Məhkəmə qərarları › İş №2-1(102)-339/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-339/2025

10.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-339/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməs i” öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 07 avqust tarixli, 2-1(104)-507/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Tibbi-Sosial Ekspert Komissiyasının təqdim edilən müayinələrin nəticələrindən görünür ki, İddiaçı xx.xx.2010-cu il və xx.xx.2014-cü il tarixlərdə keçirilən müayinənin nəticəsində “Hər iki budun yuxarı 1/3-nin dəlib keçən güllə yaralanması. Sağ oturaq sinirinin travmatik zədələnməsi. Yerişin pozulması ilə sağ xayanın amputasiyasından sonrakı vəziyyət” diaqnozu ilə, xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixlərdə keçirilən müayinənin nəticəsində “Hər ik i budun yuxarı 1/3-nin yumşaq toxuması və sol xayanı zədələyən odlu silah yaralanması. Sol xayanın amputasiyası. Sağ xayanın travmatik orxiti. Spermotogenezin kəskin pozulması cinsi zəiflik. Böyrək daşları. Sağ böyrəyin daşı. Nefrotik sindrom” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. 2. 13.11.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə keçirilən müayinənin nəticəsində “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hər iki budun yuxarı 1/3-nin yumşaq toxumalarının, sol xaya və xayalığın dəlib keçən güllə yaralanması, sol xayanın amputasiyasından sonrakı vəziyyəti. Hiportrofik çapıq, Hər iki budun yuxarı 1/3-nin və xayalığın kobud dartıcı kelloid toxuması.Nevrasteniya, Astenonevrotik sindrom” diaqnozu ilə “Diaq noz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Yuxarı 1/3-nin ön səthində yumşaq toxuma çapığı izlənmiş, dayaq hərəkə funksiyası pozulmamışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Psixiatriya xəstəxanasının xx.xx.2022xx.xx.2022 tarixli 7912/2022 nömrəli xəstəlik tarixindən Çıxarışda diaqnoz “Üzvi emosional labil pozuntu” kimi qeyd edilmişdir. AR İTS TƏBİB PHŞ Elmi-Tədqiqat Ortopediya və Travmatologiya İnstitutunun xx.xx.2021-ci il tarixli 4503/9025 nömrəli Arayışında diaqnoz “Hər iki budların 1/3-nin yumşaq toxumalarının dəlib keçən güllə yaralanması, ağrılı kelloid çapığı kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda, obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmiş dir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı əlilliyi qiymətləndirilmiş, diaqnoz əlilliyinin təyin edilməməsi qərara alınmışdır.

3. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsinə dair göndərişə əsasən xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə müraciətləri olmuş, əsas diaqnoz Y36.4. hərbi əməliyyatlar nət icəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, hər iki budun yuxarı 1/3 yumşaq toumalarının, sol xaya və xayalığın dəlib keçən güllə yaralanması, sol xayanın amputasiyasından sonrakı vəziyyət, Ağırlaşma F06.3. Əhvalın üzvü mənşəli (affektiv) pozuntusu, Travma nəticəsində əmələ gəlmiş üzvi affektiv (depressiv forma) pozuntusu qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, birinci Qarabağ müharibəsi qazisidir. Hal-hazırda da heç bir yerdə işləmir. O, 1994-cü ildə həqiqi-hərbi xidmətə yollanmışdır. Vətən uğrunda gedən döyüşlərdə 1996-cı ildə ermənilər tərəfindən atılmış güllə nəticəsində yaralanmışdır. Onu həmin anda Tərtər rayon hərbi hospitalına aparmışlar. Həmin ağır güllə yarası səbəbindən onda xayada kisda, beynində kəllə-beyin travması yaranmışdır. Bu haqda tibbi aparatdan da keçmişdir. Sənədlərində tibbi aparatın xəstəliyi ilə bağlı nəticələri də var. 2022-ci ilin sonlarında Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından müayinədən keçdikdə onun xəstəliyi ilə bağlı “mülayim beyin atrofiyası, sol beyincik yarımkürədə bir ədəd 5 mm ölçülü subkortikal yerləşməli glioz ocaq” diaqnostik nəticələri göstərilmişdir. O, g östərilənləri nəzərə alıb iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Cavabdeh iddiaya qarşı etirazında iddianı qəbul etməyərək bildirmişdir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin müayinəsi zaman baş ağrılarından, qarının aşağı hissəsində ağrıdan şikayətlənmişdir. Baxış zamanı sağ budun yuxarı 1/3-nin ön səthində yumşaq toxuma çapığı izlənmiş, dayaq hərəkət funksiyası pozulmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı xayasının birinin çıxarıldığını, digərinin funksiyasının endiyini bildirmiş, baş ağrısı, yuxusuzluqdan şikayətlənmiş, heç kim ilə ünsiyyət qurmaq istəmədiyini, tək qalmağı sevdiyini qeyd etmişdir. Müayinə zamanı hər iki budun yuxarı 1/3-də yumşaq toxuma çapıqları izlənilmiş, hərəkətlər tam həcmdə olmuşdur. Xəstədə simulyasiya elementləri müşahidə olunmuşdur. Hal-hazırda medikamentoz preparatlardan "Noşpa", "Majezik", "Platifilin+Dimedrol" qəbul etdiyini, bunların yuxusunun qaydaya düşməsinə kömək etdiyini bildirmişdir. Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 11824/22 nömrəli xəstəlik tarixindən Tibbi Rəyində diaqnoz “Üzvi affektiv (depressiv forma) - pozuntu” kimi qeyd edilmişdir. Mingəçevir şəhər Mərkəzi Xəstəxanası PHŞ xx.xx.2022-ci il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Mülayim beyin atrofiyası. Sol beyin yarımkürələrdə bir ədəd 5 mm ölçülü subkortikal yerləşməli glikoz ocaq. Sağ beyin yarımkürədə alın payında iki ədəd subsantimetrik ölçülü subkortikal yerləşm əli glioz ocaq” kimi qeyd olunmuşdur. Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, patolofi, psixi əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

7. Gəncə İnzibati Məhkəməsinin (hakim Emin Axundov) 2024-cü il 02 aprel tarixli, 2-1(114)-116/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edilməsi ha qqında Qərarda əlillik təyin edilən xəstəliklərin siyahısında “Xəstələnmənin və ölümün xarici səbəbləri” (klinik diaqnoz XBT kodu Y35-Y36) və “Qanunla nəzərdə tutulan hərəkətlər və hərbi əməliyyatlar” (klinik diaqnoz XBT kodu Y36, Hərbi əməliyyatlar – Y36.4) diaqnozları göstərilməmişdir. Qeyd olunanlardan o nəticəyə gəlinir ki, iddiaçının müayinəsi zamanı qoyulmuş diaqnozlar əlillik əlaməti təyin etmir. İddiaçı təyin edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edilməsi haqqında Qərarda əlillik təyin edilən xəstəliklərin siyahısında mövcud deyildir.

9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş et mişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər İsgəndərova Aygül /məruzəçi/, Mamedov Rəşad, Bayramov Azər) 2024-cü il 07 avqust tarixli, 2-1(104)507/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 2024-cü il 02 aprel tarixli, 2-1(114)-116/2024 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək İddiaçı xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi barədə qərar qəbul olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmuşdur.

11. İş ma teriallarından görünür ki, apellyasiya araşdırması zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ikinci qrup əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul olunmuşdur.

12. Apellyasiya instansiya məhkəməsi öz hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə müayinə nəticəsində TSEK-ə göndərişdən görünür ki, İddiaçı təyin edilmiş xəstəliklər sırasında XBT 10 kodu F06.3 olan əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, travma nəticəsində əmələ gəlmiş üzvi affektiv pozuntu qeyd edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavəyə 20 iyul 2023-cü il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə edilmiş əlavə və dəyişikliklər edilmədən əvvəlki redaksiyada qeyd edilmişdir: 13. 7.6.2. – F06.3, 7.6.2.2.- məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti 65-80-2 il.

14. Göründüyü kimi R.Quliyevin müayinəsi nəticəsində onda qeyd edilən xəstəliklər sırasında XBT 10 kodu F06.3 olan əhvalın üzvi mənşəli (affektiv) pozuntusu-əlilliyinin qiymətləndirildiyi dövrdə “Əlilliyin müəyyən olunması meyarları”na əsasən öz əksini tapmışdır. Lakin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda xx.xx.2022-ci il tarixdə İddiaçı əlilliyi qiymətləndirilmiş, diaqnoz əlilliyinin təyin edilməməsi qərara alınmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəməyə təqdim olunmuş pensiya işi və digər sənədlərə əsasən iddiaçıya illərdir (2010-cu ildən) müxtəlif xəstəlikdən əziyət çəkdiyindən əlillik dərəcəsi təyin olunmuş, sonuncu göndəriş üzrə qiymətləndirilmə zamanı imtinanın dəlilləri əsaslandırılmamış, şəxsdə xəstəliyin olmamasını sübüt edən sənədlərə (müayinə nəticələrinə) istinad edilməmişdir

15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, xəstənin müayinəsi zamanı baş ağrılarından, qarının aşağı hissəsində ağrıdan şikayətlənmişdir. Baxış zamanı sağ budun yuxarı 1/3-nin ön səthində yumşaq toxuma çapığı izlənmiş, dayaq hərəkət funksiyası pozulmamışdır kimi qeyd olunmuş, diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 11824/22 nömrəli xəstəlik tarixindən Tibbi Rəyində diaqnoz “Üzvi affektiv (depressiv forma) pozuntu” kimi qeyd edilmişdir. Mingəçevir şəhər Mərkəzi Xəstəxanası PHŞ xx.xx.2022-ci il tarixli Beyin MRT müayinəsinin nəticəsi mülayim beyin atrofiyası. Sol beyin yarımkürələrdə bir ədəd 5 mm ölçülü subkortikal yerləşməli glikoz ocaq. Sağ beyin yarımkürədə alın payında iki ədəd subsantimetrik ölçülü subkortikal yerləşməli glioz ocaq kimi qeyd olunmuşdur. Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixi əlamətləri aşkar edilməmişdir. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tari xli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

17. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə qarşı əlilliyi təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqa nın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbiəsaslarıehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. Məhkəmə səlahiyyətləri daxilində olmayan və yalnız müvafiq tibbi sənədlərdə nəzərdə tutulduğu halda, yəni buna əsas olduğu halda qərar qəbul etməli olmasına rəğmən əlilliyin təyin edilməsi və bunun cavabdeh orqan olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə hə valə edilməsi barəsində birinci instansiya məhkəməsinin qərarını dəyişdirərək,ciddi qanun pozuntusuna yol vermişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlə t Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2 Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilmə si və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 7.6.2. – F06.3 (xx.xx.2023-cü il tarixdə edilmiş dəyişikliyə qədər qüvvədə olan) 7.6.2.2.- məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti65-80-2 il.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kass asiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qəra rı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apell yasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiy i sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə müayinə nəticəsində TSEK-ə göndərişdən görünür ki, iddiaçıya təyin edilmiş xəstəliklər sı rasında XBT 10 kodu F06.3 olan əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, travma nəticəsində əmələ gəlmiş üzvi affektiv pozuntu qeyd edilmişdir.

30. Apellyasiya instansiya məhkəməsi ilə razılaşan Kollegiya qeyd edir ki, iddiaçının müayinəsi nəticəsində onda qeyd edilən xəstəliklər sırasında XBT 10 kodu F06.3 olan əhvalın üzvi mənşəli (affektiv) pozuntusu-əlilliyinin qiymətləndirildiyi dövrdə “Əlilliyin müəyyən olunması meyarları”na əsasən öz əksini tapmışdır. Lakin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda xx.xx.2022-ci il tarixdə İddiaçı əlilliyi qiymətləndirilmiş, diaqnoz əlilliyinin təyin edilməməsi qərara alınmışdır.

31. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin di skresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

32. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

33. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. F ərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddi açının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur

34. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstə liklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

35. Bu mənada kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

36. Odur ki, qeyd olunanlar baxımından cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

37. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzr ə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

38. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 07 avqust tarixli, 2-1(104)-507/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar