Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3382/2025 25.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “mərhum əri X1 təyin olunmuş əmək pensiyasının onun pensiyası ilə əvəz edilməsi və 2010-cu ildən hazırkı dövrədək ona ödənilməli olan pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 11 mart tarixli, 2-1(106)56/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, mərhum əri X1 təyin olunmuş əmək pensiyasının onun pensiyası ilə əvəz edilməsi və 2010-cu ildən hazırkı dövrədək ona ödənilməli olan pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərin ə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şirvan İnzibati Məhkəməsinin (hakim - F.Abbasov) 2024-cü il 14 iyun tarixli, 21(120)-3176/2024 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
3. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər S.Həsənov /sədrlik edən və məruzəçi/, F.Hüseynov və Q.Əliyev) 2025-ci il 11 mart tarixli, 2-1(106)-56/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 2024-cü il 14 iyun tarixli, 2-1(120)-3176/2024 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, İddiaçı xx.xx.2023-cü il tarixli müraciəti əsasında hesablanmış pensiya məbləğinin 2010-cu il tarixindən (xx.xx.2020-ci ildən əvvəlki döv rlərə) ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir.
5. İddiaçı həmin qərardan kassasiya şikayəti şikayəti vermişdir. İddiaçı kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 2025-ci il 11 mart tarixli, 2-1(106) 56/2025 nömrəli qərarının ləğv edilməsini, həmçinin dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 27 avqust tarixli, 2-1(106)-56/2025 nömrəli qərardadı ilə iddiaçının dövlət hesabına vəkillə təmin edilmə barədə müraciəti təmin edilməmişdir.
7. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya ünvanlanmış məktubda dövlət hesabına vəkillə təmin edilməsi üçün maddi imkanının olmamasını təsdiq edən sənədlərin məhkəməy ə təqdim edilməsinin zəruriliyi iddiaçının diqqətinə çatdırılmışdır. Buna baxmayaraq, iddiaçı tərəfindən hüquqi yardım almaq məqsədilə kifayət edəcək maddi imkanının olmamasını, yaxud aşağı səviyyədə olmasını sübuta yetirəcək sənəd təqdim edilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab etmişdir ki, kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə İddiaçı tərəfindən verilmiş ərizə kifayət qədər əsaslı olmadığından təmin edilməməlidir.
8. Bundan sonra iş baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqı nda ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. … Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər. … 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. …
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
94. Kassasiya şikayətinin verilmə sinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamalıdır, bu isə aşağıda qeyd olunan səbəblərdən irəli gəlir.
12. Belə ki, İnzibati Prosessual Məcəllənin 90.3-cü və Mülki Prosessual Məcəllənin 67.1-ci, 407.3-cü və 407.4-cü maddələrinin tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə vəkilin orderi əlavə olunmalıdır. Kassasiya şikayəti yalnız həmin tələblərə riayət olunmaqla verildiyi hallarda icraata qəbul edilir.
13. Hazırkı mübahisə üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə edil məmişdir. Odur ki, iddiaçının hazırkı şikayəti, kassasiya şikayətinə dair qanunvericilikdə nəzərdə tutulmuş formal tələblərə cavab vermədiyindən icraata qəbul edilə və onun əsasında kassasiya icraatı mümkün sayıla bilməz.
14. Bu mənada, iş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah” tərəflərə rəsmi qaydada təqdim olunmuş və həmin izahda kassasiya şikayəti verilməsi qaydası tərəflərə ətraflı izah edilmiş, həmin tələblərə əməl olunmayacağı halda, baş verə biləcək hüquqi nəticələr, o cümlədən şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
15. Qeyd edilməlidir ki, həmin izah kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatın göndərilməsində kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri, xüsusən də şikayətə dair formal tələblərə əməl olunması ilə bağlı tələblər nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.
16. Kassasiya şikayətinin vəkillə təmin edilmə barədə hissəsinə münasibətdə isə Kollegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, proses iştirakçılarının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi həmin şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olmamasının müəyyən edilməsindən asılıdır. Hazırkı halda sübutetmə yükünün onun üzərində olmasına baxmayaraq iddiaçı maddi imkanlarının aşağı olduğunu və buna görə də vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmadığını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçının vəkilin xidmətlərindən istifadə etmək üçün hər hansı hüquq məsləhətxanasına müraciət etdiyi və ondan göstəriləcək xidmət müqabilində tələb olunan məbləğ də bəlli deyildir. Bu isə, onun imkanları nəzərə alınmaqla dövlət hesabına vəkillə təmin edilməsi məsələsinə qiymət verilməsini də mümkünsüz edir. Qeyd olunmalıdır ki, şəxsin dövlət büdcəsinin vəsaiti hesabına vək illə təmin olunması mütləq xarakter daşımır və bu baxımdan, heç də bütün hallarda onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Belə ki, müraciət edən şəxs ən azından, məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı olduğunu, vəkillə təmsil olunmasına zərurətin yarandığını və vəkilin xidmət haqqını ödəmək imkanına malik olmadığını öz ərizəsində əsaslandırmağa və bunu təsdiq edən müvafiq sənədləri ərizəsinə əlavə etməyə borcludur. Nəzərə almaq lazımdır ki, ümumi mülahizələrlə ifadə olunan və həmin mülahizələrin yuxarıda qeyd olunmuş şəkildə hər hansı sənədlə təsdiq olunmadığı ərizələr əsaslı sayıla və təmin oluna bilməz. Belə yanaşma həmin institutdan sui-istifadə hallarının qarşısının alınması məqsədlərinə xidmət edir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-109/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-95/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 15(102)-5/2024 nömrəli qərarları).
17. İşin hallarından görünür ki, dövlət hesabına vəkillə təmin edilməsi üçün maddi imkanının olmamasını təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi iddiaçının diqqətinə çatdırılsa da, iddiaçı tərəfindən maddi imkanının olmamasını təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmiş və apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının dövlət hesabına vəkillə təmin edilmə barədə tələbi təmin edilməmişdir.
18. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 11 mart tarixli, 2-1(106)-56/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.