Məhkəmə qərarları › İş №2-1(102)-3356/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3356/2025

22.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3356/2025 22.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publi k hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 8 iyul 2025-ci il tarixli, 2-1(107)-416/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının xx.xx.1997-ci ildə doğulmuş və “anadangəlmə daun sindromlu, kəskin dərəcəli əqli gerilik” xəstəliyi olan övladı 18 yaşınadək sağlamlıq imkanlarının məhdud olması ilə əlaqədar xx.xx.2015-ci il tarixdən iddiaçının övladına müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh orqan - iddiaçının övladı X1 qulluq etdiyi xx.xx.2005xx.xx.2 007, xx.xx.2007-xx.xx.2009, xx.xx.2009-xx.xx.2011, xx.xx.2011- xx.xx.2015 və xx.xx.2019-xx.xx.2023-cü illəri mübahisəsiz sosial sığorta stajı kimi qəbul edir. (xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, iddiaçının xx.xx.2005-xx.xx.2023-cü illər üzrə mübahisəsiz sosial sığorta stajı 15 ildir.

2. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 122 saylı arayışına əsasən 1982-1993-cü illərdə Zaqatala rayonu “Nizami” adına kolxozda işləmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının ümumi stajı 25 ildən azdır. Zaqatala rayonu “Nizami” adına kolxozun 1982-1987-ci illərə və 1988-1993-cü illərə aid əmr kitablarında vətəndaşın adı “Xuzeymat” olduğu halda “Xozeymat” olaraq qeyd edilmişdir. Həmçinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumatlara əsasən İddiaçı sığorta stajı xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək övladı X1 qulluq etdiyi müddət nəzərə alınmaqla 4 il 26 gün təşkil edir. İddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş və xx.xx.2023-cü il tarixdən 220 manata çatdırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “yaşa görə əmək pensiyasının təyin edilməsi ödənilməsi öhdəliynin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı məhkəmə iclas ında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, ona xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1982-1993-cü illərdə Zaqatala rayonu “Nizami” adına kolxozda işlədiyi, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş övladına qulluq etdiyi xx.xx.2005-xx.xx.2015-ci il və xx.xx.2019-cu ildən sonrakı dövr nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı hesab edir ki, onun kolxozda işlədiyi müddət 9 il 10 ay, 6 gün və oğluna qulluq etdiyi müddət 15 il 6 ay 22 gün olmaqla ümumi sosial sığorta stajı 25 ildən artıqdır. Odur ki, cava bdeh orqanın imtina cavabı ilə razılaşmayaraq hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

8. Cavabdeh iddiaya qarşı etirazında bildirmişdir ki, iddiaçının ümumi stajı 25 ildən az olmuş, Zaqatala rayonu “Nizami” adına kolxozun 1982-1987-ci illərə və 1988-1993-cü illərə aid əmr kitablarında vətəndaşın adı “Xuzeymat” olduğu halda “Xozeymat” olaraq qeyd edilmişdir. Həmçinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumatlara əsasən İddiaçı sığorta stajı xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək övladı X1 qulluq etdiyi müddət nəzərə alınmaqla 4 il 26 gün təşkil edir. İddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş və xx.xx.2023-cü il tarixdən 220 manata çatdırılmışdır. Göstərilənlər nəzərə alınaraq iddia təl əbinin təmin edilməməsi xahiş edilmişdir

9. Şəki İnzibati Məhkəməsinin (hakim: Vüqar Musayev) 24 fevral 2025-ci il tarixli, 21(116)-209/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı, 1982-1993-cü illərdə Zaqatala rayonu “Nizami” adına kolxozda işləmişdir. 1985, 19871993-cü illərdə minimum əmək normasını yerinə yetirmiş, 1982-1984 və 1986-cı illərdə minimum adam günü normasından az işləmişdir. Büt övlükdə iddiaçının kolxozda işlədiyi müddətin cəmi 9 il 9 ay 28 günə bərabərdir. Zaqatala rayonu “Nizami” adına kolxozun əmr kitablarında iddiaçının adında olan uyğunsuzluğa (adının “Xozeymat” qeyd edilməsi ilə bağlı) münasibətdə məhkəmə qeyd etmişdir ki, bu hal yalnız adın orfoqrafik baxımdan düzgün yazılmaması ilə əlaqədardır. Yəni, mövcud uyğunsuzluq iddiaçının adının qarşısında icra edilmiş qeydlərin hər hansı başqa şəxsə aid olması kimi yox, məhz adın düzgün yazılış qaydalarına riayət olunmaması kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə hesab etmişdir ki, adın tərkibində bir hərfin düzgün yazılmaması iddiaçının ziyanına şərh olunmamalı və bütövlükdə onun kolxozda qazandığı sosial sığorta stajının mötəbərliyini şübhə altına almamalıdır. xx.xx.2002-ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduğundan və iddiaçının məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olması (9 il, 9 ay, 28) iş materialları ilə sübut olunduğundan, iddiaçı, xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxs hesab edilməlidir. Cavabdeh orqan iddiaçının övladı X1 qulluq etdiyi xx.xx.2005xx.xx.2007, xx.xx.2007-xx.xx.2009, xx.xx.2009-xx.xx.2011, xx.xx.2011- xx.xx.2015 və xx.xx.2019-xx.xx.2023-cü illəri mübahisəsiz sosial sığorta stajı kimi qəbul edir. İddiaçının sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etməsi işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh orqan məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, iddiaçının xx.xx.2005-xx.xx.2023-cü illər üzrə mübahisə siz sosial sığorta stajı 15 ildir. Bununla yanaşı, Kənan Aslanlı 18 yaşına çatdıqdan sonra, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək olan dövrdə notarial qaydada təsdiq olunmuş qulluq edən və qulluq olunan barədə ərizə təqdim edilmədiyindən həmin müddət sosial sığorta stajı kimi nəzərə alınmamışdır. xx.xx.2019-cu il tarixdən iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etdiyi tarixədək müddət 4 il 5 ay 27 günə bərabərdir. Eyni zamanda, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda xx.xx.2005-ci ildən xx.xx.2015-ci ilədək olan dövrlərin onun sığorta stajına aid edildiyi və sosial sığorta stajı kimi qəbul edildiyi qeyd olunmuşdur. Həmin müddətlər toplandıqda (9 il 9 ay 28 gün + 10 il 10 ay 22 gün + 4 il 5 ay 27 gün) iddi açının 25 ildən artıq sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddiaçının iddia tələbi təmin edilməməlidir. Məhkəmənin nəzərinə çatdırılır ki, İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə və “Sosial ödənişlər" altsistemində olan məlumatlara əsasən ümumilikdə sosial sığor ta stajı 15 il təşkil edir və bu qanunvericiliklə tələb edilən müddətdən (25 il) azdır. Həmçinin bildirilir ki, Fondun 2 saylı Şəki-Zaqatala regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən Zaqatala rayonu “Nizami" adına kolxozun 1982-1987-ci illərə və 1988-1993-cü illərə dair əmr kitablarında vətəndaşın adı Xuzeymat olduğu halda Xozeymat olaraq qeyd edilmişdir. Buradan göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi qeyd edilən mübahisə ilə bağlı ehtimallara əsaslanaraq adın fərqli formada yazılması onun nadirliyi, müvafiq qeydləri icra edən şəxsin yazı vərdişləri və ya həmin şəxsin adının düzgün yazılış qaydasını bilməməsini əsas götürərək bununla bağlı hər hansı bir araşdırma aparmadan qərar qəbul etmişdir. Həmçinin zəruri olaraq qeyd edilir ki, “Nizami” adına kolxozun 1 982-1987-cı illərə və 1988-1993-cü illərə dair əmr kitablarında vətəndaşın adının Xuzeymat əvəzinə Xozeymat göstərilməsinə birinci instansiya məhkəməsi tərəfindən inzibati məhkəmə icraatı qaydasında qiymət verilməsi qanunvericiliyin tələblərinə ziddir. Mülki Prosessual Məcəllənin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd olunanları nəzərə alaraq, vətəndaşın ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: T.H.Həsənov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və E.Ş.Hüseynov) 08 iyul 2025-ci il tarixli, 21(107)-416/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı, 1982-1993-cü illərdə Zaqatala rayonu “Nizami” adına kolxozda işləmişdir. 1985, 19871993-cü illərdə minimum əmək normasını yerinə yetirmiş, 1982-1984 və 1986-cı illərdə minimum adam günü normasından az işləmişdir. Bütövlükdə id diaçının kolxozda işlədiyi müddətin cəmi 9 il 9 ay 28 günə bərabərdir. Bundan başqa, cavabdeh orqan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, iddiaçının xx.xx.2005-xx.xx.2023-cü illər üzrə mübahisəsiz sosial sığorta stajı 15 ildir. Bununla yanaşı, iddiaçının oğlu-Kənan Aslanlı 18 yaşına çatdıqdan sonra, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək olan dövrdə notarial qaydada təsdiq olunmuş qulluq edən və qulluq olunan barədə ərizə təqdim edilmədiyindən həmin müddət sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Həmçinin, xx.xx.2019-cu il tarixdən iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etdiyi tarixədək müddət 4 il 5 ay 27 günə bərabərdir. Eyni zamanda, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda xx.xx.2005-ci ildən xx.xx.2015-ci ilədək olan dövrlərin onun sığorta stajına aid edildiyi və sosial sığorta stajı kimi qəbul edildiyi qeyd olunmuşdur. İş materiallarından görünür ki, həmin müddətlər toplandıqda iddiaçının 25 ildən artıq sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir.

15. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, işdə olan Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli arxiv arayışında vətəndaşın adı “Xuzeymat” olaraq göstərilmişdir. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli arxiv arayışında və iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində onun adı “Xuzeymat” olaraq qeyd edildiyindən əlavə olaraq həmin arayışın iddiaçıya məxsus olması barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etməsinə də zərurət yoxdur.

16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtinasının, iddiaya qarşı etirazının və apelyasiya şikayəti ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaş ına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublika sının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” `

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

2. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”

1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetiril məyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcə llənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə b ilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlər inə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İ nzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

33. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəf indən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

34. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.

35. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2023-cü il tar ixdən yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.

36. İstinad olunan həmin normanın müddəaları baxımından, şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.

37. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən 1982-1993-cü illərdə Zaqatala rayonu “Nizami” adına kolxozda işləmiş dir. 1985, 1987-1993-cü illərdə minimum əmək normasını yerinə yetirmiş, 1982-1984 və 1986-cı illərdə minimum adam günü normasından az işləmişdir. Bütövlükdə iddiaçının kolxozda işlədiyi müddətin cəmi 9 il 9 ay 28 günə bərabərdir. Zaqatala rayonu “Nizami” adına kolxozun əmr kitablarında iddiaçının adında olan uyğunsuzluğa (adının “Xozeymat” qeyd edilməsi ilə bağlı) münasibətdə məhkəmə qeyd etmişdir ki, bu hal yalnız adın orfoqrafik baxımdan düzgün yazılmaması ilə əlaqədardır. Yəni, mövcud uyğunsuzluq iddiaçının adının qarşısında icra edilmiş qeydlərin hər hansı başqa şəxsə aid olması kimi yox, məhz adın düzgün yazılış qaydalarına riayət olunmaması kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə hesab etmişdir ki, adın tərkibində bir hərfin düzgün yazılmaması iddiaçının ziyanına şərh olunm amalı və bütövlükdə onun kolxozda qazandığı sosial sığorta stajının mötəbərliyini şübhə altına almamalıdır. xx.xx.2002-ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduğundan və iddiaçının məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olması (9 il, 9 ay, 28) iş materialları ilə sübut olunduğundan, iddiaçı, xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxs hesab edilməlidir. Cavabdehin iddiasına görə, ddiaçının xx.xx.2005-xx.xx.2023-cü illər üzrə mübahisəsiz sosial sığorta stajı 15 ildir. Bununla yanaşı, Kənan Aslanlı 18 yaşına çatdıqdan sonra, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək olan dövrdə notarial qaydada təsdiq olunmuş qulluq edən və qulluq olunan barədə ərizə təqdim edilmədiyindən həmin müddət sosial sığorta stajı kimi nəzərə alınmamışdır.

38. Nəzərə alınmalıdır ki, xx.xx.2019-cu il tarixdən iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etdiyi tarixədək müddət 4 il 5 ay 27 günə bərabərdir. Eyni zamanda, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda xx.xx.2005-ci ildən xx.xx.2015-ci ilədək olan dövrlərin onun sığorta stajına aid edildiyi və sosial sığorta stajı kimi qəbul edildiyi qeyd olunmuşdur. Həmin müddətlər toplandıqda (9 il 9 ay 28 gün + 10 il 10 ay 22 gün + 4 il 5 ay 27 gün) iddiaçının 25 ildən artıq sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir.

39. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

41. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdir. Odur ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 8 iyul 2025-ci i l tarixli, 2-1(107)416/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar