyyə üzvü seçilməsi, İmişli rayonu Bəcirəvan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 01 nömrəli iclasının qərarı ilə bələdiyyə sədrinin müavini təyin edilməsi, 2009-cu ilin sonuna kimi bələdiyyə sədrinin müavini kimi fəaliyyət göstərərək əmək haqqı alması və xx.xx.2010-cu il tarixli 01 nömrəli qərar ilə sədr müavini seçilmədiyi üçün işinə xitam verilməsi öz təsdiqini tapır.

50. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadı ğından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(106)-41/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar