Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3392/2025 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsinə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: həqiqi hərbi xidmətə çağırılmasının qanunsuz hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidm ətinə (üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsinə) qarşı “həqiqi hərbi xidmətə çağırılmasının qanunsuz hesab edilməsi və digər” tələblərinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(107)341/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Xidmətin Mingəçevir rayon şöbəsinin təqdim etdiyi sənədlərə görə, İddiaçı 2021ci ilin oktyabr çağırışına hazırlığı ilə əlaqədar Xidmətin Mingəçevir şəhər şöbəsi tərəfindən məcburi diaqnostik müayinələrdən keçirilmiş və müayinələrin nəticəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.200 8-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim” ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İ qrafası ilə Mingəçevir şəhər çağırış komissiyasının qərarı ilə “hərbi xidmətə yararlı” hesab edilmişdir. 2. xx.xx.2023-cü il tarixli, 33 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, Xəstəliklər cədvəlinin 66 "c" maddəsinin İİ qrafasına ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı və DİN-in xx.xx.2008-ci il tarixli 559 nömrəli təlimatı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”) əsasən Azərbaycan Respublikası DİN-in DQ-nin Hərbi-həkim komissiyasının 197 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən “C” – sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralı hesab ed ilmişdir. 3. xx.xx.2022-ci il tarixli Mingəçevir şəhər prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, hərbi-həkim komissiyasının sədri X1 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək “xx.xx.2021-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmasının qanunsuz hesab edilməsi və ona dəymiş 4660,5 manat məbləğində maddi ziyanın, 10000 manat məbləği ndə mənəvi zərərin və hüquqi yardım üçün ödədiyi 100 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-386/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsi tərəfindən xidmətə tam yararlı hesab olunaraq müddətli həqiqi hərbi xidmətə çağırılmış və xidmət keçmək üçün DİN Daxili Qoşunlarının N №-li hərbi hissəsinə göndərilmişdir. Hərbi xidmətə göndərilməzdən əvvəl tibbi komissiya vaxtı səhhətindən şikayət etsə də, onun şikayətlərinə qulaq asan olmamışdır. Daha sonra səhhətində olan problemlərlə əlaqədar N №-li hərbi hissə komandirinin N nömrəli, xx.xx.2023-cü il tarixli göndərişi ilə hərbi xidmətə yararlılıq səviyyəsinin müəyyən edilməsi məqsədi ilə şəhadətləndirilmək üçün o, Daxili Qoşunların Hərbi Həkim Komissiyasına təqdim edilmişdir. DİN Daxili Qoşunlarının Baş İdarəsinin Tibb Xidmətinin Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə o, “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Ona “Onurğanın sağtərəfli döş-bel tipli İİ (ikinci) dərəcəli skolioz (23), XBT: M41 diaqnozu qoyulmuş, xəstəliyin səbəb əlaqəsi isə “ ümumi xəstəlikdir” ifadəsi ilə göstərilmişdir. Hesab edir ki, onun xx.xx.2021 -ci il tarixdə müddətli həqiqi xidmətə çağırılması qanunsuz olmaqla yanaşı, ona maddi və mənəvi ziyan da vurulmuşdur. Ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi xahişi ilə o, etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə xx.xx.2023-cü il tarixdə cavabdehə və Azərbaycan Respublikası Hərbi Prokurorluğuna ərizə ilə müraciət etmişdir. Cavabdeh müraciətini cavabsız və nəticəsiz qoymuşdur. Azərbaycan Respublikası Hərbi Prokurorluğu isə müraciətinə əsasən müvafiq araşdırma aparmışdır. Hərbi Prokurorluğun müraciətinə verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilir ki, araşdırma zamanı Mingəçevir şəhər çağırış komissiyasının hərbi həkim komissiyasının sədri, eyni zamanda həkim-cərrah üzvü X1 2021-ci ilin oktyabr çağırışına hazırlıq zamanı xəstəliyinin vaxtında aşkara çıxarılması üçün onu ətraflı müayinə etməyərək düzgün diaqnoz təyin etməməsi komisyon məhkəmə-tibbi ekspertizasının rəyi ilə təsdiqini tapdığından, İlham Məmmədovun mülki şəxs olması nəzərə alınaraq, əməlinə hüquqi qiymət verilməsi məqsədi ilə material aidiyyəti üzrə baxılması Baş Prokurorluğa göndərilmişdir. Hesab edir ki, hərbi xidmətə cavabdeh tərəfindən qanunsuz olaraq çağırılması nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Belə ki, o, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hərbi xidmətə yararsız olduğu halda, hərbi xidmətdə olmuşdur. Bu müddət ərzində o, əmək fəaliyyəti ilə məşğul olacağı halda, minimum əmək haqqı ala bilərdi. Minimum əmək haqqı 2021-ci ildə 250 manat, 2022-ci ildə 300 manat, 2023-cü ildə isə 345 manat təşkil etmişdir. Belə olan halda o, 2021-ci ildə 641,66 manat, 2022 -ci ildə 3600 manat, 2023-cü ildə isə 418,92 manat cəmi 4660,5 manat əmək haqqı ala bilərdi. Lakin qanunsuz olaraq hərbi xidmətə çağırıldığına görə bütün bunlardan məhrum olmuşdur. Mənəvi ziyan tələbini onunla əsaslandırır ki, səhhəti imkan vermədiyi halda onun xidmət etməsi ona fiziki iztirablar vermişdir.
7. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı 1 (bir) il 3 (üç) ay 27 (iyirmi yeddi) gün hərbi xidmət keçdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi həkim komissiyası tərəfindən hərbi xidmətə yararsız hesab edilmişdir. Bu isə öz növbəsində iddiaçıda qeyd olunan xəstəliyin sonradan, yəni hərbi xidmət dövründə yaranmasına dəlalət edir. İddiaçıda hərbi xidmət dövründə aşkar olunmuş skolioz xəstəliyi hərbi xidmət dövründə fiziki gər ginliklə əlaqədar onurğanın kəskin əyilməsinə səbəb olmuş və bu da öz növbəsində hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişdirmişdir. Əlavə olaraq bildirilmişdir ki, Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən həqiqi hərbi xidmətə çağırılanlar hərbi hissələrə təhvil verilərkən müvafiq olaraq xidmət etdikləri hərbi hissələrin tərkibində olan hərbi-həkim komissiyaları tərəfindən hərbi xidmətə yararlılıqlarının yoxlanılması üçün təkrar müayinədən keçirlər. Səhhətlərində hər hansı problemlər aşkar olunduqda çağırıldığı Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrinə geri qaytarılırlar. Göründüyü kimi, iddiaçı çağırışçı kimi bütün zəruri tibbi müayinələrdən keçirilmiş, hərbi xidmətə yararlı hesab edilərək müddətli həqiqi hərbi xidmətə göndərilmiş və müəyyən müddət xidm ət keçdikdən sonra hərbi vəzifəli kimi ehtiyata buraxılmışdır. Bununla da Xidmət çağırış zamanı iddiaçıya qarşı öz üzərinə düşən vəzifələrini lazımi həcmdə icra etmişdir və bu səbəbdən maddi və mənəvi ziyana görə kompensasiya ödəmək öhdəliyi daşımır. Məhkəmələr mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmalıdır. Plenumun qərarından görünür ki, qanunsuz hərəkət və hərək ətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir, lakin hazırkı iş üzrə Xidmət çağırış zamanı iddiaçıya qarşı öz üzərinə düşən vəzifələrini lazımi həcmdə icra etmiş, heç bir qanunsuzluğa yol verməmiş və bu səbəbdən maddi və mənəvi ziyana görə kompensasiya ödəmək öhdəliyi daşımır.
8. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-65/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim – V.Musayev).
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının sağlamlıq vəziyyəti ilkin çağırış zamanı cavabdeh tərəfindən düzgün qiymətləndirilmiş və haqlı olaraq hərbi xidmətə yararlı hesab edilmişdir. İş materiallarından görünür ki, iddiaçının xəstəliyi (“Onurğanın sağtərəfli döş-bel tipli İİ dərəcəli skoliozu”) 2023-cü ildə aşkar edilmiş v ə buna müvafiq olaraq hərbi xidmətdən tərxis edilmişdir. Bu zaman müəyyən edilməli olan işin xüsusi halı bu xəstəliyin çağırış zamanı mövcud olub-olmaması, mövcud idisə, hansı səviyyədə olması və tibbi komissiyanın bunu necə müəyyən etməli olmasıdır.
10. İş materiallarında olan ekspertiza rəyindən görünür ki, sözügedən xəstəlik çağırış zamanı da iddiaçıda olmuşdur. Lakin xəstəliyin çağırış zamanı hansı dərəcədə olması barədə hazırda dəqiq məlumat yoxdur. Yəni, xəstəlik müəyyən edildiyi vaxt (2023cü il) onun 2021-ci ildə hansı dərəcədə olduğu tam sübut olunmamışdır. Nəzərə alınmalıdır ki, onurğa sütununun deformasiyasının hansı mərhələdə olması yalnız müvafiq dövrdə aparılmış tibbi müayinələrlə müəyyən edilə bilər. Belə ki, onurğa sütununun deformasiyasının geriyə doğru inkişaf etmədiyi, ya lnız irəlilədiyi nəzərə alınarsa, indiki dərəcənin təxminən hansı mərhələdən inkişaf etməsi həmin dövrə aid müvafiq tibbi sənədlər əsasında müəyyən edilə bilər. Müvafiq sənədlər mövcud olmadığından məhkəmə tərəfindən əlavə məhkəmə-tibbi ekspertizası təyin edilməmişdir.
11. İddiaçının mənəvi zərərin ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mənəvi zərər şəxsə həqiqətən əziyyət verən, onun həyatına və psixoloji vəziyyətinə ciddi təsir göstərən hallarla müşayiət olunur. İddiaçının 1 ildən çox xidmət etdikdən sonra özünün müddətdən artıq xidmətə keçmək istəyi nəzərə alındıqda “səhhəti imkan vermədiyi halda xidmət etməsinin fiziki iztirablar verməsi” dəlilinin əsassız olması müəyyən edilir. Mənəvi zərərin iddia edilə bilməsi üçün şəxsin xidmətdə olduğu dövrdə fiziki və psixoloji əziyyət çəkməsi sübuta yetirilməlidir. Halbuki iddiaçının xidməti müddət ərzində sağlamlığı ilə bağlı ciddi şikayət etməməsi, aktiv xidmət keçməsi və müddətdən artıq xidmətə keçmək niyyətində olması onun bu dövrdə ciddi iztirab çəkmədiyini göstərir. Əgər iddiaçının xəstəliyi onun hərbi xidməti dözülməz hala gətirəcək dərəcədə olsaydı, bu, həmin dövrdə onun davranışında və şikayətlərində öz əksini tapmalı idi. Yəni, səhhəti imkan vermədiyi halda xidmət keçən və iztirab çəkən şəxsin niyyəti hərbi xidmətinin müddətdən artıq davam etdirilməsinə yox, hərbi xidmətinin sonlandırılmasına yönəlmiş olmalıdır. İşin yuxarıda müəyyən edilmiş faktiki hallarına əsasən çağırış komissiyasının iddiaçının sağlamlıq vəziyyətini həmin dövrdə mövcud olan tibbi müayinələrin nəticələrinə əsasən qiymətləndirməsi və bu hərəkətlərin qanunvericiliyin tələblərinə uyğun olması müəyyən edildiyindən, məhkəmə hesab etmişdir ki, iddiaçının xəstəliyinin sonrakı ağırlaşmaları hərbi xidmətin təsiri ilə baş vermişdir. Odur ki, iddiaçının xəstəliyinin təsirlərini hiss etmədən xidmətini davam etdirməsi və müddətdən artıq hərbi xidmət keçmək üçün müraciət etməsi ilkin çağırış zamanı onun hərbi xidmətə yararlılığının müəyyən edilməsi üçün obyektiv əsasların olması qənaətini yaradır. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab etmişdir ki, iddiaçının hərbi xidmətə yararlığının müəyyən edilməsi ilə bağlı cavabdehin hərəkətləri ilə vurulmuş zərər arasında səbəbli əlaqənin mövcudluğu sübuta yetirilmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(107)-341/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-65/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Həsənov, hakimlər – R.Rəfiyev, T.Musayev).
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏL İLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, işdə olan ekspertiza rəyindən görünür ki, sözügedən xəstəlik çağırıış zamanı da iddiaçıda olmuşdur. Lakin xəstəliyin çağırış zamanı hansı dərəcədə olması barədə hazırda dəqiq məlumat yoxdur. Yəni, xəstəlik müəyyən edildiyi vaxt (2023-cü il) onun 2021-ci ildə hansı dərəcədə olduğu tam sübut olunmamışdır. Nəzərə alınmalıdır ki, onurğa sütununun deformasiyasının hansı mərhələdə olması yalnız müvafiq dövrdə aparılmş tibbi müayinələrlə müəyyən edilə bilər. Belə ki, onurğa sütununun deformasiyasının geriyə doğru inkişaf etmədiyi, yalnız irəlilədiyi nəzərə alınarsa, indiki dərəcənin təxminən hansı mərhələdən inkişaf etməsi həmin dövrə aid müvafiq tibbi sənədlər əsasın da müəyyən edilə bilər. Müvafiq sənədlər mövcud olmadığından əlavə məhkəmə-tibbi ekspertizası təyin edilməsinə də zərurət olmamışdır.
17. Belə ki, o, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hərbi xidmətə yararsız olduğu halda hərbi xidmətdə olmuş, xəstəliyi ilə bağlı yanlışlıq olduğundan zəruri müalicəni almamış, məhz bu xəstəliklə uzun bir müddət 1 il 3 ay 28 gün hərbi xidmət vəzifəsini yerinə yetirmişdir. Hazırkı müayinəyə səbəb isə hərbi xidmət zamanı müddətdən artıq müddətə xidmətlə əlaqədar müraciəti olmuşdur. Yəni o, həmin müraciəti etməmiş olsaydı, xəstəliyi barədə hər hansı məlumat olmayacaqdır. Bunu təsdiq edəcək o halı göstərir ki, mütəmadi müayinə olunmuş olsaydı, onun tibbi kartında bu məlumatlar əks olunmalı idi.
18. Məhkəmə ekspertiza rəyinə istinad edərək sözüge dən xəstəliyin çağırış zamanı da iddiaçıda olmasını bildirmişdir. Lakin, xəstəliyin çağırış zamanı hansı dərəcə olması barədə hazırda dəqiq məlumat yoxdur. Yəni, xəstəlik müəyyən edildiyi vaxt (2023-cü il) onun 2021-ci ildə hansı dərəcədə olduğunun tam sübut olunmaması kimi mülahizə irəli sürməklə xəstəliyinin çağırış zamanı hansı dərəcədə olmasına dair sübut təqdim etmək vəzifəsinin ona aid edilməsi səhvdir və məhkəmə dəyərləndirmə apararkən səhv nəticəyə gəlmişdir. O, 1 (bir) il 3 (üç) ay 27 (iyirmi yeddi) gün hərbi xidmət keçdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi həkim komissiyası tərəfindən hərbi xidmətə yararsız hesab edilmiş və xəstəliyin ümumi xəstəlik olması müəyyən olunmuşdur.
19. Bundan başqa, məhkəmə kollegiyası mənəvi zərərlə ba ğlı mülahizə irəli sürərkən iş materiallarına əlavə edilmiş və qüvvədə olan Daxili Qoşunların Baş İdarəsinin Tibb Xidmətinin Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə onun “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilməklə, “Onurğanın sağtərəfli döş-bel tipli İİ (ikinci) dərəcəli skolioz (23), XBT: M41 diaqnozu qoyulmasını, xəstəliyin səbəb əlaqəsi isə "ümumi xəstəlikdir" kimi şəhadətləndirildiyini nəzərə almamışdır. Digər tərəfdən, məhkəmə iş materiallarına onun tibbi xidmətə çağırılmazdan əvvəl qeyd olunan müayinələrdən məcburi keçirilməsinə dair tələblərə riayət olunmasına dair sübutların əlavə olunmadığını nəzərə almamışdır. Məhkəmə həmin hallara qiymət verərkən ancaq mülahizə irəli sürmüş, hər hansı tibbi sənədə istinad etməmi şdir.
20. Təşkilatın məsul şəxslərinin təqsiri nəticəsində, müayinə etmədən, sağlamlığın vəziyyəti müayinə olunmadan, xəstə olduğu halda, sağlam hesab olunaraq hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətə çağırıldığı vaxtda keçirilmiş tibbi müayinənin nəticəsi (hərbi xidmətə yararlı hesab edilməsi) onda səhhəti barədə yanlış təsəvvürlər yaratmış, onu tam sağlam olduğuma inandırmaqla, hər hansı müalicə tədbirlərinə əl atmaq düşüncələrindən uzaqlaşdırmışdır. Bunun nəticəsi olaraq onun xəstəliyinin hərbi xidmət dövründə kəskinləşməsi səbəbi ilə ağrılara, deməli, həm də iztirablara məruz qalmış, hansı ki, düzgün aparılmayan müayinə onda sağlamlığı barədə yaratdığı təsəvvürlərin yanlış olduğunun ona məlum olduğu andan mənəvi sarsıntılar keçirmişdir. Hesab edirəm ki, o, yanlış olaraq hərbi xidmə tə çağırıldığından həmin müddət ərzində müayinə olunub, sağlamlığını qaytara bilməmişdir. Digər tərəfdən hərbi xidmətdə olduğu müddətdə müalicəyə getmədiyindən hazırda zəruri xərcləri də artmışdır. Buna görə həm maddi, həm də mənəvi əziyyət çəkir. Onun onurğa sütununun rentgen müayinəsi ümumiyyətlə aparılmamışdır. Aparılmış olsaydı o, müayinənin doğru olması ilə razılaşardı.
21. İcraat materiallarında olan “canlı şəxs və iş materialları üzrə ekspertiza” rəyi əlavəl edilmişdir. Göründüyü kimi, məhkəmə kollegiyası Elmi-Tədqiqat Travmatologiya və X2 Hüquqi Şəxsin həkim mütəxəssisləri tərəfindən qoyulmuş "Sağtərəfli döş-bel tipli İİ dərəcəli skolioz (23°)" diaqnozu ilə DİN-nin DQ-ın Hospitalının hərbi-həkim komissiyası tərəfindən "Onurğanın sağtərəfli döş-bel tipli İİ dərəcəli skoliozu (23°)" diaqnozu ilə üstüstə düşsə də heç bir əsaslı səbəb olmadan diaqnozların üst-üstə düşməməsi qənaətinə gəlmişdir. DİN-in Daxili Qoşunları Hərbi Hospitalının hərbi-həkim komissiyasında o, "Onurğanın döş-bel nahiyəsinin İİ mərhələ skoliozu (12°)" diaqnozu deyil, "Onurğanın sağtərəfli döş-bel tipli İİ dərəcəli skoliozu (23°)" diaqnozu qoyulmaqla şəhadətləndirilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur
24. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu: 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 6.2. Vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınarkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən hökmən tibbi müayinə, habelə hərbi xidmət müddətində onlardan daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinə edilməli, müvəqqəti yararsız hesab edilən şəxslər isə Azərbaycan Respublikas ının dövlət büdcəsi hesabına dövlət tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilməlidirlər. 13.1. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: 13.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 13.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; 13.1.3. komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri 13.2. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. 13.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir. 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 14.2. Çağırışçı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının sədri tərəfindən onun barəsində qəbul edilmiş qərarlarla 10 gün müddətində tanış edilir. 14.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. 15.2. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiq i hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üz rə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdi rilməsi üçün əsas yoxdur.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəmə sinin araşdırmaları yetərli hesab olunur.
31. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı həqiqi hərbi xidmətə çağırılmasının qanunsuz hesab edilməsi və ona dəymiş maddi, mənəvi zərərin ödənilməsinə nail olmaqdan ibarətdir.
33. İlk öncə tələbin həqiqi hərbi xidmətə çağırılmasının qanunsuz hesab edilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası bildirir ki, iddia tələbinin əsaslılığına qiymət verilərkən xəstəliyin çağırış zamanı mövcud olub-olmaması, mövcud olduğu təqdirdə, hansı səviyyədə olması və tibbi komissiyanın bunu necə müəyyən etməli olmasının zəruri olması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
34. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının xəstəliyinin (“Onurğanın sağtərəfli döşbel tipli İİ dərəcəli skoliozu”) 2023-cü ildə aşkar edilməsi və buna müvafiq olaraq hərbi xidmətdən tərxis edilməsi işin mübahisəsiz halıdır.
35. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, iddiaçının xəstə olmasına baxmayaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsi tərəfindən qanunsuz olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsinin və ümumi xəstəliyə görə vaxtından əvvəl ehtiyata buraxılması barədə müraciəti əsasında başlanılmış araşdırma üzrə hərbi-həkim komissiyasının sədri İlham Məmmədovun əməlində cinayət təkribinin olmadığından cinayət işinin başlanılması rədd edilmişdi r.
36. Bundan başqa, xx.xx.2023-cü il tarixli “Canlı şəxs və iş materialları üzrə ekspertiza” rəyində qeyd edilmişdir ki, “...İddiaçı 19.01,2019-cu il tarixdə SHXÇDX-nin Mingəçevir şəhər şöbəsində ilkin hərbi qeydiyyata alınarkən və 2021-cı ilin oktyabr ayında hərbi xidmətə çağırılarkən mütəxəssis-həkimlərin müayinəsi zamanı onda hər hansı bir xəstəlik və ya xəstəliyin əlamətləri aşkar edilməmişdir, bu səbəbdən SHXÇDX-nin Mingəçevir şəhər şöbəsində ilkin hərbi qeydiyyata alınan zaman və hərbi xidmətə çağırılarkən “hərbi xidmətə yararlıdır" qərarı düzgün hesab edilmişdir...... xx.xx.2019cu il tarixdə SHXÇDX-nin Mingəçevir şəhər şöbəsində ilkin hərbi qeydiyyata alınarkən və 2021-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılarkən onda "skolioz' xəstəliyinin əlamətləri olmuş, lakin İddiaçı q eyd edilən tarixlərdə ‘'skolioza görə müayinə olunmadığından həmin vaxtlarda onun hərbi xidmətə yararlılıq kateqoriyası barədə hazırda dəqiq fikir söyləmək mümkün deyil...”
37. Göründüyü kimi iddiaçı 2021-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılarkən onda “skolioz” xəstəliyinin əlamətləri olmuş olsa da, hərbi xidmətə yararlılıq kateqoriyası barədə nəticəyə gəlmək mümkün olmamış və hərbi xidmətə çağırılarkən “hərbi xidmətə yararlıdır" qərarı düzgün hesab edilmişdir.
38. Beləliklə, həm xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan, həm də xx.xx.2023-cü il tarixli “Canlı şəxs və iş materialları üzrə ekspertiza” rəyindən göründüyü kimi iddiaçının həqiqi hərbi xidmətə çağırılmasının qanunsuz olmaması nəticəsinə gəlinmişdir.
39. İddiaçıda olan xəstəl iyin hərbi xidmətə yararsız hesab olunması dərəcəsinə sonradan gəlinməsi barədə nəticəyə gələrkən həmçinin nəzərə alınmalıdır ki, iddiaçının 1 (bir) il 3 (üç) ay 27 (iyirmi yeddi) gün ərzində hərbi xidmət dövründə sağlamlığı ilə əlaqədar hər hansı şikayəti olmamış, o, hətta könüllü şəkildə daha uzun müddət hərbi xidmətdə qalmaq üçün müddətdən artıq həqiqi hərbi xidmət keçmək arzusunda olmuşdur.
40. Bundan başqa, məhkəmə kollegiyası bildirir ki, iddia tələbindən göründüyü kimi tələbin ikinci hissəsi olan ona dəymiş maddi, mənəvi zərərin ödənilməsi onun hərbi xidmətə çağırılmasının qanunsuz olması ilə şərtlənmişdir. Hazırkı qərarla hərbi xidmətə çağırılmasının qanunsuz olması öz əksini tapmadığından iddia tələbinin ikinci hissəsi olan maddi, mənəvi zərərin ödənilməsi barədə dəlillər də əsass ız olmuşdur.
41. Bununla yanaşı, məhkəmə kollegiyası mənəvi zərərin ödənilməsi dəlillərinə münasibətdə apellyasiya məhkəməsi əsaslı olaraq bildirmişdir ki, mənəvi zərər şəxsə həqiqətən əziyyət verən, onun həyatına və psixoloji vəziyyətinə ciddi təsir göstərən hallarla müşayiət olunduğundan iddiaçının bir il üç aydan çox hər hansı şikayəti olmadan xidmət etməsi, habelə müddətdən artıq xidmətə keçmək istəyini nəzərə aldıqda “səhhəti imkan vermədiyi halda xidmət etməsinin fiziki iztirablar verməsi” dəlili əsassız olmuşdur.
42. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(107)341/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.