Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3393/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi) 28.01.2026 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “01 fevral 2023-cü il tarixli qərarın dəy işdirilirək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi səbəb əlaqəsi ilə orqanizmin funksiyasının pozulmasının 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-321/2025 nömrəli 29 iyul 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Şamaxı RHK tərəfindən 1992ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.2016-cı ildə Müdafiə Nazirliyi nin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Odlu silah yaralanmalarından sonra başın sağ gicgah nahiyyəsində bir ədəd, başın arxa ənsə nahiyyəsində bir ədəd, sol çənə qabarında bir adəd, qarnın ön səthində, sağ qabırğa qövsündə bir ədəd, bədənin sağ yan səthində, sağ qalça tini səviyyəsində bir ədəd, sol əl pəncəsinin 1-2-ci barmaqarası nahiyyəsində bir ədəd, sol ayaq pəncəsinin orta 1/3-nin içəri səthində bir ədəd çapıq toxumaları” Azərbaycan Respublikası SHXÇDX-nin Şamaxı rayon şöbəsinin xx.xx.2016-cı il tarixli ”2 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 409 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş xx.xx.2016-ci tarixli k/409 nömrəli canlı şəxsin məhkəm ə - tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi, MN MHHK-nın həkim mütəxəssisi - cərrahın rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarış məlumatdan görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ikinci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılmışdır. 3.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissi yası tərəfindən verilmiş sonuncu çıxarış məlumatdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ümumi xəstəlik səbəbindən üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdən təyin edilmiş 3-cü dərəcə əlilliyin səbəbinin “ümumi xəstəliklə əlaqədar əlillik” ifadəsinin dəyişdirilərək xx.xx.2022-ci il tarixdən 2-ci dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə əvəz olunması öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitas iya Agentliyinə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.2023-cü il tarixdə ona təyin olunmuş üçüncü dərəcə əlilliyin səbəbinin “ümumi xəstəliklə əlaqədar əlillik” ifadəsinin dəyişdirilərək “xx.xx.2023-cü il tarixdən üçüncü dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə əvəz olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1964-cü il tarixində Şamaxı rayonunda anadan olmuşdur. X5, 1992-ci, 1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak e tmişdir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2016-cı ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.2017-ci il tarixdə Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdi. 2020-ci ilin aprel ayında pensiya və təqaüdü dayandırılmış, bu zaman elektron sistemə əlillik vəziyyətinin yoxlanılması məqsədi ilə baxış keçirən zaman ona məlum olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik vəziyyəti əsasız olaraq ona heç bir məlumat verilmədən etibarsız hesab edilərək pensiya və təqaüdü dayandırılmışdır. Bu barədə Sumqayıt İnzibati Məhkəməyə müraciət etmiş, iddia tələbi təmin edilərək əlilliyi bərpa edilmişdi. Sonradan tibb müəssisəsinin göndərişi əsasında ona 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsi məqsədi ilə cavabdehə 2 dəfə müraciət edilmiş, birinci dəfə əlillik təyinatına imtina edilmiş, 2-ci dəfə isə səhhətində olan xəstəliklərin ağırlaşmasına baxmayaraq iddiaçıya 3-cü dərəcə ümumi xəstəliklə əlaqədar əlillik təyin edilmişdir. Cavabdehə xx.xx.2022-ci il tarixdə ümumi xəstəliklə əlaqədar deyil, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiya sının 2016-cı il tarixdə verilmiş qərarını nəzərə almaqla ikinci dərəcə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik təyin etməli idi. Hansı ki, ona təyin edilmiş əlilliklə bağlı xəstəlik diaqnozu hərbi xidmət zamanı qazanılmış olması Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında öz təsdiqini tapmışdır, belə olan halda ona qarşı düzgün olmayan səbəb əlaqəsi ilə əlillik təyin edilmişdir. O, xx.xx.2017-ci ildən 2-ci qrup əlildir, cavabdehin ona qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdən də cavabdeh tərəfindən onun əlilliyi ümumi səbəbdən təyin edildiyi üçün səbəb əlaqəsi dəyişdirilmədiyi və Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar təyin edilməsi səbəbdən təyin edilmədiyi üçün hal-hazırda müraciətinin məhkəmə qaydasında həll olunması üçün məhk əməyə müraciət etmək məcburiyyətindədir. 7.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı “Şamaxı rayon mərkəzi xəstəxanası”nda 22.04-xx.xx.2024-cü il tarixlərdə “T90.9, T90.5. G93.4, lil, İ67.3-keçirilmiş ağır kəllə-beyin travmasının qalıq əlamətləri, posttravmatik ensefalopatiya tez-tez təkrarlanan epileptiform qıcolmalarla (9-10 dəfə), hipertoniya xəstəliyi İİ mərhələ” diaqnozu ilə müalicədə olmuşdur. Qeyd edilən diaqnoz instrumental müayinələrlə də öz təsdiqini tapır. Qərardadın 2-ci bəndində sualda göstərilən diaqnoz həmin diaqnozla qismən uyğunluq təşkil edir. Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından vətəndaş İddiaçı konkret olar aq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı, lakin Şamaxı Rayon Mərkəzi Xəstəxanasında 22.04-xx.xx.2024-cü il tarixlərdə müəyyən edilmiş diaqnozdakı xəstəliklərdən hazırda əziyyət çəkməsini inkar etmək də olmaz. İddiaçıya 2017-2022-ci illər aralığında əlillik təyin edilərkən onda müşahidə edilən xəstəliklərdən şəxsin xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinədə sağ beldə, döş qəfəsinin sağ ön səthində, sol ayaqaltmda çapıqlar izlənilmiş, hərəkətləri sərbəst olmuş, “Psixi Sağlamlıq Mərkəzi”nin müəyyən etdiyi diaqnoz öz təsdiqini tapmamış,' “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”nun xx.xx.2022-ci il tarixli arayışında olan diaqnoz təsdiqlənməmiş, “Milli Onkologiya Mərkəzi”nin xx.xx.2023-cü il tarixli Tibbi rəyində diaqnoz: “Sidik kisəsinin yuxarıda göstərilən bir və ya bir neçə lokalizasiyasından kənara çıxmaqla zədələnməsi pTİNOMO mərhələ 1G1, sidik kisəsinin xərçəngi, cərrahi əməliyyatdan v kisəsi daxili (Mitomicin) MKT-dən sonrakı vəziyyət pTİNOMO mərhələ” qiymətləndirilmişdir. Yuxarıda qeyd edilən xəstəliklər xroniki olduqlarından müalicə ilə reabilitasiya olunmurlar. 8.Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-752/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim L.Mirzəyeva) iddia tələbi təmin edilmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə İddiaçı təyin olunmuş üçüncü dərəcə əlilliyin səbəbinin “ümumi xəstəliklə əlaqədar əlillik” ifadəsinin dəyişdirilərək, “xx.xx.2023-cü il tarixdən üçüncü dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyününü müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə əvəz olunması öhdəliyi nin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının 1071 saylı, xx.xx.2016-cı il tarixli qərarının surətində İddiaçı hərbi xidmət keçərkən, 10 oktyabr 1993-cü ildə aldığı diaqnozu “Odlu silah yaralanmalarından sonra başın sağ gicgah nahiyyəsində bir ədəd, başın arxa ənsə nahiyyəsində bir ədəd, sol çənə qabarında bir ədəd, qarnın ön səthində, sağ qabırğa qövsündə bir ədəd, bədənin sağ yan səthində, sağ qalça tini səviyyəsində bir ədəd, sol əl pəncəsinin 1-2-c i barmaqarası nahiyyəsində bir ədəd, sol ayaq pəncəsinin orta 1/3-nin içəri səthində bir ədəd çapıq toxumaları” “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır.” ifadələri qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3-cü maddəsində tibbi göstəriş olan xüsusi hallarda üçüncü dərəcə əlilliyin təyin edilmə halları qeyd edilmişdir. Həmin Əsasnamənin 2.2.9-cu maddəsinə əsasən, qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərə çarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntula rı ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95- G95.9 göstərişləri) olan hallarda ikinci qrup əlillik təyin edilir. Göründüyü kimi, iddiaçıda ekspertiza zamanı müəyyən edilmiş “vərəmin sovrularaq yerində fibroz yaranması” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu bəndində üçüncü dərəcə əlilliyin təyin edilmə halı kimi birbaşa nəzərdə tutulmuşdur. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat 11.İşin apelyasiya baxışı zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin verdiyi xx.xx.2025-ci il tarixli, 1369 nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda “ÜZVİ ŞƏXSİYYƏT POZUNTUSU, ANAMNEZİNDƏ QİCOLMA TUTMALARİ, KOQNİTİV FUNKSİYALARİN ENMƏSİ İLƏ (F 07.0)” diaqnozu aşkar edilir. Bunu inzibati iş materialları, anamnestik məlumatlar (kəllə-beyin tmvması alması, bundan sonra psixi vəziyyətinin dəyişməsi, əsəbi olması, bundan sonra əhval-ruhiyəsinin aşağı olması, xarici qıcıqlara qarşı həssas olması, Azərb aycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzin’də “Üzvi (hərbi əməliyyatlar zamanı alınmış ağır qapalı kəllə- beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Tez-tez təkrarlanan qıcolma tutmalar və koqnitiv funksiyaların enməsi ilə F07” diaqnozu qeyd edilməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən bir qədər gərgin olması, ünsiyyətə həvəssiz qoşulması, əhvalruhiyəsinin aşağı olması, xarici qıcıqlara qarşı həssas olması və s). sübut edir. İnzibati işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs İddiaçı hal-hazırda “üzvi şəxsiyyət pozuntusu, anamnezində qıcolma tutmalari, koqnitiv fu nksiyalarin enməsi ilə (F07.0)” diaqnozu aşkar edilir. Sualın digər hissəsini cavablandırmaq məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. Yoxlanılan şəxs İddiaçı hal-hazırda “üzvi şəxsiyyət pozuntusu, anamnezində qicolma tutmalari, koqnitiv funksiyalarin enməsi ilə (F07.0)” diaqnozu aşkar edilir. Sualın digər hissəsini cavablandırmaq məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. 12.Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-321/2025 nömrəli, 29 iyul 2025-ci il tarixli qərarı ilə (hakimlər: G.Cabbarova /sədrlik edən və məruzəçi/, İ.Quliyev və V.Əzizova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində “xx.xx.2022-ci il tarixdən əlilliyin təyin edilməsi barədə” qəbul edilmiş 01 fevral 2023-cü il tarixli qərarının dəyişdirilirək, müvafiq Meyarların 7.6.2-ci bəndinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyasının pozulmasının 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə vəzifə olaraq qoyulmuşdur. 13.Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq onu da qeyd etmişdir ki, “indiki halda iddiaçının hüquqi marağı məhz ona xx.xx.2022- ci il tarixdən təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı olduğundan, iddia tələbində isə əlilliyin təyinat tarixi qeyd edilməsə də, kollegiya iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, məhkəmə qərarının nəticə hissəsinin aydın olması məqsədilə həmin tarixin qeyd edilməsini zəruri hesab edir.” Buna görə də birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi qənaətinə gəlmişdir. 14.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
15. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, yuxusuzluqdan, qıcolma tutmalarından şikayətlənmiş, onkoloji xəstə olmasını, şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini bildirmişdir. Medikamentoz preparatlardan Finlepsal, Depakin, Fenozepam qəbul etdiyini söyləmişdir. Sonuncu qıcolma tutması 3 noyabr tarixində olmuşdur. Təqdim edilmiş KT, MRT müayinələrinin hər birində fərqli diaqnozlar yazılmış, EEQ-də qıcolma tutmaları öz təsdiqini tapmamışdır. Xəstə psixi cəhətdən şikayət bildirməmiş, qıcolma tutmaları haqqında ətraflı məlumat verməmişdir. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmiş, əlillik təyinatına əsas verən onkoloji xəstəliyin hərbi səbəb əlaqəsi aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən ol unması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik ilə əlaqədar orqanizmin funksiyalarının 2 (iki) il müddətinə 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən faktiki olaraq yalnız ekspert rəyinə əsaslanaraq öz mülahizəsinə uyğun şəkildə və işi lazımi qaydada araşdırmayaraq iddiaçı barədə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar dəyişdirilərək iddiaçıya xx.xx.2022-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyasının pozulmasının 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmasını qərara almışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 16.“Əl illiyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti o rqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 17.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-h əkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 18.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd
3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması fai zləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizm in funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd
7. Psixi və davranış pozuntuları Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şə xslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. Bənd 7.6 Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular üzvi mənşəli şəxsiyyət pozuntusu - XBT kodu F07.0 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları- XBT kodu F07.8 19.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 9
4. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkə mə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsas landırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkə mə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. İşin faktiki hallarına görə, iddiaçı barəsində “Keçirilmiş ağır kəllə-beyin travmasının qalıq əlamətləri, posstravmatik ensefalopiya, generalizə olunmuş tez-tez baş verən epileptik qıcolma tutmaları ilə (ayda 7-8 dəfə), vertebro-bazilyar sistemdə keçirilmiş işemik tipik pozğunluqların nəticələri, yaddaş zəifliyi və idrakın enməsi. Kəllədaxili hipertenziya. BQDÇ İİ dərəcə, dissurkalyator ensefalopatiya, vestibulyar-vegetativ krizlər, koordinator-statik pozğunluqlar, kəskin asteno-nevrotik sindrom. Şəkərli diabet İİ tip çoxsaylı ağırlaşmalarla Diabetik nefropatiya XBÇ İİ dərəcə” diaqnoz xəstəliyi əsasında “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə xx.xx.2017-ci il tarixdə ikinci dərəcə beş il müddətinə əlillik təyinatı aparılmış, əlilliyin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Daha sonra cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli qərarı ilə ona xx.xx.2022-ci il tarixdən ümumi xəstəlik səbəbindən üçüncü dərəcə bir il müddətinə (xx.xx.2023-cü il tarixədək) əlillik təyinatı aparılmışdır. Qeyd edilən əlilliyin müddəti bitdikdən sonra iddiaçı barəsində əlillik təyinatı aparılmamışdır. Cavabdeh inzibati orqan tərəfindən əlilliyin qiymətləndirilməsi məhz müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli F orma 88 haqqında tibbi göndəriş əsasında aparılmışdır. 25.Hazırda iddiaçının hüquqi marağı məhz həmin tibbi göndəriş əsasında aparılmış əlilliyin qiymətləndirilməsi nəticəsi ilə bağlı olduğundan, iddiaçıya münasibətdə iddianının əsaslılığı (hansı diaqnoz xəstəliyin qoyulması və həmin xəstəliklərin hansı səbəbdən yaranması) məhz həmin tibbi göndərişdə əks olunmuş məlumatlar əsasında yoxlanılmasından ibarətdir. 26.Kollegiya apellyasiya məhkəməsinin araşdırmalarını əsaslı hesab edərək bildirir ki, tibbi sənədlər, Mərkəzi Hərbi Həkim Komissiyasının şəhadətnaməsi, Psixi Sağlamlıq Mərkəzinin rəyləri, habelə məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli rəyi və ekspertin məhkəmədə verdiyi izahatlar sübut edir ki, iddiaçıda XBT kodu F07.0 üzrə “üzvi şəxsiyyət pozuntusu” mövcuddur və bu xəstəlik hərbi əməliyyatlar zamanı aldığı ağır kəlləbeyin travmasının nəticəsidir. 27.Həmçinin ekspert izahatından aydın şəkildə görünür ki, epileptik ocağın və sonradan formalaşmış üzvi şəxsiyyət pozuntusunun bilavasitə travma nəticəsində yaranması ehtimal deyil, tibbi cəhətdən əsaslandırılmış nəticədir. Bu hal iddiaçının xəstəliyi ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı” aldığı travma arasında birbaşa səbəb əlaqəsinin mövcudluğunu təsdiq edir. 28.Bununla yanaşı, iddiaçıya 2017–2022-ci illərdə eyni diaqnozlar əsasında və eyni səbəb əlaqəsi ilə əlillik təyin edilməsi, həmin xəstəliklərin xroniki xarakter daşıması və tam reabilitasiya olunmaması faktı da iş materialları ilə təsdiqlənir. Bu isə cavabdeh orqanın sonrakı qiymətləndirmə zamanı əvvəlki tibbi vəzi yyəti nəzərə almamasının əsassız olduğunu göstərir. 29.Beləliklə, kollegiya apellyasiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli qərarı qəbul edərkən iddiaçıda mövcud olan və xüsusi səbəbdən əlilliyin təyin edilməsinə əsas verən XBT kodu F07.0 diaqnozunu nəzərə almamış, yalnız XBT kodu C67.8 üzrə ümumi xəstəlik səbəbindən əlillik təyin etmişdir. Cavabdeh bu mövqeyini təsdiqləyən heç bir tibbi sübut təqdim etməmiş və qərarını obyektiv tibbi rəylə əsaslandırmamışdır. 30.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tə ləbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 31.Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 32.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-321/2025 nömrəli 29 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.